Elvin Kərimov
Elvin Mürşüd oğlu Kərimov (13 sentyabr 1985; Biləsuvar rayonu, Azərbaycan SSR — 11 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.
Elvin Kərimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çaylı, Biləsuvar, Azərbaycan SSR |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Çaylı, Biləsuvar, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Suqovuşan döyüşləri |
Təltifləri |
Həyatı
Elvin Kərimov 1985-ci il sentyabrın 13-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Ailəli idi. Üç qızı yadigar qaldı.
Hərbi xidməti
Azərbaycan Ordusunun kiçik çavuşu olan Elvin Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Kərimov oktyabrın 11-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Çaylı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Kərimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Kərimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
- (29.12.2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)
İstinadlar
- Müdafiə Nazirliyi (22.01.2021). "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində (PDF). İstifadə tarixi: 22.01.2021.
- Azərbaycan Prezidentinin saytı (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Prezidentinin saytı (29.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-29 tarixində . İstifadə tarixi: 29.12.2020.
- Azərbaycan Prezidentinin saytı (29.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-29 tarixində . İstifadə tarixi: 29.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (29.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2021-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (29.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2021-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.