Georgi Məmmədov
Georgi Məmmədov (tam adı: Georgi Ənvəroviç Məmmədov, rus. Гео́ргий Энве́рович Маме́дов; 9 sentyabr 1947, Moskva) — Azərbaycan əsilli SSRİ və Rusiya diplomatı, Rusiyanın Kanadadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri (2003-2014).
Georgi Məmmədov | |||||||
---|---|---|---|---|---|---|---|
Georgi Ənvər oğlu Məmmədov | |||||||
| |||||||
| |||||||
Sələfi | Vitali Çurkin | ||||||
Xələfi | Pyotr Ilyiçev Vasili Nebenzya | ||||||
| |||||||
Şəxsi məlumatlar | |||||||
Təhsili | Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu | ||||||
İxtisası | Diplomat | ||||||
Doğum tarixi | |||||||
Doğum yeri | Moskva, Rusiya SFSR, SSRİ | ||||||
Atası | Ənvər Məmmədov | ||||||
Elmi fəaliyyəti | |||||||
Elmi dərəcəsi | Tarix Elmləri üzrə fəlsəfə doktoru | ||||||
| |||||||
Təltifləri |
Həyatı
Azərbaycanlı olan Georgi Məmmədov 1962-1985-ci illərdə Radio və Televiziya Yayımları Dövlət Komitəsi sədrinin müavini Ənvər Məmmədovun ailəsində anadan olmuşdur.
1970-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Tarix elmləri namizədidir. İngilis və İsveç dillərini bilir.
1970-1974-cü illərdə SSRİ Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun aspiranturasında oxuyub.
1972-1973-cü illərdə SSRİ-nin ABŞ-dakı səfirliyində təlim keçdi,1974-1977-ci illərdə - ABŞ və Kanada İnstitutunun kiçik elmi işçisi olub.
Diplomatik fəaliyyəti
- 1977-1981 -ci illər SSRİ-nin ABŞ-dakı səfirliyində işləmiş: attaşe, səfirliyin ikinci, üçüncü, katibi.
- 1981-1989 -ci illər SSRİ Xarici İşlər Nazirliyinin birinci,ikinci katibi, məsləhətçisi, şöbə müdirinin müavini, ABŞ və Kanada Ofisi rəhbərinin birinci müavini.
- 1989-1990 -сu illər ABŞ və Kanada, SSRİ Xarici İşlər Nazirliyi Ofisi rəhbərinin birinci müavini.
- 1990-1991 -ci ilər SSRİ Xarici İşlər Nazirliyinin ABŞ və Kanada nümayəndəliyinin rəhbəri.
- 1991- ci il Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini.
- 1993-1995 - ci illər Rusiya Federasiyasının xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq üzrə idarələrarası komissiyasının üzvü idi.
- 1993-1994 - ci illər Rusiya Federasiyasının ərazisində kimyəvi silahların məhv edilməsi obyektlərinin yerləşdirilməsi üçün ərazilərin seçilməsi üzrə Hökumət Komissiyasının üzvü.
- 1994-1995 - ci illər Rusiya Federasiyasının sərhəd maraqlarının müdafiəsi üzrə idarələrarası komissiyanın rəhbəri.
- 1995 - Rusiya Federasiyasının beynəlxalq maliyyə və iqtisadi təşkilatlarla əməkdaşlıq üzrə idarələrarası komissiyası rəhbərinin və G-7 müavini.
- 1995-1996 - ci illər Rusiya Federasiyasının müdafiə sənayesi üzrə Dövlət Komitəsinin üzvü.
- 1997 - ci il Rusiya Federasiyası Təhlükəsizlik Şurasının müdafiə təhlükəsizliyi üzrə idarələrarası komissiyasının tərkibində olmuşdur.
- 1997-2003 - Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini olub.
- 2003-2014 - cü illər Rusiya Federasiyasının Kanadadakı fövqəladə və səlahiyyətli səfiri olub.
Ailəsi
Diplomatik rütbə
Mükafatları
- "Fəxri Fərman" (7 iyun 1996) - dövlətə göstərdiyi xidmətlər və uzun illər vicdanla çalışdığı üçün.
- Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində fəal iştirakına və uzun illərin vicdanla işləməsinə görə - IV dərəcəli "Vətənə xidmətə görə" ordeni (14 noyabr 2002).
- 26 il Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində böyük töhfəyə və vicdanlı diplomatik xidmətə görə - "Mükəmməl xidmətə görə" ordeni, (26 yanvar 2008).
- Rusiya Federasiyası Prezidentinin fəxri Sertifikatı (16 Noyabr 2012) - Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsindəki xidmətlərinə görə.
- Rusiya Federasiyasının Diplomatik Xidmətinin əməkdar işçisi (21 dekabr 2013) - Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində böyük töhfəsinə, elmi və pedaqoji fəaliyyətinə və uzun illər vicdanla çalışmasına görə.
- "Xalqların dostluğu" ordeni.
Həmçinin bax
İstinadlar
- Чрезвычайный и Полномочный Посол
- Георгий Мамедов на сайте Центра военно-политических исследований
- ↑ . 2019-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
- . 2010-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
- Мыскина собирает Большой детский шлем // KP.RU
- "Анастасия Мыскина родила сына Павла". 2012-03-09 tarixində . İstifadə tarixi: 2012-03-14. (#parameter_ignored_suggest)
- Президент Российской Федерации Указ Президента Российской Федерации от 7 июня 1996 г. № 839 «О награждении государственными наградами Российской Федерации» // Собрание законодательства Российской Федерации — 1996.
- Президент Российской Федерации Указ Президента Российской Федерации от 14 ноября 2002 г. № 1327 «О награждении государственными наградами Российской Федерации сотрудников Министерства иностранных дел Российской Федерации» // Собрание законодательства Российской Федерации — 2002.
- Президент Российской Федерации Указ Президента Российской Федерации от 26 января 2008 г. № 98 «О награждении государственными наградами Российской Федерации» // Собрание законодательства Российской Федерации — 2008.
- Президент Российской Федерации Распоряжение Президента Российской Федерации от 16 ноября 2012 г. № 523-рп «О поощрении» — 2012.
- Президент Российской Федерации Указ Президента Российской Федерации от 21 декабря 2013 г. № 929 «О награждении государственными наградами Российской Федерации» // Собрание законодательства Российской Федерации — 2013.
- Биография на сайте «Биография. Ру»
Xarici keçidlər
- Биография на сайте «Биография. Ру» (rus.)