Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Vayolet Konstans Cessop 2 oktyabr 1887 və ya 1 oktyabr 1887 5 may 1971 argentinalı dəniz stüardessası və tibb bacısı olu

Vayolet Konstans Cessop

Vayolet Konstans Cessop
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Vayolet Konstans Cessop (2 oktyabr 1887 və ya 1 oktyabr 1887 – 5 may 1971) — argentinalı dəniz stüardessası və tibb bacısı olub. O, White Star Line şirkətinə məxsus RMS Titanik, RMS Olympik və HMHS Britannik gəmilərində baş vermiş üç böyük gəmi qəzasından sağ çıxması ilə tanınır. Bu səbəbdən ona "Batmaz Vayolet" (ing. Miss Unsinkable) ləqəbi verilib.

Vayolet Konstans Cessop
ing. Violet Constance Jessop
image
Cessop, HMHS Britannik gəmisində xidmət edərkən Könüllü Yardım Dəstəsi formasında
Ləqəbi “Batmayan xanım” ing. Miss Unsinkable
Doğum tarixi 2 oktyabr 1887
Doğum yeri Bahía Blanca, Argentina
Vəfat tarixi 5 may 1971 (83 yaşında)
Vəfat yeri Greyt-Eşfild, Saffolk, İngiltərə
Vəfat səbəbi ürək çatışmazlığı
Vətəndaşlığı
  • image Argentina
  • image İrlandiya
Həyat yoldaşları Con C. Lyuis (1923–1924; boşanma ilə bitmişdir)
Atası Uilyam Cessop
Anası Ketrin Cessop (Kelli)
Fəaliyyəti Dəniz stüardessası, tibb bacısı
Tanınır RMS Titanik, RMS Olympik və HMHS Britannik gəmi qəzasından sağ qalması ilə
image Vikianbarda əlaqəli mediafayllar

Uşaqlıq və gənclik illəri

Vayolet Cessop 1 oktyabr 1887-ci ildə Argentina, Bahía Blanca yaxınlığında yaşayan irlandiyalı mühacir ailəsində — Uilyam Cessop və Ketrin Kelli ailəsində dünyaya gəlmişdir. Qeyd: Bəzi mənbələr onun doğum tarixini 2 oktyabr 1887-ci il kimi göstərir, lakin ölüm şəhadətnaməsində 1 oktyabr tarixi qeyd olunmuşdur. Uilyam Cessop 1880-ci illərin ortalarında Dublindən Argentinaya köçərək burada qoyunçuluqla məşğul olmaq qərarına gəlmişdi. Ketrin isə onun ardınca 1886-cı ildə köçmüşdü. Vayolet doqquz uşaqdan birincisi idi, bacı-qardaşlarından üçü uşaqlıq dövründə vəfat etmişdi.

Vayolet özü də uşaqlıqda vərəm xəstəliyinə (tuberkulyoz) yoluxmuş, lakin həkimlərin sağ qalmaq ümidlərini az görməsinə baxmayaraq, möcüzəvi şəkildə sağalmışdır. Atasının vəfatından sonra ailə Böyük Britaniyaya köçmüş və Vayolet burada qadın monastırına bağlı bir məktəbdə təhsil almışdır. Anası xəstələndikdən sonra Vayolet təhsilini yarımçıq qoyaraq dəbdəbəli sərnişin gəmilərində stüardessa kimi işləməyə başlamışdır.

Onun stüardessa kimi ilk iş yeri 1908-ci ildə Royal Mail Line şirkətinə məxsus "Orinoko" sərnişin layneri olmuşdur.

RMS "Olimpik"

Vayolet 14 iyun 1911-ci ildə 23 yaşında ikən transatlantik sərnişin gəmisi olan “Olympik”-də stüardessa kimi işləməyə başladı. Olympik o dövrdə ən böyük mülki layneri olan lüks gəmi idi. Buna baxmayaraq Vaylet bu gəminin aid olduğu White Star Line şirkətində işləmək istəmirdi. Çünki şirkət əsasən Atlantik okeanı üzərindən reyslər təşkil edirdi və o bu okeanın hava şəraitini bəyənmirdi. Gəmiyə kapitan Edvard Smit rəhbərlik edirdi. 1911-ci il 20 sentyabr tarixində "Olympik", uğursuz manevr nəticəsində “Hawk” kreyseri ilə toqquşdu. Xoşbəxtlikdən, bu toqquşma insan itkisi ilə nəticələnmədi və hər iki gəmi zədələnməsinə baxmayaraq suyun üzərində qalmağı bacardı.

RMS "Titanik"

1912-ci il aprelin 10-da Vayolet Cessop digər ekipaj üzvləri ilə birlikdə “Olympik” gəmisinin əkiz bacısı sayılan “Titanik” gəmisinə mindi. Əslində, bu gəmiyə minmək istəmirdi, lakin dostlarının onu razı salması nəticəsində qərarını dəyişdi. Onlar Vayoletə bu gəmidə işləməyin onun üçün yaxşı bir tövsiyə (rekomendasiya) olacağını demişdilər.

Gəminin kapitanı yenə də Edvard Smit idi. Hətta onun köməkçiləri – Merdok və Laytoller də "Olympik"dəki eyni şəxslər idi. Vayolet gəmiya bir yəhudi duasının əlyazma tərcüməsini özü ilə götürərək mindi. Bu duanı ona yaşlı bir irland qadın vermişdi və Vayoletin dediyinə görə, dua onu oddan və sudan qorumağa kömək etməli idi. Dindar katolik olan Vayolet, bu duanı öz kayuta qonşusuna da oxutdurmuşdu.

1912-ci il aprelin 14-də “Titanik” aysberqlə toqquşanda, Vayolet artıq demək olar ki, yatmışdı. Üst göyərtəyə çıxmaq əmri alındıqda, digər stüardessalarla birlikdə №16 qayıqla təxliyə olundu. Öz xatirələrində yazır ki, qayığa minərkən zabitlərdən biri ona balaca bir uşağı qorumaq üçün verdi. “Karpatia” gəmisinə çatdıqdan sonra, bir qadın birdən onun yanına qaçaraq uşağı qucağından alıb heç bir söz demədən uzaqlaşdı. Vayolet bunun uşağın anası olduğunu düşündü. Lakin o, həmin an çox üşüdüyündən, qadının heç bir təşəkkür belə etməməsini qəribə qarşılamamışdı. Daha sonra bu hadisəni xatırlayarkən bu detala xüsusi diqqət yetirmişdi.

HMHS "Britannik"

Birinci Dünya müharibəsi zamanı Vayolet Cessop Britaniya Qızıl Xaçı təşkilatında tibb bacısı kimi xidmət etmişdir. 1916-cı ildə o, hərbi hospital gəmisi olan “Britannik”-ə yerləşdirilmişdi. 1916-cı il noyabrın 21-də gəmi alman sualtı qayığı tərəfindən yerləşdirilmiş minaya toxunaraq partlayışa məruz qaldı.

Partlayış gəminin sağ tərəfində, burun hissəsində baş vermişdi və dörd ön bölmənin su ilə dolmasına baxmayaraq, “Britannik” hələ də üzmək qabiliyyətini saxlayırdı. Gəmi hərəkətdə olduğu üçün, ekipaj xilasedici qayıqları yalnız gəmi tam dayandıqdan sonra suya buraxmağa qərar verdi. Lakin bu ehtiyat tədbirinə baxmayaraq, faciə baş verdi – iki qayıq suya endirildi və hələ də fırlanan pərvanələrə tərəf çəkildi. Nəticədə 21 nəfər həlak oldu.

Vayolet həmin qayıqlardan birində idi və qayığın gəminin fırlanan pərvanəsinə doğru çəkildiyini hiss edərək tullanaraq canını qurtara bildi. Suya düşdükdən sonra güclü axın onu gəminin altına, kilyaya tərəf apardı və o başını kilyaya çırpdı. Lakin, sonradan dediyinə görə, qalın və sıx qəhvəyi saçları onun başını qorudu və zərər görməsinin qarşısını aldı. Bununla belə, bir neçə il sonra davamlı baş ağrılarından şikayətlə həkimə müraciət etdikdə, kəllə sümüyündə çat aşkar olunmuşdu.

O, həmçinin qeyd edirdi ki, “Britannik”dən qaçarkən diş fırçasını götürməyi unutmadı, çünki “Titanik” batarkən bu imkanı olmamışdı və batmadan sonra ən çox məhz diş fırçasının yoxluğunu hiss etmişdi.

Vayolet Cessopun xidmət etdiyi White Star Line şirkətinə məxsus sərnişin gəmiləri

  • image
    "Olimpik. 1911"
  • image
    "Titanik. 1912"
  • image
    "Britannik. 1916"

Sonrakı həyatı

image
Vayolet Cessopun iki dəfə dünya səyahətinə çıxdığı "Belgenland" layneri

Müharibədən sonra Vayolet Cessop “White Star Line” şirkətində işləməyə davam etdi, lakin sonradan “Red Star Line” şirkətinə keçdi, daha sonra isə yenidən “Royal Mail Line”da çalışdı. “Red Star” şirkətində işlədiyi dövrdə o, “Belgenland” layneri ilə iki dəfə dünya səyahətinə çıxdı. 1930-cu illərin sonlarında Vayolet qısa müddətə evləndi (iddialara görə ticarət donanmasında işləyən bir dənizçi ilə, lakin bu nikahdan uşaqları olmayıb). 1950-ci ildə o, İngiltərənin Suffolk qraflığında yerləşən Greyt-Eşfild qəsəbəsinə köçdü.

Təqaüdə çıxdıqdan bir il sonra gecə vaxtı Vayolet telefon zəngi ilə oyadıldı. Zəng edən şəxs özünü təqdim etmədən ondan soruşdu ki, “Titanik” faciəsi gecəsi bir uşağı xilas edibmi? Vayolet “Bəli” cavabını verdi. Qadın isə cavabında “Deməli, mən o uşaq idim” deyib güldü və dəstəyi asdı. Vayoletin dostu və bioqrafı Con Məkstoun-Qrehem bunun kənd uşaqları tərəfindən edilən bir zarafat ola biləcəyini irəli sürdü, lakin Vayolet cavabında bildirdi ki, bu hadisə barədə ilk dəfə ona danışır. Həmin gecə xilas etdiyi uşağın kimliyi bu günədək dəqiq müəyyən edilməyib.

Mövcud məlumatlara görə, 16 nömrəli xilasedici qayıqda olan yeganə uşaq Livandan olan 5 aylıq Əssad Aleksandr Tomas idi. Onu boğulan gəmidə əmisi Çarlz (o, faciədə həlak olub) sərnişinlərdən birinə — güman ki, II dərəcəli bilet sahibi olan 27 yaşlı Edvina Seliya Trotta — tapşırmışdı. Sonradan “Karpatia” gəmisində Əssadı anası Famina Tomas tapmışdı. Tomas isə 12 iyun 1931-ci ildə vəfat etdiyindən iyirmi ildən sonra Cessopa zəng edə bilməzdi.

Cessop “Titanik” batarkən “Sənə yaxın, ey Tanrım” (“Nearer, My God, to Thee”) ilahisinin səsləndiyini eşitdiyini deyən sağ qalan azsaylı şahidlərdən biri olmuşdur.

Vayolet Cessop 5 may 1971-ci ildə Buri Sent Edmuns şəhərində yerləşən Müqəddəs Meri Xəstəxanasında xroniki ürək çatışmazlığı ilə ağırlaşan bronxopnevmoniyadan vəfat etmişdir.

Mədəni irsdə yeri

Vayolet Cessopun həyatı və "White Star Line" gəmilərindəki xidmətləri bir çox sənədli filmlərə və ədəbiyyat nümunələrinə ilham mənbəyi olmuşdur.

  • O, 1997-ci il "Titanik" filmində birbaşa obraz olaraq yer almasa da, film boyu görünən stüardessaların bir neçəsinin onun xatirələrindən ilhamlandığı güman edilir.
  • 2007-ci ildə BBC tərəfindən yayımlanan "Titanik — Gəminin hekayəsi" sənədli filmində Cessopun xatirələrinə əsaslanaraq hadisələr təsvir edilmişdir.
  • Yazıçı John Maxtone-Graham onun xatirələrini 1997-ci ildə nəşr etdirmişdir — Titanic Survivor: The Newly Discovered Memoirs of Violet Jessop Who Survived Both the Titanic and Britannic Disasters.
  • O, həmçinin müxtəlif podkast və tarixi proqramlarda, xüsusilə "Ən bəxtəvər insan" və ya "Batmayan qadın" kimi təqdim edilir.
  • "Doctor Who" (2011-ci il) serialının "The Curse of the Black Spot" bölümündə Cessopa bənzəyən qadın personaj yer alır.
  • Cessop bəzən "Miss Batmaz" (ing. Miss Unsinkable) ləqəbi ilə xatırlanır.

İstinadlar

  1. Violet Constance Jessop // Find a Grave (ing.). 1996.
  2. Encyclopedia Titanica (ing.). 1996.
  3. Damon, Duane. "Angel of the White Star Violet Jessop". . 33 cild no. 4. April 2012. səh. 16.
  4. Kaplan, David A.; Underwood, Anne. "The iceberg cometh". Newsweek. 128 cild no. 22. 25 November 1996.
  5. "Violet Jessop (Death Certificate)". Encyclopedia Titanica (ingilis). 2003-08-28. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  6. Upton, Emily. "The woman who survived all three disasters aboard the sister ships: The Titanic, Britannic, and Olympic". Today I Found Out.com. 28 January 2014. İstifadə tarixi: 26 April 2016.
  7. Sitat səhvi: Yanlış <ref> teqi; jessop adlı istinad üçün mətn göstərilməyib
  8. Gleick, Elizabeth; Carassava, Anthee. "Deep Secrets". (South Pacific Edition). No. 43. 26 October 1998. səh. 72.
  9. Wynn, Stephen; Wynn, Tanya. Women in the Great War. Barnsley: Pen and Sword Books. 2017. səh. 87. ISBN .
  10. "As'ad Tannūs". Encyclopedia Titanica.
  11. Jessop, Violet. Titanic Survivor. Sheridan House. 2012. səh. 224. ISBN .

Xarici keçidlər

  • Violet Jessop - Wikipedia
  • BBC History – Violet Jessop
  • Encyclopedia Titanica – Violet Jessop
  • Find A Grave – Violet Constance Jessop

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Vayolet Konstans Cessop 2 oktyabr 1887 ve ya 1 oktyabr 1887 5 may 1971 argentinali deniz stuardessasi ve tibb bacisi olub O White Star Line sirketine mexsus RMS Titanik RMS Olympik ve HMHS Britannik gemilerinde bas vermis uc boyuk gemi qezasindan sag cixmasi ile taninir Bu sebebden ona Batmaz Vayolet ing Miss Unsinkable leqebi verilib Vayolet Konstans Cessoping Violet Constance JessopCessop HMHS Britannik gemisinde xidmet ederken Konullu Yardim Destesi formasindaLeqebi Batmayan xanim ing Miss UnsinkableDogum tarixi 2 oktyabr 1887Dogum yeri Bahia Blanca ArgentinaVefat tarixi 5 may 1971 83 yasinda Vefat yeri Greyt Esfild Saffolk IngiltereVefat sebebi urek catismazligiVetendasligi Argentina IrlandiyaHeyat yoldaslari Con C Lyuis 1923 1924 bosanma ile bitmisdir Atasi Uilyam CessopAnasi Ketrin Cessop Kelli Fealiyyeti Deniz stuardessasi tibb bacisiTaninir RMS Titanik RMS Olympik ve HMHS Britannik gemi qezasindan sag qalmasi ile Vikianbarda elaqeli mediafayllarUsaqliq ve genclik illeriVayolet Cessop 1 oktyabr 1887 ci ilde Argentina Bahia Blanca yaxinliginda yasayan irlandiyali muhacir ailesinde Uilyam Cessop ve Ketrin Kelli ailesinde dunyaya gelmisdir Qeyd Bezi menbeler onun dogum tarixini 2 oktyabr 1887 ci il kimi gosterir lakin olum sehadetnamesinde 1 oktyabr tarixi qeyd olunmusdur Uilyam Cessop 1880 ci illerin ortalarinda Dublinden Argentinaya kocerek burada qoyunculuqla mesgul olmaq qerarina gelmisdi Ketrin ise onun ardinca 1886 ci ilde kocmusdu Vayolet doqquz usaqdan birincisi idi baci qardaslarindan ucu usaqliq dovrunde vefat etmisdi Vayolet ozu de usaqliqda verem xesteliyine tuberkulyoz yoluxmus lakin hekimlerin sag qalmaq umidlerini az gormesine baxmayaraq mocuzevi sekilde sagalmisdir Atasinin vefatindan sonra aile Boyuk Britaniyaya kocmus ve Vayolet burada qadin monastirina bagli bir mektebde tehsil almisdir Anasi xestelendikden sonra Vayolet tehsilini yarimciq qoyaraq debdebeli sernisin gemilerinde stuardessa kimi islemeye baslamisdir Onun stuardessa kimi ilk is yeri 1908 ci ilde Royal Mail Line sirketine mexsus Orinoko sernisin layneri olmusdur RMS Olimpik Vayolet 14 iyun 1911 ci ilde 23 yasinda iken transatlantik sernisin gemisi olan Olympik de stuardessa kimi islemeye basladi Olympik o dovrde en boyuk mulki layneri olan luks gemi idi Buna baxmayaraq Vaylet bu geminin aid oldugu White Star Line sirketinde islemek istemirdi Cunki sirket esasen Atlantik okeani uzerinden reysler teskil edirdi ve o bu okeanin hava seraitini beyenmirdi Gemiye kapitan Edvard Smit rehberlik edirdi 1911 ci il 20 sentyabr tarixinde Olympik ugursuz manevr neticesinde Hawk kreyseri ile toqqusdu Xosbextlikden bu toqqusma insan itkisi ile neticelenmedi ve her iki gemi zedelenmesine baxmayaraq suyun uzerinde qalmagi bacardi RMS Titanik 1912 ci il aprelin 10 da Vayolet Cessop diger ekipaj uzvleri ile birlikde Olympik gemisinin ekiz bacisi sayilan Titanik gemisine mindi Eslinde bu gemiye minmek istemirdi lakin dostlarinin onu razi salmasi neticesinde qerarini deyisdi Onlar Vayolete bu gemide islemeyin onun ucun yaxsi bir tovsiye rekomendasiya olacagini demisdiler Geminin kapitani yene de Edvard Smit idi Hetta onun komekcileri Merdok ve Laytoller de Olympik deki eyni sexsler idi Vayolet gemiya bir yehudi duasinin elyazma tercumesini ozu ile goturerek mindi Bu duani ona yasli bir irland qadin vermisdi ve Vayoletin dediyine gore dua onu oddan ve sudan qorumaga komek etmeli idi Dindar katolik olan Vayolet bu duani oz kayuta qonsusuna da oxutdurmusdu 1912 ci il aprelin 14 de Titanik aysberqle toqqusanda Vayolet artiq demek olar ki yatmisdi Ust goyerteye cixmaq emri alindiqda diger stuardessalarla birlikde 16 qayiqla texliye olundu Oz xatirelerinde yazir ki qayiga minerken zabitlerden biri ona balaca bir usagi qorumaq ucun verdi Karpatia gemisine catdiqdan sonra bir qadin birden onun yanina qacaraq usagi qucagindan alib hec bir soz demeden uzaqlasdi Vayolet bunun usagin anasi oldugunu dusundu Lakin o hemin an cox usuduyunden qadinin hec bir tesekkur bele etmemesini qeribe qarsilamamisdi Daha sonra bu hadiseni xatirlayarken bu detala xususi diqqet yetirmisdi HMHS Britannik Birinci Dunya muharibesi zamani Vayolet Cessop Britaniya Qizil Xaci teskilatinda tibb bacisi kimi xidmet etmisdir 1916 ci ilde o herbi hospital gemisi olan Britannik e yerlesdirilmisdi 1916 ci il noyabrin 21 de gemi alman sualti qayigi terefinden yerlesdirilmis minaya toxunaraq partlayisa meruz qaldi Partlayis geminin sag terefinde burun hissesinde bas vermisdi ve dord on bolmenin su ile dolmasina baxmayaraq Britannik hele de uzmek qabiliyyetini saxlayirdi Gemi hereketde oldugu ucun ekipaj xilasedici qayiqlari yalniz gemi tam dayandiqdan sonra suya buraxmaga qerar verdi Lakin bu ehtiyat tedbirine baxmayaraq facie bas verdi iki qayiq suya endirildi ve hele de firlanan pervanelere teref cekildi Neticede 21 nefer helak oldu Vayolet hemin qayiqlardan birinde idi ve qayigin geminin firlanan pervanesine dogru cekildiyini hiss ederek tullanaraq canini qurtara bildi Suya dusdukden sonra guclu axin onu geminin altina kilyaya teref apardi ve o basini kilyaya cirpdi Lakin sonradan dediyine gore qalin ve six qehveyi saclari onun basini qorudu ve zerer gormesinin qarsisini aldi Bununla bele bir nece il sonra davamli bas agrilarindan sikayetle hekime muraciet etdikde kelle sumuyunde cat askar olunmusdu O hemcinin qeyd edirdi ki Britannik den qacarken dis fircasini goturmeyi unutmadi cunki Titanik batarken bu imkani olmamisdi ve batmadan sonra en cox mehz dis fircasinin yoxlugunu hiss etmisdi Vayolet Cessopun xidmet etdiyi White Star Line sirketine mexsus sernisin gemileri Olimpik 1911 Titanik 1912 Britannik 1916 Sonraki heyatiVayolet Cessopun iki defe dunya seyahetine cixdigi Belgenland layneri Muharibeden sonra Vayolet Cessop White Star Line sirketinde islemeye davam etdi lakin sonradan Red Star Line sirketine kecdi daha sonra ise yeniden Royal Mail Line da calisdi Red Star sirketinde islediyi dovrde o Belgenland layneri ile iki defe dunya seyahetine cixdi 1930 cu illerin sonlarinda Vayolet qisa muddete evlendi iddialara gore ticaret donanmasinda isleyen bir denizci ile lakin bu nikahdan usaqlari olmayib 1950 ci ilde o Ingilterenin Suffolk qrafliginda yerlesen Greyt Esfild qesebesine kocdu Teqaude cixdiqdan bir il sonra gece vaxti Vayolet telefon zengi ile oyadildi Zeng eden sexs ozunu teqdim etmeden ondan sorusdu ki Titanik faciesi gecesi bir usagi xilas edibmi Vayolet Beli cavabini verdi Qadin ise cavabinda Demeli men o usaq idim deyib guldu ve desteyi asdi Vayoletin dostu ve bioqrafi Con Mekstoun Qrehem bunun kend usaqlari terefinden edilen bir zarafat ola bileceyini ireli surdu lakin Vayolet cavabinda bildirdi ki bu hadise barede ilk defe ona danisir Hemin gece xilas etdiyi usagin kimliyi bu gunedek deqiq mueyyen edilmeyib Movcud melumatlara gore 16 nomreli xilasedici qayiqda olan yegane usaq Livandan olan 5 ayliq Essad Aleksandr Tomas idi Onu bogulan gemide emisi Carlz o faciede helak olub sernisinlerden birine guman ki II dereceli bilet sahibi olan 27 yasli Edvina Seliya Trotta tapsirmisdi Sonradan Karpatia gemisinde Essadi anasi Famina Tomas tapmisdi Tomas ise 12 iyun 1931 ci ilde vefat etdiyinden iyirmi ilden sonra Cessopa zeng ede bilmezdi Cessop Titanik batarken Sene yaxin ey Tanrim Nearer My God to Thee ilahisinin seslendiyini esitdiyini deyen sag qalan azsayli sahidlerden biri olmusdur Vayolet Cessop 5 may 1971 ci ilde Buri Sent Edmuns seherinde yerlesen Muqeddes Meri Xestexanasinda xroniki urek catismazligi ile agirlasan bronxopnevmoniyadan vefat etmisdir Medeni irsde yeriVayolet Cessopun heyati ve White Star Line gemilerindeki xidmetleri bir cox senedli filmlere ve edebiyyat numunelerine ilham menbeyi olmusdur O 1997 ci il Titanik filminde birbasa obraz olaraq yer almasa da film boyu gorunen stuardessalarin bir necesinin onun xatirelerinden ilhamlandigi guman edilir 2007 ci ilde BBC terefinden yayimlanan Titanik Geminin hekayesi senedli filminde Cessopun xatirelerine esaslanaraq hadiseler tesvir edilmisdir Yazici John Maxtone Graham onun xatirelerini 1997 ci ilde nesr etdirmisdir Titanic Survivor The Newly Discovered Memoirs of Violet Jessop Who Survived Both the Titanic and Britannic Disasters O hemcinin muxtelif podkast ve tarixi proqramlarda xususile En bextever insan ve ya Batmayan qadin kimi teqdim edilir Doctor Who 2011 ci il serialinin The Curse of the Black Spot bolumunde Cessopa benzeyen qadin personaj yer alir Cessop bezen Miss Batmaz ing Miss Unsinkable leqebi ile xatirlanir IstinadlarViolet Constance Jessop Find a Grave ing 1996 Encyclopedia Titanica ing 1996 Damon Duane Angel of the White Star Violet Jessop 33 cild no 4 April 2012 seh 16 Kaplan David A Underwood Anne The iceberg cometh Newsweek 128 cild no 22 25 November 1996 Violet Jessop Death Certificate Encyclopedia Titanica ingilis 2003 08 28 2021 10 29 tarixinde arxivlesdirilib Istifade tarixi 2021 10 29 Upton Emily The woman who survived all three disasters aboard the sister ships The Titanic Britannic and Olympic Today I Found Out com 28 January 2014 Istifade tarixi 26 April 2016 Sitat sehvi Yanlis lt ref gt teqi jessop adli istinad ucun metn gosterilmeyib Gleick Elizabeth Carassava Anthee Deep Secrets South Pacific Edition No 43 26 October 1998 seh 72 Wynn Stephen Wynn Tanya Women in the Great War Barnsley Pen and Sword Books 2017 seh 87 ISBN 978 1 4738 6542 6 As ad Tannus Encyclopedia Titanica Jessop Violet Titanic Survivor Sheridan House 2012 seh 224 ISBN 978 1 4617 4032 2 Xarici kecidlerViolet Jessop WikipediaBBC History Violet JessopEncyclopedia Titanica Violet JessopFind A Grave Violet Constance Jessop

Nəşr tarixi: May 24, 2025, 13:05 pm
Ən çox oxunan
  • Mart 19, 2025

    İran Ordusu

  • Mart 24, 2025

    İqtisadi böhran

  • Yanvar 27, 2025

    İqtisadi millətçilik

  • Yanvar 27, 2025

    İqtisadi Tərəfdaşlıq Sazişi

  • Fevral 10, 2025

    İqrığ

Gündəlik
  • Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi

  • Roma imperator kultu

  • Nürnberq

  • Üçüncü Reyx

  • İkinci dünya müharibəsi

  • HƏMAS–İsrail müharibəsi

  • Sudanda vətəndaş müharibəsi (2023–hal-hazırda)

  • Unudulmuş əcdadların kölgələri

  • Azərbaycan Respublikası

  • 2002

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı