Şahin İsmayılov (siyasətçi)
İsmayilov Şahin Əmir oğlu (7 fevral 1986) — Azərbaycan Respublikası Milli Məclisinin V, VI çağırış deputatı (2015 - indiyədək), Gənclər və idman komitəsinin sədr müavini (2019 - indiyədək), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri (2009 - 2018), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü (2012 - indiyədək), Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü (2013 - 2016).
Şahin İsmayilov | |||||||
---|---|---|---|---|---|---|---|
İsmayilov Şahin Əmir oğlu | |||||||
| |||||||
| |||||||
Sələfi | vəzifə təsis edilib | ||||||
Şəxsi məlumatlar | |||||||
Partiya | Yeni Azərbaycan Partiyası | ||||||
Təhsili | Azərbaycan Dillər Universiteti | ||||||
Doğum tarixi | |||||||
Uşaqları | Əli İsmayıl Leyla İsmayılova | ||||||
| |||||||
Təltifləri | Gənclər üçün Prezident Mükafatı (Azərbaycan Respublikasının Prezidenti - 2014-cü il) “İlin ən ictimai fəal gənci” (Gənclər və İdman Nazirliyi – 2012-ci il) “Yaxşıların yaxşısı” (Bakı şəhər Gənclər və İdman Baş İdarəsi – 2011-ci il) “Boks üzrə yeniyetmələr arasında Bakı üçüncüsü və Azərbaycan çempionu” (2000-ci il) | ||||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Şahin İsmayilov 7 fevral 1986-cı ildə anadan olmuşdur. İctimai fəaliyyətə orta məktəbin yuxarı sinif şagirdi olarkən başlamışdır. 2002-2004-cü illərdə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 84 saylı orta məktəbin Şagird Komitəsinin sədri kimi çalışmış, 2004-2008-ci illərdə Azərbaycan Dillər Universitetinin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində fransaşünaslıq ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə həmin ixtisas üzrə magistr təhsili almışdır. Hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə ADU-nun sosial psixologiya üzrə fəlsəfə doktoru proqramına qəbul olmuşdur. Hal-hazırda həmin proqram üzrə təhsil alır.
2008-ci ildə ADU-nun Tələbə Gənclər Təşkilatının sədri seçilmişdir. 2009-cu ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təsis qurultayında İttifaqın sədri seçilmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv seçilmişdir.
İngilis, Rus, Fransız, Alman dillərini bilir.
Ailəlidir, iki övladı var.
İctimai və siyasi fəaliyyəti
Şahin İsmayilov Prezident Aparatının rəhbəri akademik Ramiz Mehdiyevin sərəncamı əsasında 2005-ci ilin may ayından ali və orta ixtisas təhsili müəssisələrində formalaşdırılmağa başlanan Tələbə Gənclər Təşkilatının (TGT) Azərbaycan Dillər Universitetində ilk fəal üzvlərindəndir. 2006-2009-cu illərdə İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirlərinin Bakı Konfransı, Azərbaycan Respublikası Prezident seçkiləri, Güləş üzrə dünya çempionatında tərcüməçi, Gənclərin IV Məşğulluq Sammiti, Qılıncoynatma və Boks üzrə gənclər və yeniyetmələr arasında keçirilən dünya çempionatlarında təşkilat komitəsinin üzvü kimi çıxış etmişdir.
2006-cı ildən ictimai fəaliyyətlə yanaşı siyasi fəaliyyətə də qoşulmuşdur. Həmin il Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının nəzdində olan ADU İlk Ərazi Təşkilatının sədr müavini seçilmişdir. 2011-ci ilədək həmin vəzifəni icra etmişdir. Bu vəzifə ilə yanaşı YAP Gənclər Birliyinin icraedici heyəti sıralarında da çalışmış, 2006-2008-ci illərdə həmin qurumun beynəlxlaq təşkilatlarla iş üzrə koordinatoru vəzifəsini tutmuşdur. İctimai-siyasi fəallığı, təhsil göstəriciləri nəzərə alınaraq 2008-ci ildə ADU Tələbə Gənclər Təşkilatının sədrliyinə namizədliyi irəli sürülmüşdür. Həmin il Tələbə Gənclər Təşkilatının İdarəetmə Şurasına üzv və həmin Şuranın üzvlərinin yekdil qərarı ilə TGT İdarəetmə Şurasının və təşkilatın sədri seçilmişdir. 2009-cu ildə magistratura pilləsinin birinci kursunda təhsil aldığı vaxt TGT-nin növbəti dəfə keçirilən Hesabat-Seçki Konfransında yenidən təşkilatın sədri seçilmiş və 2012-ci ilin sonunadək bu vəzifədə çalışmışdır. Həmin il bir sıra TGT-lərlə birlikdə Tələbə Gənclər Təşkilatlarının vahid platformasının və şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etmiş, TGT-lərin ittifaqı- Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təsis olunması üzrə yaradılan Təşkilat Komitəsinin sədri seçilmişdir. 20 noyabr 2009-cu il tarixində Bakı şəhərində 39 TGT-nin birgə iştirakı ilə keçirilən təsis qurultayında ATGTİ-nin sədri seçilmişdir. İttifaqa rəhbərlik etdiyi 2012-ci ilin 2 iyun tarixindək davam edən 1-ci dövrdə ATGTİ-yə üzv olan TGT-lərin sayı 39-dan 88-ə çatmış, TGT üzvlərinin isə sayı 20000-i keçmişdir. 2 iyun 2012-ci il tarixində Gülüstan Sarayında 88 TGT-nin 600 nümayəndəsinin iştirakı ilə ilk dəfə olaraq birbaşa elektron səsvermə ilə keçirilən Hesabat-Seçki Qurultayında 5 namizəd arasından səslərin böyük əksəriyyətini toplayaraq ikinci dəfə İttifaqın sədri seçilmişdir. İttifaqa rəhbərlik etdiyi ikinci dövrdə də üzv təşkilatların, TGT üzvlərinin, layihə və proqramların sayı artmaqda davam etmişdir. Belə ki, 2013-cü ilin 3 iyun tarixində Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində 1500-dən çox nümayəndənin iştirakı ilə keçirilən İllik Hesabat-Seçki Konfransında İttifaqa daha 21 TGT qoşulmuş və təşkilatların sayı 109-a, üzvlərin sayı isə 30000-ə çatmışdır.
21 aprel 2011-ci il tarixində bir qrup gənclə birlikdə Prezident İlham Əliyevin qəbulunda olmuş, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması və fəallığının artırılması istiqamətində cənab prezident qarşısında bir sıra təkliflərlə çıxış etmişdir. Həmin ilin aprel-iyun aylarında Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərliyi altında formalaşdırılmış “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının hazırlanması üzrə işçi qrupun üzvü olmuşdur. Prezident İlham Əliyevin sərəncamı ilə 23 aprel 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, 4 aprel 2013-cü il tarixində isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü seçilmişdir.
=
- "Gənclər üçün Prezident mükafatı" — 1 fevral 2014
- “İlin ən ictimai fəal gənci” (Gənclər və İdman Nazirliyi – 2012-ci il)
- “Yaxşıların yaxşısı” (Bakı şəhər Gənclər və İdman Baş idarəsi – 2011-ci il)
- “Liderlik və təşkilati quruculuq” mövzusunda təlim sertifikatı
- “İctimaiyyətlə əlaqələr” mövzusunda təlim sertifikatı
- “Lobbiçilik” mövzusunda təlim sertifikatı
- “Düzgün strategiyanın qurulması” mövzusunda təlim sertifikatı
- “Komanda işinin təşkili” mövzusunda təlim sertifikatı
- “Boks üzrə yeniyetmələr arasında Bakı üçüncüsü və Azərbaycan çempionu” (2016-ci il)
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
İştirak etdiyi beynəlxalq layihələr
- 29 oktyabr-3 noyabr 2008-ci il tarixlərində Ukraynanın Kiev və Odessa şəhərlərində keçirilən Şərqi və Avropa Gənclərinin Beynəlxalq Forumu;
- 20-24 mart 2009-cu il tarixlərində Türkiyə Republikasının hakim partiyası – Ədalət və İnkişaf Partiyasının Gənclər Birliyinin dəvəti ilə Türkiyədə keçirilin bələdiyyə seçkilərinə hazırlıq işləri ilə tanışlıq görüşü;
- 23-29 may 2009-cu il tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində YAP və ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun təşəbbüsü ilə keçirilən təcrübə mübadiləsi;
- 21-29 iyul 2009-cu il tarixlərində Koreya Respublikasının Seul və Qvaçeon şəhərlərində həmin ölkənin gəncləri ilə reallaşdırılan beynəlxalq ikitərəfli gənclər mübadiləsi proqramı;
- 21-30 mart 2010-cu il tarixlərində Belçikanın paytaxtı Brüsseldə keçirilən Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) konfransı;
- 21-23 may 2010-cu il tarixlərində AMOR-un Moskva şəhərində keçirilən konfransı;
- 21-26 iyul 2010-cu il tarixlərində Gürcüstan Respublikasında keçirilən Gənc Liderlərin Beynəlxalq Forumu;
- 8-10 oktyabr 2010-cu il tarixlərində Belçikanın Brüssel və Löven şəhərlərində keçirilən Avropa Tələbələr Birliyinin İdarə Heyətinin iclası;
- 26-29 noyabr 2010-cu il tarixlərində Dünya Azərbaycanlı Gənclərinin Frankfurt Görüşü;
- 11-12 mart 2011-ci il tarixlərində Fransanın Strazburq şəhərində keçirilən “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” İctmai Birliyinin (ASAİF) "Azərbaycan 20 - Baxış 2020" layihəsi;
- 9-10 aprel 2011-ci il tarixlərində Almaniyanın Manheym şəhərində keçirilən Azərbaycanlı gənc təbiblərin "Mükəmməl təbabətə doğru" forumu;
- 5-8 aprel 2012-ci il tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilən ASAİF-in “Mən gənc səfirəm” adlı forumu;
- 28-30 mart 2013-cü il tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində keçirilən ASAİF-in forumu;
- 19-22 noyabr 2013-cü il tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən II Beynəlxalq Qırğızıstan-Azərbaycan Gənclər Forumu;
İstinadlar
- Struktur - Şahin İsmayılov - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri 2013-08-16 at the Wayback Machine — ATGTİ-nin rəsmi saytı
- "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 20 aprel 2016. İstifadə tarixi: 21 aprel 2016.
- Şuranın tərkibi 2014-04-09 at the Wayback Machine — Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəsmi saytı
- Müşahidə şurasının üzvləri 2014-02-07 at the Wayback Machine — Azərbaycan Gənclər Fondunun rəsmi saytı
- Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2014-cü il tarixli 238 nömrəli Sərəncamı
- http://yap.org.az/az/view/pages/7