Wikipedia
27 iyul
İyun – İyul – Avqust | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
27 iyul - Qriqorian təqvimi ilə ilin 208-ci (uzun illərdə 209-cu) günü. İlin sonuna kimi 157 gün qalır.
Bayramlar
- Vyetnam — Qurbanların xatirə günü.
- Şimali Koreya — Koreya müharibəsində Şimali Koreyanın qələbəsi.
- Finlandiya — Yuxu günü.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1302 - Osmanlı bəyliyi ilə Bizans imperiyası arasında Qoyunhisar döyüşü baş vermişdir.Osman Qazi qalib gəlmişdir.
- 1794 - Maksimillian Robespyer 9 termidor çevrilişi ilə edam edildi.
- 1991 - Adıge Respublikası quruldu.
Azərbaycanda olan hadisələr
- 1826 — Gəncədə Rusiya müstəmləkəçiliyi əleyhinə güclü üsyan baş verib. Bu, Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi. Üsyan rus qoşunları tərəfindən amansızlıqla yatırılıb.
Doğumlar
- 1612 — IV Murad, 17. Osmanlı padşahı və 96. İslam xəlifəsi
- 1667 — İohann Bernulli, isveçrəli riyaziyyatçı.
- 1824 - Aleksandr Düma (oğul) - məşhur fransız yazıçısı
- 1835 — Cozue Karduççi, italyan şairi və tənqidçisi, 1906-cı il Nobel Ədəbiyyat Mükafatı laureatı (ö. 16 fevral 1907).
- 1897 — Nikolay Poppe, Monqol; Altay və Türk dilləri üzrə tədqiqatları ilə tanınmış Rus əsilli ABŞ-lı dilçi.
- 1904 — Lüdmila Rudenko, SSRİ şahmatçısı və qadınlar arasında 1950-ci ildən 1953-cü ilə qədər şahmat üzrə dünya çempionu.
- 1913 — Filipp Quston, amerikalı rəssam.
- 1915 — Mario del Monako, italyan opera müğənnisi — tenor.
- 1917 — Burvil, Fransa aktyoru və estrada müğənnisi.
- 1921 — Əmin Hafiz, Suriyanın eks-prezidenti (ö. 17 dekabr 2009).
- 1921 — Yevgeni Koşeriu, Moldova mənşəli alman linqvist,
- 1923 — Masutatsu Oyama, Kyokuşinkay karatenin əsasını qoyan məşhur karate ustadıdır.
- 1934 — Nahidə-Leyla Məmmədova, Azərbaycanlı Musiqişünas.
- 1946 — Toktar Əbubəkirov, təqaüdçü Hava Qüvvələri zabiti və keçmiş kosmonavt.
- 1946 — Məcnun Vahidov, pedaqoq, ssenarist.
- 1947 — Alı Qocayev, Samux Rayon İcra Hakimiyyətinin Başçısı.
- 1957 — Azad Zahid, bəstəkar, Azərbaycan, Frans – Internasional, Moskva və Dağıstan radiolarında Azərbaycan musiqisinə həsr olunmuş 500-ə yaxın radio verilişlərin müəllifi (1993-2001).
- 1960 — Əsgər Abdullayev, SSRİ və Azərbaycan futbolçusu, SSRİ idman ustası (1990). Müdafiəçi mövqeyində çıxış etmişdir.
- 1963 — Donni Yen, döyüş sənətləri ustası, aktyor, rejissor, prodüser.
- 1967 — Rahul Bose, Bir khyatanama hind aktyoru, ssenarist, rejissor və aktivist.
- 1971 — Etibar Hümbətov, Hakim, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi.
- 1972 — Nemət Qasımlı, Aşıq məktəbinin yaradıcısı, Dünya incəsənət və musiqi ustası, beynəlxalq müsabiqələr laureatı.
- 1973 — Etibar Toğrul, jurnalist, publisist.
- 1975 — Sevinc Rzayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent.
1976 — Zaur Ramazanov – Azərbaycan futbolçusu.
- 1981 — Mehdi Seyid Salihi, futbolçu.
- 1983 — Flavinyo, braziliyalı futbolçu.
- 1984 — Oksana Parxomenko, azərbaycanlı voleybolçu.
- 1986 — Kəmalə Əzizova, aktrisa.
- 1987 — İsmayıl Qacar, reper.
Ölümlər
- 1611 — Şahzadə Səlim, Osmanlı vəliəhdi.
- 1635 — Şahzadə Süleyman, Osmanlı vəliəhdi.
- 1635 — Şahzadə Bəyazid, Osmanlı vəliəhdi.
- 1759 — Pyer Lui Mopertyui, fransız alimı.
- 1841 — Mixail Lermontov, rus şairi, dramaturq, rəssam.
- 1844 — Con Dalton, ingilis fiziki və kimyaçısı.
- 1924 — Ferruçço Buzoni, italyan bəstəkarı, yazıçı və pedaqoq.
- 1981 — Vilyam Uayler, ABŞ kino rejissoru, "Oskar" mükafatı (1942, 1946, 1959) laureatı.
- 1988 - Məmməd Əsgərov - Azərbaycan SSR Kənd Təsərrüfatı naziri.
- 1995 — Mikloş Roja, macar və ABŞ bəstəkarı, bir çox kinofilmlərin musiqisinin müəllifi, "Oskar" (1946, 1948, 1960), "Saturn" (1976, 1980) və "Sezar" (1978) mükafatları laureatı.
- 2002 — Vsevolod Abdulov, sovet və rus aktyoru.
- 2013 — İlya Seqaloviç, məşhur Rusiyalı proqramçı və ictimai xadim; Yandex.ru portalının - internet axtarış sisteminin təsisçisi.