Azərbaycanca AzərbaycancaDeutsch Deutsch日本語 日本語Lietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська УкраїнськаUnited State United State
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Tordesilyas müqaviləsi port Tratado de Tordesilhas isp Tratado de Tordesillas ispaniya və Portuqaliya arasında dünyada n

Tordesilyas müqaviləsi

Tordesilyas müqaviləsi
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Tordesilyas müqaviləsi (port. Tratado de Tordesilhas, isp. Tratado de Tordesillas) — İspaniya və Portuqaliya arasında dünyada nüfuz sahələrinin bölünməsi haqqında saziş. 7 iyun 1494-cü ildə Kastiliyanın Tordesilyas şəhərində imzalandı. İspaniya tərəfindən 2 iyulda, Portuqaliya tərəfindən isə 5 sentyabrda ratifikasiya olundu. Müqavilə 1506-cı ildə Roma Papası tərəfindən təsdiqləndi.

Tordesilyas müqaviləsi
image
Müqavilənin səhifələrindən biri
İmzalanma tarixi 7 iyun 1494
İmzalanma yeri
  • Tordesilyas[d]
Qüvvədən düşməsi 1777
Tərəflər image Portuqaliya
image İspaniya
image Vikianbarda əlaqəli mediafayllar
image
İspaniya və Portuqaliya arasındakı müstəmləkə demarkasiya xətləri. Bənövşəyi xətt 1494-cü il Tordesilyas meridianını, yaşıl xətt 1529-cu il Saraqosa anti-meridianını əks etdirir.

Müqavilə bir il əvvəl papa VI Aleksandrın "Inter caetera" bullasında müəyyən olunan bölgü xəttini dəqiqləşdirirdi. Hər iki qütbdən keçən və Atlantik okeanını kəsən, Azor adaları və Kabo-Verde arxipelaqından 100 liqa qərbdən keçən demarkasiya xətti, portuqal tərəfinin təkidi ilə Kabo-Verdedən 370 liqa (1770 km, 1100 mil) qərbə köçürüldü. Papa bullası ilə təsdiqləndiyinə görə bu meridiana "papa meridianı" da deyilir. Müasir koordinatlarla o, 49°32’56" qərb uzunluğundan keçən meridiana uyğundur. Bu xətdən şərqdə qalan dənizlər və torpaqlar Portuqaliya krallığına, qərbdəkilər isə həmin dövrdə faktiki olaraq vahid İspaniya dövlətinə çevrilmiş Kastiliya və Araqon ittifaqına məxsus olurdu.

Hadisələrin xronologiyası

Tordesilyas müqaviləsinin sələfi Alkasobas müqaviləsi olmuşdur. Bu müqavilə 4 sentyabr 1479-cu ildə Kastiliya kraliçası İzabella və Araqon kralı Ferdinand ilə Portuqaliya kralı V Afonso arasında imzalanmışdı. Müqavilənin imzalanması ilə Kastiliya irsi uğrunda müharibəyə son qoyulmuşdu.

1452–1456-cı illərdə Papa V Nikolay və III Kalikst Portuqaliyaya Bujdur burnundan cənub və şərqdə, ta "Hindistanadək" torpaqlara sahib olmaq hüququnu verdilər. Kastiliya 1479-cu ildə bu hüquqları tanıdı və 1481-ci ildə Papa IV Sikst "Aeterni Regis" adlı bullası ilə Kanar adalarından cənubdakı bütün torpaqların Portuqaliyaya verilməsini yenidən təsdiqlədi.

Bu vaxt Kolumbun ilk ekspedisiyası geosiyasi konteksti əhəmiyyətli dərəcədə dəyişdi. Belə ki, 15 mart 1493-cü ildə Kolumbun qərbə doğru hərəkət edərək Vest-Hind adalarını kəşf etdiyi ilk ekspedisiyasından qayıtması Portuqaliyanı təşvişə saldı — bu kəşf ona əvvəllər verilmiş ərazi hüquqlarını etibarsızlaşdırırdı. İndi Kastiliya və Araqon ilk kəşf edənin hüquqlarını əsas gətirərək papanın qərarlarını tanımaqdan imtina etdilər. Münaqişəni sülh yolu ilə yenə də yalnız Katolik Kilsəsinin başçısı həll edə bilərdi.

Əslən Araqon ərazisində yerləşən Valensiyadan olan papa VI Aleksandr 3 may 1493-cü ildə Kastiliyanın Kabo-Verdedən 100 liqa qərbdən keçən meridianın qərbində kəşf etdiyi və ya bundan sonra kəşf edəcəyi bütün torpaqların ona aid olduğunu, həmin xətdən şərqdə kəşf ediləcək yeni torpaqların isə Portuqaliyaya aid olduğunu elan etdi. Bu qayda həmin vaxt xristian ölkələrinin hakimiyyəti altında olan ərazilərə şamil edilmirdi. Bu hökm Portuqaliya kralı II Juanın xoşuna gəlmədi və o dərhal Araqon kralı II Ferdinand və onun həyat yoldaşı — Kastiliya kraliçası I İzabella ilə bu xətti qərbə sürüşdürmək haqqında danışıqlara başladı.

image
Tordesilyas müqaviləsinin bağlandığı saray

Nəticələr

image
Cənubi Amerikada Tordesilyas müqaviləsi ilə müəyyən edilmiş və 1495–1545-ci illərdə müxtəlif xəritəçilər tərəfindən çəkilən demarkasiya xətləri

Əvvəllər kastiliyalılar və portuqallar tərəfindən qismən müstəmləkə edilmiş Məğrib üçün 1496-cı ildə aşağıdakı şərt qoyuldu: Məğrib bölgü xətti, demək olar ki, yarıya bölünən Penyon-de-Veles-de-la-Qomera adasından başladı, lakin müqavilədə adanın özü göstərilməmişdi. Portuqaliya bölmə xəttinin qərbində, İspaniya isə şərqindəki torpaqlara sahib oldu.

Tordesilyas müqaviləsini bağlayarkən, ümumiyyətlə hər iki tərəf hələ də Atlantikanın həqiqi coğrafiyası barədə tam təsəvvürə malik deyildilər. Beləliklə, 1500-cü ildə Pedru Alvariş Kabralın ekspedisiyası nəticəsində məlum oldu ki, İspaniya Braziliyanı Portuqaliyaya "hədiyyə" edib.

Bundan əlavə, Amerika qərbdə keçilməsi mümkün olmayan hədd hesab edilirdi, çünki hələ Sakit Okean kəşf olunmamışdı. Bu okeanın şərq sahilinə çıxan ilk avropalı — ispan konkistadoru Vasko Nunyes de Balboa idi. O, 1513-cü ildə yoldaşları ilə Panama bərzəxini keçərək naməlum okeanın sahilinə çıxdı. Üzü cənuba baxan bir buxtada okean sahilinə çatan Balboa buranı "Cənub dənizi" (isp. Mar del Sur) adlandırdı. 28 noyabr 1520-ci ildə Fernan Magellan 1519–1522-ci illəri əhatə edən ekspedisiyası zamanı Sakit okeana girdi. Bundan sonra demarkasiya xəttinin şərqdə haradan keçməsi ilə bağlı sual kəskin şəkildə ortaya çıxdı. Nəhayət, 1529-cu il tarixli ilə bu demarkasiya xətti Molukk adalarından 257,5 liqa şərqdən keçməklə təyin olundu. Beləliklə, İspaniya bu dəyərli ədviyyat mənbəyinə sahib olmaq hüququnu itirdi, əvəzində Portuqaliya ona müəyyən məbləğdə kompensasiya ödədi.

image
Meridianı təsvir edən Kantino planisferi, 1502

Tordesilyas müqaviləsi İspaniya və Portuqaliyanın Avropadan kənardakı dünya üzərində əbədi və inhisarçı hökmranlığını nəzərdə tuturdu. Bu, hər iki ölkənin o dövrdə ən inkişaf etmiş dəniz texnologiyasına və naviqasiya sahəsində biliklərə sahib olması və böyük coğrafi kəşflərin öncülləri olması sayəsində mümkün olmuşdu.

Digər Avropa gücləri, əsasən Fransa, İngiltərə və Hollandiya bu vəziyyəti tanımaqdan imtina etdilər və özləri üçün formal olaraq bağlanmış Dünya okeanında piratlıq fəaliyyətini dəstəkləməyə başladılar. Onların iddialarının əsasını Papa hakimiyyətinin coğrafi kəşflər məsələsində hüquqi qüvvəyə malik olmadığı fikri təşkil edirdi. Holland Ost-Hind şirkətinin Malakkanı ələ keçirməsindən və ardınca İndoneziyadakı portuqal mülklərini öz nəzarətinə götürməsindən sonra, Hollandiya Qərbi Yeni Qvineya və Qərbi Avstraliyanın Yeni Hollandiya olduğunu bəyan etdi. Şərqi Avstraliya isə 1770-ci ildə Ceyms Kuk onu Britaniyanın ərazisi elan edənədək ispan təsir dairəsində qalmaqda davam edirdi.

Həmçinin, tarixdə Fransa kralı I Fransiskin bu ərazi məsələləri ilə bağlı verdiyi hazırcavab bəyanat məlumdur:

"Adəmin vəsiyyətində məni Yeni dünyada paya sahib olmaqdan məhrum edən bir bənd yadımda deyil."

XVII əsrdə ispan-portuqal müstəmləkə hakimiyyətinin çöküşü başladı. Tordesilyas müqaviləsi yalnız Cənubi Amerikada qüvvədə qalaraq, burada İspaniya və Portuqaliya arasındakı sərhəd mübahisələrinin həllində istifadə olunmağa davam etdi. Cənubi Amerikada koloniyaları olan Hollandiya bu müqaviləyə məhəl qoymadı. Tordesilyas müqaviləsi 1777-ci ildə San-İldefonso müqaviləsi ilə rəsmi olaraq ləğv edildi.

Ədəbiyyat

  • Bernd Schröter et Karin Schüller Tordesillas y sus consecuencias: la política de las grandes potencias europeas respecto a América Latina, 1494–1898. (congrès scientifique international du Département d’Histoire ibérique et latino-américaine de l’Université de Cologne, décembre 1994) — Vervuert, Francfort-sur-le-Main ; Iberoamericana, Madrid, 1995.
  • Jesús Varela Marcos. El Tratado de Tordesillas en la política atlántica castellana. — Universidad de Valladolid, 1997. ISBN 
  • Michel Balard, Alain Ducellier. Le partage du monde : échanges et colonisation dans la Méditerranée médiévale. (actes du 3 Congrès sur la colonisation médiévale organisé par le Groupement de recherche n° 927 du CNRS) — Publications de la Sorbonne, Paris, 1998. ISBN 
  • Régis Debray. Christophe Colomb, le visiteur de l’aube. Suivi des Traités de Tordesillas. (traduits de l’espagnol par Bernard Lesfargues et présentés par Bartolomé Bennassar) — La Différence, Paris, 1991. ISBN 
  • Luís Adão da Fonseca, Maria Cristina Cunha. O Tratado de Tordesilhas e a diplomacia luso-castelhana no século XV. — Ed. Inapa, Lisbonne, 1991. ISBN 
  • Ланге П. В. Горизонты Южного моря. История морских открытий в Океании. — М.: Прогресс, 1988.
  • Robert Rézette. The Spanish Enclaves in Morocco. — Nouvelles Editions Latines, 1976.
  • Хроники открытия Америки. Кн. I. — М.: Академический проект, 2000.

Həmçinin bax

  • San-İldefonso müqaviləsi (1777)
  • Vasko Nunyes de Balboa

İstinadlar

  1. Rézette, Robert The Spanish Enclaves in Morocco. 1976. Издательство Nouvelles Editions Latines. стр. 35–36.
  2. В. А. Ведюшкин. ТОРДЕСИ́ЛЬЯССКИЙ ДОГОВО́Р 1494. 32. səh. 298 https://old.bigenc.ru/world_history/text/4197921 (#bare_url_missing_title).

Xarici keçidlər

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Tordesilyas muqavilesi port Tratado de Tordesilhas isp Tratado de Tordesillas Ispaniya ve Portuqaliya arasinda dunyada nufuz sahelerinin bolunmesi haqqinda sazis 7 iyun 1494 cu ilde Kastiliyanin Tordesilyas seherinde imzalandi Ispaniya terefinden 2 iyulda Portuqaliya terefinden ise 5 sentyabrda ratifikasiya olundu Muqavile 1506 ci ilde Roma Papasi terefinden tesdiqlendi Tordesilyas muqavilesiMuqavilenin sehifelerinden biriImzalanma tarixi 7 iyun 1494Imzalanma yeri Tordesilyas d Quvveden dusmesi 1777Terefler Portuqaliya Ispaniya Vikianbarda elaqeli mediafayllarIspaniya ve Portuqaliya arasindaki mustemleke demarkasiya xetleri Benovseyi xett 1494 cu il Tordesilyas meridianini yasil xett 1529 cu il Saraqosa anti meridianini eks etdirir Muqavile bir il evvel papa VI Aleksandrin Inter caetera bullasinda mueyyen olunan bolgu xettini deqiqlesdirirdi Her iki qutbden kecen ve Atlantik okeanini kesen Azor adalari ve Kabo Verde arxipelaqindan 100 liqa qerbden kecen demarkasiya xetti portuqal terefinin tekidi ile Kabo Verdeden 370 liqa 1770 km 1100 mil qerbe kocuruldu Papa bullasi ile tesdiqlendiyine gore bu meridiana papa meridiani da deyilir Muasir koordinatlarla o 49 32 56 qerb uzunlugundan kecen meridiana uygundur Bu xetden serqde qalan denizler ve torpaqlar Portuqaliya kralligina qerbdekiler ise hemin dovrde faktiki olaraq vahid Ispaniya dovletine cevrilmis Kastiliya ve Araqon ittifaqina mexsus olurdu Hadiselerin xronologiyasiTordesilyas muqavilesinin selefi Alkasobas muqavilesi olmusdur Bu muqavile 4 sentyabr 1479 cu ilde Kastiliya kralicasi Izabella ve Araqon krali Ferdinand ile Portuqaliya krali V Afonso arasinda imzalanmisdi Muqavilenin imzalanmasi ile Kastiliya irsi ugrunda muharibeye son qoyulmusdu 1452 1456 ci illerde Papa V Nikolay ve III Kalikst Portuqaliyaya Bujdur burnundan cenub ve serqde ta Hindistanadek torpaqlara sahib olmaq huququnu verdiler Kastiliya 1479 cu ilde bu huquqlari tanidi ve 1481 ci ilde Papa IV Sikst Aeterni Regis adli bullasi ile Kanar adalarindan cenubdaki butun torpaqlarin Portuqaliyaya verilmesini yeniden tesdiqledi Bu vaxt Kolumbun ilk ekspedisiyasi geosiyasi konteksti ehemiyyetli derecede deyisdi Bele ki 15 mart 1493 cu ilde Kolumbun qerbe dogru hereket ederek Vest Hind adalarini kesf etdiyi ilk ekspedisiyasindan qayitmasi Portuqaliyani tesvise saldi bu kesf ona evveller verilmis erazi huquqlarini etibarsizlasdirirdi Indi Kastiliya ve Araqon ilk kesf edenin huquqlarini esas getirerek papanin qerarlarini tanimaqdan imtina etdiler Munaqiseni sulh yolu ile yene de yalniz Katolik Kilsesinin bascisi hell ede bilerdi Eslen Araqon erazisinde yerlesen Valensiyadan olan papa VI Aleksandr 3 may 1493 cu ilde Kastiliyanin Kabo Verdeden 100 liqa qerbden kecen meridianin qerbinde kesf etdiyi ve ya bundan sonra kesf edeceyi butun torpaqlarin ona aid oldugunu hemin xetden serqde kesf edilecek yeni torpaqlarin ise Portuqaliyaya aid oldugunu elan etdi Bu qayda hemin vaxt xristian olkelerinin hakimiyyeti altinda olan erazilere samil edilmirdi Bu hokm Portuqaliya krali II Juanin xosuna gelmedi ve o derhal Araqon krali II Ferdinand ve onun heyat yoldasi Kastiliya kralicasi I Izabella ile bu xetti qerbe surusdurmek haqqinda danisiqlara basladi Tordesilyas muqavilesinin baglandigi sarayNeticelerCenubi Amerikada Tordesilyas muqavilesi ile mueyyen edilmis ve 1495 1545 ci illerde muxtelif xeriteciler terefinden cekilen demarkasiya xetleri Evveller kastiliyalilar ve portuqallar terefinden qismen mustemleke edilmis Megrib ucun 1496 ci ilde asagidaki sert qoyuldu Megrib bolgu xetti demek olar ki yariya bolunen Penyon de Veles de la Qomera adasindan basladi lakin muqavilede adanin ozu gosterilmemisdi Portuqaliya bolme xettinin qerbinde Ispaniya ise serqindeki torpaqlara sahib oldu Tordesilyas muqavilesini baglayarken umumiyyetle her iki teref hele de Atlantikanin heqiqi cografiyasi barede tam tesevvure malik deyildiler Belelikle 1500 cu ilde Pedru Alvaris Kabralin ekspedisiyasi neticesinde melum oldu ki Ispaniya Braziliyani Portuqaliyaya hediyye edib Bundan elave Amerika qerbde kecilmesi mumkun olmayan hedd hesab edilirdi cunki hele Sakit Okean kesf olunmamisdi Bu okeanin serq sahiline cixan ilk avropali ispan konkistadoru Vasko Nunyes de Balboa idi O 1513 cu ilde yoldaslari ile Panama berzexini kecerek namelum okeanin sahiline cixdi Uzu cenuba baxan bir buxtada okean sahiline catan Balboa burani Cenub denizi isp Mar del Sur adlandirdi 28 noyabr 1520 ci ilde Fernan Magellan 1519 1522 ci illeri ehate eden ekspedisiyasi zamani Sakit okeana girdi Bundan sonra demarkasiya xettinin serqde haradan kecmesi ile bagli sual keskin sekilde ortaya cixdi Nehayet 1529 cu il tarixli ile bu demarkasiya xetti Molukk adalarindan 257 5 liqa serqden kecmekle teyin olundu Belelikle Ispaniya bu deyerli edviyyat menbeyine sahib olmaq huququnu itirdi evezinde Portuqaliya ona mueyyen meblegde kompensasiya odedi Meridiani tesvir eden Kantino planisferi 1502 Tordesilyas muqavilesi Ispaniya ve Portuqaliyanin Avropadan kenardaki dunya uzerinde ebedi ve inhisarci hokmranligini nezerde tuturdu Bu her iki olkenin o dovrde en inkisaf etmis deniz texnologiyasina ve naviqasiya sahesinde biliklere sahib olmasi ve boyuk cografi kesflerin onculleri olmasi sayesinde mumkun olmusdu Diger Avropa gucleri esasen Fransa Ingiltere ve Hollandiya bu veziyyeti tanimaqdan imtina etdiler ve ozleri ucun formal olaraq baglanmis Dunya okeaninda piratliq fealiyyetini desteklemeye basladilar Onlarin iddialarinin esasini Papa hakimiyyetinin cografi kesfler meselesinde huquqi quvveye malik olmadigi fikri teskil edirdi Holland Ost Hind sirketinin Malakkani ele kecirmesinden ve ardinca Indoneziyadaki portuqal mulklerini oz nezaretine goturmesinden sonra Hollandiya Qerbi Yeni Qvineya ve Qerbi Avstraliyanin Yeni Hollandiya oldugunu beyan etdi Serqi Avstraliya ise 1770 ci ilde Ceyms Kuk onu Britaniyanin erazisi elan edenedek ispan tesir dairesinde qalmaqda davam edirdi Hemcinin tarixde Fransa krali I Fransiskin bu erazi meseleleri ile bagli verdiyi hazircavab beyanat melumdur Ademin vesiyyetinde meni Yeni dunyada paya sahib olmaqdan mehrum eden bir bend yadimda deyil XVII esrde ispan portuqal mustemleke hakimiyyetinin cokusu basladi Tordesilyas muqavilesi yalniz Cenubi Amerikada quvvede qalaraq burada Ispaniya ve Portuqaliya arasindaki serhed mubahiselerinin hellinde istifade olunmaga davam etdi Cenubi Amerikada koloniyalari olan Hollandiya bu muqavileye mehel qoymadi Tordesilyas muqavilesi 1777 ci ilde San Ildefonso muqavilesi ile resmi olaraq legv edildi EdebiyyatBernd Schroter et Karin Schuller Tordesillas y sus consecuencias la politica de las grandes potencias europeas respecto a America Latina 1494 1898 congres scientifique international du Departement d Histoire iberique et latino americaine de l Universite de Cologne decembre 1994 Vervuert Francfort sur le Main Iberoamericana Madrid 1995 Jesus Varela Marcos El Tratado de Tordesillas en la politica atlantica castellana Universidad de Valladolid 1997 ISBN 84 7762 686 3 Michel Balard Alain Ducellier Le partage du monde echanges et colonisation dans la Mediterranee medievale actes du 3 Congres sur la colonisation medievale organise par le Groupement de recherche n 927 du CNRS Publications de la Sorbonne Paris 1998 ISBN 2 85944 345 2 Regis Debray Christophe Colomb le visiteur de l aube Suivi des Traites de Tordesillas traduits de l espagnol par Bernard Lesfargues et presentes par Bartolome Bennassar La Difference Paris 1991 ISBN 2 7291 0727 4 Luis Adao da Fonseca Maria Cristina Cunha O Tratado de Tordesilhas e a diplomacia luso castelhana no seculo XV Ed Inapa Lisbonne 1991 ISBN 972 9019 36 3 Lange P V Gorizonty Yuzhnogo morya Istoriya morskih otkrytij v Okeanii M Progress 1988 Robert Rezette The Spanish Enclaves in Morocco Nouvelles Editions Latines 1976 Hroniki otkrytiya Ameriki Kn I M Akademicheskij proekt 2000 Hemcinin baxSan Ildefonso muqavilesi 1777 Vasko Nunyes de BalboaIstinadlarRezette Robert The Spanish Enclaves in Morocco 1976 Izdatelstvo Nouvelles Editions Latines str 35 36 V A Vedyushkin TORDESI LYaSSKIJ DOGOVO R 1494 32 seh 298 https old bigenc ru world history text 4197921 bare url missing title Xarici kecidler

Nəşr tarixi: Oktyabr 10, 2025, 11:05 am
Ən çox oxunan
  • İyul 18, 2025

    Azərbaycanın yumşaq gücü

  • Avqust 31, 2025

    Azərbaycanın tunc kəmərləri (son tunc-ilk dəmir dövrü)

  • September 21, 2025

    Azərbaycanın mədəniyyət paytaxtı

  • Oktyabr 01, 2025

    Azərbaycanın müttəfiqlərinin və strateji tərəfdaşlarının siyahısı

  • Avqust 07, 2025

    Azərbaycanın adət-ənənələri

Gündəlik
  • Vikipediya

  • Ural dağları

  • Sudanda vətəndaş müharibəsi (2023–hal-hazırda)

  • Əminə Yusifqızı

  • Cabir İmanov

  • Tamara xanım Xoyskaya

  • Cənubi Koreya

  • Xunta

  • İosif Stalin

  • 1470

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı