Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Versal Ali şurası Paris Sülh Konfransına 1919 1920 rəhbərlik etmiş ali orqan şuranın tərkibinə beş böyük dövlətin ABş Bö

Versal Ali Şurası

Versal Ali Şurası
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Versal Ali Şurası — Paris Sülh Konfransına (1919–1920) rəhbərlik etmiş ali orqan. Şuranın tərkibinə beş böyük dövlətin (ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya) nümayəndə heyətlərinin başçıları və xarici işlər nazirləri daxil idi.

Rusiya məsələsi

image
Əlimərdan bəy Topçubaşov

1919-cu ilin mayından Ali şuranın iclaslarında "rus məsələsi" — Rusiyaya münasibət məsələsi daha fəal müzakirə edilməyə başladı. İyunun 12-də Antanta Ali şurası admiral Aleksandr Kolçakın başçılıq etdiyi Osmanlı hökumətinin tanınması və ona hərtərəfli yardım göstərilməsi barədə nota ilə çıxış etdi. Müttəfiqlərin Kolçak hökumətini Ümumrusiya hökuməti kimi tanımalarına qarşı yeni yaranmış respublikaların Parisdəki nümayəndələrindən birinci olaraq Azərbaycan nümayəndələri etiraz etdilər. Nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşov hələ mayın 31-də verdiyi bəyanatda Kolçak hökumətinin dağılmış Rusiya imperiyasının bütün ərazisində tanınmasının mümkünlüyünü Qafqaz Azərbaycanının həyati mənafeyinə qarşı zərərli hesab etmişdi. Azərbaycan nümayəndə heyəti iyunun 5-də bununla bağlı sülh konfransının sədrinə və Müttəfiq dövlətlərin baş nazirlərinin adına etiraz notası göndərdi. Azərbaycanın da daxil olduğu yeni yaranmış yeddi respublikanın nümayəndə heyətlərinin başçıları tərəfındən iyunun 17-də etiraz bəyannaməsi, habelə iyunun 23-də Azərbaycan, Gürcüstan və şimali Qafqaz respublikaları adından 7 maddədən ibarət etiraz notası imzalandı. Notada Kolçakla bərabər, Qafqaz respublikaları üçün ciddi təhlükəyə çevrilmiş Denikinə qarşı da etiraz edilirdi. Azərbaycan, Gürcüstan və Dağlı Respublikası nümayəndələri Versal Ali şurasının üzvlərini inandırmağa çalışırdılar ki, Denikin Könüllü ordusunun Cənubi Qafqaza yolunu bağlamaq lazımdır. Ermənilər nə "yeddilərin" bəyanatına qoşuldular, nə də Qafqaz respublikalarının etiraz notasını imzaladılar.

Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndə heyətləri sədrlərinin imzası ilə Antanta Ali şurasının sədri J.Klemansoya ünvanlanmış 28 avqust tarixli müraciətdə Qafqaz respublikalarının müstəqilliyi tanınana qədər müttəfiq qoşunlarının Qafqazdan çıxarılmasının dayandırılması xahiş edilirdi.

Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınması məsələsi

Azərbaycan və Gürcüstan nümayəndələri Qafqaz məsələsinin həllini sürətləndirmək məqsədilə 1919-cu ilin payızında konfransın sədrinə, Ali şura üzvlərinə müxtəlif formalarda müraciətlər etmişdilər. Azərbaycan nümayəndələri tərəfindən hazırlanmış və daha 7 respublikanın qoşulduğu kollektiv nota oktyabrın 8-də sülh konfransına təqdim edildi. Notada yeni yaranmış respublikaların müstəqilliyinin tanınmasının, onların beynəlxalq maliyyə sisteminə və iqtisadi münasibətlərə cəlb edilməsinin zəruriliyi Ali şuranın nəzərinə çatdırılırdı.

1920-ci il yanvarın 10-da Böyük Britaniyanın təşəbbüsü ilə Ali şuranın sessiyası çağırıldı. Sessiyada Cənubi Qafqaz respublikaları məsələsi ətraflı müzakirə edildi. Ali şuranın qəbul etdiyi qərara görə, hərbi ekspertlər Cənubi Qafqaz respublikalarına hərbi yardım göstərmək barədə təkliflər hazırlamalı idilər. Ali şuranın xarici işlər nazirləri səviyyəsində davam etdirilən iclasında Böyük Britaniyanın xarici işlər naziri lord Kerzon baş nazir Lloyd Corcun Azərbaycan və Gürcüstanın müstəqilliyini tanımaq məsələsini Ali şuranın iclasında qoymaq niyyətində olduğunu bildirdi. 1920-ci il yanvarın 11-də Antanta Ali şurası Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto tanımaq haqqında qərar qəbul etdi. Qerarda göstərilirdi ki, "müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar" (bax Müstəqilliyin de-fakto tanınması).

Cənubi Qafqaz respublikaları məsələsi

1920-ci il yanvarın 19-da Ali şuranın hökumət başçılarının iştirakı ilə keçirilən iclasında Cənubi Qafqaz respublikaları məsələsi ətraflı müzakirə edildi. Ali şuranın 10 yanvar tarixli tapşırığına əsasən, iclasda ingilis nümayəndələri tərəfındən tərtib edilmiş memorandum elan olundu. Ali şura Qafqaz məsələsinə dair dörd bənddən ibarət qərar qəbul etdi. Qərarda müttəfiq hökumətlərin Cənubi Qafqaz respublikalarına ordu göndərmək imkanına malik olmadıqları, bu respublikalara silah, hərbi sursat və ərzaqla kömək ediləcəyi göstərilirdi.

London konfransı

Azərbaycan nümayəndələri Antanta Ali şurasının 1920-ci ilin fevral-mart aylarında keçirilən London konfransında və San-Remo (aprel) konfransında iştirak etdilər. Ali şuranın London sessiyasında "rus məsələsi" müzakirə edilərək, "Rusiyada müttəfiqlərin siyasəti" adlı memorandum qəbul olundu. Konfransda müstəqilliyi müttəfiqlər tərəfindən tanınan yeni dövlətlərə Rusiya ilə dinc münasibətlər yaratmaq tövsiyə edilir və bildirilirdi ki, Rusiya yeni yaranmış dövlətlərə hücum edib, onların qanuni sərhədlərini pozarsa, Antanta həmin dövlətlərə bütün vasitələrlə yardım göstərəcəkdir. Lakin bütün bu vədlər yerinə yetirilmədi. Müstəqilliyi Versal Ali şurası tərəfindən tanınmış Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı Aprel işğalı (1920) ilə başa çatdı.

İstinadlar

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 428. ISBN .

Ədəbiyyat

  • Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
  • Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920-ci illər), B., 1993;
  • Nəsibzade N., Azərbaycanın xarici siyasəti (1918–1920), B., 1996;
  • Musayev İ., Azərbaycanın xarici siyasəti (XX əsr), B., 1996.

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Versal Ali Surasi Paris Sulh Konfransina 1919 1920 rehberlik etmis ali orqan Suranin terkibine bes boyuk dovletin ABS Boyuk Britaniya Fransa Italiya Yaponiya numayende heyetlerinin bascilari ve xarici isler nazirleri daxil idi Rusiya meselesiElimerdan bey Topcubasov 1919 cu ilin mayindan Ali suranin iclaslarinda rus meselesi Rusiyaya munasibet meselesi daha feal muzakire edilmeye basladi Iyunun 12 de Antanta Ali surasi admiral Aleksandr Kolcakin basciliq etdiyi Osmanli hokumetinin taninmasi ve ona herterefli yardim gosterilmesi barede nota ile cixis etdi Muttefiqlerin Kolcak hokumetini Umumrusiya hokumeti kimi tanimalarina qarsi yeni yaranmis respublikalarin Parisdeki numayendelerinden birinci olaraq Azerbaycan numayendeleri etiraz etdiler Numayende heyetinin bascisi Elimerdan bey Topcubasov hele mayin 31 de verdiyi beyanatda Kolcak hokumetinin dagilmis Rusiya imperiyasinin butun erazisinde taninmasinin mumkunluyunu Qafqaz Azerbaycaninin heyati menafeyine qarsi zererli hesab etmisdi Azerbaycan numayende heyeti iyunun 5 de bununla bagli sulh konfransinin sedrine ve Muttefiq dovletlerin bas nazirlerinin adina etiraz notasi gonderdi Azerbaycanin da daxil oldugu yeni yaranmis yeddi respublikanin numayende heyetlerinin bascilari terefinden iyunun 17 de etiraz beyannamesi habele iyunun 23 de Azerbaycan Gurcustan ve simali Qafqaz respublikalari adindan 7 maddeden ibaret etiraz notasi imzalandi Notada Kolcakla beraber Qafqaz respublikalari ucun ciddi tehlukeye cevrilmis Denikine qarsi da etiraz edilirdi Azerbaycan Gurcustan ve Dagli Respublikasi numayendeleri Versal Ali surasinin uzvlerini inandirmaga calisirdilar ki Denikin Konullu ordusunun Cenubi Qafqaza yolunu baglamaq lazimdir Ermeniler ne yeddilerin beyanatina qosuldular ne de Qafqaz respublikalarinin etiraz notasini imzaladilar Azerbaycan Gurcustan ve Ermenistan numayende heyetleri sedrlerinin imzasi ile Antanta Ali surasinin sedri J Klemansoya unvanlanmis 28 avqust tarixli muracietde Qafqaz respublikalarinin musteqilliyi taninana qeder muttefiq qosunlarinin Qafqazdan cixarilmasinin dayandirilmasi xahis edilirdi Azerbaycan ve Gurcustanin musteqilliyinin taninmasi meselesiAzerbaycan ve Gurcustan numayendeleri Qafqaz meselesinin hellini suretlendirmek meqsedile 1919 cu ilin payizinda konfransin sedrine Ali sura uzvlerine muxtelif formalarda muracietler etmisdiler Azerbaycan numayendeleri terefinden hazirlanmis ve daha 7 respublikanin qosuldugu kollektiv nota oktyabrin 8 de sulh konfransina teqdim edildi Notada yeni yaranmis respublikalarin musteqilliyinin taninmasinin onlarin beynelxalq maliyye sistemine ve iqtisadi munasibetlere celb edilmesinin zeruriliyi Ali suranin nezerine catdirilirdi 1920 ci il yanvarin 10 da Boyuk Britaniyanin tesebbusu ile Ali suranin sessiyasi cagirildi Sessiyada Cenubi Qafqaz respublikalari meselesi etrafli muzakire edildi Ali suranin qebul etdiyi qerara gore herbi ekspertler Cenubi Qafqaz respublikalarina herbi yardim gostermek barede teklifler hazirlamali idiler Ali suranin xarici isler nazirleri seviyyesinde davam etdirilen iclasinda Boyuk Britaniyanin xarici isler naziri lord Kerzon bas nazir Lloyd Corcun Azerbaycan ve Gurcustanin musteqilliyini tanimaq meselesini Ali suranin iclasinda qoymaq niyyetinde oldugunu bildirdi 1920 ci il yanvarin 11 de Antanta Ali surasi Azerbaycan ve Gurcustan hokumetlerini de fakto tanimaq haqqinda qerar qebul etdi Qerarda gosterilirdi ki muttefiq ve birlik olkeleri Azerbaycan ve Gurcustan hokumetlerini birlikde de fakto seviyyesinde taniyirlar bax Musteqilliyin de fakto taninmasi Cenubi Qafqaz respublikalari meselesi1920 ci il yanvarin 19 da Ali suranin hokumet bascilarinin istiraki ile kecirilen iclasinda Cenubi Qafqaz respublikalari meselesi etrafli muzakire edildi Ali suranin 10 yanvar tarixli tapsirigina esasen iclasda ingilis numayendeleri terefinden tertib edilmis memorandum elan olundu Ali sura Qafqaz meselesine dair dord bendden ibaret qerar qebul etdi Qerarda muttefiq hokumetlerin Cenubi Qafqaz respublikalarina ordu gondermek imkanina malik olmadiqlari bu respublikalara silah herbi sursat ve erzaqla komek edileceyi gosterilirdi London konfransiAzerbaycan numayendeleri Antanta Ali surasinin 1920 ci ilin fevral mart aylarinda kecirilen London konfransinda ve San Remo aprel konfransinda istirak etdiler Ali suranin London sessiyasinda rus meselesi muzakire edilerek Rusiyada muttefiqlerin siyaseti adli memorandum qebul olundu Konfransda musteqilliyi muttefiqler terefinden taninan yeni dovletlere Rusiya ile dinc munasibetler yaratmaq tovsiye edilir ve bildirilirdi ki Rusiya yeni yaranmis dovletlere hucum edib onlarin qanuni serhedlerini pozarsa Antanta hemin dovletlere butun vasitelerle yardim gosterecekdir Lakin butun bu vedler yerine yetirilmedi Musteqilliyi Versal Ali surasi terefinden taninmis Azerbaycan Xalq Cumhuriyyetinin beynelxalq munasibetler sisteminde istiraki Aprel isgali 1920 ile basa catdi IstinadlarAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi II cild Baki Lider 2005 seh 428 ISBN 9952 417 44 4 EdebiyyatAzerbaycan tarixi 7 cildde c 5 B 2001 Hesenov C Azerbaycan beynelxalq munasibetler sisteminde 1918 1920 ci iller B 1993 Nesibzade N Azerbaycanin xarici siyaseti 1918 1920 B 1996 Musayev I Azerbaycanin xarici siyaseti XX esr B 1996

Nəşr tarixi: İyun 25, 2024, 23:33 pm
Ən çox oxunan
  • İyul 14, 2025

    II Məhəmməd (Səfəvi)

  • İyul 17, 2025

    I-dle

  • İyul 31, 2025

    Həftçeşmə

  • İyul 17, 2025

    Hüseyn Hüseynov (mühəndis)

  • İyul 26, 2025

    Hüseyn Düzgün

Gündəlik
  • Xorvatiya

  • Azərbaycan Milli Hökuməti

  • Təbriz

  • Amur vilayəti

  • 2025-ci ildə vəfat edənlərin siyahısı

  • 1994 FİFA Dünya Kuboku

  • Uğurlu Məhəmməd bəy

  • Jeep

  • 1960

  • Fransa

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı