fbpx
Wikipedia

Azərbaycan ziyarətgahları

Azərbaycan ziyarətgahları azərbaycanlıların tarixən və müasir dövrdə yaşadığı ərazilərdə yerləşən və davamlı olaraq ziyarət edilən pir, ocaq və s. müqəddəs yerlərdir. Ziyarətgahlarda həm İslamdan əvvələ, həm də İslam sonrasına aid izlərə rast gəlinir. Bu yerlər əsasən ayrı-ayrı müqəddəs şəxslərin adları, daş, ağac, su-bulaq, qəbir və s. ilə əlaqələndirilir. Həmçinin azərbaycanlıların digər xalqlar ilə ortaq ziyarət etdiyi yerlər mövcuddur.

Naxçıvan ziyarətgahlarına həsr edilmiş poçt markası (2019-cu il)

Azərbaycan ziyarətgahları milli səviyədə qeyri-maddi mədəni irs olaraq qeydiyyata alınmışdır.

Növlərinə görə

Şeyx Səfi türbəsi daxilində yerləşən məzar sənduqəsi. Ərdəbil

Azərbaycan inanclarında kiçik məişət əşyalarından tutmuş silahlara, bulaqlara, təpələrə, qayalara kimi müxtəlif obyektlər ilahiləşdirilib tarixin müxtəlif dövrlərində insanların ümid yerinə çevrilmişdir. Müxtəlif nağıl və dastan nümunələrində bir sıra sehrli əşyalar və vasitələr təsvir edilir ki, qeyri-adi işləri yerinə yetirir, möcüzələr törədir. Bu inanclara müxtəlif yerlərin müqəddəsləşdirilməsində də qarşılaşılır. Azərbaycan mifoloji sistemində və inanclarında ağac (ağac pirlərinə bu gün də paltarlarından bir hissə qoparıb asanlar var), dağ, qaya, su, bulaq, ilan (ilan pirləri), öküz, inək, at, ocaq kultlarının izlərinə rast gəlinir.

Pirlər həm İslamdan əvvəl, həm də İslam sonrası izləri özündə daşıyır. Bu yerlər əsasən ayrı-ayrı müqəddəs şəxslərin adları, daş, ağac, su-bulaq, qəbir və s. ilə əlaqələndirilir. Əkinçilik və heyvandarlıqla bağlı müqəddəs yerlərə kölgəliklər, bulaqlar, zağa və heyvandarlığın inkişafı üçün istifadə edilən yerlər daxildir. Bunlara Eynəltaxtı, Nağara dağı, Çoban daşı, çınqıl yol, Pir qalaçası daxildir.

İmam Əlinin heç bir zaman Ərəbistan və İraqdan başqa bir yerə getməməsinə baxmayaraq Azərbaycanda "Xəlifə qəbri", "Əli piri", "Hz. Əli daşı", "Əli Ayağı" pirləri vardır. Tovuzİsmayıllıda müqəddəs qəbul edilən qayanın Əli tərəfindən qılıncla vurulduğu və ondan su fışqırdığına inanılır. Bundan başqa Şiə imamlarının övladları ilə bağlı Azərbaycanda uydurulmuş imamzadələr vardır. Şərqşünas V.Bartolda görə İmam Rzanın qızı Ükeymə Bibiheybət məscidində dəfn edilməmişdir. Həmçinin Azərbaycanda bir çox şeyx və seyid qəbri ziyarətgaha çevrilmişdir.

İran azərbaycanlılarının ziyarət etdiyi yerlər Ərdəbildəki Şeyx Səfi türbəsindən tutmuş yol qırağı ocaqlar və dua edilən ağaclara (pir) qədər dəyişir. Əsas ziyarətçilər şəfa, çarə və vasitəçilik axtaran qadınlardır.

Salman Mümtazın fikrincə, Laçın bölgəsində Sarı Aşıq türbəsi xalq tərəfindən ziyarət edilir, Sarı Aşıq "Haqq aşığı" adlandırılırdı.

Sovet dövründə məscidlərə qadağa olsa da pirlərin və digər müqəddəs yerlərin ziyarətinə göy yumulurdu. Masallı, Biləsuvar, Cəlilabad və Lənkəran rayonlarında pirlərdə namaz qılınır, dini bayramlar zamanı buralar ziyarət edilirdi. Bu dövrdə Qazax, Tovuz, Şəmkir, Yevlax, Şabran və Qusar rayonu sakinləri dini adətləri evlərində və müqəddəs yerlərdə icra edirdilər.

Ağaclar

 
Gürcüstandan dilək ağacı nümunəsi. Cvari monastırı yaxınlığı

Azərbaycanın demək olar ki, bütün bölgələrində ağac pirləri mövcuddur. Bu pirlər doğuluş inancı ilə bağlıdır, uşağı olmayan qadınlar tərəfindən ziyarət edilir. İnancın kökündə ağacın əcdad olması, uşaq verməsi haqqında təsəvvür dayanır.

Borçalı bölgəsində ən çox müqəddəs hesab edilən ağac dağdağandır. Qazaxın Aslanbəyli kəndindən bura ziyarətə gələnlər ağacdan bir parça qoparıb özləri ilə aparırlar. İnanca görə ağacın hissəsi paltara tikilsə insanı pis ruhlardan və kəm gözlərdən qoruyar. Borçalının Candar kəndində isə çinar ağacı və onun dibindən çıxan bulağa müqəddəs varlıq kimi baxılır. Övladı olmayanlar və sevgililər niyyət edib buranı ziyarət edirlər. Ümumiyyətlə, Borçalı bölgəsində ağac, su, daş kimi yer-su iyələrinə aid inanclar onların yaşadığı yerlərin ziyarət edilməsi və onlara hədiyyə verilməsi şəklində davam edir.

Goranboyun Şahbəyli və Səfikürd kəndləri arasındakı ağac pirinin ətrafına gecə getmək məsləhət bilinmir. Gecə vaxtı ağac piri pərilər, cinlər yığınağı olur. Uşaq sahibi olmaq niyyətilə gələnlər yaxınlıqdakı daşın altına nəzir qoyurlar.

Bəzən hamilə qadının bətnindəki uşağı qorumaq üçün qadını ağac ziyarətgahına aparır və onun ətrafında üç dəfə dolandırırlar. Hamiləlik bitənə qədər ziyarətgahdan götürülmüş torpaq qadının çarpayısının bir tərəfində gizlədilir və uşaq doğulandan sonra torpağı ziyarətgaha geri aparırlar. Hamiləlik dövrü əvvəldən axıra ağac ziyarətgahın himayəsi altında keçirilir və uşaq sağlam olanda "ağacın şərəfi"nə qurban kəsilir.

Yazıçı Manaf Süleymanov etnoqrafik səpkidə yazılmış "Lahıc" əsərində qeyd edirdi: "Bir vaxtlar Niyaldağın ətəyində əzəmətli "Təkağac" ucalırdı. Hələ uşaqlıqdan eşitmişdim ki, "Təkağac" piri qocalı, cavanlı, uşaqlı bir çox xəstələrə şəfa verib. Min dərdə mübtəla olanları, gec dil açan uşaqları, yeriyə bilməyənləri və b. bura gətirib budaqlardan yelləncək – nənnilər asıb yelləyə-yelləyə pirə yalvarıb şəfa umardılar və bir çoxları məramlarına çatardı. Bu məqsədə çatmağa başqa səbəblər olsa da, hamı "Təkağac" pirinin kəraməti hesab edərdi." Yazıçı "Təkağac"ın aqibəti haqqında soruşduqda belə cavab verilir: "Allah onu kəsdirənin cəzasını verdi. O tuta-tutda (37-ci il repressiyasını nəzərdə tutur) bağrı yarıldı. Görənlər deyirdi ki, hər dəfə baltanı vuranda ağacın gövdəsindən qan çıxırdı. Pir qan ağlayırmış. Camaat üç gün "Təkağac" üçün yas saxladı."

Şahbuzda yerləşən Maqsud pirinin armud ağacının altına buğda atarlar. Cücərsə, arzunun yerinə yetəcəyini göstərir. Şahbuzdakı Qərib pirinin armud ağacına beşik asılmışdır. Əgər evli qadın gələndə beşik yırğalanarsa, bu onun uşağı olacağı mənasına gəlir. Culfanın müqəddəs ağacı ilə bağlı əfsanəyə görə uşağı olmayan adam iki uşağı bir-birinin üzünü görərsə birini burada qurban kəsəcəyini demişdir. Arzusu yerinə yetəndən sonra uşağı qurban kəsərkən tufan qopmuş və bir camış ağacın yanında peyda olmuşdur.

İlisu kəndindəki "Qoz piri"ndə şəfa tapmaq üçün gələn xəstələr, övlad istəyən qadınlar bu piri ən müqəddəs bir qüvvə kimi qəbul edirlər. Qaxla İlisu arasında Qarabulaq adlı yerdə "Zoğal pir" var. Ziyarətçilər zoğalın budaqlarına ip, sap, əsgi parçası, yun qırığı, kağız pul və s. bağlayırlar.

Meşkinşəhrin bir çox kəndlərində meşə kultu mövcud olub, insanlar Tanrıdan bir şey istədikdə meşəliklərə gedib dua ediblər.

Daşlar və qəbirlər

Daş pirlər spesifik (uşağı olmamaq, revmatizma), qəbir pirləri isə müxtəlif xəstəliklər üçün ziyarət edilərdi. Qəbir pirlərinin çoxunda qurban kəsilərdi. Qəbir pirləri xəstəlik və müxtəlif bəlalar üçün ümid qapısı olub, hər cür zalım və xain ruhlarla burada mübarizə aparıldığına inanılardı.

Daş qoçun ayaqları altından keçənin və ya qaya üstündə uzananın hamilə qalması daş pir inancının davamıdır. Azərbaycanın bəzi bölgələrində xəstə uşaqlar şəfa tapsın deyə qayanın altından keçirilər. Bəzi araşdırmaçılar bunu animizmlə əlaqələndirsə də, əcdad kultu ilə əlaqə də diqqətə layiqdir.

Azərbaycanın bir sıra bölgələrində Humay adlandırılan qayalar və onunla bağlı inamlar qədim türk tanrısı Umayın ana kultunun hələ də mövcud olduğunu göstərir. Bura gələn uşaqsız qadınlar başını qayaya qoyub yatar, uşaqlar isə sümüyü bərkisin və tez yerisin deyə qayanın altındakı deşikdən keçirilərmiş. Qubadlı rayonun Qaracallı kəndində isə Umay kahası mövcuddur.

Qusarda yerləşən "Piral" adlı menhirdə ilahi bir güc olduğu fikirləşilir. Havalar yağışlı keçəndə bu daşın yanında ayin icra edilir, sonra isə daş yerə yatırılıb qaldırılır. Bundan başqa Laçında gec gəzən uşaqların aparıldığı "Yeri daş" piri, Novxanıda uşağı olmayan qadınların aparıldığı "Ağ daş" piri, Lerikdə xəstəliklərə dəva olan "Vavuya hal" və s. daş pirlərə misal göstərilə bilər.

Qobu yaxınlığındakı Qırxqız təpəsində hər cümə günü daşların ağladığına və həmin günün ziyarət üçün məqbul gün olduğuna inanılar. Bu su daşa dönmüş qırx qızın göz yaşlarıdır. Qızlar düşmənə yaxalanmamaq üçün Allahdan onları daşa çevirməsini istəmişdilər.

Naxçıvan şəhərində yerləşən "Süddü nənə" pirindəki inanc sistemi xalq arasındakı "qara daş" inancı ilə bağlıdır. T.Qədirzadəyə görə belə daşlar müqəddəs hesab edilir və "ocaq daşı" adlanır. İnanca əsasən, südü olmayan gəlinlər bu piri ziyarət edirlər. Ziyarət zamanı özləri ilə qovrulmuş buğda gətirir, yol boyunca bu buğdaları müəyyən yerlərə qoyur və heç kimlə danışmırlar. Ziyarətdən geri qayıdarkən bu buğdalardan götürüb yeyirlər. Şahbuz rayonundakı "Süddü nənə" pirindəki daş yarığından keçmə inancı isə qədim dastan yaddaşındakı Cənnətin süd gölü ilə oxşarlıq təşkil edir. Xalq arasında olan inanca görə, bu daşların yanına su qoymaq lazımdır.

Culfada yağmur pirləri deyilən ziyarət yerləri vardır. Burdan götürülən daşlar evlərdə suya salınar, pir iyəsi isə pirdə qalmış daşlar da eynən su ilə qovuşsun deyə yağış yağdırarlar. Yağış yağandan sonra gənclər evləri dolaşıb daşları toplayar, pirlərə geri qaytararlar. Oxşar inanclara MuğanGəncə bölgəsində də rast gəlinir.

Dağlar

Azərbaycanda və Anadoluda ən son dövrlərə qədər dağlara qanlı qurban verilməsi adəti qalmışdır. Füzuli Bayata görə, bu adətin kökündə İslamdan sonrakı dövrdə dağlarda övliya qəbrlərinin olması inancı var. Beləliklə, insanlar övliyaların adını dağa verməklə dağları insan yerinə qoyub və buna görə də dağa qurban kəsiblər. İran azərbaycanlıları arasında dağda qurban kəsmə adəti isə türklər tərəfindən dağın Tanrıya yaxın bir məkan olaraq görülməsi ilə izah edilir. Meşkinşəhrdəki Savalan dağının zirvəsinə qoyun götürüb dağ ruhu üçün qurban kəsilərdi. Bundan başqa duaları qəbul edilən şəxslər Ulu Tanrıya bu dağın zirvəsində qurban kəsərdi. Beləliklə, müqəddəs qəbul edilən dağların yer ilə göy arasında bağlantı qurduğuna inanılardı. Bu məntiqlə Dağ iyəsinin Göy Tanrı ilə əlaqə qurduğu qəbul edilmiş, hətta dağlar göyün qapısı sayılmışdır. Digər bir adət isə dağların qoruyuculuğuna olan inanca görə ölülərin yüksək yerdə dəfn edilməsidir, hansı ki İran azərbaycanlılarının yaşadığı bütün şəhər və kəndlərdə müşahidə edilir.

Deyilənə görə Yel Babanın məskunlaşdığı Yel Dağı ziyarətgahdır. Xalq ora gedib qurban kəsər. Digər bir ziyarət yeri olan Şahpir Dağında isə qurban kəsilən heyvanın əti orada yeyilməz. And içəndə dağa doğru çönüb and içərlər. Qoşqar dağı da keçmişdə azərbaycanlılar tərəfindən müqəddəs olaraq görülürdü.

Azərbaycanın şimal-şərq hissəsinin ən böyük dağı olan Şahdağ bölgə xalqı tərəfindən müqəddəs hesab edilir. Yay aylarında Şahdağa səfərlər təşkil edilir, bölgədəki məzar yerləri ziyarət edilir, ağaclara bez parçaları bağlanır, qurban kəsilir. Bu bölgədə qadınlar dağa baxarkən yaşmaq vurub, "qaynatam baxır, ayıbdır" deyirlər. Qadınların bu hərəkəti, həm də Azərbaycanda dağlara baba deyilməsi (Azərbaycan bayatılarında dağlardan böyüklər olaraq qeyd edilməsi) dağın qadının ərinin və qaynatasının soy dağı olaraq təsəvvür edilməsi ilə əlaqədar ola bilər.

Mağaralar

 
Əshab-ül Kəhf ziyarətgahı. Naxçıvan

Naxçıvanın şimalındakı Əliabad kəndində yerləşən "Göylü baba" mağarasında ölü bir müddət saxlanılar və sonra aparılıb Kərbəlada basdırılardı. Yağmur duası üçün də bura gəlinərdi. Əshabi-Kəhf mağarasına gələnlər isə onun yuxarısından rəngli iplərlə bəxt daşları asardılar. Daşkəsəndəki "Qara inək hini" və "Ağ Kağa" mağaralarında qurban kəsilərdi.

Qurd ocaqları

Şimali Azərbaycan və Anadolu Türk mədəni ərazisində Qurd piri, Qurd Övliya, Qurd Baba, Qurd Ata, Qurd təkkəsi kimi xalq tərəfindən müqəddəs qəbul edilən yerlər və onların xalq həyatında rolu əfsanələri ilə birlikdə bilinir. Cənubi Azərbaycandakı Qurd Baba (və ya Quduz ocağı) isə xalq inancları baxımından çoxistiqamətli bir mərkəzdir, ovo/obo stilində bir daş yığınıdır. Bu ocaqda ildə bir dəfə qurdlar yığışar. Bunun üçün qurdlar sınaq keçidi rolunu oynayan Ağçayı keçməlidir. Həmçinin qurd dişlədiyi üçün quduz olacağından şübhələnənlər və göz xəstəlikləri olanlar buranı ziyarət edərlər. İldə bir dəfə Qurd Babanı ziyarət edənlər ovonun ətrafında fırlanıb, yaxınlıqdakı ağaca bez bağlıyarlar.

Su mənbələri

Aləmin yatdığı vaxtda hər şey təzələndiyi üçün gecə evdəki köhnə su atılmalı, bütün qablar təzə su ilə yuyulmalıdır. İnsanlar çeşmə başına gedib, əl-üzünü yuyar, su üstündən atılıb, evə yeni su gətirərlər. Xalq inancına görə, biri sudan götürüb, xəmir yoğursa, sudakı balaca daşlardan evə gətirib, yağ küpünə, çörək qabına və ya evin bir bucağına qoysa o evdə çörək bol olar.

Azərbaycanda qızlar qismətlərinin açılması üçün bulaq və digər su qaynaqlarının başlarında niyyət və dua edərlər. Niyyəti olan axar suya belə deyər: "Axar suya niyyət edirəm. Axar sular axıb getmədən niyyətim çıxsın. Pis günlərim və pislərin pislikləri axıb getsin." Bundan başqa yaz ayında analar övladlarını axar sularda yuyanda şeir şəklində dualar deyərlər.

İran azərbaycanlılarında su ilə bağlı müxtəlif fəaliyyətlər vardır. Meşkinşəhrin Ur kəndində ürəyində arzusu olan insanlar duaları qəbul edilsin deyə çay kənarında diz çöküb dua edərlər. Bəzi su mənbələri müqəddəs qəbul edildiyi üçün onların yanında qurban kəsilər, yağmur duası edilərdi. Həmçinin suyun şəfaverici xüsusiyyəti olduğuna inanılardı. İran azərbaycanlılarında evləri bərəkətli olsun deyə sudan üç daş götürmə adəti şimaldakı azərbaycanlılarda rəqəm yeddi olmaqla davam etdirilir.

"Qanlı göl" əfsanəsində marallarının vaxtaşırı gölə gəlməsi su hamisini ziyarət mərasimi ilə bağlıdır.

Analizi

Azərbaycanın İslam ziyarətgahlarında əcdad kultu ilə bağlı ziyarət edilən yerlərin xüsusiyyətləri tapılmışdır. Zelik Yampolski Azərbaycanda ziyarətgahların ocaq adlandırılması, həmçinin bu kimi yerlərlə əlaqədar ritual və əfsanələrlə bağlı olaraq belə bir nəticəyə gəlmişdir ki, ziyarətgahlar tayfanın (icmanın) "məişət kult mərkəzləri" olmuşdur.

Azərbaycanda pirə adını verən müqəddəsin adına ata və baba sözlərinin əlavə edilməsi (Şəkidə Babaratma piri, Ağdaşda Gündoğdu baba ziyarətgahı) əcdad kultu ilə əlaqələndirilir və bu yolla qohumluq ifadə edən sözlər müqəddəslərə ehtiram göstərilməsində istifadə edilmişdir.

Zaqatalada yerləşən Cinpir ziyarətgahı xəstəni sağaltma funksiyasını (şaman funksiyası) yerinə yetirir. Ziyarətçilər müqəddəs üçün daha çox qara keçi gətirirlər. Eynən Bürküt Ataya da keçi qurban edilir. Şamanın başçılığı ilə keçi qurbanı verilməsi adəti sibolarburyatlarda da mövcuddur. Ancaq keçi qurbanı yalnızca şamanizmə aid edilə bilməz.

Digər xalqlarla ortaq ziyarət edilən yerlər

Qarabağ münaqişəsindən əvvəl azərbaycanlılar və ermənilər Şvanidzordakı XVI–XVII əsrlərə aid Hacı-Baba türbəsini ziyarət edər və burada matax (heyvan qurbanı) kəsərdilər. Buna görə də türbə iki qrup arasında nadir hallarda mövcud olan etnik harmoniya simvolu hesab edilir.

Bolnisi rayonunun Kəpənəkçi kəndinin yaxınlığında yerli azərbaycanlılar, həmçinin müəyyən qədər yunanlar və gürcülər tərəfindən ziyarət edilən Yel dağı vardır. İnsanlar bura nəzir gətirər, qurban kəsib and içərlər.

Azərbaycangürcü xalqlarının nümayəndələri bir araya gələrək yazpayızın gəlişini birgə el mərasimlərilə qeyd etməsi; ənənəvi olaraq Qax rayonunun Kürmük kilsəsində təşkil olunur. Hazırda mayın 6-da və noyabr ayında dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı Kürmük məbədini ziyarətə gəlir. Zəvvarların sırasında başqa bölgələrdən, qonşu ölkələrdən gələnləri də görmək mümkündür.

Azərbaycan mədəniyyəti ilə əlaqə udinlərin həyatının bütün sahələrində özünü göstərir. Udinlər və azərbaycanlılar fərqli dinlərə sitayiş etməklərinə baxmayaraq eyni ziyarətgahları — ocaqları, pirləri ziyarət edirlər.

Həmçinin bax

Qeydlər

  1. Ovo/obo Asiya çöllərində qurban və saçı daşlarından ibarət müqəddəs məkandır. Az-çox dəyişikliklərə uğramış forması Anadoluda mövcuddur.

İstinadlar

  1. Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Ziyarətgah" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-03-08 tarixində . İstifadə tarixi: 2022-03-08.
  2. Qafarlı, Ramazan, AZƏRBAYCAN TÜRKLƏRİNİN MİFOLOGİYASI, ADPU, 2010
  3. TÜRK-İSLAM MƏDƏNİYYƏTİ İLƏ BAĞLI İNAM YERLƏRİ: PİRLƏR (Naxçıvan şəhəri materialları əsasında). Asəf ORUCOV
  4. AZERBAYCAN’DA HALK İNANÇLARIYLA İLGİLİ DİNİ LİTERATÜR (Sovyet Dönemi). Kemale ŞAKİROVA, 2015.
  5. R. Tapper. AZERBAIJAN vi. Population and its Occupations and Culture // ENCYCLOPÆDIA IRANICA. — 1988. — С. 234–238.
  6. AZERBAYCAN’DA TASAVVUFİ HAREKETLER. Zülfikar NABİYEV. ANKARA ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ.
  7. Али АБАСОВ. "Ислам в современном Азербайджане: образы и реалии". Sakharov-center. 2013-05-08 tarixində . İstifadə tarixi: 2022-01-29.
  8. Elçin Qaliboğlu (İmaməliyev). Yaradılış mifləri və Azərbaycan əfsanələri. Bakı, Elm və təhsil, 2020, 180 səh.
  9. BORÇALI İLİNDE ESKİ TÜRK İNANÇLARININ İZLERİ. Oğuz MEMMEDLİ, 2015.
  10. Doç Dr. Pervin Ergun. Türk Kültüründe Ağaç Kültü. Ankara. Atatürk Kültür Mərkəzi 2017. 1124 səh.
  11. Bəxtiyarova R. Ə. Azərbaycanda ağac ayini. Bakı, "Araz" nəşriyyatı, 2002, 188 səh.
  12. xalqcebhesi.az. "Ağac kultu ilə bağlı inanclar". 3 Oktyabr 2017. 2021-11-27 tarixində . İstifadə tarixi: 2016-08-25.
  13. NAHÇIVAN'DA ESKİ TÜRK İNANÇLARININ İZLERİ (AĞAÇ KÜLTÜ). Doç. Dr. Ebülfez Kulu AMANOĞLU
  14. Әфәндијев П. (азерб.)русск.. Азәрбајҹан шифаһи халг әдәбијјаты (азерб.) / Научный редактор А. Набиев (азерб.)русск.. — Б.: Маариф, 1992. — 477 с.
  15. İRAN TÜRKLÜĞÜNDE GELENEKSEL TÜRK İNANÇLARININ ETKİ VE İZLERİ. Impact and Traces of Traditional Turkish Beliefs Among Iranian Turks. Yrd. Doç. Dr. Mousa RAHIMI.
  16. TÜRK KÜLTÜRÜNDE ATALAR KÜLTÜ. Kübra YILDIZ ALTIN. Ankara, 2018.
  17. Cəlal Bəydili (Məmmədov). Türk mifoloji obrazlar sistemi: struktur və funksiya (monoqrafiya). — Bakı: Mütərcim, 2007. — 272 səh.
  18. Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).
  19. Sarıkız Efsanesi ve Azerbaycan Efsanelerinde Dağ ve Su Kültlerinin Sentezi. Aynur Mahmud
  20. Türkan ARIK. "Azerbaycan'in Nahçivan Bölgesi̇nde Yağmurla İlgi̇li̇ İnanişlar ve Yağmur Çağirma Merasi̇mleri̇". Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi. 2018. İstifadə tarixi: 2022-04-06.
  21. Türklerde Dağ Kültü Inancı Ve Altay, Tıva Ve Şor Destanlarında Dağ (Seniha Sönmez). Balıkesir, 2008.
  22. AZERBAYCAN HALK İNANIŞLARI. AKRAM NAJAFOV. NECMETTİN ERBAKAN ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ.
  23. И. М. Джафар-заде. Экспедиция по обследованию циклопических сооружений Азербайджана // Известия АзФАН СССР. — 1938. — № 3. — С. 38.
  24. GÜNEY AZERBAYCAN/KUZEY İRAN’DA TÜRK KÜLTÜR COĞRAFYASI HALK İNANÇLARINDA MİTOLOJİK TESPİTLER. Yaşar KALAFAT. Türk Dünyası İncelemeleri Dergisi / Journal of Turkish World Studies, XIII/2 (Kış 2013), s.61–66.
  25. TÜRK KÜLTÜRÜNDE IŞIK KÜLTÜ. Nagihan ÇETIN
  26. ANADOLU’DA SU KÜLTÜNÜN İZLERİ. Monitoring of the Water Cult in Anatolia. Doç. Dr. İskender OYMAK
  27. TÜRK KÜLTÜRLÜ HALKLARDA AHIR ÇERŞEMBE’NİN MİTOLOJİK MUHTEVASI. Yaşar Kalafat
  28. Aynur Babək. Azərbaycan folklorunda su ilə bağlı inamlar. Bakı "Nurlan", 2011. – 212 səh.
  29. Басилов Б.Н. Культ святых в исламе. Москва: Мысль, 1970, 142 с
  30. Maxim Edwards. "Baba-Hadji, symbol of ethnic harmony". opendemocracy.net. 19 November 2013. 8 September 2019 tarixində . İstifadə tarixi: 22 January 2022.
  31. Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az
  32. . 2012-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-26.
  33. H.Əzimov, Ş.Əhmədov. Qax abidələri. Bakı: 1998
  34. "Gürcü və azərbaycanlıların birgə bayramı - Kürmükoba bayramı". BBC (az.). 2022-01-22 tarixində . İstifadə tarixi: 2021-05-13.
  35. "Народы Кавказа". — 1962. — Т. II.

Əlavə oxu

  • И. И. Мещанинов. Пиры Азербайджана . — "Известия Государственной Академи и истории материальной культуры", т. IX , вып. 4. Л., 1931.

Xarici keçidlər

  •   Vikianbarda Azərbaycan ziyarətgahları ilə əlaqəli mediafayllar var.
  • Azərbaycan regionlarında pir və ziyarətgahlar. Kənan Rövşənoğlu. Baku Research Institute, 2021.

azərbaycan, ziyarətgahları, azərbaycanlıların, tarixən, müasir, dövrdə, yaşadığı, ərazilərdə, yerləşən, davamlı, olaraq, ziyarət, edilən, ocaq, müqəddəs, yerlərdir, ziyarətgahlarda, həm, islamdan, əvvələ, həm, islam, sonrasına, izlərə, rast, gəlinir, yerlər, ə. Azerbaycan ziyaretgahlari azerbaycanlilarin tarixen ve muasir dovrde yasadigi erazilerde yerlesen ve davamli olaraq ziyaret edilen pir ocaq ve s muqeddes yerlerdir Ziyaretgahlarda hem Islamdan evvele hem de Islam sonrasina aid izlere rast gelinir Bu yerler esasen ayri ayri muqeddes sexslerin adlari das agac su bulaq qebir ve s ile elaqelendirilir Hemcinin azerbaycanlilarin diger xalqlar ile ortaq ziyaret etdiyi yerler movcuddur Diribaba turbesi SamaxiNaxcivan ziyaretgahlarina hesr edilmis poct markasi 2019 cu il Azerbaycan ziyaretgahlari milli seviyede qeyri maddi medeni irs olaraq qeydiyyata alinmisdir 1 Mundericat 1 Novlerine gore 1 1 Agaclar 1 2 Daslar ve qebirler 1 3 Daglar 1 4 Magaralar 1 5 Qurd ocaqlari 1 6 Su menbeleri 2 Analizi 3 Diger xalqlarla ortaq ziyaret edilen yerler 4 Hemcinin bax 5 Qeydler 6 Istinadlar 7 Elave oxu 8 Xarici kecidlerNovlerine gore Redakte Seyx Sefi turbesi daxilinde yerlesen mezar senduqesi Erdebil Azerbaycan inanclarinda kicik meiset esyalarindan tutmus silahlara bulaqlara tepelere qayalara kimi muxtelif obyektler ilahilesdirilib tarixin muxtelif dovrlerinde insanlarin umid yerine cevrilmisdir Muxtelif nagil ve dastan numunelerinde bir sira sehrli esyalar ve vasiteler tesvir edilir ki qeyri adi isleri yerine yetirir mocuzeler toredir Bu inanclara muxtelif yerlerin muqeddeslesdirilmesinde de qarsilasilir Azerbaycan mifoloji sisteminde ve inanclarinda agac agac pirlerine bu gun de paltarlarindan bir hisse qoparib asanlar var dag qaya su bulaq ilan ilan pirleri okuz inek at ocaq kultlarinin izlerine rast gelinir 2 Pirler hem Islamdan evvel hem de Islam sonrasi izleri ozunde dasiyir Bu yerler esasen ayri ayri muqeddes sexslerin adlari das agac su bulaq qebir ve s ile elaqelendirilir 3 Ekincilik ve heyvandarliqla bagli muqeddes yerlere kolgelikler bulaqlar zaga ve heyvandarligin inkisafi ucun istifade edilen yerler daxildir Bunlara Eyneltaxti Nagara dagi Coban dasi cinqil yol Pir qalacasi daxildir 4 Imam Elinin hec bir zaman Erebistan ve Iraqdan basqa bir yere getmemesine baxmayaraq Azerbaycanda Xelife qebri Eli piri Hz Eli dasi Eli Ayagi pirleri vardir Tovuz ve Ismayillida muqeddes qebul edilen qayanin Eli terefinden qilincla vuruldugu ve ondan su fisqirdigina inanilir Bundan basqa Sie imamlarinin ovladlari ile bagli Azerbaycanda uydurulmus imamzadeler vardir Serqsunas V Bartolda gore Imam Rzanin qizi Ukeyme Bibiheybet mescidinde defn edilmemisdir Hemcinin Azerbaycanda bir cox seyx ve seyid qebri ziyaretgaha cevrilmisdir 4 Iran azerbaycanlilarinin ziyaret etdiyi yerler Erdebildeki Seyx Sefi turbesinden tutmus yol qiragi ocaqlar ve dua edilen agaclara pir qeder deyisir Esas ziyaretciler sefa care ve vasitecilik axtaran qadinlardir 5 Salman Mumtazin fikrince Lacin bolgesinde Sari Asiq turbesi xalq terefinden ziyaret edilir Sari Asiq Haqq asigi adlandirilirdi 6 Sovet dovrunde mescidlere qadaga olsa da pirlerin ve diger muqeddes yerlerin ziyaretine goy yumulurdu Masalli Bilesuvar Celilabad ve Lenkeran rayonlarinda pirlerde namaz qilinir dini bayramlar zamani buralar ziyaret edilirdi Bu dovrde Qazax Tovuz Semkir Yevlax Sabran ve Qusar rayonu sakinleri dini adetleri evlerinde ve muqeddes yerlerde icra edirdiler 7 Agaclar Redakte Gurcustandan dilek agaci numunesi Cvari monastiri yaxinligi Azerbaycanin demek olar ki butun bolgelerinde agac pirleri movcuddur Bu pirler dogulus inanci ile baglidir usagi olmayan qadinlar terefinden ziyaret edilir Inancin kokunde agacin ecdad olmasi usaq vermesi haqqinda tesevvur dayanir 8 Borcali bolgesinde en cox muqeddes hesab edilen agac dagdagandir Qazaxin Aslanbeyli kendinden bura ziyarete gelenler agacdan bir parca qoparib ozleri ile aparirlar Inanca gore agacin hissesi paltara tikilse insani pis ruhlardan ve kem gozlerden qoruyar 9 Borcalinin Candar kendinde ise cinar agaci ve onun dibinden cixan bulaga muqeddes varliq kimi baxilir Ovladi olmayanlar ve sevgililer niyyet edib burani ziyaret edirler 10 Umumiyyetle Borcali bolgesinde agac su das kimi yer su iyelerine aid inanclar onlarin yasadigi yerlerin ziyaret edilmesi ve onlara hediyye verilmesi seklinde davam edir 9 Goranboyun Sahbeyli ve Sefikurd kendleri arasindaki agac pirinin etrafina gece getmek meslehet bilinmir Gece vaxti agac piri periler cinler yiginagi olur Usaq sahibi olmaq niyyetile gelenler yaxinliqdaki dasin altina nezir qoyurlar 10 Bezen hamile qadinin betnindeki usagi qorumaq ucun qadini agac ziyaretgahina aparir ve onun etrafinda uc defe dolandirirlar Hamilelik bitene qeder ziyaretgahdan goturulmus torpaq qadinin carpayisinin bir terefinde gizledilir ve usaq dogulandan sonra torpagi ziyaretgaha geri aparirlar Hamilelik dovru evvelden axira agac ziyaretgahin himayesi altinda kecirilir ve usaq saglam olanda agacin serefi ne qurban kesilir 11 Yazici Manaf Suleymanov etnoqrafik sepkide yazilmis Lahic eserinde qeyd edirdi Bir vaxtlar Niyaldagin eteyinde ezemetli Tekagac ucalirdi Hele usaqliqdan esitmisdim ki Tekagac piri qocali cavanli usaqli bir cox xestelere sefa verib Min derde mubtela olanlari gec dil acan usaqlari yeriye bilmeyenleri ve b bura getirib budaqlardan yellencek nenniler asib yelleye yelleye pire yalvarib sefa umardilar ve bir coxlari meramlarina catardi Bu meqsede catmaga basqa sebebler olsa da hami Tekagac pirinin kerameti hesab ederdi Yazici Tekagac in aqibeti haqqinda sorusduqda bele cavab verilir Allah onu kesdirenin cezasini verdi O tuta tutda 37 ci il repressiyasini nezerde tutur bagri yarildi Gorenler deyirdi ki her defe baltani vuranda agacin govdesinden qan cixirdi Pir qan aglayirmis Camaat uc gun Tekagac ucun yas saxladi 12 Sahbuzda yerlesen Maqsud pirinin armud agacinin altina bugda atarlar Cucerse arzunun yerine yeteceyini gosterir Sahbuzdaki Qerib pirinin armud agacina besik asilmisdir Eger evli qadin gelende besik yirgalanarsa bu onun usagi olacagi menasina gelir Culfanin muqeddes agaci ile bagli efsaneye gore usagi olmayan adam iki usagi bir birinin uzunu gorerse birini burada qurban keseceyini demisdir Arzusu yerine yetenden sonra usagi qurban keserken tufan qopmus ve bir camis agacin yaninda peyda olmusdur 13 Ilisu kendindeki Qoz piri nde sefa tapmaq ucun gelen xesteler ovlad isteyen qadinlar bu piri en muqeddes bir quvve kimi qebul edirler Qaxla Ilisu arasinda Qarabulaq adli yerde Zogal pir var Ziyaretciler zogalin budaqlarina ip sap esgi parcasi yun qirigi kagiz pul ve s baglayirlar 14 Meskinsehrin bir cox kendlerinde mese kultu movcud olub insanlar Tanridan bir sey istedikde meseliklere gedib dua edibler 15 Daslar ve qebirler Redakte Das pirler spesifik usagi olmamaq revmatizma qebir pirleri ise muxtelif xestelikler ucun ziyaret edilerdi Qebir pirlerinin coxunda qurban kesilerdi Qebir pirleri xestelik ve muxtelif belalar ucun umid qapisi olub her cur zalim ve xain ruhlarla burada mubarize aparildigina inanilardi 4 Das qocun ayaqlari altindan kecenin ve ya qaya ustunde uzananin hamile qalmasi das pir inancinin davamidir Azerbaycanin bezi bolgelerinde xeste usaqlar sefa tapsin deye qayanin altindan keciriler Bezi arasdirmacilar bunu animizmle elaqelendirse de ecdad kultu ile elaqe de diqqete layiqdir 16 Azerbaycanin bir sira bolgelerinde Humay adlandirilan qayalar ve onunla bagli inamlar qedim turk tanrisi Umayin ana kultunun hele de movcud oldugunu gosterir Bura gelen usaqsiz qadinlar basini qayaya qoyub yatar usaqlar ise sumuyu berkisin ve tez yerisin deye qayanin altindaki desikden kecirilermis Qubadli rayonun Qaracalli kendinde ise Umay kahasi movcuddur 17 18 Qusarda yerlesen Piral adli menhirde ilahi bir guc oldugu fikirlesilir Havalar yagisli kecende bu dasin yaninda ayin icra edilir sonra ise das yere yatirilib qaldirilir Bundan basqa Lacinda gec gezen usaqlarin aparildigi Yeri das piri Novxanida usagi olmayan qadinlarin aparildigi Ag das piri Lerikde xesteliklere deva olan Vavuya hal ve s das pirlere misal gosterile biler 4 Qobu yaxinligindaki Qirxqiz tepesinde her cume gunu daslarin agladigina ve hemin gunun ziyaret ucun meqbul gun olduguna inanilar Bu su dasa donmus qirx qizin goz yaslaridir Qizlar dusmene yaxalanmamaq ucun Allahdan onlari dasa cevirmesini istemisdiler 19 Naxcivan seherinde yerlesen Suddu nene pirindeki inanc sistemi xalq arasindaki qara das inanci ile baglidir T Qedirzadeye gore bele daslar muqeddes hesab edilir ve ocaq dasi adlanir Inanca esasen sudu olmayan gelinler bu piri ziyaret edirler Ziyaret zamani ozleri ile qovrulmus bugda getirir yol boyunca bu bugdalari mueyyen yerlere qoyur ve hec kimle danismirlar Ziyaretden geri qayidarken bu bugdalardan goturub yeyirler Sahbuz rayonundaki Suddu nene pirindeki das yarigindan kecme inanci ise qedim dastan yaddasindaki Cennetin sud golu ile oxsarliq teskil edir Xalq arasinda olan inanca gore bu daslarin yanina su qoymaq lazimdir 3 Culfada yagmur pirleri deyilen ziyaret yerleri vardir Burdan goturulen daslar evlerde suya salinar pir iyesi ise pirde qalmis daslar da eynen su ile qovussun deye yagis yagdirarlar Yagis yagandan sonra gencler evleri dolasib daslari toplayar pirlere geri qaytararlar Oxsar inanclara Mugan ve Gence bolgesinde de rast gelinir 20 Daglar Redakte Sahdag Azerbaycanda ve Anadoluda en son dovrlere qeder daglara qanli qurban verilmesi adeti qalmisdir Fuzuli Bayata gore bu adetin kokunde Islamdan sonraki dovrde daglarda ovliya qebrlerinin olmasi inanci var Belelikle insanlar ovliyalarin adini daga vermekle daglari insan yerine qoyub ve buna gore de daga qurban kesibler 21 Iran azerbaycanlilari arasinda dagda qurban kesme adeti ise turkler terefinden dagin Tanriya yaxin bir mekan olaraq gorulmesi ile izah edilir Meskinsehrdeki Savalan daginin zirvesine qoyun goturub dag ruhu ucun qurban kesilerdi Bundan basqa dualari qebul edilen sexsler Ulu Tanriya bu dagin zirvesinde qurban keserdi Belelikle muqeddes qebul edilen daglarin yer ile goy arasinda baglanti qurduguna inanilardi Bu mentiqle Dag iyesinin Goy Tanri ile elaqe qurdugu qebul edilmis hetta daglar goyun qapisi sayilmisdir Diger bir adet ise daglarin qoruyuculuguna olan inanca gore olulerin yuksek yerde defn edilmesidir hansi ki Iran azerbaycanlilarinin yasadigi butun seher ve kendlerde musahide edilir 15 Deyilene gore Yel Babanin meskunlasdigi Yel Dagi ziyaretgahdir Xalq ora gedib qurban keser Diger bir ziyaret yeri olan Sahpir Daginda ise qurban kesilen heyvanin eti orada yeyilmez And icende daga dogru conub and icerler 22 Qosqar dagi da kecmisde azerbaycanlilar terefinden muqeddes olaraq gorulurdu 23 Azerbaycanin simal serq hissesinin en boyuk dagi olan Sahdag bolge xalqi terefinden muqeddes hesab edilir Yay aylarinda Sahdaga seferler teskil edilir bolgedeki mezar yerleri ziyaret edilir agaclara bez parcalari baglanir qurban kesilir Bu bolgede qadinlar daga baxarken yasmaq vurub qaynatam baxir ayibdir deyirler 22 Qadinlarin bu hereketi hem de Azerbaycanda daglara baba deyilmesi Azerbaycan bayatilarinda daglardan boyukler olaraq qeyd edilmesi 2 dagin qadinin erinin ve qaynatasinin soy dagi olaraq tesevvur edilmesi ile elaqedar ola biler 21 Magaralar Redakte Eshab ul Kehf ziyaretgahi Naxcivan Naxcivanin simalindaki Eliabad kendinde yerlesen Goylu baba magarasinda olu bir muddet saxlanilar ve sonra aparilib Kerbelada basdirilardi Yagmur duasi ucun de bura gelinerdi Eshabi Kehf magarasina gelenler ise onun yuxarisindan rengli iplerle bext daslari asardilar Daskesendeki Qara inek hini ve Ag Kaga magaralarinda qurban kesilerdi 4 Qurd ocaqlari Redakte Simali Azerbaycan ve Anadolu Turk medeni erazisinde Qurd piri Qurd Ovliya Qurd Baba Qurd Ata Qurd tekkesi kimi xalq terefinden muqeddes qebul edilen yerler ve onlarin xalq heyatinda rolu efsaneleri ile birlikde bilinir Cenubi Azerbaycandaki Qurd Baba ve ya Quduz ocagi ise xalq inanclari baximindan coxistiqametli bir merkezdir ovo obo qeyd 1 stilinde bir das yiginidir Bu ocaqda ilde bir defe qurdlar yigisar Bunun ucun qurdlar sinaq kecidi rolunu oynayan Agcayi kecmelidir Hemcinin qurd dislediyi ucun quduz olacagindan subhelenenler ve goz xestelikleri olanlar burani ziyaret ederler Ilde bir defe Qurd Babani ziyaret edenler ovonun etrafinda firlanib yaxinliqdaki agaca bez bagliyarlar 24 Su menbeleri Redakte Alemin yatdigi vaxtda her sey tezelendiyi ucun gece evdeki kohne su atilmali butun qablar teze su ile yuyulmalidir Insanlar cesme basina gedib el uzunu yuyar su ustunden atilib eve yeni su getirerler Xalq inancina gore biri sudan goturub xemir yogursa sudaki balaca daslardan eve getirib yag kupune corek qabina ve ya evin bir bucagina qoysa o evde corek bol olar 18 Azerbaycanda qizlar qismetlerinin acilmasi ucun bulaq ve diger su qaynaqlarinin baslarinda niyyet ve dua ederler Niyyeti olan axar suya bele deyer Axar suya niyyet edirem Axar sular axib getmeden niyyetim cixsin Pis gunlerim ve pislerin pislikleri axib getsin 25 Bundan basqa yaz ayinda analar ovladlarini axar sularda yuyanda seir seklinde dualar deyerler 26 Iran azerbaycanlilarinda su ile bagli muxtelif fealiyyetler vardir Meskinsehrin Ur kendinde ureyinde arzusu olan insanlar dualari qebul edilsin deye cay kenarinda diz cokub dua ederler Bezi su menbeleri muqeddes qebul edildiyi ucun onlarin yaninda qurban kesiler yagmur duasi edilerdi Hemcinin suyun sefaverici xususiyyeti olduguna inanilardi 15 Iran azerbaycanlilarinda evleri bereketli olsun deye sudan uc das goturme adeti simaldaki azerbaycanlilarda reqem yeddi olmaqla davam etdirilir 27 Qanli gol efsanesinde marallarinin vaxtasiri gole gelmesi su hamisini ziyaret merasimi ile baglidir 28 Analizi RedakteAzerbaycanin Islam ziyaretgahlarinda ecdad kultu ile bagli ziyaret edilen yerlerin xususiyyetleri tapilmisdir Zelik Yampolski Azerbaycanda ziyaretgahlarin ocaq adlandirilmasi hemcinin bu kimi yerlerle elaqedar ritual ve efsanelerle bagli olaraq bele bir neticeye gelmisdir ki ziyaretgahlar tayfanin icmanin meiset kult merkezleri olmusdur 29 Azerbaycanda pire adini veren muqeddesin adina ata ve baba sozlerinin elave edilmesi Sekide Babaratma piri Agdasda Gundogdu baba ziyaretgahi 2 ecdad kultu ile elaqelendirilir ve bu yolla qohumluq ifade eden sozler muqeddeslere ehtiram gosterilmesinde istifade edilmisdir 29 Zaqatalada yerlesen Cinpir ziyaretgahi xesteni sagaltma funksiyasini saman funksiyasi yerine yetirir Ziyaretciler muqeddes ucun daha cox qara keci getirirler Eynen Burkut Ataya da keci qurban edilir Samanin basciligi ile keci qurbani verilmesi adeti sibolar ve buryatlarda da movcuddur Ancaq keci qurbani yalnizca samanizme aid edile bilmez 29 Diger xalqlarla ortaq ziyaret edilen yerler Redakte Haci Baba turbesi Svanidzor Qarabag munaqisesinden evvel azerbaycanlilar ve ermeniler Svanidzordaki XVI XVII esrlere aid Haci Baba turbesini ziyaret eder ve burada matax heyvan qurbani keserdiler Buna gore de turbe iki qrup arasinda nadir hallarda movcud olan etnik harmoniya simvolu hesab edilir 30 Bolnisi rayonunun Kepenekci kendinin yaxinliginda yerli azerbaycanlilar hemcinin mueyyen qeder yunanlar ve gurculer terefinden ziyaret edilen Yel dagi vardir Insanlar bura nezir getirer qurban kesib and icerler 31 Azerbaycan ve gurcu xalqlarinin numayendeleri bir araya gelerek yaz ve payizin gelisini birge el merasimlerile qeyd etmesi enenevi olaraq Qax rayonunun Kurmuk kilsesinde teskil olunur 32 Hazirda mayin 6 da ve noyabr ayinda dini mensubiyyetinden asili olmayaraq her bir qaxli Kurmuk mebedini ziyarete gelir Zevvarlarin sirasinda basqa bolgelerden qonsu olkelerden gelenleri de gormek mumkundur 33 34 Azerbaycan medeniyyeti ile elaqe udinlerin heyatinin butun sahelerinde ozunu gosterir Udinler ve azerbaycanlilar ferqli dinlere sitayis etmeklerine baxmayaraq eyni ziyaretgahlari ocaqlari pirleri ziyaret edirler 35 Hemcinin bax RedakteAzerbaycanda din Azerbaycan mifologiyasi Azerbaycanda merasimlerQeydler Redakte Ovo obo Asiya collerinde qurban ve saci daslarindan ibaret muqeddes mekandir Az cox deyisikliklere ugramis formasi Anadoluda movcuddur Istinadlar Redakte Azerbaycan qeyri maddi medeni irs numunelerinin dovlet reyestri Ziyaretgah az Azerbaycan Medeniyyet Nazirliyi 2022 03 08 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 03 08 1 2 3 Qafarli Ramazan AZERBAYCAN TURKLERININ MIFOLOGIYASI ADPU 2010 1 2 TURK ISLAM MEDENIYYETI ILE BAGLI INAM YERLERI PIRLER Naxcivan seheri materiallari esasinda Asef ORUCOV 1 2 3 4 5 AZERBAYCAN DA HALK INANCLARIYLA ILGILI DINI LITERATUR Sovyet Donemi Kemale SAKIROVA 2015 R Tapper AZERBAIJAN vi Population and its Occupations and Culture ENCYCLOPAEDIA IRANICA 1988 S 234 238 AZERBAYCAN DA TASAVVUFI HAREKETLER Zulfikar NABIYEV ANKARA UNIVERSITESI SOSYAL BILIMLER ENSTITUSU Ali ABASOV Islam v sovremennom Azerbajdzhane obrazy i realii Sakharov center 2013 05 08 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 01 29 Elcin Qaliboglu Imameliyev Yaradilis mifleri ve Azerbaycan efsaneleri Baki Elm ve tehsil 2020 180 seh 1 2 BORCALI ILINDE ESKI TURK INANCLARININ IZLERI Oguz MEMMEDLI 2015 1 2 Doc Dr Pervin Ergun Turk Kulturunde Agac Kultu Ankara Ataturk Kultur Merkezi 2017 1124 seh Bextiyarova R E Azerbaycanda agac ayini Baki Araz nesriyyati 2002 188 seh xalqcebhesi az Agac kultu ile bagli inanclar 3 Oktyabr 2017 2021 11 27 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 08 25 NAHCIVAN DA ESKI TURK INANCLARININ IZLERI AGAC KULTU Doc Dr Ebulfez Kulu AMANOGLU Әfәndiјev P azerb russk Azәrbaјҹan shifaһi halg әdәbiјјaty azerb Nauchnyj redaktor A Nabiev azerb russk B Maarif 1992 477 s 1 2 3 IRAN TURKLUGUNDE GELENEKSEL TURK INANCLARININ ETKI VE IZLERI Impact and Traces of Traditional Turkish Beliefs Among Iranian Turks Yrd Doc Dr Mousa RAHIMI TURK KULTURUNDE ATALAR KULTU Kubra YILDIZ ALTIN Ankara 2018 Celal Beydili Memmedov Turk mifoloji obrazlar sistemi struktur ve funksiya monoqrafiya Baki Mutercim 2007 272 seh 1 2 Turk Mitolojisi Ansiklopedik Sozluk Celal Beydili 2003 Yurt Yayinevi turk Sarikiz Efsanesi ve Azerbaycan Efsanelerinde Dag ve Su Kultlerinin Sentezi Aynur Mahmud Turkan ARIK Azerbaycan in Nahcivan Bolgesi nde Yagmurla Ilgi li Inanislar ve Yagmur Cagirma Merasi mleri Turk Kulturu ve Haci Bektas Veli Arastirma Dergisi 2018 Istifade tarixi 2022 04 06 1 2 Turklerde Dag Kultu Inanci Ve Altay Tiva Ve Sor Destanlarinda Dag Seniha Sonmez Balikesir 2008 1 2 AZERBAYCAN HALK INANISLARI AKRAM NAJAFOV NECMETTIN ERBAKAN UNIVERSITESI SOSYAL BILIMLER ENSTITUSU I M Dzhafar zade Ekspediciya po obsledovaniyu ciklopicheskih sooruzhenij Azerbajdzhana Izvestiya AzFAN SSSR 1938 3 S 38 GUNEY AZERBAYCAN KUZEY IRAN DA TURK KULTUR COGRAFYASI HALK INANCLARINDA MITOLOJIK TESPITLER Yasar KALAFAT Turk Dunyasi Incelemeleri Dergisi Journal of Turkish World Studies XIII 2 Kis 2013 s 61 66 TURK KULTURUNDE ISIK KULTU Nagihan CETIN ANADOLU DA SU KULTUNUN IZLERI Monitoring of the Water Cult in Anatolia Doc Dr Iskender OYMAK TURK KULTURLU HALKLARDA AHIR CERSEMBE NIN MITOLOJIK MUHTEVASI Yasar Kalafat Aynur Babek Azerbaycan folklorunda su ile bagli inamlar Baki Nurlan 2011 212 seh 1 2 3 Basilov B N Kult svyatyh v islame Moskva Mysl 1970 142 s Maxim Edwards Baba Hadji symbol of ethnic harmony opendemocracy net 19 November 2013 8 September 2019 tarixinde arxivlesdirilib Istifade tarixi 22 January 2022 Esatirler efsane ve revayetler Baki Serq Qerb 2005 anl az Qaxda Kurmukoba bayrami qeyd olunub 2012 07 13 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2013 04 26 H Ezimov S Ehmedov Qax abideleri Baki 1998 Gurcu ve azerbaycanlilarin birge bayrami Kurmukoba bayrami BBC az 2022 01 22 tarixinde arxivlesdirilib Istifade tarixi 2021 05 13 Narody Kavkaza 1962 T II Elave oxu RedakteI I Meshaninov Piry Azerbajdzhana Izvestiya Gosudarstvennoj Akademi i istorii materialnoj kultury t IX vyp 4 L 1931 Xarici kecidler Redakte Vikianbarda Azerbaycan ziyaretgahlari ile elaqeli mediafayllar var Azerbaycan regionlarinda pir ve ziyaretgahlar Kenan Rovsenoglu Baku Research Institute 2021 Menbe https az wikipedia org w index php title Azerbaycan ziyaretgahlari amp oldid 6756691, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.