Silahlı qüvvələri olmayan ölkələrin siyahısı
Silahlı qüvvələri olmayan ölkələrin siyahısı — rəsmi olaraq silahlı qüvvələrə malik olmayan suveren dövlətlərin siyahısı. Bu siyahıda Quam, Bermuda adaları və Puerto-Riko kimi asılı ərazilər götürülmür. Asılı ərazilərin müdafiə ehtiyacını başqa ölkələr qarşılayır. Burada "silahlı qüvvələr" termini hökumət tərəfindən maliyyələşdirilən və həmin hökumətin daxili və xarici siyasətində istifadə edilən hər hansı bir müdafiə orqanına deyilir. Bu siyahıda olan bəzi ölkələrin (məsələn, İslandiya və Monako) daimi ordusu yoxdur, buna baxmayaraq onlar qeyri-polis hərbi qüvvəyə malikdirlər.
Burada adı sadalanan 21 ölkənin çoxunun keçmiş bir işğalçı ölkə ilə uzun müddətli sazişi var. Buna bir misal olaraq Fransa və Monako arasındakı sazişi götürmək olar. Onlar arasındakı saziş 1918-ci ildə imzalanmışdır. Azad Assosiasiya Sazişi (abr. AAS) ölkələri olan Marşall adaları, Mirkoneziya Federativ Ştatları (abr. MFŞ) və Palau öz müdafiə məsələlərində söz hüququna malik deyillər və beynəlxalq münasibətlərində az fəaliyyət göstərirlər. Məsələn, MFŞ Amerika Birləşmiş Ştatları ilə müdafiə sazişi imzalayan zaman, burada zəif bir nötqə yaranmışdı, çünki ölkə ABŞ yardımından çox asılı olmuşdu. Andorranın kiçik bir ordusu var və zəruri olduğu vaxtda müdafiə yardımı ala bilər. İslandiyanın ABŞ-la 2006-cı ildə sona çatan xüsusi bir sazişi var idi. Bu sazişə əsasən İslandiyanın müdafiəyə ehtiyacı olanda, ABŞ onu bununla təmin edəcəkdi.
Qalan ölkələr öz müdafiələrinə məsuldurlar. Onlar ya hər hansı bir silahlı qüvvələr olmadan, ya da məhdudi silahlı qüvvələrlə fəaliyyət göstərirlər. Kosta-Rika və Qrenada kimi ölkələr dehərbiləşdirmə prosesinə məruz qalıblar. Samoa kimi ölkələr silahlı qüvvələri olmadan qurulublar. Bunun başlıca səbəbi həmin ölkələrin müstəqillik qazandıqları ildən bəri başqa ölkələr tərəfindən müdafiə edilmələridir. Siyahıda sadalanan ölkələrin hamısı "qeyri-hərbiləşdirmə" vəziyyətindədirlər.
ABŞ-ın Haitini 1994-cü ildə işğal etməsindən sonra, ölkəni 1992-ci ildən bəri idarə edən hərbi xunta devrilmiş və ölkənin silahlı qüvvələri ləğv edilmişdir. BMT-nin Haitidə Sabitləşdirilmə Missiyasının 2017-ci ildə sona çatmasından sonra, Haiti hökuməti Haiti Silahlı Qüvvələrinin bərpa edildiyini açıqlamışdır.
Silahlı qüvvələri olmayan ölkələr
Ölkə | Şərhlər | İstinad(lar) |
---|---|---|
Andorra | Andorranın daimi ordusu yoxdur, lakin İspaniya və Fransa ilə müdafiə müqavilələri imzalamışdır. Ölkənin kiçik könüllü ordusu mərasimlərdə iştirak etmək üçün fəaliyyət göstərir. Hərbiləşdirilmiş Andorra Polis Müdaxilə Qrupu (terrorizmlə mübarizə və girovların idarəetməsi mövzularında təlim almışdır) milli polisin bir hissəsidir. Ölkədə hərbi müdafiənin təmin edilməsinə Fransa və İspaniya kömək edir. | |
Dominika | Dominika 1981-ci ildən bəri daimi orduya malik deyil. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir. | |
Qrenada | Qrenadanın 1983-cü ildə ABŞ tərəfindən işğal edilməsindən bəri daimi orduya malik deyil. Qrenada Krallıq Polis Qüvvəsi ölkənin daxili təhlükəsizliyinin qorunub saxlanması üçün hərbiləşdirilmiş bir xüsusi xidmət bölməsi idarə edir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir. | |
Kiribati | Kiribari Konstitusiyasına əsasən, fəaliyyətinə icazə verilən tək hərbi qüvvə polisdir. Kiribatinin dövlət polis dövlət polis qüvvəsinə daxili təhlükəsizliyin qorunması üçün bir Dəniz Kəşfiyyatı Bölməsi daxildir. Dəniz Kəşfiyyat Bölməsinin işçiləri kiçik atıcı silahlardan istifadə edirlər. Qurum "Teanoai" adlı kiçik bir "Pasifik" tipli patrul katerinə malikdir. Ölkədə hərbi müdafiənin təmin edilməsinə Avstraliya və Yeni Zelandiya kömək edir. | |
Lixtenşteyn | Lixtenşteyn öz ordusunu 1868-ci ildə çox bahalı hesab etdiyindən ləğv etmişdir. Ölkə konstitusiyasına görə ordu sadəcə müharibə vaxtı təsis edilə bilər, ancaq bu hadisə heç vaxt baş verməyib. Buna baxmayaraq, Lixtenşteyndə polis qüvvəsi və "SWAT" komandası fəaliyyət göstərir. Onlar, ölkənin daxili təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar keçirirlər və atıcı silahlar daşıyırlar. Ölkədə hərbi müdafiənin təmin edilməsinə Avstriya və İsveçrə kömək edir. | |
Marşall adaları | Ölkənin əsasının qoyulduğu tarixdən bəri fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Marşall adalarının dövlət polis qüvvəsinə daxili təhlükəsizliyin qorunması üçün bir Dəniz Kəşfiyyatı Bölməsi daxildir. Dəniz Kəşfiyyatı Bölməsi işçiləri kiçik atıcı silahlardan istifadə edirlər. Qurum "Lomor" adlı kiçik bir "Pasifik" tipli patrul katerinə malikdir. Azad Assosiasiya Sazişinin qanunlarına əsasən, ölkədə hərbi müdafiəni Amerika Birləşmiş Ştatları təmin edir. | |
Mikroneziya | Ölkənin əsasının qoyulduğu tarixdən bəri heç bir silahlı qüvvə təsis edilməmişdir. Fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Mikroneziyanın dövlət polis qüvvəsinə daxili təhlükəsizliyin qorunması üçün bir Dəniz Kəşfiyyatı Bölməsi daxildir. Dəniz Kəşfiyyatı Bölməsi işçiləri kiçik atıcı silahlardan istifadə edirlər. Qurum "Azadlıq" (ing. Independence) adlı kiçik bir "Pasifik" tipli patrul katerinə malikdir. Azad Assosiasiya Sazişinin qanunlarına əsasən, ölkədə hərbi müdafiəni Amerika Birləşmiş Ştatları təmin edir. | |
Nauru | Ölkənin əsasının qoyulduğu tarixdən bəri rəsmi bir ordu təsis edilməmişdir, lakin ölkədə daxili təhlükəsizliyin qorunub saxlanılmasıı üçün nisbətən böyük və silahlı bir polis qüvvəsi fəaliyyət göstərir. Ölkədə hərbi müdafiənin təmin edilməsinə Avstraliya kömək edir. | |
Palau | Ölkənin əsasının qoyulduğu tarixdən bəri fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Palaunun dövlət polis qüvvəsinə ölkədə daxili təhlükəsizliyin qorunması üçün 30 nəfərlik bir Dəniz Kəşfiyyatı Bölməsi daxildir. Dəniz Kəşfiyyatı Bölməsi işçiləri kiçik atıcı silahlardan istifadə edirlər. Qurum "Prezident H.İ. Remelik" adlı kiçik bir "Pasifik" tipli patrul katerinə malikdir. Azad Assosiasiya Sazişinin qanunlarına əsasən, ölkədə hərbi müdafiəni Amerika Birləşmiş Ştatları təmin edir. | |
Sent-Lüsiya | Ölkənin əsasının qoyulduğu tarixdən bəri fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Sent-Lüsiyanın dövlət polis qüvvəsinə daxili təhlükəsizliyin qorunması üçün 116 nəfərlik bir Xüsusi Xidmət Bölməsi və Sahil Mühafizəçi Bölməsi daxildir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir. | |
Sent-Vinsent və Qrenadin | Ölkənin əsasının qoyulduğu tarixdən bəri fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Sent-Vinsent və Qrenadinin dövlət polis qüvvəsinə 94 nəfərlik iki kiçik hərbiləşdirilmiş qüvvədən Xüsusi Xidmət Vahidi və Sahil Mühafizəsindən ibarətdir. Bu vahidlərin ikisi də ölkənin daxili təhlükəsizliyini qoruyur. Leytenant Deyvid Robin istisna olmaqla, bütün Sahil Mühafizə komandirləri keçmiş Krallıq donanması zabitləri olublar. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir. | |
Samoa | Ölkənin əsasının qoyulduğu tarixdən bəri fəaliyyətinə icazə verilən tək qüvvə polis<no wiki/> Samoanın dövlət polis qüvvəsinə ölkədə daxili təhlükəsizliyin qorunması bir Dəniz Kəşfiyyatı Bölməsi daxildir. Dəniz Kəşfiyyatı Bölməsi işçiləri kiçik atıcı silahlardan istifadə edirlər. Qurum "Nafanua" kiçik bir "Pasifik" tipli patrul katerinə malikdir. 1962-ci il Dostluq sazişinin qanunlarına əsasən, ölkədə hərbi müdafiəni Yeni Zelandiya təmin edir. | |
Solomon adaları | Maintained a paramilitary force until a heavy ethnic conflict, in which Australia, New Zealand and other Pacific countries intervened to restore law and order. Since then no military has been maintained, however, there is a relatively large police force, and a Maritime Surveillance Unit for internal security. The Maritime Surveillance Unit is equipped with small arms, and maintains two Pacific-class patrol boats, the Auki and the Lata. Defense and policing assistance was the responsibility of the RAMSI until June 30, 2017. | |
Tuvalu | Since the country's foundation no military has been formed; however, there is a small police force, and a Maritime Surveillance Unit for internal security. The Maritime Surveillance Unit is equipped with small arms, and maintains one Pacific-class patrol boat, the Te Mataili. | |
Vatikan | Maintains a Gendarmerie Corps for internal policing. The Pontifical Swiss Guard is an armed unit charged with protecting the Pope, although it is officially under the authority of the Holy See, not the Vatican City State. There is no defense treaty with Italy, as it would violate the Vatican's neutrality, but informally the Italian Armed Forces protect Vatican City. The Palatine Guard and Noble Guard were abolished in 1970. |
İstinadlar
- "The Defence Act | Defence and Security Affairs | Subjects | Ministry for Foreign Affairs". Mfa.is. İstifadə tarixi: 28 aprel 2018.
- "Direction de la Sûreté Publique / Département de l'Intérieur / Le Gouvernement / Gouvernement et Institutions / Portail du Gouvernement - Monaco" (fransız). Gouv.mc. İstifadə tarixi: 28 aprel 2018.
- . Rohan.sdsu.edu. 1 yanvar 2002. 30 aprel 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2018.
- "CIA - The World Factbook". Cia.gov. İstifadə tarixi: 28 aprel 2018.
- Hara, Kimi. . Japan Focus. 8 fevral 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2018.
- "Documento BOE-A-1993-16868". BOE.es. 30 iyun 1996. İstifadə tarixi: 28 aprel 2018.
- "Andorra Defense Forces - 1990". CIA World Factbook. 1990. İstifadə tarixi: 27 fevral 2008.
- "U.S. Military Forces Leaving Iceland". Usmilitary.about.com. İstifadə tarixi: 28 aprel 2018.
- ↑ "Treaty Establishing the Regional Security System (1996)". United States Department of State. İstifadə tarixi: 28 aprel 2018.
- Şançe, Don A. (17 may 1990). "Breakup of Palace Guard Helps to Demilitarize Haiti - Los Angeles Times". Articles.latimes.com. İstifadə tarixi: 28 aprel 2018.
- "Costa Rica". World Desk Reference. Archived from the original on February 11, 2008. Retrieved 2008-02-27.
- "Top 10 Countries Without Military Forces | Top 10 Lists". TopTenz.net. İstifadə tarixi: 28 aprel 2018.
- . Demilitarization. 25 dekabr 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2018.
- Editorial, Reuters. "Haitian army set to make controversial return after two decades".
- Casmin, İvan Martin. "Haiti Hasn't Had a Military in Years — It Does Now".
- "CIA - The World Factbook". Cia.gov. İstifadə tarixi: 1 may 2018.
- "El Sometent | Tourism". Turisme.andorralavella.ad. 17 may 2011. İstifadə tarixi: 1 may 2018.
- "Overview. 26 countries without armies". APRED. İstifadə tarixi: 1 may 2018.
- "Kiribati Defense Forces - 1991". CIA World Factbook. İstifadə tarixi: 1 may 2018.
- "Kiribati". Freedom House. İstifadə tarixi: 1 may 2018.
- Australian Government, Department of Defence (20 noyabr 1943). . Defence.gov.au. 2 may 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 may 2018.
- "Background Note: Liechtenstein". United States Department of State. İstifadə tarixi: 6 may 2018.
- (PDF). 16 may 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 6 may 2018.
- "Background Note: Marshall Islands". United States Department of State. İstifadə tarixi: 22 may 2018.
- "Marshall Islands". www.freedomhouse.org.
- "Top 10 Countries Without Military Forces | Top 10 Lists". TopTenz.net. İstifadə tarixi: 22 may 2018.
- . United States Department of State. 29 avqust 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
- "CIA - The World Factbook". Cia.gov. İstifadə tarixi: 22 may 2018.
- "Micronesia". www.freedomhouse.org.
- . The World Factbook. 17 sentyabr 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
- "Guns in Nauru: Facts, Figures and Firearm Law". Gunpolicy.org. 18 iyul 2010. İstifadə tarixi: 22 may 2018.
- . Cia.gov. 3 may 2010. 4 may 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
- . Rohan.sdsu.edu. 21 noyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2012.
- "Nauru". Freedom House. İstifadə tarixi: 22 may 2018.
- "PALAU". Encyclopedia of the Nations. İstifadə tarixi: 2008-02-27.
- "Palau". Freedom House. İstifadə tarixi: 2012-06-17.
- "Palau". State.gov. 2012-02-07. İstifadə tarixi: 2012-06-17.
- "Royal Saint Lucia Police Force". Rslpf.com. 4 noyabr 1961. İstifadə tarixi: 27 may 2018.
- "Saint Lucian Military statistics, definitions and sources". Nationmaster.com. İstifadə tarixi: 27 may 2018.
- . Rohan.sdsu.edu. 27 oktyabr 1979. 22 iyun 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018.
- . Security.gov.vc. 25 mart 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018.
- "Samoa". The World Factbook. 2007-06-12 tarixində . İstifadə tarixi: 28 iyul 2018.
- "Samoa". State.gov. 1 fevral 2012. 2002-06-06 tarixində . İstifadə tarixi: 28 iyul 2018.
- "Samoa". Freedom House. 2013-03-07 tarixində . İstifadə tarixi: 28 iyul 2018.
- . Australian Government Department of Defense. August 17, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-02-27.
- The Solomons Islands 1998-2003 2012-05-09 at the Wayback Machine, britains-smallwars.com/.
- "Solomon Islands". Freedom House. İstifadə tarixi: 2012-06-17.
- "CIA - The World Factbook". Cia.gov. İstifadə tarixi: 2012-06-17.
- "Regional Assistance Mission to Solomon Islands - Home". RAMSI. 2012-04-26. İstifadə tarixi: 2012-06-17.
- "Country Context". World Health Organization. İstifadə tarixi: 2008-02-27.
- ↑ http://www.vanuatu.usp.ac.fj/library/Paclaw/Tuvalu/Police%20Act.pdf
- . World Desk Reference. November 22, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-02-27.
- http://www.miwsr.com/2012/downloads/2012-008.pdf
- "CIA - The World Factbook". Cia.gov. İstifadə tarixi: 2012-06-17.
- "The Pope's Soldiers: A Military History of the Modern Vatican Modern War Studies: Amazon.co.uk: David Alvarez: Books". Amazon.co.uk. İstifadə tarixi: 2012-06-17.
Mənbələr
- Barbi, Kristofi (2001). La non-militarisation et les pays sans armée : une réalité (fransız). Flendruz: APRED.
- Barbi, Kristofi (2015). . Working Papers from the Åland Islands Peace Institute (ingilis). Mariehamn: The Åland Islands Peace Institute. 2017-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-28.
Xarici keçidlər
- Ordusu olmayan ölkələr oxu.az saytında.
- Ordusu olmayan ölkələr trend.az saytında.