Wikipedia
1821
Qriqori | 1821 MDCCCXXI |
Bəhai | -23 – -22 |
Benqal | 1228 |
Berber | 2771 |
Myanma | 1183 |
Bizans | 7329 – 7330 |
Buddist | 2365 |
Erməni | 1270 ԹՎ ՌՄՀ |
Efiopiya | 1813 – 1814 |
Hicri | 1236 – 1237 |
Hind | |
- Vikram-samvat | 1877 – 1878 |
- Şaka samvat | 1743 – 1744 |
- Kali-yuqa | 4922 – 4923 |
Holosen təqvimi | 11821 |
Yəhudi | 5581 – 5582 |
İran | 1199 – 1200 |
Qibti | 1537 – 1538 |
Koreya | 4154 |
Tailand günəş | 2364 |
Hadisələr
- 26 yanvar - Laybaxda (indiki Lüblin) Müqəddəs ittifaqın III Konqresinin açılması.
- 24 fevral - Meksikada İspaniya ağalığına qarşı üsyanın başlanması. Aqustin İturbide tərəfindən Meksikada İspaniya kralının başçılığı ilə konstitusiyalı monarxiya yaradılmasını nəzərdə tutan İqualın planının nəşr edilməsi.
- 2 mart - İspaniyada Evaristo Peresa de Kastronun başçılıq etdiyi hökumətin istefaya getməsi.
- 23 mart - Avstriya ordusu tərəfindən Neapolun tutulması və hər iki Siciliya krallığında inqilabın yatırılması.
- 23 aprel - Eysebio Bardayi Azaranın başçılığı ilə İspaniyada yeni hökumətin təşkil olunması.
- 12 may - Müqəddəs İttifaqın III Konqresinin bağlanması, İtaliyada inqilabi hərəkatın yatırılmasının qərara alınması. Rusiya tərəfindən Yunanıstanda azadlıq hərəkatına köməklik göstərməmək barədə öhdəliyin götürülməsi.
- 9 iyun - Paraqvayın İspaniya vətəndaşlarından təmizlənməsi və onların əksəriyyətinin ölkədən sürgün edilməsi.
- 29 iyun - Simon Bolivarın ordusunun təntənəli şəkildə Karakasa daxil olması.
- 6 iyul - İspaniya ordusunun döyüşsüz olaraq Perunun paytaxtı Limanı tərk etməsi. Xose de San-Martinin inqilabi ordusunun Limaya daxil olması.
- 28 iyul - Sose de San-Martin tərəfindən Perunun müstəqilliyinin elan edilməsi.
- 10 avqust - Missuri ştatının Amerika Birləşmiş Ştatlarının tərkibinə daxil edilməsi.
- 15 sentyabr - Qvatemalanın İspaniyadan ayrılaraq müstəqilliyinin elan etməsi
- 23 sentyabr - Aqustin İturbidenin ordusunun İspaniya ordusu tərəfindən tərk edilmiş Mexikoya daxil olması.
- 1 oktyabr - Yeni Qranada ordusu tərəfindən İspaniyanın sonuncu dayaq məntəqəsi olan Kartaxen qalasının ələ keçirilməsi.
- 29 oktyabr -Kosta-Rikanın İspaniyadan ayrılaraq öz müstəqilliyini elan etməsi.
- 30 noyabr - Qvatemalanın paytaxtında Meksikaya birləşdirilmənin tərəfdarları ilə əlehdarları arasında toqquşmaların baş verməsi.
- Hindistanda Ram Mohan Ray ilk dəfə benqal dilində jurnal nəşr edilməsi.
- Çexiyada kəndli üsyanının baş verməsi.
- Meksikanın müstəqilliyinin elan edilməsi.
- Perunun müstəqilliyinin elan edilməsi.
- Moreyada yunanlar üsyan qaldırması.
- 8 oktyabr - Rusiya imperatoru I Aleksandrın fərmanı ilə Cənubi Qafqazda güzəştli ticarət tarifi tətbiqi.
Doğumlar
- Aşıq Ələsgər
- 11 noyabr - Fyodor Dostoyevski - rus yazıçısı.
- 7 dekabr - Albert Daniloviç Jamet - rus rəssamı.
- 10 dekabr - Nikolay Alekseyeviç Nekrasov - rus şairi.
- 12 dekabr - Qustav Flober -fransız yazıçısı
- 14 dekabr - Nikolay Fyodoroviç Şerbina - rus şairi.
- 25 dekabr - Klara Barton - Amerika Qırmızı Xaç cəmiyyətinin banisi.
- 29 dekabr - Dmitri İvanoviç Jurovski - rus mühəndisi.
Vəfatlar
- 23 fevral - Con Kits, ingilis şairi.
- 5 may - I Napoleon Bonapart - Fransa imperatoru (Müqəddəs Yelena adasında)
- 20 iyun - İzidor Veys - Vilen universitetinin professoru, naşir, rəssam-qravür.
- 4 sentyabr - Xose Migel Karrera - 1811-1814-cü illərdə Çili prezidenti.
- 29 oktyabr - Mixail Vasilyeviç Milonov - rus şairi.