Xülya Cəfərova
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Xülya Cəfərova (tam adı: Xülya Rabil qızı Cəfərova; d. 17 fevral 1992. Qəbələ, Azərbaycan) — Azərbaycanlı yazıçı, jurnalist, tərcüməçi.
Xülya Cəfərova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qəbələ, Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | |
İxtisası | jurnalist |
Fəaliyyəti | yazıçı, pedaqoq, tərcüməçi |
Əsərlərinin dili | Azərbaycan dili, ingilis dili |
Janr | fantastika |
İlk əsəri | Külək: Yel kürəsinin şahzadəsi (roman) |
Həyatı
Xülya Cəfərova 1992-ci il fevralın 17-də Qəbələ şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ailəlidir, bir övladı var.
Təhsili
Orta təhsilini 1998-2009-ci illərdə Bakı şəhərində Qafqaz Özəl Gimnaziyasında almışdır. 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuş, 2013-cü ildə adı çəkilən universiteti bitirmişdir. Elə həmin ildə o, Bakı Dövlət Universitetinin magistraturasına daxil olmuşdur. 2016-cı ildə magistratura pilləsini fərqlənmə ilə bitirmiş və beynəlxalq jurnalistika ixtisası üzrə magistr dərəcəsi almışdır. Hazırda AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantıdır.
Fəaliyyəti
Əmək fəaliyyətinə Lider TV-də jurnalist kimi başlamışdır. Ardınca, bir sıra qurumlarda jurnalist və tərcüməçi kimi fəaliyyət göstərmişdir. "ASAN Könüllülük Məktəbi"nin məzunu olmuşdur. Hazırda “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin mətbuat katibidir. Bədii yaradıcılığa maraq Xülya Cəfərovada uşaq yaşlarından yaranmışdır. 2010-cu ildə “Mənim dahi dostum” [1] adlı ilk məqaləsi 525-ci qəzetdə nəşr olunmuşdur. Tələbəlik illərindən başlayaraq müntəzəm olaraq mətbuatda yazılarla çıxış etməkdədir. Bununla yanaşı, “Ye, Dua et, Sev”, “Aclıq Oyunları: Alov Yanacaq” və “Aclıq Oyunları: Zığ-zığ quşu” əsərlərini Azərbaycan dilinə çevirmişdir. Külək: Yel kürəsinin şahzadəsi (roman) müəllifin ilk kitabıdır. Əsər Azərbaycan ədəbiyyatında ilk milli superqəhrəmanların yer aldığı fentezi romandır.
Əsərləri
Külək trilogiyası
- "Külək: Yel kürəsinin şahzadəsi"
- "Külək - Bozqurdun sirri"
- "Külək: ... "
Romanlar
- Sinif yoldaşları (roman)
Hekayələr
- Zülmət qırmızı
- “Qar”anlıq
- Həddini bilmə sənəti
- Qulaqsız canavar
- Vətənin pıçıltısı
- Dünyanın sonu
- İkiüzlü Yanus
Filmlərin təhlili
- “Gəliş” filmi
- "Əli və Nino" filmi
- "Evdə" filmi
- "Dərzi" filmi
- “Otaq” filmi
Tərcümələr
- Ye, Dua et, Sev
- Və alov doğacaq
- Zığ-zığ quşu
İstinadlar
Mənbə
- https://oxu.az/culture/242515 - Azərbaycan ədəbiyyatında ilk superqəhrəman
- http://www.3alma.az/book,308/lang,az/ 2018-06-05 at the Wayback Machine - "Külək: Yel kürəsinin şahzadəsi" kitabı tezliklə satışda
- https://azertag.az/xeber/Yel_kuresinin_sahzadesi-1153997 - Gənc yazıçı Xülya Cəfərovanın yeni çapdan çıxacaq ilk kitabı olan “Külək – Yel kürəsinin şahzadəsi” ilk milli superqəhrəmanlarla yadda qalacaq.
- https://azvision.az/news/144936/asan-konulluluk-mektebinin-mezunu-kitab-yazib.html[ölü keçid] - ASAN Könüllülük Məktəbinin məzunu kitab yazıb.