Möhtəşəm Yüz İl Kösəm (teleserial, 2015)
Möhtəşəm Yüz İl: Kösəm (Türkcə: Muhteşem Yüzyıl: Kösem) — Tims Productions tərəfindən hazırlanan, Star TV tərəfindən 12 noyabr 2015 tarixində yayıma başlayan tarixi türk teleserialıdır. 2011-2014 tarixlərində yayımlanan Möhtəşəm Yüz il teleserialının davamı olaraq çəkilən serialın prodüseri Timur Savcı, ssenaristi Yılmaz Şahin, rejissorları isə Mert Baykal və Yağız Alp Akaydındır. Serialın ilk bölümləri Yunanıstanın Saqqız adasında çəkilmişdir. Serialda Osmanlı padşahı I Əhmədin cülus mərasimi səhnələri üçün İstanbulun Hadımköy səmtində xüsusi studiya quruldu. Bu səhnənin çəkimləri üçün Topqapı sarayının bir hissəsi ilə Babüssəadət və Babüssalam qapıları xüsusi olaraq yenidən hazırlandı. Serialın mövzusu isə hələ 13 yaşında bir şahzadə ikən atası III Mehmedin vəfatı ilə taxta çıxan I Əhmədin və o illərdə saraya kölə olaraq gətirilən Kösəm Sultanın sevgisindən, ardından Kösəm Sultanın intiqam üçün girişdiyi taxt mübarizəsindən bəhs edir. Teleserial hələ televiziyada yayımlanmadan 50 fərqli ölkəyə satılmışdır.
Möhtəşəm Yüz il: Kösəm | |
---|---|
Muhteşem Yüzyıl: Kösem | |
Rejissor | Çağatay Tosun |
Prodüser | Tims Productions |
Ssenarist | Yılmaz Şahin |
Rollarda | Ekin Koç Beren Saat Hülya Avşar |
Bəstəkar | Aytəkin Ataş |
İstehsalçı ölkə | Türkiyə |
İl | 2015 |
Dil | Türk dili |
Janr | Tarix Dram |
Mövsüm sayı | 2 |
Seriya sayı | 60 |
Seriya vaxtı | 125-155 dəqiqə |
Davametmə müddəti | 12 noyabr 2015 - 27 iyun 2017 |
Format | Serial |
IMDb | ID 4787028 |
tims.tv/serie/muhtesem-y… | |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
1. mövsüm
Atasının ani ölümünün ardından taxta çıxan Sultan Əhməd (Ekin Koç) kiçik qardaşını edam etdirməyəcəyini deyir. Bu əsnada Safiyə Sultanın əmriylə saraya gətirilən Anastasiya (Anastasia Tsilimpiou) Sultan Əhmədə hədiyyə edilir. Anastasiya ilk öncə evinə və ailəsinə dönmək istəsə də, saray ona burada qalacağını öyrədir və beləliklə, Sultan Əhmədə aşiq olaraq Kösəm (Beren Saat) adını alır. Kösəm 4 şahzadə ilə 4 sultan dünyaya gətirir və bütün düşmanlarına qalib gələrək hasəki sultan olur. İllər sonra Sultan Əhmədin vəfatı ilə Kösəm Sultan üçün qara qış başlayır. Sultan Əhmədin qardaşı Şahzadə Mustafa (Boran Kuzum) "Əkbər və Ərşəd" sistemi ilə taxta çıxır ancaq əqlən zəif olduğu üçün taxtdan endirilərək Kösəm Sultanın ögey oğlu Şahzadə Osman (Taner Ölmez) taxta oturur. Ancaq Sultan Osman yeniçəri orudusunu ləğv edib yeni bir ordu qurmaq istədiyi üçün yeniçərilər tərəfindən taxtdan endirilərək Yeddiqüllə zindanlarında qətlə yetirilir və Sultan Mustafa ikinci dəfə taxta çıxır. Daha sonra Kösəm Sultan tərəfindən taxtdan endirilərək taxta Şahzadə Murad çıxır.
2. mövsüm
11 yaşlı oğlu taxta keçəndə "səltənət naibəsi" olan Kösəm Sultan (Nurgül Yeşilçay) bütün düşmənlərini məğlub edərək əldə etdiyi güclə yanaşı, dövləti idarə edən bir validə sultan olmuşdur. Ancaq illər keçdikcə böyüyən oğlu Sultan Murad (Metin Akdülger) artıq dövlətin əsl idarəsini əlinə almaq istəyir. IV Murad əzmi, qabiliyyəti və qüdrətiylə Osmanlı imperiyasının Qanunidən sonrakı ən böyük padşahı oldu. Digər tərəfdən ailəsini və vətənini tərk edərək qaçan Şahzadə Farya (Farah Zeynəb Abdullah) ilə bir-birini sevən Sultan Murad anasına qarşı çıxdığı taxt mübarizəsində qardaşları Şahzadə Bəyazid (Yiğit Uçan) və Şahzadə Qasımı (Doğaç Yıldız) qurban versə də, məğlub olur.
Mövsümün sonunda Validə Kösəm Sultanın kiçik oğlu Sultan İbrahimin (Tugay Mercan) səltənət illəri əks olunur. Ancaq bu dəfə əvvəlki gücünü itirən Validə Kösəm Sultan dövlət işlərindən müvəqqəti də olsa uzaqlaşır. Nəhayət, yeganə oğlunu da öz əlləri ilə taxtdan endirən və edam etdirən Validə Kösəm Sultan nəvəsi Şahzadə Mehmedi taxta oturdaraq "validə-i müəzzəm" olaraq dövlət idarəsini yenidən ələ alır. Ancaq bu dəfə ki, rəqibi vaxtilə ən yaxın adamı olan Validə Turhan Sultandır (Hande Doğandemir). Öz əliylə yaratdığı bu düşməni ilə mübarizədə nəvəsini qurban verməyə hazırlaşan Validə Kösəm Sultan özü bu planın qurbanına çevrilir və o gecə qətlə yetirilir.
Aktyor heyəti
1. mövsüm
Rol | Aktyor | Oynadığı bölümlər |
---|---|---|
Kösəm Sultan | Anastasia Tsilimpiou / Beren Saat | 1-6 / 7-30. bölüm |
Sultan Əhməd | Ekin Koç | 1-24. bölüm |
Safiyə Sultan | Hülya Avşar | 1-29. bölüm |
Handan Sultan | Tülin Özen | 1-19. bölüm |
Həlimə Sultan | Aslıhan Gürbüz | 1-30. bölüm |
Mahfiruzə Sultan | Dilara Aksüyek | 1-15. bölüm |
Fəxriyə Sultan | Gülcan Arslan | 1-14. bölüm |
Şahzadə Yəhya (İsgəndər) | Berk Cankat | 1-28. bölüm |
III Mehmed Gəray | Kadir Doğulu | 1-26. bölüm |
Şahin Gəray | Erkan Kolçak Köstendil | 1-14. bölüm |
Zülfikar Paşa | Mete Horozoğlu | 1-30. bölüm |
Gölge Xatun | Sasha Perera | 1-13. bölüm |
Cənnət Xatun | Əsra Dermancıoğlu | 1-30. bölüm |
Reyhan ağa | Emre Erçil | 1-17. bölüm |
Bülbül ağa | Nadir Sarıbacak | 1-30. bölüm |
Dudu Xatun | Nurinisa Yıldırım | |
Nasuh Paşa | Salah Tolga Tuncer | 1-21. bölüm |
Dərviş Paşa | Mehmet Kurtuluş | 1-18. bölüm |
Sultan Mustafa | Boran Kuzum | 20-30. bölüm |
Sultan Osman | Taner Ölmez | 21-30. bölüm |
Şahzadə Mehmed | Burak Dakak | 21-28. bölüm |
Ayşə Sultan | Sude Zulal Güler | 21-30. bölüm |
Şahzadə Murad | Çağan Efe Ak | 21-30. bölüm |
Hümaşah Sultan | Vildan Atasever | 17-29. bölüm |
Dilruba Sultan | Öykü Karayel | 21-30. bölüm |
Mahmud Hüdayi Həzrətləri | Muhammet Uzuner | 7-12. bölüm |
Hacı Mustafa ağa | Hakan Şahin | 3-60. bölüm |
Quyucu Murad Paşa | Cihan Ünal | 10-21. bölüm |
Süleyman ağa | İhsan Önal | 27-29. bölüm |
Lələ Ömər Əfəndi | Şahin Sekman | 21-30. bölüm |
Qara Davud Paşa | Mustafa Üstündağ | 21-30. bölüm |
Aqilə Xanım | Bahar Selvi | 28-30. bölüm |
Mələksima Xatun | Beste Kökdemir | 21-30. bölüm |
Kürəkən Xəlil Paşa | Şener Savaş | 21-56. bölüm |
2. mövsüm
Rol | Aktyor | Oynadığı bölümlər |
---|---|---|
Kösəm Sultan | Nurgül Yeşilçay | 31-60. bölüm |
Sultan Murad | Metin Akdülger | 31-56. bölüm |
Farya Sultan | Farah Zeynəb Abdullah | 31-52. bölüm |
Topal Rəcəb Paşa | Kayra Şenocak | 31. bölüm |
Silahdar Mustafa ağa | Caner Cindoruk | 31-52. bölüm |
Gövhərxan Sultan | Aslı Tandoğan | 31-45. bölüm |
Nişançı Sinan Paşa | Engin Benli | 31-57. bölüm |
Övliya Çələbi | Necip Memili | 31-41. bölüm |
Kəmankeş Mustafa Paşa | İsmail Demirci | 31-60. bölüm |
Hezarfən Əhməd Çələbi | Ushan Çakır | 31-41. bölüm |
Hasəki Ayşə Sultan | Leyla Feray | 31-46. bölüm |
Burnaz Atikə Sultan | Ece Çeşmioğlu | 31-60. bölüm |
Ester Xatun | Alma Terzic | 32-45. bölüm |
Gülbahar Sultan | Sibel Taşçıoğlu | 34-52. bölüm |
Ömər bəy Nəfi | Serkan Keskin | 48-52. bölüm |
Zəkəriyazadə Yəhya Əfəndi | Şemsi İnkaya | 31-57. bölüm |
Abxaz Mehmed Paşa | İsmail Filiz | -49. bölüm |
Madam Marqarita / Meleki Xatun | Burcu Gül Kazbek | 31-60. bölüm |
Laləzar Kalfa | İdil Yener | 31-60. bölüm |
Şahzadə Bəyazid | Yiğit Uçan | 31-50. bölüm |
Şahzadə Qasım | Doğaç Yıldız | 31-53. bölüm |
Sultan İbrahim | Rıdvan Aybars Düzey / Tugay Mercan | 31-57 / 57-60. bölüm |
Dəli Hüseyn Paşa | Çağrı Şensoy | 33-60.bölüm |
Hüma Şah Sultan | Müge Boz | 57-60. bölüm |
Şivəkar Sultan | Gümeç Alpay Aslan | 57-60. bölüm |
Cindar Hüseyn Əfəndi | Ali Düşenkalkar | 57-60. bölüm |
Ladikli Bayram Paşa | Asil Büyüközçelik | |
Dabanıyasdı Mehmed Paşa | Cengiz Okuyucu | |
Körpülü Mehmed Paşa | Emre Başer | 57-60. bölüm |
Əmirgünə xan / Yusif Paşa | Eser Karibil | 55-57. bölüm |
Ahizadə Hüseyn Əfəndi | Metin Belgin | 31-44. bölüm |
Xədicə Müəzzəz Sultan | Firuze Gamze Aksu | 57-60. bölüm |
Saliha Dilaşub Sultan | Ece Guzel | 57-60. bölüm |
Həmçinin bax
Mənbə
- ^ . Tims.tv.
- ^ . Milliyet.com.tr
- ^ . Tims.tv.
- ^ . Tims.tv
- "Kösem Sultan da Star'da!". startv.com.tr.