Azərbaycan Premyer Liqası
Azərbaycan Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Azərbaycan Premyer Liqasında 8 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır.
Ölkə | Azərbaycan |
---|---|
Konfederasiya | UEFA |
Açılış ili | 1992 |
İlk sezon | 1992 |
Komandaların sayı | 8 |
Liqalar sistemində səviyyə | 1 |
Aşağı liqa | Azərbaycan Birinci Divizionu |
Digər kubok(lar) | Azərbaycan Kuboku Azərbaycan Superkuboku |
Beynəlxalq kubok(lar) | UEFA Çempionlar Liqası UEFA Avropa Liqası UEFA Konfrans Liqası |
Son çempion | Neftçi |
Ən uğurlu komanda | Neftçi (9 dəfə) |
TV partnyoru | CBC Sport |
Veb səhifəsi | www.pfl.az |
Futbol üzrə Azərbaycan çempionatı 2020/2021 |
Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 8 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Neftçi"dir. Hazırki çempion "Neftçi", 2020-21 mövsümündə 9-cu dəfə bu titulu qazanmışdır.
Tarixi
1990-cı illər
1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır. Gəncəlilər 1997/98 mövsümündə başlayan və 1998/99 mövsümündə başa çatan seriya müddətində 20 görüşdə qələbələri sıralayıb.
2000-ci illər
2000-ci illərin ortasında iqtisadi böhran yerli klublara ciddi zərbə vurdu və nəticədə, "Xəzri Buzovna", "Şəfa" və "ANS Pivani Bakı" kimi klublar mövcüdluğunu dayandırdı. Premyer Liqa klublarının 2002-ci ilin aprelində çempionatının dayandırması və AFFA ilə pikə çatan gərginlik, FİFA və UEFA-nın 2 illik sanksiyası ilə bitdi. Yarışı yarımçıq dayandıran klublar öz yaratdıqları Təşkilat Komitəsinin təşəbbüsü ilə çempionatı davam etdirdi. Lakin "alternativ çempionat" kimi tarixə düşən həmin turnir qeyri-rəsmi hesab edildi. Ölkədə "böyük futbol”un faktiki olaraq yoxa çıxması ilə nəticələnən münaqişədən sonra çox sayda oyunçu xaricə üz tutdu. Xaricə yollana bilməyənlərin bir qismi alternativ çempionatda, digərləri isə futzal yarışlarında çıxış etməyə başladı.
Yeni əsrdə Neftçinin çempionatda hegemonluğuna "Xəzər Lənkəran", "İnter Bakı" və "Bakı" kimi yeni rəqiblər son qoymağa çalışırdı. 2005-ci ildə "Neftçi" çempionatın sonunda "Xəzər Lənkəran" klubu ilə eyni xal yığdığı üçün çempionu müəyyənləşdirmək üçün "Qızıl oyun" keçirildi. Gəncə şəhər stadionunda keçirilən oyunda "Neftçi" "Xəzər Lənkəran"ı 2:1 hesabı ilə üstələyərək, ardıcıl ikinci dəfə çempionluğu bayram etdi. Ağasəlim Mircavadovun rəhbərliyi altında "Xəzər Lənkəran" iki dəfə Azərbaycan Kubokunu qazanmış, 2006-ci ildə isə çempion oldu.
2010-cu illər
2010-cu ildə "Neftçi" altı uğursuz ildən sonra çempion oldu. Növbəti mövsümdə "Neftçi" yeddinci dəfə Azərbaycan çempionu oldu. 2012-ci ilin avqustun 30-da Böyükağa Hacıyevin rəhbərlik etdiyi "Neftçi" səfərdə APOEL-ə 3:1 (İlk oyun: 1:1) hesabı ilə qalib gələrək Azərbaycan futbol tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Növbəti mövsümdə "Neftçi" ardıcıl 3-cü dəfə ölkə çempionu oldu.
2013-cü ildən başlayaraq Azərbaycan Premyer Liqasında "Qarabağ" hegemonluq edir. Həmin mövsüm "Qarabağ" 21 ildən sonra ikinci çempionluğu qeyd etdi. 2014-cü ildə "Qarabağ" Azərbaycan futbolunda avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ikinci, 2015-ci ildə "Qəbələ" üçüncü klub kimi tarixə düşdü. 2016-cı ildə "Qarabağ" ardıcıl 4-cü dəfə ölkə çempionu oldu. 2017-ci il avqustun 24-də "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Həmin ildə Azərbaycan Premyer Liqası Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünyanın ən yaxşı çempionatlarının reytinq siyahısında 33-cü yerdə qərarlaşıb.
2018-ci il aprelin 22-də "Qarabağ" ardıcıl beşinci dəfə çempion titulunu qazanıb.
2020-ci illər
2020-ci ildə COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, Azərbaycan ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümündə çempionat və kubok yarışı dayandırılıb. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib. "Qarabağ" ardıcıl 7-ci, ümumilikdə 8-ci dəfə çempionluq əldə edib.
2020/2021-ci mövsümünün son oyunda "Neftçi" "Qarabağ"ı 1-0 məğlub edərək, "Qarabağ"ın ardıcıl 7 mövsümlük çempionluğuna son qoydu və klubun 9-cu çempionluğunu qazandı.
Korporativ strukturu
13 iyun 2008-ci ildən Azərbaycan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Birinci Divizionu və Azərbaycan Kuboku yarışlarını təşkil edir. Quruma Ramin Musayev rəhbərlik edir.
Hazırda Azərbaycan Premyer Liqasının üç klubu — "Neftçi", "Qarabağ" və "Qəbələ" Avropa Klublar Assosiasiyasının (ECA) üzvüdür. Avropa Klublar Assosiasiyası UEFA Klub Müsabiqələri Komitəsinə üç üzv seçilməsinə nəzarət edir; hansı ki, Çempionlar Liqası və UEFA Avropa Liqası kimi UEFA müsabiqələrində əməliyyatlarında rol oynayır.
Müsabiqə formatı
Hazırda Azərbaycan Premyer Liqasında 8 futbol klubu iştirak edir. Mövsüm ərzində (avqustdan maya qədər) hər klub rəqibləri ilə dörd dəfə (dairəvi sistem) görüşür: iki dəfə öz sahəsində, iki dəfə səfərdə. Cəmi 28 oyun keçirilir. Komandalara qələbəyə görə üç xal, heç-heçəyə görə bir xal və məğlubiyyətə görə sıfır xal verilir. Komandalar ümumi xallar, sonra qol fərqləri ilə və daha sonra vurulan qollarla sıralanır. Əgər vəziyyət eynidirsə, komandalar eyni mövqedə yer alır.
Aşağıda Azərbaycan Premyer Liqasının tarixi boyu komandaların sayı qeyd olunur:
|
|
|
Avrokuboklar üçün kvalifikasiya
Azərbaycan Premyer Liqasında birinci yer tutan komanda UEFA Çempionlar Liqasının birinci pley-off mərhələsinə, ikinci və üçüncü yer tutan komandalar isə UEFA Konfrans Liqasının ikinci mərhələsinə avtomatik vəsiqə qazanır. Azərbaycan Kubokunun qalibi UEFA Konfrans Liqasının ikinci mərhələsində avtomatik vəsiqə qazanır. Əgər Azərbaycan Kubokunun qalibi avrokuboklara vəsiqə qazanıbsa, Azərbaycan Premyer Liqasında dördüncü yer tutan komanda UEFA Konfrans Liqasının ikinci mərhələsinə avtomatik vəsiqə qazanır.
Klublar
Kursiv ilə yazılan klub Qarabağ regionunda yerləşir və ev oyunlarını Qarabağ münaqişəsinə görə Bakıda keçirir.
Stadionları və yerləri
- Qeyd: Cədvəl əlifba sırası ilə siyahlanıb
Komanda | Ərazi | Stadion | Stadion tutumu |
---|---|---|---|
Keşlə | Bakı | ASK Arena | 8,125 |
Neftçi | Bakı | Bakcell Arena | 11,000 |
Qarabağ | Bakı | Azərsun Arena | 5,800 |
Qəbələ | Qəbələ | Qəbələ şəhər stadionu | 3,500 |
Sabah | Bakı | Əlincə stadionu | 13,000 |
Səbail | Bakı | Bayıl Arena | 5,000 |
Sumqayıt | Sumqayıt | Kapital Bank Arena | 1,500 |
Zirə | Bakı | Zirə Olimpiya idman kompleksi stadionu | 1,500 |
Çempionlar və bombardirlər
Mükafatçı klublar
Klub | Çempion | Qalib olduğu illər |
---|---|---|
Neftçi Bakı | 1992, 1995–96, 1996–97, 2003–04, 2004–05, 2010–11, 2011–12, 2012–13, 2020–21 | |
Qarabağ | 1993, 2013–14, 2014–15, 2015–16, 2016-17, 2017-18, 2018-19, 2019-20 | |
Kəpəz | 1994–95, 1997–98, 1998–99 | |
Şəmkir | 1999–00, 2000–01 | |
Bakı | 2005–06, 2008–09 | |
Keşlə | 2007–08, 2009–10 | |
Turan | 1993–94 | |
Xəzər-Lənkəran | 2006–07 |
Azərbaycan SSR çempionları
|
|
|
|
Sponsorluq və loqo
2009-cu ilə qədər Azərbaycan Premyer Liqasının sponsoru olmayıb. 2009-cü ilin sentyabrında "Unibank" və Peşəkar Futbol Liqası arasında sponsor sazişinin imzalandın və ölkə çempionatına ilk dəfə kommersiya strukturu tərəfindən sponsorluq edildi. 2012-ci ildən 2019-cu ilə qədər Azərbaycan Premyer Liqasına "Topaz" bukmeker şirkəti sponsorluq edib.
2020-ci il avqustun 2-də Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edib. Yeni loqo qartal, alov və dalğa ilə əhatələnən futbol topu elementləri üzərində qurulub.
Maliyyə
Azərbaycan Premyer Liqası başladığı ildən, 32-dən çox klub müflis olub. 2000-ci illərin ortasında APL və Azərbaycan Birinci Divizionu arasında uçurum yaranması futbol ekspertləri tərəfindən tənqid olunmuşdur. 2008-ci ildən 2016-cı ilə qədər Azərbaycan Premyer Liqasına külli miqdarda vəsait axmağa başladı.
2015-ci ildən Azərbaycan Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunur. 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min AZN-dək müəyyənləşdirilib. Azərbaycan milli futbol komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. AFFA-nın İcraiyyə Komitəsinin qərarına riayət etməyən, formal olaraq müəyənləşdirilmiş maaş göstərən, lakin faktiki olaraq limitdən artıq maaş verən klublar müəyyənləşdirilərək cəzalandırılır.
Medianın işıqlandırması
2009-cu ildə PFL və AzTV Qapalı Səhmdar Cəmiyyəti arasında Azərbaycan Premyer Liqası və Kubokunun oyunlarının eksklüziv çəkiliş və yayım hüququna dair müqavilə imzalanıb. 2009-cu ildən 2015-ci ilə qədər Azərbaycanda Premyer Liqa İdman Azərbaycan TV tərəfindən yayımlanırdı. 2015/16 mövsümündə Azərbaycan Premyer Liqasının yayım hüququ üçün tender təşkil olundu. Tenderin qalibi CBC Sport oldu.
Statistika və rekordlar
Premyer Liqada olan oyunçular mövsümün sonuna kimi Azərbaycan Premyer Liqasının Qızıl Butsu üçün rəqabət aparırlar. Nazim Əliyev APL-ın tarixində ən çox qol vuran futbolçudur. 1995-96 mövsümündə o, APL-də ilk 100 qol vuran oyunçu olmuşdur. O vaxtdan bəri, 10 digər oyunçular 100 qol nişanına çatmışlar. Qalın şriftlərlə göstərilən oyunçular hələ karyerasını davam etdirir:
Oyunçu | Dövr | Klub | Qol | |
---|---|---|---|---|
1 | Nazim Əliyev | 1992–1999 | Xəzər Sumqayıt | 183 |
2 | Müşfiq Hüseynov | 1992–2007 | Qarabağ | 125 |
3 | Rövşən Əhmədov | 1992–2003 | Kəpəz | 116 |
4-5 | Qurban Qurbanov | 1990–2006 | Neftçi | 115 |
4-5 | Samir Ələkbərov | 1992–2001 | Neftçi | 115 |
6 | Alay Bəhramov | 1992–1999 | Viləş Masallı | 108 |
7 | Nadir Nəbiyev | 1995–2012 | Turan | 103 |
8-9 | Vadim Vasilyev | 1994–2007 | Bakı Fəhləsi | 102 |
8-9 | Xəqani Məmmədov | 1994–2012 | Keşlə | 102 |
10 | Kənan Kərimov | 1995–2012 | Şəmkir | 101 |
Oyunçu | Dövr | Klub | Oyun | |
---|---|---|---|---|
1 | Mahmud Qurbanov | 1992–2012 | Kəpəz | 421 |
2 | Rəşad Sadiqov | 1998–2018 | Neftçi | 397 |
3 | Rəşad Sadıqov | 2000–2020 | Qarabağ | 389 |
4 | Azər Məmmədov | 1992–2012 | Kəpəz | 388 |
5 | Aslan Kərimov | 1992–2011 | Qarabağ | 382 |
6 | Rəşad Abdullayev | 1994–2017 | Xəzər Lənkəran | 368 |
7 | Aqil Məmmədov | 1992–2011 | Turan | 363 |
8 | Rahid Əmirquliyev | 2003– | Xəzər Lənkəran | 360 |
9 | İsmayıl Məmmədov | 1992–2009 | Şəmkir | 351 |
10 | Kənan Kərimov | 1995–2012 | Şəmkir | 327 |
Mükafatçı baş məşqçilər
Azarkeş sayı
Mövsüm sayı | Ümumi azarkeş sayı | Orta azarkeş sayı | İst. |
---|---|---|---|
2001–02 | 187,929 | 1,099 | |
Liqa ləğv olunub | - | - | - |
2003–04 | 195,840 | 1,360 | |
2004–05 | 470,670 | 1,623 | |
2005–06 | - | 1,623 | |
2006–07 | - | 1,085 | |
2007–08 | - | 1,564 | |
2008–09 | - | 1,643 | |
2009–10 | - | 1,701 | |
2010–11 | - | 1,871 | |
2011–12 | - | 2,299 | |
2012–13 | - | 2,381 | |
2013–14 | - | 1,703 | |
2014–15 | - | 1,537 | |
2015–16 | - | 1,521 | |
2016–17 | - | 2,587 | |
2017–18 | - | 2,016 | |
2018–19 | - | 2,022 | |
2019–20 | - | 1,012 |
Mükafatlar
Kubok
Çempionluq kuboku PFL-in sifarişinə əsasən, Fransanın "Arthus-Bertrand" şirkəti hazırlayır və hər mövsümun sonu Azərbaycan Premyer Liqasının qalibinə təqdim olunur.
Ayın və ilin oyunçusu
Mövsün ərzində "Ayın futbolçusu" və "İlin futbolçusu" futbol klublarının baş məşqçiləri, komandaların kapitanları və idman jurnalistləri arasında PFL tərəfindən keçirilən sorğuya əsasən müəyyənləşir. Qalib oyunçuya PFL və sponsorun hədiyyələri və pul mükafatı təqdim olunur. 2014-cü ildən "Ayın futbolçusu" mükafatın verilməsi dayandırılıb.
Qeydlər
- 2017-ci ildən klub rəsmən "Keşlə" adlandırılıb.
- AFFA və klublar arasında yaranan münaqişəyə görə bu mövsüm heç bir futbol çempionatı təşkil edilməmişdir.
İstinadlar
- ↑ ""Çelsi"dən yeni rekord: "Kəpəz"ə hələ çox var". www.apasport.az. www.apasport.az. İstifadə tarixi: 3 sentyabr 2017.
- "Azerbaijan embargo ends". www.uefa.com. UEFA. İstifadə tarixi: 3 sentyabr 2017.
- "Peace at last in Azerbaijan". www.uefa.com. UEFA. İstifadə tarixi: 3 sentyabr 2017.
- "Azerbaijan soccer tries to extricate itself from trouble". www.abc.net.au. www.abc.net.au. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ ""Futzalla futbolu eyni vaxtda oynamağı məsləhət görmürəm" - iki idman növü üzrə yığmamızın sabiq üzvü (LAYİHƏ)". sportfm.az. sportfm.az. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ ""Xəzər Lənkəran"ın Gəncə macəraları". apasport.az. apasport.az. İstifadə tarixi: 3 sentyabr 2017.
- "Ən azı 2 klubla çempion olan 3-cü baş məşqçi". www.pfl.az. www.pfl.az. İstifadə tarixi: 3 sentyabr 2017.
- "Neftchi are Azerbaijani champions". news.az. news.az. İstifadə tarixi: 3 sentyabr 2017.
- "Neftçi take title honours in Azerbaijan". www.uefa.com. UEFA. İstifadə tarixi: 3 sentyabr 2017.
- ""Neftçi"nin yeddinci çempionluğu". qol.az. İstifadə tarixi: 3 sentyabr 2017.
- "Neftchi FC for the first time in the history of football in Azerbaijan wins a ticket to the group stage of UEFA Europa League Zoom". en.apa.az. İstifadə tarixi: 3 sentyabr 2017.[ölü keçid]
- ""Neftçi" ardıcıl 3-cü dəfə ölkə çempionu oldu". www.azsport.az. İstifadə tarixi: 3 sentyabr 2017.
- Gault, Matt. "Qarabag are exiled from their home but could shock the Champions League". www.theguardian.com. İstifadə tarixi: 3 sentyabr 2017.
- Oqtay, Atayev. "Qarabağ end 21-year wait for Azerbaijani title". UEFA. İstifadə tarixi: 3 sentyabr 2017.
- "Qəbələ Azərbaycanın qrup mərhələsinə vəsiqə qazanan 3-cü klubu oldu". www.azerisport.com. İstifadə tarixi: 3 sentyabr 2017.
- "Qarabağ v København: play-off facts and stats". UEFA. İstifadə tarixi: 3 sentyabr 2017.
- "Champions League round-up: Qarabag make history by qualifying for group stages". www.skysports.com. İstifadə tarixi: 3 sentyabr 2017.
- "Premyer Liqanın tərəqqi qrafiki: 8 ildə 73 pillə". apasport.az. İstifadə tarixi: 4 sentyabr 2017.
- ""Qarabağ" ardıcıl beşinci dəfə çempion oldu". oxu.az. oxu.az. İstifadə tarixi: 15 avqust 2018.
- ↑ ""Qarabağ" çempion oldu - RƏSMİ". www.yeniavaz.com. www.yeniavaz.com. İstifadə tarixi: 20 iyun 2020.
- ""Neftçi" Azərbaycan çempionu olub". apa.az. apa.az. İstifadə tarixi: 20 may 2021.
- "Soccer: Keisuke Honda wins Azerbaijan Premier League title with Neftchi Baku". mainichi.jp. mainichi.jp. İstifadə tarixi: 20 may 2021.
- "Peşəkar Futbol Liqası 8 yaşında". www.fanat.az. İstifadə tarixi: 3 sentyabr 2017.
- "Ramin Musayev elected President of Azerbaijan Professional Football League Zoom". en.apa.az. İstifadə tarixi: 3 sentyabr 2017.[ölü keçid]
- "ECA Members 2017/18". www.ecaeurope.com. İstifadə tarixi: 3 sentyabr 2017.
- "European Club Association: General Presentation". European Club Association. 9 August 2010 tarixində . İstifadə tarixi: 7 September 2010.
- Azerbaijan 2001/02
- Azerbaijan 2002/03
- "Azərbaycan Premyer Liqasının sponsoru dəşiyib". www.azadliq.org. İstifadə tarixi: 4 sentyabr 2017.
- "Azerbaijani Premier League has a new sponsor". news.az. İstifadə tarixi: 4 sentyabr 2017.
- "Premyer Liqanın yeni sponsoru ilə müqavilə imzalandı". kaspi.az. İstifadə tarixi: 4 sentyabr 2017.
- "Topaz Premyer Liqanın sponsorluğundan imtina etdi". qol.az. qol.az. İstifadə tarixi: 6 avqust 2019.
- "Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim edildi". qol.az. qol.az. İstifadə tarixi: 13 avqust 2020.
- "Azərbaycan futbolu son 20 ildə 14 klub itirib - RƏSMİ". www.fanat.az. İstifadə tarixi: 3 noyabr 2017.
- Ramil Əliyev: "Premyer Liqa ilə I divizion arasında böyük uçurum var"
- Muxtarlı, Turan. "Azərbaycanda futbol klubları niyə dağılır?". www.meydan.tv. İstifadə tarixi: 4 sentyabr 2017.
- Abbasov, Shahin. "Azerbaijan: Corporate Spending Pumps Up Soccer League". www.eurasianet.org. İstifadə tarixi: 4 sentyabr 2017.
- ↑ "AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin məlumatı". www.affa.az. AFFA. İstifadə tarixi: 4 sentyabr 2017.
- Premyer Liqanın oyunları AzTV-də yayımlanacaq
- . 2015-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.
- "CBC channel to broadcast Premier League matches in Azerbaijani". report.az. İstifadə tarixi: 4 sentyabr 2017.
- Ekspress Newspaper Arxivləşdirilib 2014-08-05 at Archive.today (az.)
- ↑ "34 bombardir - 50-yə çatanlar". apasport.az. İstifadə tarixi: 4 sentyabr 2017.
- oyunçunun ən çox qol vurduğu klub
- "300-ə çatan Azərbaycan futbolçuları". apasport.az. İstifadə tarixi: 4 sentyabr 2017.
- oyunçunun ən çox oyun keçirdiyi klub
- "Посещаемость чемпионата Азербайджана выросла на 22%" (rus). Azerisport.com. İstifadə tarixi: 23 November 2010.
- ↑ "2003–04 Azerbaijan Top League" (Croatian). Jutarnji list. 6 April 2010. səh. 97.
- ↑ . 19 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 July 2011. (#invalid_param_val)
- "Azerbaijani Premier League fourth in attendance in post-Soviet space". News.az. İstifadə tarixi: 27 August 2013.
- . fanat.az (Azerbaijani). 30 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 December 2012.
- "Bakıda futbola maraq yoxdur: Lənkəranlılar hamıdan öndə". apasport.az (Azerbaijani). İstifadə tarixi: 29 December 2013.
- "Azerbaijan Premier League-attendances". european-football-statistics.co.uk (English). İstifadə tarixi: 30 May 2015.
- ↑ "Azerbaijan Premier League-attendances". european-football-statistics.co.uk (English). İstifadə tarixi: 30 May 2016.
- "Neftçi"yə çempionluq kuboku təqdim olundu
- . 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-22.
- Unibank Premyer Liqasında fevralın ən yaxşı oyunçusu müəyyənləşmişdir
Xarici keçidlər
- Azərbaycan Peşəkar Futbol Liqası