Wikipedia
1 noyabr
Oktyabr – Noyabr – Dekabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
1 noyabr — Qriqorian təqvimi ilə ilin 305-ci günü (uzun illərdə 306-cı). İlin sonuna 60 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1604 – Şekspirin "Otello" faciəsi ilk dəfə Londonun "Uaytholl" sarayında səhnəyə qoyulmuşdur.
- 1800 – ABŞ prezidentlərinin iqamətgahı - "Ağ ev" istifadəyə verilmişdir. Onun ilk sakini ABŞ-ın ikinci prezidenti Con Adams olmuşdur.
- 1897 – İtaliya futbol klubu Yuventus qurulmuşdur.
- 1906 – "Füyuzat" jurnalının ilk sayı çapdan çıxmışdır.
- 1912 — Balkanlarda yaranan hərbi vəziyyət səbəbilə Salonikidə sürgündə olan sabiq Osmanlı sultanı II Əbdülhəmid alman səfirliyinə aid Loreley döyüş gəmisiylə gətirilərək Bəylərbəyi sarayına yerləşdirildi.
- 1922 – Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 623 il tarixi olan Osmanlı İmperiyasının mövcudluğuna son qoyulmuşdur. Sonuncu Osmanlı hökmdarı VI Mehmed taxtdan endirilmişdir.
- 1925 – İranda Rza xan Pəhləvi hakimiyyətə gəlmiş və bunula Qacarların hakimiyyətinə son qoyulmuşdur.
- 1927 – Mustafa Kamal Paşa (Atatürk) ikinci dəfə Türkiyə Respublikasının prezidenti seçilmişdir.
- 1939 – Qərbi Ukrayna Ukrayna SSR-ə birləşdirilmişdir.
- 1939 – Qərbi Belorusiya Belorusiya SSR-ə birləşdirilmişdir.
- 1939 – Süni dölləmə yolu ilə ilk dovşan dünyaya gəlmişdir.
- 1950 – Azərbaycan Texniki Universiteti açılmışdır.
- 1993 – Maastrixt sazişi qüvvəyə minmiş və Avropa İqtisadi Birliyi rəsmən Avropa Birliyi adlandırılmışdır.
- 1994 – Azərbaycan Respublikası Qvatemala ilə diplomatik əlaqələr qurmuşdur.
- 1998 – Avropa İnsan Haqları Məhkəməsi təsis edilmişdir.
- 2008 – Azərbaycan, Ermənistan və Rusiya prezidentləri "Moskva Bəyannamə"sini imzalamışlar.
Doğumlar
- 1939 – Bernar Kuşner – "Sərhədsiz həkimlər" təşkilatının həmtəsisçisi, 2007-ci ildən Fransanın xarici işlər naziri.
- 1944 – Rafiq Həriri – 1992 – 1998-ci illərdə Livanın Baş Naziri.
- 1924 – Süleyman Dəmirəl – Türkiyə Respublikasının 9-cu prezidenti.
- 1940 – Elmira Şabanova – azərbaycanlı aktrisa.
- 1947 – Telman Əliyev, Azərbaycan aktyoru.
- 1973 – Ayşvariya Ray – hind aktrisası və model
Ölümlər
- 1903 – Teodor Mommzen – alman tarixçi, filoloq, hüquqşünas, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
- 1963 – Əfqan Hüseynov - Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
- 2012 – Budaq Budaqov – Azərbaycan coğrafiyaşünası, coğrafiya elmləri doktoru, professor.
Bayramlar və xüsusi günlər
- Niderland Antil adaları, Müstəqillik Günü
- Azərbaycan, Kənd təsərrüfatı işçiləri günü[1]
- Meksika, Ölülər Günü
İstinadlar
- ↑ Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2008 tarixli, 3073 nömrəli Sərəncamı[ölü keçid]
