Rəşid Behbudov
Rəşid Məcid oğlu Behbudov (1 [14] dekabr 1915, Tiflis – 9 iyun 1989, Moskva) — Azərbaycan müğənnisi, SSRİ xalq artisti (1959), SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və Dağıstan MSSR-ın xalq artisti, Gürcüstan SSR-ın əməkdar incəsənət xadimi.
Rəşid Behbudov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Moskva, RSFSR, SSRİ |
Dəfn yeri | I Fəxri Xiyaban |
Vətəndaşlığı | Rusiya İmperiyası→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Ceyran Behbudova |
Uşağı | Rəşidə Rəşid |
Atası | Məcid Behbudov |
Anası | Firuzə Vəkilova |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktyor |
Fəaliyyət illəri | 1933–1989 |
Janr | xalq musiqisi, opera |
Musiqi alətləri | fortepiano, tar |
Səs tembri | tenor |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə əslən Şuşalı xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi.
Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə öz fəaliyyət orkestrində çalışmışdır.
Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov hərbi xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayır. 1930-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır. Həmin il Ermənistan dövlət caz orkestrinin tərkibində İranda qastrol səfərində olmuşdur.
1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət almışdır. 1944-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının yay salonunda konserti olmuşdur. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin" mükafatı ilə təltif olunur.
1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir.
1946–1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953–1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957–1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.
Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rәşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır.
Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.
2015-ci il 14 dekabrda Heydər Əliyev Sarayında 100 illik yübileyi qeyd olunub.
Ailəsi
Ceyran Behbudovanın (1935–2017) həyat yoldaşı, müğənni Rəşidə Rəşidin atası, Ənvər Behbudov və Nəcibə Behbudovanın qardaşıdır.
Təltif və mükafatları
- Sosialist Əməyi Qəhrəmanı — 23 aprel 1980
- "SSRİ xalq artisti" fəxri adı — 9 iyun 1959
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 20 iyun 1951
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Gürcüstan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 11 dekabr 1977
- "Dağıstan MSSR xalq artisti" fəxri adı
- "Stalin" mükafatı (2-ci dərəcə) — 1946 (Arşın mal alan filmindəki Əsgər roluna görə)
- Azərbaycan SSR Dövlət mükafatı — 1978 (konsert proqramları üçün)
- 2 dəfə "Lenin" ordeni — 6 yanvar 1976; 23 aprel 1980
- "Qırmızı Əmək Bayrağı" ordeni — 1 fevral 1966
- "Xalqlar Dostluğu" ordeni — 13 dekabr 1985
Xatirəsi
- 1991-ci ildə, Bakı şəhərində, keçmiş adı "Leytenant Şmidt küçəsi" və uzunluğu 2,16 km olan mərkəzi küçələrdən biri, Rəşid Behbudovun adına adlandırılmışdır.
- 19 oktyabr 1995-ci ildə, Rəşid Bеhbudovun 80 illiyi ilə əlaqədar qərar qəbul edilmişdir.
- 4 oktyabr 2016-cl ildə, adını daşıdığı küçədə və adını daşıdığı mahnı teatrının qarşısında abidəsi ucaldılıb.
- 18 noyabr 2016-cı ildə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən "Rəşid Behbudov" sürətli sərnişin gəmisi istismara verilmişdir.
Əsərləri
- Aylı Gecələr
- Alagöz
- Anacan, Dostum Evlənir
- Ayrılıq
- Azərbaycan
- Bakı Haqqında Mahnı
- Bakının Ulduzları
- Əlvida
- Evləri Var Xana Xana
- Əziz Şəhər
- Gəlmədin
- Gül Oğlan
- Halvacı
- Həzin Mahnı
- Idet Vesna Po Apsheronu
- Canım Bakı
- Hardadır O Yar
- Bakı 1
- Bakı 2
- Ey Sevincim
- Gözəl Paytaxt
- Ana
- Azərbaycanım
- Əhdimi İnan Var
- Allegro
- Amor Por Ti
- Ariozo Lenskoqo
- Asker'in mahnısı/aryası
- Rudolf'ün mahnısı/aryası
- Azərbaycan 2
- Badamlı
- Bahar Sənsiz
- Balaşın mahnısı/aryası
- Bayatılar
- Cvetok Ispanil
- Djorona
- Firuzə
- Galalı
- Gözəlim Sənsən
- Gülə Bilməz Bahar Sənsiz
- İlk Görüş
- Kəklik
- Üzüyümün Qaşı
- Vals
- Can Bakı
- Avara
- Can Oyna
- Əziz Surat
- İnsan
- Küçələrə su səpmişəm
- Lebu-leb
- Qızıl Üzük
- Romeo Mənim Qonşumdur
- Sənsiz
- Sevgi Mahnısı
- Sevgilim
- Yadıma Sən Düşərsən
Filmoqrafiya
- Arşın mal alan (film, 1945)
- Doğma xalqıma (film, 1954)
- Bəxtiyar (film, 1955)
- Səadət yolu ilə (film, 1956) (sənədli film)
- Azərbaycan mədəniyyətinin baharı (film, 1959)
- Romeo mənim qonşumdur (film, 1963)
- Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii televiziya filmi)-filmdə iştirak edən
- Toyda görüş (film, 1970) (sənədli film)
- Ürəkdən-ürəyə (film, 1970) (sənədli film)
- 1001-ci qastrol (film, 1974)
- Rəşid Behbudov (film, 1975) (sənədli film)
- Azərbaycan elləri (film, 1976) (sənədli film)
- Nəğməkar torpaq (film, 1981)
- Rəşid Behbudov (film, 1985) (sənədli film)
- Ürək nəğməsi (film, 1989) (sənədli film)
- Absurdistan (film, 2008) (tammetrajlı bədii film)-ifasından istifadə edilən müğənni
İstinadlar
- ↑ Музыкальная энциклопедия / под ред. Ю. В. Келдыш — М.: Советская энциклопедия, Советский композитор, 1973. — Т. 1.
- Бейбутов Рашид Маджид оглы // Большая советская энциклопедия: [в 30 т.] / под ред. А. М. Прохорова — 3-е изд. — М.: Советская энциклопедия, 1969.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru: açıq məlumat platforması — 2011.
- Kayzen.az – Böyük musiqiçilər: Rəşid Behbudov
- AzərTAc (09.06.2018). "Rəşid Behbudovun xatirəsi anılıb" (azərb.). Youtube.com. İstifadə tarixi: 2018-06-09.
- http://axsam.az/?name=xeber&news_id=63042
- http://femida.az/az/news/43941
- http://qafqazinfo.az/news/detail/resid-behbudovun-100-illiyi-fotolar-170064
- ↑ SSRİ Xalq artisti R.M.Behbudova Sosialist Əməyi Qəhrəmanı adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 aprel 1980-ci il tarixli Fərmanı — anl.az saytı
- "Указ Президиума Верховного Совета Грузинской ССР о присвоении почетного звания заслуженного деятеля искусств Грузинской ССР тов. Бейбутову Р.М." (PDF) (rus). 1977. 10 iyun 2021 tarixində (PDF). İstifadə tarixi: 10 iyun 2021.
- Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı — anl.az
- Rəşid Bеhbudovun anadan olmasının 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1995-ci il tarixli Qərarı — anl.az saytı
- http://www.azadliq.az/xeber/93439/bakida-resid-behbudovun-heykeli-acildi-yenil%C9%99nib/
- İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmilərinin istismara verilməsi mərasimində iştirak edib. president.az, 18.11.2016 (azərb.)
Xarici keçidlər
- İzlə
- Rəşid Behbudovun sirli ölümü
- Səda — Rəşid Behbudovun anım günüdür (09.06.2016)
Kitablar
- Babayeva Məryəm. Rəşid Behbudovun sənətkarlığı (ali musiqi məktəbləri üçün dərs vəsaiti). Bakı: "Xəzər Universiteti", 2012.
- . "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (azərb.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.