fbpx
Wikipedia

Seyid Əzim Şirvani

Seyid Əzim Şirvani (9 iyul 1835(1835-07-09), Şamaxı20 may 1888(1888-05-20), Şamaxı, Bakı quberniyası) — XIX əsr Azərbaycan şairi və maarifçisi.

Seyid Əzim Şirvani
Təxəllüsü Seyid
Doğum tarixi
Doğum yeri Şamaxı
Vəfat tarixi (52 yaşında)
Vəfat yeri Şamaxı
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Atası Seyid Məhəmməd Şirvani
Təhsili dini təhsil
Fəaliyyəti şair, müəllim
Əsərlərinin dili Azərbaycan, Fars
Janr Lirika, satira
Seyid Əzim Şirvani Vikimənbədə
 Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Seyid Əzim Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Həyatı

Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 9-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Seyid Əzim Şirvani haqqında ilk məlumat A.Zaxarov tərəfindən verilmişdir. Qeyd etmək lazımdır ki, 1977-ci ilə qədər Seyid Əzimin müfəssəl tərcümeyi-halı yazılmışdır. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır. A.Zaxarovun yazdığına görə Dağıstanda yaşadığı müddətdə Seyid Əzim bir neçə Dağıstan dillərini də öyrənmişdi.

Dağıstanda Seyid Əzim 10 ildən artıq yaşayır. 1853-cü ildə 18 yaşında ikən o, anası Gülsüm xanım ilə birlikdə Şamaxıya qayıdır. XIX əsrin 50-ci illərində Azərbaycanda, o cümlədən Şamaxı şəhərində mədəni-maarif sahəsində köhnəlik, sxolastika hələ çox qüvvətli idi; Şərqin dini mərkəzlərinə ziyarətə getmək, ruhani təhsili almaq, "hacı", "kərbəlayı" olmaq ənənəsi davam edirdi. Belə bir şəraitdə Seyid Əzimin ruhani təhsili almaq, dini ocaqların ziyarətinə getmək fikrinə düşməsini də təsadüfi hesab etmək olmaz. Odur ki, 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl NəcəfBağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycanfars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar.

Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il mayın 20-də Şamaxıda vəfat etmişdir.

Yaradıcılığı

Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bədii irsinin əsasını qəzəl janrı təşkil edir.

Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, HafizMəhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də vardır. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Bu qəzəllər içində də aşiqanə qəzəllər daha çox yer tutur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur.

Gecə gördüm səni, ey afəti dövran, yuxuda,
Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.

Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olmuşdur. Çünki, məhz "Əkinçi"nin təsirilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazır, Azərbaycanın ilk mətbu orqanında nəşr etdirir. Maarifçi şair üçün "Əkinçi" xalqa müraciət yeri idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. O, "Əkinçi"də çap etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:

Bəs "Əkinçi" cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim "Əkinçi" vəfat.

Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşir. Doğruluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir.

Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata", "Qafqaz müsəlmanlarına xitab" və s. satiralarıdır.

Əsərləri

Pedoqoji fəaliyyəti

1830–1858-ci illər arasında Şuşa, Nuxa, Bakı, Gəncə, NaxçıvanŞamaxı şəhərlərində yeni tipli məktəblər açılırdı. Bu məktəblərdə Azərbaycan, ərəb, farsrus dilləri öyrədilirdi. 1869–1870-ci illərdə Seyid Əzim Şamaxıda yeni üsulla "Məclis" adlı bir məktəb açmışdı. Seyid Əzimin bu məktəbində köhnə mollaxanalardan fərqli olaraq, şagirdlərə Azərbaycan, rus, fars dilləri öyrədilir və müasir elmlərdən ibtidai məlumat verilirdi. Zaqafqaziya tədris dairəsi Seyid Əzim Şirvaninin maarif sahəsindəki xidmətlərinin nəzərə alaraq, 1886-cı ildə onu gümüş medalla təltif etmişdi. Uzun müddət məlum olmayan bu sənədin əsli Azərbaycan SSRİ Daxili İşlər Nazirliyinin arxivində saxlanılır. Təxminən, 1966-cı ildə Azərbaycan SSRİ Daxili İşlər Naziriliyi arxivlər idarəsinin rəisi M. Şəkinski həmin sənədi 1880–1890-cı illərin nüfuz siyahısı qovluğunun arasından tapıb dərc olunmaq üçün "Azərbaycan müəllimi" qəzeti redaksiyasına vermişdi. Seyid Əzim məktəbi haqqında rəsmi və dürüst məlumatı 1889-cu ildə Poti şəhərində Minqrel şəhər məktəbinin müəllimi A.Zaxarov "Народное обучение у Закафказских татар" adlı geniş bir məqalə yazmışdır. A.Zaxarov yazır ki, Seyid Əzim həmin məktəbi 18 ildir ki, idarə edir. O (Seyid Əzim), fars, ərəb və bir neçə Dağıstan ləhcələrini də bilir. Onun məktəbində 33 nəfər şagird oxuyur; bunlardan 12 nəfəri həftədə 15 qəpik, 9 nəfəri 20 qəpik və 12 nəfəri isə 25 qəpik tədris haqqı verir ki, cəmi 6 manat 60 qəpik edir. Seyid Əzim bir neçə il bu cür dərs dedikdən sonra, tərcümə etdiyi əsərləri və öz şeirlərini toplayıb "Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani" adlı bir dərs kitabı tərtib etmişdir. Seyid Əzim həmin dərsliyin əlyazması şəklində o zamanlar Qori seminariyasının tatar şöbəsi müdiri A. O. Çernyayevskiyə göndərmiş və A. O. Çernyayevski də həmin kitabdan bir neçə hekayə alıb, tərtib etdiyi "Vətən dili" dərsliyində çap etdirmişdir. Seyid Əzimin ölümündən sonra onun oğlu müəllim Mir Cəfər, vaxtilə atasının məktəb şagirdləri üçün düzəltdiyi və əlyazması şəklində olan materialları toplayıb nizama salır və 1895-ci ildə Təbriz şəhərində daş basması ilə bir kitab nəşr etdirir. Həmin kitabdan müəyyən müddət mollaxanalarda və məhəllə məktəblərində bir dərslik kimi istifadə olunmuşdur. Seyid Əzim bütün maddi və mənəvi çətinliklərə baxmayaraq, 18 ildən artıq öz məktəbində müəllimlik etmişdir. Nəhayət, bir tərəfdən mövhumatçıların və ruhanilərin müxtəlif bəhanələrlə ona qarşı hücuma keçmələri, digər tərəfdən də o zaman Şamaxıda dövlət tərəfindən açılan şəhər məktəbinin təsiri nəticəsində get-gedə həmin məktəb artıq öz fəaliyyətinindayandırmağa məcbur oldu. Seyid Əzim isə Şamaxıda açılmış həmin şəhər məktəbinə müəllim təyin edilib, ömrünün sonuna qədər orada Azərbaycan dili və ədəbiyyat dərslərini aparmışdır. Seyid Əzimin "Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani" adlı dərs kitabından başqa "Tacül-kütüb" adlı dərslik də yazmışdır. Bu dərsliyə şairlərdən və müxtəlif ədəbi mənbələrdən etdiyi tərcümələri də daxil etmişdir.

Mətbuatla əlaqələri

Seyid Əzim Şirvaninin yaradıcılığında "Əkinçi"nin müstəsna rolu var. Bu mətbu orqanın səhifələrində şairin 10-dan çox şeiri işıq üzü görmüşdü. Azərbaycan xalqının həyatında "Əkinçi"nin böyük rolu olduğunu şeirlərində vurğulayan Şirvaninin nəzərində qəzetin xeyli üstünlükləri vardı. Dünyanın müxtəlif yerlərindən informasiyaları toplayıb oxucuya çatdırması, maarifçilik işi aparması, elm toxumu səpməsi, ana dilinin saflaşması uğrunda aparılan mübarizə Şirvani tərəfindən mətbuatın üstünlüyü hesab edilirdi. Qəzet onun əlində maarifçilik ideyalarının yayıldığı xitabət kürsüsünə çevrilmişdi. "Əkinçi"nin imkanlarından yararlanmaq üçün oxuculara üz tutan Şirvani yazırdı:

Neçə müddətdir ki, Həsən bəyi zar,
Hüsnü-tədbir ilə o fəxri-kibar,
Öz qədimi misalımızda haman,
Qəzetə çapını edib ünvan.

İzn hasil qılıbdır dövlətdən,
Biz gərək dəm vuraq səadətdən
Özünə gərçi yoxdur faidəsi,
Leyk var, xəlqə feyzi-zaidəsi.

"Əkinçi"nin nəşri ilə bağlı göndərdiyi təbrik məktubunda Seyid Əzim bu mətbu orqanı və Zərdabinin "əhli-islamı", "xaki-məzəllətdən" qaldırdığı, xalqı öz ana dilində günün aktual problemləri ilə tanış etdiyini alqışlayırdı. O, "Əkinçi"nin gəlişini ruh təzələyən səhərə bənzədir. Səhər mehi insanda xoş duyğular oyatdığı kimi "Əkinçi" də müsəlman aləmini qəflət yuxusundan oyadır. Qəzetin müsəlman aləminə gətirdiyi bu yeniliyi duyan şair "Əkinçi"nin davamlı nəşrini arzulayırdı.

"Əkinçi"yə həsr etdiyi şeir nümunələrindən aydın görünür ki, Şirvani dövrünün bir çox ziyalıları kimi mətbuatın imkanlarını çox gözəl dəyərləndirir, xalqın tərəqqisi və inkişafında mühüm vasitə olduğunu duyurdu. O, "Qəzet nədir" şeirində "Əkinçi"nin məramı, məqsəd və vəzifələrini nəzmlə oxuculara çatdırırdı. Həsən bəyin özünün təbirincə desək, Şirvani "Əkinçi"nin səsinə səs verərək maarifi təbliğ etməklə kifayətlənmir, yeni tipli məktəblərin açılmasını alqışlayırdı. Aqilin cahildən yüksək tutulmasını maarifçiliyin əsas prinsipi hesab edən Şirvani öz oğlunu Şamaxıda açılan yeni tipli məktəbə qoymuşdu. Oğluna nəsihət məzmununda yazdığı şeiri "Əkinçi"yə göndərən Şirvaninin bu əsəri redaksiya qeydi ilə çap olunmuşdu. Redaksiya qeydində deyilirdi:

  Şamaxıda bir camaat uçqolası bina olub ruhani okrujioy məclisinin nəzarətində Şamaxı sakini Seyid Əzim Məliküşşüəra öz oğlu Mir Cəfər namı haman uçqolaya elm təhsil etmək üçün qoymadan xalqın məzəmmətin görüb öz oğluna nəzm ilə nəsihət verdiyinin bəyanıdır.  

Ailəsi

Seyid Əzimin anasının adı Gülsüm idi. Seyid Əzim 19 yaşında ikən anasının yaxşı tanıdığı Məşədi Mövsümün qızı Ceyran xanım adlı qızla evlənmişdir. 1856-cı ildə Seyid Əzimin oğlu Mir Cəfər anadan olmuşdur. Seyid Əzimin Mir Cəfərdən başqa Seyid Həcər xanım və Seyid Fatma xanım adlı qızları da olub. 1864-65-ci illərə qədər Seyid Əzimin nə anasının, nə arvadının, nə də ki, qızlarının adları məlum deyildi. Bu haqda Fatma xanımın oğlu, Seyid Əzimin 57 yaşlı nəvəsi Məhəmməd Əhmədov Sadıq Hüseynova məlumat vermişdir. XIX əsrin 70-ci illərində şair oğlu Mir Cəfəri oxumaq üçün anası ilə birlikdə Bakıya göndərmişdir. 1875-ci ildə oğluna yazdığı bir məktubdan aydın olur ki, Mir Cəfər anası ilə əmisinin yanında qalırmış. 1876-cı ildə Zərdabiyə yazdığı məktubdan aydın olur ki, artıq ana ilə oğul həmin ilin əvvəllində Bakıdan Şamaxıya qayıtmışdır. 1859-cu il may ayının 30-da Şamaxı şəhərində zəlzələ olmuş və zəlzələ şəhər əhalisinə böyük zərər vermişdi. Zəlzələdən Seyid Əzimin ailəsi də böyük zərər çəkmişdi.

Mir Cəfər (Seyid Əzim Şirvaninin oğlu)

Mir Cəfər 1902-ci il zəlzələsindən sonra özünün və bacılarının ailələri ilə birlikdə Bakı şəhərinə köçmüş, əvvəlcə Bakıda "Şamaxı yolu" deyilən ərazidə məskunlaşmış, bir ildən sonra atasının BuzovnaMərdəkandan olan şair dostları onu kəndlərinə dəvət etmişlər. Mir Cəfərgil əvvəl Mərdəkanda, sonra isə həmişəlik Buzovna kəndində yaşamışlar. Mir Cəfər Buzovna kəndində 1937-ci ildə vəfat etmiş, kənd qəbiristanlığında dəfn olunmuşdur. Onun məzar daşını kənd sakini Abdulla Səlimov qoydurmuşdur. Mir Cəfərin Buzovna qəsəbəsində olan məzar daşı üzərində onun təvəllüd 1832-ci il yazılmışdır ki, bu da səhv tarixdir. Bəzi mənbələrdə ölüm tarixi 1937-ci il göstərilsə də, bu tarix özü də mübahisəlidir. Mir Cəfər, 1882-ci ildə əslən Salyandan olan və Şamaxıda yaşayan Seyid Süleymanın qızı Bikə xanımla (Seyid Bikə) ailə qurub. Onların Mir Kamil, Mir Fazil, Mir Mustafa, Mir Adil adlı dörd övladı olub. Mir Kamil körpə ikən vəfat edib, o, biriləri isə ötən əsrin 90-cı illərinə qədər yaşamışlar.

Seyid Həcər (Seyid Əzim Şirvaninin qızı)

Bəzi tədqiqatçılara görə Seyid Həcər 1869-cu ildə dünyaya gəlmişdir. Şamaxı şəhərində anadan olmuş Seyid Həcər də S.Ə.Şirvanidən ilk ev təhsili almışdır. Seyid Həcər ailəsini yaxşı tanıdıqları, xırda ticarətlə məşğul olan Kəblə Qulu adlı bir nəfərlə ailə qurub. Onlar da 1902-ci ildə qardaşıgilə Bakı şəhərinə, bir neçə ildən sonra isə Aşqabada — şamaxılı qohumlarının yanına köçüblər. Bir il sonra Seyid Fatma da ailəsi ilə birlikdə bacısının yanına köçür. Seyid Həcərin iki qız övladı olmuşdur: Seyid Surə və Seyid Sayad. Bəzi tədqiqatçılara görə Seyid Həcər 1938-ci ildə Düşənbə şəhərində vəfat etmiş və elə orada da dəfn olunmuşdur. Onun məzarını şair Arif Səfa tanıyırdı ki, o da ötən il vəfat etdi.

Seyid Fatma (Seyid Əzim Şirvaninin qızı)

Bəzi tədqiqatçılara görə Seyid Fatma 1870-ci ildə dünyaya gəlib. Seyid Fatma Məşədi Əhməd adlı qohumu ilə ailə qurub. Ailəsi ilə əvvəl Bakıya, sonra bacısı Seyid Həcərgilin yanına Aşqabada köçmüşdür. Ticarətlə məşğul olan həyat yoldaşı ilə onların bir oğlu – Məhəmməd və iki qızları — Seyid Sədəf və Seyid Xədicə olmuşdur. Bəzi tədqiqatçılara görə 1936-cı ildə vəfat etmiş Seyid Fatmanın məzarı Aşqabaddadır. Həyat yoldaşı Məşədi Əhməd Fatmadan sonra çox yaşamış, 90 yaşında vəfat etmişdir. Seyid Xədicənin qızı, Seyid Əzimin nəticəsi Fatma xanım görə isə, 1933-37-ci illərdə Düşənbədə sayılıb seçilən bir ailə olan Seyid Fatmanın nəyi varsa əllərindən alırlar. Seyid Fatmanın ölüm tarixini isə 1934-cü il kimi göstərir. Mir Məhəmməd ailəsi ilə 1960-cı ildən sonra Bakıya yığışmışdır. Vəsiyyətinə görə, Şamaxıda babası- S. Ə. Şirvaninin yanında dəfn olunmuşdur. 1994-cü ildə doğmaları onu Şamaxıya gətirib, S. Ə. Şirvaninin məzarı yanında dəfn etmişlər. Seyid Fatmanın qızı Xədicə xanım Düşənbədə ailə həyatı qurub. 1948-ci ildə Düşənbədə zəlzələ olanda, köçüb gəlirlər Daşkəndə. Ailələrində belə bir ənənə olub, indi də belədir ki, ancaq azərbaycanlılarla ailə həyatı qururdular. Xədicə xanım Ərdəbilin Nəmin kəndindən olan Əminağa Əhəd oğlu Quliyevə ərə verirlər. Sonra müharibə vaxtı Əminağa müharibəyə gedir. Ordan əlil olaraq qayıdır Daşkənddə yaşayırlar. 1966-cı ildə Daşkənddə zəlzələ olanda köçüb gəlirlər Düşənbəyə. 1992-ci ildə Düşənbədə dava başlanır. Köçüb gəlirlər yenidən Daşkəndə. Seyid Xədicə isə Daşkənddə dəfn edilib. Seyid Fatmanın digər qızı Səadət isə 1938-ci ildə İrana sürgün olunmuşdur. Əgər nəzərə alsaq ki, bu sözlərin müəllifi Seyid Əzim Şirvaninin nəticəsi Fatma xanımdır, onda Seyid Fatmanın qızının adının Seyid Sədəf olması mübahisəlidir. Xədicənin qızı Fatma xanım Quliyeva, Daşkəndin kənarında Sergili rayonunda sovetdən qalma ailə yataqxanasında, qızı Nərgiz xanım və 22 yaşlı nəvəsi Teymurla şəraitsiz vəziyyətdə yaşayırlar. Maraqlıdır ki, Seyid Əzim də övladları kimi qürbətdə çox ağır həyar keçirmiş, ehtiyac içərisində yaşamışdır. Dostlarına qürbətdən yazdığı mənzum məktub və şeirlərdə şairin çərəti açıq ifadə olunmuşdur: Diyari-Şamə ol gün kim, məni hökmi-qəza çəkdi, Nə möhnətlər gör ol viranədən bu binəva çəkdi. Seyid Əzimin nəticəsi Fatma Quliyeva da nənəsinin müsibətlərini danışanda Seyid Əzimin məhz bu qəzəlindən, həmin, yuxarıdakı beyti xatırlamışdı. Qeyd edək ki, bu gün Özbəkistanda, İranın MəşhədTəbriz şəhərlərində də S. Ə. Şirvaninin doğmaları yaşayır. Hazırda Bakı şəhərində S. Ə. Şirvaninin 40 nəfərdən çox qohumları var.

Seyid Əzimin dinə münasibəti

Seyid Əzim öz əsərlərində məzhəb və təriqətləri pisləsə də onların Əlinin adı ilə heç bir əlaqəsi olmadığını iddia edirdi. Seyid Əzim Axundov kimi ateist olmamışdır, onun dünyagörüşünə dinin qüvvətli təsiri aşkardır. Lakin öz əsrinin qabaqcıl bir adamı olan Seyid Əzim dini etiqada çox laqeyd və passiv münasibət bəsləmişdir.

Ədəbiyyat

  • Məcmueyi lətifə: Divan /Seyid Əzim Şirvani. Təbriz, 1895, 282 səh.
  • Təmsillər, mənzum hekayələr və öyüdlər /Seyid Əzim Şirvani, Bakı: Gənclik, 1979. 59 s.
  • Qəzəllər /Seyid Əzim Şirvani; red. və lüğətin tərtibçisi: S. Qafarlı. Bakı: Azərnəşr, 1960. 658 s.
  • Seyid Əzim Şirvani [monoqrafiya] /K. Mir Bağırov; red. F. Qasımzadə. Bakı: Uşaqgəncnəşr, 1959. 235 s.
  • Seyid Əzim Şirvani /S. M. Hüseynov; red. Z. Əsgərli. Bakı: Yazıçı, 1987. 121 s.
  • Seyid Əzim Şirvani /Əsgərli Zaman; Elmi red.: N.Məmmədov. AMEA. Nizami adına Ədəbiyyat İnstitutu. Bakı: Elm, 2005. 64 s.
  • Seyid Əzim Şirvani anadilli poeziyasında vəzn /Məmmədzadə B. M.; Elmi red.: V. M. Məmmədəliyev. Bakı: 1999. 44 s.
  • Qəzəliyyati-Seyid Şirvani /Seyid Əzim Şirvani; naşir. M. C. Seyidzadə. I cild. Bakı: [s. n.], 1902 (1319 h.). 244 s.
  • Seçilmiş şeirləri /Seyid Əzim Şirvani ; [ön söz. H. Zeynallı]. Bakı: Azərnəşr, 1930. 277 s.
  • Seyid Əzim Şirvani ocağı /S. Qəniyev [ön söz], T. Qəni ; elmi red. Q.Paşayev. Bakı: Elm və təhsil, 2014. 182 s.
  • Poet`s of Shirvan: Khagani Shirvani, Nasimi Imadeddin, Said-Azim Shirvani, Mirza-Alekper Sabir, Abbas Sahhat /Rafael Huseynov ; Trans. Ilgar Majidli ; Dsr. Kabira Hashimova ; Editor Jasarat Gasimov. Baku: Elm və Təhsil, 2012. 120 s.
  • Uşaq ədəbiyyatı nümunələrinin təhlil və tədrisi xüsusiyyətləri : Q.Zakir, S.Ə.Şirvani, C. Məmmədquluzadə və M. Dilbazinin əsərləri əsasında: tədris-metodik vəsait /İ. Ə. Orucəliyev ; elmi red. R. O. Qafarov; Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Müəllimlər İn-tu. Bakı: Müəllim, 2015. 158 s.
  • Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri : elmi-kütləvi oçerklər / B. Nəbiyev; elmi red. A. Rüstəmli; Bakı: Ozan, 2012.287 s.
  • Şirvan şairləri /R. Hüseynov ; [rəssam S. Şatikov]. Hüseynov, Rafael. Bakı: Elm və təhsil, 2012. 107 s.
  • XIX əsr Azərbaycan ədəbiyyatı : [dərslik] /F. Qasımzadə ; nəşrə hazırlayan Y.N. İsmayılova ; elmi red. T. H. Hüseynov. Bakı: Elm və təhsil, 2017. 550 s.

İstinadlar

  1. Seyid Əzim Şirvani
  2. """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (azərb.). nk.gov.az. 2019-05-11. İstifadə tarixi: 2019-05-13.
  3. (azərb.). 2020-05-02 tarixində orijinalından arxivləşdirilib.
  4. Азербайджанская литература
  5. (azərb.). 2020-03-03 tarixində orijinalından arxivləşdirilib.
  6. А. Захаров. Народное обучение у Закавказских татар. СМОМПК (сборник материалов описания местнестей и племнь Кавказа),1890. Тифлис. (#invisible_char)
  7. Akif Aşırlı, Azərbaycan mətbuat tarixi, (1875–1920), Bakı.
  8. . azerhistory.com (rus). 2020-05-02 tarixində orijinalından arxivləşdirilib.
  9. Seyfəddin Qəniyev. (azərb.). 2020-05-02 tarixində orijinalından arxivləşdirilib.
  10. Aida Eyvazova (26 Noyabr 2013). "Seyyid Əzim Şirvaninin xələfləri Azərbaycan Prezidentindən kömək istədilər" (azərb.). 1 may, 2020 tarixində .

Xarici keçidlər

seyid, əzim, şirvani, iyul, 1835, 1835, şamaxı, 1888, 1888, şamaxı, bakı, quberniyası, əsr, azərbaycan, şairi, maarifçisi, təxəllüsü, seyiddoğum, tarixi, iyul, 1835doğum, yeri, şamaxıvəfat, tarixi, 1888, yaşında, vəfat, yeri, şamaxıvətəndaşlığı, azərbaycanmill. Seyid Ezim Sirvani 9 iyul 1835 1835 07 09 Samaxi 20 may 1888 1888 05 20 Samaxi Baki quberniyasi XIX esr Azerbaycan sairi ve maarifcisi 1 Seyid Ezim SirvaniTexellusu SeyidDogum tarixi 9 iyul 1835Dogum yeri SamaxiVefat tarixi 20 may 1888 52 yasinda Vefat yeri SamaxiVetendasligi AzerbaycanMilliyyeti azerbaycanliAtasi Seyid Mehemmed SirvaniTehsili dini tehsilFealiyyeti sair muellimEserlerinin dili Azerbaycan FarsJanr Lirika satiraSeyid Ezim Sirvani Vikimenbede Vikianbarda elaqeli mediafayllarAzerbaycan Respublikasi Nazirler Kabinetinin 7 may 2019 cu il tarixli 211 nomreli Qerari ile Seyid Ezim Sirvani Azerbaycan Respublikasinda eserleri dovlet varidati elan edilen muelliflerin siyahisina daxil edilmisdir 2 Mundericat 1 Heyati 2 Yaradiciligi 3 Eserleri 4 Pedoqoji fealiyyeti 5 Metbuatla elaqeleri 6 Ailesi 6 1 Mir Cefer Seyid Ezim Sirvaninin oglu 6 2 Seyid Hecer Seyid Ezim Sirvaninin qizi 6 3 Seyid Fatma Seyid Ezim Sirvaninin qizi 7 Seyid Ezimin dine munasibeti 8 Edebiyyat 9 Istinadlar 10 Xarici kecidlerHeyati RedakteSeyid Ezim Sirvani 1835 ci il iyul ayinin 9 da Samaxida ruhani ailesinde anadan olmusdur Seyid Ezim Sirvani haqqinda ilk melumat A Zaxarov terefinden verilmisdir Qeyd etmek lazimdir ki 1977 ci ile qeder Seyid Ezimin mufessel tercumeyi hali yazilmisdir 3 Seyid Ezim kicik yaslarinda iken Samaxinin taninmis moteber sexslerinden olan atasi Seyid Mehemmed vefat etmisdir Seyid Ezim ana babasi molla Huseynin himayesi altinda yasamisdir Molla Huseyn Dagistanda Yaqsay kendinde ruhanilik edirdi Babasindan ereb ve fars dillerini oyrenen Seyid Ezim texminen 10 il sonra Samaxiya qayidir ve burada medresede oxuyub orta ruhani tehsilini tamamlayir 4 A Zaxarovun yazdigina gore Dagistanda yasadigi muddetde Seyid Ezim bir nece Dagistan dillerini de oyrenmisdi 3 Dagistanda Seyid Ezim 10 ilden artiq yasayir 1853 cu ilde 18 yasinda iken o anasi Gulsum xanim ile birlikde Samaxiya qayidir XIX esrin 50 ci illerinde Azerbaycanda o cumleden Samaxi seherinde medeni maarif sahesinde kohnelik sxolastika hele cox quvvetli idi Serqin dini merkezlerine ziyarete getmek ruhani tehsili almaq haci kerbelayi olmaq enenesi davam edirdi Bele bir seraitde Seyid Ezimin ruhani tehsili almaq dini ocaqlarin ziyaretine getmek fikrine dusmesini de tesadufi hesab etmek olmaz Odur ki 1856 ci ilde ali ruhani tehsili almaq hevesi 21 yasli genc Seyid Ezimi Iraqa evvel Necef ve Bagdada sonra ise Suriyanin Sam seherine aparir Genc sair Iraqda oxuyarken dunyevi elmlere de boyuk maraq gosterir Samaxiya qayitdiqdan sonra 1869 cu ilde orada yeni usul uzre mekteb acaraq omrunun axirina qeder burada muellimlik edir Kohne mollaxanalardan ferqli olaraq o bu mektebde usaqlara dini elmlerle yanasi Azerbaycan ve fars dillerini telim edir tarix cografiya hesab ve s fenlerden ibtidai melumat da verirdi Tesadufi deyil ki Azerbaycanin gorkemli sairi Mirze Elekber Sabir meshur yazici ve pedaqoq Sultan Mecid Qenizade ve bir sira basqa yazicilar mehz onun mektebinde oxumuslar Oz zengin yaradiciligi ile Azerbaycan edebiyyati tarixine qizil sehifeler elave eden Seyid Ezim Sirvani 1888 ci il mayin 20 de Samaxida vefat etmisdir 5 Yaradiciligi RedakteZengin edebi yaradiciliga malik olan Seyid Ezim Sirvaninin bedii irsi biri azerbaycanca digeri ise farsca iki boyuk kulliyyatdan ibaretdir Azerbaycanca bedii irsinin esasini qezel janri teskil edir 5 Sairin eserleri icerisinde muxtelif Serq menbelerinden etdiyi tercumeler Sedi Hafiz ve Mehemmed Fuzuli seirlerine yazdigi nezireler de vardir Lakin bunlar sairin zengin bedii irsi icerisinde az yer tutur Seyid Ezim Sirvani yaradiciliginin cox hissesi lirik janrda yazilmis orijinal eserlerden ibaretdir ki bunlarin da coxu qezellerdir Bu qezeller icinde de asiqane qezeller daha cox yer tutur Muellifin seire heraret ve can veren derin lirikasini mehz bu qezellerde gormek olur Sairin qezellerinde heyat sevgisi nikbin ehval ruhiyye dini etiqad xususi yer tutur 5 Gece gordum seni ey afeti dovran yuxuda Ki elerdin mene yuz lutfi firavan yuxuda Seyid Ezim Sirvani yaradiciliginin ikinci merhelesi onun maarifci ve tenqidi satirik seirlerile baslayir ki artiq bu zamandan etibaren onun yaradiciliginda realizm ustunluk teskil edir Onun realist seir yaradiciligi sahesine kecmesinde Ekinci qezetinin muhum rolu olmusdur Cunki mehz Ekinci nin tesirile sair gunun bir cox zeruri meseleleri ile maraqlanir ve yaradiciliginda yeni movzulara kecir muasir heyatin teleblerine uygun seirler yazir Azerbaycanin ilk metbu orqaninda nesr etdirir Maarifci sair ucun Ekinci xalqa muraciet yeri idi O xalqi qeflet ve cehalet yuxusundan oyanmaga cagirir Hesen bey Zerdabinin xeyirxah maarifci tesebbuslerini alqislayir onu bilikli bir muellim ve xeyirxah bir insan kimi qiymetlendirirdi O Ekinci de cap etdirdiyi seirlerile muasirlerini bu qezeti oxumaga ona komek etmeye cagirirdi Bes Ekinci celalimizdir bizim Nasehi xosmeqalimizdir bizim Sey edek ey guruhi niksifat Etmesin ta bizim Ekinci vefat 5 Sairin eserleri icerisinde oyud temsil ve didaktik mahiyyet dasiyan menzum hekayeler vardir ki bunlarin da mueyyen bir hissesi oz ideyalari etibarile onun maarifci seirleri ile birlesir Dogruluq merdlik dostluq yoldasliqda metanet calisqanliq ezilenlere komek insanlarla yaxsi reftar ve s gozel ve necib sifetlerin terbiyelendirilmesi hemin oyudlerin esas mezmununu teskil edir Seyid Ezim Sirvaninin ictimai mahiyyet dasiyan satiralari onun umumi yaradiciliginda mustesna movqe tutur Onu oz dovrunun boyuk realist sairi kimi tanidan Yerdekilerin goye sikayet etmeleri Deli seytan Mekri zenan Belx qazisi ve xarrat Muctehidin tehsilden qayitmasi Elmsiz alim Alim ogul ile avam ata Qafqaz muselmanlarina xitab ve s satiralaridir 5 Eserleri Redakte Vikimenbede Muellif Seyid Ezim Sirvani ile elaqeli melumatlar var Pedoqoji fealiyyeti Redakte1830 1858 ci iller arasinda Susa Nuxa Baki Gence Naxcivan ve Samaxi seherlerinde yeni tipli mektebler acilirdi Bu mekteblerde Azerbaycan ereb fars ve rus dilleri oyredilirdi 1869 1870 ci illerde Seyid Ezim Samaxida yeni usulla Meclis adli bir mekteb acmisdi Seyid Ezimin bu mektebinde kohne mollaxanalardan ferqli olaraq sagirdlere Azerbaycan rus fars dilleri oyredilir ve muasir elmlerden ibtidai melumat verilirdi Zaqafqaziya tedris dairesi Seyid Ezim Sirvaninin maarif sahesindeki xidmetlerinin nezere alaraq 1886 ci ilde onu gumus medalla teltif etmisdi Uzun muddet melum olmayan bu senedin esli Azerbaycan SSRI Daxili Isler Nazirliyinin arxivinde saxlanilir Texminen 1966 ci ilde Azerbaycan SSRI Daxili Isler Naziriliyi arxivler idaresinin reisi M Sekinski hemin senedi 1880 1890 ci illerin nufuz siyahisi qovlugunun arasindan tapib derc olunmaq ucun Azerbaycan muellimi qezeti redaksiyasina vermisdi Seyid Ezim mektebi haqqinda resmi ve durust melumati 1889 cu ilde Poti seherinde Minqrel seher mektebinin muellimi A Zaxarov Narodnoe obuchenie u Zakafkazskih tatar 6 adli genis bir meqale yazmisdir A Zaxarov yazir ki Seyid Ezim hemin mektebi 18 ildir ki idare edir O Seyid Ezim fars ereb ve bir nece Dagistan lehcelerini de bilir Onun mektebinde 33 nefer sagird oxuyur bunlardan 12 neferi heftede 15 qepik 9 neferi 20 qepik ve 12 neferi ise 25 qepik tedris haqqi verir ki cemi 6 manat 60 qepik edir Seyid Ezim bir nece il bu cur ders dedikden sonra tercume etdiyi eserleri ve oz seirlerini toplayib Mecmueyi asari Haci Seyid Ezim Sirvani adli bir ders kitabi tertib etmisdir Seyid Ezim hemin dersliyin elyazmasi seklinde o zamanlar Qori seminariyasinin tatar sobesi mudiri A O Cernyayevskiye gondermis ve A O Cernyayevski de hemin kitabdan bir nece hekaye alib tertib etdiyi Veten dili dersliyinde cap etdirmisdir Seyid Ezimin olumunden sonra onun oglu muellim Mir Cefer vaxtile atasinin mekteb sagirdleri ucun duzeltdiyi ve elyazmasi seklinde olan materiallari toplayib nizama salir ve 1895 ci ilde Tebriz seherinde das basmasi ile bir kitab nesr etdirir Hemin kitabdan mueyyen muddet mollaxanalarda ve mehelle mekteblerinde bir derslik kimi istifade olunmusdur Seyid Ezim butun maddi ve menevi cetinliklere baxmayaraq 18 ilden artiq oz mektebinde muellimlik etmisdir Nehayet bir terefden movhumatcilarin ve ruhanilerin muxtelif behanelerle ona qarsi hucuma kecmeleri diger terefden de o zaman Samaxida dovlet terefinden acilan seher mektebinin tesiri neticesinde get gede hemin mekteb artiq oz fealiyyetinindayandirmaga mecbur oldu Seyid Ezim ise Samaxida acilmis hemin seher mektebine muellim teyin edilib omrunun sonuna qeder orada Azerbaycan dili ve edebiyyat derslerini aparmisdir Seyid Ezimin Mecmueyi asari Haci Seyid Ezim Sirvani adli ders kitabindan basqa Tacul kutub adli derslik de yazmisdir Bu dersliye sairlerden ve muxtelif edebi menbelerden etdiyi tercumeleri de daxil etmisdir 3 Metbuatla elaqeleri RedakteSeyid Ezim Sirvaninin yaradiciliginda Ekinci nin mustesna rolu var Bu metbu orqanin sehifelerinde sairin 10 dan cox seiri isiq uzu gormusdu Azerbaycan xalqinin heyatinda Ekinci nin boyuk rolu oldugunu seirlerinde vurgulayan Sirvaninin nezerinde qezetin xeyli ustunlukleri vardi Dunyanin muxtelif yerlerinden informasiyalari toplayib oxucuya catdirmasi maarifcilik isi aparmasi elm toxumu sepmesi ana dilinin saflasmasi ugrunda aparilan mubarize Sirvani terefinden metbuatin ustunluyu hesab edilirdi Qezet onun elinde maarifcilik ideyalarinin yayildigi xitabet kursusune cevrilmisdi Ekinci nin imkanlarindan yararlanmaq ucun oxuculara uz tutan Sirvani yazirdi 7 Nece muddetdir ki Hesen beyi zar Husnu tedbir ile o fexri kibar Oz qedimi misalimizda haman Qezete capini edib unvan Izn hasil qilibdir dovletden Biz gerek dem vuraq seadetden Ozune gerci yoxdur faidesi Leyk var xelqe feyzi zaidesi Ekinci nin nesri ile bagli gonderdiyi tebrik mektubunda Seyid Ezim bu metbu orqani ve Zerdabinin ehli islami xaki mezelletden qaldirdigi xalqi oz ana dilinde gunun aktual problemleri ile tanis etdiyini alqislayirdi 7 O Ekinci nin gelisini ruh tezeleyen sehere benzedir Seher mehi insanda xos duygular oyatdigi kimi Ekinci de muselman alemini qeflet yuxusundan oyadir Qezetin muselman alemine getirdiyi bu yeniliyi duyan sair Ekinci nin davamli nesrini arzulayirdi Ekinci ye hesr etdiyi seir numunelerinden aydin gorunur ki Sirvani dovrunun bir cox ziyalilari kimi metbuatin imkanlarini cox gozel deyerlendirir xalqin tereqqisi ve inkisafinda muhum vasite oldugunu duyurdu O Qezet nedir seirinde Ekinci nin merami meqsed ve vezifelerini nezmle oxuculara catdirirdi Hesen beyin ozunun tebirince desek Sirvani Ekinci nin sesine ses vererek maarifi teblig etmekle kifayetlenmir yeni tipli mekteblerin acilmasini alqislayirdi Aqilin cahilden yuksek tutulmasini maarifciliyin esas prinsipi hesab eden Sirvani oz oglunu Samaxida acilan yeni tipli mektebe qoymusdu Ogluna nesihet mezmununda yazdigi seiri Ekinci ye gonderen Sirvaninin bu eseri redaksiya qeydi ile cap olunmusdu Redaksiya qeydinde deyilirdi 7 Samaxida bir camaat ucqolasi bina olub ruhani okrujioy meclisinin nezaretinde Samaxi sakini Seyid Ezim Melikussuera oz oglu Mir Cefer nami haman ucqolaya elm tehsil etmek ucun qoymadan xalqin mezemmetin gorub oz ogluna nezm ile nesihet verdiyinin beyanidir Ailesi RedakteSeyid Ezimin anasinin adi Gulsum idi Seyid Ezim 19 yasinda iken anasinin yaxsi tanidigi Mesedi Movsumun qizi Ceyran xanim adli qizla evlenmisdir 1856 ci ilde Seyid Ezimin oglu Mir Cefer anadan olmusdur Seyid Ezimin Mir Ceferden basqa Seyid Hecer xanim ve Seyid Fatma xanim adli qizlari da olub 1864 65 ci illere qeder Seyid Ezimin ne anasinin ne arvadinin ne de ki qizlarinin adlari melum deyildi Bu haqda Fatma xanimin oglu Seyid Ezimin 57 yasli nevesi Mehemmed Ehmedov Sadiq Huseynova melumat vermisdir XIX esrin 70 ci illerinde sair oglu Mir Ceferi oxumaq ucun anasi ile birlikde Bakiya gondermisdir 1875 ci ilde ogluna yazdigi bir mektubdan aydin olur ki Mir Cefer anasi ile emisinin yaninda qalirmis 1876 ci ilde Zerdabiye yazdigi mektubdan aydin olur ki artiq ana ile ogul hemin ilin evvellinde Bakidan Samaxiya qayitmisdir 1859 cu il may ayinin 30 da Samaxi seherinde zelzele olmus ve zelzele seher ehalisine boyuk zerer vermisdi Zelzeleden Seyid Ezimin ailesi de boyuk zerer cekmisdi 3 Mir Cefer Seyid Ezim Sirvaninin oglu Redakte Mir Cefer 1902 ci il zelzelesinden sonra 8 ozunun ve bacilarinin aileleri ile birlikde Baki seherine kocmus evvelce Bakida Samaxi yolu deyilen erazide meskunlasmis bir ilden sonra atasinin Buzovna ve Merdekandan olan sair dostlari onu kendlerine devet etmisler Mir Cefergil evvel Merdekanda sonra ise hemiselik Buzovna kendinde yasamislar Mir Cefer Buzovna kendinde 1937 ci ilde vefat etmis kend qebiristanliginda defn olunmusdur Onun mezar dasini kend sakini Abdulla Selimov qoydurmusdur Mir Ceferin Buzovna qesebesinde olan mezar dasi uzerinde onun tevellud 1832 ci il yazilmisdir ki bu da sehv tarixdir Bezi menbelerde olum tarixi 1937 ci il gosterilse de bu tarix ozu de mubahiselidir 9 Mir Cefer 1882 ci ilde eslen Salyandan olan ve Samaxida yasayan Seyid Suleymanin qizi Bike xanimla Seyid Bike aile qurub Onlarin Mir Kamil Mir Fazil Mir Mustafa Mir Adil adli dord ovladi olub Mir Kamil korpe iken vefat edib o birileri ise oten esrin 90 ci illerine qeder yasamislar Seyid Hecer Seyid Ezim Sirvaninin qizi Redakte Bezi tedqiqatcilara gore Seyid Hecer 1869 cu ilde dunyaya gelmisdir Samaxi seherinde anadan olmus Seyid Hecer de S E Sirvaniden ilk ev tehsili almisdir Seyid Hecer ailesini yaxsi tanidiqlari xirda ticaretle mesgul olan Keble Qulu adli bir neferle aile qurub Onlar da 1902 ci ilde qardasigile Baki seherine bir nece ilden sonra ise Asqabada samaxili qohumlarinin yanina kocubler 3 Bir il sonra Seyid Fatma da ailesi ile birlikde bacisinin yanina kocur Seyid Hecerin iki qiz ovladi olmusdur Seyid Sure ve Seyid Sayad Bezi tedqiqatcilara gore Seyid Hecer 1938 ci ilde Dusenbe seherinde vefat etmis ve ele orada da defn olunmusdur Onun mezarini sair Arif Sefa taniyirdi ki o da oten il vefat etdi Seyid Fatma Seyid Ezim Sirvaninin qizi Redakte Bezi tedqiqatcilara gore Seyid Fatma 1870 ci ilde dunyaya gelib Seyid Fatma Mesedi Ehmed adli qohumu ile aile qurub Ailesi ile evvel Bakiya sonra bacisi Seyid Hecergilin yanina Asqabada kocmusdur Ticaretle mesgul olan heyat yoldasi ile onlarin bir oglu Mehemmed ve iki qizlari Seyid Sedef ve Seyid Xedice olmusdur Bezi tedqiqatcilara gore 1936 ci ilde vefat etmis Seyid Fatmanin mezari Asqabaddadir Heyat yoldasi Mesedi Ehmed Fatmadan sonra cox yasamis 90 yasinda vefat etmisdir Seyid Xedicenin qizi Seyid Ezimin neticesi Fatma xanim gore ise 1933 37 ci illerde Dusenbede sayilib secilen bir aile olan Seyid Fatmanin neyi varsa ellerinden alirlar Seyid Fatmanin olum tarixini ise 1934 cu il kimi gosterir Mir Mehemmed ailesi ile 1960 ci ilden sonra Bakiya yigismisdir Vesiyyetine gore Samaxida babasi S E Sirvaninin yaninda defn olunmusdur 1994 cu ilde dogmalari onu Samaxiya getirib S E Sirvaninin mezari yaninda defn etmisler Seyid Fatmanin qizi Xedice xanim Dusenbede aile heyati qurub 1948 ci ilde Dusenbede zelzele olanda kocub gelirler Daskende Ailelerinde bele bir enene olub indi de beledir ki ancaq azerbaycanlilarla aile heyati qururdular Xedice xanim Erdebilin Nemin kendinden olan Eminaga Ehed oglu Quliyeve ere verirler Sonra muharibe vaxti Eminaga muharibeye gedir Ordan elil olaraq qayidir Daskendde yasayirlar 1966 ci ilde Daskendde zelzele olanda kocub gelirler Dusenbeye 1992 ci ilde Dusenbede dava baslanir Kocub gelirler yeniden Daskende Seyid Xedice ise Daskendde defn edilib 10 Seyid Fatmanin diger qizi Seadet ise 1938 ci ilde Irana surgun olunmusdur Eger nezere alsaq ki bu sozlerin muellifi Seyid Ezim Sirvaninin neticesi Fatma xanimdir onda Seyid Fatmanin qizinin adinin Seyid Sedef olmasi mubahiselidir Xedicenin qizi Fatma xanim Quliyeva Daskendin kenarinda Sergili rayonunda sovetden qalma aile yataqxanasinda qizi Nergiz xanim ve 22 yasli nevesi Teymurla seraitsiz veziyyetde yasayirlar Maraqlidir ki Seyid Ezim de ovladlari kimi qurbetde cox agir heyar kecirmis ehtiyac icerisinde yasamisdir Dostlarina qurbetden yazdigi menzum mektub ve seirlerde sairin cereti aciq ifade olunmusdur Diyari Same ol gun kim meni hokmi qeza cekdi Ne mohnetler gor ol viraneden bu bineva cekdi Seyid Ezimin neticesi Fatma Quliyeva da nenesinin musibetlerini danisanda Seyid Ezimin mehz bu qezelinden hemin yuxaridaki beyti xatirlamisdi Qeyd edek ki bu gun Ozbekistanda Iranin Meshed ve Tebriz seherlerinde de S E Sirvaninin dogmalari yasayir Hazirda Baki seherinde S E Sirvaninin 40 neferden cox qohumlari var 3 Seyid Ezimin dine munasibeti RedakteSeyid Ezim oz eserlerinde mezheb ve teriqetleri pislese de onlarin Elinin adi ile hec bir elaqesi olmadigini iddia edirdi Seyid Ezim Axundov kimi ateist olmamisdir onun dunyagorusune dinin quvvetli tesiri askardir Lakin oz esrinin qabaqcil bir adami olan Seyid Ezim dini etiqada cox laqeyd ve passiv munasibet beslemisdir 3 Edebiyyat RedakteMecmueyi letife Divan Seyid Ezim Sirvani Tebriz 1895 282 seh Temsiller menzum hekayeler ve oyudler Seyid Ezim Sirvani Baki Genclik 1979 59 s Qezeller Seyid Ezim Sirvani red ve lugetin tertibcisi S Qafarli Baki Azernesr 1960 658 s Seyid Ezim Sirvani monoqrafiya K Mir Bagirov red F Qasimzade Baki Usaqgencnesr 1959 235 s Seyid Ezim Sirvani S M Huseynov red Z Esgerli Baki Yazici 1987 121 s Seyid Ezim Sirvani Esgerli Zaman Elmi red N Memmedov AMEA Nizami adina Edebiyyat Institutu Baki Elm 2005 64 s Seyid Ezim Sirvani anadilli poeziyasinda vezn Memmedzade B M Elmi red V M Memmedeliyev Baki 1999 44 s Qezeliyyati Seyid Sirvani Seyid Ezim Sirvani nasir M C Seyidzade I cild Baki s n 1902 1319 h 244 s Secilmis seirleri Seyid Ezim Sirvani on soz H Zeynalli Baki Azernesr 1930 277 s Seyid Ezim Sirvani ocagi S Qeniyev on soz T Qeni elmi red Q Pasayev Baki Elm ve tehsil 2014 182 s Poet s of Shirvan Khagani Shirvani Nasimi Imadeddin Said Azim Shirvani Mirza Alekper Sabir Abbas Sahhat Rafael Huseynov Trans Ilgar Majidli Dsr Kabira Hashimova Editor Jasarat Gasimov Baku Elm ve Tehsil 2012 120 s Usaq edebiyyati numunelerinin tehlil ve tedrisi xususiyyetleri Q Zakir S E Sirvani C Memmedquluzade ve M Dilbazinin eserleri esasinda tedris metodik vesait I E Oruceliyev elmi red R O Qafarov Azerb Resp Tehsil Nazirliyi Azerb Muellimler In tu Baki Muellim 2015 158 s Samaxi torpaginin yetirdiyi boyuk Azerbaycan sairleri elmi kutlevi ocerkler B Nebiyev elmi red A Rustemli Baki Ozan 2012 287 s Sirvan sairleri R Huseynov ressam S Satikov Huseynov Rafael Baki Elm ve tehsil 2012 107 s XIX esr Azerbaycan edebiyyati derslik F Qasimzade nesre hazirlayan Y N Ismayilova elmi red T H Huseynov Baki Elm ve tehsil 2017 550 s Istinadlar RedakteBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Seyid Ezim Sirvani Eserlerin dovlet varidati elan edilmesi Qaydalari nin ve Eserleri dovlet varidati elan edilen muelliflerin ve dovlet varidati elan edilen filmlerin Siyahisi nin tesdiq edilmesi haqqinda Azerbaycan Respublikasi Nazirler Kabinetinin 7 may 2019 cu il tarixli 211 nomreli Qerari azerb nk gov az 2019 05 11 Istifade tarixi 2019 05 13 1 2 3 4 5 6 7 Seyid Ezim Sirvaninin ailesinin qurbetdeki taleyi azerb 2020 05 02 tarixinde orijinalindan arxivlesdirilib Azerbajdzhanskaya literatura 1 2 3 4 5 Seyid Ezim Sirvani sair maarifci publisist azerb 2020 03 03 tarixinde orijinalindan arxivlesdirilib A Zaharov Narodnoe obuchenie u Zakavkazskih tatar SMOMPK sbornik materialov opisaniya mestnestej i plemn Kavkaza 1890 Tiflis invisible char 1 2 3 Akif Asirli Azerbaycan metbuat tarixi 1875 1920 Baki Kak eto bylo Shemahinskoe zemletryasenie 1902 goda azerhistory com rus 2020 05 02 tarixinde orijinalindan arxivlesdirilib Seyfeddin Qeniyev Seyid Ezim Sirvani azerb 2020 05 02 tarixinde orijinalindan arxivlesdirilib Aida Eyvazova 26 Noyabr 2013 Seyyid Ezim Sirvaninin xelefleri Azerbaycan Prezidentinden komek istediler azerb 1 may 2020 tarixinde arxivlesdirilib Xarici kecidler RedakteSamaxi Ensiklopediyasinda Seyid Ezim Sirvani Seyid Ezim Sirvani 168 Arxivlesdirilib 2005 05 09 at the Wayback Machine Youtube da bax Samaxi mahnisi 02 03 2014 Menbe https az wikipedia org w index php title Seyid Ezim Sirvani amp oldid 6074156, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.