Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov (az-əbcəd. خداداد بگ آقا بگ اوغلی ملک-اصلانوف; aprel 1879, Taynaq, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 23 iyul 1935, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — dövlət xadimi, alim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri. AXC-nin birinci və ikinci hökumət kabinetlərində — 1918-ci il mayın 28-dən oktyabrın 6-dək ilk yollar, poçt və teleqraf naziri.
Xudadat bəy Məlik-Aslanov | |
---|---|
Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri | |
Sonrakı | |
Azərbaycan Xalq Cümhuriyyətinin 3-cü Yollar naziri | |
6 oktyabr 1918 – 26 dekabr 1918 | |
Əvvəlki | Xəlil bəy Xasməmmədov |
Sonrakı | Aslan bəy Səfikürdski |
Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Yollar naziri | |
vəzifə təsis edilib – Xəlil bəy Xasməmmədov | |
Əvvəlki | 28 may 1918 |
Sonrakı | 17 avqust 1918 |
28 may, 1918 – 6 oktyabr, 1918 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Ağa Aşurov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | aprel 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyul 1935 (56 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | mühəndis, siyasətçi, universitet müəllimi[d] |
Atası | |
Həyat yoldaşı | Mariya Viktorovna Aleksandrova-Məlik-Aslanova |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov 1879-cu ildə Şuşa qəzasının Taynaq kəndində anadan olmuşdu. O, 1898-ci il Şuşa realnı məktəbini bitirmiş, 1904-cü ildə Peterburq (indiki Sant-Peterburq) Yol Mühəndisliyi İnstitutuna daxil olmuş və 1904-cü ildə oranı 1-ci dərəcəli diplomla bitirmişdi.
Fəaliyyəti
Peterburq mühitində 1901–1904-cü illərdə-tələbəlik illərində Rusiya Sosial Demokrtatik Fəhlə Partiyasının (RSDFP) üzvü olan Xudadat bəy Məlik-Aslanov sonra heç bir partiyaya daxil olmamış və ömrünün axırınadək bitərəf qalmışdı
1904-cü ildə İnstitutu bitirdikdən sonra təyinat əsasında Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryolunun çəkilişi ilə əlaqədar Peterburq İdarəsində 6 ay mühəndis vəzifəsində işləmişdi.
Məlik-Aslanov 1905-ci ilin əvvəlində Tiflisə köçmüş və Zaqafqaziya Dəmiryolu sistemində çalışmağa başlamışdı. Zaqafqaziya Dəmiryolu İdarəsinin işçisi kimi o, əvvəlcə mühəndis, sonra Stansiya rəisinin köməkçisi, daha sonra isə Zaqafqaziya Dəmiryolunun ən ağır və dağlıq hissəsi hesab edilən Suram Aşırımı keçidində yol xidməti rəisinin köməkçisi və rəisi olmuşdu. Onun rəhbərliyi altında həmin xidmət sahəsində xeyli mülki tikinti aparılmış, Surom bölməsində texniki qurğular tikilmişdi. İkinci Dəmiryol Xəttinin çəkilişi davam etdirilərək Çiatura marqans mədənlərinə ensiz zolaq dəmir yolu salınmış, texniki işlər görülmüşdü. Həmin vəzifələrdə işlədiyi dövrlərdə onun Peterburqda çıxan 4 elmi məqaləsi də dərc olunmuşdu.
Rusiyada 1917-ci ilin fevral inqilabından sonra Müvəqqəti Hökumətin sərəncamı ilə martın 9-dan Xudadat bəy Məlik-Aslanov Tiflisdə Xüsusi Zaqafqaziya Komitəsinin Zaqafqaziya Dəmir Yolu üzrə müvəkkili təyin olunmuşdu. O, 1917-ci il noyabrın 15-də Y. Gegeçqorinin sədrliyi altında yaradılan Zaqafqaziya Komissarlığı hökumətində Fətəli xan Xoyski və Məmməd Yusif Cəfərovla birlikdə onun tərkibinə daxil olmuşdu. Xudadat bəy Məlik-Aslanov Zaqafqaziya Komissarlığında və 1918-ci il aprelin 26-da yaranmış Zaqafqaziya Federativ Respublikasında dəmir yol nəqliyyatı komissarı və naziri təyin edilmişdi. Həmin vəzifələrdə çalışdığı dövrdə onun Qafqaz dəmir yolu nəqliyyatı tarixinə həsr olunmuş kitabı nəşr olunmuşdu.
O, Zaqafqaziya Seymində "Müsəlman fraksiyası"nın, 1918-ci il mayın 27-də Tiflisdə Məhəmməd Əmin Rəsulzadənin sədriliyi ilə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olmuşdu. Məlik-Aslanovun tərkibinə daxil olduğu Tranqafqaz hökumətinin "Müsəlman fraksiyası" o zamanki müzakirələrin gedişində Türkiyənin təkliflərinin qəbul edilməsini məqbul hesab edirdi. O, hələ 1918-ci ilin yanvar ayında sülh məsələsinə dair gedən danışıqların müzakirəsində hökumət üzvü kimi yaxından iştirak etmişdi. Azərbaycan nümayəndəsi kimi o, öz çıxışında bildirmişdi ki, Rusiya ərazisində yeni yaranmış hökumətlərin TransQafqazda heç bir marağı yoxdur. Ona görə Xudadat bəy Məlik-Aslanov yeni yaranmış hökumətlərin rəyini gözləmədən Tranqafqazın müstəqilliyini elan edib sülh danışıqlarına başlamağın zəruri olduğunu irəli sürmüşdü.
AXC dövründə fəaliyyəti
1918-ci ilin mayına kimi Azərbaycanın müstəqilliyi yox idi. Yalnız həmin il mayın 28-də Azərbaycan dövlət müstəqilliyinə nail oldu. Həmin gün Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti yarananda Fətəli xan Xoyskinin başçılığı altında birinci milli müvəqqəti hökumət 9 nazirlikdən ibarət təşkil olunmuşdu. Həmin nazirliklərdən biri də Dəmir Yolu, Poçt və Teleqraf Nazirliyi idi. O zaman müstəqil Azərbaycan Cümhuriyyətinin ilk yollar, poçt və teleqraf naziri məhz bu sahəyə yaxşı bələd olan Xudadat bəy Məlik-Aslanov təyin olunumşdu (rəsmən dəmiryol nəqliyyatı yazılsa da, Xudadat bəy Məlik-Aslanov bütün növ (həmçinin su, quru, hava) yolları naziri idi.
O, Azərbaycan Cümhuriyyətinin 1-ci və 2-ci hökumət kabinetlərində yollar, poçt və teleqraf naziri, 3-cü və 4-cü və 5-ci kabinələrdə ancaq yollar naziri vəzifələrində çalışmışdı. Məlik-Aslanov 1919-cu il fevralın 18-dək həm də müvəqqəti olaraq ticarət, sənaye və ərzaq nazirinin səlahiyyətlərini də yerinə yetirmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci hökumət kabinetində (28 may – 17 iyun 1918-ci il) hələ də partiya mənsubiyyəti üzrə bitərəf olan Xudadat bəy Məlik-Aslanov yekdilliklə əvvəllər bu sahədə çalışmış, ixtisaslı və təcrübəli bir mütəxəssis kimi dəmir yol nəqliyyatı, poçt və teleqraf naziri təyin olunanda da, 2-ci hökumət kabineti zamanı (17 iyun – 7 dekabr 1918-ci il) yenə həmin vəzifəni davam etdirəndə də respublikada dəmir yolu, digər yol sahələrinin və poçt və teleqraf sistemlərinin təşəkkülü və inkişaf etdirilməsi üçün bacardığını əsirgəməmişdi.
Xudadat bəy Məlik-Aslanov Azərbaycan Xalq Cümhuriyyətinin yollar, poçt və teleqraf naziri vəzifəsində 1918-ci il oktyabrın 6-dək fəaliyyət göstərdi. Sonuncu tarixdə 2-ci hökumətin tərkibində zəruri kabinədaxili dəyişikliklər aparıldı. Bu zaman ayrıca Yollar Nazirliyi və müstəqil Poçt və Teleqraf Nazirliyi təsis olundu. Xudadat bəy Məlik-Aslanov müstəqil Yollar naiziri təsdiq edildi. O, bu vəzifədə AXC süqutuna qədər çalışdı.
1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Məlik-Aslanov Milli Şuranın 1918-ci il 19 noyabr tarixli "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanuna" əsasən Azərbaycan Parlamentinin tərkibinə daxil edildi. Azərbaycan Parlamenti rəsmən 120 nümayəndədən ibarət idi. Parlamentin milli tərkibi müsəlman əksəriyyətindən savayı 21 erməni, 10 rus, habelə polyak, yəhudi deputatlardan və digər milli azlıqları təmsil edən deputatlardan ibarət idi.
Məlik-Aslanov Azərbaycan Parlamentinin tərkibində "Müstəqillər fraksiyası"nda təmsil olunurdu. Parlamentdə bu fraksiyanın cəmi 4 nəfər nümayəndəsi vardı. Onun adı "Müstəqillər fraksiyası"nın Parlamentə təqdim olunan nümayəndələrinin siyahısında sayca 3-cü (Əlimərdan bəy Topçubaşov və Səməd bəy Mehmandarovdan sonra) oxunurdu.
Xudadat bəy Məlik-Aslanovun təşəbbüsü ilə 1919-cu ildə Bakıda ana dilində dərs keçilən ilk dəmir yolu nəqliyyatı məktəbi açılmışdı. O, Azərbaycan Parlamentində 1919-cu ilin martında yaradılan əlifba islahatı üzrə xüsusi komissiyanın sədri seçilmişdi. Onun rəhbərliyi altında latın qrafikalı əlifbaya keçilməsinə dair bir neçə qanun layihəsi hazırlanmışdı. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edir, lakin Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur.
1919-cu il iyunun 11-də Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi fövqəladə səlahiyyətli ali orqanı-respublika Dövlət Müadfiə Komitəsi (DMK) yaradıldı. Nazirlər Şurasının başçısı Nəsib bəy Yusifbəylinin sədr olduğu DMK-in birinci müavini Xudadat bəy Məlik-Aslanov oldu. O, yeri gəldikcə Nazirlər Şurasının sədri vəzifəsini də icra edirdi. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri N. Yusifbəylinin 1919-cu il 23 iyul tarixli 33 nömrəli əmri elan olunmuşdu. Rəsmi dövlət orqanı " dərc olunmuş bu elanda bildirilirdi ki, həmin tarixdən xidməti ezamiyyətə getməsilə əlaqədar olaraq Bakını tərk etdiyi üçün Nazirlər Şurasının sədri vəzifəsinin müvəqqəti yerinə yetirilməsi yolları naziri Xudadat bəy Məlik-Aslanova həvalə olunur.
Xudadat bəy Məlik-Aslanov "Müsavat" ("Bərabərlik") partiyasının 1919-cu il dekabrın 2-də Bakıda keçirilmiş İİ qurultayında bu partiyanın o zaman Azərbaycan xalqının taleyində oynadığı rolun tarixi əhəmiyyətini qeyd edərək bildirmişdi:
“Müsavat” partiyası olmasaydı, indi bizim şahidi olduğumuz hadisələrin heç biri baş verməzdi |
SSR dövründə
Xudadat bəy Məlik-Aslanov 1920-ci ilin 27–28 Aprel işğalından sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimi olmasına baxmayaraq, Azərbaycan SSR-ə lazım olan dəyərli bir mütəxəssis kimi öz ixtisası üzrə rəhbər vəzifələrdə çalışmışdı. Belə ki, o, 1921-ci ilin əvvəllərindən Azərbaycan SSR Dövlət Tikinti Komitəsində əvvəlcə Şöbə müdiri, sonra isə Komitə sədri işləmişdi. Sonra o, Azərbaycan Ali Xalq Təsərrüfatı Şurası yanında Dəmir Yol Tikintisi İdarəsinin rəisi, Şuranın məsləhətçisi olmuşdu. Məlik-Aslanov 1922–1930-cu illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Sənaye-Nəqliyyatı Bölməsinin müdiri (1923–1925) və Rəyasət Heyətinin üzvü (1922–1924), Zaqafqaziya Dəmir Yolu İdarəsinin üzvü, Azərbaycan Poliitexnik İnstitutunun İnşaat Fakültəsinin Yol, Sənaye, Nəqliyyat və Tikinti Bölməsinin müdiri, həmin fakültənin dekanı (1924–1930), Azərbaycan SSR Ali Texnika Komitəsinin sədr müavini (1928), RSFSR VƏ Azərbaycan SSR-in bir sıra elmi-texniki və mədəni-maarif təşkilatlarının üzvü (1921–1930), SSRİ Ali Xalq Təsərrüfatı Şurasının Elmi-Texniki Kollegiyasının üzvü, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (MİK) üzvlüyünə namizəd və üzvü (1926–1930), Zaqafqaziya MİK-in üzvlüyünə namizəd olmuşdu.
Xudadat bəy Məlik-Aslanovun 1921–1929-cu illərdə Moskvanın jurnallarında bir neçə elmi məqaləsi dərc olunmuşdu. Azərbaycan Politexnik İnstitutunun nəşriyyatında 1927-ci ildə, Azərbaycan Dövlət Nəşriyyatında isə 1929-cu ildə Xudadat bəyin dəmiryolu texnikasına dair iki kitabı işıq üzü görmüşdü. 1929-cu ildə Azərbaycan SSR MİK-in qərarı ilə Məlik-Aslanovun Azərbaycan Dövlət Elmi–Tədqiqat İnstitutunun həqiqi üzvü seçilmişdi. O, 1930-cu ildən Azərbaycan Neft İnstitutunun Nəqliyyat fakültəsinə rəhbərlik etmişdi.
Ailəsi
Xudadat bəy Mariya Viktorovna Aleksandrova ilə ailə həyatı qurmuşdu.
Ölümü
Xudadat bəy 1930-cu ilin əvvəlində Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının (XDİK) Dövlət Siyasi İdarəsi tərəfindən müxtəlif əsassız ittihamlarla həbs olundu. Onu sovet hakimiyyətini devirməyi qarşısına məqsəd qoymuş "Azərbaycan Milli Mərkəzi" gizli millətçi təşkilatı ilə əlaqədə və ona üzv olmaqla günahlandırırdılar. Həmçinin Məlik-Aslanovu siyasi mühacir kimi Ərdəbildə "Azərbaycan Milli Mərkəzi" Bürosunun mühacir qrupunun rəhbəri, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dəmir Yol İdarəsinin rəisi işləmiş qardaşı Teymur bəy Məlik-Aslanovla əlaqə saxlamaqda da günahlandırırdılar.
1930-cu il sentyabrın 30-da Azərbaycan SSR DSİ Kollegiyasının Bakıda keçən məhkəmə iclasında "Azərbaycan Milli Mərkəzi"nin "işinə" baxıldı. Həmin "iş" üzrə həbs olunmuş və artıq əvvəlcədən hazırlanmış saxta ittihamnamədən 53 nəfərin adı keçirdi. Onların içərisində Xudadat bəy Məlik-Aslanov da var idi. Məhkəmədə həmin ittihamlarla mühakimə olunanlardan 14 nəfərinə 10 il iş verilmiş, 12 nəfərə isə güllələnmə kəsilmişdi. On il iş alanlar arasında Xudadat bəy Məlik-Aslanov da var idi. Lakin 1932-ci il fevralın 2-də Tiflisdə Zaqafqaziya DSİ-nin Kollegiya Məhkəməsinin iclasında "Azərbaycan Milli Mərkəzi"nin "işi"nə yenidən baxılmışdı. Bu dəfə cəzaların müddətində dəyişiklik olunmuş və Xudadat bəy Məlik-Aslanovun cəzası 10 ildən 5 ilə endirilmişdi.
1933-cü ilin iyulunda həbsdən azad olunan Xudadat bəy sentyabrın 1-dən Azərbaycan Nəqliyyat İnstitutunda Dəmiryolu nəqliyyatı kafedrasına və Azərbaycan İnşaat İnstitutunda İnşaat işinin təşkili kafedrasına rəhbərlik etmişdi. Texnika elmləri sahəsində ilk azərbaycanlı professorlardan biri olan Xudadat bəy Məlik-Aslanov müxtəlif ali məktəblərə dəvət alaraq orada, həmçinin silsilə mühazirələrə oxuyurdu. Xudadat bəy Azərbaycan SSR-də dəmiryol şəbəkəsinin inkişaf planının işlənib həyata keçirilməsi, şəhərdaxili nəqliyyat və s. məsələlərin həllinə dair 70-dən çox elmi məqalə, o cümlədən dəmir yol nəqliyyatına aid 3 monoqrafiyanın müəllifi idi.
Xudadat bəy Məlik-Aslanov 1934-cü ilin avqustunda yenidən əsassız ittihamlarla həbs edilmiş və bu dəfə SSRİ-nin uzaq Sibirdəki xüsusi cəza müəssisələrindən birinə göndərilmişdi. Xudadat bəy Məlik-Aslanov 1935-ci il iyulun 23-də Sibirdə həbs düşərgələrindən birində vəfat etmişdi. Bu zaman onun cəmi 56 yaşı vardı. Ona yalnız 1959-cu ildə bəraət verilmişdi.
Həmçinin bax
● [+]
Ədəbiyyat
- Azərbaycan tarixi. Yeddi cilddə. VI cild. B,2000, s.232;
- "Odlar yurdu" qəzeti, 5–6 mart 1989-cu il.
- Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası. İkinci cild. B,2005, s.184.
- Победа Советской власти в Закавказье. Тбилиси.1978, стр.207–208.
- Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası. İkinci cild. B,2005, s.3;
- Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. 1918–1920. B,1990, s.72
- Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində. 1918–1920. B,1993, s.44
- Azərbaycan Demokrtatik Respublikası. Azərbaycan hökuməti. 1918–1920. B,1990, s.91
- Azərbaycan tarixi. V cild. B,2001, s.244.
- Azərbaycan Demokrtatik Respublikası. Azərbaycan hökuməti. 1918–1920. Bakı, s.72–73; 91–93; "Milli Məclis". Parlament-90. Xüsusi buraxılış. 2008, s.97
- Azərbaycan Demokrtatik Respublikası. Azərbaycan hökuməti. 1918–1920. B, 1990. s,73,175.
- Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası. Birinci cild. B,2004, s.154.
- Nəsib Nəsibzadə. Azərbaycan Demokrtatik Respublikası. Bakı, 1990, s.85–86.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (Snetoqrafik hesabatlar). İki cilddə. Birinci cild. B,1998, s.181, 216.
- "Odlar yurdu" qəzeti, 5–6 mart 1989-cu il.
- ARMAİ. Kino-Foto Sənədləri Arxivi, Saxlama vahidi 21016; Azərbaycan tarixi. VII cilddə. V cild. B, 2001, s. 484.
- "Nabat" qəzeti, 15 iyun 1919-cu il; Azərbaycan Demokrtatik Respublikası. Azərbaycan hökuməti. 1918–1920. B,1990. s.73.
- "Azərbaycan" qəzeti (rusca), 29 iyul 1919-cu il.
- Azərbaycan tarixi. V cild. B,2001, s.383. Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası. İkinci cild. B, 2005, s.184.
- "Odlar yurdu" qəzeti, 5–6 mart 1989; Azərbaycan Demokrtatik Respublikası. Azərbaycan hökuməti. 1918–1920 B, 1990, s.173
- Azərbaycan Demokrtatik Respublikası. Azərbaycan hökuməti. 1918–1920. B, s.73. Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası. Birinci cild. Bakı,2005, s.184
- Elşad Qoca. Sibir dərsi. Bakı,2000, s.93, 135.
- Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası. Birinci cild. B,2005, s.184; Elşad Qoca. Sibir dərsi. B,2000, s.308, 135.
- Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası. İkinci cild. B, 2005, s.184; Azərbaycan Demokrtatik Respublikası. Azərbaycan hökuməti. B,1990, s.73–74; Elşad Qoca. Sibir dərsi. B,2000, s.308–309.
- Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası. İkinci cild, B,2005, s.184; Azərbaycan Demokrtatik Respublikası. B,1990, s.73; Elşad Qoca. Sibir dərsi. B,2000, s.309.
- "Milli Məclis". Parlament-90. Xüsusi buraxılış. 2008, s.79.
- Azərbaycan tarixi. V cild. B,2001, s.205. "Milli Məclis". Parlament-90. Xüsusi buraxılış. 2008, s.79.
İstinadlar
- İltifat Əliyarlı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə rabitənin inkişafı. "Mütərcim nəşriyyat", Bakı-2009 səh. 65–75
- Məlik-Aslanov Xudadat bəy Ağa bəy oğlu // M. Mərdanov, Ə. Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. C. 5 M. Bakı: Təhsil, 2021, səh. 266
Xarici keçidlər
- Xudadat bəyin acı taleyi
- XUDADAT BƏY AĞA OĞLU MƏLIK — ASLANOV(1879–1935)
- Bir kəndin övladları
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xudadat bey Aga bey oglu Melik Aslanov az ebced خداداد بگ آقا بگ اوغلی ملک اصلانوف aprel 1879 Taynaq Susa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasi 23 iyul 1935 Baki Azerbaycan SSR ZSFSR SSRI dovlet xadimi alim ixtiraci muhendis yol neqliyyati ve texniki elmler sahesinde ilk azerbaycanli professorlardan biri AXC nin birinci ve ikinci hokumet kabinetlerinde 1918 ci il mayin 28 den oktyabrin 6 dek ilk yollar poct ve teleqraf naziri Xudadat bey Melik AslanovAzerbaycan SSR Dovlet Plan Komitesinin sedriSonrakiAzerbaycan Xalq Cumhuriyyetinin 3 cu Yollar naziri6 oktyabr 1918 26 dekabr 1918EvvelkiXelil bey XasmemmedovSonrakiAslan bey SefikurdskiAzerbaycan Xalq Cumhuriyyetinin 1 ci Yollar nazirivezife tesis edilib Xelil bey XasmemmedovEvvelki28 may 1918Sonraki17 avqust 191828 may 1918 6 oktyabr 1918Evvelkivezife tesis edilibSonrakiAga AsurovSexsi melumatlarDogum tarixi aprel 1879Dogum yeri Taynaq Susa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 23 iyul 1935 1935 07 23 56 yasinda Vefat yeri Baki Azerbaycan SSR ZSFSR SSRIPartiya Rusiya Sosial Demokrat Fehle Partiyasi 1901 1904 biterefTehsili Sankt Peterburq Dovlet Neqliyyat Universiteti d Fealiyyeti muhendis siyasetci universitet muellimi d AtasiHeyat yoldasi Mariya Viktorovna Aleksandrova Melik Aslanova Vikianbarda elaqeli mediafayllarHeyatiXudadat bey Aga bey oglu Melik Aslanov 1879 cu ilde Susa qezasinin Taynaq kendinde anadan olmusdu O 1898 ci il Susa realni mektebini bitirmis 1904 cu ilde Peterburq indiki Sant Peterburq Yol Muhendisliyi Institutuna daxil olmus ve 1904 cu ilde orani 1 ci dereceli diplomla bitirmisdi FealiyyetiPeterburq muhitinde 1901 1904 cu illerde telebelik illerinde Rusiya Sosial Demokrtatik Fehle Partiyasinin RSDFP uzvu olan Xudadat bey Melik Aslanov sonra hec bir partiyaya daxil olmamis ve omrunun axirinadek biteref qalmisdi X Melik Aslanov Sant Peterburq Texnologiya Institutunun Azerbaycanli telebeler arasinda 1904 cu ilde Institutu bitirdikden sonra teyinat esasinda Sankt Peterburqda Voloqda Petrozavodsk Demiryolunun cekilisi ile elaqedar Peterburq Idaresinde 6 ay muhendis vezifesinde islemisdi Melik Aslanov 1905 ci ilin evvelinde Tiflise kocmus ve Zaqafqaziya Demiryolu sisteminde calismaga baslamisdi Zaqafqaziya Demiryolu Idaresinin iscisi kimi o evvelce muhendis sonra Stansiya reisinin komekcisi daha sonra ise Zaqafqaziya Demiryolunun en agir ve dagliq hissesi hesab edilen Suram Asirimi kecidinde yol xidmeti reisinin komekcisi ve reisi olmusdu Onun rehberliyi altinda hemin xidmet sahesinde xeyli mulki tikinti aparilmis Surom bolmesinde texniki qurgular tikilmisdi Ikinci Demiryol Xettinin cekilisi davam etdirilerek Ciatura marqans medenlerine ensiz zolaq demir yolu salinmis texniki isler gorulmusdu Hemin vezifelerde islediyi dovrlerde onun Peterburqda cixan 4 elmi meqalesi de derc olunmusdu Rusiyada 1917 ci ilin fevral inqilabindan sonra Muveqqeti Hokumetin serencami ile martin 9 dan Xudadat bey Melik Aslanov Tiflisde Xususi Zaqafqaziya Komitesinin Zaqafqaziya Demir Yolu uzre muvekkili teyin olunmusdu O 1917 ci il noyabrin 15 de Y Gegecqorinin sedrliyi altinda yaradilan Zaqafqaziya Komissarligi hokumetinde Feteli xan Xoyski ve Memmed Yusif Ceferovla birlikde onun terkibine daxil olmusdu Xudadat bey Melik Aslanov Zaqafqaziya Komissarliginda ve 1918 ci il aprelin 26 da yaranmis Zaqafqaziya Federativ Respublikasinda demir yol neqliyyati komissari ve naziri teyin edilmisdi Hemin vezifelerde calisdigi dovrde onun Qafqaz demir yolu neqliyyati tarixine hesr olunmus kitabi nesr olunmusdu O Zaqafqaziya Seyminde Muselman fraksiyasi nin 1918 ci il mayin 27 de Tiflisde Mehemmed Emin Resulzadenin sedriliyi ile yaranmis Azerbaycan Xalq Cumhuriyyeti Milli Surasinin uzvu olmusdu Melik Aslanovun terkibine daxil oldugu Tranqafqaz hokumetinin Muselman fraksiyasi o zamanki muzakirelerin gedisinde Turkiyenin tekliflerinin qebul edilmesini meqbul hesab edirdi O hele 1918 ci ilin yanvar ayinda sulh meselesine dair geden danisiqlarin muzakiresinde hokumet uzvu kimi yaxindan istirak etmisdi Azerbaycan numayendesi kimi o oz cixisinda bildirmisdi ki Rusiya erazisinde yeni yaranmis hokumetlerin TransQafqazda hec bir maragi yoxdur Ona gore Xudadat bey Melik Aslanov yeni yaranmis hokumetlerin reyini gozlemeden Tranqafqazin musteqilliyini elan edib sulh danisiqlarina baslamagin zeruri oldugunu ireli surmusdu AXC dovrunde fealiyyeti Xudadat bey soldan 8 ci Nazirler Surasinin iclasi zamani 1918 ci ilin mayina kimi Azerbaycanin musteqilliyi yox idi Yalniz hemin il mayin 28 de Azerbaycan dovlet musteqilliyine nail oldu Hemin gun Tiflisde Azerbaycan Xalq Cumhuriyyeti yarananda Feteli xan Xoyskinin basciligi altinda birinci milli muveqqeti hokumet 9 nazirlikden ibaret teskil olunmusdu Hemin nazirliklerden biri de Demir Yolu Poct ve Teleqraf Nazirliyi idi O zaman musteqil Azerbaycan Cumhuriyyetinin ilk yollar poct ve teleqraf naziri mehz bu saheye yaxsi beled olan Xudadat bey Melik Aslanov teyin olunumsdu resmen demiryol neqliyyati yazilsa da Xudadat bey Melik Aslanov butun nov hemcinin su quru hava yollari naziri idi O Azerbaycan Cumhuriyyetinin 1 ci ve 2 ci hokumet kabinetlerinde yollar poct ve teleqraf naziri 3 cu ve 4 cu ve 5 ci kabinelerde ancaq yollar naziri vezifelerinde calismisdi Melik Aslanov 1919 cu il fevralin 18 dek hem de muveqqeti olaraq ticaret senaye ve erzaq nazirinin selahiyyetlerini de yerine yetirmisdi Azerbaycan Xalq Cumhuriyyetinin 1 ci hokumet kabinetinde 28 may 17 iyun 1918 ci il hele de partiya mensubiyyeti uzre biteref olan Xudadat bey Melik Aslanov yekdillikle evveller bu sahede calismis ixtisasli ve tecrubeli bir mutexessis kimi demir yol neqliyyati poct ve teleqraf naziri teyin olunanda da 2 ci hokumet kabineti zamani 17 iyun 7 dekabr 1918 ci il yene hemin vezifeni davam etdirende de respublikada demir yolu diger yol sahelerinin ve poct ve teleqraf sistemlerinin tesekkulu ve inkisaf etdirilmesi ucun bacardigini esirgememisdi Xudadat bey Melik Aslanov Azerbaycan Xalq Cumhuriyyetinin yollar poct ve teleqraf naziri vezifesinde 1918 ci il oktyabrin 6 dek fealiyyet gosterdi Sonuncu tarixde 2 ci hokumetin terkibinde zeruri kabinedaxili deyisiklikler aparildi Bu zaman ayrica Yollar Nazirliyi ve musteqil Poct ve Teleqraf Nazirliyi tesis olundu Xudadat bey Melik Aslanov musteqil Yollar naiziri tesdiq edildi O bu vezifede AXC suqutuna qeder calisdi 1918 ci il dekabrin 7 de Bakida Azerbaycan Parlamentinin tenteneli acilisi oldu Melik Aslanov Milli Suranin 1918 ci il 19 noyabr tarixli Azerbaycan Meclisi Mebusanin tesisi haqqinda qanuna esasen Azerbaycan Parlamentinin terkibine daxil edildi Azerbaycan Parlamenti resmen 120 numayendeden ibaret idi Parlamentin milli terkibi muselman ekseriyyetinden savayi 21 ermeni 10 rus habele polyak yehudi deputatlardan ve diger milli azliqlari temsil eden deputatlardan ibaret idi Melik Aslanov Azerbaycan Parlamentinin terkibinde Musteqiller fraksiyasi nda temsil olunurdu Parlamentde bu fraksiyanin cemi 4 nefer numayendesi vardi Onun adi Musteqiller fraksiyasi nin Parlamente teqdim olunan numayendelerinin siyahisinda sayca 3 cu Elimerdan bey Topcubasov ve Semed bey Mehmandarovdan sonra oxunurdu Xudadat bey Melik Aslanovun tesebbusu ile 1919 cu ilde Bakida ana dilinde ders kecilen ilk demir yolu neqliyyati mektebi acilmisdi O Azerbaycan Parlamentinde 1919 cu ilin martinda yaradilan elifba islahati uzre xususi komissiyanin sedri secilmisdi Onun rehberliyi altinda latin qrafikali elifbaya kecilmesine dair bir nece qanun layihesi hazirlanmisdi Komissiyanin hazirladigi tedbirler planini parlament tesdiq edir lakin Azerbaycan Xalq Cumhuriyyeti suqut etdiyinden bu meseleni heyata kecirmek mumkun olmur 1919 cu il iyunun 11 de Azerbaycan Xalq Cumhuriyyetinin xususi fovqelade selahiyyetli ali orqani respublika Dovlet Muadfie Komitesi DMK yaradildi Nazirler Surasinin bascisi Nesib bey Yusifbeylinin sedr oldugu DMK in birinci muavini Xudadat bey Melik Aslanov oldu O yeri geldikce Nazirler Surasinin sedri vezifesini de icra edirdi Meselen Azerbaycan Xalq Cumhuriyyetinin Nazirler Surasinin sedri N Yusifbeylinin 1919 cu il 23 iyul tarixli 33 nomreli emri elan olunmusdu Resmi dovlet orqani derc olunmus bu elanda bildirilirdi ki hemin tarixden xidmeti ezamiyyete getmesile elaqedar olaraq Bakini terk etdiyi ucun Nazirler Surasinin sedri vezifesinin muveqqeti yerine yetirilmesi yollari naziri Xudadat bey Melik Aslanova hevale olunur Xudadat bey Melik Aslanov Musavat Beraberlik partiyasinin 1919 cu il dekabrin 2 de Bakida kecirilmis II qurultayinda bu partiyanin o zaman Azerbaycan xalqinin taleyinde oynadigi rolun tarixi ehemiyyetini qeyd ederek bildirmisdi Musavat partiyasi olmasaydi indi bizim sahidi oldugumuz hadiselerin hec biri bas vermezdiSSR dovrunde Xudadat bey Melik Aslanov 1920 ci ilin 27 28 Aprel isgalindan sonra Azerbaycan Xalq Cumhuriyyetinin dovlet xadimi olmasina baxmayaraq Azerbaycan SSR e lazim olan deyerli bir mutexessis kimi oz ixtisasi uzre rehber vezifelerde calismisdi Bele ki o 1921 ci ilin evvellerinden Azerbaycan SSR Dovlet Tikinti Komitesinde evvelce Sobe mudiri sonra ise Komite sedri islemisdi Sonra o Azerbaycan Ali Xalq Teserrufati Surasi yaninda Demir Yol Tikintisi Idaresinin reisi Suranin meslehetcisi olmusdu Melik Aslanov 1922 1930 cu illerde Azerbaycan SSR Dovlet Plan Komitesinin Senaye Neqliyyati Bolmesinin mudiri 1923 1925 ve Reyaset Heyetinin uzvu 1922 1924 Zaqafqaziya Demir Yolu Idaresinin uzvu Azerbaycan Poliitexnik Institutunun Insaat Fakultesinin Yol Senaye Neqliyyat ve Tikinti Bolmesinin mudiri hemin fakultenin dekani 1924 1930 Azerbaycan SSR Ali Texnika Komitesinin sedr muavini 1928 RSFSR VE Azerbaycan SSR in bir sira elmi texniki ve medeni maarif teskilatlarinin uzvu 1921 1930 SSRI Ali Xalq Teserrufati Surasinin Elmi Texniki Kollegiyasinin uzvu Azerbaycan Merkezi Icraiyye Komitesinin MIK uzvluyune namized ve uzvu 1926 1930 Zaqafqaziya MIK in uzvluyune namized olmusdu Xudadat bey Melik Aslanovun 1921 1929 cu illerde Moskvanin jurnallarinda bir nece elmi meqalesi derc olunmusdu Azerbaycan Politexnik Institutunun nesriyyatinda 1927 ci ilde Azerbaycan Dovlet Nesriyyatinda ise 1929 cu ilde Xudadat beyin demiryolu texnikasina dair iki kitabi isiq uzu gormusdu 1929 cu ilde Azerbaycan SSR MIK in qerari ile Melik Aslanovun Azerbaycan Dovlet Elmi Tedqiqat Institutunun heqiqi uzvu secilmisdi O 1930 cu ilden Azerbaycan Neft Institutunun Neqliyyat fakultesine rehberlik etmisdi AilesiXudadat bey Mariya Viktorovna Aleksandrova ile aile heyati qurmusdu OlumuXudadat bey 1930 cu ilin evvelinde Azerbaycan SSR Xalq Daxili Isler Komissarliginin XDIK Dovlet Siyasi Idaresi terefinden muxtelif esassiz ittihamlarla hebs olundu Onu sovet hakimiyyetini devirmeyi qarsisina meqsed qoymus Azerbaycan Milli Merkezi gizli milletci teskilati ile elaqede ve ona uzv olmaqla gunahlandirirdilar Hemcinin Melik Aslanovu siyasi muhacir kimi Erdebilde Azerbaycan Milli Merkezi Burosunun muhacir qrupunun rehberi Azerbaycan Xalq Cumhuriyyeti dovrunde Demir Yol Idaresinin reisi islemis qardasi Teymur bey Melik Aslanovla elaqe saxlamaqda da gunahlandirirdilar 1930 cu il sentyabrin 30 da Azerbaycan SSR DSI Kollegiyasinin Bakida kecen mehkeme iclasinda Azerbaycan Milli Merkezi nin isine baxildi Hemin is uzre hebs olunmus ve artiq evvelceden hazirlanmis saxta ittihamnameden 53 neferin adi kecirdi Onlarin icerisinde Xudadat bey Melik Aslanov da var idi Mehkemede hemin ittihamlarla muhakime olunanlardan 14 neferine 10 il is verilmis 12 nefere ise gullelenme kesilmisdi On il is alanlar arasinda Xudadat bey Melik Aslanov da var idi Lakin 1932 ci il fevralin 2 de Tiflisde Zaqafqaziya DSI nin Kollegiya Mehkemesinin iclasinda Azerbaycan Milli Merkezi nin isi ne yeniden baxilmisdi Bu defe cezalarin muddetinde deyisiklik olunmus ve Xudadat bey Melik Aslanovun cezasi 10 ilden 5 ile endirilmisdi 1933 cu ilin iyulunda hebsden azad olunan Xudadat bey sentyabrin 1 den Azerbaycan Neqliyyat Institutunda Demiryolu neqliyyati kafedrasina ve Azerbaycan Insaat Institutunda Insaat isinin teskili kafedrasina rehberlik etmisdi Texnika elmleri sahesinde ilk azerbaycanli professorlardan biri olan Xudadat bey Melik Aslanov muxtelif ali mekteblere devet alaraq orada hemcinin silsile muhazirelere oxuyurdu Xudadat bey Azerbaycan SSR de demiryol sebekesinin inkisaf planinin islenib heyata kecirilmesi seherdaxili neqliyyat ve s meselelerin helline dair 70 den cox elmi meqale o cumleden demir yol neqliyyatina aid 3 monoqrafiyanin muellifi idi Xudadat bey Melik Aslanov 1934 cu ilin avqustunda yeniden esassiz ittihamlarla hebs edilmis ve bu defe SSRI nin uzaq Sibirdeki xususi ceza muessiselerinden birine gonderilmisdi Xudadat bey Melik Aslanov 1935 ci il iyulun 23 de Sibirde hebs dusergelerinden birinde vefat etmisdi Bu zaman onun cemi 56 yasi vardi Ona yalniz 1959 cu ilde beraet verilmisdi Hemcinin bax Melik Aslanovlar Melik Aslanovlar EdebiyyatAzerbaycan tarixi Yeddi cildde VI cild B 2000 s 232 Odlar yurdu qezeti 5 6 mart 1989 cu il Azerbaycan Xalq Cumhuriyyetinin Ensiklopediyasi Ikinci cild B 2005 s 184 Pobeda Sovetskoj vlasti v Zakavkaze Tbilisi 1978 str 207 208 Azerbaycan Xalq Cumhuriyyetinin Ensiklopediyasi Ikinci cild B 2005 s 3 Azerbaycan Demokratik Respublikasi Azerbaycan hokumeti 1918 1920 B 1990 s 72 Cemil Hesenov Azerbaycan beynelxalq munasibetler sisteminde 1918 1920 B 1993 s 44 Azerbaycan Demokrtatik Respublikasi Azerbaycan hokumeti 1918 1920 B 1990 s 91 Azerbaycan tarixi V cild B 2001 s 244 Azerbaycan Demokrtatik Respublikasi Azerbaycan hokumeti 1918 1920 Baki s 72 73 91 93 Milli Meclis Parlament 90 Xususi buraxilis 2008 s 97 Azerbaycan Demokrtatik Respublikasi Azerbaycan hokumeti 1918 1920 B 1990 s 73 175 Azerbaycan Xalq Cumhuriyyetinin Ensiklopediyasi Birinci cild B 2004 s 154 Nesib Nesibzade Azerbaycan Demokrtatik Respublikasi Baki 1990 s 85 86 Azerbaycan Xalq Cumhuriyyeti 1918 1920 Parlament Snetoqrafik hesabatlar Iki cildde Birinci cild B 1998 s 181 216 Odlar yurdu qezeti 5 6 mart 1989 cu il ARMAI Kino Foto Senedleri Arxivi Saxlama vahidi 21016 Azerbaycan tarixi VII cildde V cild B 2001 s 484 Nabat qezeti 15 iyun 1919 cu il Azerbaycan Demokrtatik Respublikasi Azerbaycan hokumeti 1918 1920 B 1990 s 73 Azerbaycan qezeti rusca 29 iyul 1919 cu il Azerbaycan tarixi V cild B 2001 s 383 Azerbaycan Xalq Cumhuriyyetinin Ensiklopediyasi Ikinci cild B 2005 s 184 Odlar yurdu qezeti 5 6 mart 1989 Azerbaycan Demokrtatik Respublikasi Azerbaycan hokumeti 1918 1920 B 1990 s 173 Azerbaycan Demokrtatik Respublikasi Azerbaycan hokumeti 1918 1920 B s 73 Azerbaycan Xalq Cumhuriyyetinin Ensiklopediyasi Birinci cild Baki 2005 s 184 Elsad Qoca Sibir dersi Baki 2000 s 93 135 Azerbaycan Xalq Cumhuriyyetinin Ensiklopediyasi Birinci cild B 2005 s 184 Elsad Qoca Sibir dersi B 2000 s 308 135 Azerbaycan Xalq Cumhuriyyetinin Ensiklopediyasi Ikinci cild B 2005 s 184 Azerbaycan Demokrtatik Respublikasi Azerbaycan hokumeti B 1990 s 73 74 Elsad Qoca Sibir dersi B 2000 s 308 309 Azerbaycan Xalq Cumhuriyyetinin Ensiklopediyasi Ikinci cild B 2005 s 184 Azerbaycan Demokrtatik Respublikasi B 1990 s 73 Elsad Qoca Sibir dersi B 2000 s 309 Milli Meclis Parlament 90 Xususi buraxilis 2008 s 79 Azerbaycan tarixi V cild B 2001 s 205 Milli Meclis Parlament 90 Xususi buraxilis 2008 s 79 IstinadlarIltifat Eliyarli Azerbaycan Xalq Cumhuriyyeti dovrunde rabitenin inkisafi Mutercim nesriyyat Baki 2009 seh 65 75 Melik Aslanov Xudadat bey Aga bey oglu M Merdanov E Tahirzade 1920 ci iledek ali mekteblerde oxumus azerbaycanlilar C 5 M Baki Tehsil 2021 seh 266Xarici kecidlerXudadat beyin aci taleyi XUDADAT BEY AGA OGLU MELIK ASLANOV 1879 1935 Bir kendin ovladlari