Azərbaycan 2016 Yay Paralimpiya Oyunlarında
Azərbaycan — 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında. 7-18 sentyabr tarixləri arasında Braziliyanın ev sahibliyində baş tutan XV Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması, 22 idmançı ilə 6 idman növü üzrə təmsil olundu.
Azərbaycan 2016 Yay Paralimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Paralimpiya Komitəsi | ||||||||
Rio-de-Janeyro, Braziliya 7 sentyabr – 18 sentyabr | |||||||||
İdmançı sayı | 22 idmançı (6 idman növü üzrə) | ||||||||
Bayraqdar | İlham Zəkiyev (Açılış mərasimi) | ||||||||
Medallar Yer: 48 |
| ||||||||
Yay Paralimpiya Oyunları | |||||||||
Azərbaycan yığması, XV Yay Paralimpiya Oyunlarında 11 medal (1 qızıl, 8 gümüş və 2 bürünc) qazandı. Azərbaycana medalları cüdo yarışlarında çıxış edən Ramil Qasımov (qızıl), Bayram Mustafayev (gümüş) və Rövşən Səfərov (bürünc), yüngül atletlər Yelena Çebanu (2 gümüş və 1 bürünc), Kamil Əliyev (gümüş) və İradə Əliyeva (gümüş), habelə üzgüçülər Roman Saley (2 gümüş) və Dimitri Saley (gümüş) qardaşları qazandırdı.
XV Yay Paralimpiya Oyunlarında 1 qızıl, 8 gümüş və 2 bürünc medal qazanan Azərbaycan yığması, 159 dövlət sırasında medalların əyarına görə 48-ci yeri, sayına görə isə 33-cü yeri tutdu.
Azərbaycan yığmasının ən gənc idmançısı, 20 yaşlı cüdoçu Səbinə Abdullayeva, ən yaşlı idmançısı isə, 55 yaşlı atıcı Yelena Taranova idi.
Ümumi məlumat
Medalçıların siyahısı
| İdman növləri |
Azərbaycan yığmasının yolasalma mərasimi
İyulun 18-də, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutacaq XXXI Yay Olimpiya Oyunları və XV Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan yığmasının rəsmi yolasalma mərasimi baş tutdu. Mərasimə, Azərbaycan Prezidenti İlham Əliyev, Gənclər və İdman naziri Azad Rəhimov və digər rəsmi şəxslər qatıldı. Heydər Əliyev Mərkəzində baş tutan yolasalma mərasimində İlham Əliyev, nitq söylədi.
Daha sonra, Gənclər və İdman naziri Azad Rəhimov, yunan-roma güləşi üzrə yığmanın məşqçisi Akif Əliyev, yunan-roma güləşi üzrə Dünya çempionu Rəsul Çunayev və 2 qat Paralimpiya çempionu İlham Zəkiyev çıxış etdi.
Rio-de-Janeyro Paralimpiadasında medala görə pul müкafatı
18 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutacaq XV Yay Paralimpiya Oyunlarında medal qazanan, Azərbaycan idmançıları və məşqçiləri üçün pul mükafatının müəyyən edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Rio-de-Janeyro Paralimpiadasında qızıl medal qazanan idmançıya 200 000 (onun məşqçisinə 100 000), gümüş medal qazanan idmançıya 100 000 (onun məşqçisinə 50 000), bürünc medal qazanan idmançıya 50 000 (onun məşqçisinə isə 25 000) manat pul mükafatı müəyyən edildi.
Azərbaycan yığmasının üç lisenziyadan imtina etməsi
Kütləvi olaraq dopinqdən istifadə etdiyi üçün, XV Yay Paralimpiya Oyunlarına qatılmağdan məhrum olunan Rusiya idmançılarının qazandığı lisenziyalar, yarışlara qatılan sigər dövlətlərin yığmaları arasında paylandı. Azərbaycana isə üç lisenziya verildi. Lisenziyalar, London Paralimpiadasının çempionu olan cüdoçu Afaq Sultanovaya, London Paralimpiadasının bürünc medalçısı olan yüngül atlet Hüseyn Həsənova və cüdoçu Ramin Əliyevə təqdim olundu. Hətta, onlar, üçün biletlərdə sifariş olunmuşdu.
Amma, Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndəsi, Rusiya idmançılarının XV Yay Paralimpiya Oyunlarına qatılmağdan məhrum olunmasının ədalətsiz qərar olduğunu və Beynəlxalq Paralimpiya Komitəsi tərəfindən verilən üç lisenziyadan imtina edəcəyini bildirdi. Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov isə, lisenziya qazanmayan idmançıların, Paralimpya Oyunlarına qatılmasının düzgün olmadığını bildirdi. İctimaiyyətdə isə, son Paralimpiya çempionu Afaq Sultanova kimi güclü cüdoçunun, yarışlara yollanmaması bir mənalı qarşılanmadı.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Mətbuat Katibi Mariya Zaxarova isə, öz, növbəsində Azərbaycana, Rusiya paralimpiyaçılarından götürülən lisenziyalardan imtina etdiyi üçün minnətdarlığını bildirdi.
Paralimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması
Sentyabrın 5-də, Paralimpiya Kəndində üçrəngli Azərbaycan bayrağının qaldırılması mərasimi baş tutdu. Mərasimə, Azərbaycan nümayəndə heyətinin üzvləri, Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri, Azərbaycanın Braziliyada olan fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov və digər qonaqlar qatıldı. Mərasimin əvvəlində, Azərbaycan nümayəndə heyətinin missiya rəhbəri Şaiq Həmidov, Paralimpiya Kəndinin meri, 2 qat Olimpiya çempionu Janet Arqeyə xatirə hədiyyəsi təqdim etdi. Daha sonra, Azərbaycanın dövlət himni səsləndirildi və Olimpiya Kəndində, üçrəngli Azərbaycan bayrağı qaldırıldı.
Prezident İlham Əliyevin paralimpiyaçılarla görüşü
Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev, XV Yay Paralimpiya Oyunlarına qatılan idmançılar və məşqçilərlə görüşdü. İlham Əliyev, Rio-de-Janeyro Paralimpiadasına 22 idmançı ilə qatılan və 1-i qızıl, 8-i gümüş, 2-si isə bürünc olmaqla, cəmi 11 medal qazanan Azərbaycan yığmasının, çox yaxşı göstəriciyə imza atdığı bildirdi. Azərbaycan idmançılarının, Olimpiya və Paralimpiya Oyunlarında 29 medala sahib olduğunu vurğulayan İlham Əliyev, bunun, bir daha Azərbaycanın güclü idman dövləti olduğunu göstərən bir məqam olduğunu bildirdi. O, həmdə Azərbaycanda, 2015-ci ildə I Avropa Oyunları, 2016-cı ildə isə "Formula 1" Avropa Qran-Prisi və Ümumdünya Şahmat Olimpiadasının baş tutmasını, Azərbaycana göstərilən etimad kimi qiymətləndirdi. İlham Əliyevin nitqi başa çatandan sonra, XV Yay Paralimpiya Oyunlarında uğurla çıxış etmiş idmançılara və məşqçilərə, dövlət təltiflərinin verilmə mərasimi baş tutdu.
Sentyabrın 21-i, Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, Ramil Qasımov və Əli Hacıyev "Şöhrət" ordeni ilə, Yelena Çebanu "Vətənə xidmətə görə" II dərəcəli ordeni ilə, Bayram Mustafayev, Kamil Əliyev, Dimitri Saley, Roman Saley, İradə Əliyeva, İbrahim İbrahimov, Afiq Süleymanov və Sergey Təhməzov, "Vətənə xidmətə görə" III dərəcəli ordeni ilə, Rövşən Səfərov, Sabir Adıgözəlov, Alaverdi Culfayev, Oleq Həşimov, Ceyhun Hüseynov, Hakim İbrahimov, Fyodor Kirillov, Rəşad Məmmədov və Bəxtiyar Zeynalov, "Tərəqqi" medalı ilə təltif edildi. Rio-de-Janeyro Paralimpiadasında medal qazanmamasına baxmayaraq isə, cüdoçu İlham Zəkiyev, Azərbaycan Prezidentinin Fəxri Diplomuna layiq görüldü.
Nəticələri
Atıcılıq
- Q = Növbəti mərhələyə vəsiqə qazandı
Rio-de-Janero Paralimpiadasında atıcılıq idman növü üzrə yarışlar 8-14 sentyabr tarixləri arasında Milli Atıcılıq Mərkəzində baş tutdu. Azərbaycanı bu idman növü üzrə, Sidney Paralimpiadasında gümüş, Afina Paralimpiadasında isə bürünc medal qazanan Yelena Taranova təmsil etdi. Bu idman növü üzrə yığmanın məşqçisi, Əfqan Əhmədov idi.
Qadınlar
Sentyabrın 9-da Yelena Taranova, Rio-de-Janero Paralimpiadasında mübarizəyə qoşuldu. P2 tipində 10 metr məsafəyə SH1 hava tapançasından atəşaçma yarışının təsnifat mərhələsində o, 370 xallıq nəticə göstərdi və 19 idmançı sırasında 5-ci yeri tutaraq həlledici, final mərhələsinə vəsiqə qazandı. Finalda isə Yelena Taranova, 148.8 xal topladı və Rio-de-Janero Paralimpiadasını 4-cü pillədə başa vurdu.
Digər yarışlarda da, o, medal qazana bilmədi. 55 yaşlı Yelena Taranova, P3 tipində 25 metr məsafəyə SH1 tapançasından atəşaçma yarışının təsnifat mərhələsində 560 xalla 13-cü yeri, P3 tipində 50 metr məsafəyə SH1 tapançasından atəşaçma yarışının təsnifat mərhələsində isə 503 xalla 27-ci yeri tutdu və XV Yay Paralimpiya Oyunlarını medalsız bitirdi.
İdmançı | Yarış | Təsnifat mərhələsi | Final | ||
---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | ||
Yelena Taranova | P2 10 m., hava tapançası SH1 | ||||
P3 25 m., tapançası SH1 | |||||
P3 50 m., tapançası SH1 |
Cüdo
- Qəl. = Qalib gəldi
- Məğ. = Məğlub oldu
XV Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə yarışlar 8-10 sentyabr tarixləri arasında Rio Sərgi Mərkəzində baş tutdu. Azərbaycanı bu idman növü üzrə, yeddi cüdoçu təmsil etdi. Onlar, 2004 və 2008-ci illərdə Paralimpiya Oyunlarının çempionu olan İlham Zəkiyev, London Paralimpiadasının qalibi Ramin İbrahimov, Dünya və Avropa çempionları Bayram Mustafayev, Ramil Qasımov və Rövşən Səfərov, I Avropa Oyunlarının finalçısı Səbinə Abdullayeva, habelə Kənan Abdullaxanlı idi. Bu idman növü üzrə yığmanın baş məşqçisi, İbrahim İbrahimov, məşqçisi isə Əhməddin Rəcəbli idi.
Kişilər
Sentyabrın 8-də, Azərbaycan yığmasının 2 cüdoçusu Rio-de-Janero Paralimpiadasında mübarizə apardı; Ramin İbrahimov və Bayram Mustafayev.
60 kiloqram çəki dərəcəsində çıxış edən London Paralimpiadasının çempionu Ramin İbrahimov, 1/8 final mərhələsində Argentina nümayəndəsi Eduardo Qauto ilə qarşılaşdı. Həmin görüşdə Ramin İbrahimov, 112:000 hesablı asan qələbə qazandı və növbəti mərhələyə adladı. Yarım-final mərhələsinə gedən yolda o, Qazaxıstan cüdoçusu Anuar Sarıyev ilə üz-üzə gəldi. Həmin qarşılaşmada da Ramin İbrahimov, ippon fəndi ilə qələbə qazandı və yarım-final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə o, Özbəkistan nümayəndəsi Şerzod Namazov ilə qarşılaşsada, rəqibinə ippon fəndi ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam etdirdi. Amma, Monqolustan cüdoçusu Bolormaa Uuqanxuuya qarşı baş tutan görüşdə də, 38 yaşlı Ramin İbrahimov, rəqibinə ippon fəndi ilə məğlub oldu və XV Yay Paralimpiya Oyunlarını 5-ci yerdə başa vurdu.
66 kiloqram çəki dərəcəsində mübarizə aparan Dünya və Avropa çempionu Bayram Mustafayev, 1/4 final mərhələsində Braziliyalı Halison Oliveyra Boto ilə üz-üzə gəldi və onu, vaza-ari xalı ilə məğlub etdi. Yarım-final mərhələsində isə o, Yaponiya nümayəndəsi Satoşi Fujimoto ilə qarşılaşdı. Finala gedən yolda Bayram Mustafayev, rəqibi üzərində ippon fəndi ilə qələbə qazandı və final görüşünə adladı. Həlledici, final görüşündə o, Özbəkistanlı Utxirjon Niqmatov ilə üz-üzə gəldi. Amma, final görüşündə Bayram Mustafayev, uğurlu seriyanın davamını gətirə bilmədi. Bayram Mustafayev, rəqibinə 000:110 hesabı ilə məğlub oldu və XV Yay Paralimpiya Oyunlarının gümüş medalına layiq görüldü. Onun, sahib olduğu gümüş medal, Azərbaycan yığmasının Rio-de-Janero Paralimpiadasında qazandığı birinci medal oldu.
9 sentyabrda, Rio-de-Janero Paralimpiadasında daha 3 Azərbaycan cüdoçusu çıxış etdi; Ramil Qasımov, Rövşən Səfərov və Səbinə Abdullayeva.
73 kiloqram çəki dərəcəsində çıxış edən Dünya və Avropa çempionu Ramil Qasımov, 1/4 final mərhələsində Kuba nümayəndəsi Qerardo Rodrigez ilə üz-üzə gəldi və onu, şido cərimə xallarının hesabına məğlub etdi. Yarım-final mərhələsində isə o, Almaniyalı Nikolay Kornhass ilə qarşılaşdı. Finala gedən yolda Ramil Qasımov, rəqibi üzərində ippon fəndi ilə qələbə qazandı və final görüşünə adladı. Həlledici, final görüşündə o, Ukrayna nümayəndəsi Dimitri Solovey ilə üz-üzə gəldi. Gərgin görüşün sonunda Ramil Qasımov, rəqibini 110:000 hesabı ilə məğlub etdi və XV Yay Paralimpiya Oyunlarının qızıl medalını qazandı. Onun, sahib olduğu qızıl medal, Azərbaycan yığmasının Rio-de-Janero Paralimpiadasında qazandığı yeganə qızıl medal oldu.
81 kiloqram çəki dərəcəsində mübarizə aparan Dünya və Avropa çempionu Rövşən Səfərov, 1/8 final mərhələsində Belaruslu Aleksandr Kazlou ilə üz-üzə gəldi və onu, ippon fəndi ilə məğlub etdi. 1/4 final mərhələsində isə o, Ukrayna nümayəndəsi Aleksandr Kosinov ilə qarşılaşdı. Yarım-final mərhələsinə gedən yolda Rövşən Səfərov, rəqibinə ippon fəndi ilə məğlub oldu və mübarizəni, təsəlliverici qrupda davam etdirdi. Təsəlliverici qrupun birinci görüşündə o, Argentinalı Xose Effron ilə üz-üzə gəldi və ippon fəndi ilə asan qələbə qazandı. Həlledici, bürünc medal uğrunda görüşündə isə Rövşən Səfərov, Birləşmiş Krallıq nümayəndəsi Conatan Dreyn ilə qarşılaşdı. Həmin görüşdə də o, uğurlu seriyanın davamını gətirə bildi. Rövşən Səfərov, rəqibi üzərində 102:000 hesablı qələbə qazandı və XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.
Sentyabrın 10-da, Azərbaycan yığmasının 2 cüdoçusu Rio-de-Janero Paralimpiadasında mübarizə apardı; Kənan Abdullaxanlı və İlham Zəkiyev.
100 kiloqram çəki dərəcəsində çıxış edən Kənan Abdullaxanlı, 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Aleksandr Pominov ilə üz-üzə gəldi və onu, ippon fəndi ilə məğlub etdi. 1/4 final mərhələsində isə o, Cənubi Koreyalı Qvanqqeun Çoi ilə qarşılaşdı. Yarım-final mərhələsinə gedən yolda Kənan Abdullaxanlı, rəqibinə ippon fəndi ilə məğlub oldu və mübarizəni, təsəlliverici qrupda davam etdirdi. Təsəlliverici qrupun birinci görüşündə o, İran nümayəndəsi Həmid Əlizadə ilə üz-üzə gəldi və şido cərimə xallarının hesabına qələbə qazandı. Həlledici, bürünc medal uğrunda görüşündə isə Kənan Abdullaxanlı, Özbəkistanlı Şirin Şərifov ilə qarşılaşdı. Amma, həmin görüşdə o, uğurlu seriyanın davamını gətirə bilmədi. Kənan Abdullaxanlı, rəqibinə yuko xalı ilə məğlub oldu və XV Yay Paralimpiya Oyunlarını 5-ci yerdə başa vurdu.
+100 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan 2 qat Paralimpiya çempionu İlham Zəkiyev isə, 1/4 final mərhələsində Özbəkistan cüdoçusu Adilxan Tuledibayev ilə qarşılaşdı və ona, ippon fəndi ilə (000:100) məğlub olaraq 3-cü dəfə Paralimpiya Oyunlarının çempionu olmaq uğrunda mübarizəni dayandırdı. Amma, Adilxan Tuledibayev final görüşünə vəsiqə qazandığı üçün, İlham Zəkiyev təsəlliverici qrupda mübarizə apardı. O, həmin qrupun, 1-ci görüşündə Birləşmiş Ştatlar nümayəndəsi Benjamin Qoodriçi ippon xalı ilə (100:000), 2-ci görüşündə isə Birləşmiş Krallıq cüdoçusu Cek Hocsonu yuko xalı ilə (001:000) məğlub etdi və həlledici görüşə adladı. Həlledici, bürünc medal uğrunda görüşdə İlham Zəkiyev, Kuba nümayəndəsi Yanqalini Ximenez ilə üz-üzə gəldi. Amma, 2 qat Paralimpiya çempionu İlham Zəkiyev, səhhətində olan problemlərə görə, uğurlu seriyanın davamını gətirə bilmədi. Bərabər səviyyədə baş tutan görüşün sonunda, Kuba nümayəndəsi Yanqalini Ximenez yuko xalı ilə (000:001) qələbə qazandı və yarışların, bürünc medalına layiq görüldü. Bundan əvvəl qatıldığı hər üç Paralimpiya Oyunlarının hamısından, vətənə medalla dönən İlham Zəkiyev isə, XV Yay Paralimpiya Oyunlarını 5-ci pillədə başa vurdu.
İdmançı | Yarış | 1/8 final | 1/4 final | 1/2 final | Təsəlliverici qrup | Final/BM | Yer | |
---|---|---|---|---|---|---|---|---|
1-ci oyun | 2-ci oyun | |||||||
Ramin İbrahimov | -60 kq. | Qəl. 112:000 | Qəl. 100:002 | Məğ. 000:100 | Məğ. 000:100 | |||
Bayram Mustafayev | -66 kq. | Qəl. 010:000 | Qəl. 100:000 | Məğ. 000:110 | ||||
Ramil Qasımov | -73 kq. | Qəl. 000:000 | Qəl. 100:000 | Qəl. 110:000 | ||||
Rövşən Səfərov | -81 kq. | Qəl. 110:000 | Məğ. 000:110 | Qəl. 100:000 | Qəl. 102:000 | |||
Ramin Əliyev | -90 kq. | |||||||
Kənan Abdullaxanlı | -100 kq. | Qəl. 101:000 | Məğ. 000:101 | Qəl. 000:000 | Məğ. 000:001 | |||
İlham Zəkiyev | +100 kq. | Məğ. 000:100 | Qəl. 102:000 | Qəl. 001:000 | Məğ. 000:001 |
Qadınlar
Sentyabrın 9-da çıxış edən I Avropa Oyunlarının gümüş medalçısı Səbinə Abdullayeva, 57 kiloqram çəki dərəcəsində mübarizə apardı. O, 1/4 final mərhələsində Yaponiya cüdoçusu Yunko Hirose ilə üz-üzə gəldi və rəqibinə ippon fəndi ilə məğlub olaraq mübarizəni, təsəlliverici qrupda davam etdirdi. Amma, həmin qrupun birinci görüşündəcə Səbinə Abdullayeva, XIII Yay Paralimpiya Oyunlarının çempionu, Çin nümayəndəsi Lijinq Vanq ilə qarşılaşdı və təcrübəli rəqibinə, ippon fəndi ilə məğlub olaraq, Rio-de-Janero Paralimpiadasını 7-ci pillədə başa vurdu.
İdmançı | Yarış | 1/4 final | 1/2 final | Təsəlliverici görüş | Final/BM | Yer |
---|---|---|---|---|---|---|
Səbinə Abdullayeva | -57 kq. | Məğ. 000:100 | Məğ. 000:100 | |||
Afaq Sultanova | -63 kq. |
Kamandan oxatma
- Qəl. = Qalib gəldi
- Məğ. = Məğlub oldu
Rio-de-Janero Paralimpiadasında kamandan oxatma idman növü üzrə yarışlar 10-17 sentyabr tarixləri arasında Sambadrom meydanında baş tutdu. Azərbaycanı bu idman növü üzrə, dörd il əvvəl London Paralimpiadasına qatılan Zinyət Vəliyeva təmsil etdi. Bu idman növü üzrə yığmanın məşqçisi, Tahir Adilov idi.
Qadınlar
Sentyabrın 10-da Zinyət Vəliyeva, Rio-de-Janero Paralimpiadasında mübarizəyə qoşuldu. Reytinq mərhələsində o, 472 xallıq nəticə göstərdi və yalnızca, Braziliya nümayəndəsi Patrisia Layolleni arxada qoyaraq 32 idmançı sırasında 31-ci yeri tutdu.
5 gün sonra baş tutan 1/16 final mərhələsində isə Zinyət Vəliyeva, London Paralimpiadasının çempionu İranlı Zəhra Nemati ilə üz-üzə gəldi. Təcrübəli rəqibi ilə qarşılaşmada Zinyət Vəliyeva, Zəhra Nematiyə 0:6 hesabı ilə məğlub oldu və XV Yay Paralimpiya Oyunlarını 17-ci pillədə başa vurdu.
İdmançı | Yarış | Reytinq | 1/16 final | 1/8 final | 1/4 final | 1/2 final | Final | Yer | |
---|---|---|---|---|---|---|---|---|---|
Xal | Yer | ||||||||
Zinyət Vəliyeva | Fərdi | Məğ. 0:6 |
Pauerliftinq
XV Yay Paralimpiya Oyunlarında pauerliftinq idman növü üzrə yarışlar 8-14 sentyabr tarixləri arasında Rio Sərgi Mərkəzində baş tutdu. Azərbaycanı bu idman növü üzrə, Əhməd Rəzm Azər və Elşən Hüseynov təmsil etdi. Bu idman növü üzrə yığmanın məşqçisi, İlqar İbişov idi. Həm Əhməd Rəzm Azər, həmdə Elşən Hüseynov, Rio-de-Janero Paralimpiadasında biabırçı çıxış etdi.
Kişilər
XV Yay Paralimpiya Oyunlarında, Əhməd Rəzm Azər sentyabrın 10-da mübarizə apardı. -65 kiloqram çəki dərəcəsində çıxış edən Əhməd Rəzm Azər, 1-ci və 2-ci cəhdində 180.0, 3-cü cəhdində isə 182.0 kiloqramlıq ştanqa sifariş versədə, her üç cəhdini uğursuz yerinə yetirdi və nəticədə, Rio-de-Janero Paralimpiadasını 12 idmançı sırasında 11-ci yerdə başa vurdu.
4 gün sonra mübarizə aparan 2013-cü ilin Avropa çempionu Elşən Hüseynov da, uğursuz çıxış etdi. -107 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Elşən Hüseynov, hər üç cəhdində 232.0 kiloqramlıq ştanqa sifariş verdi və hər üç cəhdində ştanqı qaldıra bilmədi. Bu nəticə ilə Elşən Hüseynov, XV Yay Paralimpiya Oyunlarını 10 idmançı sırasında sonuncu, 10-cu pillədə başa vurdu.
İdmançı | Yarış | 1-ci c. | 2-ci c. | 3-cü c. | Yer |
---|---|---|---|---|---|
Əhməd Rəzm Azər | -65 kq. | ||||
Elşən Hüseynov | -107 kq. |
Üzgüçülüк
- Q = Növbəti mərhələyə vəsiqə qazandı
Rio-de-Janero Paralimpiadasında üzgüçülük idman növü üzrə yarışlar 8-17 sentyabr tarixləri arasında Olimpiya Su idmanı Stadionunda baş tutdu. Azərbaycanı bu idman növü üzrə, Pekin Paralimpiadasının çempionu Dimitri Saley, habelə Roman Saley təmsil etdi. Bu idman növü üzrə yığmanın məşqçisi, Alaverdi Culfayev idi.
Kişilər
Sentyabrın 8-də, S13 tipində 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışları baş tutdu. Təsnifat mərhələsinin müxtəlif qruplarında mübarizə aparan Dimitri Saley və Roman Saley qardaşları, uğurla çıxış etdilər və final mərhələsinə adladılar. Dimitri Saley 58.83 saniyə, Roman Saley isə, 58.40 saniyə nəticə göstərdi. Həlledici, final üzməsində Roman Saley, 58.11 saniyə nəticə göstərib 4-cü pilləni, Dimitri Saley isə 58.16 saniyə nəticəyə imza ataraq 5-ci pilləni tutdu.
2 gün sonra, SM13 növündə 200 metr məsafəyə qarışıq üsul ilə üzmə yarışları keçirildi. Bu yarışda çıxış edən Roman Saley, təsnifat mərhələsində 2 dəqiqə 19.37 saniyə nəticə göstərdi və 3-cü pilləni tutaraq mübarizəni dayandırdı. Dimitri Saley isə, 2 dəqiqə 16.31 saniyə nəticəyə imza ataraq 1-ci yeri tutdu və final mərhələsinə vəsiqə qazandı. Həlledici, final üzməsində isə o, 2 dəqiqə 13.83 saniyə nəticə göstərdi və 8 üzgüçü sırasında 4-cü yeri tutdu.
Sentyabrın 12-də, S13 tipində 400 metr məsafəyə sərbəst üsulu ilə üzmə yarışları baş tutdu. Təsnifat mərhələsində mübarizə aparan Roman Saley, 4 dəqiqə 13.83 saniyə nəticə göstərdi və 3-cü yeri tutaraq final mərhələsinə adladı. Həlledici, final üzməsində isə o, 4 dəqiqə 19.34 saniyə nəticəyə imza ataraq 8 üzgüçü sırasında 7-ci pilləni tutdu.
1 gün sonra, S12 növündə 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışları keçirildi. Təsnifat mərhələsində mübarizə aparan Dimitri Saley, 1 dəqiqə 08.68 saniyə nəticə göstərdi və 1-ci yeri tutaraq final mərhələsinə adladı. Həlledici, final üzməsində isə o, 1 dəqiqə 08.80 saniyə nəticəyə imza ataraq 8 üzgüçü sırasında, yalnızca Belarus nümayəndəsi Uladzimir İzotaudan geri qalaraq 2-ci pilləni tutdu və Rio-de-Janero Paralimpiadasının gümüş medalına sahib oldu.
Sentyabrın 14-də, S12 tipində 100 metr məsafəyə arxası üstə üsulu ilə üzmə yarışları baş tutdu. Təsnifat mərhələsində Roman Saley, 1 dəqiqə 01.58 saniyə nəticə ilə 1-ci yeri, Dimitri Saley isə, 1 dəqiqə 02.63 saniyə nəticə ilə 3-cü yeri tutdu və həm Roman, həmdə Dimitri, həlledici, final mərhələsinə adladı. Final üzməsində, Dimitri Saley, 1 dəqiqə 02.70 saniyə nəticə ilə 6-cı pilləni tutdu. Roman Saley isə, 1 dəqiqə 91 saniyə nəticəyə imza ataraq 2-ci pilləni tutdu və XV Yay Paralimpiya Oyunlarının gümüş medalına layiq görüldü.
1 gün sonra, S13 növündə 100 metr məsafəyə sərbəst üsul ilə üzmə yarışları keçirildi. Təsnifat mərhələsində Roman Saley, 54.32 saniyə, Dimitri Saley isə, 53.82 saniyə nəticəyə imza adı və yalnızca, Dimitri Saley, final mərhələsinə vəsiqə qazandı. Amma, Dimitri Saley, final üzməsində 54.73 saniyə nəticə göstərdi və 8 üzgüçü sırasında sonuncu, 8-ci yeri tutdu.
Sentyabrın 17-də isə, S12 tipində 50 metr məsafəyə sərbəst üsul ilə üzmə yarışları baş tutdu. Dimitri Saley 24.40 saniyə, Roman Saley 24.43 saniyə nəticəyə imza ataraq həlledici, final mərhələsinə adladı. Final üzməsində, Roman Saley 24.45 saniyə nəticə ilə 4-cü yeri tutdu. Dimitri Saley isə, 24.49 saniyə nəticə ilə XV Yay Paralimpiya Oyunlarında, özünün ikinci gümüş medalına sahib oldu.
İdmançı | Yarış | Təsnifat mərhələsi | Final | ||
---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | ||
Dimitri Saley | 50 m., sərbəst, S12 | ||||
100 m., sərbəst, S13 | |||||
100 m., batterflay, S13 | |||||
100 m., arxası üstə, S12 | |||||
100 m., brass, S12 | |||||
200 m., qarışıq, SM13 | |||||
Roman Saley | 50 m., sərbəst, S12 | ||||
100 m., sərbəst, S13 | |||||
400 m., sərbəst, S13 | |||||
100 m., batterflay, S13 | |||||
100 m., arxası üstə, S12 | |||||
200 m., qarışıq, SM13 |
Yüngül atletiкa
- Q = Növbəti mərhələyə vəsiqə qazandı
- DNF = Kənarlaşdırıldı
- DNS = Yarışmadı
- = Paralimpiya rekordu
- = Avropa rekordu
XV Yay Paralimpiya Oyunlarında yüngül atletika idman növü üzrə yarışlar 8-18 sentyabr tarixləri arasında Joao Avelanj adına Olimpiya Stadionunda baş tutdu. Azərbaycanı bu idman növü üzrə, doqquz yüngül atlet təmsil etdi. Onlar, 2004 və 2012-ci illərdə Paralimpiya Oyunlarının çempionu olan Oleq Panyutin, Pekin Paralimpiadasının qalibi Oloxan Musayev, London Paralimpiadasının bürünc medalçısı Elçin Muradov, Dünya çempionları Kamil Əliyev və İradə Əliyeva, Universiada Oyunlarının medalçısı Yelena Çebanu, habelə Elmir Cəbrayılov, Rüfət Rəfiyev və Samir Nəbiyev idi. Bu idman növü üzrə yığmanın baş məşqçisi, Afiq Süleymanov, məşqçiləri isə Bəxtiyar Zeynalov, Ceyhun Hüseynov və Sergey Təhməzov idi.
Kişilər
Sentyabrın 8-də, 400 metr məsafəyə qaçış yarışlarında çıxış edən Elmir Cəbrayılov və uzunluğa tullanma yarışlarında qüvvəsini sınayan Elçin Muradov, mübarizə apardı. T12 növündə çıxış edən Elmir Cəbrayılov, bələdçisi Hakim İbrahimov ilə birgə, təsnifat mərhələsində 49.74 saniyə nəticə ilə dörd atlet sırasında 3-cü yeri tutdu və yarım-final mərhələsinə vəsiqə qazandı. Həmin gün baş tutan yarım-final mərhələsinin qaçışında isə o, 50.17 saniyə nəticəyə imza ataraq və 3-cü pilləni tutdu və XV Yay Olimpiya Oyunlarında mübarizəni dayandırdı.
T11 növündə qüvvəsini sınayan London Paralimpiadasının bürünc medalçısı Elçin Muradov isə, 6.09 metr uzunluğa tullandı və Rio-de-Janeyro Paralimpiadasını, 11 idmançı sırasında 5-ci pillədə başa vurdu.
2 gün sonra, 100 metr məsafəyə qaçış yarışlarında qüvvəsini sınayan Elçin Muradov, lövhə atma yarışlarında mübarizə aparan Oloxan Musayev, habelə uzunluğa tullanma yarışlarında çıxış edən Kamil Əliyev və Oleq Panyutin, mübarizə apardı. T12 tipində 100 metr məsafəyə qaçış yarışlarında çıxış edən Elçin Muradov, bələdçisi Hakim İbrahimov ilə birgə, təsnifat mərhələsində mübarizə apardı. Amma, Elçin Muradovu, bələdçisi ilə birləşdirən ip qırıldıqı üçün və o, yarışlardan uzaqlaşdırıldı.
Lövhə atma yarışlarında mübarizə aparan Pekin Paralimpiadasının çempionu Oloxan Musayev, 40.93 metr nəticə ilə fəxri, 4-cü pilləni tutdu.
T12 növündə uzunluğa tullanma yarışlarında isə, 2015-ci ilin Dünya çempionu Kamil Əliyev, habelə 2004 Afina və 2012 London Paralimpiadalarının qalibi Oleq Panyutin çıxış etdi. Oleq Panyutin, 6.88 metr nəticə göstərdi və 12 idmançı sırasında 7-ci pilləni tutdu. Son Dünya çempionu Kamil Əliyev isə, 7.05 metr uzunluğa tullandı və 7.07 metr nəticəyə imza ataraq yarışın çempionu olan CAR nümayəndəsi Hilton Lanqenhovendən sonra, XV Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Sentyabrın 12-də, Elçin Muradov, Elmir Cəbrayılov, Kamil Əliyev və Oleq Panyutindən ibarət estafet yığması, 100 metr məsafəyə qaçış yarışlarında qüvvəsini sınamalı idi. Amma, bir gün öncə Kamil Əliyev, gümüş medala sahib olduğu uzunluğa tullanma yarışları sırasında zədələndiyi üçün, qaçışda çıxış etmədi və Azərbaycan yığması yarışdan uzaqlaşdırıldı.
Sentyabrın 14-də isə, T12 tipində 100 metr məsafəyə qaçış yarışlarında çıxış edən Elmir Cəbrayılov mübarizəyə qoşuldu. O, təsnifat mərhələsində 11.27 saniyə nəticə ilə 2-ci yeri tutdu və həlledici, final mərhələsinə adladı.
Bir gün sonra baş tutan final qaçışında isə Elmir Cəbrayılov, 11.51 saniyəyə finiş həddini qət etdi və 4 idmançı sırasında sonuncu, 4-cü yeri tutdu.
Sentyabrın 15-də, Elmir Cəbrayılov, T12 növündə 200 metr məsafəyə qaçış yarışlarında mübarizə aparmalı idi. Amma, o, bir gün öncə qüvvəsini sınadığı final qaçışında aldığı zədə səbəbindən, həmin yarışda çıxış etmədi.
XV Yay Olimpiya Oyunlarının son günlərində, Rüfət Rəfiyev və Samir Nəbiyev qüvvəsini sınadı. F36 tipində nüvə itələmə yarışlarında mübarizə aparan Rüfət Rəfiyev, 13.72 metr nəticə ilə 4-cü pilləni tutdu.
F56/F57 növündə nüvə itələmə yarışlarında çıxış edən Samir Nəbiyev isə, 13.67 metr nəticəyə imza ataraq, XV Yay Olimpiya Oyunlarını 7-ci pillədə başa vurdu.
İdmançı | Yarış | Təsnifat mərhələsi | Yarım-final | Final | |||
---|---|---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | Nəticə | Yer | ||
Elçin Muradov bələdçi: Hakim İbrahimov | 100 m., T11 | ||||||
Elmir Cəbrayılov | 100 m., T12 | ||||||
200 m., T12 | |||||||
Elmir Cəbrayılov bələdçi: Hakim İbrahimov | 400 m., T12 | ||||||
Elçin Muradov bələdçi: Hakim İbrahimov Elmir Cəbrayılov Kamil Əliyev Oleq Panyutin | 4 x 100 m., T11/T12/T13 | ||||||
Samir Nəbiyev | Nüvə itələmə, F56/F57 | ||||||
Rüfət Rəfiyev | Nüvə itələmə, F36 | ||||||
Elçin Muradov | Uzunluğa tullanma, T11 | ||||||
Kamil Əliyev | Uzunluğa tullanma, T12 | ||||||
Oleq Panyutin | |||||||
Hüseyn Həsənov | Uzunluğa tullanma, F45/F46/F47 | ||||||
Oloxan Musayev | Lövhə atma, F54/F55/F56 |
Qadınlar
XV Yay Paralimpiya Oyunlarında dörd yarışda çıxış edən Yelena Çebanu, birinci olaraq 100 metr məsafəyə T12 qaçış yarışlarında mübarizə apardı. O, bələdçisi Hakim İbrahimov ilə birgə, təsnifat mərhələsində 12.24 saniyə nəticə göstərdi və birinci yeri tutaraq yarım-final mərhələsinə vəsiqə qazandı. Həmin mərhələdə Yelena Çebanu, finiş həddini 11.81 saniyəyə qət etdi və birinci yeri tutaraq həlledici, final mərhələsinə adladı. 9 sentyabrda baş tutan final qaçışında isə Yelena Çebanu, 11.71 saniyə nəticə göstərdi və qızıl medal qazanan London Paralimpiadasının 2 qat çempionu, Kuba nümayəndəsi Omara Duranddan sonra, 2-ci pilləni tutaraq Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib oldu. Yelena Çebanu həmdə, 11.71 saniyə nəticə ilə yeni Avropa rekordunu müəyyənləşdirdi.
Daha sonra Yelena Çebanu, 200 metr məsafəyə T12 qaçış yarışlarında qüvvəsini sınadı. O, təsnifat mərhələsində finiş həddini 24.16 saniyəyə qət etdi və dörd atlet sırasında birinci yeri tutaraq həlledici, final mərhələsinə vəsiqə qazandı. 12 sentyabrda baş tutan final qaçışında isə Yelena Çebanu, 23.80 saniyə nəticə göstərdi və yarışların çempion olan Kubalı Omara Duranddan, habelə Ukraynalı Oksana Boturçukdan sonra, 3-cü yeri tutaraq XV Yay Paralimpiya Oyunlarının bürünc medalını qazandı.
Sentyabrın 13-də Yelena Çebanu, uzunluğa tullanma T12 yarışlarında mübarizə apardı. O, 5.56 metr nəticəyə imza ataraq 2-ci pilləni tutdu və Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib oldu.
Sentyabrın 15-də isə Yelena Çebanu, 400 metr məsafəyə T12 qaçış yarışlarında qüvvəsini sınadı. O, təsnifat mərhələsində finiş həddini 56.53 saniyəyə qət etdi və üç atlet sırasında, Kuba nümayəndəsi Omara Duranddan sonra 2-ci pilləni tutaraq həlledici, final mərhələsinə vəsiqə qazana bilmədi. Bununla da, 35 yaşlı Yelena Çebanu, XV Yay Paralimpiya Oyunlarını qazandığı 2 gümüş və 1 bürünc medalla başa vurdu.
Yarışların son günündə, 2015-ci ildə Qətərin paytaxtı Doha şəhərində baş tutan Dünya Çempionatında qızıl medal qazanan nizə atan İradə Əliyeva çıxış etdi. F12/F13 yarışların əsas favoriti o, olsada, F13 növündə mübarizə aparan Özbəkistan nümayəndəsi Nozimaxon Kayumova, 44.58 metr nəticə ilə yarışların qızıl medalını qazandı. F12 növündə çıxış edən İradə Əliyeva isə, 42.58 metr nəticəyə imza ataraq, həm XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu, həmdə yeni Paralimpiya rekordunu müəyyənləşdirdi.
İdmançı | Yarış | Təsnifat mərhələsi | Yarım-final | Final | |||
---|---|---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | Nəticə | Yer | ||
Yelena Çebanu bələdçi: Hakim İbrahimov | 100 m., T12 | ||||||
200 m., T12 | |||||||
400 m., T12 | |||||||
Yelena Çebanu | Uzunluğa tullanma, T12 | ||||||
İradə Əliyeva | Nizə atma, F12/F13 |
Həmçinin bax
Mənbələr
Qeydlər
- Elçin Muradovu, bələdçisi Hakim İbrahimov ilə birləşdirən ip qırıldıqı üçün, yarışlardan uzaqlaşdırıldı.
- Elmir Cəbrayılov zədələndiyi üçün, yarışda çıxış etmədi.
- Komandanın üzvü Kamil Əliyev zədələndiyi üçün, yarışda çıxış etmədi.
İstinadlar
- ↑ "İlham Əliyev XXXI Yay Olimpiya Oyunları və XV Yay Paralimpiya Oyunlarına qatılacaq Azərbaycan nümayəndə heyətinin yolasalma mərasiminə qatılıb. (az.)". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 2017-09-05 tarixində . İstifadə tarixi: 18 iyul 2016.
- ↑ "İlham Əliyev, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutacaq XXXI Yay Olimpiya Oyunları və XV Yay Paralimpiya Oyunlarına qatılacaq Azərbaycan nümayəndə heyətinin yolasalma mərasiminə qatılıb. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-09-05 tarixində . İstifadə tarixi: 18 iyul 2016.
- "Представитель МИД России Мария Захарова: Благодарим Баку за то, что откликнулись, поняли всю несправедливость ситуации. (rus.)". www.azerisport.com. 2017-08-30 tarixində . İstifadə tarixi: 8 sentyabr 2016.
- "XV Yay Paralimpiya Oyunları qaliblərinin və Azərbaycan idmanının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 sentyabr 2016-cı il tarixli 2348 nömrəli Sərəncamı. (az.)". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 2017-08-30 tarixində . İstifadə tarixi: 21 sentyabr 2016.
- "XV Yay Paralimpiya Oyunları qaliblərinin və Azərbaycan idmanının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 sentyabr 2016-cı il tarixli 2348 nömrəli Sərəncamı. (az.)". www.e-qanun.az. 2017-08-30 tarixində . İstifadə tarixi: 21 sentyabr 2016.
- "İlham Əzizağa oğlu Zəkiyevin Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı tarixli 2347 nömrəli Sərəncamı. (az.)". www.e-qanun.az. 2017-08-30 tarixində . İstifadə tarixi: 21 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Елена Таранова заняла четвертое место. (rus.)". www.azerisport.com. 2017-08-30 tarixində . İstifadə tarixi: 9 sentyabr 2016.
- "Паралимпиада Рио-2016: Елена Таранова не прошла стадию полуфинал. (rus.)". www.azerisport.com. 2017-08-30 tarixində . İstifadə tarixi: 11 sentyabr 2016.
- "Паралимпиада Рио-2016: Елена Таранова не вышла финал. (rus.)". www.azerisport.com. 2017-08-30 tarixində . İstifadə tarixi: 14 sentyabr 2016.
- ↑ "Rio-2016 Paralimpiadası: Azərbaycan cüdoçusu Ramin İbrahimov bürünc medal uğrunda mübarizə aparacaq. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-08-30 tarixində . İstifadə tarixi: 8 sentyabr 2016.
- ↑ "Rio-2016 Paralimpiadası: Azərbaycan cüdoçusu Bayram Mustafayev XV Yay Paralimpiya Oyunlarının finalına vəsiqə qazanıb. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-08-30 tarixində . İstifadə tarixi: 8 sentyabr 2016.
- ↑ "Rio-2016 Paralimpiadası: Cüdoçu Bayram Mustafayev XV Yay Paralimpiya Oyunlarında Azərbaycana birinci medalı qazandırıb. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-08-30 tarixində . İstifadə tarixi: 9 sentyabr 2016.
- ↑ "Rio-2016 Paralimpiadası: Cüdoçumuz Ramil Qasımov XV Yay Paralimpiya Oyunlarının finalına vəsiqə qazanıb. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-08-30 tarixində . İstifadə tarixi: 9 sentyabr 2016.
- ↑ "Rio-2016 Paralimpiadası: Cüdoçumuz Ramil Qasımov XV Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-08-30 tarixində . İstifadə tarixi: 9 sentyabr 2016.
- ↑ "Rio-2016 Paralimpiadası: Azərbaycan cüdoçusu Rövşən Səfərov bürünc medal uğrunda mübarizə aparacaq. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-08-30 tarixində . İstifadə tarixi: 9 sentyabr 2016.
- ↑ "Rio-2016 Paralimpiadası: Azərbaycan XV Yay Paralimpiya Oyunlarında üçüncü medalını qazanıb. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-08-30 tarixində . İstifadə tarixi: 10 sentyabr 2016.
- ↑ "Rio-2016 Paralimpiadası: Cüdoçumuz Kənan Abdullaxanlı XV Yay Paralimpiya Oyunlarının bürünc medal uğrunda görüşündə məğlub olub. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-08-30 tarixində . İstifadə tarixi: 11 sentyabr 2016.
- ↑ "Rio-2016 Paralimpiadası: Cüdoçumuz İlham Zəkiyev XV Yay Paralimpiya Oyunlarında mübarizəni medalsız başa vurub. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-08-30 tarixində . İstifadə tarixi: 11 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Зиньят Велиева завершила квалификацию предпоследней. (rus.)". www.azerisport.com. 2017-08-30 tarixində . İstifadə tarixi: 10 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Зиньят Велиева проиграла на старте стадии плей-офф. (rus.)". www.azerisport.com. 2017-08-30 tarixində . İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Ахмад Разм Азар провалил все три попытки на Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2017-08-30 tarixində . İstifadə tarixi: 11 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Эльшан Гусейнов провалил Паралимпийские Игры. (rus.)". www.azerisport.com. 2017-08-30 tarixində . İstifadə tarixi: 14 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Роман Салей стал четвертым на Паралимпийских Играх, опередив своего брата Дмитрия Салея. (rus.)". www.azerisport.com. 2017-09-05 tarixində . İstifadə tarixi: 9 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Дмитрий Салей стал четвертым на Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2017-09-05 tarixində . İstifadə tarixi: 11 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Роман Салей уступил еще один шанс на медаль в финале Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2017-09-05 tarixində . İstifadə tarixi: 13 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Дмитрий Салей завоевал серебряную медаль Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2017-09-05 tarixində . İstifadə tarixi: 14 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Роман Салей завоевал серебряную медаль Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2017-09-07 tarixində . İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Дмитрий Салей стал последним в финале Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2017-09-07 tarixində . İstifadə tarixi: 17 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Дмитрий Салей завоевал второе серебряную медаль Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2017-09-07 tarixində . İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Эльмир Джабраилов не вышел в финал Паралимпийских Игр. (rus.)". www.azerisport.com. 2017-09-09 tarixində . İstifadə tarixi: 8 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Эльчин Мурадов стал пятом на Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2017-09-09 tarixində . İstifadə tarixi: 8 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Эльчин Мурадов остался вне полуфинала Паралимпийских Игр. (rus.)". www.azerisport.com. 2017-09-09 tarixində . İstifadə tarixi: 10 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Олохан Мусаев остановился в шаге от медали Паралимпийских Игр. (rus.)". www.azerisport.com. 2017-09-09 tarixində . İstifadə tarixi: 10 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Камиль Алиев завоевал серебреную медаль Паралимпийских Игр. (rus.)". www.azerisport.com. 2017-09-09 tarixində . İstifadə tarixi: 10 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Азербайджанские спринтеры не вышли на старт Паралимпийских Игр. (rus.)". www.azerisport.com. 2017-09-09 tarixində . İstifadə tarixi: 13 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Серебренный призер Паралимпийских Игр Камиль Алиев получил травму. (rus.)". www.azerisport.com. 2017-09-09 tarixində . İstifadə tarixi: 13 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Эльмир Джабраилов вышел в финал. (rus.)". www.azerisport.com. 2017-08-30 tarixində . İstifadə tarixi: 14 sentyabr 2016.
- "Паралимпиада Рио-2016: Эльмир Джабраилов стал последним в финале. (rus.)". www.azerisport.com. 2017-08-30 tarixində . İstifadə tarixi: 16 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Эльмир Джабраилов не выйдет старт. (rus.)". www.azerisport.com. 2017-08-30 tarixində . İstifadə tarixi: 17 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Руфат Рафиев остался в шаге от медали. (rus.)". www.azerisport.com. 2017-08-30 tarixində . İstifadə tarixi: 17 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Самир Набиев стал седьмым на Паралимпиаде. (rus.)". www.azerisport.com. 2017-08-30 tarixində . İstifadə tarixi: 17 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Елена Чебану вышла в полуфинал Паралимпийских Игр. (rus.)". www.azerisport.com. 2017-09-07 tarixində . İstifadə tarixi: 8 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Елена Чебану завоевала серебряную медаль Паралимпийских Игр. (rus.)". www.azerisport.com. 2017-09-07 tarixində . İstifadə tarixi: 10 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Елена Чебану завоевала бронзовую медаль Паралимпийских Игр. (rus.)". www.azerisport.com. 2017-09-07 tarixində . İstifadə tarixi: 12 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Елена Чебану выиграла свою третью медаль Паралимпийских Игр. (rus.)". www.azerisport.com. 2017-09-07 tarixində . İstifadə tarixi: 14 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Елена Чебану стала второй в своем гите и не прошла финал Паралимпийских Игр. (rus.)". www.azerisport.com. 2017-09-07 tarixində . İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ "Паралимпиада Рио-2016: Ирада Алиева завоевала 11-ю медаль сборного Азербайджана на Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2017-09-07 tarixində . İstifadə tarixi: 18 sentyabr 2016.
Xarici кeçidlər
- Vikianbarda Azərbaycan 2016 Yay Paralimpiya Oyunlarında ilə əlaqəli mediafayllar var.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin rəsmi saytı (az.) (ing.)