| Lobotomiya | |
|---|---|
| |

Lobotomiya (q.yun. λοβός, τομή sözlərindən götürülmüş, "alın" və "kəsik" mənalarını ifadə edir) — beyin hissələrindən hər hansı birinin (frontal, parietal, temporal və ya oksipital) çıxarılması ilə aparılan psixocərrahiyyənin bir formasıdır. Prefrontal lobotomiya frontal lobların çıxarılması ilə aparılan lobotomiyadır. Bu əməliyyat nəticəsində beynin frontal loblarının mərkəzi sinir sistemi ilə əlaqələri tamamilə kəsilir və nəticədə insanda abuliya yaranır.
Leykotomiya termini də tibdə geniş istifadə olunan bir termindir (q.yun. λευκός, τομή sözlərindən götürülmüş, "ağ" və "kəsilmiş" mənalarını verir). Prefrontal lobotomiyadan sonra xəstələrə ömürlük "frontal lob sindromu" diaqnozu qoyulurdu.
Lobotomiyanın qərbdə inkişaf tarixi
| ]Lobotomiya ilk dəfə 1935-ci ildə portuqaliyalı António Egas Moniz tərəfindən hazırlanmışdır. Antonia Moniz frontal lobda afferent və efferent liflərin kəsişməsinin psixoloji pozuntuların müalicəsində təsirli ola biləcəyini irəli sürmüşdür. Daha sonra isə ilk əməliyyat 1936-cı ildə həyata keçirilmişdir. Moniz podaqra xəstəliyindən əziyyət çəkdiyinə görə özü bu əməliyyatı icra edə bilməmişdir. Ona görə də əməliyyatı Monizin rəhbərliyi altında neyrocərrahiyyə professoru Almeyda Lima həyata keçirmişdir. Moniz bu əməliyyatı "leykotomiya" adlandırmışdır. Əməliyyat zamanı frontal hissələr zədələnməmiş, yalnız ağ maddə kəsilmişdir. Əməliyyat ümüdsiz xəstələrin çıxış yolu kimi təqdim edilmişdir.
Lobotomiya proseduru zamanı xüsusi bir alət vasitəsilə beyinə ilgək daxil edilirdi və həmin ilgəyi fırlatmaqla beyin toxuması zədələnirdi. Yüzə yaxın belə əməliyyat həyata keçirən və xəstələrin psixi vəziyyətlərini stabil olaraq qiymətləndirən Eqas Moniz bu əməliyyatın uğurlu olduğunu bildirdi və onu populyarlaşdırmağa başladı. O, 1936-cı ildə keçirdiyi 20 cərrahi müdaxilənin nəticələrini bölüşdü və bildirdi ki, həmin xəstələrdən 7-si tam sağalmış, 7 xəstənin vəziyyətində yaxşılığa doğru dəyişikliklər müşahidə edilmişdir. Xəstələrin 6-sında isə bu əməliyyatdan sonra heç bir müsbət nəticə əldə edilməmişdir.
Lakin, sonradan Eqas Monizin tətqiqatlarının düzgün olmadığı və onun yalnız bir neçə xəstəni müşahidə etdiyi müəyyən olunmuşdur. Tədqiqatın keyfiyyəti elmi ictimaiyyətdə tənqid atəşinə tutulsa da, Eqas Moniz lobotomiya ilə bağlı yüzlərlə məqalə və kitab yazmışdır. Eqas Moniz kəşfini açıqladıqdan dərhal sonra elmi ictimaiyyətdən tənqidi açıqlamalar irəli sürüldü. S. Cid iddia etdi ki, əməliyyatdan sonra xəstələrdə müşahidə edilən dəyişikliklər beyin zədəsinin nəticələri ilə müqayisə edilməlidir və bu dəyişikliklər şəxsiyyətin deqradasiyasına səbəb olur. Pol Korbon isə öz növbəsində qeyd etdi ki, orqanın zədələnməsi onun funksiyasını yaxşılaşdıra bilməz və lobotomiya nəticəsində beyin zədələnməsi sonradan meningit, epilepsiya və beyin irinləməsi kimi xəstəliklərin əmələ gəlmə riskini artırır. Bütün bu tənqidlərə baxmayaraq Monizin hesabatı Braziliya, Kuba, İtaliya, Rumıniya və ABŞ-ın müxtəlif xəstəxanalarında eksperimental tətqiqat üsulu kimi istifadə edilmişdir. 1949-cu ildə Eqas Moniz "Bəzi psixi xəstəliklərdə leykotomiyanın müalicəvi təsirləri"ni kəşf etdiyinə görə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülmüşdür.
1940-cı illərin əvvəllərində lobotomiya artıq ABŞ-də geniş istifadə olunurdu. İkinci Dünya Müharibəsi illərində xəstəxanalarda psixiatriya şöbələri cəbhədən qayıdan və ağır ruhi sarsıntı keçirən çoxlu əsgərlərlə dolu idi. Bu xəstələri idarə etmək üçün çoxlu sayda tibb bacısı və həkim qrupları lazım gəlirdi. Lobotomiyanın geniş tətbiqinin əsas səbəblərindən biri də işçi heyətinin saxlanması xərclərini azaltmaq istəyi idi.
Veteranlar üçün nəzərdə tutulan klinikalarda qısa zamanda cərrahlara lobotomiya texnikasını öyrətmək üçün kurslar təşkil edildi. Səhiyyə işçilərinin fikrincə az maliyyə tələb edən bu üsul qapalı psixiatriya müəssisələrində saxlanılan minlərlə amerikalını müalicə edə və bu müəssisələrin xərclərini gündə 1 milyon dollara qədər azalda bilərdi. Həmin dövrdə qəzetlərdə də lobotomiyanın uğurlarından yazılır, ictimaiyyətin diqqətini həmin üsula cəlb etməyə çalışırdılar. Psixi pozğunluqların müalicəsinin effektiv üsulları demək olar ki, yox idi və xəstələrin qapalı müəssisələrdən cəmiyyətə qayıtması halları son dərəcə nadir idi. Lobotomiyanın cəmiyyət tərəfindən müsbət qarşılanmasının ən əsas səbəblərindən biri də bu idi.

1945-ci ildə amerikalı Uolter Friman tərəfindən işlənib hazırlanmış və xəstənin kəllə sümüyünü zədələmədən aparılan transorbital leykotomiya ("buz çubuqla lobotomiya") üsulu geniş yayılmışdır. Friman özü də lobotomiyanın aparıcı təbliğatçısı olmuş, ilk dəfə ağrı kəsici olaraq elektrokonvulsiv terapiyadan istifadə edərək lobotomiya etmişdir. Həkim buz çubuquna bənzəyən cərrahi alətin daralmış ucunu göz yuvası sümüyünün üzərinə qoyaraq cərrahi çəkiclə nazik sümük təbəqəsini deşmiş və aləti beyinə daxil etmişdir. Bundan sonra bıçağın sapını hərəkət etdirərək beynin ön hissələrinin lifləri kəsmişdir. İlk əməliyyatlar bıçaqlardan istifadə etməklə həyata keçirilmişdir. Sonradan Friman bu məqsədlə xüsusi alətlər belə ki, leykotom və orbitoklast hazırlamışdır. Bu əməliyyatların hamısı kor-koranə aparılmış və nəticədə cərrah təkcə beynin zədələnmiş sahələrini məhv etməmişdir. Bu sahəyə yaxın yerləşən beynin digər sağlam toxumaları da bu əməliyyat nəticəsində zədələnmişdir.
Lobotomiyanın ilkin tədqiqatlarının müsbət nəticələr verdiyi irəli sürülsə də, sonradan məlum oldu ki, onlar metodologi prinsiplərinə əməl edilmədən aparılmışdır. Lobotomiya əməliyyatları müxtəlif diaqnozları olan xəstələr arasında aparılmışdır. Əməliyyatdan sonra xəstələr sakitləşir və passiv olurdular. Frimanın fikrincə həmin xəstələrin əsəb sistemləri sakitləşir və onlar özlərini idarə edə bilirdilər.
1950-ci illərdə daha geniş aparılmış tədqiqatlar göstərdi ki, lobotomiyadan sonra xəstələrin 1,5–6 faizi vəfat etmişlər. Digər xəstələrdə isə epilepsiya, çəki artımı, hərəkət koordinasiyasının itirilməsi, iflic olma , sidik saxlaya bilməmə kimi fəsadlar üzə çıxmışdır. İntellektual pozulmalar, qeyri-iradi davranışlar, apatiya, emosional qeyri-sabitlik, nitq pozğunluqları kimi hallara da xəstələr arasında rast gəlinmişdir. Lobotomiyadan sonra bir çox xəstələr tənqidi düşünmək, hadisələrin gələcək gedişatını proqnozlaşdırmaq qabiliyyətindən məhrum oldular, gələcək üçün planlar qura bilmədilər və primitiv işlərdən başqa heç bir işi yerinə yetirə bilmədilər. Friman qeyd etmişdir ki, əməliyyatdan sonra xəstələrin təxminən dörddə biri ev heyvanları kimi həyatlarını davam etdirirlər. Lakin, Friman bu vəziyyətin pis bir hal olmadığını demişdir.
SSRİ dövründə lobotomiya
| ]SSRİ-də prefrontal leykotomiyanın ideoloqu və təşəbbüskarı professor Aleksandr Şmaryan olmuşdur. Aleksandr Şmaryanın bu sahədə davamçısı isə neyrocərrah professor Boris Eqorovdur. Bu dövrdə psixocərrahiyyə təkcə görkəmli neyrocərrahı deyil, həm də Boris Eqorovun 1947-ci ildə direktoru olduğu Neyrocərrahiyyə İnstitutunun dəstəyini qazanmışdır. Boris Eqorov SSRİ Səhiyyə Nazirliyinin baş neyrocərrahı vəzifəsini qədər yüksəlmişdir. Eqorov lobotomiyanın yeni bir modifikasiyasını təklif etdi. Belə ki, Eqolov əməliyyatlar zamanı osteoplastik trepanasiyadan istifadə etdi. Eqolova qədər lobotomiya əməliyyatları yalnız bir frontal lobda, onun qütb hissələrində, yan mədəciyin və subkortikal düyünlərin ön buynuzlarında aparılırdı. Yeni modifikasiya vasitəsilə isə piramidal yolların və subkortikal formasiyaların zədələnməsi istisna edilmişdir.
Boris Eqorov lobotomiyanın terapevtik əsasını prefrontal korteks və subkorteksin ayrılması hesab edirdi. Psixiatriya İnstitutu ilə bu barədə müzakirələr aparan və əməkdaşlıq edən akademik Leon Orbeli yazırdı ki, frontal lobların ayrılması mərkəzi sinir sisteminin digər hissələriylə əlaqələrinin kəsilməsinə səbəb olmur. Subkortikal düyünlərin beyin qabığına təsirinin aradan qaldırılmasına və ya zəifləməsinə gətirib çıxarır. Bu proses beyin qabığının subkortikal formasiyalara təsirinə və kortikal əlaqələrin pozulmasına səbəb olmur.
Lobotomiya üçün xəstələrin seçilməsi çox ciddi şəkildə aparılırdı. Bu üsul yalnız uzun müddətli müalicələrin heç bir nəticə vermədiyi hallarda tətbiq olunurdu. Bütün xəstələr nevroloji və psixoloji müayinədən keçirilirdi. Əməliyyatdan sonra xəstələrə dinamik və obyektiv nəzarət olunurdu. Bütün bunlar prefrontal lobotomiyaya müəyyən göstəriş və əks göstərişləri hazırlamağa imkan verdi.
Psixopatologiyanın cərrahi müalicəsi "Nevroloqların və psixiatrların III Ümumittifaq Konqresi" proqramına daxil edilmişdir (1948). 100-dən çox əməliyyat icra edən neyrocərrah Boris Eqorov, psixiatr Aleksandr Şmaryan, neyromorfoloq Pavel Snesarev "Şizofreniyanın frontal leykotomiyadan istifadə edərək cərrahi müalicəsi" məruzəsini təqdim etdilər. Bu konfransdan sonra təcrübəli neyrocərrahlar tərəfindən və digər terapiyaların effektiv olmadığı hallarda lobotomiya metodu prinsipial olaraq məqbul hesab edildi.
Lobotomiya üsuluna yeni yanaşma 1940-cı illərdə Leninqradda neyrocərrah professor İsaak Babçin tərəfindən hazırlanmışdır. O, lobotomiya üsuluna daha yumşaq xarakterli cərrahi yanaşma irəli sürdü. Bu zaman frontal loblara yaxınlaşmaq üçün bur deşikləri parasagittal olaraq yerləşdirilmiş, frontotalamik yolların zədələnməsi üçün leykotomdan istifadə edilmişdir. Babçin öz əməliyyatını "frontal leykotomiya" adlandırmışdır. Daha sonra kortikal-subkortikal yolların anatomiyasını və topoqrafiyasını öyrənmək üçün tədqiqatlar başladıldı. M. S. Korotkeviç namizədlik dissertasiyasında beyin qabığı ilə qabıqaltı nüvələr arasındakı əlaqəni aydınlaşdırdı. A. A. Vagina doktorluq dissertasiyasında qadağalar tətbiq edilməmişdən əvvəl "Eksperimental leykotomiyanın anatomik analizi" və "Frontal lobun talamusla əlaqəsi" kimi yanaşmaları irəli sürdü.
1945–1950-ci illər arasında Leninqradda 155 xəstə üzərində lobotomiya əməliyyatı aparılmışdır. Neyrocərrahlar və psixiatrların birgə işinə əsaslanaraq İsaak Babçin 1948-ci ildə "Neyrocərrahiyyə problemləri" jurnalında "Psixi xəstəliklərin bəzi formalarının cərrahi müalicəsində təcrübə" adlı ilk məqaləsini nəşr etdi. Elə həmin il "Nevroloqların və Psixiatrların III Ümumittifaq Konqresi"ndə Raisa Qolant məruzə ilə çıxış edərək 2,5 il ərzində 120 xəstədə aparılan lobotomiya əməliyyatlarından sonrakı vəziyyətlərin təhlili barədə məlumat verdi. Xəstələrin 61 faizində əməliyyatdan sonra səhhətlərində yaxşılaşma, 21 faizində isə frontal simptomlar olmadan tam remissiya müşahidə edilmişdir. Bəzi xəstələrdə şizofreniyadan sonra yaranan frontal qüsur aşkar edilmişdir. Lobotomiyanın paranoid şizofreniyanın müalicəsi üçün ən yaxşı üsul olduğu sübut edilmişdir. Şizofreniyanın sadə formaları və katatonik stuporun müalicəsi üçün isə bu cərrahi müdaxilə üsulu uğurlu nəticələr verməmişdir.
Lobotomiya SSRİ-nin müxtəlif şəhərlərində (Qorki, Kiyev, Xarkov, Almatı, Sverdlovsk, Rostov-na-Donu və s.) aparılmışdır. Müəyyən edilmişdir ki, şizofreniya xəstələrinin hamısında bu üsul müsbət nəticə vermir. Belə ki, lobotomiya lazımi şərait və cərrahi bacarıq olmadan həyata keçirildikdə müxtəlif fəsadlarla nəticələnir.
Beləliklə, lobotomiyanın xəstələr üzərində effektiv və ya qeyri — effektiv müalicə üsulu olduğu barədə müxtəlif ziddiyyətlər yaranmışdır. 4 fevral 1949-cu ildə lobotomiya ilə əlaqədar konkret qərar qəbul edilmişdir. Əməliyyat olunan 400-dən çox xəstənin əməliyyatdan sonrakı dövrdə izlənməsi frontal lobotomiya əməliyyatının digər üsullar vasitəsilə tam müalicə olunmayan ağır şizofreniyanın bəzi formalarının müalicəsində effektiv və təhlükəsiz olduğu sübuta yetirilmişdir.
Lobotomiyaya qadağa
| ]Bəzi fərziyyələrə görə SSRİ-də lobotomiya qadağasının qoyulmasına səbəb ideoloji motivlərlər olmamışdır. Qadağaya səbəb lobotomiyanın ciddi əsaslandırılmış nəzəriyyəsinin, cərrahiyyə üçün klinik göstəricilərin və əks göstəricilərin olmaması olmuşdur. Qeyd olunmuşdur ki, prefrontal leykotomiyanın qadağan edilməsinin səbəblərindən biri də əməliyyat olunmuş bəzi xəstələrdə intellektin azalması və müxtəlif şiddətdə psixoorqanik sindromun, o cümlədən konvulsiv epileptiform qıcolmaların olmasıdır. Depersonalizasiya, yaddaş və psixi pozğunluqlar, apato-abuliya, apraksiya, daimi gülmə və ya ağlama, nitq pozğunluqları, doymama, artan seksuallıq, gözlərin yuvarlanması, ritmik hiperkinez kimi yan təsirlər də müşahidə edilmişdir.
1950-ci ilin may ayında psixiatr professor Vasili Qilyarovski leykotomiyanın psixiatriya müəssisələrində müalicə üsulu kimi istifadəsini tam qadağan etmək üçün onun müzakirəsinə qayıtmağı təklif etdi. Beləliklə, 1950-ci il iyunun 22–24-də "Nevroloqlar və Psixiatrlar Ümumittifaqı Elmi Cəmiyyəti"nin plenumunda bu məsələyə yenidən baxıldı. Qəbul edilmiş qətnamədəki qərar aşağıdakı kimi olmuşdur:
"Bütün digər müalicə üsullarının effekt vermədiyi hallarda psixi xəstəliklərin müalicə üsulu kimi frontal leykotomiyadan istifadə məqsədəuyğun hesab edilsin".
İdarə Heyətinin 30 üzvündən 28-i bu qərarın lehinə, ikisi isə əleyhinə səs vermişdir. Professor Qilyarovski isə öz fikrini belə ifadə etmişdir:
Mən leykotomiyanı psixiatriya müəssisələrinə tövsiyə oluna biləcək müalicə üsulu hesab etmirəm.
Qilyarovski prefrontal leykotomiyadan yerli istifadənin nəticələrini yoxlamaq üçün SSRİ Səhiyyə Nazirliyindən icazə almışdır. Vladimir Bexterev adına Leninqrad İnstitutunun hesabatında 176 xəstəyə leykotomiya aparıldıqdan sonra, onlardan 152-nə şizofreniya diaqnozu qoyulduğu göstərildi. Komissiya 8 xəstənin yaxşı nəticələr nümayiş etdirdiyini desə də, onların hamısında müəyyən qüsurlar qeydə alınmışdır. Əməliyyatlar cərrahlar və psixiatrlar tərəfindən birgə həyata keçirilmişdir. Leykotomiyadan sonra xəstələr adətən başqa tibb müəssisələrinə köçürülürdülər və onların sonrakı vəziyyətləri barədə həkimlərin heç bir məlumatı olmurdu.
Daha sonra Qilyarovskinin "Tibb işçisi" jurnalında (14 sentyabr 1950-ci il, № 37) "Pavlov təlimi psixiatriyanın əsasıdır" məqaləsi dərc olundu. Bu məqalədə Qilyarovski lobotomiya üsulunu kəskin tənqid edirdi. Ehtimal olunur ki, frontal lobların ağ maddəsinin kəsilməsi onların talamusla əlaqələrini pozur və ondan gələn siqnalları dayandıraraq psixi funksiyaları pozmağa səbəb olan stimulları aradan qaldırır.
1950-ci il noyabrın 29-da Pravda (qəzet)i SSRİ Səhiyyə Nazirinə "Yalançı elmi müalicə üsuluna qarşı" adlı məqaləni göndərmişdir. Burjua təbabətinin iktidarsızlığına Amerika psixiatriyasında geniş istifadə olunan ruhi xəstəliklərin yeni müalicə üsulu olan lobotomiyanı (leykotomiya) misal göstərmək olar. Lakin, bizim həkimlərimiz Botkin, Piroqov, Korsakov kimi humanist həkimləri özlərinə nümunə götürməlidirlər. Lobotomiya müalicə üsuluna bizim cəmiyyətdə yer yoxdur.
Pravda (qəzet)inin məqaləsindən bir gün sonra, 30 noyabr 1950-ci ildə SSRİ Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının Rəyasət Heyətinin leykotomiyadan istifadəyə həsr olunmuş iclası keçirildi. İclasda "neyropsixiatrik xəstəliklər üçün prefrontal leykotomiyadan İ. P. Pavlovun cərrahi müalicəsinin əsas prinsiplərinə zidd olan bir üsul kimi istifadə edilməməsi qərarı alındı".
Dekabrın 9-da (Elmi Şuranın qərarından 10 gün sonra) prefrontal lobotomiyanın istifadəsini qadağan edən 1003 saylı əmr imzalandı.
Cəmiyyətdə rolu
| ]Lobotomiya Robert Penn Uorrenin "Bütün Kralın Adamları", Tennessi Uilyamın "Təcavüzkarlıq", K. Keseyin "Ququ yuvası üzərində" romanlarında, "Şütter adası", "Sucker Punch" kimi filmlərdə, "Before the Lobotomy" mahnısında, "Algernon üçün çiçəklər" kimi elmi fantastika romanlarında öz əksini tapmışdır. Bədii əsərlərdə lobotomiyanın təsirləri olaraq əməliyyatdan sonra danışa və düşünə bilməyən xəstənin vegetativ vəziyyətə düşməsindən bəhs edilmişdir. Müəlliflər bu yolla psixiatrların qeyri-insani xarakterlərini təsvir etməyə çalışmışdırlar.
Lobotomiyadan sonra tam sağalma hallarına çox az rast gəlinirdi. 12 yaşında bu əməliyyatı keçirən və sonradan özü haqqında "Mənim Lobotomiyam" kitabını yazan Hovard Dalli bu əməliyyatdan sonra tam sağalan insanlar sırasında idi. ABŞ Prezidenti Con Fitskerald Kennedinin kiçik bacısı Rozmari Kenned 1941-ci ildə atasının xahişi ilə Valter Friman tərəfindən əməliyyat olunmuşdur. Əməliyyatdan sonra Rozmari şikəst qalmış və həyata gözlərini şikəst olaraq 86 yaşında yummuşdur.
İstinadlar
| ]- Психохирургия: вчера и сегодня (обзор зарубежных публикаций) / Подг. С. Костюченко // Вестник Ассоциации психиатров Украины. № 3. 2013. 2014-07-14 tarixində arxivləşdirilib.
- Kotowicz, Zbigniew. Psychosurgery in Italy, 1936–39 // History of Psychiatry . 19(naməlum dil). № 4. — 2008. dekabr. — 476—489. doi:10.1177/0957154X07087345. ISSN 0957-154X.
- Kotowicz, Zbigniew. Gottlieb Burckhardt and Egas Moniz — Two Beginnings of Psychosugery (PDF) // Gesnerus . 62(naməlum dil). № 1/2. 2005. 77—101. 2011-12-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-06-09.
- Чавкин С. Похитители разума. Психохирургия и контроль над деятельностью мозга. М.: Прогресс. Перевод с английского С. Пономаренко, И. Гавриленко. Под общей редакцией и с предисловием доктора юридических наук И. Б. Михайловской. 1982.
- Leon Eisenberg (1998) Last Resort: Psychosurgery and the limits of medicine. Arxivləşdirilib 2006-12-01 at the Wayback MachineNEJM 339:1719–1720
- Tow, P. Macdonald. Personality changes following frontal leucotomy // Oxford University Press. New York. 1955. xv 262 pp.
- Stuss, Donald T.; Benson, D. Frank. Neuropsychological studies of the frontal lobes // Psychological Bulletin . 95 (1). Jan 1984. 3—28. doi:10.1037/0033-2909.95.1.3.
- Гельдер М., Гэт Д., Мейо Р. Оксфордское руководство по психиатрии: Пер. с англ. 2 (1000 nüs.). Киев: Сфера. 1999. ISBN .
- Лихтерман Л. Б. История отечественной психохирургии. 3. Развитие психохирургии в СССР // Продолжение "Здесь" 2 (500 nüs.). М. 2007. 109–118. ISBN .
- Доброхотова Т.А., Брагина Н.Н., Зайцев О.С., Ураков С.В, Карменян К.К. Значение психохирургии в изучении соотношений «мозг—психика» (PDF). 14 iyul 2014 tarixində arxivləşdirilib (PDF).
- Лихтерман Л. Б. История отечественной психохирургии. 4. Запрет психохирургии // Продолжение "Здесь" 2 (500 nüs.). М. 2007. 118–132. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Lobotomiya Vikianbarda elaqeli mediafayllarLeykotomiyanin ilk sxemi Lobotomiya q yun lobos tomh sozlerinden goturulmus alin ve kesik menalarini ifade edir beyin hisselerinden her hansi birinin frontal parietal temporal ve ya oksipital cixarilmasi ile aparilan psixocerrahiyyenin bir formasidir Prefrontal lobotomiya frontal loblarin cixarilmasi ile aparilan lobotomiyadir Bu emeliyyat neticesinde beynin frontal loblarinin merkezi sinir sistemi ile elaqeleri tamamile kesilir ve neticede insanda abuliya yaranir Leykotomiya termini de tibde genis istifade olunan bir termindir q yun leykos tomh sozlerinden goturulmus ag ve kesilmis menalarini verir Prefrontal lobotomiyadan sonra xestelere omurluk frontal lob sindromu diaqnozu qoyulurdu Lobotomiyanin qerbde inkisaf tarixi span Lobotomiya ilk defe 1935 ci ilde portuqaliyali Antonio Egas Moniz terefinden hazirlanmisdir Antonia Moniz frontal lobda afferent ve efferent liflerin kesismesinin psixoloji pozuntularin mualicesinde tesirli ola bileceyini ireli surmusdur Daha sonra ise ilk emeliyyat 1936 ci ilde heyata kecirilmisdir Moniz podaqra xesteliyinden eziyyet cekdiyine gore ozu bu emeliyyati icra ede bilmemisdir Ona gore de emeliyyati Monizin rehberliyi altinda neyrocerrahiyye professoru Almeyda Lima heyata kecirmisdir Moniz bu emeliyyati leykotomiya adlandirmisdir Emeliyyat zamani frontal hisseler zedelenmemis yalniz ag madde kesilmisdir Emeliyyat umudsiz xestelerin cixis yolu kimi teqdim edilmisdir Lobotomiya proseduru zamani xususi bir alet vasitesile beyine ilgek daxil edilirdi ve hemin ilgeyi firlatmaqla beyin toxumasi zedelenirdi Yuze yaxin bele emeliyyat heyata keciren ve xestelerin psixi veziyyetlerini stabil olaraq qiymetlendiren Eqas Moniz bu emeliyyatin ugurlu oldugunu bildirdi ve onu populyarlasdirmaga basladi O 1936 ci ilde kecirdiyi 20 cerrahi mudaxilenin neticelerini bolusdu ve bildirdi ki hemin xestelerden 7 si tam sagalmis 7 xestenin veziyyetinde yaxsiliga dogru deyisiklikler musahide edilmisdir Xestelerin 6 sinda ise bu emeliyyatdan sonra hec bir musbet netice elde edilmemisdir Lakin sonradan Eqas Monizin tetqiqatlarinin duzgun olmadigi ve onun yalniz bir nece xesteni musahide etdiyi mueyyen olunmusdur Tedqiqatin keyfiyyeti elmi ictimaiyyetde tenqid atesine tutulsa da Eqas Moniz lobotomiya ile bagli yuzlerle meqale ve kitab yazmisdir Eqas Moniz kesfini aciqladiqdan derhal sonra elmi ictimaiyyetden tenqidi aciqlamalar ireli suruldu S Cid iddia etdi ki emeliyyatdan sonra xestelerde musahide edilen deyisiklikler beyin zedesinin neticeleri ile muqayise edilmelidir ve bu deyisiklikler sexsiyyetin deqradasiyasina sebeb olur Pol Korbon ise oz novbesinde qeyd etdi ki orqanin zedelenmesi onun funksiyasini yaxsilasdira bilmez ve lobotomiya neticesinde beyin zedelenmesi sonradan meningit epilepsiya ve beyin irinlemesi kimi xesteliklerin emele gelme riskini artirir Butun bu tenqidlere baxmayaraq Monizin hesabati Braziliya Kuba Italiya Ruminiya ve ABS in muxtelif xestexanalarinda eksperimental tetqiqat usulu kimi istifade edilmisdir 1949 cu ilde Eqas Moniz Bezi psixi xesteliklerde leykotomiyanin mualicevi tesirleri ni kesf etdiyine gore fiziologiya ve tibb uzre Nobel mukafatina layiq gorulmusdur 1940 ci illerin evvellerinde lobotomiya artiq ABS de genis istifade olunurdu Ikinci Dunya Muharibesi illerinde xestexanalarda psixiatriya sobeleri cebheden qayidan ve agir ruhi sarsinti keciren coxlu esgerlerle dolu idi Bu xesteleri idare etmek ucun coxlu sayda tibb bacisi ve hekim qruplari lazim gelirdi Lobotomiyanin genis tetbiqinin esas sebeblerinden biri de isci heyetinin saxlanmasi xerclerini azaltmaq isteyi idi Veteranlar ucun nezerde tutulan klinikalarda qisa zamanda cerrahlara lobotomiya texnikasini oyretmek ucun kurslar teskil edildi Sehiyye iscilerinin fikrince az maliyye teleb eden bu usul qapali psixiatriya muessiselerinde saxlanilan minlerle amerikalini mualice ede ve bu muessiselerin xerclerini gunde 1 milyon dollara qeder azalda bilerdi Hemin dovrde qezetlerde de lobotomiyanin ugurlarindan yazilir ictimaiyyetin diqqetini hemin usula celb etmeye calisirdilar Psixi pozgunluqlarin mualicesinin effektiv usullari demek olar ki yox idi ve xestelerin qapali muessiselerden cemiyyete qayitmasi hallari son derece nadir idi Lobotomiyanin cemiyyet terefinden musbet qarsilanmasinin en esas sebeblerinden biri de bu idi Leykotomiya metodu 1945 ci ilde amerikali Uolter Friman terefinden islenib hazirlanmis ve xestenin kelle sumuyunu zedelemeden aparilan transorbital leykotomiya buz cubuqla lobotomiya usulu genis yayilmisdir Friman ozu de lobotomiyanin aparici tebligatcisi olmus ilk defe agri kesici olaraq elektrokonvulsiv terapiyadan istifade ederek lobotomiya etmisdir Hekim buz cubuquna benzeyen cerrahi aletin daralmis ucunu goz yuvasi sumuyunun uzerine qoyaraq cerrahi cekicle nazik sumuk tebeqesini desmis ve aleti beyine daxil etmisdir Bundan sonra bicagin sapini hereket etdirerek beynin on hisselerinin lifleri kesmisdir Ilk emeliyyatlar bicaqlardan istifade etmekle heyata kecirilmisdir Sonradan Friman bu meqsedle xususi aletler bele ki leykotom ve orbitoklast hazirlamisdir Bu emeliyyatlarin hamisi kor korane aparilmis ve neticede cerrah tekce beynin zedelenmis sahelerini mehv etmemisdir Bu saheye yaxin yerlesen beynin diger saglam toxumalari da bu emeliyyat neticesinde zedelenmisdir Lobotomiyanin ilkin tedqiqatlarinin musbet neticeler verdiyi ireli surulse de sonradan melum oldu ki onlar metodologi prinsiplerine emel edilmeden aparilmisdir Lobotomiya emeliyyatlari muxtelif diaqnozlari olan xesteler arasinda aparilmisdir Emeliyyatdan sonra xesteler sakitlesir ve passiv olurdular Frimanin fikrince hemin xestelerin eseb sistemleri sakitlesir ve onlar ozlerini idare ede bilirdiler 1950 ci illerde daha genis aparilmis tedqiqatlar gosterdi ki lobotomiyadan sonra xestelerin 1 5 6 faizi vefat etmisler Diger xestelerde ise epilepsiya ceki artimi hereket koordinasiyasinin itirilmesi iflic olma sidik saxlaya bilmeme kimi fesadlar uze cixmisdir Intellektual pozulmalar qeyri iradi davranislar apatiya emosional qeyri sabitlik nitq pozgunluqlari kimi hallara da xesteler arasinda rast gelinmisdir Lobotomiyadan sonra bir cox xesteler tenqidi dusunmek hadiselerin gelecek gedisatini proqnozlasdirmaq qabiliyyetinden mehrum oldular gelecek ucun planlar qura bilmediler ve primitiv islerden basqa hec bir isi yerine yetire bilmediler Friman qeyd etmisdir ki emeliyyatdan sonra xestelerin texminen dordde biri ev heyvanlari kimi heyatlarini davam etdirirler Lakin Friman bu veziyyetin pis bir hal olmadigini demisdir SSRI dovrunde lobotomiya span SSRI de prefrontal leykotomiyanin ideoloqu ve tesebbuskari professor Aleksandr Smaryan olmusdur Aleksandr Smaryanin bu sahede davamcisi ise neyrocerrah professor Boris Eqorovdur Bu dovrde psixocerrahiyye tekce gorkemli neyrocerrahi deyil hem de Boris Eqorovun 1947 ci ilde direktoru oldugu Neyrocerrahiyye Institutunun desteyini qazanmisdir Boris Eqorov SSRI Sehiyye Nazirliyinin bas neyrocerrahi vezifesini qeder yukselmisdir Eqorov lobotomiyanin yeni bir modifikasiyasini teklif etdi Bele ki Eqolov emeliyyatlar zamani osteoplastik trepanasiyadan istifade etdi Eqolova qeder lobotomiya emeliyyatlari yalniz bir frontal lobda onun qutb hisselerinde yan medeciyin ve subkortikal duyunlerin on buynuzlarinda aparilirdi Yeni modifikasiya vasitesile ise piramidal yollarin ve subkortikal formasiyalarin zedelenmesi istisna edilmisdir Boris Eqorov lobotomiyanin terapevtik esasini prefrontal korteks ve subkorteksin ayrilmasi hesab edirdi Psixiatriya Institutu ile bu barede muzakireler aparan ve emekdasliq eden akademik Leon Orbeli yazirdi ki frontal loblarin ayrilmasi merkezi sinir sisteminin diger hisseleriyle elaqelerinin kesilmesine sebeb olmur Subkortikal duyunlerin beyin qabigina tesirinin aradan qaldirilmasina ve ya zeiflemesine getirib cixarir Bu proses beyin qabiginin subkortikal formasiyalara tesirine ve kortikal elaqelerin pozulmasina sebeb olmur Lobotomiya ucun xestelerin secilmesi cox ciddi sekilde aparilirdi Bu usul yalniz uzun muddetli mualicelerin hec bir netice vermediyi hallarda tetbiq olunurdu Butun xesteler nevroloji ve psixoloji muayineden kecirilirdi Emeliyyatdan sonra xestelere dinamik ve obyektiv nezaret olunurdu Butun bunlar prefrontal lobotomiyaya mueyyen gosteris ve eks gosterisleri hazirlamaga imkan verdi Psixopatologiyanin cerrahi mualicesi Nevroloqlarin ve psixiatrlarin III Umumittifaq Konqresi proqramina daxil edilmisdir 1948 100 den cox emeliyyat icra eden neyrocerrah Boris Eqorov psixiatr Aleksandr Smaryan neyromorfoloq Pavel Snesarev Sizofreniyanin frontal leykotomiyadan istifade ederek cerrahi mualicesi meruzesini teqdim etdiler Bu konfransdan sonra tecrubeli neyrocerrahlar terefinden ve diger terapiyalarin effektiv olmadigi hallarda lobotomiya metodu prinsipial olaraq meqbul hesab edildi Lobotomiya usuluna yeni yanasma 1940 ci illerde Leninqradda neyrocerrah professor Isaak Babcin terefinden hazirlanmisdir O lobotomiya usuluna daha yumsaq xarakterli cerrahi yanasma ireli surdu Bu zaman frontal loblara yaxinlasmaq ucun bur desikleri parasagittal olaraq yerlesdirilmis frontotalamik yollarin zedelenmesi ucun leykotomdan istifade edilmisdir Babcin oz emeliyyatini frontal leykotomiya adlandirmisdir Daha sonra kortikal subkortikal yollarin anatomiyasini ve topoqrafiyasini oyrenmek ucun tedqiqatlar basladildi M S Korotkevic namizedlik dissertasiyasinda beyin qabigi ile qabiqalti nuveler arasindaki elaqeni aydinlasdirdi A A Vagina doktorluq dissertasiyasinda qadagalar tetbiq edilmemisden evvel Eksperimental leykotomiyanin anatomik analizi ve Frontal lobun talamusla elaqesi kimi yanasmalari ireli surdu 1945 1950 ci iller arasinda Leninqradda 155 xeste uzerinde lobotomiya emeliyyati aparilmisdir Neyrocerrahlar ve psixiatrlarin birge isine esaslanaraq Isaak Babcin 1948 ci ilde Neyrocerrahiyye problemleri jurnalinda Psixi xesteliklerin bezi formalarinin cerrahi mualicesinde tecrube adli ilk meqalesini nesr etdi Ele hemin il Nevroloqlarin ve Psixiatrlarin III Umumittifaq Konqresi nde Raisa Qolant meruze ile cixis ederek 2 5 il erzinde 120 xestede aparilan lobotomiya emeliyyatlarindan sonraki veziyyetlerin tehlili barede melumat verdi Xestelerin 61 faizinde emeliyyatdan sonra sehhetlerinde yaxsilasma 21 faizinde ise frontal simptomlar olmadan tam remissiya musahide edilmisdir Bezi xestelerde sizofreniyadan sonra yaranan frontal qusur askar edilmisdir Lobotomiyanin paranoid sizofreniyanin mualicesi ucun en yaxsi usul oldugu subut edilmisdir Sizofreniyanin sade formalari ve katatonik stuporun mualicesi ucun ise bu cerrahi mudaxile usulu ugurlu neticeler vermemisdir Lobotomiya SSRI nin muxtelif seherlerinde Qorki Kiyev Xarkov Almati Sverdlovsk Rostov na Donu ve s aparilmisdir Mueyyen edilmisdir ki sizofreniya xestelerinin hamisinda bu usul musbet netice vermir Bele ki lobotomiya lazimi serait ve cerrahi bacariq olmadan heyata kecirildikde muxtelif fesadlarla neticelenir Belelikle lobotomiyanin xesteler uzerinde effektiv ve ya qeyri effektiv mualice usulu oldugu barede muxtelif ziddiyyetler yaranmisdir 4 fevral 1949 cu ilde lobotomiya ile elaqedar konkret qerar qebul edilmisdir Emeliyyat olunan 400 den cox xestenin emeliyyatdan sonraki dovrde izlenmesi frontal lobotomiya emeliyyatinin diger usullar vasitesile tam mualice olunmayan agir sizofreniyanin bezi formalarinin mualicesinde effektiv ve tehlukesiz oldugu subuta yetirilmisdir Lobotomiyaya qadaga span Bezi ferziyyelere gore SSRI de lobotomiya qadagasinin qoyulmasina sebeb ideoloji motivlerler olmamisdir Qadagaya sebeb lobotomiyanin ciddi esaslandirilmis nezeriyyesinin cerrahiyye ucun klinik gostericilerin ve eks gostericilerin olmamasi olmusdur Qeyd olunmusdur ki prefrontal leykotomiyanin qadagan edilmesinin sebeblerinden biri de emeliyyat olunmus bezi xestelerde intellektin azalmasi ve muxtelif siddetde psixoorqanik sindromun o cumleden konvulsiv epileptiform qicolmalarin olmasidir Depersonalizasiya yaddas ve psixi pozgunluqlar apato abuliya apraksiya daimi gulme ve ya aglama nitq pozgunluqlari doymama artan seksualliq gozlerin yuvarlanmasi ritmik hiperkinez kimi yan tesirler de musahide edilmisdir 1950 ci ilin may ayinda psixiatr professor Vasili Qilyarovski leykotomiyanin psixiatriya muessiselerinde mualice usulu kimi istifadesini tam qadagan etmek ucun onun muzakiresine qayitmagi teklif etdi Belelikle 1950 ci il iyunun 22 24 de Nevroloqlar ve Psixiatrlar Umumittifaqi Elmi Cemiyyeti nin plenumunda bu meseleye yeniden baxildi Qebul edilmis qetnamedeki qerar asagidaki kimi olmusdur Butun diger mualice usullarinin effekt vermediyi hallarda psixi xesteliklerin mualice usulu kimi frontal leykotomiyadan istifade meqsedeuygun hesab edilsin Idare Heyetinin 30 uzvunden 28 i bu qerarin lehine ikisi ise eleyhine ses vermisdir Professor Qilyarovski ise oz fikrini bele ifade etmisdir Men leykotomiyani psixiatriya muessiselerine tovsiye oluna bilecek mualice usulu hesab etmirem Qilyarovski prefrontal leykotomiyadan yerli istifadenin neticelerini yoxlamaq ucun SSRI Sehiyye Nazirliyinden icaze almisdir Vladimir Bexterev adina Leninqrad Institutunun hesabatinda 176 xesteye leykotomiya aparildiqdan sonra onlardan 152 ne sizofreniya diaqnozu qoyuldugu gosterildi Komissiya 8 xestenin yaxsi neticeler numayis etdirdiyini dese de onlarin hamisinda mueyyen qusurlar qeyde alinmisdir Emeliyyatlar cerrahlar ve psixiatrlar terefinden birge heyata kecirilmisdir Leykotomiyadan sonra xesteler adeten basqa tibb muessiselerine kocurulurduler ve onlarin sonraki veziyyetleri barede hekimlerin hec bir melumati olmurdu Daha sonra Qilyarovskinin Tibb iscisi jurnalinda 14 sentyabr 1950 ci il 37 Pavlov telimi psixiatriyanin esasidir meqalesi derc olundu Bu meqalede Qilyarovski lobotomiya usulunu keskin tenqid edirdi Ehtimal olunur ki frontal loblarin ag maddesinin kesilmesi onlarin talamusla elaqelerini pozur ve ondan gelen siqnallari dayandiraraq psixi funksiyalari pozmaga sebeb olan stimullari aradan qaldirir 1950 ci il noyabrin 29 da Pravda qezet i SSRI Sehiyye Nazirine Yalanci elmi mualice usuluna qarsi adli meqaleni gondermisdir Burjua tebabetinin iktidarsizligina Amerika psixiatriyasinda genis istifade olunan ruhi xesteliklerin yeni mualice usulu olan lobotomiyani leykotomiya misal gostermek olar Lakin bizim hekimlerimiz Botkin Piroqov Korsakov kimi humanist hekimleri ozlerine numune goturmelidirler Lobotomiya mualice usuluna bizim cemiyyetde yer yoxdur Pravda qezet inin meqalesinden bir gun sonra 30 noyabr 1950 ci ilde SSRI Sehiyye Nazirliyinin Elmi Tibbi Surasinin Reyaset Heyetinin leykotomiyadan istifadeye hesr olunmus iclasi kecirildi Iclasda neyropsixiatrik xestelikler ucun prefrontal leykotomiyadan I P Pavlovun cerrahi mualicesinin esas prinsiplerine zidd olan bir usul kimi istifade edilmemesi qerari alindi Dekabrin 9 da Elmi Suranin qerarindan 10 gun sonra prefrontal lobotomiyanin istifadesini qadagan eden 1003 sayli emr imzalandi Cemiyyetde rolu span Lobotomiya Robert Penn Uorrenin Butun Kralin Adamlari Tennessi Uilyamin Tecavuzkarliq K Keseyin Ququ yuvasi uzerinde romanlarinda Sutter adasi Sucker Punch kimi filmlerde Before the Lobotomy mahnisinda Algernon ucun cicekler kimi elmi fantastika romanlarinda oz eksini tapmisdir Bedii eserlerde lobotomiyanin tesirleri olaraq emeliyyatdan sonra danisa ve dusune bilmeyen xestenin vegetativ veziyyete dusmesinden behs edilmisdir Muellifler bu yolla psixiatrlarin qeyri insani xarakterlerini tesvir etmeye calismisdirlar Lobotomiyadan sonra tam sagalma hallarina cox az rast gelinirdi 12 yasinda bu emeliyyati keciren ve sonradan ozu haqqinda Menim Lobotomiyam kitabini yazan Hovard Dalli bu emeliyyatdan sonra tam sagalan insanlar sirasinda idi ABS Prezidenti Con Fitskerald Kennedinin kicik bacisi Rozmari Kenned 1941 ci ilde atasinin xahisi ile Valter Friman terefinden emeliyyat olunmusdur Emeliyyatdan sonra Rozmari sikest qalmis ve heyata gozlerini sikest olaraq 86 yasinda yummusdur Istinadlar span Psihohirurgiya vchera i segodnya obzor zarubezhnyh publikacij Podg S Kostyuchenko Vestnik Associacii psihiatrov Ukrainy 3 2013 2014 07 14 tarixinde arxivlesdirilib Kotowicz Zbigniew Psychosurgery in Italy 1936 39 History of Psychiatry 19 namelum dil 4 2008 dekabr 476 489 doi 10 1177 0957154X07087345 ISSN 0957 154X Kotowicz Zbigniew Gottlieb Burckhardt and Egas Moniz Two Beginnings of Psychosugery PDF Gesnerus 62 namelum dil 1 2 2005 77 101 2011 12 15 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 2014 06 09 Chavkin S Pohititeli razuma Psihohirurgiya i kontrol nad deyatelnostyu mozga M Progress Perevod s anglijskogo S Ponomarenko I Gavrilenko Pod obshej redakciej i s predisloviem doktora yuridicheskih nauk I B Mihajlovskoj 1982 Leon Eisenberg 1998 Last Resort Psychosurgery and the limits of medicine Arxivlesdirilib 2006 12 01 at the Wayback MachineNEJM 339 1719 1720 Tow P Macdonald Personality changes following frontal leucotomy Oxford University Press New York 1955 xv 262 pp Stuss Donald T Benson D Frank Neuropsychological studies of the frontal lobes Psychological Bulletin 95 1 Jan 1984 3 28 doi 10 1037 0033 2909 95 1 3 Gelder M Get D Mejo R Oksfordskoe rukovodstvo po psihiatrii Per s angl 2 1000 nus Kiev Sfera 1999 ISBN 966 7267 76 8 Lihterman L B Istoriya otechestvennoj psihohirurgii 3 Razvitie psihohirurgii v SSSR Prodolzhenie Zdes 2 500 nus M 2007 109 118 ISBN 9785 94982 043 6 Dobrohotova T A Bragina N N Zajcev O S Urakov S V Karmenyan K K Znachenie psihohirurgii v izuchenii sootnoshenij mozg psihika PDF 14 iyul 2014 tarixinde arxivlesdirilib PDF Lihterman L B Istoriya otechestvennoj psihohirurgii 4 Zapret psihohirurgii Prodolzhenie Zdes 2 500 nus M 2007 118 132 ISBN 9785 94982 043 6 Lugetler ve ensiklopediyalarBritannica onlayn Normativ yoxlamaGND 4167492 3 Microsoft 2778810689 Kateqoriyalar Cerrahi mudaxilelerMualiceTibbPsixiatriya tarixi
