Səksəncək döyüşü - 1526-cı ildə Ustaclı tayfasından olan Köpək sultan Ustaclı ilə rumlulardan Div sultan Rumlu arasında vəkalət müharibəsi nəticəsində baş verən döyüşlərdən biri.
Səksəncək döyüşü | |||
---|---|---|---|
Ustaclı-Rumlu mübarizəsi | |||
Tarix | 26 mart 1526 | ||
Yeri | Səksəncək, Səfəvilər dövləti | ||
Səbəbi | Vəkalət uğrunda mübarizə | ||
Nəticəsi | Ustaclılar məğlub edildi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
İtkilər | |||
| |||
Arxaplan
Şah İsmayılın vəfatından sonra oğlu Təhmasib Mirzə formal olaraq şah elan edildi. Lakin bu zaman Təhmasib Mirzə 10 yaşında idi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, I Təhmasibin lələsi (atabəyi) Div sultan ələ keçirdi. Lakin ustaclı tayfasının Köpək sultan və Abdulla xan kimi qüdrətli əmirləri onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Div sultan özbəklərin Xorasana basqınını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və guya xarici düşmənə qarşı qoşun toplamaq üçün Təbəristanla sərhəddə yerləşən Lar yaylağına yola düşdü. İsfahan hakimi Çuxa sultan Təkəli, Həmədan hakimi (tiyuldarı) Qaraca sultan Təkəli,Məşhəd hakimi Burun sultan Təkəli, Şiraz hakimi Əli sultan Zülqədər və başqaları onun çağırışı ilə öz qoşunları ilə bura gəldilər. Div sultan hədiyyələr və vədlər verməklə onları öz tərəfinə çəkdi və Köpək sultan Ustaclı əleyhinə ittifaq bağladı. Şamlı tayfasının iki görkəmli əmiri – Herat hakimi Durmuş xan və Astrabad hakimi Zeynal xan şəxsən Div sultana qoşulmasalar da, onun vəkilliyə olan iddialarını müdafiə etdilər.
Div sultan bununla da kifayətlənmədi. O eyni zamanda Köpək sultanın mənsub olduğu Ustaclı tayfasının bir çox əyanları ilə də əlaqə saxladı və onların bəzilərini Köpək sultana qarşı təhrik etdi, onlara tiyul torpaqlar payladı və bununla da onları öz tərəfinə çəkə bildi. “Tarix-e aləmara-ye Abbasi” əsərindəki məlumata görə, özbək qoşunlarının Xorasan vilayətinə yaratdığı təhlükə tezliklə aradan qalxdı. Amma Div sultan onun ətrafına toplanmış olan qoşunları buraxmadı və bu qoşunları Təbriz üzərinə, yəni Köpək sultana qarşı mübarizəyə istiqamətləndirdi. Əslində, bununla da Div sultan qarşı tərəfi güzəştə getməyə məcbur etdi. Köpək sultan yaranmış şəraitdə silahlı qarşıdurmaya getməyi lazım bilmədi və tərəfdarlarını da dinc barışıq yolunu tutmağa çağırdı. Mənbə məlumatlarına görə, Köpək sultan hətta mübahisə və qarşıdurma obyekti olan vəzifənin də Div sultanda qalmasına, özünün isə həmin vəzifədən imtina etməsinə razı oldu. Niyyətinin səmimi olduğunu göstərmək üçün Köpək sultan ətrafına toplanmış qüvvələrlə Təbrizi tərk etdi və Div sultanı qarşılamağa yollandı. Beləliklə vəkillik vəzifəsi sadəcə Div sultan Rumluda qaldı.
Ustaclıların cəzalandırılması və döyüşə təhrik edilməsi
Div sultan gələcək narahatçılıqların bir də təkrarlanmaması üçün həm Köpək sultana qarşı, həm də onu Div sultanla müxalifətçiliyə təhrik edənlərə qarşı daha ciddi tədbirlər həyata keçirilməsini məqsədəuyğun bildi. Əvvəlcə, Ustaclı tayfasını Div sultana qarşı müxalifətçiliyə təhrik edən Qarınca sultan və başqa bir neçə sultan Şah Təhmasibin razılığı ilə qətlə yetirildi. Bundan sonra isə Köpək sultan müharibə aparmaq adı ilə tayfası ilə birlikdə Gürcüstana göndərildi və bununla həm Köpək sultan, həm də onun ətrafında olan qüvvələr Təbrizdən uzaqlaşdırıldı.
Münşi yazır ki, Köpək sultan və Ustaclı el-obası Gürcüstan istiqamətinə göndəriləndən sonra Ustaclı əmirlərinə və əyanlarına paylanmış olan tiyullar (torpaq sahələri) geri alındı. Köpək sultanla və Ustaclı əmir və əyanları ilə müxalifətçilikdə üstünlük əldə etdikdən sonra Div sultan məlikül-üməra, Çuxa sultan isə rüknüs-səltənə (səltənətin əsası) elan edildi. Lakin Div sultanın dövlət idarəçiliyini öz əlində cəmləşdirməsi Ustaclı tayfasının ona qarşı müxalifətçiliyini heç də aradan qaldırmadı. Əksinə, Ustaclı əmir və əyanlarının cəzalandırılması, onlara məxsus torpaq sahələrinin əllərindən alınması sonsuz qəzəblə qarşılandı. Ona görə mövcud olan narazılıq tezliklə daha bir qarşıdurmaya yol açdı.
Döyüş
Köpək Sultan ustaclı, rumlu və təkəli tayfaları ilə mübarizə aparmaq üçün hicri 932-ci il rəcəbin əvvəlində (1526-cı ilin əvvəli) Xalxaldan Sultaniyyəyə gəldi. Ona qoşulmuş ustaclı əmirləri, o cümlədən Qılıc xan, Məntəşa bəy Şeyxlər qorçibaçının qardaşı Sarı Pirə, Bədr bəy Qorçibaşı və Kürd bəylə birgə Köpək Sultan şah qərargahına hərəkət etdi. Bu barədə Həsən bəy Rumlu “Əhsən ət-Təvarix” əsərində yazır:
“Bu il ustaclu əmirləri ölkələri əllərindən alındığı üçün müxaliflik etməyə başladılar. Köpək sultan rəcəb ayının (13.04.-12.05.1526) əvvəlində Xalxal yolundan Sultaniyyəyə gəldi. Məntəşa sultan, Qılıc xan, Qurd bəy və Bədir bəy ona qoşuldular və savaş meydanına üz qoydular. Div sultanla Çuxa sultan ustaclu əmirlərinin müxalifliyindən agah olduqda, miqdarını xəyal mühasiblərinin sayıb qurtarmaqda aciz qaldıqları qədər çoxsaylı bir qoşunla və dinin pənahı olan şah ilə birlikdə onlara qarşı hərəkət etdilər, gəlib Səksəncək mövqeyində dayandılar. Əmirlərin fikrindən keçdi ki, yenə də Köpək sultanla sülh bağlasınlar, fitnə alovlarını tədbir suyu ilə söndürsünlər, ortalıqda qalxmış olan vəhşət tozanağını və şölələnmiş fəsad atəşini öyüd-nəsihət zülalı ilə yatırsınlar. [Bu məqsədlə] onlar Qasım xəlifə Varsağı elçi sifəti ilə ustaclu əmirlərinin yanına göndərdilər, uzlaşmanın əsasını möhkəmlətmək və nifaq zəncirini qırmaq yönündə təkliflər irəli sürdülər. [Qasım] xəlifə Varsaq “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşursa, onları dərhal barışdırın” ayəsinin zərurətinə əməl edib razılaşma köynəyini geyindi, barışıq əlini səmimiyyət qolçağından çıxardı, Köpək sultanın yanına gəldi və tərəflərin barışması üçün xeyli səy göstərdi.”
Bu məlumatdan göründüyü kimi, Div sultan və onun ətrafındakılar Köpək sultanın dəstəsinə qarşı döyüşə başlamazdan əvvəl barışıq əldə edilməsinə cəhd göstərdilər. Çox güman ki, Köpək sultan öz ətrafına çox böyük sayda qoşun dəstəsi toplaya bilmişdi və bu dəstəyə qarşı vuruşmaq Div sultanda müəyyən nigarançılıq yaradırdı. Ona görə də mənbə məlumatlarına görə, Div sultanın rəhbərliyi altında olan şah qoşunları Sultaniyyə yaxınlığında yerləşən Səksəncək adlanan məntəqəyə yetişəndən sonra Köpək sultanla barışıq əldə edilməsinə cəhd göstərildi. Bununla əlaqədar olaraq Qasım xəlifə Varsaq danışıqlar aparmaq üçün Köpək sultanın yanına göndərildi. Bu barışığın hansısa bir şərt çərçivəsində olub-olmaması haqqında mənbələrdə bir məlumat yoxdur. Məlum olan odur ki, Qasım xəlifə Varsağın Köpək sultanla apardığı danışıqlar bir nəticə vermədi və Köpək sultan öz mövqeyindən geri çəkilmədi. Belə olanda tərəflərin silahlı qarşıdurmasından başqa bir yolu qalmadı.
Hər iki tərəf bu qarşıdurmaya ciddi hazırlaşmışdı. Hətta döyüşdən qabaq təbillər səsləndirildi, ney sədaları ətrafa yayıldı, qoşunlar dövrün müharibə ənənələrinə və təcrübəsinə uyğun olaraq qruplaşdırıldı, sağ və sol cinahlar ayrıldı, onların hər birinə rəhbərlər təyin edildi.
Tərəflərin düzülüşü
Hər iki tərəf səflərin tərtibi, nizələrin və qılıncların döyüşə hazır vəziyyətə gətirilməsi ilə məşğul oldu. Rumlu-təkəli tərəfdə mərkəzdə Şah Təhmasib özü dayandı. Div sultan və Çuxa sultan şahın sağında və solunda qərar tutdular. Sağ cinahda Burun sultan Təkəli, Qaraca sultan Təkəli və Əxi sultan Təkəli dayandı. Sol cinahda isə Dəmri sultan Şamlı və Məhəmməd xan Zülqədəroğlu var idi. Ustaclı qoşunlarının düzülüş qaydası isə belə idi: Sağ cinahda Məntəşa sultan Ustaclı, sol cinahda Qazaq sultan dayanmışdı. Köpək sultan isə mərkəzə rəhbərlik edirdi.
Döyüşün başlaması
Mayın 26 (şaban ayının 14-də)-da Səksəncək adlanan yerdə düşmən tərəflər arasında döyüş baş verdi. Əvvəlcə ustaclı əmirləri öz rəqiblərinə üstün gəldilər. Köpək sultanla Məntəşa sultan təkəlü əmirlərinin üzərinə at çapdılar.“ Minik heyvanlarının nallarının tozanağından günəşin gözü tutuldu və atların dırnaqlarından qal xan toz-torpaqdan dünya başına tozdan pərdə çəkdi. ... Köpək sultanla Məntəşa sultan nisan (aprel) ildırımı kimi cuşa gəlmişdilər və qamışlığa düşən şimşəktək qızmışdılar.”
Ustaclılar hər iki tərəfdən hücuma keçir mübarizə aparırdılar. Döyüş ustaclıların leyhinə davam edirdi. Təkəlülər məğlub oldular. Burun sultanla Qaraca sultan qətlə yetirildi. Ustaclular təkəlüləri təqib edərək şah ordusunun mərkəzinin arxasına doğru dolandılar. Ustaclı əmirlərinə qarşı döyüşə şahın xüsusi hərbi dəstəsi (qorçilər) daxil olduqda üstünlük rumlu və təkəli əmirlərinin tərəfinə keçdi.
Rumlu yazır:
“Yüksək uçan şahbaz kimi şığıyan Köpək sultan hökmdarın çətirini səadətin qanadları kimi açılmış gördükdə quş kimi iztirabın əsiri oldu, ayağını savaş meydanından geriyə qoydu, yüyənini nakamlığın əlinə verib, az adamla, fəqət çoxlu xofla fərar vadisinə tələsdi. Qorçular onları təqib etdilər və bir hissəsini qətlə yetirdilər. Ustaclu əmirləri Əbhər hüduduna gəldilər. Orada arxadan sürətlə gələn təkəlülər onlara çatdılar. [Ustaclular] çarəsiz qalıb Rəşt hakimi Müzəffər sultana pənah apardılar.”
Ustaclı qoşunu qaçmağa üz qoydu və Əbhərdən keçərək Taroma – Rəşt hakimi Müzəffər Sultanın mülklərinə gəldi.
Nəticə
Beləliklə Div sultan Rumlu tərəfdarları ilə Köpək sultan tərəfdarları arasında baş verən ilk döyüşdə ustaclılar məğlub edildi.
İstinadlar
- Əfəndiyev, 2007. səh. 72
- Süleymanov, 2020. səh. 41
- Süleymanov, 2020. səh. 42
- Münşi, 2009. səh. 104
- Rumlu, 2017. səh. 451
- Əfəndiyev, 2007. səh. 73
- Münşi, 2009. səh. 105
- Rumlu, 2017. səh. 452
- Cavanşir, 2007. səh. 462
- Əfəndiyev, 2007. səh. 74
- Rumlu, 2017. səh. 453
Mənbə
- Rumlu, Həsən bəy. Əhsənüt-təvarix (az.). Bakı: Uzanlar. 2017. ISBN .
- Münşi, İsgəndər bəy. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF) (az.). I. Bakı: «Təhsil» nəşriyyatı. 2009.
- Cavanşir, Babək. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576) (türk). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007.
- Süleymanov, Mehman. Səfəvilər. Şah Təhmasib (az.). V. Bakı: Maarif. 2020. ISBN .
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. səh. 344. ISBN .
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Seksencek doyusu 1526 ci ilde Ustacli tayfasindan olan Kopek sultan Ustacli ile rumlulardan Div sultan Rumlu arasinda vekalet muharibesi neticesinde bas veren doyuslerden biri Seksencek doyusuUstacli Rumlu mubarizesiTarix 26 mart 1526Yeri Seksencek Sefeviler dovletiSebebi Vekalet ugrunda mubarizeNeticesi Ustaclilar meglub edildiMunaqise terefleriSefeviler Imperiyasi Sefeviler ImperiyasiKomandan lar Sah Tehmasib Div sultan Rumlu Cuxa sultan Tekeli Kopek sultan Ustacli Mentesa sultan Ustacli Qazaq sultan UstacliItkilermelum deyil melum deyilArxaplanSah Ismayilin vefatindan sonra oglu Tehmasib Mirze formal olaraq sah elan edildi Lakin bu zaman Tehmasib Mirze 10 yasinda idi Dovlet isleri uzerinde emeli nezareti rumlu tayfasinin rehberi I Tehmasibin lelesi atabeyi Div sultan ele kecirdi Lakin ustacli tayfasinin Kopek sultan ve Abdulla xan kimi qudretli emirleri onun hakimiyyetinin guclenmesine yol vermek istemirdiler Tebrizde ustacli eyanlarinin cixis edeceyinden qorxan Div sultan ozbeklerin Xorasana basqinini def etmek behanesi ile paytaxtdan cixdi ve guya xarici dusmene qarsi qosun toplamaq ucun Teberistanla serhedde yerlesen Lar yaylagina yola dusdu Isfahan hakimi Cuxa sultan Tekeli Hemedan hakimi tiyuldari Qaraca sultan Tekeli Meshed hakimi Burun sultan Tekeli Siraz hakimi Eli sultan Zulqeder ve basqalari onun cagirisi ile oz qosunlari ile bura geldiler Div sultan hediyyeler ve vedler vermekle onlari oz terefine cekdi ve Kopek sultan Ustacli eleyhine ittifaq bagladi Samli tayfasinin iki gorkemli emiri Herat hakimi Durmus xan ve Astrabad hakimi Zeynal xan sexsen Div sultana qosulmasalar da onun vekilliye olan iddialarini mudafie etdiler Div sultan bununla da kifayetlenmedi O eyni zamanda Kopek sultanin mensub oldugu Ustacli tayfasinin bir cox eyanlari ile de elaqe saxladi ve onlarin bezilerini Kopek sultana qarsi tehrik etdi onlara tiyul torpaqlar payladi ve bununla da onlari oz terefine ceke bildi Tarix e alemara ye Abbasi eserindeki melumata gore ozbek qosunlarinin Xorasan vilayetine yaratdigi tehluke tezlikle aradan qalxdi Amma Div sultan onun etrafina toplanmis olan qosunlari buraxmadi ve bu qosunlari Tebriz uzerine yeni Kopek sultana qarsi mubarizeye istiqametlendirdi Eslinde bununla da Div sultan qarsi terefi guzeste getmeye mecbur etdi Kopek sultan yaranmis seraitde silahli qarsidurmaya getmeyi lazim bilmedi ve terefdarlarini da dinc barisiq yolunu tutmaga cagirdi Menbe melumatlarina gore Kopek sultan hetta mubahise ve qarsidurma obyekti olan vezifenin de Div sultanda qalmasina ozunun ise hemin vezifeden imtina etmesine razi oldu Niyyetinin semimi oldugunu gostermek ucun Kopek sultan etrafina toplanmis quvvelerle Tebrizi terk etdi ve Div sultani qarsilamaga yollandi Belelikle vekillik vezifesi sadece Div sultan Rumluda qaldi Ustaclilarin cezalandirilmasi ve doyuse tehrik edilmesi Div sultan gelecek narahatciliqlarin bir de tekrarlanmamasi ucun hem Kopek sultana qarsi hem de onu Div sultanla muxalifetciliye tehrik edenlere qarsi daha ciddi tedbirler heyata kecirilmesini meqsedeuygun bildi Evvelce Ustacli tayfasini Div sultana qarsi muxalifetciliye tehrik eden Qarinca sultan ve basqa bir nece sultan Sah Tehmasibin raziligi ile qetle yetirildi Bundan sonra ise Kopek sultan muharibe aparmaq adi ile tayfasi ile birlikde Gurcustana gonderildi ve bununla hem Kopek sultan hem de onun etrafinda olan quvveler Tebrizden uzaqlasdirildi Munsi yazir ki Kopek sultan ve Ustacli el obasi Gurcustan istiqametine gonderilenden sonra Ustacli emirlerine ve eyanlarina paylanmis olan tiyullar torpaq saheleri geri alindi Kopek sultanla ve Ustacli emir ve eyanlari ile muxalifetcilikde ustunluk elde etdikden sonra Div sultan melikul umera Cuxa sultan ise ruknus seltene seltenetin esasi elan edildi Lakin Div sultanin dovlet idareciliyini oz elinde cemlesdirmesi Ustacli tayfasinin ona qarsi muxalifetciliyini hec de aradan qaldirmadi Eksine Ustacli emir ve eyanlarinin cezalandirilmasi onlara mexsus torpaq sahelerinin ellerinden alinmasi sonsuz qezeble qarsilandi Ona gore movcud olan naraziliq tezlikle daha bir qarsidurmaya yol acdi DoyusKopek Sultan ustacli rumlu ve tekeli tayfalari ile mubarize aparmaq ucun hicri 932 ci il recebin evvelinde 1526 ci ilin evveli Xalxaldan Sultaniyyeye geldi Ona qosulmus ustacli emirleri o cumleden Qilic xan Mentesa bey Seyxler qorcibacinin qardasi Sari Pire Bedr bey Qorcibasi ve Kurd beyle birge Kopek Sultan sah qerargahina hereket etdi Bu barede Hesen bey Rumlu Ehsen et Tevarix eserinde yazir Bu il ustaclu emirleri olkeleri ellerinden alindigi ucun muxaliflik etmeye basladilar Kopek sultan receb ayinin 13 04 12 05 1526 evvelinde Xalxal yolundan Sultaniyyeye geldi Mentesa sultan Qilic xan Qurd bey ve Bedir bey ona qosuldular ve savas meydanina uz qoydular Div sultanla Cuxa sultan ustaclu emirlerinin muxalifliyinden agah olduqda miqdarini xeyal muhasiblerinin sayib qurtarmaqda aciz qaldiqlari qeder coxsayli bir qosunla ve dinin penahi olan sah ile birlikde onlara qarsi hereket etdiler gelib Seksencek movqeyinde dayandilar Emirlerin fikrinden kecdi ki yene de Kopek sultanla sulh baglasinlar fitne alovlarini tedbir suyu ile sondursunler ortaliqda qalxmis olan vehset tozanagini ve solelenmis fesad atesini oyud nesihet zulali ile yatirsinlar Bu meqsedle onlar Qasim xelife Varsagi elci sifeti ile ustaclu emirlerinin yanina gonderdiler uzlasmanin esasini mohkemletmek ve nifaq zencirini qirmaq yonunde teklifler ireli surduler Qasim xelife Varsaq Eger mominlerden iki deste bir biri ile vurusursa onlari derhal barisdirin ayesinin zeruretine emel edib razilasma koyneyini geyindi barisiq elini semimiyyet qolcagindan cixardi Kopek sultanin yanina geldi ve tereflerin barismasi ucun xeyli sey gosterdi Bu melumatdan gorunduyu kimi Div sultan ve onun etrafindakilar Kopek sultanin destesine qarsi doyuse baslamazdan evvel barisiq elde edilmesine cehd gosterdiler Cox guman ki Kopek sultan oz etrafina cox boyuk sayda qosun destesi toplaya bilmisdi ve bu desteye qarsi vurusmaq Div sultanda mueyyen nigaranciliq yaradirdi Ona gore de menbe melumatlarina gore Div sultanin rehberliyi altinda olan sah qosunlari Sultaniyye yaxinliginda yerlesen Seksencek adlanan menteqeye yetisenden sonra Kopek sultanla barisiq elde edilmesine cehd gosterildi Bununla elaqedar olaraq Qasim xelife Varsaq danisiqlar aparmaq ucun Kopek sultanin yanina gonderildi Bu barisigin hansisa bir sert cercivesinde olub olmamasi haqqinda menbelerde bir melumat yoxdur Melum olan odur ki Qasim xelife Varsagin Kopek sultanla apardigi danisiqlar bir netice vermedi ve Kopek sultan oz movqeyinden geri cekilmedi Bele olanda tereflerin silahli qarsidurmasindan basqa bir yolu qalmadi Her iki teref bu qarsidurmaya ciddi hazirlasmisdi Hetta doyusden qabaq tebiller seslendirildi ney sedalari etrafa yayildi qosunlar dovrun muharibe enenelerine ve tecrubesine uygun olaraq qruplasdirildi sag ve sol cinahlar ayrildi onlarin her birine rehberler teyin edildi Tereflerin duzulusu Her iki teref seflerin tertibi nizelerin ve qilinclarin doyuse hazir veziyyete getirilmesi ile mesgul oldu Rumlu tekeli terefde merkezde Sah Tehmasib ozu dayandi Div sultan ve Cuxa sultan sahin saginda ve solunda qerar tutdular Sag cinahda Burun sultan Tekeli Qaraca sultan Tekeli ve Exi sultan Tekeli dayandi Sol cinahda ise Demri sultan Samli ve Mehemmed xan Zulqederoglu var idi Ustacli qosunlarinin duzulus qaydasi ise bele idi Sag cinahda Mentesa sultan Ustacli sol cinahda Qazaq sultan dayanmisdi Kopek sultan ise merkeze rehberlik edirdi Doyusun baslamasi Mayin 26 saban ayinin 14 de da Seksencek adlanan yerde dusmen terefler arasinda doyus bas verdi Evvelce ustacli emirleri oz reqiblerine ustun geldiler Kopek sultanla Mentesa sultan tekelu emirlerinin uzerine at capdilar Minik heyvanlarinin nallarinin tozanagindan gunesin gozu tutuldu ve atlarin dirnaqlarindan qal xan toz torpaqdan dunya basina tozdan perde cekdi Kopek sultanla Mentesa sultan nisan aprel ildirimi kimi cusa gelmisdiler ve qamisliga dusen simsektek qizmisdilar Ustaclilar her iki terefden hucuma kecir mubarize aparirdilar Doyus ustaclilarin leyhine davam edirdi Tekeluler meglub oldular Burun sultanla Qaraca sultan qetle yetirildi Ustaclular tekeluleri teqib ederek sah ordusunun merkezinin arxasina dogru dolandilar Ustacli emirlerine qarsi doyuse sahin xususi herbi destesi qorciler daxil olduqda ustunluk rumlu ve tekeli emirlerinin terefine kecdi Rumlu yazir Yuksek ucan sahbaz kimi sigiyan Kopek sultan hokmdarin cetirini seadetin qanadlari kimi acilmis gordukde qus kimi iztirabin esiri oldu ayagini savas meydanindan geriye qoydu yuyenini nakamligin eline verib az adamla feqet coxlu xofla ferar vadisine telesdi Qorcular onlari teqib etdiler ve bir hissesini qetle yetirdiler Ustaclu emirleri Ebher hududuna geldiler Orada arxadan suretle gelen tekeluler onlara catdilar Ustaclular caresiz qalib Rest hakimi Muzeffer sultana penah apardilar Ustacli qosunu qacmaga uz qoydu ve Ebherden kecerek Taroma Rest hakimi Muzeffer Sultanin mulklerine geldi Netice Belelikle Div sultan Rumlu terefdarlari ile Kopek sultan terefdarlari arasinda bas veren ilk doyusde ustaclilar meglub edildi IstinadlarEfendiyev 2007 seh 72 Suleymanov 2020 seh 41 Suleymanov 2020 seh 42 Munsi 2009 seh 104 Rumlu 2017 seh 451 Efendiyev 2007 seh 73 Munsi 2009 seh 105 Rumlu 2017 seh 452 Cavansir 2007 seh 462 Efendiyev 2007 seh 74 Rumlu 2017 seh 453MenbeRumlu Hesen bey Ehsenut tevarix az Baki Uzanlar 2017 ISBN 978 605 030 641 5 Munsi Isgender bey Tarix i Alemara yi Abbasi Abbasin dunyani bezeyen tarixi PDF az I Baki Tehsil nesriyyati 2009 Cavansir Babek IRAN DAKI TURK BOYLARI ve BOY MENSUBU KISILER SAFEVI DONEMI I SAH TAHMASB HAKIMIYETININ SONUNA KADAR 1576 turk Istanbul T C Mimar Sinan Guzel Sanatlar Universitesi Sosyal Bilimler Enstitusu Tarih Anabilim Dali Ortacag Tarihi Programi 2007 Suleymanov Mehman Sefeviler Sah Tehmasib az V Baki Maarif 2020 ISBN 978 9952 37 141 8 Oqtay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki Serq Qerb 2007 seh 344 ISBN 978 9952 34 101 0 Hemcinin baxDiv sultan Rumlu Mentesa sultan Ustacli