TeamViewer
TeamViewer — kompüterlərə və digər cihazlara müdaxiləni təmin edən uzaqdan giriş və uzaqdan idarəetmə proqramıdır. İlk dəfə 2005-ci ildə bazara daxil oldu və funksionallığı addım-addım genişlənməyə başladı. TeamViewer mülkiyyət proqramıdır, lakin qeydiyyat tələb etmir və kommersiya məqsədi güdülməyən istifadə üçün ödənişsizdir. İki milyarddan çox cihazda quraşdırılmışdır. TeamViewer, Göppingen mərkəzli eyni adlı şirkətin əsas məhsuludur.
TeamViewer | |
---|---|
Tipi | Uzaqdan idarəetmə, Veb konfransları |
İnkişaf etdirici | [[TeamViewer (company) |TeamViewer AG]], |
Əməliyyat sistemi | Windows, macOS, Linux, Android, iOS/iPadOS, Raspberry Pi |
Yayımlanma tarixi | 2005 |
Sonuncu versiya | (28 yanvar 2021 ) ) |
Lisenziya | mülkiyyət proqramı |
Sayt | teamviewer.com |
Tarix
Rossmanith GmbH, TeamViewer proqramının ilk versiyasını 2005-ci ildə bazara daxil etdi, amma həmin dövrdə proqram hələ VNC proyektinə əsaslanırdı. Bir İT xidmət provayderi müştərilərin lazımsız səyahətlərdən çəkinmələrini və proqramı uzaqdan yükləmək kimi tapşırıqları reallaşdırmaq istədi. Daha sonra startap çox uğurlu oldu ve bugün TeamViewer Germany GmbH olaraq fəaliyyət göstərən və TeamViewer AG-nin bir parçası olan TeamViewer GmbH-nin ərsəyə gəlməsinə səbəb oldu.
Əməliyyat sistemləri
TeamViewer, Microsoft Windows, Windows Server və Apple-ın macOS-u da daxil olmaqla ümumi əməliyyat sistemlərinə sahib olan bütün masa üstü kompüterlərdə istifadə oluna bilər. Həmçinin bir neçə Linux paylamaları və törəmələri üçün də paketlər də var: Debian, Ubuntu, Red Hat, və Fedora Linux. Bundan başqa, Raspberry Pi OS, Raspberry Pi üçün Debian versiyası da var.
TeamViewer, Android və ya Apple iOS / iPadOS əməliyyat sistemi ilə işləyən smartfonlar və planşetlər üçün də mövcuddur. Lakin Microsoft, iki əməliyyat sistemi üçün dəstəyi dayandırdıqdan sonra Windows Phone və Windows Mobile üçün dəstək ləğv edildi.
Funksionallıq
TeamViewer-in funksionallığı cihazdan və proqramın variantından və ya versiyasından asılı olaraq dəyişir. TeamViewer-in əsas işi kompüterlərə və digər cihazlara uzaqdan giriş, eləcə də onların idarə və nəzarət edilməsini təmin etməkdir. Bağlantı qurulduqdan sonra uzaq ekran digər son nöqtədə istifadəçi üçün görünür. Beləliklə paylaşıla bilən lövhə sayəsində hər iki son nöqtə istifadəçisi faylları göndərə və qəbul edə bilir. Bundan əlavə İP telefon vasitəsilə səs və video ötürülməsi kimi bəzi funksiyalar komanda əməkdaşlığını asanlaşdırır.
Son illərdə proqramın funksionallığı xüsusilə böyük şirkətlərdə istifadəsi üçün optimallaşdırılmışdır. Bu məqsədlə TeamViewer Tensor müəssisə variantı hazırlanmışdır. TeamViewer həmçinin TeamViewer Pilot ilə artırılmış reallıq elementləri ilə uzaqdan dəstək üçün proqram təminatı satır. TeamViewer, Microsoft (Teams), Salesforce və ServiceNow kimi digər tətbiq və xidmətlərə interfeyslər təklif edir. Xidmət demək olar ki, bütün ölkələrdə mövcuddur və 30-dan çox dildə dəstəklənir.
Lisenziya siyasəti
Kommersiya məqsədi olmayan özəl istifadəçilərin TeamViewerdən ödənişsiz istifadəsi mümkündür. Lakin proqramın kommersiya istifadəsinə görə ödəniş edilməlidir. Tətbiqin lisenziyadan abunə modelinə keçdiyi üçün birdəfəlik alma artıq mümkün deyil. Proqramdan istifadə haqqı istifadəçi sayına və paralel seans sayına görə hesablanır. Yeniləmələr aylıq olaraq yayımlanır və bütün istifadəçilər üçün daxil edilir.
Təhlükəsizlik
Gələn və gedən əlaqələr İnternet və ya yerli şəbəkələr vasitəsilə eyni dərəcədə mümkündür. TeamViewer, istənildiyi təqdirdə TeamViewer vasitəsilə nəzarətsiz giriş imkanı verən bir Windows sistem xidməti kimi çalışa bilər. Proqramın, məsələn bir USB məlumat daşıyıcısı vasitəsilə, tamamen kurulum gerektirmeden çalışan taşınabilir bir sürümü de vardır. tam quraşdırmaya ehtiyac olmadan çalışan portativ tətbiq versiyası da var.
Bağlantı avtomatik olaraq yaradılan unikal ID-lər və şifrələrdən istifadə edərək qurulur. Her əlaqədən öncə TeamViewer şəbəkə serverlərini, hər iki uc nöqtənin şəxsiyyətlərinin doğruluğunu yoxlayır. Güvenlik, kullanıcıların uzaktaki aygıtın kimliğine ilişkin ek kanıt sağlamasına olanak tanıyan parmak iziyle artırılır. Təhlükəsizlik, istifadəçilərin uzaqdakı cihazı tanımağa imkan verən "fingerprint" metodu vasitəsilə daha da gücləndirilir. Əlaqə cəhdləri arasındakı gözləmə müddəti tətbiq olunaraq şifrələr Brute-Force hücumuna qarşı qorunur. TeamViewer, iki faktorlu doğrulama, əngəlləmə və icazə siyahıları kimi əlavə təhlükəsizlik özəlliklərinə də sahibdir.
Bir əlaqə qurmadan əvvəl TeamViewer, firewall və digər təhlükəsizlik sistemləri tərəfindən qoyulmuş məhdudiyyətləri aşkar etmək üçün əvvəlcə cihazın və şəbəkənin konfiqurasiyasını yoxlayır. Ümumiyyətlə, əlavə əlaqə nöqtələrinin açılmasına ehtiyac olmayacaq şəkildə birbaşa TCP / UDP bağlantısı qurula bilər. Əks təqdirdə TeamViewer, HTTP tuneli kimi digər yollara baş vura bilər.
Seçilən əlaqə növündən asılı olmayaraq, məlumatlar yalnız təhlükəsiz məlumat kanalları vasitəsilə ötürülür. TeamViewer, RSA (4096 bit) və AES (256 bit) əsaslı ucdan uca şifrələməyə malikdir. Prinsip olaraq ortada adam hücumu mümkün deyil. Buna iki açar cütünün imzalanmış açar mübadiləsi zəmanət verir.
İstismar
Fırıldaqçı dəstək
TeamViewer və bənzər proqramlar texniki dəstək adı ilə sui-istifadə edilə bilər. Bu vəziyyətdə təcavüzkarlar qurbanlarının kompüterləri üzərində nəzarəti əldə etmək üçün tanınmış şirkətlərin işçiləri kimi davranırlar. Daha sonra qurbanlarından pul almaq üçün bəhanə gətirirlər. Bu səbəbdən İngilis İnternet provayderi TalkTalk, proqramın məlumat trafikini müvəqqəti olaraq blokladı. TeamViewer, proqramdan sui-istifadənin hər növünü qınayır, bu baxımdan məhsulu daim inkişaf etdirir, təhlükəsiz istifadə üçün tövsiyələr verir və müvafiq hadisələri araşdırır.
Hesaba giriş
2016-cı ilin iyun ayında yüzlərlə TeamViewer istifadəçisi Çində icazəsiz bir ünvandan kompüterlərinə giriş olduğunu və bank hesablarının mənimsənildiyini bildirdi. TeamViewer, hadisəni istifadəçinin "diqqətsiz şifrə istifadəsi" ilə əlaqələndirdi və "TeamViewer hücuma məruz qalmadı və təhlükəsizlik açığımız yoxdur. TeamViewer güvənli və uyğun təhlükəsizlik tədbirlərinə sahibdir. Bildirilən problemdən dolayı bir neçə əlavə addım mümkün sui-istifadənin qarşısını alacaqdır" deyə açıqlama verdi.
İdman sponsorluqları
19 Mart 2021-ci ildə TeamViewer, Mançester Yunayted FK ilə 2021–22 mövsümündən başlayaraq beş illik 275 milyon avro (235 milyon funt) forması ilə sponsorluq müqaviləsi bağladığını elan etdi. Həmçinin 2014-cü ildən bəri forma sponsoru olan Amerika avtomobil markası Chevroleti əvəz edəcəyi bildirilir.
İstinadlar
- "Release Notes", Knowledge Base / TeamViewer Community (alman), İstifadə tarixi: 2021-02-04
- "Wie geht das? TeamViewer ermöglicht Hilfe aus der Ferne.", Berliner Zeitung (Almanca), Dekabr 29, 2007
- Carl D. Rinker, "Advanced Home Server – Making the Complicated Easier", Google Books, p. 279
- Michael Mierke (Avqust 27, 2019), "Was ist TeamViewer? Tipps & Tricks", Heise Online (Almanca), Fevral 4, 2020
- Eva-Maria Weiß (Yanvar 15, 2021), "Ende-zu-Ende-verschlüsselte Videokonferenzen: TeamViewer Meeting nun kostenlos", Heise Online (Almanca), Fevral 5, 2021
- Jens Tönnesmann (Dekabr 8, 2016), "Die Weltvernetzer", Die Zeit (Almanca), p. 34, Fevral 4, 2021
- , G2 (ingilis), 2021-01-24 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2021-02-25
- Robert Landgraf (2019-09-13), "Reifeprüfung Börsengang", Handelsblatt (alman), İstifadə tarixi: 2020-02-04
- "Das Einhorn von Göppingen", Handelsblatt (alman), 2017-01-07, İstifadə tarixi: 2020-02-04
- (alman), Rossmanith GmbH, 2005-04-19 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2020-02-04
- Larissa Holzki, Christof Kerkmann, Effy Zhang (2020-06-05), "Per Mausklick in die Firma", Handelsblatt (alman), səh. 27, İstifadə tarixi: 2020-02-04
- Unternehmensregister (alman), Bundesanzeiger Verlag, İstifadə tarixi: 2021-02-04
- "Supported Operating Systems", Knowledge Base / TeamViewer Community (ingilis), İstifadə tarixi: 2020-02-04
- Philip Michaels (2009-02-10), "TeamViewer v4 Desktop Collaboration App Now Mac-Compatible", Macworld (ingilis), İstifadə tarixi: 2021-02-15
- "How to Install TeamViewer on Debian 10", Vitux Linux Compendium (ingilis), İstifadə tarixi: 2021-02-10
- "How to Install TeamViewer on Ubuntu 20.04", Linuxize (ingilis), 2020-06-27, İstifadə tarixi: 2021-02-16
- "TeamViewer for RHEL 7.5 server", Customer Portal (ingilis), Red Hat, İstifadə tarixi: 2021-02-09
- Josphat Mutai (2020-04-17), "How To Install TeamViewer on Fedora 32/31/30/29", Computing for Geeks (ingilis), İstifadə tarixi: 2021-02-05
- Oliver Nickel (2018-01-22), "Remote Desktop: TeamViewer kommt für IoT-Geräte wie den Raspberry Pi.", Golem (alman), İstifadə tarixi: 2020-02-04
- Franz Công Bùi (2012-08-01), "TeamViewer-App ermöglicht Zugriff auf Computer aus der Ferne.", Börsen-Zeitung (alman), səh. 19
- TeamViewer QuickSupport (ingilis), Microsoft, İstifadə tarixi: 2021-02-16
- TeamViewer (ingilis), University of Münster, İstifadə tarixi: 2021-02-17
- Georg Drabner (2009-04-24), "Hilfe aus der Ferne", Saarbrücker Zeitung (alman)
- Reiko Kaps (2009-12-03), "Desktop-Fernhilfe mit Video-Telefonie", Heise Online (alman), İstifadə tarixi: 2020-02-04
- "TeamViewer 8: Fernwartungssoftware mit neuen Funktionen für Unternehmen", Golem (alman), İstifadə tarixi: 2020-02-04
- Thomas Bär, Frank-Michael Schlede (2019), "TeamViewer Tensor: Fernwartung für die Großen", Admin Magazin (alman) (4), İstifadə tarixi: 2020-02-04
- TeamViewer Pilot: Fernsupport mithilfe von Augmented Reality (alman), Digital Business Cloud, 2019-08-26, İstifadə tarixi: 2020-02-04
- Oliver Nickel (2018-10-24), "TeamViewer 14 zeigt Informationen mit Augmented Reality", Golem (alman), İstifadə tarixi: 2020-02-04
- "Microsoft to integrate TeamViewer in Microsoft Teams", The Hindu Business Line (ingilis), Mumbai, 2020-09-03, İstifadə tarixi: 2021-02-15
- "TeamViewer Integrates with Microsoft Teams", Enterprise IT World (ingilis), 2020-09-02, İstifadə tarixi: 2021-02-09
- "TeamViewer – Remote Support and Access Integration for Salesforce", AppExchange (ingilis), Salesforce, İstifadə tarixi: 2021-02-16
- "New Features Added to TeamViewer Integration with ServiceNow", AiThority (ingilis), 2020-07-02, İstifadə tarixi: 2021-02-15
- "TeamViewer Software", Software Advice (ingilis), İstifadə tarixi: 2021-02-11
- ↑ Kommerzielle Nutzung (alman), TeamViewer AG, İstifadə tarixi: 2020-02-04
- Jörn Brien (2020-03-18), "Coronavirus: TeamViewer kannst du jetzt inoffiziell auch beruflich gratis nutzen.", t3n (alman), yeebase media, İstifadə tarixi: 2020-02-04
- "All about Subscription", Knowledge Base / TeamViewer Community (ingilis), İstifadə tarixi: 2020-02-04
- Michael Kroker (2018-10-31), "TeamViewer-CEO Steil: „Die DSGVO ist für uns ein Wettbewerbs-Vorteil".", WirtschaftsWoche (alman), İstifadə tarixi: 2020-02-04
- "TeamViewer Subscription". TeamViewer
- Die besten Programme für den USB-Stick – TeamViewer Portable (alman), T-Online, İstifadə tarixi: 2020-02-04
- "What is Brute-Force Protection?", Knowledge Base / TeamViewer Community (ingilis), İstifadə tarixi: 2020-02-04
- "Which ports are used by TeamViewer?", Knowledge Base hrsg=TeamViewer Community (ingilis), İstifadə tarixi: 2020-02-04
- David Murphy (2016-06-04), TeamViewer Introduces New Security Measures to Thwart Hacks (ingilis), İstifadə tarixi: 2021-02-14
- "How secure is TeamViewer?", Knowledge Base / TeamViewer Community (alman), İstifadə tarixi: 2020-02-04
- "TeamViewer und Scamming", Knowledge Base / TeamViewer Community (alman), İstifadə tarixi: 2020-02-04
- Hajo Schulz (2016), "Bei Anruf Abzocke", c’t Magazin (alman) (26), səh. 64, İstifadə tarixi: 2020-02-04
- Kat Hall (2017-03-09), "Brit ISP TalkTalk Blocks Control Tool TeamViewer", The Register (ingilis), İstifadə tarixi: 2020-02-04
- Report a Scam (ingilis), TeamViewer AG, İstifadə tarixi: 2020-02-04
- "TeamViewer denies hack after PCs hijacked, PayPal accounts drained". The Register. UK. İstifadə tarixi: 2016-06-03.
- "Hack Suspected on TeamViewer After Users Report Unauthorized Connections". USA: Trend Micro. İstifadə tarixi: 2018-07-13.
- "Man Utd and TeamViewer announce new principle shirt partnership from 2021/22 season". Manchester United. 19 March 2021. İstifadə tarixi: 19 March 2021.
- Jackson, Jamie (19 March 2021). "Manchester United sign £235m shirt sponsorship deal with TeamViewer". The Guardian. İstifadə tarixi: 19 March 2021.
- "MANCHESTER UNITED REPLACE CHEVROLET WITH TEAMVIEWER AS PREMIER LEAGUE CLUB'S SHIRT SPONSOR". Eurosport
Xarici linklər
- TeamViewer rəsmi saytı
- Bilik bazası və forumları olan TeamViewer İcması
- Təhlükəsizlik və uyğunluq barədə məlumat verən TeamViewer Trust Center