Yeni Azərbaycan Partiyası
Yeni Azərbaycan Partiyası və ya qısaca YAP — "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya.
Yeni Azərbaycan Partiyası | |
---|---|
Lider | İlham Heydər oğlu Əliyev |
Qurucu | Heydər Əliyev |
Sədri | İlham Əliyev |
Sədr müavinləri | Mehriban Əliyeva Əli Əhmədov Tahir Budaqov |
Quruluş tarixi | 21 noyabr 1992 |
Qeydiyyat tarixi | 18 dekabr 1992 |
Birləşmə | Azərbaycan Demokratik Sahibkarlar Partiyası (2021) Azərbaycan Xalq Demokratik Partiyası (2021) Azərbaycan Kəndli Partiyası (2021) Azərbaycan Milli Hərəkat Partiyası (2021) Azərbaycan Yurddaş Partiyası (2021) Milli Qurtuluş Partiyası (2021) |
Baş qərargah | Sergey Senyuşkin küç. 26 |
İdeologiya | Mərkəz-sağ |
Üzv sayı | 760 580 [2] |
Rəngləri | Göy-ağ |
Kabinetdə | 10 / 35 |
Parlamentdə | 70 / 125 Milli Məclis41 / 45 Ali Məclis |
Bələdiyyədə | 10.430 / 15.156 |
Avropa Şurası Parlament Assambleyasında | 4 / 648 [3] |
Saytı | www.yap.org.az |
Vikianbarda əlaqəli mediafayllar |
YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.[4]
Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir.
Yeni Azərbaycan Partiyasının namizədləri 1993, 1998, 2003, 2008, 2013 və 2018-ci illərdə baş tutan Prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013 və 2018-ci illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib.
1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub.
2020-ci ilin mart ayına olan məlumatlara əsasən Yeni Azərbaycan Partiyasının 760 min nəfərdən çox üzvü var.[5]
Tarixi
Heydər Əliyev dövrü (1992–2003)
16 oktyabr 1992-ci il — Yeni Azərbaycan Partiyasını yaratmaq münasibətilə Azərbaycan ziyalılarının Heydər Əliyevə müraciəti
24 oktyabr 1992-ci il — Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin ziyalıların müraciətinə cavabı
21 noyabr 1992-ci il — Yeni Azərbaycan Partiyasının təsis konfransı, Heydər Əliyevin partiya sədri seçilməsi
18 dekabr 1992-ci il — Yeni Azərbaycan Partiyasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi
1992–1993 — YAP rayon təşkilatlarının yaradılması
Aprel 1993-cü il — "Yeni Azərbaycan" qəzetinin ilk sayının çapdan çıxması
9 iyun 1993-cü il — YAP Sədri Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi
15 iyun 1993-cü il — Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi
3 oktyabr 1993-cü il — YAP sədri Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi
19 noyabr 1994-cü il — YAP-ın iki illiyinə həsr olunmuş ümumrespublika müşavirəsi və müşavirədə YAP sədri, ölkə Prezidenti Heydər Əliyevin çıxışı
12 noyabr 1995-ci il — Çoxpartiyalı sistem əsasında ölkədə ilk dəfə keçirilən parlment seçkilərində YAP-ın qələbə çalması
İyun 1995-ci il — YAP Qadınlar Şurasının və Gənclər Birliyinin təsis olunması
Noyabr 1997-ci il — YAP-ın yaranmasının 5 illiyinə həsr olunmuş ümumrespublika forumunun keçirilməsi
2 fevral 1998-ci il — YAP Gənclər Birliyinin ümumrespublika forumu. YAP Sədrinin forumdakı nitqindən irəli gələn məsələlər Gənclər Birliyinin fəaliyyət proqramının əsasını təşkil etmişdir
11 oktyabr 1998-ci il — YAP Sədri Heydər Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi
21 noyabr 1998-ci il — YAP-ın yaranmasının 6 illiyinə həsr olunmuş təntənəli yığıncağın keçirilməsi
21–22 dekabr 1999-cu il — YAP-ın I Qurultayı
12 noyabr 2000-ci il — Parlament seçkilərində YAP-ın qələbə çalması
21 noyabr 2001-ci il — YAP-ın II Qurultayı
24 avqust 2002-ci il- Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum)
26 noyabr 2002-ci il — YAP-ın 10 illiyinə həsr olunmuş təntənəli yığıncağın keçirilməsi
15 iyun 2003-cü il — Qurtuluş bayramının 10 illiyi "Heydər Əliyevin hakimiyyətə qayıdışının 10 illiyi"
2 avqust 2003-cü il — İlham Əliyevin Azərbaycan Respublikasının Baş Naziri seçilməsi
15 oktyabr 2003-cü il — İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi
12 dekabr 2003-cü il — Heydər Əliyev vəfat etmişdir.
İlham Əliyev dövrü (2005—h.h.)
17 dekabr 2004-cü il — Bələdiyyə seçkilərində YAP-ın qələbə çalması
26 mart 2005-ci il — YAP-ın III Qurultayı, Prezident İlham Əliyevin partiyanın sədri seçilməsi
2 iyun 2005-ci il — YAP Gənclər Birliyinin II konfransı
15 iyun 2005-ci il — YAP-ın Qurtuluş bayramı münasibətilə Qələbə kinoteatrının qarşısında izdihamlı mitinqi
14 oktyabr 2005-ci il — YAP Gənclər Birliyinin Azərbaycan gənclərinin IV Forumu münasibətilə "20 yanvar" metrostansiyasının yanından Qələbə kinoteatrının qarşısına qədər yürüş-mitinqi
6 noyabr 2005-ci il — Parlament seçkilərində YAP-ın qələbə çalması
21 noyabr 2007-ci il — YAP-ın 15 illiyinə həsr olunmuş tədbir
2 avqust 2008-ci il — YAP — ın IV Qurultayı
15 oktyabr 2008-ci il — İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi
18 mart 2009-cu il — Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı təşəbbüsü referendumda (ümümxalq səsverməsində) vətəndaşların böyük əksəriyyəti tərəfindən müdafiə olunmuş və qəbul edilmişdir.
23 dekabr 2009-cu il — bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası qalib gəldi.
7 noyabr 2010-cu il — Parlament seçkilərində YAP qələbə çaldı.
29 yanvar 2011-ci il — Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin III Hesabat konfransı
7 iyun 2013-cü il — Yeni Azərbaycan Partiyasının V Qurultayı
9 oktyabr 2013-cü il — İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi (84.54%)
23 dekabr 2014-cü il — Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası qalib gəlib.
1 noyabr 2015-ci il — Parlament seçkilərində Yeni Azərbaycan Partiyası qalib gəlib.
26 sentyabr 2016-cı il — Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçirilib.
14 noyabr 2017-ci il. Heydər Əliyev Mərkəzi, YAP-ın yaranmasının 25-ci ildönümü, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev təntənəli mərasimdə iştirak etmişdir.
8 fevral 2018-ci il — Yeni Azərbaycan Partiyasının VI Qurultayı
11 aprel 2018-ci il — İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi (86,03 %)
23 dekabr 2019-cu il — Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində qalib olub
9 fevral 2020-ci il — Parlament seçkilərində Yeni Azərbaycan Partiyası qalib gəlib
5 mart 2021-ci il — Yeni Azərbaycan Partiyasının növbədənkənar VII Qurultayı
Birləşmə
2012-ci ildə Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Ana Vətən Partiyası ilə Yeni Azərbaycan Partiyasının birləşdirilməsi fikrini irəli sürmüş və təklifi YAP-a göndərmişdir. Lakin YAP birləşmədən imtina etmişdir.[6]
5 Mart 2021 tarixində 6 partiya tərəfindən göndərilən birləşmə müraciəti Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında qəbul edilmişdir. Beləliklə Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Yurddaş Partiyası və Milli Qurtuluş Partiyası Yeni Azərbaycan Partiyasına birləşdi.[7]
Rəhbər Heyəti
Mərkəzi Apartın rəhbəri |
İdarə Heyəti
Yeni Azərbaycan Partiyasının 40 nəfərdən ibarət olan İdarə Heyəti mövcuddur.
- Amin İsmayılov
- Anar İsgəndərov
- Asif Əsgərli
- Aynur Sofiyeva
- Azər Badamov
- Bahar Muradova
- Bayram Aslanov
- Cavid Osmanov
- Eldar Əzizov
- Eldar İbrahimov
- Elmar Qasımov
- Elnarə Akimova
- Elnur Sadıqov
- Elşad Mirbəşir oğlu
- Ədalət Muradov
- Əfsun Sucayev
- Əli Əhmədov
- Fuad İbrahimov
- Hikmət Babaoğlu
- İlham Əliyev
- Kamal Cəfərov
- Mixail Zabelin
- Mehriban Əliyeva
- Musa Quliyev
- Mübariz Qurbanlı
- Pərvin Kərimzadə
- Ramin Məmmədov
- Ramiz Hüseynov
- Rauf Əliyev
- Rəşad Mahmudov
- Rövşən Bayramov
- Sadıq Qurbanov
- Samir Cəfərov
- Şahin İsmayılov
- Tahir Budaqov
- Tahir Mirkişili
- Tofiq Cahangirov
- Ülviyyə Həmzəyeva
- Vazeh Əsgərov
- Vasif Talıbov
Veteranlar Şurası
Yeni Azərbaycan Partiyasının VII Qurultayında 85 nəfərlik Siyasi Şura ləğv olunaraq əvəzinə 35 nəfərdən ibarət olan Veteranlar Şurası yaradılmışdır.
Sədrləri
Sıra | Rəhbər | Nəticələri | |
---|---|---|---|
Gəldiyi tarix | Getdiyi tarix | ||
Nəticələri
Prezident
İl | Namizəd | Nəticələri | Nəticə | |||
---|---|---|---|---|---|---|
Səs | % | Temp | Yer | |||
▬ | ||||||
▼ 21,00 % | ||||||
▼ 2,12 % | ||||||
▲ 11,96 % | ||||||
▼ 2,80 % | ||||||
▲ 1,48 % |
Parlament
Milli Məclis
İl | Sədr | Nəticələri | Mövqe | |||
---|---|---|---|---|---|---|
Səs | % | Yer | Temp | |||
53 / 125 | ▬ | |||||
77 / 125 | ▲ 24 | |||||
63 / 125 | ▼ 14 | |||||
71 / 125 | ▲ 8 | |||||
72 / 125 | ▲ 1 | |||||
70 / 125 | ▼2 |
Ali Məclis (Naxçıvan)
İl | Sədr | Nəticələri | Mövqe | |||
---|---|---|---|---|---|---|
Səs | % | Yer | Temp | |||
▬ | ||||||
40 / 45 | ||||||
39 / 45 | ▼ 1 | |||||
42 / 45 | ▲ 3 | |||||
42 / 45 | ▬ | |||||
42 / 45 | ▬ |
Bələdiyyə
İl | Sədr | Nəticələri |
---|---|---|
Üzv sayı | ||
10.290 / 15.591 | ||
10.315 / 15.035 | ||
10.432 / 15.156 |
Rəmzi
Yeni Azərbaycan Partiyasının rəsmi rəmzinin təsviri belədir:
- Ağ bayrağın ortasında göy rəngdə dəfnə ağacı var.
- Dəfnə ağacının ortasında qızılı rəngdə 8 guşəli ulduz var.
- Dəfnə ağacı Azərbaycanın zəngilnliyini, rifahını, xoşbəxtliyini və azadlığını rəmzidir
- Ulduzun daxilində göy rəngdə YAP yazılıb.
YAP Qadınlar Şurası
Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası 5 mart 2021-ci il tarixində keçirilən VII qurultayda ləğv olunmuş, əvəzində Gender siyasəti şöbəsi yaradılmışdır.
YAP Gənclər Birliyi
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi VII qurultaydan sonra yenidən formalaşdırılmışdır. Hazırda Birliyin 30 nəfər üzvü var. Gənclər Birliyinin 11 mart 2021-ci il tarixli iclasında Bəxtiyar İslamov yeni sədr seçilmişdir.
Qərargahı
2018-ci il mayın 18-nə qədər Yeni Azərbaycan Partiyasının inzibati binası Səbail rayonunda Bülbül Küçəsi 13 ünvanında yerləşirdi. 2018-ci il mayın 18-də isə Xətai rayonunda Sergey Senyuşkin küçəsi 26 ünvanında Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılış mərasimi baş tutdu. Açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev də qatıldı.
Yeni Azərbaycan Partiyasının Azərbaycanın 9 şəhərində (Gəncə[8], Lənkəran[9], Mingəçevir[10], Naftalan[11], Sumqayıt[12], Şəki[13], Şirvan[14], Yevlax[15] və Naxçıvan[16]) və 63 rayonunda (Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocalı, Xocavənd, İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Qazax, Qax, Qəbələ, Qobustan, Quba, Qusar, Qubadlı, Laçın, Lerik, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şəmkir, Şamaxı, Şuşa, Tərtər, Tovuz, Ucar, Yardımlı, Zaqatala, Zəngilan, Zərdab, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur), həmçinin Bakı şəhərinin 12 rayonunda (Binəqədi[17], Xəzər[18], Xətai[19], Qaradağ[20], Nərimanov[21], Nəsimi[22], Nizami[23], Pirallahı[24], Sabunçu[25], Səbail[26], Suraxanı[27] və Yasamal[28]) qərargahları mövcuddur.
İstinadlar
- ↑ "Arxivlənmiş surət". 2020-11-29 tarixində . İstifadə tarixi: 2021-01-18.
- ↑ "Arxivlənmiş surət". 2010-12-12 tarixində . İstifadə tarixi: 2008-03-05.
- ↑ 2 təmsilçi, 2 əvəzədici
- ↑ http://yap.org.az/az/view/pages/5 2019-11-23 at the Wayback Machine Tarixi arayış
- ↑ yap.az
- ↑ https://m.modern.az/az/news/28897
- ↑ https://report.az/daxili-siyaset/yap-in-qurultayinda-alti-partiyanin-birlesme-ile-bagli-muraciete-baxilacaq/
- ↑ "Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Lənkəran şəhər Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Naftalan şəhər Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Şəki şəhər Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Yevlax şəhər Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhər Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Binəqədi rayon Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Xəzər rayon Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Xətai rayon Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Qaradağ rayon Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Nizami rayon Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Pirallahı rayon Qərargahı" ( (azərb.)). 2019-09-20. 2020-07-21 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Sabunçu rayon Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Səbail rayon Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Suraxanı rayon Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
- ↑ "Yeni Azərbaycan Partiyasının Yasamal rayon Qərargahı" ( (azərb.)). 2019-09-20. 2019-09-22 tarixində . İstifadə tarixi: 2019-09-22. (#parameter_ignored)
Həmçinin bax
