Raspberry Pi
Raspberry Pi (Razberi pi) — Öncədən, inkişaf etməkdə olan ölkələrdə ibtidai informatika və kompüter biliklərini tədris etmək məqsədiylə yaradılan, kredit kartı ölçülərində olan və ucuz başa gələn, Raspberry Pi Foundation tərəfindən yaradılan, sonradan isə çox geniş yayılmış və bir çox tətbiq sahələri tapmış bir-lövhəli kompüterdi. Üç il ərzində, ümumilikdə 4,5 miliyon Raspberry Pi satılmışdır.
Raspberry Pi 3 Model B | |
Tipi | Bir-lövhəli kompüter |
---|---|
Buraxılış tarixi | 29 fevral 2016 |
Satış qiyməti | US$35 |
Əməliyyat sistemi | Raspbian Ubuntu MATE Kali Linux Snappy Ubuntu Core Windows 10 IoT Core RISC OS Debian Arch Linux ARM |
Mərkəzi prosessor | 1.2 GHz 64/32-bit dörd-nüvəli ARM Cortex-A53 |
RAM yaddaşı | 1 GB LPDDR2 RAM 900 MHz |
Daimi yaddaş | MicroSDHC slot |
Qrafika | Broadcom VideoCore IV |
Qidalanma | 800 mA (4.0 W) |
Sayt | raspberrypi.org |
Tarixcə
2011-ci ilin mayında USB fləş kart ölçülərində olan Raspberry Pi-nin ilk konseptini Devid Breben təqdim etmişdir.
2011-ci ilin iyul ayının sonunda avadanlığın alfa - versiyası üzrə işlər bitirilərək istehsala göndəilir. 12 avqusta artıq Raspberry Pi Foundation avadanlıqların ilk hazır partiyasını alır. Alfa - versiyasında olan bəzi test funksiyalar və bahalı detallar avadanlığın final versiyasından cıxarılmışdır. Həmçinin avadanlığın son versiyası 20% daha kiçik və altı qat əvəzinə, dörd qatdan ibarətdir.
10 yanvar 2012-ci ildə şirkət 10 min lövhədən ibarət «B» modelinin istehsalına başladığını elan etdi.
29 fevral 2012-ci il «B» model lövhələrinin satışına başlanılır.
16 iyul 2012-ci il layihənin yaradıcıları Raspberry Pi «B» modelinin sifarişlərinə qoyulan məhdudiyyətlərin yığışdırıldığını bildirdi.
14 dekabr 2012-ci il Raspberry Pi «A» modelinin istehsalına başlanılır.
14 iyul 2014-cü il layihənin yaradıcıları lövhənin üçüncü versiyası olan Raspberry Pi «B+» modelini buraxırlar.
2 fevral 2015-ci il layihənin yaradıcıları lövhənin dördüncü versiyası olan Raspberry Pi «2B» modelini buraxırlar.
26 noyabr 2015-ci il layihənin yaradıcıları yeni Raspberry Pi Zero mikrokompyuteri buraxdılar. Əsas fərq- qiyməti 5 dollar və montaj edilməmiş GPİO (ümumi təyinatlı giriş-çıxış) konnektoru.
29 fevral 2016-cı il Raspberry Pi 3 modelinin buraxılışı. Yeni 64-bitlik prosessor, WiFi və Bluetooth modulu.
Növləri
Göstərilən növlərdə istehsal olunur:
Növ | Buraxılış tarixi | Prosessor | Tezlik | Nüvə | OYQ | GPIO | USB | Ethernet | WiFi | Bluetooth | Qiyməti |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
A | fevral 2013 | ARM1176JZ-F | 700 MHz | 1 | 256 Mb | 26 pin | 1 port | $20 | |||
A+ | noyabr 2014 | ARM1176JZ-F | 700 MHz | 1 | 256 Mb | 40 pin | 1 port | $25 | |||
B | aprel 2012 | ARM1176JZ-F | 700 MHz | 1 | 512 Mb | 26 pin | 2 port | var | $35 | ||
B+ | iyun 2014 | ARM1176JZ-F | 700 MHz | 1 | 512 Mb | 40 pin | 4 port | var | $30 | ||
2B | fevral 2015 | ARM Cortex-A7 | 900 MHz | 4 | 1 Gb | 40 pin | 4 port | var | $35 | ||
Zero | noyabr 2015 | ARM1176JZ-F | 1 GHz | 1 | 512 Mb | 40 pin | 1 port | $5 | |||
3B | fevral 2016 | ARM Cortex-A53 x64 | 1,2 GHz | 4 | 1 Gb | 40 pin | 4 port | var | 802.11n | 4.1 | $35 |
Xarici görünüş
Mikrokompyuter kredit kartı ölçülərində, tamamilə istifadəyə hazır şəkildə, 4 qatdan ibarət elektronik lövhədir. Standart komplektasiya yalnız mikrokompyuter lövhəsindən ibarətdir, lövhə qutusunu, qida blokunu, fleş kartı əlavə sifarişlə almalısız.
Model A/A+
Model B/B+
Model 3B
Pi Zero
Ümumi təyunatlı giriş-çıxış (GPIO) konnektoru
Raspberry Pi 1 Model A+ və B+, Pi 2 Model B, Pi 3 Model B və Pi Zero üzərində GPIO J8 40-pinlik konnektor vardır. Models A və B ancaq ilk 26 pindən ibarət GPIO konnektoruna malikdir.
GPIO# | 2-ci funk. | Pin# | Pin# | 2-ci funk. | GPIO# | |
---|---|---|---|---|---|---|
+3.3 V | 1 | 2 | +5 V | |||
2 | SDA1 (I²C) | 3 | 4 | +5 V | ||
3 | SCL1 (I²C) | 5 | 6 | GND | ||
4 | GCLK | 7 | 8 | TXD0 (UART) | 14 | |
GND | 9 | 10 | RXD0 (UART) | 15 | ||
17 | GEN0 | 11 | 12 | GEN1 | 18 | |
27 | GEN2 | 13 | 14 | GND | ||
22 | GEN3 | 15 | 16 | GEN4 | 23 | |
+3.3 V | 17 | 18 | GEN5 | 24 | ||
10 | MOSI (SPI) | 19 | 20 | GND | ||
9 | MISO (SPI) | 21 | 22 | GEN6 | 25 | |
11 | SCLK (SPI) | 23 | 24 | CE0_N (SPI) | 8 | |
GND | 25 | 26 | CE1_N (SPI) | 7 | ||
(Pi 1 Model A və B-də bura qədər) | ||||||
EEPROM | ID_SD | 27 | 28 | ID_SC | EEPROM | |
5 | N/A | 29 | 30 | GND | ||
6 | N/A | 31 | 32 | 12 | ||
13 | N/A | 33 | 34 | GND | ||
19 | N/A | 35 | 36 | N/A | 16 | |
26 | N/A | 37 | 38 | Rəqəmsal Giriş | 20 | |
GND | 39 | 40 | Rəqəmsal Çıxış | 21 |
Model B -nin ikinci reviziya lövhələri əlavə 8 pindən ibarət konnektora (sxem üzərində P6, lövhə üzərində isə P5 adlanır) malikdir hansı ki, əlavə olaraq 4 GPIO konnektor portundan istifadəyə imkan verir.
GPIO# | 2-ci funk. | Pin# | Pin# | 2-ci funk. | GPIO# | |
---|---|---|---|---|---|---|
N/A | +5 V | 1 | 2 | +3.3 V | N/A | |
GPIO28 | GPIO_GEN7 | 3 | 4 | GPIO_GEN8 | GPIO29 | |
GPIO30 | GPIO_GEN9 | 5 | 6 | GPIO_GEN10 | GPIO31 | |
N/A | GND | 7 | 8 | GND | N/A |
Texniki təfərrüatlar
Raspberry Pi bir neçə növdə buraxılır: model «A», model «B», model «B+», model «2B» və model «3B». İlk üç model «package-on-packageruen» texnologiyasıyla bir çip üzərində yerləşdirilmiş 700 MHz surətli ARM11 tipli Broadcom BCM2835 prosessoru və 256MB/512MB yaddaş ilə təmin olunub. «2B» modeli 1 GHz sürətli 4 nüvəli Cortex-A7 prosessoru və 1GB operativ yaddaş ilə təmin olunub. «A» modelində bir, «B» modelində iki , «B+» və «2B» modellərində isə — dörd ədəd USB 2.0portu var. Həmçinin «B», «B+» и «2B» modellərində Ethernet portuda vardır. Əsas nüvədən əlavə, BCM2835 çipinin daxilində həmçinin OpenGL ES 2.0, FullHD videonu dəstəkləyən avadanlıq surətləndiricili (hardware accelerate) qrafik nüvə və DSP (rəqəmsal siqnal prosessoru) vardır. Bundan başqa avadanlıqda real zaman modulu yoxdur.
Video siqnalın ötürülməsi üçün kompozit RCA konnektorundan və ya rəqəmsal HDMI - interfeysindən istifadə etmək olar. «B+» və «2B» modellərində cıxış 3,5 mm audiocıxış konnektoru üzərindəndi. Fayl sistemi, Kernel image və istifadəçi faylları SD, MMC, microSD (yalnız «B+» modelində) və ya SDIOruen. tipli yaddaş kartında saxlanılır.
Raspberry Pi-nin əsas üstünlüklərindən biri də, üzərində GPIO (general purpose input/output) konnektorunun olmasıdı. Bunun sayəsində «moruqlu» mikrokompyuterlə ona qoşulu olan digər avadanlıqları idarə etmək olar. Avadanlığın «B» model versiyasında 26 - pinlik, «B+» və «2 B» modellərində isə — 40-pinlik GPIO konnektoru dayanır.
Proqram təminatı
Raspberry Pi əsasən Linux nüvəsi üzərində qurulmuş əməliyyat sistemləri üzərində işləyir. Həmçinin Windows 10 IOT ƏS-nin quraşdırılması mümkündür. Bundan əlavə Raspberry Pi-ni Windows 10 IOT lisenziyasıyla 50$ almaqda olar. Əməliyyat sistemlərinin quraşdırılması NOOBS vasitəsilə həyata keçirilir.
Əməliyyat sistemləri
Rəsmi dəstəylənən əməliyyat sistemləri:
- Raspbian Raspberry Pi ilə ilk tanışlıq üçün tövsiyə edilir.
- Pidora — Raspberry Pi üçün Fedora
- OpenELEC Kodi mediapleyeri əsasında və Linux uzərindən.
- OSMC (Open Source Media Center layihəsi — əvvəllər Raspbmc) Kodi Media Center mediyapleyeri əsasında və Debian GNU/Linux uzərindən.
- RISC OS — RISC-prosessorlar üçün «doğma» sayılan ƏS (ARM prosessorları eyni prosessorlar ailəsinə aiddirlər)
- Raspberry Pi "2B" üçün Windows 10 dəstəyi
Əməliyyat sistemlərinin quraşdırılması üçün NOOBS vasitəsindən istifadə edilir. Həmçinin əməliyyat sistemlərinin üzlərini yükləyərək SD-karta yazaraq istifadə etməkdə olar.
Digər əməliyyat sistemləri
- A2
- FreeBSD
- OpenWrt
- Kali Linux
- Archlinux ARM
- Raspbian Server Edition
- RISC OS
- RasPBX
- IPFire
- Raspberry Pi Thin Client (Tin klient)
- Parrot Security OS
- WTware Raspberry Pi
Yaradılmaqdadır
- Android
- Chromium OS
- Puppy Linux
Mükafatlar
- 27 oktyabr 2011 -ci il Raspberry Pi ARM TechCon 2011 -da keçirilən «Hardware Design» nominasiyasının qalibi olmuşdur.
İstinadlar
- "Windows 10 for IoT". Raspberry Pi Foundation. 30 April 2015.
- "Raspberry Pi 3 is out now! Specs, Benchmarks & More". The MagPi Magazine. 1 April 2016.
- ↑ About us (англ.
- Naughton, John.
- Raspberry Pi 2 arrives with quad-core CPU, 1GB RAM, same $35 price
- Компьютер Raspberry Pi размером с брелок за 25 долларов 2016-03-05 at the Wayback Machine (рус.
- Raspberry Pi: Elite writer David Braben's £15 computer (англ.
- ↑ Alpha boards in manufacture (англ.
- ↑ The alpha boards are here!
- Two things you thought you weren’t going to get: a manufacturing date and an SoC datasheet (англ.
- Сообщение о поступлении в продажу 29 февраля 2012 года (рус.
- ↑ Raspberry Pi Zero - Raspberry Pi (en-GB).
- Процессор ARM1176
- miniUSB OTG
- http://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/Raspberry-Pi-B-Plus-V1.2-Schematics.pdf
- https://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/RPI-3B-V1_2-SCHEMATIC-REDUCED.pdf
- https://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/Raspberry-Pi-Rev-1.0-Model-AB-Schematics.pdf
- https://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/Raspberry-Pi-Rev-2.0-Model-AB-Schematics.pdf
- https://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/Raspberry-Pi-Rev-2.1-Model-AB-Schematics.pdf
- http://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/Raspberry-Pi-Rev-2.1-Model-AB-Schematics.pdf
- Demo – Raspberry Pi running Quake 3 (англ.
- FAQs (англ.
- Develop Windows 10 IoT apps on Raspberry Pi 3 and Arduino - Windows IoT. developer.microsoft.com. Yoxlanılıb 12 iyun 2016.
- Buy Raspberry Pi 3 Board and 16GB, 10class, with NOOBS Review — Microsoft Store
- Downloads | Raspberry Pi
- ↑ OSMC.
- Eben Upton.
- Raspberry Pi - Teach, Learn, and Make with Raspberry Pi (en-GB).
- Asterisk for Raspberry Pi. Asterisk for Raspberry Pi.
- Raspberry Pi 2 və Pi 3 üçün WTware . http://www.winterminal.com/ru/.
- We won an award!
Həmçinin bax
- Orange pi
- ODROID
- raspberrypi.org — Raspberry Pi rəsmi səhifə
- Rusdilli Raspberry Pi
- eLinux.org -da Raspberry Pi haqqında informasiya
- Getting Started with Java® SE Embedded on the Raspberry Pi — Oracle Technology Network-da məqalə
- Book for Beginner Yeni başlayanlar üçün kitab
- Raspberry Pi: первое знакомство/ — rus dilində dərslər