Roman Saley
Roman Sergeyeviç Saley (d. 27 fevral 1994) — Belarus əsilli Azərbaycanı təmsil edən üzgüçü. Roman Saley Azərbaycan bayrağı altında 2016 Rio-de-Janeyro Paralimpiadasının gümüş medalını qazanıb.
Roman Saley | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Roman Sergeyeviç Saley |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
İdman növü | Üzgüçülüк |
Həyatı
Roman Saley 1994-cü il 27 fevralda anadan olub. Roman Saleyin böyük qardaşı Dimitri Saleydə üzgüçüdür və 2016 Rio-de-Janeyro Paralimpiadasında iki gümüş medal qazanıb.
Karyerası
Roman Saley Paralimpiya Oyunlarında birinci uğurunu Azərbaycan bayrağı altında 2016-cı ildə baş tutan Rio-de-Janeyro Paralimpiadasında qazandı. Roman Saley bu yarışlarda 100 metr məsafəyə arxası üstə üzmə yarışlarında gümüş medal qazandı.
Roman Saley XV Yay Paralimpiya Oyunlarında qazandığı yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli sərəncamı ilə "Vətənə xidmətə görə" III dərəcəli ordeni ilə təltif edilib.