Sadeq Qotbzadə (fars. صادق قطبزاده; 24 fevral 1936, İsfahan – 15 sentyabr 1982, Tehran) — İran siyasi və dövlət xadimi. 1978-ci ildə Fransaya sürgün edilən zaman Ayətullah Xomeyninin yaxın köməkçisi və silahdaşı kimi tanınmışdır. İran İslam İnqilabından sonra İran girov böhranı müddətində qısa bir müddət ölkənin Xarici İşlər Naziri vəzifəsində çalışmışdır. Qotbzadə 1982-ci ildə Ayətullah Xomeyniyə qarşı sui-qəsd və İran İslam Respublikasında dini rejimi devirmək ittihamı ilə həbs edilərək bir müddət sonra güllələnərək edam edilmişdir.
Sadiq Qütbzadə | |
---|---|
fars. صادق قطبزاده | |
![]() | |
29 noyabr 1979 – 3 avqust 1980 | |
Əvvəlki | Əbülhəsən Banisədr |
Sonrakı | Kərim Xudapənahi[d] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 fevral 1936 |
Doğum yeri |
|
Vəfat tarixi | 15 sentyabr 1982 (46 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
![]() |
Həyatı
Sadeq Qotbzadə İranın İsfahan ostanlığının mərkəzi şəhəri olan İsfahanda 1936-cı ilin 24 fevral tarixində anadan olmuşdur. Özündən başqa bir bacısı və qardaşı var idi. Atası İsfahanda taxta materiallarının satışı ilə məşğul idi.
Milli Cəbhənin üzvü olan Sadeq Qotbzadə sonrakı illərdə müxalif siyasi fəaliyyətinə görə bir neçə dəfə polis tərəfindən saxlanılır. 1959-cu ildə atası onu təhsilini davam etdirmək üçün ABŞ-a yollayır. Burada Corctaun Universitetinə daxil olur. İranın zəngin ailələrinin övladları və ya dövlətin göndərişi ilə xaricə gedənlər adətən Fransada təhsil alırdılar. ABŞ-da iranlı tələbələr az idi, amma getdikcə çoxalırdılar. Sadeq Qotbzade İbrahim Yəzdi, Mustafa Çamran ilə birlikdə Amerika Birləşmiş Ştatlarındakı müxalif iranlı tələbələrin təşkilatlanmasında rol oynayır.
Bu üçlük 1961-ci ildə dünyəvi Milli Cəbhədən ayrılaraq Mehdi Bazərganın rəhbərlik etdiyi qismən islamçı (İAH) üzv olurlar və Fransada təhsil alan Əli Şəriəti ilə birlikdə bu təşkilatın xarici bürosunu yaradırlar.
1960–1962-ci illərdə İranın Vaşinqtondakı səfiri postunu Ərdəşir Zahedi tuturdu. O, Müsəddiqin devrilməsində önəmli rol oynayan və çevrilişdən sonra bir müddət baş nazir postunu tutan general Fəzlolla Zahedinin oğlu və şahın ilk nikahdan qızı Şahnazın əri idi. Zahedinin səfirlikdə təşkil etdiyi ziyafətlərin birinə giriş əldə edən Sadeq burada şahın kürəkəni ilə mübahisə edir və ona bir şillə vurur.
Siyasi fəaliyyət Qotbzadəni o qədər məşğul edir ki, dərslərini və imtahanlarını buraxır. Nəticədə universitetdən xaric olunur, ABŞ-da qalmaq hüququnu da itirir.
Sonrakı bir neçə ili Qotbzadə Misirdə, Suriyada, Livanda keçirir, burada yaxşı əlaqələr qurur, o cümlədən nüfuzlu lideri, İran vətəndaşı olan Musa əl-Sədr ilə dostlaşır. Onun İrandan sürgün edilən və İraqın Nəcəf şəhərində yaşayan Ayətullah Xomeyni ilə ilk görüşü də 1960-cı illərin ortalarına təsadüf edir.
Yaxın Şərqdə olduğu müddətdə Qotbzadə Livanda İran inqilabçı hərbçiləri və fələstinlilərlə birlikdə müxtəlif hərbi təlimlərdə iştirak etmişdir.
1960-cı illərin sonlarında Qotbzadə ali təhsil almaq üçün Kanadaya yollanır və 1969-cu ildə Britaniya Kolumbiyası əyalətinin Nelson şəhərində yerləşən və hazırda fəaliyyət göstərməyən Notr-Dam Universitetini bitirir. Təhsil aldıqdan sonra Musa əl-Sədrin köməkliyi ilə əldə etdiyi Suriya passportudan istifadə etməklə Paris şəhərində məskunlaşmışdır. Qotbzadə 1971-ci ildən etibarən Suriyanın Al-Thawra qəzetinin müxbiri kimi Parisdə fəaliyyətə başlamışdır. Əslində o, jurnalistlik etmirdi, bu, ona Fransada yaşamaq üçün əsas kimi lazım idi. İranın müxalif diasporasının əsas mərkəzi olan Parisdə Qotbzadə tezliklə nəzərəçarpacaq fiqura çevrilir.
Karyera və fəaliyyəti
1978-ci ilin ilk günlərindən İranda Məhəmməd Rza Pəhləvi əleyhinə çıxışlar başlayır və gah səngiyrək, gah yenidən vüsət alaraq ilboyu davam edir. Bu hərəkat zaman Qotbzadənin üzv olduğu və Ruhullah Xomeyni tərəfdarları şah əleyhinə müttəfiq kimi çıxış etsələr də, müəyyən fikir ayrılıqları da vardı. Qotbzadə çıxaraq tamamilə Ruhullah Xomeyni xəttinin tərəfdarına çevrilir. O, eyni zamanda Amal hərəkatını dəstəkləyirdi və rəhbəri Musa əl-Sədrə yaxınlığı ilə seçilirdi.
Ruhullah Xomeyni 1978-ci ilin payızında şahın tələbi ilə İraqdan çıxarıldıqdan sonra onu Fransaya getməyə inandıranlardan biri də Qotbzadə olmuşdur. 6 oktyabr tarixində Parisə gələn Ruhullah Xomeyni iki gün Əbülhəsən Banisədrin evində qalır, sonra isə məhz Qotbzadə onun üçün Parisdən təxminən 40 km məsafədə yerləşən şəhərciyində ev tapır. Fevralın 1-də Tehrana qayıdacaqları günə qədər bu şəhərcikdə yaşayan ayətullahın ən yaxın köməkçisi və məsləhətçisi Qotbzadə, Əbülhəsən Banisədr və İbrahim Yəzdi olur.
Air France aviaşirkətinə məxsus təyyarə ilə İrana qayıdarkən də Xomeyninin yanında din xadimi deyil, Sadeq Qotbzadə oturur. Uçuşun təhlükəli ola biləcəyinə baxmayaraq, təyyarədə xeyli jurnalist vardı. Onlardan biri, BBC müxbiri Con Simpson ilə Ruhullah Xomeyninin məşhur qısa dialoqonu da Qotbzadə tərcümə edir:
İran İslam İnqilabından sonra Mehdi Bazərgan və başqaları müvəqqəti hökumət qurmaq üçün şuranı tərk etdikdən sonra Qotbzadə inqilab şurasının üzvü seçilmişdir.
Bundan əlavə, o, Ayətullah Xomeyninin rəsmi sözçüsü vəzifəsində çalışırdı. 11 fevral 1979-cu ildə (İMRT) idarəedici direktoru vəifəsinə təyin edilmişdir. Son vəzifədə o, yeni rejimin xəttini təbliğ edir. Onun vaxtında İran televiziyasına mollaviziya deyilməyə başlanılır.
rəhbəri olduğu dövrdə qatı islami düşüncələrinə və təbliğatlarına görə bir qrup iranlı ziyalı və müvəqqəti hökumət tərəfdarları tərəfindən tənqid edilmişdir. 13 mart tarixində, biri silah, digəri isə bıçaqla silahlanmış iki qadının sui-qəsd hücumuna məruz qalır, ancaq yaralanmadan xilas olur. Qotbzadənin İMRT rəhbəri vəzifəsində çalışdığı dövrdə 15 minə yaxın qadın dövlət kanalının islamçı təbliğatını pisləmək üçün kanalın binası qarşısında etiraz aksiyası təşkil etmişdilər.
1979-cu il fevral-noyabr aylarında İranı lideri Mehdi Bazərganın rəhbərlik etdiyi hökumət idarə edir. İbrahim Yəzdi həmin hökumətdə xarici işlər naziri vəzifəsini tuturdu. 4 noyabr tarixində radikal tələbələr ABŞ səfirliyini tutduqda və Ayətullah Xomeyni də bu addımı müdafiə etdikdə həm Mehdi Bazərgan, həm İbrahim Yəzdi bununla razılaşmayaraq istefa verdilər. Noyabrın 29-dan etibarən xarici işlər naziri postunu Qotbzadə tutur.
- Sadeq Qotbzadənin edam edilməmişdən əvvəl çəkilmiş bəzi fotoları
- İranın Qum şəhərində xarici mətbuat orqanları üçün təşkil edilmiş mətbuat konfransında Ruhullah Xomeyni üçün tərcüməçilik etməsi. (1979)
- Sadeq Qotbzadə Ruhullah Xomeyninin ən kiçik oğlu Əhməd Xomeyni ilə birgə. (1979)
- Hüseynəli Müntəziri tərəfindən Tehranda qılınan cümə namazı zamanı. (14 sentyabr, 1979)
- Sadeq Qotbzadə və mərceyi-təqlid Abullah Musəvi Şirazi ilə birgə Məşhəd şəhərində. (1979)
Sadeq Qotbzadə 1979-cu ilin noyabr ayındaİran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə təyin edilib. Əbülhəsən Banisədrin müvafiq vəzifədən istefa verməsindən sonra bu vəzifəyə təyin edilən Qotbzadə, vəzifəyə gələn zaman İran-ABŞ arasında ciddi formada girov böhranı yaşanırdı. O, Amerika Birləşmiş Ştatları ilə münasibətlərin pisləşdirilməsinin, pozulmasına hər zaman qarşı olmuşdu və hesab edirdi ki, ABŞ-la ortaq dil tapılmalı və girovlar geri qaytarılmalıdır.
Məhz girov məsələsi və ABŞ-la münasibətlər yeni xarici işlər naziri ilə Ruhullah Xomeyni arasında münasibətlərin pisləşməsinə səbəb oldu. Qotbzadə Vaşinqtonla normal münasibətlərin tərəfdarı idi və buna görə də girov məsələsinin tezliklə həll olunmasına çalışırdı. O, Parisdə amerikalılarla danışıqlar apardı və elə görünürdü ki, problem tezliklə həll ediləcək, müəyyən ilkin razılıqlar da əldə olundu. Amma bu zaman Ruhullah Xomeyni bildiridi ki, girovların taleyini İran Parlamenti həll etməlidir. Qotbzadə ilk prezident seçkilərində də namizədliyini verdi, amma çox uğursuz oldu. O, cəmi 0,34% səs topladı və yeddinci yeri tutdu.
Qotbzadə 1980-ci ilin avqustunda girovların tezliklə azad edilməsini müdafiə edərək İran Parlamentinə açıq məktub yazdı və beş gün sonra Reuters agentliyinə verdiyi müsahibəsində bildirdi ki, Henri Kissincer və digərlərinin dəstəklədiyi ABŞ prezidentliyinə namizəd Ronald Reyqanın problemi həll etmək fikri yoxdur və onlar onun qarşısını almaq üçün əlindən gələni edəcəklər. Sentyabr və oktyabr aylarında o, girovların azad edilməsinin təxirə salınmasına dair razılaşmanın əldə oluna biləcəyini iddia edən bir neçə başqa açıq bəyanatla çıxış etmişdir.
Girov məsələsində Qotbzadənin səylərinə baxmayaraq, vəziyyət pisləşməkdə davam edirdi. Aprelin 7-də ABŞ İranla diplomatik əlaqələri kəsdiyini bəyan etdi. 25-də girovları azad etmək üçün uğursuz keçirməyə cəhd göstərildi. Qotbzadə bu cəhdi pisləyərək İrana qarşı müharibə aktı adlandırdı. Bununla belə, yenə də girov böhranının tezliklə həll edilməsinə çalışır və bu istiqamətdə Ruhulla Xomeyni başda olmaqla daha radikal mövqe tutunlarla münasibətləri get-gedə pisləşirdi. Nəhayət, avqustun 3-də o, nazir postundan istefa verdi və daha İran İslam Respublikasında heç bir vəzifə tutmadı.İranın Xarici İşlər Naziri vəzifəsində onu Kərim Xodarpənahi əvəzləmişdir. Sözügedən vəzifədən istefa verdikdən sonra bir müddət ailə biznesi ilə məşğul olmuş və İslam hüququnu öyrənmişdir.
Həbs və edam edilməsi
Qotbzadə ilk dəfə 1980-ci ilin 7 noyabr tarixində Ayətullah Xomeyniyə qarşı sui-qəsd cəhdi hazırlamaqda və İslam Respublikası Partiyasını tənqid etmək ittihamları ilə həbs edildi. İlk həbsi müddətində Tehranın məşhur saxlanılmışdır. Həbs edilməsindən 3 gün sonra Ayətullah Xomeynini müvafiq göstərişinə əsasən 10 noyabr tarixində azad edildi.
Bir müddət sonra isə İran ordusunun polkovniki, eyni zamanda Tudə Partiyasının gizli üzvləri olan Bican Kəbiri və Huşəng Attarian Qotbzadə ilə əlaqə saxlayaraq ordu daxilində hökumətə qarşı gizli qrupun olması və çevriliş etməyə hazırlaşdıqlarını söyləyirlər. Sonra da Qotbzadənin bu yöndə həvəsləndirici fikirlərini lentə yazaraq İnqilab məhkəməsinin sədri Məhəmməd Reyşəhriyə təqdim edirlər. Nəticədə, 1982-ci il 7 aprel tarixində Sadeq Qotbzadə ikinci dəfə həbs olundu.
Hakimiyyət bu hadisədən həm ordu daxilində etibarsız saydığı zabitlərdən, həm də dini müstəvidə Ruhulla Xomeyninin ən böyük rəqibi olan Məhəmməd Kazım Şəriətmədaridən qurtulmaq üçün istifadə etdi. İşgəncələrə məruz qalan Qotbzadə vaxtilə rəhbəri olduğu televiziyaya çıxaraq sui-qəsddə iştirakını etiraf etdi və Şəriətmədarinin adını çəkdi.
Ona qarşı İrandakı dini rejimi aradan qaldırmaq üçün Mossad, Sosialist İnternasionalı və Mərkəzi Kəşfiyyat İdarəsi kimi təşkilatlarla gizli əməkdaşlıq yaratmaq itthiamı irəli sürülmüşdür. 26 gün davam etmiş məhkəmə prosesi 1982-ci ilin avqust ayında başlamışdır.
Hərbi tribunalda o, ona qarşı ünvanlanmış itthiamları rədd etdi, ancaq İslam hökumətini devirmək və yerində sekulyar əsaslı respublika yaratmaq niyyətinin olduğunu etiraf etmişdir. Hərbi tribunalın qərarına əsasən Sadeq Qotbzadə 1982-ci ilin 15 sentyabr tarixində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən 46 yaşında güllələnərək edam edilmişdir. 1982-ci ildə Parisdə sürgün həyatı yaşayan Əbülhəsən Banisədr, Qotbzadənin edam edilməsinə reaksiya olaraq edamın, siyasi hakimiyyət daxilindəki hesablaşma olduğunu ifadə etmişdir.
Xatirəsi
SSRİ-nin Tehrandakı səfirliyində diplomat kimi fəaliyyət göstərən, əslində isə KQB mayoru olan Vladimir Kuziçkin tərəfindən 1991-ci ildə yazılmış KQB daxilində: mif və reallıq əsərində yazıçı Qotbzadənin Amerika Birləşmiş Ştatlarında təhsil aldığı dövrdə SSRİ hərbi kəşfiyyat xidmətinin agenti olduğunu, ancaq sonradan oradan uzaqlaşdığını iddia etmişdir. Kitabda həmçinin KQB tərəfindən Qotbzadənin vətən xaini kimi həbs edilə bilinməsi üçün onu Mərkəzi Kəşfiyyat İdarəsinin adamı kimi təqdim edən sübutları onun yaşadığı evə yerləşdirildiyi təsvir edilmişdir.
Ben Afflek tərəfindən ekranlaşdırılmış Arqo filmində Qotbzadənin real səsindən istifadə edilmişdir və orada sabiq nazir Kanadanı beynəlxalq hüququ kobud şəkildə pozmaqda günahlandırır. Qotbzadənin qardaşı qızı Sənaz Qacarrəhimi 2013-cü ilin 26 iyul — 3 avqust tarixləri arasında Nyu-York şəhərində yerləşən Yeni Ohayo teatrında əmisinin həyatından və fəaliyyətlərindən bəhs edən Qırmızı Çərşənbə adlı pyes səhnələşdirmişdir. Sənaz müsahibələrində pyesi yazan zaman əmisinin qalmaqallı həyatından ilham aldığını ifadə etmişdir.
2017-ci ildə Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində yaşayan fars jurnalist Əli Səcadi tərəfindən Sadeq Qotbzadənin əlyazmaları toplusu nəşr edilmişdir. Səcadi sözügedən kitabı hazırlayan zaman Qotbzadəni şəxsən tanımış və onunla birlikdə fəaliyyət göstərmiş müxtəlif şəxslərdən müsahibələr almışdır. 2020-ci ilin fevral ayında BBC-nin farsca xidməti tərəfindən Qotbzadənin həyatından bəhs edən növbəti sənədli film ekranlara çıxmışdır. Sənədli film şəxsin müharicətdəki inqilabçı bir gənc olan zaman, hökumət nazirinə, oradan isə İslam Respublikasının gözündə bir satqına çevirilməsinə qədərki dövrü füsunkar şəkildə ifadə etməkdədir. Filmin rejissoru və prosdüseri Farşad Bayan, tədqiqatçısı isə Mahmud Əzimi olmuşdur. Layihənin tamamlanması 5 ildən çox vaxt aparmışdır.
Üç hissədən ibarət mini seriyada arxiv görüntülərindən istifadə edilmişdir və Qotbzadəni tanıyan və onunla müxtəlif görüşlər keçirmiş şəxslər sabiq nazirin xarakterini şərh edirlər və onun İran İslam İnqilabından əvvəlki və sonrakı fəaliyyəti ilə bağlı müxtəlif xatirələrini bölüşürlər. Sənədli film Youtube-da fars dilində yayımlanıb və ingiliscə alt yazısı mövcuddur.
İngilis və fransız dillərini təmiz bilən Sadeq Qotbzadə heç zaman ailə həyatı qurmamışdır. Fransada yaşadığı vaxtlarda romantik münasibətlərdə olduğu kanadalı jurnalist Kerol Cerom öz xatirələrində yazır ki, istefasından sonra sevgilisinə İrandan çıxmağı təklif edir. Qotbzadə isə ona belə cavab verir: Bu inqilab xalqa bəxş etdiyim kabusdur. Mən günahkaram. Mən qalıram və qismətimlə barışıram". Cerom əlavə edir: "O, maşına oturub gedəndə ağlıma da gəlmirdi ki, onu sonuncu dəfə görürəm. İnanmırdım ki, cənab Xomeyni öz oğlunu öldürər.
İstinadlar
- "Ghotbzadeh, Iran hostage crisis figure, executed". The New York Times. 17 September 1982. 31 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2013.
- "Western background lay behind clergy's fury at Ghotbzadeh". The Montreal Gazette. 17 September 1982. 14 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2013.
- Yadigar Sadıqlı. "Sadeq Qotbzadə haqqında məqalə" (Azərbaycan dili). 10 fevral, 2022. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
- Houchang Chehabi; Rula Jurdi Abisaab. Distant Relations: Iran and Lebanon in the Last 500 Years. I.B.Tauris. 2006. səh. 182. ISBN .
- "Mehdi Bazargan's biography". Bazargan website. 21 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2013.
- Abbas William Samii. "The Shah's Lebanon policy: the role of SAVAK". Middle Eastern Studies. 33 (1). 1997: 66–91. doi:10.1080/00263209708701142.
- Saud Al Zadeh; Elia Jazaeri. "Mousa al-Sadr alive in Libyan prison: sources". Al Arabiya. Dubai; Beirut. 23 February 2011. 19 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2013.
- Nadia von Maltzahn. The Syria-Iran Axis: Cultural Diplomacy and International Relations in the Middle East. I.B.Tauris. 2013. səh. 24. ISBN .
- John Cooley. Recruiters, Trainers, Trainees // Unholy Wars: Afghanistan, America and International Terrorism. Pluto Press. 2002. səh. 83. ISBN .
- Tony Badran. "Syriana". Tablet. 22 June 2010. 6 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2013.
- Tariq Alhomayed. "An Iranian minister pretending to be a Syrian reporter!". Asharq Alawsat. 11 June 2011. 3 September 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 August 2013.
- Houchang E. Chehabi. Iranian Politics and Religious Modernism: The Liberation Movement of Iran Under the Shah and Khomeini. I.B.Tauris. 1990. səh. 228. ISBN .
- "12 Bahman: Khomeini Returns". PBS. 1 February 2009. 7 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2013.
- Mohammad Sahimi. "The Ten Days that Changed Iran". PBS. Los Angeles. 3 February 2010. 3 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2013.
- Barry Rubin. Paved with Good Intentions. New York: Penguin Books. 1980. səh. 283.
- Edward A. Gargan. "A Man of Ambiguity". The New York Times. London. 16 September 1982. 31 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2013.
- (redaktor). "The Revolution" (PDF). Phobos. 3 December 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 August 2013.
- "Index Ge-Gj". Rulers. 12 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2013.
- Robin Morgan. Sisterhood is Global: The International Women's Movement Anthology. Feminist Press at CUNY. 1984. səh. 329. ISBN .
- Hamid Naficy. A Social History of Iranian Cinema, Volume 3: The Islamicate Period, 1978–1984. Duke University Press. 2012. səh. 108. ISBN .
- Maxim Kniazkov. "Inside the KGB: Myth and Reality". Washington Monthly. 1 April 1991. 10 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2013.
- Mark Bowden, Guests of the Ayatollah: the first battle in America's war with militant Islam, Atlantic Monthly Press, (2006), pp. 359–61
- Joint report of the Task Force to Investigate Certain Allegations Concerning the Holding of American Hostages by Iran in 1980 ("October Surprise Task Force"). October Surprise Task Force. Washington, D.C.: United States Government Printing Office. 3 January 1993. səh. 81. OCLC 27492534. H. Rept. No. 102-1102.
- Mohammad Ataie. "Revolutionary Iran's 1979 endeavor in Lebanon". Middle East Policy. XX (2). Summer 2013: 137–157. doi:10.1111/mepo.12026.
- "Iran jails Ghotbzadeh". The Milwaukee Journal. Beirut. AP. 8 November 1980. İstifadə tarixi: 4 August 2013.[daimi ölü keçid]
- "Iran arrests Ghotbzadeh for death plot". Lawrence Journal. Beirut. AP. 10 November 1980. 17 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2013.
- "Iran aide defends action on Banisadr". The New York Times. Beirut. AP. 20 March 1981. 31 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2013.
- Semira N. Nikou. "Timeline of Iran's Political Events". United States Institute of Peace. 1 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2013.
- "Love bloomed during Iranian revolution". Ottawa Citizen. Ottawa. CP. 12 August 1986. 24 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2013.
- Ervand Abrahamian. (1999). Tortured Confessions, (University of California Press), p.156. Quotes from "Plots are Revealed," Ettela'at, 20 April 1982
- George Russell. (27 September 1982). "Revolution Devouring Its Own" Time.
- Shireen T. Hunter. "After the Ayatollah". Foreign Policy. 66 (66). Spring 1987: 77–97. doi:10.2307/1148665. JSTOR 1148665.
- Mark Bowden. "Ben Affleck's "Argo" Is Brilliant". New Republic. 16 October 2012. 13 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2013.
- "Ice Factory 2013: Red Wednesday". The New York Times. İstifadə tarixi: 3 August 2013.
- "Now Playing". New Ohio Theatre. 16 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2013.
- Zachary Steward. "Global Revolution Takes Center Stage in Red Wednesday at Ice Factory 2013". Theater Mania. New York City. 24 July 2013. 9 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2013.
- "Publication of 1970 Memories of Sadegh Ghotbzadeh in the United States". Payvand News. California. 17 February 2017. 23 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2018.
- "مستند بیبیسی فارسی: فرزند انقلاب؛ روایت زندگی صادق قطبزاده". BBC News. 8 February 2020. 26 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2023.
- "مستند فرزند انقلاب، داستان زندگی و مرگ صادق قطبزاده ـ بخش اول". 22 December 2021 tarixində arxivləşdirilib – www.youtube.com vasitəsilə.
- "Sadegh Ghotbzadeh - Son of the Revolution". YouTube – www.youtube.com vasitəsilə.
Xarici keçidlər
- BBC-nin farsca xidməti tərəfindən Sadeq Qotbzadənin həyatı haqqında hazırlanmış sənədli filmin I hissəsi —
Video
- BBC-nin farsca xidməti tərəfindən Sadeq Qotbzadənin həyatı haqqında hazırlanmış sənədli filmin II hissəsi —
Video
- BBC-nin farsca xidməti tərəfindən Sadeq Qotbzadənin həyatı haqqında hazırlanmış sənədli filmin III hissəsi —
Video
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sadeq Qotbzade fars صادق قطب زاده 24 fevral 1936 Isfahan 15 sentyabr 1982 Tehran Iran siyasi ve dovlet xadimi 1978 ci ilde Fransaya surgun edilen zaman Ayetullah Xomeyninin yaxin komekcisi ve silahdasi kimi taninmisdir Iran Islam Inqilabindan sonra Iran girov bohrani muddetinde qisa bir muddet olkenin Xarici Isler Naziri vezifesinde calismisdir Qotbzade 1982 ci ilde Ayetullah Xomeyniye qarsi sui qesd ve Iran Islam Respublikasinda dini rejimi devirmek ittihami ile hebs edilerek bir muddet sonra gullelenerek edam edilmisdir Sadiq Qutbzadefars صادق قطب زاده Iranin xarici isler naziri29 noyabr 1979 3 avqust 1980EvvelkiEbulhesen BanisedrSonrakiKerim Xudapenahi d Sexsi melumatlarDogum tarixi 24 fevral 1936 1936 02 24 Dogum yeri Isfahan Merkezi bexsi d Isfahan sehristani Isfahan ostani IranVefat tarixi 15 sentyabr 1982 1982 09 15 46 yasinda Vefat yeri Tehran Tehran sehristani Tehran ostani IranVefat sebebi gulle yarasi d Partiya Iran Azadliq Herekati d Tehsili Corctaun UniversitetiFealiyyeti siyasetci Vikianbarda elaqeli mediafayllarHeyatiSadeq Qotbzade Iranin Isfahan ostanliginin merkezi seheri olan Isfahanda 1936 ci ilin 24 fevral tarixinde anadan olmusdur Ozunden basqa bir bacisi ve qardasi var idi Atasi Isfahanda taxta materiallarinin satisi ile mesgul idi Musa Sedr Londonda muemmali sekilde vefat eden Eli Serietinin cenaze namazini qilir Ondan sag terefde Sadeq Qotbzade dayanib 1977 Milli Cebhenin uzvu olan Sadeq Qotbzade sonraki illerde muxalif siyasi fealiyyetine gore bir nece defe polis terefinden saxlanilir 1959 cu ilde atasi onu tehsilini davam etdirmek ucun ABS a yollayir Burada Corctaun Universitetine daxil olur Iranin zengin ailelerinin ovladlari ve ya dovletin gonderisi ile xarice gedenler adeten Fransada tehsil alirdilar ABS da iranli telebeler az idi amma getdikce coxalirdilar Sadeq Qotbzade Ibrahim Yezdi Mustafa Camran ile birlikde Amerika Birlesmis Statlarindaki muxalif iranli telebelerin teskilatlanmasinda rol oynayir Bu ucluk 1961 ci ilde dunyevi Milli Cebheden ayrilaraq Mehdi Bazerganin rehberlik etdiyi qismen islamci IAH uzv olurlar ve Fransada tehsil alan Eli Serieti ile birlikde bu teskilatin xarici burosunu yaradirlar 1960 1962 ci illerde Iranin Vasinqtondaki sefiri postunu Erdesir Zahedi tuturdu O Museddiqin devrilmesinde onemli rol oynayan ve cevrilisden sonra bir muddet bas nazir postunu tutan general Fezlolla Zahedinin oglu ve sahin ilk nikahdan qizi Sahnazin eri idi Zahedinin sefirlikde teskil etdiyi ziyafetlerin birine giris elde eden Sadeq burada sahin kurekeni ile mubahise edir ve ona bir sille vurur Siyasi fealiyyet Qotbzadeni o qeder mesgul edir ki derslerini ve imtahanlarini buraxir Neticede universitetden xaric olunur ABS da qalmaq huququnu da itirir Sonraki bir nece ili Qotbzade Misirde Suriyada Livanda kecirir burada yaxsi elaqeler qurur o cumleden nufuzlu lideri Iran vetendasi olan Musa el Sedr ile dostlasir Onun Irandan surgun edilen ve Iraqin Necef seherinde yasayan Ayetullah Xomeyni ile ilk gorusu de 1960 ci illerin ortalarina tesaduf edir Yaxin Serqde oldugu muddetde Qotbzade Livanda Iran inqilabci herbcileri ve felestinlilerle birlikde muxtelif herbi telimlerde istirak etmisdir 1960 ci illerin sonlarinda Qotbzade ali tehsil almaq ucun Kanadaya yollanir ve 1969 cu ilde Britaniya Kolumbiyasi eyaletinin Nelson seherinde yerlesen ve hazirda fealiyyet gostermeyen Notr Dam Universitetini bitirir Tehsil aldiqdan sonra Musa el Sedrin komekliyi ile elde etdiyi Suriya passportudan istifade etmekle Paris seherinde meskunlasmisdir Qotbzade 1971 ci ilden etibaren Suriyanin Al Thawra qezetinin muxbiri kimi Parisde fealiyyete baslamisdir Eslinde o jurnalistlik etmirdi bu ona Fransada yasamaq ucun esas kimi lazim idi Iranin muxalif diasporasinin esas merkezi olan Parisde Qotbzade tezlikle nezerecarpacaq fiqura cevrilir Karyera ve fealiyyeti 1978 ci ilin ilk gunlerinden Iranda Mehemmed Rza Pehlevi eleyhine cixislar baslayir ve gah sengiyrek gah yeniden vuset alaraq ilboyu davam edir Bu herekat zaman Qotbzadenin uzv oldugu ve Ruhullah Xomeyni terefdarlari sah eleyhine muttefiq kimi cixis etseler de mueyyen fikir ayriliqlari da vardi Qotbzade cixaraq tamamile Ruhullah Xomeyni xettinin terefdarina cevrilir O eyni zamanda Amal herekatini destekleyirdi ve rehberi Musa el Sedre yaxinligi ile secilirdi Air France aviasirketine mexsus teyyare ile Irana qayidan Ruhullah Xomeyninin teyyarede dusmesi ani Xomeyninin sol terefinde Sadeq Qotbzade dayanib 1979 Ruhullah Xomeyni 1978 ci ilin payizinda sahin telebi ile Iraqdan cixarildiqdan sonra onu Fransaya getmeye inandiranlardan biri de Qotbzade olmusdur 6 oktyabr tarixinde Parise gelen Ruhullah Xomeyni iki gun Ebulhesen Banisedrin evinde qalir sonra ise mehz Qotbzade onun ucun Parisden texminen 40 km mesafede yerlesen seherciyinde ev tapir Fevralin 1 de Tehrana qayidacaqlari gune qeder bu sehercikde yasayan ayetullahin en yaxin komekcisi ve meslehetcisi Qotbzade Ebulhesen Banisedr ve Ibrahim Yezdi olur Air France aviasirketine mexsus teyyare ile Irana qayidarken de Xomeyninin yaninda din xadimi deyil Sadeq Qotbzade oturur Ucusun tehlukeli ola bileceyine baxmayaraq teyyarede xeyli jurnalist vardi Onlardan biri BBC muxbiri Con Simpson ile Ruhullah Xomeyninin meshur qisa dialoqonu da Qotbzade tercume edir Ayetullah lutfen bize deyersinizmi Irana qayitmaga gore hansi hissler kecirirsiniz Hec ne Iran Islam Inqilabindan sonra Mehdi Bazergan ve basqalari muveqqeti hokumet qurmaq ucun surani terk etdikden sonra Qotbzade inqilab surasinin uzvu secilmisdir Bundan elave o Ayetullah Xomeyninin resmi sozcusu vezifesinde calisirdi 11 fevral 1979 cu ilde IMRT idareedici direktoru veifesine teyin edilmisdir Son vezifede o yeni rejimin xettini teblig edir Onun vaxtinda Iran televiziyasina mollaviziya deyilmeye baslanilir rehberi oldugu dovrde qati islami dusuncelerine ve tebligatlarina gore bir qrup iranli ziyali ve muveqqeti hokumet terefdarlari terefinden tenqid edilmisdir 13 mart tarixinde biri silah digeri ise bicaqla silahlanmis iki qadinin sui qesd hucumuna meruz qalir ancaq yaralanmadan xilas olur Qotbzadenin IMRT rehberi vezifesinde calisdigi dovrde 15 mine yaxin qadin dovlet kanalinin islamci tebligatini pislemek ucun kanalin binasi qarsisinda etiraz aksiyasi teskil etmisdiler 1979 cu il fevral noyabr aylarinda Irani lideri Mehdi Bazerganin rehberlik etdiyi hokumet idare edir Ibrahim Yezdi hemin hokumetde xarici isler naziri vezifesini tuturdu 4 noyabr tarixinde radikal telebeler ABS sefirliyini tutduqda ve Ayetullah Xomeyni de bu addimi mudafie etdikde hem Mehdi Bazergan hem Ibrahim Yezdi bununla razilasmayaraq istefa verdiler Noyabrin 29 dan etibaren xarici isler naziri postunu Qotbzade tutur Sadeq Qotbzadenin edam edilmemisden evvel cekilmis bezi fotolari Iranin Qum seherinde xarici metbuat orqanlari ucun teskil edilmis metbuat konfransinda Ruhullah Xomeyni ucun tercumecilik etmesi 1979 Sadeq Qotbzade Ruhullah Xomeyninin en kicik oglu Ehmed Xomeyni ile birge 1979 Huseyneli Munteziri terefinden Tehranda qilinan cume namazi zamani 14 sentyabr 1979 Sadeq Qotbzade ve merceyi teqlid Abullah Musevi Sirazi ile birge Meshed seherinde 1979 Sadeq Qotbzade 1979 cu ilin noyabr ayindaIran Islam Respublikasinin xarici isler naziri vezifesine teyin edilib Ebulhesen Banisedrin muvafiq vezifeden istefa vermesinden sonra bu vezifeye teyin edilen Qotbzade vezifeye gelen zaman Iran ABS arasinda ciddi formada girov bohrani yasanirdi O Amerika Birlesmis Statlari ile munasibetlerin pislesdirilmesinin pozulmasina her zaman qarsi olmusdu ve hesab edirdi ki ABS la ortaq dil tapilmali ve girovlar geri qaytarilmalidir Mehz girov meselesi ve ABS la munasibetler yeni xarici isler naziri ile Ruhullah Xomeyni arasinda munasibetlerin pislesmesine sebeb oldu Qotbzade Vasinqtonla normal munasibetlerin terefdari idi ve buna gore de girov meselesinin tezlikle hell olunmasina calisirdi O Parisde amerikalilarla danisiqlar apardi ve ele gorunurdu ki problem tezlikle hell edilecek mueyyen ilkin raziliqlar da elde olundu Amma bu zaman Ruhullah Xomeyni bildiridi ki girovlarin taleyini Iran Parlamenti hell etmelidir Qotbzade ilk prezident seckilerinde de namizedliyini verdi amma cox ugursuz oldu O cemi 0 34 ses topladi ve yeddinci yeri tutdu Qotbzade 1980 ci ilin avqustunda girovlarin tezlikle azad edilmesini mudafie ederek Iran Parlamentine aciq mektub yazdi ve bes gun sonra Reuters agentliyine verdiyi musahibesinde bildirdi ki Henri Kissincer ve digerlerinin desteklediyi ABS prezidentliyine namized Ronald Reyqanin problemi hell etmek fikri yoxdur ve onlar onun qarsisini almaq ucun elinden geleni edecekler Sentyabr ve oktyabr aylarinda o girovlarin azad edilmesinin texire salinmasina dair razilasmanin elde oluna bileceyini iddia eden bir nece basqa aciq beyanatla cixis etmisdir Girov meselesinde Qotbzadenin seylerine baxmayaraq veziyyet pislesmekde davam edirdi Aprelin 7 de ABS Iranla diplomatik elaqeleri kesdiyini beyan etdi 25 de girovlari azad etmek ucun ugursuz kecirmeye cehd gosterildi Qotbzade bu cehdi pisleyerek Irana qarsi muharibe akti adlandirdi Bununla bele yene de girov bohraninin tezlikle hell edilmesine calisir ve bu istiqametde Ruhulla Xomeyni basda olmaqla daha radikal movqe tutunlarla munasibetleri get gede pislesirdi Nehayet avqustun 3 de o nazir postundan istefa verdi ve daha Iran Islam Respublikasinda hec bir vezife tutmadi Iranin Xarici Isler Naziri vezifesinde onu Kerim Xodarpenahi evezlemisdir Sozugeden vezifeden istefa verdikden sonra bir muddet aile biznesi ile mesgul olmus ve Islam huququnu oyrenmisdir Hebs ve edam edilmesi Sadeq Qotbzade edam edilmesi ile neticelenecek Inqilab mehkemesinde ozunu mudafie ederken cekilmis fotosu 1982 Qotbzade ilk defe 1980 ci ilin 7 noyabr tarixinde Ayetullah Xomeyniye qarsi sui qesd cehdi hazirlamaqda ve Islam Respublikasi Partiyasini tenqid etmek ittihamlari ile hebs edildi Ilk hebsi muddetinde Tehranin meshur saxlanilmisdir Hebs edilmesinden 3 gun sonra Ayetullah Xomeynini muvafiq gosterisine esasen 10 noyabr tarixinde azad edildi Bir muddet sonra ise Iran ordusunun polkovniki eyni zamanda Tude Partiyasinin gizli uzvleri olan Bican Kebiri ve Huseng Attarian Qotbzade ile elaqe saxlayaraq ordu daxilinde hokumete qarsi gizli qrupun olmasi ve cevrilis etmeye hazirlasdiqlarini soyleyirler Sonra da Qotbzadenin bu yonde heveslendirici fikirlerini lente yazaraq Inqilab mehkemesinin sedri Mehemmed Reysehriye teqdim edirler Neticede 1982 ci il 7 aprel tarixinde Sadeq Qotbzade ikinci defe hebs olundu Hakimiyyet bu hadiseden hem ordu daxilinde etibarsiz saydigi zabitlerden hem de dini mustevide Ruhulla Xomeyninin en boyuk reqibi olan Mehemmed Kazim Serietmedariden qurtulmaq ucun istifade etdi Isgencelere meruz qalan Qotbzade vaxtile rehberi oldugu televiziyaya cixaraq sui qesdde istirakini etiraf etdi ve Serietmedarinin adini cekdi Ona qarsi Irandaki dini rejimi aradan qaldirmaq ucun Mossad Sosialist Internasionali ve Merkezi Kesfiyyat Idaresi kimi teskilatlarla gizli emekdasliq yaratmaq itthiami ireli surulmusdur 26 gun davam etmis mehkeme prosesi 1982 ci ilin avqust ayinda baslamisdir Herbi tribunalda o ona qarsi unvanlanmis itthiamlari redd etdi ancaq Islam hokumetini devirmek ve yerinde sekulyar esasli respublika yaratmaq niyyetinin oldugunu etiraf etmisdir Herbi tribunalin qerarina esasen Sadeq Qotbzade 1982 ci ilin 15 sentyabr tarixinde Iran Islam Respublikasinin paytaxti Tehran seherinde yerlesen 46 yasinda gullelenerek edam edilmisdir 1982 ci ilde Parisde surgun heyati yasayan Ebulhesen Banisedr Qotbzadenin edam edilmesine reaksiya olaraq edamin siyasi hakimiyyet daxilindeki hesablasma oldugunu ifade etmisdir Xatiresi SSRI nin Tehrandaki sefirliyinde diplomat kimi fealiyyet gosteren eslinde ise KQB mayoru olan Vladimir Kuzickin terefinden 1991 ci ilde yazilmis KQB daxilinde mif ve realliq eserinde yazici Qotbzadenin Amerika Birlesmis Statlarinda tehsil aldigi dovrde SSRI herbi kesfiyyat xidmetinin agenti oldugunu ancaq sonradan oradan uzaqlasdigini iddia etmisdir Kitabda hemcinin KQB terefinden Qotbzadenin veten xaini kimi hebs edile bilinmesi ucun onu Merkezi Kesfiyyat Idaresinin adami kimi teqdim eden subutlari onun yasadigi eve yerlesdirildiyi tesvir edilmisdir Ben Afflek terefinden ekranlasdirilmis Arqo filminde Qotbzadenin real sesinden istifade edilmisdir ve orada sabiq nazir Kanadani beynelxalq huququ kobud sekilde pozmaqda gunahlandirir Qotbzadenin qardasi qizi Senaz Qacarrehimi 2013 cu ilin 26 iyul 3 avqust tarixleri arasinda Nyu York seherinde yerlesen Yeni Ohayo teatrinda emisinin heyatindan ve fealiyyetlerinden behs eden Qirmizi Cersenbe adli pyes sehnelesdirmisdir Senaz musahibelerinde pyesi yazan zaman emisinin qalmaqalli heyatindan ilham aldigini ifade etmisdir 2017 ci ilde Amerika Birlesmis Statlarinin Vasinqton seherinde yasayan fars jurnalist Eli Secadi terefinden Sadeq Qotbzadenin elyazmalari toplusu nesr edilmisdir Secadi sozugeden kitabi hazirlayan zaman Qotbzadeni sexsen tanimis ve onunla birlikde fealiyyet gostermis muxtelif sexslerden musahibeler almisdir 2020 ci ilin fevral ayinda BBC nin farsca xidmeti terefinden Qotbzadenin heyatindan behs eden novbeti senedli film ekranlara cixmisdir Senedli film sexsin muharicetdeki inqilabci bir genc olan zaman hokumet nazirine oradan ise Islam Respublikasinin gozunde bir satqina cevirilmesine qederki dovru fusunkar sekilde ifade etmekdedir Filmin rejissoru ve prosduseri Farsad Bayan tedqiqatcisi ise Mahmud Ezimi olmusdur Layihenin tamamlanmasi 5 ilden cox vaxt aparmisdir Uc hisseden ibaret mini seriyada arxiv goruntulerinden istifade edilmisdir ve Qotbzadeni taniyan ve onunla muxtelif gorusler kecirmis sexsler sabiq nazirin xarakterini serh edirler ve onun Iran Islam Inqilabindan evvelki ve sonraki fealiyyeti ile bagli muxtelif xatirelerini bolusurler Senedli film Youtube da fars dilinde yayimlanib ve ingilisce alt yazisi movcuddur Ingilis ve fransiz dillerini temiz bilen Sadeq Qotbzade hec zaman aile heyati qurmamisdir Fransada yasadigi vaxtlarda romantik munasibetlerde oldugu kanadali jurnalist Kerol Cerom oz xatirelerinde yazir ki istefasindan sonra sevgilisine Irandan cixmagi teklif edir Qotbzade ise ona bele cavab verir Bu inqilab xalqa bexs etdiyim kabusdur Men gunahkaram Men qaliram ve qismetimle barisiram Cerom elave edir O masina oturub gedende aglima da gelmirdi ki onu sonuncu defe gorurem Inanmirdim ki cenab Xomeyni oz oglunu oldurer Istinadlar Ghotbzadeh Iran hostage crisis figure executed The New York Times 17 September 1982 31 December 2019 tarixinde arxivlesdirilib Istifade tarixi 3 August 2013 Western background lay behind clergy s fury at Ghotbzadeh The Montreal Gazette 17 September 1982 14 March 2023 tarixinde arxivlesdirilib Istifade tarixi 4 August 2013 Yadigar Sadiqli Sadeq Qotbzade haqqinda meqale Azerbaycan dili 10 fevral 2022 archive missing date tarixinde arxivlesdirilib Istifade tarixi 16 sentyabr 2023 Houchang Chehabi Rula Jurdi Abisaab Distant Relations Iran and Lebanon in the Last 500 Years I B Tauris 2006 seh 182 ISBN 978 1 86064 561 7 Mehdi Bazargan s biography Bazargan website 21 January 2016 tarixinde arxivlesdirilib Istifade tarixi 3 August 2013 Abbas William Samii The Shah s Lebanon policy the role of SAVAK Middle Eastern Studies 33 1 1997 66 91 doi 10 1080 00263209708701142 Saud Al Zadeh Elia Jazaeri Mousa al Sadr alive in Libyan prison sources Al Arabiya Dubai Beirut 23 February 2011 19 October 2013 tarixinde arxivlesdirilib Istifade tarixi 3 August 2013 Nadia von Maltzahn The Syria Iran Axis Cultural Diplomacy and International Relations in the Middle East I B Tauris 2013 seh 24 ISBN 978 1 78076 537 2 John Cooley Recruiters Trainers Trainees Unholy Wars Afghanistan America and International Terrorism Pluto Press 2002 seh 83 ISBN 978 0 7453 1917 9 Tony Badran Syriana Tablet 22 June 2010 6 September 2013 tarixinde arxivlesdirilib Istifade tarixi 4 August 2013 Tariq Alhomayed An Iranian minister pretending to be a Syrian reporter Asharq Alawsat 11 June 2011 3 September 2014 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 25 August 2013 Houchang E Chehabi Iranian Politics and Religious Modernism The Liberation Movement of Iran Under the Shah and Khomeini I B Tauris 1990 seh 228 ISBN 978 1 85043 198 5 12 Bahman Khomeini Returns PBS 1 February 2009 7 November 2013 tarixinde arxivlesdirilib Istifade tarixi 4 August 2013 Mohammad Sahimi The Ten Days that Changed Iran PBS Los Angeles 3 February 2010 3 July 2018 tarixinde arxivlesdirilib Istifade tarixi 30 July 2013 Barry Rubin Paved with Good Intentions New York Penguin Books 1980 seh 283 Edward A Gargan A Man of Ambiguity The New York Times London 16 September 1982 31 December 2019 tarixinde arxivlesdirilib Istifade tarixi 4 August 2013 redaktor The Revolution PDF Phobos 3 December 2013 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 10 August 2013 Index Ge Gj Rulers 12 August 2013 tarixinde arxivlesdirilib Istifade tarixi 3 August 2013 Robin Morgan Sisterhood is Global The International Women s Movement Anthology Feminist Press at CUNY 1984 seh 329 ISBN 978 1 55861 160 3 Hamid Naficy A Social History of Iranian Cinema Volume 3 The Islamicate Period 1978 1984 Duke University Press 2012 seh 108 ISBN 978 0 8223 4877 1 Maxim Kniazkov Inside the KGB Myth and Reality Washington Monthly 1 April 1991 10 November 2013 tarixinde arxivlesdirilib Istifade tarixi 20 June 2013 Mark Bowden Guests of the Ayatollah the first battle in America s war with militant Islam Atlantic Monthly Press 2006 pp 359 61 Joint report of the Task Force to Investigate Certain Allegations Concerning the Holding of American Hostages by Iran in 1980 October Surprise Task Force October Surprise Task Force Washington D C United States Government Printing Office 3 January 1993 seh 81 OCLC 27492534 H Rept No 102 1102 Mohammad Ataie Revolutionary Iran s 1979 endeavor in Lebanon Middle East Policy XX 2 Summer 2013 137 157 doi 10 1111 mepo 12026 Iran jails Ghotbzadeh The Milwaukee Journal Beirut AP 8 November 1980 Istifade tarixi 4 August 2013 daimi olu kecid Iran arrests Ghotbzadeh for death plot Lawrence Journal Beirut AP 10 November 1980 17 April 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 4 August 2013 Iran aide defends action on Banisadr The New York Times Beirut AP 20 March 1981 31 December 2019 tarixinde arxivlesdirilib Istifade tarixi 4 August 2013 Semira N Nikou Timeline of Iran s Political Events United States Institute of Peace 1 September 2016 tarixinde arxivlesdirilib Istifade tarixi 27 July 2013 Love bloomed during Iranian revolution Ottawa Citizen Ottawa CP 12 August 1986 24 January 2023 tarixinde arxivlesdirilib Istifade tarixi 3 August 2013 Ervand Abrahamian 1999 Tortured Confessions University of California Press p 156 Quotes from Plots are Revealed Ettela at 20 April 1982 George Russell 27 September 1982 Revolution Devouring Its Own Time Shireen T Hunter After the Ayatollah Foreign Policy 66 66 Spring 1987 77 97 doi 10 2307 1148665 JSTOR 1148665 Mark Bowden Ben Affleck s Argo Is Brilliant New Republic 16 October 2012 13 August 2014 tarixinde arxivlesdirilib Istifade tarixi 3 August 2013 Ice Factory 2013 Red Wednesday The New York Times Istifade tarixi 3 August 2013 Now Playing New Ohio Theatre 16 June 2013 tarixinde arxivlesdirilib Istifade tarixi 3 August 2013 Zachary Steward Global Revolution Takes Center Stage in Red Wednesday at Ice Factory 2013 Theater Mania New York City 24 July 2013 9 November 2013 tarixinde arxivlesdirilib Istifade tarixi 3 August 2013 Publication of 1970 Memories of Sadegh Ghotbzadeh in the United States Payvand News California 17 February 2017 23 April 2017 tarixinde arxivlesdirilib Istifade tarixi 21 January 2018 مستند بی بی سی فارسی فرزند انقلاب روایت زندگی صادق قطب زاده BBC News 8 February 2020 26 May 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 24 September 2023 مستند فرزند انقلاب داستان زندگی و مرگ صادق قطب زاده ـ بخش اول 22 December 2021 tarixinde arxivlesdirilib www youtube com vasitesile Sadegh Ghotbzadeh Son of the Revolution YouTube www youtube com vasitesile Xarici kecidlerBBC nin farsca xidmeti terefinden Sadeq Qotbzadenin heyati haqqinda hazirlanmis senedli filmin I hissesi Video BBC nin farsca xidmeti terefinden Sadeq Qotbzadenin heyati haqqinda hazirlanmis senedli filmin II hissesi Video BBC nin farsca xidmeti terefinden Sadeq Qotbzadenin heyati haqqinda hazirlanmis senedli filmin III hissesi Video