| Xudu Borçalı | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1730 |
| Doğum yeri | |
| Vəfat tarixi | ən tezi 1795 |
Xudu Borçalı və ya Xudu bəy Borçalinski — XVIII əsrdə Borçalı mahalında yaşamış xalq qəhrəmanı. Gürcülər ona Xudu Borçalinski, azərbaycanlılar Xudu Xuduoğlu, çar II İrakli isə Xudiya (gürc. ხუდია ბორჩალო) deyirdi.
Haqqında
| ]Xudu bəy Borçalı təxminən 1730-cu ildə Borçalı mahalının Sadaxlı kəndində anadan olmuşdur. Onun, 1770-in yazında Axısxada göstərdiyi şücaət şahzadələr Teymurazın, Baqratın, Davidin, İohanın tarixi icmallarında özəlliklə qeyd olunmuşdur. Gürcüstan və İmeret (Açıqbaş) şahları Rus qoşununun köməyi ilə Axısxanı, Azğuru, Aspindzayı tutmağa getdilər. İraklinin muzdla tutduğu Ləzgi qoşunu Kür çayı üstündəki Aspinza Körpüsündə məğlub olub, qaçmağa üz qoydu, İrakli özu məşhur Ləzgi sərkərdəsini öldürdü, sonra İrakli, Borçalı atlı dəstəsini Qoriyə göndərdi. O, öncəbhə sərdarı Rus generalına məktubunda (əsli Gürcüstan Əlyazmalar İnstitutundadır) yazırdı: “Xudu dörd yüz qoçaq müsəlmanla sizin yanınıza gəlməlidir. Borçalılar yaxşı, mərd adamlardır. Mən bunu yazan vaxtlar həmən qoşun ya gəlmiş, ya da yaxınlaşmış olacaqdır. Bu müsəlman ləşkəri on iki - on üç gün sizin yanınızda qalacaqdır”. Rus qoşunu qəfil atəş xəttindən arxaya çəkildi, buna baxmayaraq, Xudunun, habelə elbəyi Ağbabanın, Muxran ağası Levanın oğlu Simonun dəstələrinin yardımıyla aprelin 20-də körpü tutuldu, Türk qüvvətləri çəkildilər. Borçalının arıq atları möcüzə görsətdilər. İohan, Xudu Bəyi “şanşöhrətli cəngavər” deyə öymüşdür. Xudunun dəstəsi Axıskadan sonra Qarsda da vuruşmuş, daha sonra Gürcüstan ləşgəri içində Naxçıvana yürüş etmiiş, Şükürəli xana qalib gəlmişdir. Gürcüstan Əlyazmalar İnstitutundakı arxiv bəlgəsində oxuyuruq ki, Gürcüstan qoşun sərdarının kəşfiyyatına görə Sisyana göndərdiyi Xudu (Xudiya) 50 nəfər döyüşçüylə İlandağda İbrahim xanın 200 nəfərlik ön qoşununa qalib gələrək, 8 adamı əsir götürdü, Xudu və Borçalı Topçuoğlu öldürdükləri iki sərkərdənin başını gətirdilər. Şahzadə Teymurazın salnaməsində həmən yürüşə Borçalılardan əlavə qazaxlıların, pəmbəklilərin, şəmşəddillilərin də qatıldıqları bildirilir. 1795-də Sadıq Bəyin Qazax-Borçalılardan yığıb Ağa Məhəmməd xana qarşı çıxardığı qoşuna o sərkərdəlik etmişdi.
Ədəbiyyatda
| ]Məşhur gürcü ədibi Sandro Şanşiaşvilinin Ağa Məhəmməd xanın Tiflisə yürüşü təsvir olunan “Krtsanis Qəhrəmanları” dramında İraklinin ən yaxın sirdaşlarından və sərkərdələrindən biri kimi Xudu Borçalı obrazı da var – İraklinin şəxsi qoruyucusu olan Xudu: “Məni vuruşa göndərin” deyəndə İrakli: “Sən burada mənimlə olacaqsan” deyir və İrakli Qocor yoluyla dağlara çəkiləndə də ona Xudu bələdçilik edir.
Gürcü yazıçısı Akakiya Belaşvli özünün "Besuku" romanında Xudu kişi ilə bağlı bir neçə fəsil yazıb və orada belə faktlar da yazıb: "O, (Xudu kişi) vuruşdan qayıdaraq, atdan düşür və düşmən sərkərdəsinin başını İraklinin ayaqları altına atır. İrakli döyüşlərdən birində rus generalına məktub yazaraq birldirir ki, sizə başda qorxmaz, qəhrəman Xudu Borçalinki olmaqla 400 nəfər müsəlman-tatarı əsgərlərini göndərirəm. Onlar bu döyüşlərdə sizə çox köməklik edəcəklər. Çünki mən onlara özüm kimi inanıram".
Xatirəsi
| ]- Gürcüstanın Marneuli şəhərində küçələrdən biri Xudu Borçalının adını daşıyır.
Mənbə
| ]İstinadlar
| ]- თოფჩიშვილი, როლანდ. ეთნოისტორიული ეტიუდები [Etnoqrafik araşdırmalar] (PDF) (gürcü). წიგნი I. თბილისი: ენა და კულტურა. 2005. 15. 16 iyun 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 fevral 2025.
- ჯაჭვაძე, მარიამ. "გამქრალი მრავალფეროვნების მუზეუმი" [İtməkdə olan Müxtəliflik Muzeyi]. indigo.com.ge (gürcü). 21 yanvar 2021. 28 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2024.
- Nəzirli, Şəmistan. General Yadigarov qardaşları (PDF). Bakı: Şirvannəşr. 2004. 6. 11 sentyabr 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 oktyabr 2024.
- Məmmədli, 1997. səh. 55
- İdrisoğlu, Ağalar. "Unudulan generalımız, xalq qəhrəmanımız - Xudu Borçalı". AzPress.Az. 23 fevral 2016. 31 oktyabr 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2019.
Ədəbiyyat
| ]- Mirzə Məmmədoğlu. II İrakli və Xudu Borçalı. Tbilisi. 2018.
- Veys Xudiyev, Ağalar İdrisoğlu. Xudu Borçalı və onun şəcərəsi. Tbilisi. 2017.
- Şurəddin Məmmədli. Alın yazımız. Tbilisi: Dayaq. 1997.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Xudu BorcaliSexsi melumatlarDogum tarixi 1730 1730 Dogum yeri Sadaxli GurcustanVefat tarixi en tezi 1795 Xudu Borcali ve ya Xudu bey Borcalinski XVIII esrde Borcali mahalinda yasamis xalq qehremani Gurculer ona Xudu Borcalinski azerbaycanlilar Xudu Xuduoglu car II Irakli ise Xudiya gurc ხუდია ბორჩალო deyirdi Haqqinda span Xudu bey Borcali texminen 1730 cu ilde Borcali mahalinin Sadaxli kendinde anadan olmusdur Onun 1770 in yazinda Axisxada gosterdiyi sucaet sahzadeler Teymurazin Baqratin Davidin Iohanin tarixi icmallarinda ozellikle qeyd olunmusdur Gurcustan ve Imeret Aciqbas sahlari Rus qosununun komeyi ile Axisxani Azguru Aspindzayi tutmaga getdiler Iraklinin muzdla tutdugu Lezgi qosunu Kur cayi ustundeki Aspinza Korpusunde meglub olub qacmaga uz qoydu Irakli ozu meshur Lezgi serkerdesini oldurdu sonra Irakli Borcali atli destesini Qoriye gonderdi O oncebhe serdari Rus generalina mektubunda esli Gurcustan Elyazmalar Institutundadir yazirdi Xudu dord yuz qocaq muselmanla sizin yaniniza gelmelidir Borcalilar yaxsi merd adamlardir Men bunu yazan vaxtlar hemen qosun ya gelmis ya da yaxinlasmis olacaqdir Bu muselman leskeri on iki on uc gun sizin yaninizda qalacaqdir Rus qosunu qefil ates xettinden arxaya cekildi buna baxmayaraq Xudunun habele elbeyi Agbabanin Muxran agasi Levanin oglu Simonun destelerinin yardimiyla aprelin 20 de korpu tutuldu Turk quvvetleri cekildiler Borcalinin ariq atlari mocuze gorsetdiler Iohan Xudu Beyi sansohretli cengaver deye oymusdur Xudunun destesi Axiskadan sonra Qarsda da vurusmus daha sonra Gurcustan lesgeri icinde Naxcivana yurus etmiis Sukureli xana qalib gelmisdir Gurcustan Elyazmalar Institutundaki arxiv belgesinde oxuyuruq ki Gurcustan qosun serdarinin kesfiyyatina gore Sisyana gonderdiyi Xudu Xudiya 50 nefer doyuscuyle Ilandagda Ibrahim xanin 200 neferlik on qosununa qalib gelerek 8 adami esir goturdu Xudu ve Borcali Topcuoglu oldurdukleri iki serkerdenin basini getirdiler Sahzade Teymurazin salnamesinde hemen yuruse Borcalilardan elave qazaxlilarin pembeklilerin semseddillilerin de qatildiqlari bildirilir 1795 de Sadiq Beyin Qazax Borcalilardan yigib Aga Mehemmed xana qarsi cixardigi qosuna o serkerdelik etmisdi Edebiyyatda span Meshur gurcu edibi Sandro Sansiasvilinin Aga Mehemmed xanin Tiflise yurusu tesvir olunan Krtsanis Qehremanlari draminda Iraklinin en yaxin sirdaslarindan ve serkerdelerinden biri kimi Xudu Borcali obrazi da var Iraklinin sexsi qoruyucusu olan Xudu Meni vurusa gonderin deyende Irakli Sen burada menimle olacaqsan deyir ve Irakli Qocor yoluyla daglara cekilende de ona Xudu beledcilik edir Gurcu yazicisi Akakiya Belasvli ozunun Besuku romaninda Xudu kisi ile bagli bir nece fesil yazib ve orada bele faktlar da yazib O Xudu kisi vurusdan qayidaraq atdan dusur ve dusmen serkerdesinin basini Iraklinin ayaqlari altina atir Irakli doyuslerden birinde rus generalina mektub yazaraq birldirir ki size basda qorxmaz qehreman Xudu Borcalinki olmaqla 400 nefer muselman tatari esgerlerini gonderirem Onlar bu doyuslerde size cox komeklik edecekler Cunki men onlara ozum kimi inaniram Xatiresi span Gurcustanin Marneuli seherinde kucelerden biri Xudu Borcalinin adini dasiyir Menbe span Istinadlar span თოფჩიშვილი როლანდ ეთნოისტორიული ეტიუდები Etnoqrafik arasdirmalar PDF gurcu წიგნი I თბილისი ენა და კულტურა 2005 15 16 iyun 2024 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 27 fevral 2025 ჯაჭვაძე მარიამ გამქრალი მრავალფეროვნების მუზეუმი Itmekde olan Muxteliflik Muzeyi indigo com ge gurcu 21 yanvar 2021 28 may 2024 tarixinde arxivlesdirilib Istifade tarixi 20 oktyabr 2024 Nezirli Semistan General Yadigarov qardaslari PDF Baki Sirvannesr 2004 6 11 sentyabr 2024 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 20 oktyabr 2024 Memmedli 1997 seh 55 Idrisoglu Agalar Unudulan generalimiz xalq qehremanimiz Xudu Borcali AzPress Az 23 fevral 2016 31 oktyabr 2020 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 29 aprel 2019 Edebiyyat span Mirze Memmedoglu II Irakli ve Xudu Borcali Tbilisi 2018 Veys Xudiyev Agalar Idrisoglu Xudu Borcali ve onun seceresi Tbilisi 2017 Sureddin Memmedli Alin yazimiz Tbilisi Dayaq 1997 Kateqoriyalar 1730 cu ilde dogulanlarGurcustanda dogulanlarVefat tarixi bilinmeyenlerElifba sirasina gore herbi xadimlerGurcustan azerbaycanlilariGurcustan herbcileriAzerbaycanli herbciler
