Azərbaycanda hərbi səfərbərlik (1941) – Faşist Almaniyasının təcavüzkar məqsədlərinə qarşı Azərbaycanın hərbi, siyasi və iqtisadi potensialının səfərbər olunması.
Hitler Almaniyasının Azərbaycanla bağlı planları
| ]1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə xaincəsinə basqın etdi. 1940-cı il dekabrın 18-də təsdiq edilmiş SSRİ-yə hücum -"Barbarossa planı" ildırımsürətli müharibə strategiyasına əsaslanırdı. Məqsəd güclü, qəfil zərbə ilə sovet ordusunu darmadağın etmək, qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq idi.
Hitler Almaniyasının qəsbkarlıq planında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Hətta SSRİ-də yaşayan türkdilli xalqları -"müsəlman monqoloidləri, dağıdıcı qüvvə" hesab edən Hitler "Mənim mübarizəm" kitabında yazırdı ki, "onlar ali irqin qullarına çevrilməlidirlər".
Almaniya hakimiyyəti Bakı neftini ələ keçirməyi Şərqdə istilaçılıq siyasətini reallaşdırmağın mühüm amili hesab edirdi. Rozenberqin "Qafqazın idarə olunması planı"na görə Azərbaycanda idarəedici orqan – "komissarlıq" yaradılmalı və iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyxkomissarlığına tabe edilməli idi. Faşist Almaniyası sovetlər üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına qədər əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı oyuncaq "Böyük Türküstan" dövləti yaradılması planlaşdırılırdı. Bu dövlətin ərazisinə Şimali və Cənubi Azərbaycanla bərabər, Orta Asiya, Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çin və Əfqanıstanın daxil olması nəzərdə tutulurdu.
Hələ 1941-ci il martın 27-də Almaniyanın Kontinental Neft Cəmiyyətinə Bakıda neftin çıxarılması, emalı və daşınması ilə məşğul olacağı göstərişi verilmişdi. Artıq Azərbaycandakı iri sənaye müəssisələrinə "ali irqdən" rəhbərlər də təyin edilmişdi. Onlar ucuz iş qüvvəsi hesabına maya dəyəri aşağı olacaq məhsullardan alınacaq yüksək gəliri son qəpiyinədək Almaniyaya çatdırmaq tapşırığı almışdılar.
Hitler Bakını faşizm imperiyasını neftlə təmin edən hərbiləşdirilmiş mərkəzə çevirmək arzusunda idi.
SSRİ-nin siyasi, iqtisadi və hərbi imkanlarının müharibəyə səfərbər olunması
| ]SSRİ XKS və ÜİK(b)P MK-nın 1941-ci il iyunun 29-da qəbul etdikləri direktivlə ölkənin bütün siyasi, iqtisadi və hərbi imkanlarını səfərbər etmək, ilk növbədə, xalq təsərrüfatını hərbi tələblər əsasında qurmaq vəzifələri müəyyənləşdirildi. İyunun 30-da isə İ. V. Stalinin başçılığı ilə ölkədə bütün hakimiyyəti öz əlində cəmləşdirən Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı.
DMK əsas diqqəti Silahlı Qüvvələrin möhkəmləndirilməsinə, iqtisadiyyatın hərbin tələbləri əsasında yenidən qurulmasına yönəltdi. Geniş miqyasda hərbi səfərbərlik keçirildi, yeni qoşun birləşmələri yaradıldı, cəbhəyə yaxın rayonlardan sənaye müəssisələri və milyonlarla adam uzaq yerlərə köçürüldü.
1941-ci il iyunun 22-də Böyük Britaniyanın Baş naziri , bir gündən sonra isə ABŞ Prezidenti Franklin Ruzvelt SSRİ-nin Almaniyaya qarşı müharibədə onu müdafiə etmək təklifini qəbul etdikləri barədə bəyanat verdilər. İyulun 12-də Moskvada Sovet İttifaqı ilə Böyük Britaniya arasında müharibədə birgə fəaliyyətə dair müqavilə imzalandı.
Avqustun 14-də ABŞ Prezidenti və Böyük Britaniyanın Baş naziri "Uels şahzadəsi" adlı gəminin göyərtəsində görüşdülər, faşizmi məhv və qəsbkarı tərksilah etmək zərurəti barədə bəyanatı – "Atlantik xartiyası"nı imzaladılar. Sentyabrda SSRİ də bu xartiyaya qoşuldu. Çox keçmədən Avstraliya, Belçika, Böyük Britaniya, Yunanıstan, Polşa, SSRİ, müstəqil Fransa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkə nümayəndələrinin Londonda keçirilən konfransında "Atlantik xartiyası"nın əsasları qəbul edildi, faşizmə qarşı koalisiyanın məqsəd və vəzifələri müəyyənləşdirildi. 1942-ci il yanvarın 1-də 27 dövlətin nümayəndələri Vaşinqtonda belə bir koalisiya yaratdılar. 1945-ci ilin aprelində isə bu ittifaqda artıq dünyanın 50 dövləti təmsil olunmuşdu.
Azərbaycan xalqının faşizmə qarşı mübarizənin təşkilində rolu
| ]Azərbaycan xalqı da son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi. Respublikanın idarə və müəssisələrində zəhmətkeşlər öz üzərlərinə yüksək öhdəliklər götürür, könüllü surətdə ordu sıralarına, "Xalq qoşunu" dəstələrinə, "Qırıcı batalyon"lara daxil olurdular. 1941-ci il iyunun 22-də Bakıda qəsbkarlara qarşı izdihamlı mitinq keçirildi. Azərbaycanın şəhər və kəndlərində müharibənin ilk günlərində 40 min nəfər, o cümlədən 1000 nəfərə qədər qız könüllü olaraq cəbhəyə getmək üçün respublika Hərbi Komissarlığına müraciət etdi. Yalnız 1941-ci ilin iyul-oktyabr aylarında respublikada 30480 nəfər, o cümlədən hərbi məktəblərə 2287 nəfər, qvardiya diviziyalarına 3165 nəfər, döyüşən hissələr ehtiyatına 22319 nəfər səfərbər olundu.
1941–1942-ci illərdə respublikada təşkil edilən hərbi birləşmələrə Azərbaycandan 5000 kommunist və komsomolçu daxil olmuşdu. 1943-cü il yanvarın 1-nə qədər respublikada 464 min nəfər orduya çağırılmışdı.
Zaqafqaziya cəbhəsinin Hərbi Hissələrin Təşkili və Tamamlanması İdarəsi Azərbaycanda səfərbərlik işinin təşkilini yüksək qiymətləndirmişdi.
Ümumiyyətlə, 1941–1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər adam səfərbər olunmuşdu. Onlar arasında 11 mindən çox qadın var idi.
Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabr aylarında isə 271-ci diviziyalar təşkil olunmuşdu. 1941-ci ilin dekabr ayında Krımın müdafiəsində iştirak etmiş, Ağ Manay rayonundakı döyüşlərdə şəxsi heyətinin bir hissəsini itirmiş 77-ci diviziya da 1942-ci ilin mayında yenidən respublikada komplektləşdirildi.
Döyüşən qoşun üçün ehtiyat qüvvələr hazırlanmasında görülən zəruri işlər nəticəsində 1941-ci il iyunun 22-dən avqustun 14-dək Azərbaycan SSR-də Xalq qoşunu dəstələrinə 186704 nəfər (onların 30563 nəfəri qadın idi) yazılmışdı. Bu dəstələr istehsalat-ərazi prinsipi üzrə təşkil edilirdi. Onların fəaliyyətinə rəhbərlik üçün Mərkəzi qərargah yaradılmışdı. Bakı şəhərinin 18 rayonunda Xalq qoşunu dəstələrinə 61780 nəfər yazılmış və 20 rota təşkil olunmuşdu. Bakı ətrafında müdafiə zonası yaradılmasında Xalq qoşunu dəstələrinin 12000 döyüşçüsü fəal iştirak etmişdi.
Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin 1941-ci ilin avqustunda gənclərin Xalq qoşunu dəstələrinə cəlb edilməsi haqqında qərarı əsasında Bakıda 13860 komsomolçu xidmət edən 40-dan çox "komsomolçu-gənclər bölmə və rotası yaradılmışdı".
1942-ci il avqust ayının 17-də ərazinin xüsusiyyətləri nəzərə alınmaqla, Xalq qoşunu dəstələri yenidən təşkil olundu. Bakıda üç – 101, 102 və 103-cü Xalq qoşunu diviziyaları yaradıldı. Diviziyalarda 21259 nəfər döyüşçü vardı. Rayonlarda isə yerləşdirildikləri ərazinin adını daşıyan batalyonlar yaradılmışdı.
1943-cü ilin martında Xalq qoşunu diviziyalarının təşkilində dəyişikliklər edildi və hər rayonda bir batalyon saxlanıldı. Həmin batalyonlar Qafqaz cəbhəsindəki təhlükə sovuşduğuna və alman işğalçıları Azərbaycan sərhədlərindən uzaqlaşdırıldığına görə 1943-cü ilin avqust ayından Ümumi icbari hərbi təlim hissəsinə daxil edildilər.
Sovet ordusu üçün ehtiyat qüvvələr yaratmaq məqsədilə Dövlət Müdafiə Komitəsinin qərarı ilə hələ 1941-ci ilin iyulundan etibarən bütün ölkədə 16 yaşdan 50 yaşadək olan kişilərə ümumi icbari hərbi təlim keçilməyə başlanmışdı. 1941-ci il oktyabrın 1-dən 1942-ci il dekabrın 15-dək respublikada 172209 nəfər ümumi və xüsusi bölmələrdə hərbi təlim keçmiş 29925 atıcı, 1255 snayper, 363 minomyotçu, 747 pulemyotçu və b. hazırlanmışdı.
Azərbaycan K(b)P MK-nın qərarı ilə 4389 nəfər xüsusi tank əleyhinə döyüşçü hazırlandı. Onlardan 568 nəfəri Bakı şəhərinin sənaye müəssisələrində işləyən qadınlar idi.
Azərbaycanda 1941–1945-ci illərdə bütünlükdə ümumi icbari hərbi təlim xətti ilə 51254 (onlardan 37180-ni atıcı, 14074-ü nəfəri başqa hərbi ixtisaslar üzrə) döyüşçü hazırlanmışdı. Həmin illərdə respublikada 291421 çağırışçı 9 növ hərbi peşəyə yiyələnmişdi, Onlardan 32337 nəfəri pulemyotçu, 8762 nəfəri avtomatçı, 7765 nəfəri minomyotçu, 2862 nəfəri snayper, 2466 nəfəri tank əleyhinə döyüşçü idi.
1941-ci ildə Azərbaycan rayonlarında təxribatçılara, casuslara və sərhədi pozanlara qarşı mübarizə aparmaq məqsədilə Qırıcı batalyonlar yaradılırdı. 12000 adam səfərbər edilmiş bu batalyonların fəaliyyəti sayəsində müharibə illərində 32000 düşmən paraşütçüsü, casus, quldur, soyğunçu, təxribatçı, fərari, dövlət sərhədini pozan tutulmuşdu.
Müdafiə işlərinin təşkilində ictimai təşkilatlar da fəal iştirak edirdi. Yardım cəmiyyəti bu sahədə xüsusilə fərqlənirdi. Bu cəmiyyət "Kimyəvi silahlardan müdafiə" norması üzrə əhaliyə təlim keçirdi. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də 1941–1945-ci illərdə 6500-dən çox tibb bacısı hazırlamış, 20 mindən çox respublika vətəndaşı döyüşçülər üçün könüllü qan vermişdi.
Respublikanın bədən tərbiyəsi təşkilatları da müdafiə işində fəal iştirak edirdilər. 257270 idmançı icbari hərbi təlimə cəlb olunmuşdu. Onların köməyi sayəsində 1941–1945-ci illərdə 64 min nəfər "Əməyə və müdafiəyə hazıram!" normasının 1 dərəcəsi, 20 min nəfər isə II dərəcəsi üzrə yoxlamadan keçirilmişdi.
Yerli hava hücumundan müdafiə bölmələri də müharibə illərində əhali arasında səmərəli iş aparmışlar. Azərbaycan SSR XKS və Azərbaycan K(b)P MKnın 1941-ci 4 may il qərarına əsasən hava hücumundan müdafiə məqsədilə sığınacaqların tikilməsi təşkil edilmişdi. 1941-ci il iyul ayının 10-na qədər bütün idarə və müəssisələrdə özünümüdafiə dəstələri yaradılmışdı. Qırıcı batalyonlara və hava hücumundan müdafiə dəstələrinə yardım qruplarında 15 min nəfər iştirak edirdi. Bu dəstələrin hər birinə idarə və müəssisələrdə 100–300 fəhlə və qulluqçu, yaşayış yerlərində isə 200–500 nəfər sakin daxil olurdu. Özünümüdafiə dəstələrində olan əhalinin 137797 nəfəri əleyhqaz geyinərək 1503 təlimdə iştirak etmiş, ilk tibbi yardım üçün minlərlə tibbi heyət yetişdirilmiş, 180 sanitar drujinası təşkil edilmiş və 2700 nəfər drujinaçı hazırlanmışdı. Yaşayış məntəqələrini qorumaq üçün 16000 nəfər yaşlı əhali, 12000 pioner və məktəbli səfərbər edilmişdi. Naxçıvan şəhəri və Naxçıvan rayonunda kimyəvi hücumdan müdafiəyə hazırlıq üçün təşkil edilmiş 185 dərnəyə 6212 nəfər şəhər və kənd əhalisi cəlb olunmuşdu. Müəssisə və evlərdə 1134 nəfərin cəlb edildiyi 31 özünümüdafiə qrupu yaradılmışdı.
Rus dilini bilməmək müharibənin ilk aylarında azərbaycanlı döyüşçülər üçün ciddi çətinliklər törədirdi. Bundan istifadə edən bəzi şovinist zabitlər onlarla təhqiramiz, kobudcasına rəftar edirdilər. Azərbaycanlı döyüşçülər bununla bağlı respublika rəhbərliyinə dəfələrlə müraciət edərək rus dilinin öyrənilməsi üçün şərait yaratmağı xahiş edirdilər. Azərbaycan K(b)P MK hərbi şöbəsinin 23 oktyabr 1941-ci il tarixli məktubla Zaqafqaziya cəbhəsinin Siyasi İdarəsinə bu barədə müraciət etməsi nəticəsində vəziyyət nizama salınmışdı. Döyüşçülərin rus dilini bilməyinin vacibliyi nəzərə alınaraq 90 saatlıq proqram işlənib hazırlanmışdı. Dərslər hərbi hazırlıq xətti ilə keçirilirdi. Azərbaycan K(b)P MK-nın 14 iyul 1942-ci il qərarına əsasən Bakı şəhərində rus dilinin tədrisi iyulun 15-dək, Azərbaycan rayonlarında isə həmin il avqustun 1-dən başlanmışdı. Hərbi mükəlləfiyyətlilərin məktəblərdə rus dilini öyrənməsi üçün, həftədə 4 saatdan az olmamaq şərti ilə, 150 akademik-saat nəzərdə tutulurdu.
Cəbhənin respublika sərhədlərinə yaxınlaşması ilə əlaqədar olaraq Zaqafqaziya Cəbhəsi Hərbi Şurası Bakı ətrafında müdafiə mövqelərinin yaradılması haqqında qərar çıxardı. Qərara əsasən 1941-ci ilin sentyabrında Şimal istiqamətdə 10 müdafiə tikintisi təşkil edildi. Bu iş üçün 160 yük maşını, 300 qaynaq aparatı, 55 traktor, 18 ekskavator, 8 səyyar elektrik stansiyası, 7 kompressor, 25000 bel, külüng və başqa alətlər ayrıldı.
Tankların keçə bilməməsi üçün 16841 maneə yaradıldı, 91 km uzunluqda dərin xəndəklər qazıldı. Atəş nöqtələri ilə arxanı birləşdirən 535 km uzunluqda gizli əlaqə yolu çəkildi. 1 milyon 800 min m² torpaq işi görüldü. Müdafiə xəttinin tikintisində kişilərlə birlikdə qadınlar da fəal iştirak edirdilər. Tikintidə yalnız Bakı şəhərinin 17 rayonundan 16721 kişi, 23906 qadın iştirak etmişdi.
Beləliklə, Böyük Vətən müharibəsi başlanan andan, respublikada cəbhəyə xidmət, arxada qüvvələri səfərbər etmək sahəsində çoxlu iş görüldü. Azərbaycan xalqı, bütün zəhmətkeşlər fədakarlıq, mətinlik, dözümlülük nümayiş etdirdilər.
İstinadlar
| ]- Совершенно секретно. Стратегия фашистской Германии в войне против СССР. Документы и материалы. М., 1967, стр.153; Всемирная история. М., 2001, стр.450.
- Orucov Q. Azərbaycan Qafqaz döyüşlərində. Bakı, 1984, səh.13.
- Yenə orada, səh.12.
- Романов А. Аллах чернорубашников. "Наука и религия", 1964, № 5, стр.33.
- Siyasi tarix. II hissə, Bakı, 1998, səh.67
- История Коммунистической Партии Советского Союза. М. 1976, стр.167.
- История СССР. М., 1960, стр.734
- Всемирная история, стр.373.
- Новейшая история. XX век. М., 1997, стр.142.
- Yenə orada.
- . Всемирная история, стр.373
- Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət Arxivi -ARSPİHA, f. 1, s. 153, i. 143, v. 174
- Yenə orada, f. 1, s. 280, i. 6, v. 116
- Yenə orada, f. 1, s. 121, i. 58, v. 182; s. 280, i. 5, v. 115
- Yenə orada, f. 1, s. 280, i. 108, v. 21.
- Yenə orada. Qaffarof T. Azerbaijan in The Second World War. London, 2001, s. 12.
- ARSPİHA, f. 1, s. 280, i.4, v.114–115
- Yenə orada, f.159, s. 5, i 16, v. 79.
- Абасов М. Бакинская партийная организация в годы Великой Отечественной войны. Бакы, 1990, стр.197
- ARSPİHA, f. 1, s. 5, i. 36, v. 2.
- Yenə orada, f. 2, s. 42, i. 17, v. 43–44.
- Yenə orada, v. 54
- Yenə orada, i. 5, v. 74.
- Yenə orada, s. 100, i. 83, v. 11
- Mədətov Q. Azərbaycan Böyük Vətən müharibəsində (1941–45-ci illər). Bakı, 1965, səh.22
- ARSPİHA, f. 2, s.100, i. 115, v. 90.
- Mədətov Q. Göstərilən əsəri, səh.22; Bağırzadə Ə. Azərbaycan ziyalıları Böyük Vətən müharibəsi illərində. Bakı, 1970, стр.89
- Yenə orada. ARSPİHA, f. 1, s. 26, i. 54, v. 16–18
- ARSPİHA, f. 1, i. 54, v. 16–18.
- Sovet İttifaqı Kommunist Partiyasının tarixi. Bakı, 1964, səh. 614
- ARSPİHA, f. 1, s. 26, i. 54, v. 61; Azerbaycan SSR Böyük Vətən müharibəsi illərində. 1941–1945, I hissə. Bakı, 1976, səh.8.
- История КПСС, т. 5, 1 книга, М, 1970, стр.332
- Azərbaycan SSR-in Qırmızı Aypara Cəmiyyəti 1923–73-cü illərdə. Bakı, 1973, səh.13
- ARSPİHA, s. 153, i. 280, v. 118
- Министерство Нефтяной промышленности Азербайджанской ССР. Годовой отчет "Азнефть" за 1942 г.
- Новрузов Т. А. Трудовые подвиги колхозного крестьянства Азербайджана в период Великой Отечественной войны (1941–1945 гг.). Баку, 1963, стр.79.
- ARSPİHA, f. 1, s. 280, i. 5, v. 116; "Бакинский рабочий" qəzeti, 8 fevral 1942-ci il.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Azerbaycanda herbi seferberlik 1941 Fasist Almaniyasinin tecavuzkar meqsedlerine qarsi Azerbaycanin herbi siyasi ve iqtisadi potensialinin seferber olunmasi Hitler Almaniyasinin Azerbaycanla bagli planlari span 1941 ci il iyunun 22 de fasist Almaniyasi SSRI ye xaincesine basqin etdi 1940 ci il dekabrin 18 de tesdiq edilmis SSRI ye hucum Barbarossa plani ildirimsuretli muharibe strategiyasina esaslanirdi Meqsed guclu qefil zerbe ile sovet ordusunu darmadagin etmek qisa qeder Arxangelsk Hesterxan xettine cixmaq idi Hitler Almaniyasinin qesbkarliq planinda Azerbaycan neft Bakisi xususi yer tuturdu Hetta SSRI de yasayan turkdilli xalqlari muselman monqoloidleri dagidici quvve hesab eden Hitler Menim mubarizem kitabinda yazirdi ki onlar ali irqin qullarina cevrilmelidirler Almaniya hakimiyyeti Baki neftini ele kecirmeyi Serqde istilaciliq siyasetini reallasdirmagin muhum amili hesab edirdi Rozenberqin Qafqazin idare olunmasi plani na gore Azerbaycanda idareedici orqan komissarliq yaradilmali ve iqametgahi Tbiliside yerlesecek Qafqaz reyxkomissarligina tabe edilmeli idi Fasist Almaniyasi sovetler uzerinde qelebeden sonra Iran korfezine Hind okeanina qeder erazileri zebt etmek niyyetinde idi Turk xalqlari yasayan erazilerde Almaniyadan asili oyuncaq Boyuk Turkustan dovleti yaradilmasi planlasdirilirdi Bu dovletin erazisine Simali ve Cenubi Azerbaycanla beraber Orta Asiya Qazaxistan Basqirdistan Tataristan Krim Simali Qafqaz Qerbi Cin ve Efqanistanin daxil olmasi nezerde tutulurdu Hele 1941 ci il martin 27 de Almaniyanin Kontinental Neft Cemiyyetine Bakida neftin cixarilmasi emali ve dasinmasi ile mesgul olacagi gosterisi verilmisdi Artiq Azerbaycandaki iri senaye muessiselerine ali irqden rehberler de teyin edilmisdi Onlar ucuz is quvvesi hesabina maya deyeri asagi olacaq mehsullardan alinacaq yuksek geliri son qepiyinedek Almaniyaya catdirmaq tapsirigi almisdilar Hitler Bakini fasizm imperiyasini neftle temin eden herbilesdirilmis merkeze cevirmek arzusunda idi SSRI nin siyasi iqtisadi ve herbi imkanlarinin muharibeye seferber olunmasi span SSRI XKS ve UIK b P MK nin 1941 ci il iyunun 29 da qebul etdikleri direktivle olkenin butun siyasi iqtisadi ve herbi imkanlarini seferber etmek ilk novbede xalq teserrufatini herbi telebler esasinda qurmaq vezifeleri mueyyenlesdirildi Iyunun 30 da ise I V Stalinin basciligi ile olkede butun hakimiyyeti oz elinde cemlesdiren Dovlet Mudafie Komitesi DMK yaradildi DMK esas diqqeti Silahli Quvvelerin mohkemlendirilmesine iqtisadiyyatin herbin telebleri esasinda yeniden qurulmasina yoneltdi Genis miqyasda herbi seferberlik kecirildi yeni qosun birlesmeleri yaradildi cebheye yaxin rayonlardan senaye muessiseleri ve milyonlarla adam uzaq yerlere kocuruldu 1941 ci il iyunun 22 de Boyuk Britaniyanin Bas naziri bir gunden sonra ise ABS Prezidenti Franklin Ruzvelt SSRI nin Almaniyaya qarsi muharibede onu mudafie etmek teklifini qebul etdikleri barede beyanat verdiler Iyulun 12 de Moskvada Sovet Ittifaqi ile Boyuk Britaniya arasinda muharibede birge fealiyyete dair muqavile imzalandi Avqustun 14 de ABS Prezidenti ve Boyuk Britaniyanin Bas naziri Uels sahzadesi adli geminin goyertesinde gorusduler fasizmi mehv ve qesbkari terksilah etmek zerureti barede beyanati Atlantik xartiyasi ni imzaladilar Sentyabrda SSRI de bu xartiyaya qosuldu Cox kecmeden Avstraliya Belcika Boyuk Britaniya Yunanistan Polsa SSRI musteqil Fransa Cexoslovakiya Yuqoslaviya ve diger olke numayendelerinin Londonda kecirilen konfransinda Atlantik xartiyasi nin esaslari qebul edildi fasizme qarsi koalisiyanin meqsed ve vezifeleri mueyyenlesdirildi 1942 ci il yanvarin 1 de 27 dovletin numayendeleri Vasinqtonda bele bir koalisiya yaratdilar 1945 ci ilin aprelinde ise bu ittifaqda artiq dunyanin 50 dovleti temsil olunmusdu Azerbaycan xalqinin fasizme qarsi mubarizenin teskilinde rolu span Azerbaycan xalqi da son qelebeye qeder bu muharibede feal istirak etdi Respublikanin idare ve muessiselerinde zehmetkesler oz uzerlerine yuksek ohdelikler goturur konullu suretde ordu siralarina Xalq qosunu destelerine Qirici batalyon lara daxil olurdular 1941 ci il iyunun 22 de Bakida qesbkarlara qarsi izdihamli mitinq kecirildi Azerbaycanin seher ve kendlerinde muharibenin ilk gunlerinde 40 min nefer o cumleden 1000 nefere qeder qiz konullu olaraq cebheye getmek ucun respublika Herbi Komissarligina muraciet etdi Yalniz 1941 ci ilin iyul oktyabr aylarinda respublikada 30480 nefer o cumleden herbi mekteblere 2287 nefer qvardiya diviziyalarina 3165 nefer doyusen hisseler ehtiyatina 22319 nefer seferber olundu 1941 1942 ci illerde respublikada teskil edilen herbi birlesmelere Azerbaycandan 5000 kommunist ve komsomolcu daxil olmusdu 1943 cu il yanvarin 1 ne qeder respublikada 464 min nefer orduya cagirilmisdi Zaqafqaziya cebhesinin Herbi Hisselerin Teskili ve Tamamlanmasi Idaresi Azerbaycanda seferberlik isinin teskilini yuksek qiymetlendirmisdi Umumiyyetle 1941 1945 ci illerde Azerbaycandan orduya 700 mine qeder adam seferber olunmusdu Onlar arasinda 11 minden cox qadin var idi Azerbaycanda 1941 ci ilin avqustunda 402 ci oktyabrinda 223 cu 1942 ci ilin mart sentyabr aylarinda 416 ci avqust sentyabr aylarinda ise 271 ci diviziyalar teskil olunmusdu 1941 ci ilin dekabr ayinda Krimin mudafiesinde istirak etmis Ag Manay rayonundaki doyuslerde sexsi heyetinin bir hissesini itirmis 77 ci diviziya da 1942 ci ilin mayinda yeniden respublikada komplektlesdirildi Doyusen qosun ucun ehtiyat quvveler hazirlanmasinda gorulen zeruri isler neticesinde 1941 ci il iyunun 22 den avqustun 14 dek Azerbaycan SSR de Xalq qosunu destelerine 186704 nefer onlarin 30563 neferi qadin idi yazilmisdi Bu desteler istehsalat erazi prinsipi uzre teskil edilirdi Onlarin fealiyyetine rehberlik ucun Merkezi qerargah yaradilmisdi Baki seherinin 18 rayonunda Xalq qosunu destelerine 61780 nefer yazilmis ve 20 rota teskil olunmusdu Baki etrafinda mudafie zonasi yaradilmasinda Xalq qosunu destelerinin 12000 doyuscusu feal istirak etmisdi Azerbaycan Komsomolunun Merkezi Komitesinin 1941 ci ilin avqustunda genclerin Xalq qosunu destelerine celb edilmesi haqqinda qerari esasinda Bakida 13860 komsomolcu xidmet eden 40 dan cox komsomolcu gencler bolme ve rotasi yaradilmisdi 1942 ci il avqust ayinin 17 de erazinin xususiyyetleri nezere alinmaqla Xalq qosunu desteleri yeniden teskil olundu Bakida uc 101 102 ve 103 cu Xalq qosunu diviziyalari yaradildi Diviziyalarda 21259 nefer doyuscu vardi Rayonlarda ise yerlesdirildikleri erazinin adini dasiyan batalyonlar yaradilmisdi 1943 cu ilin martinda Xalq qosunu diviziyalarinin teskilinde deyisiklikler edildi ve her rayonda bir batalyon saxlanildi Hemin batalyonlar Qafqaz cebhesindeki tehluke sovusduguna ve alman isgalcilari Azerbaycan serhedlerinden uzaqlasdirildigina gore 1943 cu ilin avqust ayindan Umumi icbari herbi telim hissesine daxil edildiler Sovet ordusu ucun ehtiyat quvveler yaratmaq meqsedile Dovlet Mudafie Komitesinin qerari ile hele 1941 ci ilin iyulundan etibaren butun olkede 16 yasdan 50 yasadek olan kisilere umumi icbari herbi telim kecilmeye baslanmisdi 1941 ci il oktyabrin 1 den 1942 ci il dekabrin 15 dek respublikada 172209 nefer umumi ve xususi bolmelerde herbi telim kecmis 29925 atici 1255 snayper 363 minomyotcu 747 pulemyotcu ve b hazirlanmisdi Azerbaycan K b P MK nin qerari ile 4389 nefer xususi tank eleyhine doyuscu hazirlandi Onlardan 568 neferi Baki seherinin senaye muessiselerinde isleyen qadinlar idi Azerbaycanda 1941 1945 ci illerde butunlukde umumi icbari herbi telim xetti ile 51254 onlardan 37180 ni atici 14074 u neferi basqa herbi ixtisaslar uzre doyuscu hazirlanmisdi Hemin illerde respublikada 291421 cagirisci 9 nov herbi peseye yiyelenmisdi Onlardan 32337 neferi pulemyotcu 8762 neferi avtomatci 7765 neferi minomyotcu 2862 neferi snayper 2466 neferi tank eleyhine doyuscu idi 1941 ci ilde Azerbaycan rayonlarinda texribatcilara casuslara ve serhedi pozanlara qarsi mubarize aparmaq meqsedile Qirici batalyonlar yaradilirdi 12000 adam seferber edilmis bu batalyonlarin fealiyyeti sayesinde muharibe illerinde 32000 dusmen parasutcusu casus quldur soyguncu texribatci ferari dovlet serhedini pozan tutulmusdu Mudafie islerinin teskilinde ictimai teskilatlar da feal istirak edirdi Yardim cemiyyeti bu sahede xususile ferqlenirdi Bu cemiyyet Kimyevi silahlardan mudafie normasi uzre ehaliye telim kecirdi Azerbaycan Qizil Aypara Cemiyyeti de 1941 1945 ci illerde 6500 den cox tibb bacisi hazirlamis 20 minden cox respublika vetendasi doyusculer ucun konullu qan vermisdi Respublikanin beden terbiyesi teskilatlari da mudafie isinde feal istirak edirdiler 257270 idmanci icbari herbi telime celb olunmusdu Onlarin komeyi sayesinde 1941 1945 ci illerde 64 min nefer Emeye ve mudafieye haziram normasinin 1 derecesi 20 min nefer ise II derecesi uzre yoxlamadan kecirilmisdi Yerli hava hucumundan mudafie bolmeleri de muharibe illerinde ehali arasinda semereli is aparmislar Azerbaycan SSR XKS ve Azerbaycan K b P MKnin 1941 ci 4 may il qerarina esasen hava hucumundan mudafie meqsedile siginacaqlarin tikilmesi teskil edilmisdi 1941 ci il iyul ayinin 10 na qeder butun idare ve muessiselerde ozunumudafie desteleri yaradilmisdi Qirici batalyonlara ve hava hucumundan mudafie destelerine yardim qruplarinda 15 min nefer istirak edirdi Bu destelerin her birine idare ve muessiselerde 100 300 fehle ve qulluqcu yasayis yerlerinde ise 200 500 nefer sakin daxil olurdu Ozunumudafie destelerinde olan ehalinin 137797 neferi eleyhqaz geyinerek 1503 telimde istirak etmis ilk tibbi yardim ucun minlerle tibbi heyet yetisdirilmis 180 sanitar drujinasi teskil edilmis ve 2700 nefer drujinaci hazirlanmisdi Yasayis menteqelerini qorumaq ucun 16000 nefer yasli ehali 12000 pioner ve mektebli seferber edilmisdi Naxcivan seheri ve Naxcivan rayonunda kimyevi hucumdan mudafieye hazirliq ucun teskil edilmis 185 derneye 6212 nefer seher ve kend ehalisi celb olunmusdu Muessise ve evlerde 1134 neferin celb edildiyi 31 ozunumudafie qrupu yaradilmisdi Rus dilini bilmemek muharibenin ilk aylarinda azerbaycanli doyusculer ucun ciddi cetinlikler toredirdi Bundan istifade eden bezi sovinist zabitler onlarla tehqiramiz kobudcasina reftar edirdiler Azerbaycanli doyusculer bununla bagli respublika rehberliyine defelerle muraciet ederek rus dilinin oyrenilmesi ucun serait yaratmagi xahis edirdiler Azerbaycan K b P MK herbi sobesinin 23 oktyabr 1941 ci il tarixli mektubla Zaqafqaziya cebhesinin Siyasi Idaresine bu barede muraciet etmesi neticesinde veziyyet nizama salinmisdi Doyusculerin rus dilini bilmeyinin vacibliyi nezere alinaraq 90 saatliq proqram islenib hazirlanmisdi Dersler herbi hazirliq xetti ile kecirilirdi Azerbaycan K b P MK nin 14 iyul 1942 ci il qerarina esasen Baki seherinde rus dilinin tedrisi iyulun 15 dek Azerbaycan rayonlarinda ise hemin il avqustun 1 den baslanmisdi Herbi mukellefiyyetlilerin mekteblerde rus dilini oyrenmesi ucun heftede 4 saatdan az olmamaq serti ile 150 akademik saat nezerde tutulurdu Cebhenin respublika serhedlerine yaxinlasmasi ile elaqedar olaraq Zaqafqaziya Cebhesi Herbi Surasi Baki etrafinda mudafie movqelerinin yaradilmasi haqqinda qerar cixardi Qerara esasen 1941 ci ilin sentyabrinda Simal istiqametde 10 mudafie tikintisi teskil edildi Bu is ucun 160 yuk masini 300 qaynaq aparati 55 traktor 18 ekskavator 8 seyyar elektrik stansiyasi 7 kompressor 25000 bel kulung ve basqa aletler ayrildi Tanklarin kece bilmemesi ucun 16841 manee yaradildi 91 km uzunluqda derin xendekler qazildi Ates noqteleri ile arxani birlesdiren 535 km uzunluqda gizli elaqe yolu cekildi 1 milyon 800 min m torpaq isi goruldu Mudafie xettinin tikintisinde kisilerle birlikde qadinlar da feal istirak edirdiler Tikintide yalniz Baki seherinin 17 rayonundan 16721 kisi 23906 qadin istirak etmisdi Belelikle Boyuk Veten muharibesi baslanan andan respublikada cebheye xidmet arxada quvveleri seferber etmek sahesinde coxlu is goruldu Azerbaycan xalqi butun zehmetkesler fedakarliq metinlik dozumluluk numayis etdirdiler Istinadlar span Sovershenno sekretno Strategiya fashistskoj Germanii v vojne protiv SSSR Dokumenty i materialy M 1967 str 153 Vsemirnaya istoriya M 2001 str 450 Orucov Q Azerbaycan Qafqaz doyuslerinde Baki 1984 seh 13 Yene orada seh 12 Romanov A Allah chernorubashnikov Nauka i religiya 1964 5 str 33 Siyasi tarix II hisse Baki 1998 seh 67 Istoriya Kommunisticheskoj Partii Sovetskogo Soyuza M 1976 str 167 Istoriya SSSR M 1960 str 734 Vsemirnaya istoriya str 373 Novejshaya istoriya XX vek M 1997 str 142 Yene orada Vsemirnaya istoriya str 373 Siyasi Partiyalar ve Ictimai Herekatlar Merkezi Dovlet Arxivi ARSPIHA f 1 s 153 i 143 v 174 Yene orada f 1 s 280 i 6 v 116 Yene orada f 1 s 121 i 58 v 182 s 280 i 5 v 115 Yene orada f 1 s 280 i 108 v 21 Yene orada Qaffarof T Azerbaijan in The Second World War London 2001 s 12 ARSPIHA f 1 s 280 i 4 v 114 115 Yene orada f 159 s 5 i 16 v 79 Abasov M Bakinskaya partijnaya organizaciya v gody Velikoj Otechestvennoj vojny Baky 1990 str 197 ARSPIHA f 1 s 5 i 36 v 2 Yene orada f 2 s 42 i 17 v 43 44 Yene orada v 54 Yene orada i 5 v 74 Yene orada s 100 i 83 v 11 Medetov Q Azerbaycan Boyuk Veten muharibesinde 1941 45 ci iller Baki 1965 seh 22 ARSPIHA f 2 s 100 i 115 v 90 Medetov Q Gosterilen eseri seh 22 Bagirzade E Azerbaycan ziyalilari Boyuk Veten muharibesi illerinde Baki 1970 str 89 Yene orada ARSPIHA f 1 s 26 i 54 v 16 18 ARSPIHA f 1 i 54 v 16 18 Sovet Ittifaqi Kommunist Partiyasinin tarixi Baki 1964 seh 614 ARSPIHA f 1 s 26 i 54 v 61 Azerbaycan SSR Boyuk Veten muharibesi illerinde 1941 1945 I hisse Baki 1976 seh 8 Istoriya KPSS t 5 1 kniga M 1970 str 332 Azerbaycan SSR in Qirmizi Aypara Cemiyyeti 1923 73 cu illerde Baki 1973 seh 13 ARSPIHA s 153 i 280 v 118 Ministerstvo Neftyanoj promyshlennosti Azerbajdzhanskoj SSR Godovoj otchet Azneft za 1942 g Novruzov T A Trudovye podvigi kolhoznogo krestyanstva Azerbajdzhana v period Velikoj Otechestvennoj vojny 1941 1945 gg Baku 1963 str 79 ARSPIHA f 1 s 280 i 5 v 116 Bakinskij rabochij qezeti 8 fevral 1942 ci il Vikikitabda Azerbaycan tarixi Ikinci Dunya muharibesinin baslanmasi Azerbaycanli doyusculerin cebhede ve antifasist muqavimet herekatinda istiraki movzusuna dair metn var Kateqoriyalar Ikinci Dunya muharibesiAzerbaycanin herb tarixiBoyuk Veten muharibesi1941 ci ilde Azerbaycan
