fbpx
Wikipedia

Sizif haqqında mif

Sizif haqqında mif (fr. Le Mythe de Sisyphe) — fransız yazıçı Alber Kamünün kitab həcmindəki fəlsəfi essesi. Essenin orijinalı 1942-ci ildə, Castin O'Brayen tərəfindən tərcümə edilmiş ingiliscə versiyası isə ilk dəfə 1955-ci ildə çap olunur.

Sizif haqqında mif
fr. Le Mythe de Sisyphe
Müəllif(lər) Alber Kamü
Janr esse
Mövzu ekzistensializm, absurdizm
Orijinalın dili fransız
Ölkə Fransa
Orijinalın nəşr ili 1942
Nəşriyyat Qallimard Nəşriyyatı

Sorn Kyerkeqor, Artur Şopenhauer, Fridrix Nitsşe kimi filosoflardan təsirlənən Kamü özünün absurd fəlsəfəsini irəli sürür. Absurdizm insanın "öz həyatına məna qatmaq" kimi ən təməl ehtiyacına kainatın "yersiz sükut"la qarşılıq verməsidir. Kamü insan həyatının absurdluğunu yunan mifologiyasındakı Sizif obrazının vəziyyətinə bənzədir. Belə ki, tanrılar onu iri bir daş parçasını dağ ilə üzüyuxarı qaldırmaqla cəzalandırırlar və o, daşın sonda yenə də aşağıya yuvarlanacağını bildiyi halda, bu mənasız tapşırığı ömrünün sonuna qədər yerinə yetirməyə məhkumdur.

Esse ilə Kamünün Yad romanı (1942), Anlaşılmazlıq (1942) və Kaliqula (1944) tamaşaları, xüsusilə də Üsyan (1951) essesi ilə arasında müəyyən oxşarlıqlar nəzərə çarpır.

Tarixi

Kamü esse üzərində işləməyə 1940-ci ildə Fransanın işğal olunduğu, yəni milyonlarla insanın alman ordusundan qaçdığı dövrdə başlayır. Essedə yazılanların bu hadisə ilə birbaşa demək olar heç bir əlaqəsi olmasa da, gözü qarşısında baş verənlər Kamüyə absurdu anlamağa daha çox kömək edir. O, kitabın önsözünü 1955-ci ildə Parisdə olarkən yazır. Bu önsöz kitabın O'Brayen tərəfindən tərcümə olunmuş versiyasına da daxil edilib.

  Hətta biri Tanrıya inanmırsa belə, bu, onun intiharına bəraət qazandırmır.  

Məzmunu

Paskal Piyaya həsr olunan esse 4 fəsil və bir əlavədən ibarətdir.

Birinci fəsil: Absurd düşüncə

Həqiqətən vacib olan yeganə fəlsəfi problemin intihar olduğunu düşünən Kamü bu suala cavab verməyi qarşısına məqsəd qoyur: Həyatın mənasızlığını və absurdluğunu anlamaq mütləq şəkildə intihar etməyi gərəkdirir?

O, sualına cavab axtarmağa absurd vəziyyəti təsvir etməklə başlayır: biz həyatımızı sabaha olan ümidimizin üzərində qururuq, buna baxmayaraq, sabahki gün bizi ölümə daha da yaxınlaşdırır və əsas düşmənimizdir; insanlar həyatını sanki ölümün qaçılmazlığından xəbərsizmiş kimi yaşayır. Romantikləşmiş düşüncələri bir kənara qoysaq, dünya yad və qeyri-insani bir yerdir. Gerçək bilik dediyimiz şeyin mövcud olması mümkün deyil. Rasionallıq və elm dünyanı izah etməkdə acizdir, çünki onların irəli sürdüyü şeylər sadəcə mənasız abstraksiyalar və metaforalarla nəticələnir.

  Özünü biruzə verdiyi andan etibarən absurd ən iztirablı ehtirasa çevrilir.  

Əslində, absurd olan dünyanın özü yox, insanın dünya haqda fikirləridir: insanın anlamaq ehtiyacı dünyanın mənasızlığı, “mütləq və vahid olana duyduğu aclıq” isə “bu dünyanı rasional və ağlabatan bir prinsipə uyğunlaşdırmağın mümkünsüzlüyü” ilə üz üzə gələndə absurd baş qaldırır.

Daha sonra Kamü, bu absurdluq duyğusu ilə mübarizə aparmağa çalışan Martin Haydeqqer, Karl Yaspers, Lev Şestov, Sorn KyerkeqorEdmund Husserli tənqid edir. Adı çəkilən bu filosofların hamısı qaçılmaz absurd vəziyyətlə ziddiyyət təşkil edən nəticələrə gələrək “fəlsəfi intihar”a əl atırlar. Kyerkeqor və Şestov bunu ağıldan üz döndərib Tanrıya üz tutmaqla, Husserl isə ağlı ucaldıb, sonda Platonun ideyalar nəzəriyyəsində qərar tutmaqla edir.

Kamü absurdu qəbul etməyin intihara yol açdığı fikrini kəskin şəkildə rədd edir. Əksinə, absurdu qəbul etmək bu mənasız dünyada qısa həyatlarımızı yaşamağa, sonra da ölməyə məhkum olunmuş ağlı başında insanlar olduğumuzun fərqində ola-ola bu həyatı doya-doya yaşamaqdır. Arzularımızla reallıq arasındakı heç vaxt bitməyən bu toqquşma bizim də daim konflikt şəraitində yaşamağımız deməkdir. Bu, eyni zamanda həyatımızın mənasızlığı və bizi gözləyən ölümə qarşı üsyandır.

Absurdun fərqinə varan insanı daha onun metafiziki azadlığı maraqlandırmır, çünki indi onun əldə etdiyi azadlıq fərqlidir: o, artıq daha yaxşı bir gələcəyə və ya əbədiyyətə ümid bəsləmir, həyatın mənasını axtarmaq və ya məna yaratmaq ehtiyacı duymur.

  Absurd bir şeyi aydınlaşdırır: gələcək yoxdur. Bu gerçək bundan sonra daxili azadlığımın səbəbidir.  

Absurdu qəbul etmək bu mənasız dünyanın insana təklif etdiyi hər şeyə qucaq açmaq deməkdir. Məna olmayan həyatda heç bir dəyər bölgüsü də yoxdur. Beləliklə, sonda Kamü absurdluğunun fərqinə vararaq

onunla yaşamağın üç şeylə nəticələndiyi fikrində dayanır: üsyan, azadlıq və ehtiras.

İkinci fəsil: Absurd insan

Absurd insan necə yaşamalıdır? Aydındır ki, bu həyat əxlaqi normalara əsaslanmır. Əxlaqi normalara əməl olunması fikri ya insanın Tanrıya olan inamından qaynaqlanır, ya da etdiyi hər hərəkətə haqq qazandıra bilsin deyə elə insanın özü tərəfindən yaradılıb. Absurd insan Tanrıya inanmır və kiminsə ona necəsə bəraət qazandırmasına ehtiyac duymur. Dürüstlüyün qaydalara ehtiyacı yoxdur.

  İvan Karamazov iddia edir: “Hər şeyə icazə verilir”. [...] Absurd bütün hərəkətlərə haqq qazandırmır. Hər şeyə icazə verilməsi heç nəyin qadağan olunmadığı mənasına gəlmir.  

Daha sonra Kamü absurd həyat yaşayan insanlardan nümunələr gətirir. O, buna qadınları başdan çıxaran və həyatını dolu-dolu, ehtirasla yaşayan Don Juanla başlayır. Kamü Don Juanın çarəsizcəsinə gerçək sevgini axtarması, amma tapa bilməməsi, hiyləgər və ya melanxolik olması kimi dəfələrlə səsləndirilmiş fikirləri rədd edir. Əksinə, iddia edir ki, o, sadəcə indiki anın ehtirasları üçün yaşayır. O, həyatını ona məna qatmağa çalışmadan, belə bir ümidi olmadan və etdiklərinin fərqində ola-ola edir.

 

Don Juan melanxolikdir? Böyük ehtimal ki, yox. [...] İnsanların melanxolik olmaq üçün adətən iki səbəbi olur: onlar ya nəyisə bilmirlər, ya da nəyəsə ümid edirlər. Don Juan isə hər şeyi bilir və heç nəyə ümid bəsləmir.

 

Kamünün absurd insana ikinci misalı aktyordur. Lakin o, filmləri ilə ölümsüzləşən film ulduzlarına yox, sadəcə səhnədə çıxış edən teatr aktyorlarına istinad edir. Aktyorun həm özünün, həm də canlandırdığı obrazın ömrü tez uçub gedir. Bundan əlavə, onların ad-sanı da qısamüddətli olur. Roman yazan biri ölümündən sonra şöhrət qazanacağına ümid eləyə bilər, amma aktyor bilir ki, onun şan-şöhrəti qarşısında çıxış etdiyi tamaşaçılarla məhdudlanıb və sadəcə bir-neçə saat çəkəcək. Bu vəziyyət bir müddət teatrda aktyorluq edən, hətta Karamazov qardaşları tamaşasında İvan Karamazovun rolunu özü ifa edən Kamüyə tam olmasa da, müəyyən mənada yaxşı tanış idi.

Oxucuya təqdim olunan üçüncü absurd insan obrazı isə işğalçıdır. İkinci Dünya müharibəsi zamanı Fransa Müqavimət Hərəkatının üzvü olan Kamü bu hissədə öz təcrübələrinə də əsaslanır. Absurd insana görə, bütün mübarizələr mənasız olduğu kimi, heç bir qələbə də əbədi deyil və onun həyatını ümid etmədən apardığı mübarizə müəyyənləşdirir.

Üçüncü fəsil: Absurd yaradılış

Essenin üçüncü hissəsində Kamü absurd həyatın ən yaxşı nümunəsi olan yaradıcılıqdan danışır. Yaradıcılığın özü kimi, özündə ehtiva etdiyi həzz duyğusu də absurddur. Kamünün təsirləndiyi yazıçılardan olan Nitsşenin “İncəsənət həqiqətdən ölməyək deyə mövcuddur” sözləri də bu fikri təsdiq edir.

Yaratmaq ikili həyat yaşamaqdır, amma bunun aktyorun səhnədəki həyatından və ya ölümündən daha əhəmiyyətli olduğunu deyə bilmərik. Absurd insan nə edirsə etsin, sadəcə gerçəkliyi, həqiqətən var olanı təkrarlayır və ya yenidən yaradır. O, həyatı anlamağa yox, sadəcə təsvir etməyə çalışır. İncəsənət həyatın müxtəlif aspektlərini özündə əks etdirsə də, ona əlavə heç nə qata bilmir.

  Absurd insan üçün önəmli olan məsələni izah və həll etmək yox, onu təcrübə və təsvir etməkdir. Hər şey açıq-aşkar özünü biruzə verən laqeydliklə başlayır.  

Yaratmaq pantomimaların ən böyüyüdür. Bütün bunlara baxmayaraq, insan yaradıcılığa sığına bilməz, çünki o da özlüyündə absurddur. Vizual incəsənət və musiqi üçün absurd olmaq heç də çətin deyil, çünki onlar nəyisə izah etmədən də asanlıqla göstərə bilirlər. Yəni, absurdluq onların təməlindədir. Lakin dil və sözlər belə deyil, onlar məhz nələrisə izah etmək üçün var. Buna görə də, Kamü sırf bədii yaradıcılıq məsələsinə toxunur və bədii yaradıcılığın absurd ola bilib-bilməyəcəyini sorğulayır. Belə ki, o, Dostoyevskinin Yazıçının gündəliyi, Cinlər (roman)Karamazov qardaşları əsərlərini bu kontekstdə araşdırır. İlk iki əsərdə fəlsəfi intihar mövzusuna yer verilir. Cinlər əsərindəki Kirilov obrazı yazıçının dili ilə desək “məntiqli intihar” edir. Həyatın mənalı olması üçün Tanrı mövcud olmalıdır, amma Kirilov onun mövcud olmadığından əmindir. Onun intihar etməsi əslində Tanrının mövcud olmaması fikrinə qarşı etdiyi bir üsyan, eyni zamanda, özü üçün açdığı yeni bir ümid qapısı idi. Sonda ümid və inama aparan yolu tapması Kirilovu absurd qəhrəman olmaqdan çıxarır. Sonluq fərqli olsa da, eyni məntiqi nəticə Karamazov qardaşları üçün də keçərlidir.

 
Sizifin 1549-cu ildə Tisian Veçellio tərəfindən çəkilən şəkli

Dördüncü fəsil: Sizif haqqında mif

Son fəsil essenin adını daşıyan Sizif haqdadır. Sizif yəqin ki, yaşadığı həyatla yox, aldığı cəza ilə daha çox anılır.

  Allahlar Sizifə iri bir daşı dağın zirvəsinə qaldırmaq cəzasını kəsdilər; daşsa ora çatar-çatmaz təzədən üzüaşağı yuvarlanırdı. Onların fikrincə, faydasız və mənasız əməkdən ağır və dəhşətli cəza yoxdur.  

Sizifin niyə cəzalandırıldığı ilə bağlı bir çox versiya mövcuddur. Bir versiyaya görə, Sizif Zevsin Asopun qızı Eginanı qaçırmasına şahid olur və Korinf qalasına su çəkməsi qarşılığında ona kömək əlini uzadacağını bildirir. Başqa birində isə, Sizif Ölümü zəncirlədiyi üçün Pluton tərəfindən cəzalandırılıb yeraltı dünyaya göndərilir, daha sonra isə arvadından onun sözünü çeynədiyi üçün intiqam almaq bəhanəsiylə Aiddən bir dəfəlik icazə alıb yer üzünə qalxır. Lakin yer üzünün işığını, naz-nemətini görən Sizif yeraltı dünyaya qayıtmaqdan imtina edir. Heç bir hədə-qorxuya boyun əyməsə də, sonra yenə cəhənnəmdə yaşamağa məhkum edilir.

  Sizif göylərin ildırımlarındansa, Yer üzərindəki suların xeyir-duasını üstün tutdu. Cəzası cəhənnəm əzabı oldu.  

Kamü Sizifin absurd qəhrəman olduğunu bildirir. Bu, özünü onun həm yer üzündə, həm də yeraltı dünyada olarkən etdiyi hərəkətlərdə biruzə verir. Tanrılara qarşı etinasızlığı, ölümə qarşı nifrəti və yaşamaq eşqi ona çox baha başa gəlir.

Sizifin başına gələnlər bütün versiyalarda nəql edilsə də, onun bu cəzaya necə dözdüyü, nə hisslər keçirdiyi barədə məlumat verilmir və bu, oxucunun təxəyyülünə buraxılır. Kamünü əsas maraqlandıran şey daşın yenidən aşağıya yuvarlandığı anda Sizifin nələr düşündüyü, hansı halda olmasıdır. Onun taleyi ancaq ona görə faciəvi hesab oluna bilər ki, o, öz taleyinin absurdluğunu və bu cəzadan heç cür qurtuluş olmadığını anlayır. Amma digər tərəfdən, bütün bunları anlaması onu taleyindən də yuxarı yerlərə qaldırır.

Kamü iddia edir ki, Sizif ona verilən bu mənasız və işgəncə dolu tapşırığı hətta şən halda da etmiş ola bilər. Sadəcə geridə qoyduğu dünya haqda düşünəndə onu kədər bürüyür. Kamünün fikrincə, xoşbəxtlik və absurdluq bir-biri ilə yaxından əlaqəlidir. Çünki hər ikisi eyni səbəb və nəticədən doğur: biz anlayırıq ki, özündə ümid ehtiva etməyən taleyimiz sadəcə özümüzə məxsusdur və həyatımız öz taleyimizi nəyə çeviririksə, məhz ondan ibarətdir.

  Sizifi bəxtiyar saymamaq üçün əlimizdə heç bir əsas yoxdur.  

Əlavə

Essenin əlavəsi Franz Kafkanın əsərlərində ümid və absurdluq adlanır. Kamü yazıçının əsasən MəhkəməQəsr əsərlərini nəzərdən keçirir və bildirir ki, Kafkanın əsərləri absurd vəziyyəti özündə çox gözəl şəkildə ifadə edir, amma sonda o, absurd yazıçı ola bilmir. Çünki əsərində bir ümid parıltısı hələ də gözə dəyir. Məhkəmə əsərində yer üzündə heç bir ümid olmadığı nəticəsinə gələn Kafkanın Qəsr əsərində bunu inkar etməsini Kamü belə ifadə edir:

  Məhkəmə və Qəsr bir istiqamətdə irəliləmirlər. [...] Məhkəmə tərəfindən ortaya qoyulan problemi Qəsr müəyyən mənada həll edir. [...] Məhkəmə diaqnoz qoyur, Qəsr isə bunun müalicəsini düşünür. Amma təklif olunan müalicə xəstəliyi sağaltmır.  

Həmçinin bax

İstinadlar

  1. Kuiper, Kathleen. "The Myth of Sisyphus". Encyclopedia Britannica. İstifadə tarixi: 29 November 2019.
  2. Kirsch, Adam (20 October 2013). "Why Albert Camus Remains Controversial". The Daily Beast. İstifadə tarixi: 29 November 2019.
  3. Camus, Albert (1955). The Myth of Sisyphus and Other Essays. New York: Alfred A. Knopf. ISBN 0-679-73373-6.
  4. Albert Camus (1975). The Myth of Sisyphus. Penguin Books. səh. 27
  5. Albert Camus (1975). The Myth of Sisyphus. Penguin Books. səh. 38
  6. Albert Camus (1975). The Myth of Sisyphus. Penguin Books. səh. 51
  7. Albert Camus (1975). The Myth of Sisyphus. Penguin Books. səh. 31
  8. Albert Camus (1975). The Myth of Sisyphus. Penguin Books. səh. 57
  9. Albert Camus (1975). The Myth of Sisyphus. Penguin Books. səh. 62
  10. Albert Camus (1975). The Myth of Sisyphus. Penguin Books. səh. 64
  11. Albert Camus (1975). The Myth of Sisyphus. Penguin Books. səh. 65
  12. Albert Camus (1975). The Myth of Sisyphus. Penguin Books. səh. 67
  13. Albert Camus (1975). The Myth of Sisyphus. Penguin Books. səh. 74
  14. Dostoevsky’s Ivan Karamazov: Inspiration to Albert Camus
  15. David.B. Allison (1985). The New Nietzsche: Contemporary Styles of Interpretation. MIT Press. səh. 164
  16. Albert Camus (1975). The Myth of Sisyphus. Penguin Books. səh. 87
  17. Albert Camus (1975). The Myth of Sisyphus. Penguin Books. səh. 91.
  18. Albert Camus (1975). The Myth of Sisyphus. Penguin Books. səh. 96
  19. Alber Kamü (2003). Seçilmiş əsərləri. “Şərq-Qərb” Nəşriyyat Evi. səh. 484
  20. Albert Camus (1975). The Myth of Sisyphus. Penguin Books. səh. 107-108
  21. Alber Kamü (2003). Seçilmiş əsərləri. “Şərq-Qərb” Nəşriyyat Evi. səh. 485
  22. Alber Kamü (2003). Seçilmiş əsərləri. “Şərq-Qərb” Nəşriyyat Evi. səh. 486
  23. Alber Kamü (2003). Seçilmiş əsərləri. “Şərq-Qərb” Nəşriyyat Evi. səh. 486-487
  24. Alber Kamü (2003). Seçilmiş əsərləri. “Şərq-Qərb” Nəşriyyat Evi. səh. 488
  25. Sleasman, Brent (2011). Albert Camus and the Metaphor of Absurdity. Salem Press. ISBN 9781587658259.
  26. Albert Camus (1975). The Myth of Sisyphus. Penguin Books. səh. 117

Mənbə

  • The Plague, The Fall, Exile and the Kingdom, and Selected Essays, Albert Camus, Alfred A. Knopf 2004, ISBN 1-4000-4255-0
  • Camus, Albert (1955). The Myth of Sisyphus and Other Essays. New York: Alfred A. Knopf. ISBN 0-679-73373-6.
  • Sagi, Avi (2011). Is the Absurd the Problem or the Solution?. Salem Press. ISBN 9781587658259.

Xarici keçidlər

  • Complete original text (French)
  • English text
  • Chapter 4 of the essay The Myth of Sisyphus, by Albert Camus
  • SparkNotes on The Myth of Sisyphus
  • at the Wayback Machine (archived 12 oktyabr 2007) by Richard Barnett

sizif, haqqında, mythe, sisyphe, fransız, yazıçı, alber, kamünün, kitab, həcmindəki, fəlsəfi, essesi, essenin, orijinalı, 1942, ildə, castin, brayen, tərəfindən, tərcümə, edilmiş, ingiliscə, versiyası, isə, dəfə, 1955, ildə, çap, olunur, mythe, sisyphemüəllif,. Sizif haqqinda mif fr Le Mythe de Sisyphe fransiz yazici Alber Kamunun kitab hecmindeki felsefi essesi Essenin orijinali 1942 ci ilde Castin O Brayen terefinden tercume edilmis ingilisce versiyasi ise ilk defe 1955 ci ilde cap olunur Sizif haqqinda miffr Le Mythe de SisypheMuellif ler Alber KamuJanr esseMovzu ekzistensializm absurdizmOrijinalin dili fransizOlke FransaOrijinalin nesr ili 1942Nesriyyat Qallimard NesriyyatiSorn Kyerkeqor Artur Sopenhauer Fridrix Nitsse kimi filosoflardan tesirlenen Kamu ozunun absurd felsefesini ireli surur Absurdizm insanin oz heyatina mena qatmaq kimi en temel ehtiyacina kainatin yersiz sukut la qarsiliq vermesidir 1 Kamu insan heyatinin absurdlugunu yunan mifologiyasindaki Sizif obrazinin veziyyetine benzedir Bele ki tanrilar onu iri bir das parcasini dag ile uzuyuxari qaldirmaqla cezalandirirlar ve o dasin sonda yene de asagiya yuvarlanacagini bildiyi halda bu menasiz tapsirigi omrunun sonuna qeder yerine yetirmeye mehkumdur Esse ile Kamunun Yad romani 1942 Anlasilmazliq 1942 ve Kaliqula 1944 tamasalari xususile de Usyan 1951 essesi ile arasinda mueyyen oxsarliqlar nezere carpir Mundericat 1 Tarixi 2 Mezmunu 2 1 Birinci fesil Absurd dusunce 2 2 Ikinci fesil Absurd insan 2 3 Ucuncu fesil Absurd yaradilis 2 4 Dorduncu fesil Sizif haqqinda mif 2 5 Elave 3 Hemcinin bax 4 Istinadlar 5 Menbe 6 Xarici kecidlerTarixi RedakteKamu esse uzerinde islemeye 1940 ci ilde Fransanin isgal olundugu yeni milyonlarla insanin alman ordusundan qacdigi dovrde baslayir Essede yazilanlarin bu hadise ile birbasa demek olar hec bir elaqesi olmasa da gozu qarsisinda bas verenler Kamuye absurdu anlamaga daha cox komek edir 2 O kitabin onsozunu 1955 ci ilde Parisde olarken yazir Bu onsoz kitabin O Brayen terefinden tercume olunmus versiyasina da daxil edilib Hetta biri Tanriya inanmirsa bele bu onun intiharina beraet qazandirmir 3 Mezmunu RedaktePaskal Piyaya hesr olunan esse 4 fesil ve bir elaveden ibaretdir Birinci fesil Absurd dusunce Redakte Heqiqeten vacib olan yegane felsefi problemin intihar oldugunu dusunen Kamu bu suala cavab vermeyi qarsisina meqsed qoyur Heyatin menasizligini ve absurdlugunu anlamaq mutleq sekilde intihar etmeyi gerekdirir O sualina cavab axtarmaga absurd veziyyeti tesvir etmekle baslayir biz heyatimizi sabaha olan umidimizin uzerinde qururuq buna baxmayaraq sabahki gun bizi olume daha da yaxinlasdirir ve esas dusmenimizdir insanlar heyatini sanki olumun qacilmazligindan xebersizmis kimi yasayir Romantiklesmis dusunceleri bir kenara qoysaq dunya yad ve qeyri insani bir yerdir Gercek bilik dediyimiz seyin movcud olmasi mumkun deyil Rasionalliq ve elm dunyani izah etmekde acizdir cunki onlarin ireli surduyu seyler sadece menasiz abstraksiyalar ve metaforalarla neticelenir Ozunu biruze verdiyi andan etibaren absurd en iztirabli ehtirasa cevrilir 4 Eslinde absurd olan dunyanin ozu yox insanin dunya haqda fikirleridir insanin anlamaq ehtiyaci dunyanin menasizligi 5 mutleq ve vahid olana duydugu acliq ise bu dunyani rasional ve aglabatan bir prinsipe uygunlasdirmagin mumkunsuzluyu ile uz uze gelende absurd bas qaldirir 6 Daha sonra Kamu bu absurdluq duygusu ile mubarize aparmaga calisan Martin Haydeqqer Karl Yaspers Lev Sestov Sorn Kyerkeqor ve Edmund Husserli tenqid edir 7 Adi cekilen bu filosoflarin hamisi qacilmaz absurd veziyyetle ziddiyyet teskil eden neticelere gelerek felsefi intihar a el atirlar Kyerkeqor ve Sestov bunu agildan uz donderib Tanriya uz tutmaqla Husserl ise agli ucaldib sonda Platonun ideyalar nezeriyyesinde qerar tutmaqla edir Kamu absurdu qebul etmeyin intihara yol acdigi fikrini keskin sekilde redd edir Eksine absurdu qebul etmek bu menasiz dunyada qisa heyatlarimizi yasamaga sonra da olmeye mehkum olunmus agli basinda insanlar oldugumuzun ferqinde ola ola bu heyati doya doya yasamaqdir Arzularimizla realliq arasindaki hec vaxt bitmeyen bu toqqusma bizim de daim konflikt seraitinde yasamagimiz demekdir Bu eyni zamanda heyatimizin menasizligi ve bizi gozleyen olume qarsi usyandir Absurdun ferqine varan insani daha onun metafiziki azadligi maraqlandirmir cunki indi onun elde etdiyi azadliq ferqlidir o artiq daha yaxsi bir geleceye ve ya ebediyyete umid beslemir heyatin menasini axtarmaq ve ya mena yaratmaq ehtiyaci duymur Absurd bir seyi aydinlasdirir gelecek yoxdur Bu gercek bundan sonra daxili azadligimin sebebidir 8 Absurdu qebul etmek bu menasiz dunyanin insana teklif etdiyi her seye qucaq acmaq demekdir Mena olmayan heyatda hec bir deyer bolgusu de yoxdur Belelikle sonda Kamu absurdlugunun ferqine vararaqonunla yasamagin uc seyle neticelendiyi fikrinde dayanir usyan azadliq ve ehtiras 9 Ikinci fesil Absurd insan Redakte Absurd insan nece yasamalidir Aydindir ki bu heyat exlaqi normalara esaslanmir Exlaqi normalara emel olunmasi fikri ya insanin Tanriya olan inamindan qaynaqlanir ya da etdiyi her herekete haqq qazandira bilsin deye ele insanin ozu terefinden yaradilib Absurd insan Tanriya inanmir ve kiminse ona necese beraet qazandirmasina ehtiyac duymur Durustluyun qaydalara ehtiyaci yoxdur 10 Ivan Karamazov iddia edir Her seye icaze verilir Absurd butun hereketlere haqq qazandirmir Her seye icaze verilmesi hec neyin qadagan olunmadigi menasina gelmir 11 Daha sonra Kamu absurd heyat yasayan insanlardan numuneler getirir O buna qadinlari basdan cixaran ve heyatini dolu dolu ehtirasla yasayan Don Juanla baslayir Kamu Don Juanin caresizcesine gercek sevgini axtarmasi amma tapa bilmemesi hiyleger ve ya melanxolik olmasi kimi defelerle seslendirilmis fikirleri redd edir Eksine iddia edir ki o sadece indiki anin ehtiraslari ucun yasayir O heyatini ona mena qatmaga calismadan bele bir umidi olmadan ve etdiklerinin ferqinde ola ola edir Don Juan melanxolikdir Boyuk ehtimal ki yox Insanlarin melanxolik olmaq ucun adeten iki sebebi olur onlar ya neyise bilmirler ya da neyese umid edirler Don Juan ise her seyi bilir ve hec neye umid beslemir 12 Kamunun absurd insana ikinci misali aktyordur Lakin o filmleri ile olumsuzlesen film ulduzlarina yox sadece sehnede cixis eden teatr aktyorlarina istinad edir Aktyorun hem ozunun hem de canlandirdigi obrazin omru tez ucub gedir Bundan elave onlarin ad sani da qisamuddetli olur Roman yazan biri olumunden sonra sohret qazanacagina umid eleye biler amma aktyor bilir ki onun san sohreti qarsisinda cixis etdiyi tamasacilarla mehdudlanib ve sadece bir nece saat cekecek 13 Bu veziyyet bir muddet teatrda aktyorluq eden hetta Karamazov qardaslari tamasasinda Ivan Karamazovun rolunu ozu ifa eden Kamuye tam olmasa da mueyyen menada yaxsi tanis idi 14 Oxucuya teqdim olunan ucuncu absurd insan obrazi ise isgalcidir Ikinci Dunya muharibesi zamani Fransa Muqavimet Herekatinin uzvu olan Kamu bu hissede oz tecrubelerine de esaslanir Absurd insana gore butun mubarizeler menasiz oldugu kimi hec bir qelebe de ebedi deyil ve onun heyatini umid etmeden apardigi mubarize mueyyenlesdirir Ucuncu fesil Absurd yaradilis Redakte Essenin ucuncu hissesinde Kamu absurd heyatin en yaxsi numunesi olan yaradiciliqdan danisir Yaradiciligin ozu kimi ozunde ehtiva etdiyi hezz duygusu de absurddur Kamunun tesirlendiyi yazicilardan olan Nitssenin Incesenet heqiqetden olmeyek deye movcuddur sozleri de bu fikri tesdiq edir 15 Yaratmaq ikili heyat yasamaqdir amma bunun aktyorun sehnedeki heyatindan ve ya olumunden daha ehemiyyetli oldugunu deye bilmerik Absurd insan ne edirse etsin sadece gercekliyi heqiqeten var olani tekrarlayir ve ya yeniden yaradir O heyati anlamaga yox sadece tesvir etmeye calisir Incesenet heyatin muxtelif aspektlerini ozunde eks etdirse de ona elave hec ne qata bilmir Absurd insan ucun onemli olan meseleni izah ve hell etmek yox onu tecrube ve tesvir etmekdir Her sey aciq askar ozunu biruze veren laqeydlikle baslayir 16 Yaratmaq pantomimalarin en boyuyudur Butun bunlara baxmayaraq insan yaradiciliga sigina bilmez cunki o da ozluyunde absurddur 16 Vizual incesenet ve musiqi ucun absurd olmaq hec de cetin deyil cunki onlar neyise izah etmeden de asanliqla gostere bilirler 17 Yeni absurdluq onlarin temelindedir Lakin dil ve sozler bele deyil onlar mehz nelerise izah etmek ucun var Buna gore de Kamu sirf bedii yaradiciliq meselesine toxunur ve bedii yaradiciligin absurd ola bilib bilmeyeceyini sorgulayir Bele ki o Dostoyevskinin Yazicinin gundeliyi Cinler roman ve Karamazov qardaslari eserlerini bu kontekstde arasdirir Ilk iki eserde felsefi intihar movzusuna yer verilir Cinler eserindeki Kirilov obrazi yazicinin dili ile desek mentiqli intihar edir 18 Heyatin menali olmasi ucun Tanri movcud olmalidir amma Kirilov onun movcud olmadigindan emindir Onun intihar etmesi eslinde Tanrinin movcud olmamasi fikrine qarsi etdiyi bir usyan eyni zamanda ozu ucun acdigi yeni bir umid qapisi idi Sonda umid ve inama aparan yolu tapmasi Kirilovu absurd qehreman olmaqdan cixarir Sonluq ferqli olsa da eyni mentiqi netice Karamazov qardaslari ucun de kecerlidir Sizifin 1549 cu ilde Tisian Vecellio terefinden cekilen sekli Dorduncu fesil Sizif haqqinda mif Redakte Son fesil essenin adini dasiyan Sizif haqdadir Sizif yeqin ki yasadigi heyatla yox aldigi ceza ile daha cox anilir Allahlar Sizife iri bir dasi dagin zirvesine qaldirmaq cezasini kesdiler dassa ora catar catmaz tezeden uzuasagi yuvarlanirdi Onlarin fikrince faydasiz ve menasiz emekden agir ve dehsetli ceza yoxdur 19 Sizifin niye cezalandirildigi ile bagli bir cox versiya movcuddur Bir versiyaya gore Sizif Zevsin Asopun qizi Eginani qacirmasina sahid olur ve Korinf qalasina su cekmesi qarsiliginda ona komek elini uzadacagini bildirir Basqa birinde ise Sizif Olumu zencirlediyi ucun Pluton terefinden cezalandirilib yeralti dunyaya gonderilir daha sonra ise arvadindan onun sozunu ceynediyi ucun intiqam almaq behanesiyle Aidden bir defelik icaze alib yer uzune qalxir Lakin yer uzunun isigini naz nemetini goren Sizif yeralti dunyaya qayitmaqdan imtina edir Hec bir hede qorxuya boyun eymese de sonra yene cehennemde yasamaga mehkum edilir 20 Sizif goylerin ildirimlarindansa Yer uzerindeki sularin xeyir duasini ustun tutdu Cezasi cehennem ezabi oldu 19 Kamu Sizifin absurd qehreman oldugunu bildirir Bu ozunu onun hem yer uzunde hem de yeralti dunyada olarken etdiyi hereketlerde biruze verir Tanrilara qarsi etinasizligi olume qarsi nifreti ve yasamaq esqi ona cox baha basa gelir 21 Sizifin basina gelenler butun versiyalarda neql edilse de onun bu cezaya nece dozduyu ne hissler kecirdiyi barede melumat verilmir ve bu oxucunun texeyyulune buraxilir Kamunu esas maraqlandiran sey dasin yeniden asagiya yuvarlandigi anda Sizifin neler dusunduyu hansi halda olmasidir Onun taleyi ancaq ona gore facievi hesab oluna biler ki o oz taleyinin absurdlugunu ve bu cezadan hec cur qurtulus olmadigini anlayir Amma diger terefden butun bunlari anlamasi onu taleyinden de yuxari yerlere qaldirir 22 Kamu iddia edir ki Sizif ona verilen bu menasiz ve isgence dolu tapsirigi hetta sen halda da etmis ola biler Sadece geride qoydugu dunya haqda dusunende onu keder buruyur 22 Kamunun fikrince xosbextlik ve absurdluq bir biri ile yaxindan elaqelidir Cunki her ikisi eyni sebeb ve neticeden dogur biz anlayiriq ki ozunde umid ehtiva etmeyen taleyimiz sadece ozumuze mexsusdur ve heyatimiz oz taleyimizi neye ceviririkse mehz ondan ibaretdir 23 Sizifi bextiyar saymamaq ucun elimizde hec bir esas yoxdur 24 Elave Redakte Essenin elavesi Franz Kafkanin eserlerinde umid ve absurdluq adlanir Kamu yazicinin esasen Mehkeme ve Qesr eserlerini nezerden kecirir ve bildirir ki Kafkanin eserleri absurd veziyyeti ozunde cox gozel sekilde ifade edir amma sonda o absurd yazici ola bilmir Cunki eserinde bir umid pariltisi hele de goze deyir 25 Mehkeme eserinde yer uzunde hec bir umid olmadigi neticesine gelen Kafkanin Qesr eserinde bunu inkar etmesini Kamu bele ifade edir Mehkeme veQesrbir istiqametde irelilemirler Mehkeme terefinden ortaya qoyulan problemi Qesr mueyyen menada hell edir Mehkeme diaqnoz qoyur Qesr ise bunun mualicesini dusunur Amma teklif olunan mualice xesteliyi sagaltmir 26 Hemcinin bax RedakteAbsurd teatriIstinadlar Redakte Kuiper Kathleen The Myth of Sisyphus Encyclopedia Britannica Istifade tarixi 29 November 2019 Kirsch Adam 20 October 2013 Why Albert Camus Remains Controversial The Daily Beast Istifade tarixi 29 November 2019 Camus Albert 1955 The Myth of Sisyphus and Other Essays New York Alfred A Knopf ISBN 0 679 73373 6 Albert Camus 1975 The Myth of Sisyphus Penguin Books seh 27 Albert Camus 1975 The Myth of Sisyphus Penguin Books seh 38 Albert Camus 1975 The Myth of Sisyphus Penguin Books seh 51 Albert Camus 1975 The Myth of Sisyphus Penguin Books seh 31 Albert Camus 1975 The Myth of Sisyphus Penguin Books seh 57 Albert Camus 1975 The Myth of Sisyphus Penguin Books seh 62 Albert Camus 1975 The Myth of Sisyphus Penguin Books seh 64 Albert Camus 1975 The Myth of Sisyphus Penguin Books seh 65 Albert Camus 1975 The Myth of Sisyphus Penguin Books seh 67 Albert Camus 1975 The Myth of Sisyphus Penguin Books seh 74 Dostoevsky s Ivan Karamazov Inspiration to Albert Camus David B Allison 1985 The New Nietzsche Contemporary Styles of Interpretation MIT Press seh 164 1 2 Albert Camus 1975 The Myth of Sisyphus Penguin Books seh 87 Albert Camus 1975 The Myth of Sisyphus Penguin Books seh 91 Albert Camus 1975 The Myth of Sisyphus Penguin Books seh 96 1 2 Alber Kamu 2003 Secilmis eserleri Serq Qerb Nesriyyat Evi seh 484 Albert Camus 1975 The Myth of Sisyphus Penguin Books seh 107 108 Alber Kamu 2003 Secilmis eserleri Serq Qerb Nesriyyat Evi seh 485 1 2 Alber Kamu 2003 Secilmis eserleri Serq Qerb Nesriyyat Evi seh 486 Alber Kamu 2003 Secilmis eserleri Serq Qerb Nesriyyat Evi seh 486 487 Alber Kamu 2003 Secilmis eserleri Serq Qerb Nesriyyat Evi seh 488 Sleasman Brent 2011 Albert Camus and the Metaphor of Absurdity Salem Press ISBN 9781587658259 Albert Camus 1975 The Myth of Sisyphus Penguin Books seh 117Menbe RedakteThe Plague The Fall Exile and the Kingdom and Selected Essays Albert Camus Alfred A Knopf 2004 ISBN 1 4000 4255 0 Camus Albert 1955 The Myth of Sisyphus and Other Essays New York Alfred A Knopf ISBN 0 679 73373 6 Sagi Avi 2011 Is the Absurd the Problem or the Solution Salem Press ISBN 9781587658259 Xarici kecidler RedakteComplete original text French English text Chapter 4 of the essay The Myth of Sisyphus by Albert Camus SparkNotes on The Myth of Sisyphus Suicide and Atheism Camus and The Myth of Sisyphus at the Wayback Machine archived 12 oktyabr 2007 by Richard BarnettMenbe https az wikipedia org w index php title Sizif haqqinda mif amp oldid 5783495, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.