Wikipedia
28 noyabr
Oktyabr – Noyabr – Dekabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
28 noyabr — Qriqorian təqvimi ilə ilin 332-ci günü (uzun illərdə 333-cü). İlin sonuna 33 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1520 — Səyyah Ferdinand Magellan Amerikanın ən cənub nöqtəsi olan Magellan boğazını keçərək Sakit okeana daxil olmuşdur.
- 1789 — Fransız həkim Jozef Qilyotin ölüm alətini – qilyotini Fransa Məclisinə təqdim etmişdir. Bu bədnam alətin iş prinsipindən hazırda metal və kağız kəsən maşınlar düzəltmək üçün istifadə olunur.
- 1893 — Qadınlar ilk dəfə olaraq Yeni Zelandiyada seçkidə iştirak etmişlər.
- 1909 — Fransa hökuməti doğuş keçirən qadınlara 8 həftə ödənişsiz məzuniyyət hüququ vermişdir.
- 1912 — Albaniya Osmanlı İmperiyasından müstəqilliyini elan etmişdir.
- 1912 — Rusiyada IV Dövlət Duması fəaliyyətə başlamışdır.
- 1918 — Sovet Rusiyası qoşunları Estoniyaya hücum etmişdir.
- 1924 — İlk Fənərbaxça-Beşiktaş matçı keçirilmiş, oyun 2-0 hesabı ilə Fənərbaxçanın xeyrinə başa çatmışdır.
- 1938 — Atatürkün tarixi vəsiyyətnaməsi açıqlanmışdır.
- 1938 — İran Fransa ilə əlaqələri kəsmişdir.
- 1943 — SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının Tehran konfransı başlamışdır.
- 1945 — Ermənistan rəhbəri H.Arutyunov Stalinə müraciət edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir.
- 1958 — Çad, Konqo, Qabon, Mali, Mavritaniya və Seneqal müstəqilliklərini elan etmişlər.
- 1964 — NASA "Mariner 4" peykini kosmosa göndərdi. Peykin vəzifəsi Marsın səthinə yaxınlaşaraq planetin səthini və atmosferini araşdırmaq idi.
- 1969 — İtaliyada boşanma qanuniləşdirilmişdir.
- 1977 — Yeni Zelandiyaya məxsus təyyarə qəzaya uğramış, 257 nəfər həlak olmuşdur.
- 1991 — Arkadi Volskinin rəhbərlik etdiyi qondarma "Dağlıq Qarabağ üzrə Xüsusi İdarə Komitəsi" ləğv edilmişdir.
- 1994 — Norveçlilər referendumda Avropa Birliyinə daxil olmağın əleyhinə səs vermişlər.
- 2000 — Niderland parlamenti evtanaziyanı qanuniləşdirmişdir.
- 2002 — Abdulla Gül Türkiyənin 58-ci hökumətini qurmuşdur.
- 2006 — Roma Papası XVI Benedikt xristianlığa aid müqəddəs yerləri görmək üçün Türkiyəyə gəlmişdir.
- 2007 — Rəcəb Təyyub Ərdoğan türk silahlı qüvvələrinə İraqda əməliyyat aparmağa icazə vermişdir.
Doğumlar
- 1820 — Fridrix Engels, alman filosof, iqtisadçı.
- 1821 — Nikolay Nekrasov, rus şair (ö. 1877).
- 1829 — Anton Rubinşteyn, rus bəstəkarı.
Ölümlər
- 1859 — Vaşinqton İrvinq, tanınmış Amerika yazıçısı, tarixçi, siyasətçi (d. 1783).