Taro Aso
Taro Aso (yap. 麻生 太郎 Asō Tarō) — Yaponiya siyasi xadimi. Yaponiyanın Maliyyə Naziri və Baş Nazirinin Müavvini (2012-günümüz). Yaponiyanın 92-ci Baş Naziri (2008-2009).
Taro Aso | |||||
---|---|---|---|---|---|
yap. 麻生 太郎 | |||||
Baş nazir | Şinzo Abe | ||||
Xələfi | Katsuya Okada | ||||
| |||||
Baş nazir | Şinzo Abe | ||||
Xələfi | Koriki Cocima | ||||
| |||||
Monarx | Akihito | ||||
Sələfi | Yukio Hatoyama | ||||
Xələfi | Yasuo Fukuda | ||||
| |||||
Baş nazir | Cuniçiro Koyzumi Şinzo Abe | ||||
Sələfi | Nobutaka Maçimura | ||||
Xələfi | Nobutaka Maçimura | ||||
| |||||
Baş nazir | Cuniçiro Koyzumi | ||||
Sələfi | Heizo Takenaka | ||||
Xələfi | Toranosuke Kataya | ||||
| |||||
Baş nazir | Yoşiro Mori | ||||
Sələfi | Heizo Takenaka | ||||
Xələfi | Fukuşiro Nukaqa | ||||
| |||||
Baş nazir | Ryutaro Haşimoto | ||||
Sələfi | Koci Omi | ||||
Xələfi | Şusei Tanaka | ||||
Şəxsi məlumatlar | |||||
Partiya | Yaponiya Liberal-Demokratlar Partiyası | ||||
Təhsili | Qakuşuin Universiteti | ||||
Doğum tarixi | |||||
Doğum yeri | Yaponiya, Fukuoka prefekturası, İizuka | ||||
Həyat yoldaşı | Çikako Suzuki | ||||
Uşaqları | Masahiro Ayako | ||||
aso-taro.jp | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Katolik olan Aso 1940-cı ilin sentyabrın 20-də Fukuoka prefekturasının İizuka şəhərində anadan olub. O, Qakuşuin Universitetinin Siyasət və İqtisadiyyat fakultəsini bitirib. Qakuşuini qurtarıb, Aso Stenford Universitetində oxumaq üçün ABŞ-a köçür, lakin bir müddət sonra ailəsi (özəlliklə babası, Şiqeru Yoşida) onu "həddən artıq Amerikanlaşdığına" görə geri çağırıb. O, ailəsi ilə insafa gəlmək çalışıb, lakin onlar Taronun pullarını kəsəndən sonra, o Yaponiyaya gedən gəmiyə minmək məcbur olub. Sonra Aso yenə xaricə, bu dəfə London Universitetinə oxumağa gedib.
Londondan sonra, o Syerra Leone bir almaz mədənçiliknən məşqul olanşirkətdə işləyirdi. Halbuki, bir müddət sonra bu ölkədə başlamış vətəndaş müharibəsinə görə yenə Yaponiyaya qayıtmaq məcbur qalıb. 1966-cı ildən Taro ailəsinin Aso Industry (bundan öncə Aso Mining Company, sonra isə Aso Cement Company kimi bilinən) şirkətində işləyirdi, 1973-1979 illərdə isə orda prezident vəzifəsini tutub.
Həmçinin, 1976 Yay Olimpiya Oyunlarında Taro Aso Yaponiyanın güllə atıcılığı yığımında olmuş.
Siyasi nailiyyəti
Taro Aso Yaponiya Nümayəndələr Palatasına ilk dəfə 1979-cu ildə seçilib və bundan sonra, indiyə qədər daha səkkiz dəfə seçilmişdi. 1988-1989 illər arasında o, parlamentin təhsil, idman, elm və mədəniyyət vitse naziri olmuş.
2003-cü ildə o, Baş Nazir Cuniçiro Koyzumi kabinetində Daxili İşlər və Kommunikasiya Naziri, 2005-ci ildə isə Xarici İşlər Naziri vəzifəsinə təyyin olunmuş.
2006-cı ildə Taro Aso öz namizədliyi Yaponiya Liberal Demokrat Partiyasının Prezidentliyinə, və beləliklə Yaponiyanın Baş Nazirliyinə irəli sürüb. Lakin, bu seçkilərdə Şinzo Abe ən çox dəstək toplayan favorit idi. Abe qalib gələndə, Aso onun kabinetində öz nazir vəzifəsini saxlamış.
2007-ci ildə Şinzo Abe istefa verib və az sonra, Taro Aso onun yerinə öz namizədliyini yenə irəli sürüb. Əvvəl favorit olduğuna baxmıyaraq, nəticədə o, 23 sentyabr seçkilərindən öncə, Yasuo Fukuda tərəfindən ehtimali məğlubunu fərz edib. Sentyabrın 23-də keçən LDP Prezidenti seçkilərində Aso 197 səs alıb, 330 səs alan Fukudaya uduzub.
2008-ci ilin avqustun 1-də Fukuda Asonu LDP-nın Baş Katatibi yerinə təyin edib. Beləliklə, Taro Aso LDP-də nömrə iki vəzifəni tutub. Həmin ilin sentyabrın 1-də Fukuda Baş Nazir vəzifəsindən istefa verdiyini elan edib. Sentyabrın 22-də Aso 525-dən 351 səs toplayaraq, ASO LDP-nın Prezidentliyi alıb, ölkənin Baş Naziri olub. İkinci ən çox səs toplayan Karo Yosano idi. Ona 66 səs veriblər.
Şəxsi həyatı
Manqa sevgisi
Asonun fikirincə, başqa ölkələrlə əlaqə yaratmağda Yapon pop mədəniyyətini istifadəsi vacib addım ola bilər və ümid edir ki, manqa dünyaya bir körpü kimi işləyəcək.
O, otaku sayılır, lakin özü bunnan əlaqədər demiş ki, "Media məndən manqa fanatdan kimi, "anime" və "otaku" yazır. Bunun doğru olduğndan əmin deyiləm, amma manqa mənim xoşuma gəlir".
Stenford Universitetində oxuyanda ailəsi ona Yaponiyadan manqa jurnalları göndərirdi. 2003-də deyib ki, həftədə 10-20 manqa jurnalı oxuyur (və bu oxuduğunun ancaq bir hissəsidir). 2007-ci ildə Yaponiyanın Xarici İşlər Naziri olaraq, Beynəlxalq Manqa Mükafatını təsis eləyib.
Dini
Katolik olan Taro Aso, öz babası Şiqeru Yoşida, Takaşi Hara, Korekiyo Takahaşi, Tetsu Katayama, İçiro Hatoyama, və Masoyoşi Ohiradan sonra Yaponiyanın yeddinci xristian Baş Naziri idi.
2009-cu ildə yeni il mərasimi üçün şintoist İse məbədini ziyarət edib, orda məbədin qabağında əl vurub. Sonra bunun haqqında demiş ki, o "yaponların xeyrinə dua edirdi".
İstinadlar
- ↑ japan.kantei.go.jp/97_abe/meibo/daijin/1208723_10042.html
- "Japanese foreign minister to announce bid to replace Koizumi", Forbes, 20 August 2006. 22 dekabr 2007 at the Wayback Machine
- ↑ Japanese Political Dynasties: Taro Aso[ölü keçid], Black Tokyo, November 2, 2008
- http://www.telegraph.co.uk/news/worldnews/asia/japan/6104533/Japan-elections-profile-of-Taro-Aso-prime-minister.html
- https://www.wsws.org/en/articles/2008/09/japa-s27.html
- http://www.japantimes.co.jp/opinion/2006/08/21/commentary/fear-of-rivalry-rules-ldp/#.WCwNt7IrLIU
- http://www.washingtonpost.com/wp-dyn/content/article/2007/09/15/AR2007091500478_pf.html
- Japan: Fukuda Overhauls Cabinet
- Japanese PM Yasuo Fukuda resigns
- Outspoken Aso to be Japan PM
- "Manga shares gain on leader hopes". BBC News. 12 September 2007. İstifadə tarixi: 22 December 2007.
- "Japanese 'otaku' PM looks to comics to rescue economy". Taipei Times. 12 aprel 2009. İstifadə tarixi: 28 noyabr 2016.
- "The blunt, blue-blooded Aso is back". Japan Times. 22 yanvar 2013. İstifadə tarixi: 28 noyabr 2016.
- . Big Comic Original (Japanese). Shogakukan (original publisher), Aso Taro Office (copy). 2 July 2003. 11 December 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 December 2007. (#apostrophe_markup)
- "International Manga Award". The Ministry of Foreign Affairs of Japan. 19 December 2007 tarixində . İstifadə tarixi: 22 July 2007.
- "Speech by Minister for Foreign Affairs Taro Aso at Digital Hollywood University". İstifadə tarixi: 12 September 2007.
- "Japan Launches International Manga Award". İstifadə tarixi: 12 September 2007.
- (ital.) Carrcer, Stefano. "Taro Aso, un cattolico in corsa per la guida del Giappone," Il Sole 24 Ore (Milano). 19 September 2008.
- NHK evening news, 4 January 2009
Xarici keçidlər
- Rəsmi saytı (yap.)
- Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 63-cü sessiyasında çıxışı, 25 sentyabr 2008 (ing.)