Wikipedia
10 iyul
İyun – İyul – Avqust | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
10 iyul - Qriqorian təqvimi ilə ilin 191-ci (uzun illərdə 192-ci) günü.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1890 - Vayominq Amerika Birləşmiş Ştatlarının 44-cü ştatı oldu.
- 1900 - Paris metrosu açıldı.
- 1962 - Amerika Birləşmiş Ştatları qitələrarası xəbərləşməni təmin edəcək Telstar peykini kosmosa göndərdi.
- 1991 - Boris Yeltsin Rusiya prezidenti olaraq səlahiyyətlərinin icrasına başladı.
Azərbaycanda olan hadisələr
- 1992 - Azərbaycan Respublikası Kanada ilə diplomatik əlaqələr qurmuşdur.
Doğumlar
- 1509 — Jan Kalvin - fransız ilahiyyatçı.
- 1856 — Nikola Tesla - elektrik və radiotexnika sahəsində serb əsilli Amerikalı dahi ixtiraçı.
- 1895 — Carl Orff - almaniyalı bəstəkar.
- 1942 — Ronni Ceyms Dio - Amerikalı rok-musiqiçi, ifaçı və mahnı sözü yazarı, Rainbow, Black Sabbath kimi qrupların frontmeni və özünün Dio proyektinin lideri.
- 1947 — İlya Oleynikov - RF-nin xalq artisti, Sovet-Rus aktyoru, rejissor, «Balaca şəhər», və ya «Şəhərcik» (rus. «Городок») verilişinin aparıcısı.
- 1957 — Yuri Stoyanov - rus aktyor.
- 1976 — Edmilson - braziliyalı futbolçu.
- 1977 — Sinan Tuzcu - türk aktyor.
- 1985 — Mario Qomes - almaniyalı futbolcu.
Ölümlər
- 138 - Adrian, Roma İmperatoru
- 1851 - Lui Dager, fransız rəssamı
- 1884 - Paul Morphy, ABŞ şahmat oyunçusu
- 1969 - Cəbrayıl Əzimov, rəssam
Bayramlar və xüsusi günlər
Dünya Hüquq Günü