Aslanbəyli
Aslanbəyli (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İncə dərəsində yerləşən üç kənddən biridir.
Kənd | |
Aslanbəyli | |
---|---|
41°13′52″ şm. e. 45°10′03″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Gəncə-Qazax iqtisadi rayonu |
Rayon | Qazax rayonu |
İcra nümayəndəsi | Pirməmmədov Məhəmməd Xəlid oğlu |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Əli Bayramlı |
Sahəsi | 58.0 km² |
Mərkəzin hündürlüyü | 373 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 4,165 nəfər (2010) |
Sıxlığı | 72 nəf./km² |
Milli tərkibi | Azərbaycanlılar |
Etnoxronim | İncəlilər |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 22 29 |
Poçt indeksi | AZ 3513 |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiya
Tarixi
- Kəndin çox qədim tarixi var. Kənddə tunc dövrünə məxsus 5 ədəd kurqan yerləşir. Qədimdə incə dərəsində İncu (Aslanbəyli kəndi), Kimer (Kəmərli kəndi) və Qamak (Qaymaqlı kəndi) tayfaları yaşamışdır.[Mənbə göstərin] Bunlardan ən qədimi "İncu" (Aslanbəyli) tayfasıdır.[Mənbə göstərin]
- 1982-ci ildə kənd ərazisinin bir hissəsi Sov. İKP Mərkəzi Komitəsinin qərarı ilə Ermənistan SSR-yə verilmişdir.
- Sovet dövründə kənd bolşevik inqilabçısı Əli Bayramovun adı ilə "Əli Bayramlı" adlandırılmışdır. 29 may 1996-cı ildə ad dəyişdirilərək "Aslanbəyli" adı bərpa edilmişdir.
- Qarabağ müharibəsi zamanı kənd sakinləri Barana rayonu (Noyemberyan) tərəfdəki erməni həmləsinin qarşısını layiqincə aldılar. Qonşu Qaymaqlı və Kəmərli kəndliləri ilə birləşərək arvad-uşaq yalın əllə, quş tüfəngi, tapança ilə döyüşə girdilər. Kəndlilər vətən məhəbbəti, qeyrət adlı silahları ilə mənfur düşmənin layiqli cavabını verərək, Qazaxın İncə dərəsi torpaqlarını qorumuşlar. Aslanbəyli kəndi Qarabağ müharibəsi ve Qazax tərəflərdə döyüşlər zamanı 24, 2016-ci ilin aprelində Dördgünlük müharibədə isə 1 şəhid vermişdir
- Hal-hazırda kənddə 400-500 illik tarixi olan qəbir daşları var. 1977-ci ildə kəndin qurtaracağında olan şiş təpədə olan daşları çıxardarkən məqbərə aşkar edilir. Məqbəri qırmızı daşdan düzəldilib. Qazax rayonunda belə daşlardan qırmızı körpünün tikilişində istifadə edilmişdir. Məqbərənin girəcəyi şah saraylarının qapısındakı ornamentlərə oxşayır. Məqbərə Gəncə şəhərində olan sərdabəyə çox bənzəyir. Məqbərədəki tabutda boyu 2 metrdən qısa olmayan bir kişi və 150 metr boyda qadın yanaşı qoyulmuşdu. Onların saçı, əl və üzlərinin rəngi, paltarları olduğu kimi qalırdı. Bir çoxları belə güman etdilər ki, tabutdakı cəsəd kəndin adını daşıyan Aslanbəydir. Kəndin adını daşıyan Aslanbəy 400-500 il bundan əvvəl yaşamışdır.
Toponimikası
- Əli Bayramlı oyk, mür.
- Azərbaycanda şəhər. Kür çayının sahilində, Şirvan düzündədir. Keçmişdə ərazisindəki kəndlərdən birinin adı ilə Ərəb Şahverdi, 1796-cı ildə Qafqaza hücum etmiş Rusiya qoşunlarının komandanı, çar generalı V.Zubovun şərəfinə Zubovka adlandırılmışdır. 1938-ci ildə ətrafdakı kəndlər və kiçik yaşayış məntəqələri birləşdirilərək ştq. elan edilmişdi. Zubovka adı da dəyişdirilərək inqilabçı bolşevik Əli Bayramovun (1889-1920) adı ilə adlandırılmışdır;
- Kəlbəcər r-nunun Zar i.ə.v.-də kənd. Keçmiş adı Mollabayramlı olmuşdur. İnqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır;
- Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Düzənlikdədir. Keçmiş adı Aslanbəyli olmuşdur. Yaşayış məntəqəsi inqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır;
- Samux r-nunun eyniadlı i.ə.v.-də kənd. Keçmiş adı Əhmədbəyli olmuşdur;
- Samux r-nunun Lək i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Şəmçizadə olmuşdur. Yaşayış məntəqəsini keçən əsrin 20-ci illərində Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. İnqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır;
- Zaqatala r-nunun eyniadlı i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. XX əsrin 30-cu illərində iki çay sovxozunun təşkili ilə əlaqədar olaraq Rusiyadan və ətraf kəndlərdən köçüb gələn ailələrin məskunlaĢması nəticəsində yaranmışdır. İnqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır. Memorial toponimdir.
Coğrafiyası
Aslanbəyli kəndi Qazax rayonunun qərbində, İncə dərəsində, İncəsu çayının (Kürün qolu) vadisində yerləşir. Rayonun mərkəzi olan Qazax şəhərindən 30 kilometr şimal-qərbdə, Bakı - Gürcüstan magistral yolundan 7 kilometr aralıda yerləşir. Kəndin ərazisi qərbdən Qaymaqlı kəndiylə, İncə dərəsinə gedən əsas yoldan şərq istiqamətində Yuxarı Salahlı kəndiylə, çöllük ərazilərdən cənub və cənub-şərqdən Avey dağı və Daş Salahlı kəndiylə, şimaldan Birinci Şıxlı kəndiylə, cənub-qərbdən Qərbi Azərbaycanın Barana rayonu (Noyemberyan) rayonunun Qurumsu kəndiylə qonşudur. Vadidə yerləşən Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərinin yerləşdiyi əraziyə İncə dərəsi deyilir. Aslanbəyli kəndi, əhalisinin və ərazisinin böyüklüyünə görə dərədə ən böyük kənddir.
İqlimi
İcra nümayəndəliyi
- Kəndin icra nümayəndəsi Ziyatxan Rza oğlu Rzayevdir.[Mənbə göstərin]
Bələdiyyə
Aslanbəyli bələdiyyəsi Aslanbəyli kəndini əhatə edir. 2014–cü ildə gerçəkləşmiş seçkilərin nəticələrinə görə bələdiyyə sədri Nəsibov Kommunalı Abdulla oğludur.
Əhalisi
939 təsərrüfatı olan kənddə 4,165 nəfər əhali yaşayır. Aslanbəyli kəndi əhalisinin sayına görə, rayonun inzibati mərkəzi olan Qazax şəhəri başda olmaqla, Daş Salahlı və Çaylı kəndlərindən sonra rayonda 3-cü böyük kənddir.
Tanınmış soyları
- Seyidovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Hacı Mahmud Əfəndinin nəslindəndirlər. Şeyx nəsli və ziyalı nəsildir. Soyun 2 qolu var: Molla Seyid törəmələri və Hacı Mahmud Əfəndi törəmələri. Hacı Mahmud Əfəndi və Molla Seyidin yaşayış evləri Aslanbəyli məscidinin ətrafındadır. Molla Seyidin törəmələri Azərbaycanda yaşayırlar və Molla Seyidlilər kimi tanınırlar. Bir çox ziyalıları, Müxtəlif sahələrdə nüfuz qazanmış nümayəndələri ilə tanınırlar. Hacı Mahmud Əfəndinin törəmələri isə əksəriyyəti Türkiyədə, digərləri isə Azərbaycanda yaşayırlar. Türkiyədə yaşayanların böyük qismi Amasya ilində və Amasya şəhərində yaşayırlar. Onların arasında Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatları, bir çox ziyalılar, İlahiyyat alimləri və müxtəlif sahələrdə nüfuz qazanmış şəxslərdə var. Bu nəsil siyasi xadimləri, Professor, Fəlsəfə doktoru, Elmlər namizədi elmi dərəcələrini almış bir çox ziyalı nümayəndələri, idmançı və pəhləvanları, igid və qəhrəman oğulları ilə tanınmışdır. Qaranilər soyunun davamçı nəsillərindən biridir. Qaranilər Osman Türk mənşəli Yəmən tayfalarından biridir (6-cı əsr). Qaranilər soyunun qədim kökü Məhəmməd Peyğəmbər dövründə yaşamış, Yəmənli və Osman Türk əsilli bir Müsəlman, Övliya, mistik və Filosof olan Veysəl Qaraninin soyundan (Qaranilər) gəlir.
- Nəcəflilər — Aslanbəyli kəndinə mənsub məşhur bəy və qaçaq nəsli. Qaçaq Kərəmin soyundandırlar. Soyun ulu babası Qaçaq Nəcəf Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır. Bu nəslin nümayəndələri igidlikdə şan-söhrət qazanmışlar. Bir çox idmançı və pəhləvanları, igid və qəhrəman oğulları ilə tanınmışdır. Nəcəfin ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax Sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Nəcəf və 5 qardaşı babaları İskəndərin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar.
Görkəmli şəxsləri
Alim və məşhur müəllimləri
- Hacı Mahmud Əfəndi (d. 1835 – ö. 1896) — Şeyx, tanınmış din xadimi.
- Veys Əfəndi — (d. ≈ 1865) — Türkiyənin savadlı və yüksək dərəcəli İlahiyyatçı alimi.
- Məhəmməd Əfəndi (d. 1871 – ö. 1961) — Türkiyənin tanınmış İlahiyyat alimi, Amasyada təsərrüfat sahibi.
- Əhməd Seyidov (d. 1892 – ö. 1977) — alim, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi
- Fikrət Seyidov (d. 1930 – ö. 2011) — alim, pedaqoji elmlər doktoru, professor
- Fərhad Seyidov (d. 1940) — alim, dosent, AMEA Fizika İnstitunun fəlsəfə doktoru.
- Zakir Nəcəfov (Zakir Məcid oğlu Nəcəfov) (d. 1952) — alim, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitunun baş elmi işçisi
- Xəlil Yusifli (Xəlil Həmid oğlu Yusifli) (d. 1935) — alim, Filologiya üzrə elmlər doktoru, Gəncə Dövlət Universitetinin professoru
- İsmayıl Nəsibov (İsmayıl Osman oğlu Nəsibov) — alim, kimya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, 1994-cü ildən Nyu-York Elmlər Akademiyasının üzvü.
- Qüdrət İsaqov (Qüdrət İsaq Oğlu İsaqov) (d. 1950) — alim, fizika–riyaziyyat elmləri doktoru, professor
Şair, Yazıçı, Rəssam və Jurnalistlər
- Akif Səməd (Akif Səməd oğlu Məmmədov) (d. 1959 – ö. 2004) — Tanınmış şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
- İbrahim İlyaslı (İbrahim Musa oğlu Hacıyev) (d. 1963) — şair, Prezident təqaüdçüsü (1999), Azərbaycan Yazıçılar Birliyinin üzvü.
- Zəminə Xınalı (Zəminə Məhəmməd qızı Bayramova) (d. 1964) — şairə, Əməkdar mədəniyyət işçisi, qadın hərbçi
- Nəsib Əliyev (d. 1908 – ö. 1943) — jurnalist, "Gənc işçi" qəzetinin redaktoru, İkinci Dünya Müharibəsi qəhrəmanı
- Vahid Əhmədoğlu (Vahid Əhməd oğlu Hacıyev) (d. 1956) — jurnalist, yazıçı, filoloq.
Əsas dini xadimləri
- Həmid Əfəndi (Həmid Hacı oğlu Hacıyev) (d. ≈ 1870 və ya 1880) — Qazax rayonu və İncə dərəsi elində məşhur din xadimi.
Aşıqlar
Yaradıcı aşıqları
- Zəkəriyyə Mehman (Zəkəriyyə Mehman oğlu Məmmədov) (d. 1938 – ö. 1999) — Azərbaycanın məşhur yaradıcı aşıqı.
İfaçı aşıqları
- Aşıq Kərəm İncəli (Kərəm Süleyman oğlu Nəsibov) (d. 1945 – ö. 1997) — Məşhur Azərbaycan aşıqı, Azərbaycan Aşıqlar Birliyinin üzvü
- Aşıq İlham Aslanbəyli (İlham Musa oğlu Hacıyev (d. 1965) — Məşhur Azərbaycan aşıqı.
Tanınmış Hərbçiləri
(Məhəmməd Kərim Oğlu Həsənov)(d.1966)
- Oktay Seyidov (Oqtay Xəlil oğlu Seyidov) (d. 1959 – ö. 2003) — Azərbaycan Respublikasının Gəncə şəhərinin və Goranboy, Tovuz, Culfa, Babək, Göygöl, Daşkəsən rayonlarının Hərbi komissarı, Polkovnik-leytenant
- Orxan Əliyev (şəhid) (Orxan Məhəmməd oğlu Əliyev) — (d. 1995 – ö. 2016) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.
Məşqçi və idmançılar
- Firdovsi Umudov (Firdovsi Qəminalı oğlu Umudov) — sərbəst güləş üzrə gənclər arasında Avropa birinciliyinin, tələbələr arasında dünya çempionatlarının mükafatçısı
- Tural Əliyev (zorxana ustası) (Tural Məhəmməd oğlu Əliyev) (d. 1986) — sərbəst güləşçi, Zorxana və pəhləvan güləşi üzrə dünya və Avropa çempionu
Din
Kənddə Məhəmməd Peyğəmbər dövründə yaşamış, Yəmənli və Osman Türk əsilli bir müsəlman, övliya, mistik və filosof olan Veysəl Qaraninin qəbri var və bu soydan törəyən nəsillərə Qaranallılar (Qaranilər) deyirlər. Kənddəki nəsillərin əksəriyyətinin soyu Qaranilərdən gəlir.Seyidovlar nəslidə bu soyun qollarından biridir.
Müridizm baxış bucağından burası qutsal bir məkandır. Hər kənd məşhur bir şəxsiyyəti ilə daha çox tanındığı kimi Aslanbəyli də hər şeydən öncə bu kənddə yaşayıb torpağa tapşırılan böyük nəkşibəndi övliyası Hacı Mahmud Əfəndinin adı, onun inanclıların ziyarət etdiyi Türbəsi ilə tanınır. Elə bundan dolayıdır ki, kənd sazın, sözün beşiyi olmaqdan öncə, eyni zamanda ruhani bir məkan - İslam dininin pərvəriş tapdığı inanclı insanların yurdu kimi bilinir
Mədəniyyət və İncəsənət
- Səma rəqsi (Aslanbəyli).
- Qım–qıma.
Aşıq sənəti
Aslanbəyli qədim vaxtlardan sazın, sözün beşiyidir. Aşıq sənəti çox böyük tarixə malikdir. İncə dərəsi elindən çox ustad, istedadlı aşıqlar çıxmışdır və indi də bu sənəti layiqincə davam etdirirlər.
İdman müəssisələri
- “Aslanbəyli” Kikboksinq İdman klubu
Mədəniyyət və Təhsil müəssisələri
19-cu əsrin ortalarında Hacı Mahmud Əfəndi elmi bilikləri tədris etmək üçün hücrə tikdirir. Onun ətrafına yaxın və uzaq yerlərdən çoxlu sayda tələbələr toplaşır.
Aslanbəylidə ilk oğlan və qız məktəbini professor, əməkdar elm xadimi Əhməd Seyidov təşkil etmişdir. Kənddə elm və maarifin inkişafında, həmin dövrdə savadlı kadrların yetişməsində Əhməd müəllimin böyük rolu olmuşdur.
- Aslanbəyli kənd tam orta məktəb
- Aslanbəyli kənd folklor evi
- Aslanbəyli kənd kitabxana filialı
Maddi-mədəni irsi
- Hacı Mahmud Əfəndi türbəsi (Göy türbə) — 1896-cı ildə inşa edilmişdir. Yerli Əhəmiyyətli Tarixi Abidədir.
- Hacı Mahmud əfəndinin yaşayış evi və müsafirxanası — yaşayış evi və müsafirxana. Hacı Mahmud əfəndinin yaşayış evi Aslanbəyli kəndinin qərb qurtaracağında yerləşir.
- Aslanbəyli məscidi. — Hacı Mahmud Əfəndinin xatirəsinə ucaldılan məscid onun adını daşıyır. Məsciddə yerli dindar və möminlər ibadət edirlər. Məscid yerli əhəmiyyətli abidələr siyahısına daxildir.
- Beş kurqan (Tunc dövrü) — Aslanbəyli kəndinə gedən yolun sol tərəfində yerləşir. Ölkə əhəmiyyətli arxeoloji abidədir.
- Hürmələk təpəsi. (Ziyarətgah) — Yuxarı Salahlı-Aslanbəyli yolunun qırağında bir təpə yerləşir. Bu təpə XİX əsrdə yaşamış Hürmələk nənənin adı ilə tanılır.
Kənd təsərrüfatı
Kənd təsərrüfatının əsasını əkinçilik, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, bağçılıq, üzümçülük və narçılıq təşkil edir. Əsas kənd-təsərrüfat bitkiləri taxıl, yonca, kartof və başqalarıdır. Kənddə böyük otlaq sahələri var. Aslanbəyli kənd sakinlərinin 1720 hektar əkin sahəsi var ki, bunun da 800 hektara yaxını taxıl, 290 hektarı yonca sahəsi, 700 hektara yaxını, digər əkin sahələridir.
Qalereya
Şərhlər
- Səma rəqsi rayonda yalnız Aslanbəyli camaatının icra etdiyi rəqsdir. İfa tərzinə görə bu rəqs daha çox dini mərasimə, meditasiyaya bənzəyir. Səma rəqsini mövlud günləri oynayırlar. Mövlud bir ölünün ruhuna verilən ehsana deyilər. Həmin gün ölü sahibinin evində toplaşır, yemək verirlər. Süfrədə ruhların şərəfinə şamlar yandırılır, dualar edilir. Yemək bitdikdən sonra yerdən bardaş qurub otururlar və ölənin ruhuna və İlahinin böyüklüyünə dair fəlsəfi məzmunlu şerlər oxuyarlar. Bu ayin zamanı müsəlman dini mərasimlərdən fərqli olaraq kişi-qadın birlikdə iştirak edir. Əlində dəf olan bir nəfər məclisi idarə edir, əruz vəznində melodik bir şer deyir. Yerdən oturanlar onun dediklərini təkrar edir və əl çalırlar. Tədricən sürət artmağa başlayır. Bu zaman yerdə oturanlar qalxıb tək-tək rəqs etməyə başlayırlar. Bu rəqs digərlərinə heç bənzəmir. Oynayanlar əllərini yavaş-yavaş havaya qaldıraraq öz oxları ətrafında dönürlər. Sanki trans vəziyyətinə düşürlər. Səma rəqsi bir neçə saat davam edir. Türkiyənin Konya bölgəsində geniş yayılmış, məşhur Mövlana Cəlaləddin Rumi məktəbinin yetirmələrinin məşhur semazen (səmavi) rəqslərinə çox bənzəyir. Bu rəqslərin eyni kökdən olduğunu söyləyirlər.
- Azərbaycan musiqi folklorunun nümunəsi, İncə dərəsiylə bağlıdır.
Mənbə
- Fikrət Seyidov. Aslanbəylidən başlanan xatirələr. Bakı: 2000, 350 səh.
- Telman Qəhrəmanov. Qaçaq İsmayıl. Bakı. Şəms: 2006, 192 səh.
İstinadlar
- ↑ "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qazax rayonunda hərbi təcavüzün nəticələri barədə MƏLUMAT". Qazax Rayon İcra Hakimiyyəti. İstifadə tarixi: 29 noyabr 2016.
- (PDF). 2010-07-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-06-21.
- ↑ "Qazax rayonunun kəndləri" (azərb.). Qazax.net. İstifadə tarixi: 2015-10-17. Arxivləşdirilib.
- "Azərbaycan Respublikası Qazax rayonunun bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının 29 may 1996-cı il tarixli, 91-IQ nömrəli Qanunu[ölü keçid] (azərb.)
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ""Bələdiyyələrin əraziləri torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nın yeni redaksiyada verilməsi barədə Azərbaycan Respublikası № 827-IIIQ saylı Qanunu" (azərb.). e-qanun.az. 29.05.2009. İstifadə tarixi: 2015-06-29. Arxivləşdirilib.
- "İcra hakimiyyəti: Bələdiyyələr" (azərb.). Qazax Rayon İcra Hakimiyyəti. Archived from the original on 2015-10-17. İstifadə tarixi: 2015-10-18..
- . [*Telman Qəhrəmanov. Qaçaq İsmayıl. Bakı. Şəms: 2006, 192 səh. ] (azərb.)
- "Aslanbəyli kəndindəki məscid" (azərb.). Qazax.net. İstifadə tarixi: 2015-10-22. Arxivləşdirilib.
- "Hürmələk təpəsi" (azərb.). Qazax.net. İstifadə tarixi: 2015-10-22. Arxivləşdirilib.
Həmçinin bax
Xarici keçidlər
- "İncə dərəsi (film)" — YouTube
- "Qazax, Aslanbeyli kəndi (2015)" — YouTube
- https://www.youtube.com/watch?v=nYbwWMPPZ8w | title= "Hacı Mahmud Əfəndi Türbəsi" }}
- https://www.youtube.com/watch?v=MQPw0lruqK0 | title= "Hacı Mahmud Əfəndi Türbəsi 2" }}
- https://www.youtube.com/watch?v=HYWVxGafxLE%7C title= "Hacı Mahmud Əfəndi Məscidi" }}
- Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti