Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Bu məqalənin neytrallığı şübhə doğurur Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən

Aşıq Kamil Zülfüqarov

Aşıq Kamil Zülfüqarov
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az
Bu məqalənin şübhə doğurur.
Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən, və ya fikirlərin olduğu iddia edilir. Xahiş olunur, bu məsələ ilə əlaqədar iştirak edəsiniz. (iyun 2025)

Kamil Şamil oğlu Zülfüqarov (1 may 1929 Salyan, Salyan rayonu, Boranıkənd – 7 dekabr 2004 Salyan) — Azərbaycan ustad aşığı, Şirvan aşıq məktəbinin nümayəndəsi,Salyan Rayon Mədəniyyət Evi "Kür" Aşıqlar Ansamblının bədii rəhbəri (1980),Azərbaycan Gənclərinin III Ümumrespublika Festivalının laureatı (1962), "Çiçəklən, bizim Azərbaycan!" Festivalının laureatı (1962), Azərbaycan LKGİ mükafatı laureatı (1978), Azərbaycan Aşıqlarının IV Qurultayının nümayəndəsi (1984), Azərbaycan Aşıqlar Birliyinin üzvü (1978), el sənətkarı.

Kamil Zülfüqarov
Kamil Şamil oğlu Zülfüqarov
image
Ümumi məlumatlar
Doğum tarixi 1 may 1929
Doğum yeri Boranıkənd, Salyan Azərbaycan SSR
Vəfat tarixi 7 dekabr 2004 (75 yaşında)
Vəfat yeri Salyan
Dəfn yeri Salyan
Vətəndaşlığı image SSRİ→
image Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti
  • aşıq
  • şair
  • musiqiçi
  • bəstəkar
Janr folklor
Musiqi aləti
  • saz
  • tar
Üzvlüyü
Azərbaycan Aşıqlar Birliyi

Azərbaycan LKGİ

Mükafatları

29 may 1947 6 may 1985 1986 1995

image1978 image

Həyatı

image
Aşıq Kamil (ortada). Gənclik illəri

Kamil Zülfüqarov 1 may 1929-cu ildə Salyan rayonunun Boranıkənd kəndində sadə kolxozçu ailəsində anadan olub. Atası Şamil Şahmar oğlu kolxozçu, anası Muxlisə isə ev xanımı idi. Kamil azyaşlı olsa da 1944-cü ildən atası ilə birgə kolxozda çalışır və ailələrinə köməklik göstərirdi. 1946-cı ildə Şorsulu kənd orta məktəbini bitirmişdir. Atası onu həkim görmək istəsə də Kamil balaca yaşlarından bütün varlığı ilə aşıqlıq sənətini sevirdi. 14 yaşında sənətə ilk addımlarını atır, kənddəki mədəniyyət klubunda çalışır, aşıqlıq sənəti məşğul olaraq ailəsini saxlayır. Tezliklə onun şöhrəti qonşu kəndlərə də yayılır. Kənddə, eləcə də qonşuluqlardakı bütün el şənliklərində iştirak edir.

1952-ci ildə Məssurə Soltan qızı ilə ailə qurur. Aşıq Pənah Pənahovun rəhbərlik etdiyi "Kür" aşıqlar ansamblın üzvü olur. Ansamblın üzvləri Qurban Sadıqov, Aşıq Bəylər Qədirov, Valeh Quliyev kimi tanınmış aşıqlar idi. 1955-ci ildə Salyan rayonuna köçür. Bundan sonra onun aşıqlıq fəaliyyəti sürətlə yüksəlir və daha çox tanınmağa başlayır. Respublikanın bir çox yerlərində Aşıq Pənah Pənahov, Aşıq Bəylər, Aşıq Qurbanxan Sadıqov, Manaf Məmmədov ("Cəngi" ansamblının rəhbəri), balabançı Əlməmməd Əmrahov, xanəndə Sədulla Rzayev, qarmon ifaçısı Aslan İlyasovla birgə bir çox el məclislərində iştirak etmişdir.

Aşıq Kamil Zülfüqarov haqqında qəzet, jurnal və kitablarda çoxsaylı məqalələr dərc olunmuşdur. Mərhum folklorşünas, filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev də onun sənətini yüksək qiymətləndirib, haqqında bir çox kitablarında bəhs edib və məqalələr yazıb. Aşıq Kamil Seyfəddin Qəniyevə Şirvan folklor mühitinin tədqiqatında bir çox köməkliklər etmişdir. Şəxsi arxivində qoruyub saxladığı Azərbaycan dastanları, aşıqlıq sənəti və sənət yoldaşlarının məlumatlarını toplayıb ona ötürmüşdür.Ağacavad Əlizadə, Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk, Seyfəddin Qəniyev və general Xəlil Xəlilov kimi şəxsiyyətlər Aşıq Kamilin yaxın dostları olmuşlar.Salyan məsçidinin axundu və nahiyyə qazisi Aşıq Kamilin bacısı Rəna xanımın həyat yoldaşı olmuşdur.

Aşıq Kamil 7 dekabr 2004-cü ildə beyinə qan sızması nəticəsində vəfat etmiş və Salyanda dəfn edilmişdir.

Yaradıcılığı

image
soldan sağa: Aşıq Qurban Sadıqov, balabançı Manaf Məmmədov, Aşıq Kamil (4-cü), Aşıq Valeh Quliyev, balabançı Əlməmməd Əmrahov, balabançı Gülmurad Babayev, Aşıq Bəylər. 16 aprel, 1975-ci il

Şirvan aşıq məktəbinin tanınmış nümayəndələrindən olan Aşıq Kamil sənətə kənd mədəniyyət klubunda tar çalmaqla başlamışdır. Tarda ifa etməyi ona heç kim öyrətməyib. Heç bir aşığın yanında şagird olmamışdır. Səhnə mədəniyyətinin bəzi sirlərini isə qohumu qarmonçu Qəmbərdən öyrənir. 1946-cı ildən başlayaraq, yəni 17 yaşından o, artıq sərbəst aşıq kimi fəaliyyət göstərir və el arasında tanınırdı. 1947-ci ildə Salyan Rayon Mədəniyyət Evinin mədəni-çadırının kütləvi işçisi kimi çalışmağa başlayır. Aşıq Kamil 1951-ci ildən etibarən dövlət tədbirlərində, festivallarda fəal iştirak etmişdir. Respublika baxış müsabiqələrində uğurlu iştirak edərək çoxsaylı I, II dərəcəli mükafatlar və fəxri fərmanlar almışdır. 1952-ci ildə Salyan Rayon Mədəniyyət Evinin Aşıqlar ansamblının və mədəniyyət evi fəaliyyət kollektivinin üzvü olur. Ansamblının tərkibində onun çoxlu uğurları olmuşdur.Salyan Aşıqlar Ansamblının üzvləri ilə birgə o, Bakı, Sumqayıt və Gəncə şəhərlərində, habelə respublikamızın bir sıra kənd və rayonlarında konsert proqramı ilə çıxış etmişdir. 1951-ci ildən Azərbaycanın mərkəzi və yerli qəzetlərində Aşıq Kamilin 110-dan çox şeiri çap olunmuşdur, haqqında çoxsaylı məqalələr yazılmışdır.

Azərbaycan xalq dastanlarının mahir ifaçısı və təbliğatçısı olmuşdur, 30-a yaxın müxtəlif mövzuda xalq dastanı bilirdi. Aşıq dastanlarının öyrənilib yayılmasında əməyi böyükdür. O, Koroğlu, Abbas və Gülgəz, "Valeh və Zərnigar", "Tahir və Zöhrə" və s. dastanları toy və bayram şənliklərində söyləmiş, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Əmrah" dastanından parçalar ifa etmişdir. O, tanınmış aşıqların bədii irsinə yiyələndiyi kimi, şairlərin xalq yaradıcılığı ruhunda yazmış olduqları şeirlərə də saz havaları qoşmuşdur. Onun vətən, sülh, azadlıq, məhəbbət, zəhmətkeşlər və s. haqqında çoxlu şeir və mahnıları vardır.

image
Aşıq Kamil (soldan 1-ci) Azərbaycan Dövlət Akademik Filarmoniyası. 18 aprel 1966-cı il

1958–1970-ci illər arasında dəfələrlə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Aşıqlar gecəsi", "Salyan aşıqları gecəsi" adlı konsert proqramlarıyla sənət yoldaşları Əliməhəmməd Əmrahov, Manaf Məmmədov ("Cəngi" ansamblının rəhbəri), Aşıq Pənah Pənahov, Aşıq Qurban Sadıqov, Valeh Quliyev, Sahib Rəhimov, Aşıq Bəylər və s. sənətkarlarla birlikdə çıxış etmişdir. Dəfələrlə Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (XTNS) iştirak edərək Azərbaycanı təmsil etmişdir. Rusiyanın digər şəhərlərində, Qazaxıstanda həm dövlət konsertlərində, həm də el məclislərində iştirak etmişdir.

1961-ci il 27 apreldə Azərbaycan Aşıqlarının III qurultayının, həmçinin Gənclərin I və II respublika festivallarının iştirakçısı olmuşdur. 1962-ci il 27 iyulda Azərbaycan Gənclərinin III Ümumrespublika Festivalının laureatı olmuşdur. Elə həmin ildə Bakı şəhərində "Çiçəklən, bizim Azərbaycan!" devizi altında keçirilən festivalın laureatı adına layiq görülmüşdür. Aşıq Kamil 1972-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Aşıq Ələsgərin 150 illik yubileyində Azərbaycan aşıq sənətində xidmətlərinə, qazandığı uğurlara və yubileydə uğurlu çıxışına görə "Aşıq Ələsgər — 150" yubiley medalı ilə təltif olunmuşdur.

image
Aşıq Kamil (Süleyman Rüstəmin 75 illiyi münasibətilə zəhmətkeşlərlə görüş, 1981)

1978-ci il 21 sentyabrdan Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. 1978-ci ildə Aşıqların II Respublika baxışında çıxışına görə Azərbaycan LKGI MK-nın fəxri fərmanına və həmçinin laureat medalına layiq görülmüşdür. 1980-ci ildən Salyan Rayon Mədəniyyət Evinin "Kür" aşıqlar ansamblının bədii rəhbəri təyin edilmişdir. Rayonda fəaliyyət göstərən "Dastan" aşıqlar klubunun ilk rəhbəri olmuşdur. 1984-cü il 19 martda Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən Azərbaycan Aşıqlarının IV qurultayının nümayəndəsi seçilmiş və qurultayın mükafatına layiq görülmüşdür. 1984-cü ildə Kamilin 21 yaşlı qızı Təranənin vəfat etməsi ona ağır təsir etmiş və sənətə 2 il ara vermişdir. Sonradan isə dostlarının təkidi ilə ancaq dövlət tədbirlərində çıxış etməyə razılaşmışdır. 1986-cı ildə Bakıda Sahil bağında "Salyan günləri" festivalında Aşıq Kamil sənət yoldaşları birlikdə iştirak edərək Salyan rayonunu təmsil etmişdir. Dəfələrlə mart ayında Bakıda dövlət səviyyəsində keçirilən Novruz Bayramı tədbirində ölkə rəhbərinin qarşısında çıxış etmişdir.

1993-cü il 10 iyunda "Sazım mənim" adlı şeirlər kitabı çap olunmuşdur. Kitabda onun yazmış olduğu qoşma, gəraylı, təcnis və digər müxtəlif şeirlər, deyişmələr toplanmışdır. 1996-cı il 24 dekabrda Aşıq Kamil Zülfüqarovun səhnə fəaliyyətinin 50 illiyi Salyan rayonu Mədəniyyət Evində təntənəli şəkildə qeyd edilmiş, bu münasibətlə Salyan Rayon İcra Hakimiyyyəti və Salyan Rayon Mədəniyyət Mərkəzi tərəfindən fəxri fərmanlarla mükafatlandırılmışdır. Yubileydə Şamaxıdan Aşıq Şərbət, Rəhman Rasimoğlu, Əlisəmid Kür, Tofiq Kərim, Rafael Ərəstunoğlu və bir çox tanınmış elm və incəsənət xadimləri, həmçinin rayon rəsmiləri iştirak etmişlər.

Əliağa Kürçaylının "Turac", Ələddin İncəlinin "Gəl, Kür qırağına" şeirlərinə mahnı bəstələmişdir. Onun özünün yazdığı və bəstələdiyi "Dəyməsin", "Xilaskarım var", "Mənim sazım", "Gözəldir", "Mənimdir", "Bir görüşün xatirəsi" və s. aşıq mahnıları vardır. Yazıçı-şair Əlihəsən Şirvanlı, Sahib Məhərrəmoğlu, şair-publisist Rafael Ərəstunoğlu,Azad Talışoğlu, şair Tofiq Kərim, Aşıq Baba və s. kimi şəxsiyyətlər Aşıq Kamilə şeirlər həsr etmişlər. Aşıq Ağababa Bədəlov onun şagirdi olmuşdur. Aşıq Ağababa, xanəndə Sədulla Rzayev, qarmon ifaçısı Aslan İlyasov kimi bir neçə tanınmış şəxslərin el arasında tanınmasına ilk və böyük dəstək verən Aşıq Kamil olmuşdur. Aşıq Kamil Zülfüqarov müxtəlif illərdə döş nişanı və medallarla təltif olunmuşdur. AzTV Azərbaycan Televiziyasının "Qızıl Fond"-unda Aşıq Kamilin 10 el havaları saxlanılır.

Təltif və mükafatları

  • 1947 — image (29 may)
  • 1972 — image "Aşıq Ələsgər — 150" yubiley medalı
  • 1978 — image "Azərbaycan LKGİ mükafatı" (Aşıqların II Respublika baxışında müvəffəqiyyətli çıxışına görə)
  • 1985 — image (6 may)
  • 1986 — image
  • 1995 — image (1 may)
  • 2000 — image

Seçilmiş şeirləri

  • "Axı bahardır"
  • "Axtarıram"
  • "Bayrama gəl "
  • "Bir görüşün xatirəsi" (1959)
  • "Dəyməsin"
  • "El sevinir"
  • "Ellərə alqış "
  • "Gözəldir"
  • "Gözlərində şəfəq yanır"
  • "Hanı bəs"
  • "Xilaskarım var”
  • "Laura"
  • "Mənim"
  • "Mənimdir"
  • "Mübarək"
  • "Mübarəkdir"
  • "Oktyabr
  • "Ömrünə bəzəkdir"
  • "Öyünsün"
  • "Salam olsun"
  • "Sizə dastan qoşuram"
  • "Sizin üçün"
  • "Sevinsin"
  • "Sevimli şəhər"
  • "Sevməyir indi"
  • "Səni bizim üçün göndərib Allah" (1997)
  • "Sənin "
  • "Sənindir"
  • "Şöhrətin düşübdür cahana"
  • "Şöhrətiniz var olsun! "
  • "Vətən"

Kitabı

"Sazım mənim" şeirlər kitabı, 10 iyun 1993-cü il, "Gündoğar" mətbəəsi, Neftçala

Qalereya

  • image
    Aşıq Kamil və həyat yoldaşı Məssurə xanım
  • image
    Bədii özfəaliyyət baxışının iştirakçıları, Aşıq Kamil (2-ci sıra, sağdan 3-cü). 9 aprel, 1960-cı il.
  • image
    Aşıq Kamil və balabançı Əlməmməd Məmmədov (Süleyman Rüstəmin 75 illiyi münasibətilə zəhmətkeşlərlə görüş, 1981)
  • image
    Aşıq Kamil səhnədə
  • image
    soldan sağa: Manaf Məmmədov, Aşıq Kamil, Gülmurad Babayev."اودلار يوردو" (fars.),"Odlar yurdu" qəzeti №7, iyul 1985-ci il
  • image
    Aşıq Kamil. "Mədəni-maarif işi" jurnalı. 1985
  • image
    Aşıq Kamil və doktor Cahangir Dadaşov. Bakı. 23 ferval, 1982-ci il
  • image
    Aşıq Kamil və Seyfəddin Qəniyev. Salyan

Mənbə

  • Ağacavad Əlizadə. "Sovet kəndi" qəzeti. Bakı 1984. səh.4.
  • Əlizadə Əliyev. "Mədəni-maarif işi" jurnalı №1 (70). Bakı 1985. səh.29.
  • İbrahim Hüseynov. "Unutsaq unudularıq IV" I cild". Bakı: Təfəkkür Universitetinin mətbəəsi. 2006. səh. 218-220.
  • Seyfəddin Qəniyev. "Şirvan aşıqları" I cild". Bakı: "Nurlan" nəşriyyatı AMEA Folklor İnstitutu. 2007. səh. 474-478.
  • Vaqif Yusifli. "Yolun düşsə Şirvana ". Bakı: "Şur" nəşriyyatı. 1993. səh. 67, 77, 118, 119, 120.

Ədəbiyyat

  • Ağacavad Əlizadə "Kəndimizin istedadları". "Sovet kəndi" qəzeti. Bakı, 24 may 1984, səh.4
  • Aşıq Əhliman "Şirvan aşıq mühiti" 2020. (səh. 112) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin elmi əsərləri № 28
  • Aynurə Səfərova (filologiya üzrə fəlsəfə doktoru) "Neftçala- Salyan folklor mühiti" Bakı, 2018. (səh. 50) "Elm və təhsil" nəşriyyatı, AMEA Folklor İnstitutu
  • Bəxtiyar Vahabzadə "Vətən eşqinə". "Kommunist" qəzeti. Bakı, 1953.
  • Cəlal Mədətzadə "Gənclik həvəsi ilə" "Mədəni maarif" jurnalı. Avqust 2011. səh 41–42
  • Əlihəsən Şirvanlı "Könül harayıdır Kürün töhfəsi" Salyan, 2000. (səh. 80)
  • Әлизадә Әлијев. "Ел сәнәткарларымыз - Ашыг Камил". "Гәләбә" гәзети №74 (6546). 24 iyun 1989. səh. 4.
  • Əlizadə Əliyev "Mədəni-maarif işi" jurnalı № 1 (70) Bakı, 1985. (səh. 29)
  • Fərman Əlibəyli "Elin oğlu – eloğlum" Bakı, 2003. (səh. 106)
  • İbrahim Hüseynov "Unutsaq unudularıq IV" Bakı, 2006/ Təfəkkür Universitetinin mətbəəsi. (səh. 218–220)
  • Sahib Məhərrəmoğlu "Şəhidlərin mehrabına" Bakı, 2000. (səh. 51)
  • Sahib Sailov "Muğanın övladları" Bakı, 1995, "Gənclik" nəşriyyatı, (səh.134, 143)
  • Seyfəddin Qəniyev "Adım Aşıq Şakir, mahalım Şirvan" Bakı, 2001. "Nurlan" nəşriyyatı (səh. 5, 80)
  • Seyfəddin Qəniyev "Azərbaycan folkloru antologiyası" XI kitab Şirvan folkloru, Bakı, 2005. (səh. 436) AMEA Folklor İnstitutu
  • Seyfəddin Qəniyev "Şirvan aşıqları" Bakı, 2007. (səh. 474–478) AMEA Folklor İnstitutu
  • Seyfəddin Qəniyev, Әһмәд Ҹәфәрзадә (филолоҝија елмләри доктору). "Ширван шаирләри". Bakı. 1994. səh. 49.
  • Şahin Fərəməzov "Musiqiyə bağlı ömür" "Mədəniyyət" qəzeti 10 oktyabr 2012 səh. 11
  • Vaqif Yusifli "Yolun düşsə Şirvana", Bakı, 1993. "Şur" nəşriyyatı (səh. 67, 77, 118, 119, 120)

İstinadlar

Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir.
  1. İbrahim Hüseynov. "Unutsaq unudularıq IV". Bakı: Təfəkkür Universitetinin mətbəəsi. 2006. səh. 218.
  2. Vaqif Yusifli. “Јолун душсә Ширвана”. Бакы: "Шур" нәшријјаты. 1993. səh. 119. www.anl.az
  3. Seyfəddin Qəniyev. "Şirvan aşıqları I cild". Bakı: Nurlan nəşriyyatı AMEA Folklor İnstitutu. 2007. səh. 718. www.anl.az
  4. Aynurə Səfərova (filologiya üzrə fəlsəfə doktoru). "Neftçala- Salyan folklor mühiti" (PDF). Bakı: Elm və təhsil (nəşriyyat) AMEA Folklor İnstitutu. 2018. səh. 50. www.folklor.az
  5. İbrahim Hüseynov. “Unutsaq unudularıq IV”. Bakı: Təfəkkür Universitetinin mətbəəsi. 2006. səh. 219.
  6. Seyfəddin Qəniyev, Әһмәд Ҹәфәрзадә (филолоҝија елмләри доктору). "Ширван шаирләри". Бакы. 1994. səh. 49. www.anl.az
  7. Vaqif Yusifli. "Јолун душсә Ширвана". Bakı: "Шур" нәшријјаты. 1993. səh. 118. www.anl.az
  8. Ләтиф Зәрбәлијев. "Һәр сәнәтин вар әзабы"."Ҝүндоғар" гәзети.№29 (5947) 30 avqust 1996. səh.4. Sitat səhvi: Xətalı <ref> etiketi; "gundogar1" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
  9. Зијафәт Бабајев. "Телли сазын тәранәләри"."Гәләбә" гәзети. №16 (801), 6 fevral 1971, səh.4.
  10. Зијафәт Бабајев. "Халг истедадлары - Ашыг Камил". "Гәләбә" гәзети №109 (153). 25 oktyabr 1966. səh. 4.
  11. Sahib Sailov. "Muğanın övladları". Bakı: "Gənclik" nəşriyyatı. 1995. səh. 143.
  12. "Ашыг Камил Зүлфүгаров". "Гала" гәзети. №4 (49), 10 mart 1992, səh.8 Sitat səhvi: Xətalı <ref> etiketi; "qala1" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
  13. Әлизадә Әлијев. "Ел сәнәткарларымыз - Ашыг Камил". "Гәләбә" гәзети №74 (6546). 24 iyun 1989. səh. 4.
  14. Şahin Fərəməzov "Musiqiyə bağlı ömür" "Mədəniyyət" qəzeti 10 oktyabr 2012 səh. 11
  15. Aşıq Əhliman. "Şirvan aşıq mühiti" (PDF). Bakı: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Əsərləri №28. 2020. səh. 112. www.anl.az
  16. Seyfəddin Qəniyev. "Şirvanlı Aşıq Mirzə Bilal". Bakı: "Nurlan" nəşriyyatı, AMEA Folklor İnstitutu. 2003. səh. 154. www.anl.az
  17. Seyfəddin Qəniyev. "Şirvan aşıqları I cild". Bakı: Nurlan nəşriyyatı AMEA Folklor İnstitutu. 2007. səh. 462, 474-478, 718, 721, 724, 726, 731. www.anl.az
  18. Seyfəddin Qəniyev. "Adım Aşıq Şakir, mahalım Şirvan". Bakı: Nurlan nəşriyyatı. 2001. səh. 5, 80, 122.
  19. Seyfəddin Qəniyev. "Azərbaycan folkloru antologiyası XI kitab (Şirvan folkloru)". Bakı: "Nurlan" nəşriyyatı, AMEA Folklor İnstitutu. 2005. səh. 436. www.anl.az
  20. Seyfəddin Qəniyev. "Adım Aşıq Şakir, mahalım Şirvan". Bakı: Nurlan nəşriyyatı. 2001. səh. 5.
  21. İbrahim Hüseynov. “Unutsaq unudularıq IV”. Bakı: Təfəkkür Universitetinin mətbəəsi. 2006. səh. 220.
  22. "Salyan aşıqları". "Azərbaycan gəncləri" qəzeti. № 44 (6232), 13 aprel 1960, səh.3
  23. "Консерт бригадасы". "Гәләбә" гәзети. № 114 (745), 26 sentyabr 1986, səh.4
  24. "Консерт бригадасы – Ашыг Бәјләр Гәдиров, Ашыг Камил Зүлфүгаров, Әлијар Заһидов". "Гәләбә" гәзети. № 114 (745), 26 sentyabr 1970, səh.4
  25. "Ҝөзәл нәғмәләр " Азәрбајҹан ҝәнҹләри гәзети. 26 dekabr 1952, səh.3
  26. Азәрбајҹан ҝәнҹләри. № 133 (4923), 4 noyabr 1951, səh.2
  27. "Коммунист" гәзети. № 262 (10598), 6 noyabr 1957, səh.2
  28. Bəxtiyar Vahabzadə "Вәтән ешгинә". "Коммунист" гәзети, Бакы, 1953
  29. "اودلار يوردو" (fars.). . "Odlar yurdu" qəzeti. №7, iyul 1985, səh.3.
  30. Әлизадә Әлијев. "Ашыг халгы тәрәннүм едир". Бакы: "Мәдәни-маариф иши" журналы №1 (70). 1985. səh. 29.
  31. "Муған ашыглары". "Совет кәнди" гәзети. № 50 (4761), 26 aprel 1975, səh.4
  32. Ağacavad Əlizadə. “Кәндимизин истедадлары”. Бакы: "Совет кәнди" гәзети. 24 may 1984. səh. 4.
  33. "Ашыглар ҝеҹәси – Мүслүм Магомајев адына Азәрбајҹан Дөвләт Филармонијасы"."Коммунист" гәзети №104 (10745). 5 may 1958, səh.4.
  34. Sahib Sailov. "Muğanın övladları". Bakı: "Gənclik" nəşriyyatı. 1995. səh. 134.
  35. "Ашыг Камил Зүлфүгаров"."Һәмәшәрә" гәзети. № 41 (5841), 11 noyabr 1995, səh.3 Sitat səhvi: Xətalı <ref> etiketi; "hemesere" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
  36. "Çiçəklən, bizim Azərbaycan" festivalı, AZTV-nin qızıl Fondu 02:18 dəqiqə
  37. "Ашыгларын IV гурултајы гаршысында". "Гәләбә" гәзети. № 138 (5691), 24 noyabr 1983, səh.4
  38. "Бакыда Салјан ҝунләри" Гәләбә гәзети № 100 (6114), 28 август 1986, səh.4
  39. 1996-cı il Barış Manço Bakıda Novruz bayramında — ifa edir Aşıq Kamil Zülfüqarov
  40. Салман Салманов. "Ашыг Камилин јарадыҹы фәалијјәтинин 50 иллији". Гәләбә" гәзети. №51 (7.229), 27 dekabr, 1996, səh.4.
  41. Seyfəddin Qəniyev. “Şirvan aşıqları I cild”. Bakı: Nurlan nəşriyyatı AMEA Folklor İnstitutu. 2007. səh. 474-478. www.anl.az
  42. Әлиһәсән Ширванлы. "Көнүл һарајыдыр Күрүн төһфәси" II Алманах. Салјан. 2000. səh. 80.
  43. Саһиб Мәһәррәмоғлу. “Шәһидләрин меһрабына”. Bakı: Təbib (nəşriyyat). 2000. səh. 51.
  44. "Ҝүндоғар" гәзети. № 32 (5950), 20 sentyabr 1996, səh.4
  45. Fəryad (qəzet)i. № 1 (147), 9 yanvar 1997, səh.4
  46. Şair Tofiq Kərimin Aşıq Kamilə itfah etdiyi "Salyanım" şeiri — Elnur Ağahüseynoğlunun ifasında
  47. Seyfəddin Qəniyev. "Şirvan aşıqları I cild". Bakı: Nurlan nəşriyyatı AMEA Folklor İnstitutu. 2007. səh. 462. www.anl.az
  48. Aslan İlyasovun yaradıcılıq gecəsi 1994, çıxış edir Yavər Cəbrayılov, Aşıq Kamil Zülfüqarov dəq.05:30
  49. "Ҝүндоғар" гәзети. №43 (5961), 6 dekabr 1996, səh.4
  50. "Ҝүндоғар" гәзети. №110 (5676), 26 sentyabr 1991, səh.4
  51. "Гәләбә" гәзети. №23, 16 oktyabr 1965, səh.4
  52. "Гәләбә" гәзети. №75 (403), 29 iyun 1968, səh.4
  53. "Гәләбә" гәзети. №127 (6141), 1 noyabr 1986, səh.4
  54. "Гәләбә" гәзети. №60 (388), 25 may 1968, səh.4
  55. "Ҝүндоғар" гәзети" №104. 12 sentyabr 1991. səh.4
  56. "Гәләбә" гәзети. №153 (5551), 25 dekabr 1982, səh.4
  57. "Гәләбә" гәзети. №91 (5797), 4 avqust 1984, səh.4
  58. "Gündoğar" qəzeti. №2 (5769), 2 yanvar 1993, səh.1
  59. "Ҝүндоғар" гәзети №22. aprel 1992. səh.4
  60. "Ҝүндоғар" гәзети. №25 (5731), 15 may 1992, səh.3
  61. "Ҝүнајдын" гәзети. №64 (6951), 8 avqust 1992, səh.3
  62. Bakı (qəzet) . №66 (8043), 17 mart 1984, səh.3
  63. "Ҝүндоғар" гәзети №23 (5941), 14 iyun 1996, səh.1
  64. "Гәләбә" гәзети. №20 (7.198), 17 may 1996, səh.1
  65. "Октјабр бајрағы" гәзети. №31 (4987), 14 mart 1987, səh.4
  66. "Qələbə" qəzeti. №29 (7.207), 26 iyun 1996, səh.4
  67. "Гәләбә" гәзети. №88 (5024), 28 iyul 1979, səh.4
  68. "Günaydın " qəzeti. №73 (7.064), 22 oktyabr 1993, səh.1
  69. "Гәләбә" гәзети. №93 (421), 10 avqust 1968, səh.4

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Bu meqalenin neytralligi subhe dogurur Meqalede teref tutma ve ya pislemek meqsedi dasiyan ve dogrulugu subut edilmeyen ve ya mubaligeli fikirlerin oldugu iddia edilir Xahis olunur bu mesele ile elaqedar istirak edesiniz iyun 2025 Kamil Samil oglu Zulfuqarov 1 may 1929 Salyan Salyan rayonu Boranikend 7 dekabr 2004 Salyan Azerbaycan ustad asigi Sirvan asiq mektebinin numayendesi Salyan Rayon Medeniyyet Evi Kur Asiqlar Ansamblinin bedii rehberi 1980 Azerbaycan Genclerinin III Umumrespublika Festivalinin laureati 1962 Ciceklen bizim Azerbaycan Festivalinin laureati 1962 Azerbaycan LKGI mukafati laureati 1978 Azerbaycan Asiqlarinin IV Qurultayinin numayendesi 1984 Azerbaycan Asiqlar Birliyinin uzvu 1978 el senetkari Kamil ZulfuqarovKamil Samil oglu ZulfuqarovUmumi melumatlarDogum tarixi 1 may 1929Dogum yeri Boranikend Salyan Azerbaycan SSRVefat tarixi 7 dekabr 2004 75 yasinda Vefat yeri SalyanDefn yeri SalyanVetendasligi SSRI AzerbaycanMilliyyeti azerbaycanliMusiqici melumatlariFealiyyeti asiq sair musiqici bestekarJanr folklorMusiqi aleti saz tarUzvluyu Azerbaycan Asiqlar Birliyi Azerbaycan LKGIMukafatlari 29 may 1947 6 may 1985 1986 1995 1978HeyatiAsiq Kamil ortada Genclik illeri Kamil Zulfuqarov 1 may 1929 cu ilde Salyan rayonunun Boranikend kendinde sade kolxozcu ailesinde anadan olub Atasi Samil Sahmar oglu kolxozcu anasi Muxlise ise ev xanimi idi Kamil azyasli olsa da 1944 cu ilden atasi ile birge kolxozda calisir ve ailelerine komeklik gosterirdi 1946 ci ilde Sorsulu kend orta mektebini bitirmisdir Atasi onu hekim gormek istese de Kamil balaca yaslarindan butun varligi ile asiqliq senetini sevirdi 14 yasinda senete ilk addimlarini atir kenddeki medeniyyet klubunda calisir asiqliq seneti mesgul olaraq ailesini saxlayir Tezlikle onun sohreti qonsu kendlere de yayilir Kendde elece de qonsuluqlardaki butun el senliklerinde istirak edir 1952 ci ilde Messure Soltan qizi ile aile qurur Asiq Penah Penahovun rehberlik etdiyi Kur asiqlar ansamblin uzvu olur Ansamblin uzvleri Qurban Sadiqov Asiq Beyler Qedirov Valeh Quliyev kimi taninmis asiqlar idi 1955 ci ilde Salyan rayonuna kocur Bundan sonra onun asiqliq fealiyyeti suretle yukselir ve daha cox taninmaga baslayir Respublikanin bir cox yerlerinde Asiq Penah Penahov Asiq Beyler Asiq Qurbanxan Sadiqov Manaf Memmedov Cengi ansamblinin rehberi balabanci Elmemmed Emrahov xanende Sedulla Rzayev qarmon ifacisi Aslan Ilyasovla birge bir cox el meclislerinde istirak etmisdir Asiq Kamil Zulfuqarov haqqinda qezet jurnal ve kitablarda coxsayli meqaleler derc olunmusdur Merhum folklorsunas filologiya elmleri doktoru professor Seyfeddin Qeniyev de onun senetini yuksek qiymetlendirib haqqinda bir cox kitablarinda behs edib ve meqaleler yazib Asiq Kamil Seyfeddin Qeniyeve Sirvan folklor muhitinin tedqiqatinda bir cox komeklikler etmisdir Sexsi arxivinde qoruyub saxladigi Azerbaycan dastanlari asiqliq seneti ve senet yoldaslarinin melumatlarini toplayib ona oturmusdur Agacavad Elizade Eliaga Kurcayli Xelil Rza Uluturk Seyfeddin Qeniyev ve general Xelil Xelilov kimi sexsiyyetler Asiq Kamilin yaxin dostlari olmuslar Salyan mescidinin axundu ve nahiyye qazisi Asiq Kamilin bacisi Rena xanimin heyat yoldasi olmusdur Asiq Kamil 7 dekabr 2004 cu ilde beyine qan sizmasi neticesinde vefat etmis ve Salyanda defn edilmisdir Yaradiciligisoldan saga Asiq Qurban Sadiqov balabanci Manaf Memmedov Asiq Kamil 4 cu Asiq Valeh Quliyev balabanci Elmemmed Emrahov balabanci Gulmurad Babayev Asiq Beyler 16 aprel 1975 ci il Sirvan asiq mektebinin taninmis numayendelerinden olan Asiq Kamil senete kend medeniyyet klubunda tar calmaqla baslamisdir Tarda ifa etmeyi ona hec kim oyretmeyib Hec bir asigin yaninda sagird olmamisdir Sehne medeniyyetinin bezi sirlerini ise qohumu qarmoncu Qemberden oyrenir 1946 ci ilden baslayaraq yeni 17 yasindan o artiq serbest asiq kimi fealiyyet gosterir ve el arasinda taninirdi 1947 ci ilde Salyan Rayon Medeniyyet Evinin medeni cadirinin kutlevi iscisi kimi calismaga baslayir Asiq Kamil 1951 ci ilden etibaren dovlet tedbirlerinde festivallarda feal istirak etmisdir Respublika baxis musabiqelerinde ugurlu istirak ederek coxsayli I II dereceli mukafatlar ve fexri fermanlar almisdir 1952 ci ilde Salyan Rayon Medeniyyet Evinin Asiqlar ansamblinin ve medeniyyet evi fealiyyet kollektivinin uzvu olur Ansamblinin terkibinde onun coxlu ugurlari olmusdur Salyan Asiqlar Ansamblinin uzvleri ile birge o Baki Sumqayit ve Gence seherlerinde habele respublikamizin bir sira kend ve rayonlarinda konsert proqrami ile cixis etmisdir 1951 ci ilden Azerbaycanin merkezi ve yerli qezetlerinde Asiq Kamilin 110 dan cox seiri cap olunmusdur haqqinda coxsayli meqaleler yazilmisdir Azerbaycan xalq dastanlarinin mahir ifacisi ve tebligatcisi olmusdur 30 a yaxin muxtelif movzuda xalq dastani bilirdi Asiq dastanlarinin oyrenilib yayilmasinda emeyi boyukdur O Koroglu Abbas ve Gulgez Valeh ve Zernigar Tahir ve Zohre ve s dastanlari toy ve bayram senliklerinde soylemis M Maqomayev adina Azerbaycan Dovlet Akademik Filarmoniyasinda Emrah dastanindan parcalar ifa etmisdir O taninmis asiqlarin bedii irsine yiyelendiyi kimi sairlerin xalq yaradiciligi ruhunda yazmis olduqlari seirlere de saz havalari qosmusdur Onun veten sulh azadliq mehebbet zehmetkesler ve s haqqinda coxlu seir ve mahnilari vardir Asiq Kamil soldan 1 ci Azerbaycan Dovlet Akademik Filarmoniyasi 18 aprel 1966 ci il 1958 1970 ci iller arasinda defelerle M Maqomayev adina Azerbaycan Dovlet Akademik Filarmoniyasinda Asiqlar gecesi Salyan asiqlari gecesi adli konsert proqramlariyla senet yoldaslari Elimehemmed Emrahov Manaf Memmedov Cengi ansamblinin rehberi Asiq Penah Penahov Asiq Qurban Sadiqov Valeh Quliyev Sahib Rehimov Asiq Beyler ve s senetkarlarla birlikde cixis etmisdir Defelerle Moskvadaki Xalq Teserrufati Nailiyyetleri Sergisi XTNS istirak ederek Azerbaycani temsil etmisdir Rusiyanin diger seherlerinde Qazaxistanda hem dovlet konsertlerinde hem de el meclislerinde istirak etmisdir 1961 ci il 27 aprelde Azerbaycan Asiqlarinin III qurultayinin hemcinin Genclerin I ve II respublika festivallarinin istirakcisi olmusdur 1962 ci il 27 iyulda Azerbaycan Genclerinin III Umumrespublika Festivalinin laureati olmusdur Ele hemin ilde Baki seherinde Ciceklen bizim Azerbaycan devizi altinda kecirilen festivalin laureati adina layiq gorulmusdur Asiq Kamil 1972 ci ilde Heyder Eliyevin tesebbusu ile kecirilen Asiq Elesgerin 150 illik yubileyinde Azerbaycan asiq senetinde xidmetlerine qazandigi ugurlara ve yubileyde ugurlu cixisina gore Asiq Elesger 150 yubiley medali ile teltif olunmusdur Asiq Kamil Suleyman Rustemin 75 illiyi munasibetile zehmetkeslerle gorus 1981 1978 ci il 21 sentyabrdan Azerbaycan Asiqlar Birliyinin uzvudur 1978 ci ilde Asiqlarin II Respublika baxisinda cixisina gore Azerbaycan LKGI MK nin fexri fermanina ve hemcinin laureat medalina layiq gorulmusdur 1980 ci ilden Salyan Rayon Medeniyyet Evinin Kur asiqlar ansamblinin bedii rehberi teyin edilmisdir Rayonda fealiyyet gosteren Dastan asiqlar klubunun ilk rehberi olmusdur 1984 cu il 19 martda Azerbaycan Dovlet Akademik Filarmoniyasinda kecirilen Azerbaycan Asiqlarinin IV qurultayinin numayendesi secilmis ve qurultayin mukafatina layiq gorulmusdur 1984 cu ilde Kamilin 21 yasli qizi Teranenin vefat etmesi ona agir tesir etmis ve senete 2 il ara vermisdir Sonradan ise dostlarinin tekidi ile ancaq dovlet tedbirlerinde cixis etmeye razilasmisdir 1986 ci ilde Bakida Sahil baginda Salyan gunleri festivalinda Asiq Kamil senet yoldaslari birlikde istirak ederek Salyan rayonunu temsil etmisdir Defelerle mart ayinda Bakida dovlet seviyyesinde kecirilen Novruz Bayrami tedbirinde olke rehberinin qarsisinda cixis etmisdir 1993 cu il 10 iyunda Sazim menim adli seirler kitabi cap olunmusdur Kitabda onun yazmis oldugu qosma gerayli tecnis ve diger muxtelif seirler deyismeler toplanmisdir 1996 ci il 24 dekabrda Asiq Kamil Zulfuqarovun sehne fealiyyetinin 50 illiyi Salyan rayonu Medeniyyet Evinde tenteneli sekilde qeyd edilmis bu munasibetle Salyan Rayon Icra Hakimiyyyeti ve Salyan Rayon Medeniyyet Merkezi terefinden fexri fermanlarla mukafatlandirilmisdir Yubileyde Samaxidan Asiq Serbet Rehman Rasimoglu Elisemid Kur Tofiq Kerim Rafael Erestunoglu ve bir cox taninmis elm ve incesenet xadimleri hemcinin rayon resmileri istirak etmisler Eliaga Kurcaylinin Turac Eleddin Incelinin Gel Kur qiragina seirlerine mahni bestelemisdir Onun ozunun yazdigi ve bestelediyi Deymesin Xilaskarim var Menim sazim Gozeldir Menimdir Bir gorusun xatiresi ve s asiq mahnilari vardir Yazici sair Elihesen Sirvanli Sahib Meherremoglu sair publisist Rafael Erestunoglu Azad Talisoglu sair Tofiq Kerim Asiq Baba ve s kimi sexsiyyetler Asiq Kamile seirler hesr etmisler Asiq Agababa Bedelov onun sagirdi olmusdur Asiq Agababa xanende Sedulla Rzayev qarmon ifacisi Aslan Ilyasov kimi bir nece taninmis sexslerin el arasinda taninmasina ilk ve boyuk destek veren Asiq Kamil olmusdur Asiq Kamil Zulfuqarov muxtelif illerde dos nisani ve medallarla teltif olunmusdur AzTV Azerbaycan Televiziyasinin Qizil Fond unda Asiq Kamilin 10 el havalari saxlanilir Teltif ve mukafatlari1947 1941 1945 ci iller Boyuk Veten muharibesinde resadetli emeye gore medali 29 may 1972 Asiq Elesger 150 yubiley medali 1978 Azerbaycan LKGI mukafati Asiqlarin II Respublika baxisinda muveffeqiyyetli cixisina gore 1985 1941 1945 ci iller Boyuk Veten muharibesinde qelebenin 40 illiyi yubiley medali 6 may 1986 Emek veterani medali 1995 1 may 2000 1941 1945 ci iller muharibesi veterani nisaniSecilmis seirleri Axi bahardir Axtariram Bayrama gel Bir gorusun xatiresi 1959 Deymesin El sevinir Ellere alqis Gozeldir Gozlerinde sefeq yanir Hani bes Xilaskarim var Laura Menim Menimdir Mubarek Mubarekdir Oktyabr Omrune bezekdir Oyunsun Salam olsun Size dastan qosuram Sizin ucun Sevinsin Sevimli seher Sevmeyir indi Seni bizim ucun gonderib Allah 1997 Senin Senindir Sohretin dusubdur cahana Sohretiniz var olsun Veten Kitabi Sazim menim seirler kitabi 10 iyun 1993 cu il Gundogar metbeesi NeftcalaQalereyaAsiq Kamil ve heyat yoldasi Messure xanim Bedii ozfealiyyet baxisinin istirakcilari Asiq Kamil 2 ci sira sagdan 3 cu 9 aprel 1960 ci il Asiq Kamil ve balabanci Elmemmed Memmedov Suleyman Rustemin 75 illiyi munasibetile zehmetkeslerle gorus 1981 Asiq Kamil sehnede soldan saga Manaf Memmedov Asiq Kamil Gulmurad Babayev اودلار يوردو fars Odlar yurdu qezeti 7 iyul 1985 ci il Asiq Kamil Medeni maarif isi jurnali 1985 Asiq Kamil ve doktor Cahangir Dadasov Baki 23 ferval 1982 ci il Asiq Kamil ve Seyfeddin Qeniyev SalyanMenbeAgacavad Elizade Sovet kendi qezeti Baki 1984 seh 4 Elizade Eliyev Medeni maarif isi jurnali 1 70 Baki 1985 seh 29 Ibrahim Huseynov Unutsaq unudulariq IV I cild Baki Tefekkur Universitetinin metbeesi 2006 seh 218 220 Seyfeddin Qeniyev Sirvan asiqlari I cild Baki Nurlan nesriyyati AMEA Folklor Institutu 2007 seh 474 478 Vaqif Yusifli Yolun dusse Sirvana Baki Sur nesriyyati 1993 seh 67 77 118 119 120 EdebiyyatAgacavad Elizade Kendimizin istedadlari Sovet kendi qezeti Baki 24 may 1984 seh 4 Asiq Ehliman Sirvan asiq muhiti 2020 seh 112 Azerbaycan Dovlet Medeniyyet ve Incesenet Universitetinin elmi eserleri 28 Aynure Seferova filologiya uzre felsefe doktoru Neftcala Salyan folklor muhiti Baki 2018 seh 50 Elm ve tehsil nesriyyati AMEA Folklor Institutu Bextiyar Vahabzade Veten esqine Kommunist qezeti Baki 1953 Celal Medetzade Genclik hevesi ile Medeni maarif jurnali Avqust 2011 seh 41 42 Elihesen Sirvanli Konul harayidir Kurun tohfesi Salyan 2000 seh 80 Әlizadә Әliјev El sәnәtkarlarymyz Ashyg Kamil Gәlәbә gәzeti 74 6546 24 iyun 1989 seh 4 Elizade Eliyev Medeni maarif isi jurnali 1 70 Baki 1985 seh 29 Ferman Elibeyli Elin oglu eloglum Baki 2003 seh 106 Ibrahim Huseynov Unutsaq unudulariq IV Baki 2006 Tefekkur Universitetinin metbeesi seh 218 220 Sahib Meherremoglu Sehidlerin mehrabina Baki 2000 seh 51 Sahib Sailov Muganin ovladlari Baki 1995 Genclik nesriyyati seh 134 143 Seyfeddin Qeniyev Adim Asiq Sakir mahalim Sirvan Baki 2001 Nurlan nesriyyati seh 5 80 Seyfeddin Qeniyev Azerbaycan folkloru antologiyasi XI kitab Sirvan folkloru Baki 2005 seh 436 AMEA Folklor Institutu Seyfeddin Qeniyev Sirvan asiqlari Baki 2007 seh 474 478 AMEA Folklor Institutu Seyfeddin Qeniyev Әһmәd Ҹәfәrzadә filoloҝiјa elmlәri doktoru Shirvan shairlәri Baki 1994 seh 49 Sahin Feremezov Musiqiye bagli omur Medeniyyet qezeti 10 oktyabr 2012 seh 11 Vaqif Yusifli Yolun dusse Sirvana Baki 1993 Sur nesriyyati seh 67 77 118 119 120 IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Ibrahim Huseynov Unutsaq unudulariq IV Baki Tefekkur Universitetinin metbeesi 2006 seh 218 Vaqif Yusifli Јolun dushsә Shirvana Baky Shur nәshriјјaty 1993 seh 119 www anl az Seyfeddin Qeniyev Sirvan asiqlari I cild Baki Nurlan nesriyyati AMEA Folklor Institutu 2007 seh 718 www anl az Aynure Seferova filologiya uzre felsefe doktoru Neftcala Salyan folklor muhiti PDF Baki Elm ve tehsil nesriyyat AMEA Folklor Institutu 2018 seh 50 www folklor az Ibrahim Huseynov Unutsaq unudulariq IV Baki Tefekkur Universitetinin metbeesi 2006 seh 219 Seyfeddin Qeniyev Әһmәd Ҹәfәrzadә filoloҝiјa elmlәri doktoru Shirvan shairlәri Baky 1994 seh 49 www anl az Vaqif Yusifli Јolun dushsә Shirvana Baki Shur nәshriјјaty 1993 seh 118 www anl az Lәtif Zәrbәliјev Һәr sәnәtin var әzaby Ҝүndogar gәzeti 29 5947 30 avqust 1996 seh 4 Sitat sehvi Xetali lt ref gt etiketi gundogar1 adi bir nece defe muxtelif mezmunla verilib Ziјafәt Babaјev Telli sazyn tәranәlәri Gәlәbә gәzeti 16 801 6 fevral 1971 seh 4 Ziјafәt Babaјev Halg istedadlary Ashyg Kamil Gәlәbә gәzeti 109 153 25 oktyabr 1966 seh 4 Sahib Sailov Muganin ovladlari Baki Genclik nesriyyati 1995 seh 143 Ashyg Kamil Zүlfүgarov Gala gәzeti 4 49 10 mart 1992 seh 8 Sitat sehvi Xetali lt ref gt etiketi qala1 adi bir nece defe muxtelif mezmunla verilib Әlizadә Әliјev El sәnәtkarlarymyz Ashyg Kamil Gәlәbә gәzeti 74 6546 24 iyun 1989 seh 4 Sahin Feremezov Musiqiye bagli omur Medeniyyet qezeti 10 oktyabr 2012 seh 11 Asiq Ehliman Sirvan asiq muhiti PDF Baki Azerbaycan Dovlet Medeniyyet ve Incesenet Universitetinin Elmi Eserleri 28 2020 seh 112 www anl az Seyfeddin Qeniyev Sirvanli Asiq Mirze Bilal Baki Nurlan nesriyyati AMEA Folklor Institutu 2003 seh 154 www anl az Seyfeddin Qeniyev Sirvan asiqlari I cild Baki Nurlan nesriyyati AMEA Folklor Institutu 2007 seh 462 474 478 718 721 724 726 731 www anl az Seyfeddin Qeniyev Adim Asiq Sakir mahalim Sirvan Baki Nurlan nesriyyati 2001 seh 5 80 122 Seyfeddin Qeniyev Azerbaycan folkloru antologiyasi XI kitab Sirvan folkloru Baki Nurlan nesriyyati AMEA Folklor Institutu 2005 seh 436 www anl az Seyfeddin Qeniyev Adim Asiq Sakir mahalim Sirvan Baki Nurlan nesriyyati 2001 seh 5 Ibrahim Huseynov Unutsaq unudulariq IV Baki Tefekkur Universitetinin metbeesi 2006 seh 220 Salyan asiqlari Azerbaycan gencleri qezeti 44 6232 13 aprel 1960 seh 3 Konsert brigadasy Gәlәbә gәzeti 114 745 26 sentyabr 1986 seh 4 Konsert brigadasy Ashyg Bәјlәr Gәdirov Ashyg Kamil Zүlfүgarov Әliјar Zaһidov Gәlәbә gәzeti 114 745 26 sentyabr 1970 seh 4 Ҝozәl nәgmәlәr Azәrbaјҹan ҝәnҹlәri gәzeti 26 dekabr 1952 seh 3 Azәrbaјҹan ҝәnҹlәri 133 4923 4 noyabr 1951 seh 2 Kommunist gәzeti 262 10598 6 noyabr 1957 seh 2 Bextiyar Vahabzade Vәtәn eshginә Kommunist gәzeti Baky 1953 اودلار يوردو fars Odlar yurdu qezeti 7 iyul 1985 seh 3 Әlizadә Әliјev Ashyg halgy tәrәnnүm edir Baky Mәdәni maarif ishi zhurnaly 1 70 1985 seh 29 Mugan ashyglary Sovet kәndi gәzeti 50 4761 26 aprel 1975 seh 4 Agacavad Elizade Kәndimizin istedadlary Baky Sovet kәndi gәzeti 24 may 1984 seh 4 Ashyglar ҝeҹәsi Mүslүm Magomaјev adyna Azәrbaјҹan Dovlәt Filarmoniјasy Kommunist gәzeti 104 10745 5 may 1958 seh 4 Sahib Sailov Muganin ovladlari Baki Genclik nesriyyati 1995 seh 134 Ashyg Kamil Zүlfүgarov Һәmәshәrә gәzeti 41 5841 11 noyabr 1995 seh 3 Sitat sehvi Xetali lt ref gt etiketi hemesere adi bir nece defe muxtelif mezmunla verilib Ciceklen bizim Azerbaycan festivali AZTV nin qizil Fondu 02 18 deqiqe Ashyglaryn IV gurultaјy garshysynda Gәlәbә gәzeti 138 5691 24 noyabr 1983 seh 4 Bakyda Salјan ҝunlәri Gәlәbә gәzeti 100 6114 28 avgust 1986 seh 4 1996 ci il Baris Manco Bakida Novruz bayraminda ifa edir Asiq Kamil Zulfuqarov Salman Salmanov Ashyg Kamilin јaradyҹy fәaliјјәtinin 50 illiјi Gәlәbә gәzeti 51 7 229 27 dekabr 1996 seh 4 Seyfeddin Qeniyev Sirvan asiqlari I cild Baki Nurlan nesriyyati AMEA Folklor Institutu 2007 seh 474 478 www anl az Әliһәsәn Shirvanly Konүl һaraјydyr Kүrүn toһfәsi II Almanah Salјan 2000 seh 80 Saһib Mәһәrrәmoglu Shәһidlәrin meһrabyna Baki Tebib nesriyyat 2000 seh 51 Ҝүndogar gәzeti 32 5950 20 sentyabr 1996 seh 4 Feryad qezet i 1 147 9 yanvar 1997 seh 4 Sair Tofiq Kerimin Asiq Kamile itfah etdiyi Salyanim seiri Elnur Agahuseynoglunun ifasinda Seyfeddin Qeniyev Sirvan asiqlari I cild Baki Nurlan nesriyyati AMEA Folklor Institutu 2007 seh 462 www anl az Aslan Ilyasovun yaradiciliq gecesi 1994 cixis edir Yaver Cebrayilov Asiq Kamil Zulfuqarov deq 05 30 Ҝүndogar gәzeti 43 5961 6 dekabr 1996 seh 4 Ҝүndogar gәzeti 110 5676 26 sentyabr 1991 seh 4 Gәlәbә gәzeti 23 16 oktyabr 1965 seh 4 Gәlәbә gәzeti 75 403 29 iyun 1968 seh 4 Gәlәbә gәzeti 127 6141 1 noyabr 1986 seh 4 Gәlәbә gәzeti 60 388 25 may 1968 seh 4 Ҝүndogar gәzeti 104 12 sentyabr 1991 seh 4 Gәlәbә gәzeti 153 5551 25 dekabr 1982 seh 4 Gәlәbә gәzeti 91 5797 4 avqust 1984 seh 4 Gundogar qezeti 2 5769 2 yanvar 1993 seh 1 Ҝүndogar gәzeti 22 aprel 1992 seh 4 Ҝүndogar gәzeti 25 5731 15 may 1992 seh 3 Ҝүnaјdyn gәzeti 64 6951 8 avqust 1992 seh 3 Baki qezet 66 8043 17 mart 1984 seh 3 Ҝүndogar gәzeti 23 5941 14 iyun 1996 seh 1 Gәlәbә gәzeti 20 7 198 17 may 1996 seh 1 Oktјabr baјragy gәzeti 31 4987 14 mart 1987 seh 4 Qelebe qezeti 29 7 207 26 iyun 1996 seh 4 Gәlәbә gәzeti 88 5024 28 iyul 1979 seh 4 Gunaydin qezeti 73 7 064 22 oktyabr 1993 seh 1 Gәlәbә gәzeti 93 421 10 avqust 1968 seh 4

Nəşr tarixi: İyun 16, 2025, 04:14 am
Ən çox oxunan
  • İyun 20, 2025

    Astragalus bakaliensis

  • İyun 20, 2025

    Astragalus arizonicus

  • İyun 20, 2025

    Astragalus aquilonius

  • İyun 20, 2025

    Astragalus applegatei

  • İyun 20, 2025

    Astragalus aspindzicus

Gündəlik
  • Roma-Katolik kilsəsi

  • Əmir Teymur

  • Qorxunc İvan (ağ ayı)

  • Ağ ayı

  • Qahirə

  • Qrenlandiya

  • Egey dənizi

  • 2009

  • Qrenlandiya

  • 21 iyun

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı