Səyyarə İbadullayeva
Səyyarə İbadullayeva (Səyyarə Cəmşid qızı İbadullayeva; 22 fevral 1957, Naxçıvan) — professor, biologiya elmləri doktoru, Azərbaycan Milli Еlmlər Аkademiyasının (AMEA) Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri.
Səyyarə İbadullayeva | |
---|---|
Səyyarə Cəmşid qızı İbadullayeva | |
Doğum tarixi | 22 fevral 1957 (64 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Əhməd Cəfərov |
Elmi dərəcəsi | Biologiya elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | |
Təhsili | Naxçıvan Dövlət Universiteti, Təbiyyət-Coğrafiya fakültəsi |
Tanınmış yetirmələri | 10 phd., 3 elmlər doktoru |
Həyatı
Səyyarə İbadullayeva 1957-ci il fevralın 22-də Naxçıvanda anadan оlub. 1980-ci ildə Naxçıvan Dövlət Universitetinin Təbiyyət-coğrafiya fakultəsini bitirib. Elə həmin ildən də Azərbaycan Еlmlər Akademiyasının Naхçıvan Еlm Mərkəzində, sonra Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin “Araz” Elm İstehsalat birliyində kiçik elmi işçi işləyib. 1993-cü ildə köçürülmə yolu ilə Bakı şəhərinə işə dəvət edilib və fəaliyyətini həmin nazirliyin nəzdində fəaliyyət göstərən Aqroekologiya Elmi Mərkəzundə (indiki Eroziya və Suvarma İnstitutunda) davam etdirib.
Təhsili
1990-1994-ci illərdə AMEA Botanika İnstitutunun dissertantı olub və botanika ixtisası üzrə "Naxçıvan MR florasında Baldırqan (Heracleum L.) növlərinin bioekoloji xüsusiyyətləri və efiryağlılığı" mövzusunda namizədlik dissertasiyası işini müdafiə edib. Müdafidən sonra 1995-ildə köçürülmə yolu ilə AMЕA Bоtanika İnstitutuna keçib, əvvəlcə elmi işçi, sonra aparıcı elmi işçi, baş elmi işçi kimi fəaliyyət göstərib, daha sonra isə Botanika institutun Еtnоbоtanika labоratоriyasının müdiri vəzifəsinə seçilib. Hazırda da elə həmin vəzifədə çalışır.
Səyyarə İbadullayeva 2005-ci ildə Bakı Dövlət Universitetində “Azərbaycan florasının Kərəvüzkimiləri - Apiaceae Lindl“ mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, elə həmin ildən baş elmi işçi kimi fəaliyyət göstərib. 2012-ci ildə professor elmi adına layiq görülüb
Ailəsi
Ailəlidir, 2 övladı var.
Fəaliyyəti
Səyyarə İbadullayeva Azərbaycan flora və bitkiliyində formasiya və assosiasiyaların tərkibini öyrənib, genezisi və formalaşması yollarını araşdırıb, itmək təhlükəsində оlan bitkilərin mühafizəsi və bərpası istiqamətində populyasiyaları senoloji və beynəlxalq qırmızı siyahıya uyğun qiymətləndiribdir.
O, bu sahədə indiyədək 500-ə qədər çöl tədqiqatları aparıb, xüsusən qoruq və yasaqlıqlarda flora biomüxtəlifliyinin ekoloji qiymətləndirilməsini həyata keçirib, mühüm xalq təsərrüfat əhəmiyyətli növləri aşkara çıxarıb, onların regionlar üzrə ehtiyatını öyrənibş və itməkdə olan bitkilərin mühafizəsi üzrə tədbirlər kompleksi işləyib hazırlayıb, o cümlədən Şahbuz Dövlət Təbiət Quruğunda, Şahdağ Milli Parkında bitkilərin təbiətdə qurşaqlar üzrə yayılma qanunauyğunluqlarını, torpaqlara münasibətini öyrənib, Kür-Araz və Arazboyu düzənliklərdə səhralaşmanın yaranma səbəblərini araşdırıb və bu sahədə beynəlxalq “inpact faktor” jurnallarda məqaləsi nəşr olunubdur.
Əsas elmi nailiyyətləri
Azərbaycan florasında bir sıra fəsilələrin taksоnоmik tərkibi və biоеkоlоji xüsusiyyətlərini müəyyənləşdirmiş, mühüm xalq təsərrüfat əhəmiyyətli növlərin regionlar üzrə ehtiyatını öyrənmiş və ilk dəfə olaraq itməkdə olan 70-dən çox növün mühafizəsi üzrə tədbirlər kompleksi işləyib hazırlamış, bəzilərini Azərbaycanın “Qırmızı kitab”ının II nəşrinə daxil etmiş, 30-dan çox növ barədə əlavə tövsiyyə vermişdir.
Azərbaycan florasına Kərəvüzkimilərdən 5 cins, 22 növ və 1 yarımnöv, Dalamazkimilərdən 2 növ, o cümlədən Naxçıvan MR florasına 6 növ ilk dəfə təsvir etmiş, Apiaceae, Malvaceae, Lilaceae, İridaceae, Polygonaceae fəsilələrinin təyinedicilərini tərtib etmiş, bioekologiyasını, fitosenologiyasını və təsərüfat əhəmiyyətini öyrənmiş, 300-ə qədər növün areal xəritəsini tərtib etmişdir.
Azərbaycan biomüxtəlifliyində dərman preparatlarında istifadə edilən bəzi maddələrin xammal mənbəyi aşkar edilmişdir. Baldırqan cinsinin 5 növünün kök və toxumlarından elm üçün yeni 15 fərdi maddə alınmmşdır.
Azərbaycan florasında 85 növdə efir yağı müəyyən etmiş, onların ekoloji şəraitdən asılı olaraq dinamikada öyrənmiş, komponent tərkibini aşkar etmişdir. Tədqiqatlar nəticəsində bozqırlarda rast gələn növlərin 72-75%-in bütün orqanlarında, meşədə olan növlərin (39-42%) çiçək və toxumunda efir yağı toplanmasını aşkar etmiş, efir yağlarının antimikrob xüsusiyyətlərini təyin etmişdir.
Azərbaycan florasında faydalı bitkiləri etnobotaniki təhlil etmiş, yabanı tərəvəzlərə aid 200, yem kimi istifadə edilən 330, dərman bitkilərindən 500-ə qədər növün areallarını, populyasiyalarının müasir vəziyyətini və bitkilik tipində rolunu müəyyənləşdirmiş, təbii fitosenozlarda antropogen amillərə məruz qalan növləri ilk dəfə olaraq reintroduksiya etmiş, təbiətdəki ilkin vəziyyətlərinə qaytarmışdır. Xalq təbabətində etnik üsullarla istifadə edilən bitkilər barədə bölgələrdən məlumatlar toplamış və buna aid 3 kitab nəşr edilmişdir.
Qoruq və yasaqlıqlarda, o cümlədən Zəngəzur və Şahdağ Milli Parkında flora və bitkiliyi ekobotaniki tədqiq etmişdir.
Uzun illərdir ki, Səyyarə İbadullayeva bir sıra beynəlxalq elmi proqram, şəbəkə və cəmiyyətlərdə, o cümlədən Bitki Genetik Ehtiyatları üzrə Avropa Əməkdaşlıq Proqramında (ECPGR), BGE üzrə Mərkəzi Asiya və Cənubi Qafqaz Regional Şəbəkəsində tanınmış ekspert və peşəkar mütəxəssis kimi Azərbaycanı uğurla təmsil edir. O, ECPGR-ın «Dərman, Aromatik və Yabanı qida bitkilərin öyrənilməsi və qоrunması» üzrə işçi qrupunun üzvüdür, bu və ya digər nüfuzlu təşkilatların beynəlxalq tədbirlərində müntəzəm iştirak və məruzələrlə çıxış edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Beynəlxalq Biomüxtəliflik (keçmiş İPGRİ) İnstitutunun, Biomüxtəliflik üzrə Beynəlxalq Konvensiyanın Azərbaycan və region üzrə hesabatlarının hazırlanmasında göstərdiyi fəaliyyət onu həm savadlı və məlumatlı, həm də yüksək təşkilatçılıq qabiliyyətinə malik bir alim kimi tanıtmışdır.
Səyyarə İbadullayeva 1999-cu ildən bu günə qədər AMEA Botanika İnstitutunda Dissertasiya Şurasının elmi katibi, 2010-cu ildən həmin İnstitutunun Elmi Əsərlər toplusunun redaktor müavini və AMEA Biologiya Bölməsində botanika ixtisası üzrə Problem Şurasının sədr müavini və AMEA Aqrar bölməsinin Ekologiya seksiyasının üzvüdür.
Səyyarə İbadullayeva Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2010-cu il 1-ci müsabiqəsinin "Qırmızı kitab"ın hazırlanması ilə bağlı layihənin (EİF-2010-1(1)- 40/26-3) və 2011-ci ildən “ing. Support Devolopement of Biodiversity Conservation Policies and Practices in Mountain Regions of the South Caucasus” (This project is funded by Norwegian Ministry of Foreign Affairs) beynəlxalq layihənin iştirakçısıdır.
2011-ci ildə AMEA Botanika İnstutunda keçirilən “Faydalı bitkilərdən istifadənin aktual problemləri” mövzusunda Beynəlxalq konfransın ideyaçısı və təşkilatçısı olmuşdur.
Elmi əsərləri
Kitablar və monoqrafiyalar
- Çətirçiçəklilər fəsiləsinin faydalı bitkiləri. Bakı-2001, 140s.
- Azərbaycan florasının Kərəvüzkimiləri. Bakı-2004, 347s
- Efir yağları və aromaterapiya. Bakı-2007, 147 s. (həmmüəlliflə)
- Dərman bitkiləri (Etnobotanika və Fitoterapiya). Medicinal plants (Ethnobotany and Phytoterapya).Bakı, 2012-331s.(həmmüəlliflə).
- Azərbaycanda etnobotaniki araşdırmalar: Göygöl rayonu. “Elm-Təhsil” Bakı-2014, 224 c.
- Farmakoqnoziya botanikanın əsasları ilə. Naxçıvan-2015, Dərslik 700s. (həmmüəlliflə)
- Naxçıvan MR Dağlıq ərazilərinin yem bitkiləri (Müxtəlif otlar). “Elm-Təhsil” Bakı-2015, 222 c.
- Biologiyanın tədrisində kəmiyyətlər, məsələ və çalışmalar. Bakı-2015. EİM-Təhsil 40s. (həmmüəlliflə)
- Bitkilərin sirli dünyası (ot bitkiləri). EİM-Təhsil, Bakı, 2017 350 s.
- Folk medicine (Ethnobotany in Azerbaijan Region). İİR, Tehran-2017, 288p. (həmmüəlliflə)
- Herbals in Iğdır (Turkey), Nakhchivan (Azerbaijan), and Tabriz (Iran)
(Munir Ozturk, Volkan Altay, Ernaz Altundağ, S. Jamshid Ibadullayeva, Behnaz Aslanipour, and Tuba Mert Günenз)/ Plant and Human Healt. Vol 1, pp197-297 Springer -2018
- Halophytic Plant Diversity of Duzdag Mountain in Nakhchivan Autonomous Republic – Azerbaijan. (NuriV. Movsumova) / Ecophysiology, Abiotic Stress Responses and Utilization of Halophytes. 50p. Springer - 2019
Məqalələr
- Study of lipid composition of oil Smyrniopsis aucheri Boiss., growing in Nakhchevan AR, Azerbaijan' İSİ indexed –Tomson, Sylwan Journal, Poland- 2017, p.252-258
- Antimicrobe characteristics of essential oil of the Origanum vulgare L. International Journal of Current microbiology and applied sciences (IJCMAS) to be released in 2017. Vol 6 (12)p.2214-2218. Tomson.
- Иммуностимулирующий фитоспор с общеукрепляющим действием. Eвроазийское патентное ведомоство. 026106 B1/ Moskva 04/04/ 2017
- Economic Assessment Of New Feed Crops Resources In Different Ecosystems Of Lesser Caucasus (Within The Azerbaijan Republic). Journal of Multidisciplinary Enginerinq Sciences and Technologi (JMEST) İSNN:2458-9403, vol4, issue 3, Berlin-2017 p.6871-6877.
- The Life Quality Index of Coniferous Plants Introduced in Absheron Region. International Journal of Current Microbiology and Applied Sciences ISSN: 2319-7706 Volume 5 Number 12 (2016) pp. 355-364
- Recommended phyto-ameliorative restoration of vegetation in Ganja surroundings rivers. International Journal of Advanced Research in Botany. İSSN (Online) 2455-4316 Volume 2,issue 1,2016, pp 1-6. Tomson.
- Current vegetation situation of ‘Yeni Kend’ reservoir (Azerbaijan Republic) surroundings. International Journal of Agriculture Innovations and Research (IJAIR).Volume 4, issue 5, İSSN (Online) 2319-1473, 2016. P.914-917
- Regularites of the desertification processes in Shirvan territory of Azerbaijan. Annals of Agrarian Science, 2015, vol 13, No 4,40-43
- Дикорастущие растения, используемые в напитках, во флоре Азербайджана: этнобота- нические исследования. Scientific journal of Academic research. Multidisciplinary Journal. BLACK SEA. Tbilisi, Georgia, 2015 p.73-84
- Etnobiological and phytotherapeutic analysis of medicinal herbs of Azerbaijan flora used at cardiovascular diseases treatment. Global Journal Of Biology, Agriculture & Health Sciences, 2015. Vol4(1):38-43
- Study of Treatment Advantage of Medicinal Herbs with Antihelmintic Effect against Neoascariasis. International Journal of Research Studies in Biosciences (IJRSB) Volume 3, Issue 1, January 2015, PP 78-81 ISSN 2349-0357 (Print) & ISSN 2349-0365 (Online)
- Economic benefits specius of the introduced of genus Malva L. International Journal of Advanced Multidisciplinary Research. 2015 Vol.2(04)
- Государственного Областного Университета ISSN 2072-8352 2015/ № 3 стр.33-40
- Rare Plants Of Ganja-Gazakh Area And Their Protection. International Journal of Current Research in Biosciences and Plant Biology 5 : 2349-8080 Volume 1 Number 3 (October-2014) pp. 11-16
- Arrangements for Analysis and Protection of Some Food and Economical Significance of Rare and Threatened Species in about of Absheron, Azerbaijan Republic// International Journal of Agriculture Innovations and Research. Volume 2, Issue 4, 2014 (Index Copernicus Value :5,8, İmpact faktor 1,190)
- Protection of some rare and critically threatened medicinal plants in the Azerbaijan flora //Journal of Biology and Life Science. 2013, vol. 4 N 1.
- Analysis of plants in veterinary research of Azerbaijan on ethnobotanical materials// American Journal of Research Communication, San Antonio, USA- 2013
- Этноботанические исследования по применению растений при болезнях медоносных пчел Азербайджана// Вестник МГОУ. Серия «Естественные науки». №1, 2013, 5-9.
- Forage quality of the species of Malva L. genus and definition of organic remainders in the cut areas// International Journal of Agriculture and crop sciences. Impact factor: 0.84
- Development Appropriatenesses of Deserting Processes in The KAP and The PAAR//Global Advanced Research Journal of Geography and Regional Planning. 2012, Springer.
- Use of wild plants at dermatitis (skin diseases): Etnobotany// Journal of Applied Pharmaceutical Science. 2012.
- Viscum album–новый вид для флоры Нахчыванской Автономной Республики Азербайджана// Ботанический журнал, №10, Санкт-Петербург- 2012.
- Protection of some rare and critically threatened medicinal Plants in the Azerbaijan flora// Journal of Biology and Life Science. USA-2012.
- Protection of some rare and dangerous vegetable plants in the flora of the Nakhichevan AR// International Journal of Biodiversity and Conservation. Canada- 2011
- Antimicrobial characteristics of essence oils of some species of the Nepeta L. genus / Journal of Medicinal Plants Research. 2011. Springer –Japan, Tokyo.
- Кормовые ресурсы зимних пастбищ// журнал Аграрная наука. Москва-2011
- Структура ценопопуляций и урожайность вида Daucus carota L. (Apiaceae Lindl.) во флоре Азербайджана// журнал Растительные ресурсы, № 3, Санкт-Петербург -2010.
- Medicinal plants of Azerbaijan flora used in the treatment of certain diseases. African Journal of Pharmacy and Pharmacology. 2010 Academic Journals
- Эфирномасличность некоторых видов семейства АApiaceae во флоре Азербайджана/ ж. «Традиционная Медицина» IМосква-2010 стр. 135-139.
- Дикорастущие пищевые растение в Нахчыванской Автономной Республике Азербайджана по материалам этноботанических исследований. //Ж. «Растительные ресурсы», Санкт-Петербург -2009.
- Субальпийское высокотравье Нахчыванской АР и его использование в народном хозяйстве// Бот. журнал, №5, Санкт-Петербург-2008.
- Эфирные масла Heracleum antasiaticum Manden.// Журнал Химия Природных Соединений, № 2, 2000, Кумарины Heracleum pastinacifolium// Жур. Химия Природных Соединений, №5, -2000
s.
- Фитоценология редких видов ириса (Iris L.) в Гянджа-Казахском ботаническом районе Азербайджана Вестник Московского Государственного Областного Университета ISSN 2072-83522015 /2015, № 3 стр.33-40
s.
- Management of Gastroenterostomy illnesses with herbs in Veterinary Practice in Nakhchivan Autonomous Republic (Azerbaijan)/ International Journal of Veterinary Science. P-ISSN: 2304-3075; E-ISSN: 2305-4360, 2015 (6).
- Məqalələr 2018-2020
s.
- The Prospects Usage For Certain Herbal Medicinals Preparation In Azerbaijan And The Fighting Against The Spread Of Antibiotic-Resistant Microorganisms// International Journal Of Science And Research Methodology. 2018
s.
- Helosciadium nodiflorum – новые род и вид Umbelliferae для флоры Азербайджана и всего Кавказа// Ботанический журнал., 2018. 103(4):
s.
- Vegetation of plain Azerbaijan and its use//İnternational Journal of Research and Review. Vol.6; issue:9; September 2019, p.189-194
s.
- Essentıal oıl features of some specıes of Lamıaceae Lındl. famıly// Multdisciplinary Journal”Gulustan-Black Sea Scientific Journal of Academic Research”, Tbilisi-2019, p.45-50
s.
- Physiological, phytochemical and microbiological investigations, and evaluation of resources of Glycyrrhiza glabra L. in Azerbaijan/ Journal of Multdisciplinary Engineering Sciense and Technology (JMEST), Vol.6, N2., p.9505-9508. Berlin-2019. İF-1,27
s.
- Bioecological and phytocenological assessment of Equisetum arvense L. populations in the Great Caucasus of Azerbaijan// International Journal of Scientific Reports. 2020; 6(1):1-5: DOI: http://dx.doi.org/10.18203/issn.2454-2156.IntJSciRep20195717http://www.sci-rep.com: p-ISSN 2454-2156, e-ISSN 2454-2164
s.
- Screening of Microbicidal Activity of Some Plants of the Azerbaijan Flora in Relation to Antibiotic-Resistant Microorganisms// IOSR Journal Of Pharmacy And Biological Sciences (IOSR-JPBS).2020; 15(2):PP 33-36: DOI:10.9790/3008-1502013336 www.Iosrjournals.Org: p-ISSN: 2319-7676, ISSN: 2278-3008.
s.
- The role of legumes in the deserts and semi-deserts of Steppe Plateau (Republic of Azerbaijan) // Arid Ecosystems. Publisher: Pleiades Publishing, Ltd. 2020; https://www.pleiades.online/en/journal/ecosys: p-ISSN: 2079-0961; e-ISSN: 2079-0988
s.
- Ethnobotany of Local Used of Medicinal Plants In Azerbaijan Republic/ Journal of Clinical Cases & Reports (ISSN: 2582-0435). http://www.tridhascholars.org/journal-of-clinical-cases-reports.php
Səyyarə İbadullayeva 200-dən çox elmi əsərin, o cümlədən, 11 kitabın və 70-dən çox xaricdə çap olunmuş elmi məqalənin müəllifidir. Onun əsas elmi nailiyyətləri: Bitkilərin genezisi və formalaşması yollarının araşdırılması, itmək təhlükəsində оlan bitkilərin mühafizəsi və bərpası, bitki еhtiyatşünaslığı, biоlоji fəal maddələrin, еfir yağlarının alınması və istifadə yоllarının aхtarılması sahəsində tədqiqat işləri aparılmış, Azərbaycan flоrasında yabanı dərman, arоmatik, qida və s. хalq təsərrüfat əhəmiyyətli bitkilər sistеmatik təhlili edilmiş, biоеkоlоji хüsusiyyətləri, areallarının və populyasiyalarının strukturu, еhtiyatı, intrоduksiyası, regionların bitkiliyi, formasiya və assosiasiyaların tərkibi öyrənilmiş, biomüxtəlifliklə bağlı digər geobotaniki və s. tədqiqatlar həyata keçirilmişdir. Xüsusən mühüm xalq təsərrüfat əhəmiyyətli növlər aşkara çıxarmış, onların regionlar üzrə ehtiyatı öyrənmiş və itməkdə olan bitkilərin mühafizəsi üzrə tədbirlər kompleksi işlənib hazırlanmışdır.
Səyyarə İbadullayevanın kadr hazırlığında da xidmətləri böyükdür. O, 7 nəfər biologiya üzrə fəlsəfə doktoru, 2 nəfər elmlər doktoru yetişdirmişdir. Hazırda isə 4 elmlər doktorunun məsləhətçisi, 5 fəlsəfə doktoru işinin rəhbəridir.
Mükafatları
- 2007 və 2012-ci illərdə AMЕA Rəyasət Həyətinin qərarı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə AMЕA Prezidenti tərəfindən Fəxri fərmanla mükafatlandırılmışdır.
- AMEA-nın fəxri fərmanı 2 dəfə (2005-2012);
- AMEA Biologiya, Tibb və Aqrar elmləri Bölməsinin fəxri fərmanı (2017)
- İnterxəbər layihəsi əsasında Elm Fədaisi Fəxri diplomu
- Azərbaycan Kütləvi İnformasiya vasitələri Həmkarlar İttifaqının “İlin nüfuzlu Ziyalısı” Ali Mediya mükafatı.
İstinadlar
- ↑ Müşfiq BORÇALI, Aysel MƏDƏDLİ. "Azərbaycan Milli Еlmlər Аkademiyasının (AMEA) Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri," (azərb.). zim.az. 2020-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
- ↑ İbadullayeva Səyyarə Cəmşid qızı