| Pəricahan xanım | |
|---|---|
| Pəricahan xanım Fətəli xan qızı | |
| 1796 – 1797 | |
| Əvvəlki | Şeyxəli xan |
| Sonrakı | Şeyxəli xan |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Quba, Quba xanlığı |
| Vəfat tarixi | XIX əsrin ilk yarısı |
| Vəfat yeri | Dağıstan |
| Atası | Fətəli xan |
| Anası | Gülpəri xanım[d] |
| Həyat yoldaşı | |
| Uşağı | |
| Dini | Şiə, İslam |
Pəricahan xanım və ya Pəri Cahan xanım — Quba xanı Fətəli xanın böyük qızı, dövlət xadimi.
Həyatı
| ]1775-cü ildə Quba şəhərində anadan olmuşdur. O, Quba xanı Fətəli xanın İlisu sultanının qızı Gülpəri xanımdan olan böyük qızıdır.
1786-cı ildə Fətəli xan çətin siyasi vəziyyətdə olarkən qızını Avar nutsalı Ümmə xana nişanlamağa razı olmuş, lakin Pəricahan xanımın azyaşlı olması səbəbindən bu nigah baş tutmamışdır.
Siyasi fəaliyyəti
| ]1796-cı ildə Dərbəndin mühasirəsi zamanı ruspərəst mövqeyi ilə tanınan Pəricahan xanım, şəhərin süqutundan və Şeyxəli xanın əsir götürülməsindən sonra rus hərbi rəhbərliyinin qərarı ilə Dərbəndə nominal hakim təyin edilmişdir. Lakin o, faktiki olaraq şəhərdə yerləşdirilmiş rus qarnizonunun rəisinin nəzarəti altında fəaliyyət göstərmişdir. Hökumət fərmanına əsasən, Zubov rus qoşunlarının daxil olduğu ərazilərdə Rusiyaya sadiq olan yerli hakimləri vəzifədə saxlamalı idi. Əgər belə şəxs tapılmazdısa, həmin vəzifəyə xan nəslindən olan etibarlı bir şəxs təyin edilirdi. Pəri Cahan xanım könüllü şəkildə rus düşərgəsinə gəlmiş və Rusiya yönümlü siyasətin tərəfdarı olduğunu göstərmişdi. O, Şeyxəli xana ruslarla mübarizəyə girməməyi tövsiyə etmiş və Zubova Rusiyaya sadiqliklərini ifadə edən adamlar göndərmişdi. Bu səbəbdən o, Dərbəndin hakimi təyin olundu. İmperatriça II Yekaterina Pəricahan xanıma "qələm, sırğalar və üzük" hədiyyə etmişdi, imperatriçanın öz sözlərinə görə, onun davranışında “cəngavərliyə xas bir şey” var idi. Elə həmin il, qrafın göstərişi ilə Pəricahan xanım İlisuda gizlənən kiçik qardaşı Həsən ağa ilə əlaqə saxladı və onu nüfuzlu şəxslərlə birlikdə baş komandanın yanına göndərdi. İmperatorun iradəsinə əsasən, baş komandan ona brilliantla bəzədilmiş qələm hədiyyə etdi və onu Quba xanı təyin etdi. Qraf Zubovun təşəbbüsü ilə Pəricahan xanım, Dərbənddən Qubaya gəlmiş və dağlarda gizlənən kiçik qardaşı Həsən ağaya müraciət edərək onu xan elan olunmaq üçün Qubaya dəvət etmişdi. Həsən bəy Qubada təntənəli şəkildə qarşılanmış, şəhərin əhalisi ona sadiqlik andı içmişdi. Rus hərbi düşərgəsində onu 16 top atəşi və musiqi ilə müşayiət olunan təntənəli mərasimlə qəbul etmişdilər. Beləliklə, Həsən bəy “Quba xanlığının xanı” kimi tanınmışdı. Lakin böyük qardaşı Şeyxəli xanın qisasından ehtiyat edən Həsən xan çox keçmədən Qubanı tərk edərək Dərbəndə qayıtmağa məcbur olmuşdu. Onunla birlikdə Pəricahan xanım da “200 nəfərlik süvari dəstəsi ilə birlikdə” Dərbəndə dönmüşdü. Həsən bəy Dərbəndə hakim təyin olunduqdan sonra rus generallarının iştirakı ilə şəhər əhalisindən sadiqlik andı almışdı. Amma o, böyük qardaşı Şeyxəli xana müqavimət göstərə bilməyəcəyini anlayaraq şəhəri tərk etmiş və anası ilə birlikdə Tərkiyə gedərək oradakı Şamxaldan himayə istəmişdi.
1806-cı ildə Dərbənd ərazisi nəhayətliklə Rusiya imperiyasına birləşdirildi və xan titulu ləğv edildi. Xanlığın inzibati idarəsi, Dərbənd şəhərinin özü istisna olmaqla, Dərbənd hərbi komendantının tabeliyində Pəricahan xanımla evli olan Tərki şamxalı Mehdi şamxala həvalə olundu.
1818-ci ilin dekabrında Pəricahan xanımın Qızılyar şəhərinə köçdüyünə dair ehtimallar mövcuddur. Onun sonrakı taleyi barədə məlumat yoxdur.
Şəxsi həyatı və Ailəsi
| ]Qeyd olunur ki, ruslar tərəfindən ona "княгиня Бике", yəni "Şahzadə Bikə", "zadəgan bəy xanımı" kimi müraciət olunurdu.
Quba xanı Fətəli xanın kiçik oğlu, dövlət xadimi Həsən xanın bacısıdır.
1796-cı ildə, rusların Dərbənddə olduğu dövrdə, Pəricahan xanım atası Məhəmməd xanın vəfatından sonra Tərki şamxalı elan edilmiş Mehdi bəyə ərə getmiş və bu evliliyindən iki övladı olmuşdur:
- oğlu — Süleymanpaşa Tarkovski - 1794-cü ildə anadan olmuş, 1830-cu ildə Tərki şamxallığını atasından sonra miras almış, 1836-cı ildə vəfat etmişdir.
- qızı — Nuh Bikə.
Bəzi tarixçilər Pəricahan xanımı Rusiya, Şeyxəli xan və Həsən xan arasında mahir siyasi oyunçu kimi qiymətləndirir. O, tamamilə ruspərəst hesab olunmur; əksinə, qardaşlarının xeyrinə işləyən, strateji maraqlarını qoruyan agent kimi qəbul edilir. Pəricahan xanım siyasi uzaqgörənliyi və idarəçilik bacarıqları ilə seçilmiş, atası Fətəli xana bənzər siyasi müdrikliyi nümayiş etdirərək, bölgədə nüfuzlu qadın fiqur kimi tanınmışdır.[]
İstinadlar
| ]- Родословная таблица Кубинских ханов // Акты, собранные Кавказской археографической комиссией. — Тифлис, 1875. — Т. VI, ч.II. — С. 907.
- Mustafazadə, 2005. səh. 158
- Mustafazadə, 2005. səh. 182
- Mustafazadə, 2005. səh. 179
- Mustafazadə, 2005. səh. 182
- Бакиханов, 1991. səh. 137
- Бакиханов, 1991. səh. 87
- Гаджиева, Сакинат. Дагестанские азербайджанцы. XIX - начало XX в.: Историкоэтнографическое исследование (PDF) (rus). Москва: "Восточная литература" РАН. 1999. 171.
- Mustafazadə, 2005. səh. 215
- Mustafazadə, 2005. səh. 196
Ədəbiyyat
| ]- Mustafazadə, Tofiq. Quba xanlığı (PDF) (az.). Bakı: Elm. 2005. 480 səh.
- Бакиханов, Аббас-Кули-aгa. Гюлистан-и Ирам (PDF) (rus). Баку: Элм. 1991. 304 səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Pericahan xanimPericahan xanim Feteli xan qiziDerbend xani1796 1797EvvelkiSeyxeli xanSonrakiSeyxeli xanSexsi melumatlarDogum tarixi 1775Dogum yeri Quba Quba xanligiVefat tarixi XIX esrin ilk yarisiVefat yeri DagistanAtasi Feteli xanAnasi Gulperi xanim d Heyat yoldasi II MehdiUsagi Suleymanpasa TarkovskiDini Sie Islam Pericahan xanim ve ya Peri Cahan xanim Quba xani Feteli xanin boyuk qizi dovlet xadimi Heyati span 1775 cu ilde Quba seherinde anadan olmusdur O Quba xani Feteli xanin Ilisu sultaninin qizi Gulperi xanimdan olan boyuk qizidir 1786 ci ilde Feteli xan cetin siyasi veziyyetde olarken qizini Avar nutsali Umme xana nisanlamaga razi olmus lakin Pericahan xanimin azyasli olmasi sebebinden bu nigah bas tutmamisdir Siyasi fealiyyeti span 1796 ci ilde Derbendin muhasiresi zamani rusperest movqeyi ile taninan Pericahan xanim seherin suqutundan ve Seyxeli xanin esir goturulmesinden sonra rus herbi rehberliyinin qerari ile Derbende nominal hakim teyin edilmisdir Lakin o faktiki olaraq seherde yerlesdirilmis rus qarnizonunun reisinin nezareti altinda fealiyyet gostermisdir Hokumet fermanina esasen Zubov rus qosunlarinin daxil oldugu erazilerde Rusiyaya sadiq olan yerli hakimleri vezifede saxlamali idi Eger bele sexs tapilmazdisa hemin vezifeye xan neslinden olan etibarli bir sexs teyin edilirdi Peri Cahan xanim konullu sekilde rus dusergesine gelmis ve Rusiya yonumlu siyasetin terefdari oldugunu gostermisdi O Seyxeli xana ruslarla mubarizeye girmemeyi tovsiye etmis ve Zubova Rusiyaya sadiqliklerini ifade eden adamlar gondermisdi Bu sebebden o Derbendin hakimi teyin olundu Imperatrica II Yekaterina Pericahan xanima qelem sirgalar ve uzuk hediyye etmisdi imperatricanin oz sozlerine gore onun davranisinda cengaverliye xas bir sey var idi Ele hemin il qrafin gosterisi ile Pericahan xanim Ilisuda gizlenen kicik qardasi Hesen aga ile elaqe saxladi ve onu nufuzlu sexslerle birlikde bas komandanin yanina gonderdi Imperatorun iradesine esasen bas komandan ona brilliantla bezedilmis qelem hediyye etdi ve onu Quba xani teyin etdi Qraf Zubovun tesebbusu ile Pericahan xanim Derbendden Qubaya gelmis ve daglarda gizlenen kicik qardasi Hesen agaya muraciet ederek onu xan elan olunmaq ucun Qubaya devet etmisdi Hesen bey Qubada tenteneli sekilde qarsilanmis seherin ehalisi ona sadiqlik andi icmisdi Rus herbi dusergesinde onu 16 top atesi ve musiqi ile musayiet olunan tenteneli merasimle qebul etmisdiler Belelikle Hesen bey Quba xanliginin xani kimi taninmisdi Lakin boyuk qardasi Seyxeli xanin qisasindan ehtiyat eden Hesen xan cox kecmeden Qubani terk ederek Derbende qayitmaga mecbur olmusdu Onunla birlikde Pericahan xanim da 200 neferlik suvari destesi ile birlikde Derbende donmusdu Hesen bey Derbende hakim teyin olunduqdan sonra rus generallarinin istiraki ile seher ehalisinden sadiqlik andi almisdi Amma o boyuk qardasi Seyxeli xana muqavimet gostere bilmeyeceyini anlayaraq seheri terk etmis ve anasi ile birlikde Terkiye gederek oradaki Samxaldan himaye istemisdi 1806 ci ilde Derbend erazisi nehayetlikle Rusiya imperiyasina birlesdirildi ve xan titulu legv edildi Xanligin inzibati idaresi Derbend seherinin ozu istisna olmaqla Derbend herbi komendantinin tabeliyinde Pericahan xanimla evli olan Terki samxali Mehdi samxala hevale olundu 1818 ci ilin dekabrinda Pericahan xanimin Qizilyar seherine kocduyune dair ehtimallar movcuddur Onun sonraki taleyi barede melumat yoxdur Sexsi heyati ve Ailesi span Qeyd olunur ki ruslar terefinden ona knyaginya Bike yeni Sahzade Bike zadegan bey xanimi kimi muraciet olunurdu Quba xani Feteli xanin kicik oglu dovlet xadimi Hesen xanin bacisidir 1796 ci ilde ruslarin Derbendde oldugu dovrde Pericahan xanim atasi Mehemmed xanin vefatindan sonra Terki samxali elan edilmis Mehdi beye ere getmis ve bu evliliyinden iki ovladi olmusdur oglu Suleymanpasa Tarkovski 1794 cu ilde anadan olmus 1830 cu ilde Terki samxalligini atasindan sonra miras almis 1836 ci ilde vefat etmisdir qizi Nuh Bike Bezi tarixciler Pericahan xanimi Rusiya Seyxeli xan ve Hesen xan arasinda mahir siyasi oyuncu kimi qiymetlendirir O tamamile rusperest hesab olunmur eksine qardaslarinin xeyrine isleyen strateji maraqlarini qoruyan agent kimi qebul edilir Pericahan xanim siyasi uzaqgorenliyi ve idarecilik bacariqlari ile secilmis atasi Feteli xana benzer siyasi mudrikliyi numayis etdirerek bolgede nufuzlu qadin fiqur kimi taninmisdir menbe gosterilmelidir Istinadlar span Rodoslovnaya tablica Kubinskih hanov Akty sobrannye Kavkazskoj arheograficheskoj komissiej Tiflis 1875 T VI ch II S 907 Mustafazade 2005 seh 158 Mustafazade 2005 seh 182 Mustafazade 2005 seh 179 Mustafazade 2005 seh 182 Bakihanov 1991 seh 137 Bakihanov 1991 seh 87 Gadzhieva Sakinat Dagestanskie azerbajdzhancy XIX nachalo XX v Istorikoetnograficheskoe issledovanie PDF rus Moskva Vostochnaya literatura RAN 1999 171 Mustafazade 2005 seh 215 Mustafazade 2005 seh 196 Edebiyyat span Mustafazade Tofiq Quba xanligi PDF az Baki Elm 2005 480 seh Bakihanov Abbas Kuli aga Gyulistan i Iram PDF rus Baku Elm 1991 304 seh Pericahan xanim nesilHuseyneli xanFeteli xanPericahan Bike d Pericahan xanim Suleymanpasa TarkovskiGulperi xanim d Qubali Feteli xanFealiyyetiGavdusan doyusu 1774 Ticaret muqavilesi 1782 AilesiHuseyneli xan Xedice Bike Abdulla bey Tuti Bike Ehmed xan Pericahan xanim Seyxeli xan Hesen xanMedeni irsdeDerbendli Feteli xanin mahnisi Sahname Sirvani Feteli xan film Memarliq irsi ve iqametgahlariDerbend xan sarayi Ciraqqala Tuti Bike turbesi Kateqoriyalar 1775 ci ilde dogulanlarElifba sirasina gore vezifeli sexslerQubada dogulanlarQadin doyusculerAzerbaycanli dovlet xadimleriQadin hokmdarlarGizli kateqoriya Vikipediya Menbesiz meqaleler
