Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Lidiya Moiseyovna Yezerskaya rus Ревекка Моисеевна Фиалка 2 mart 1888 Timkoviçi d Minsk quberniyası d 1975 Moskva Rusiya

Revekka Fialka

Revekka Fialka
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Lidiya Moiseyovna Yezerskaya (rus. Ревекка Моисеевна Фиалка ; 2 mart 1888, Timkoviçi[d], Minsk quberniyası[d] – 1975, Moskva) — Rusiya inqilabçısı, XX əsrin əvvəllərində Rusiya imperiyasında inqilabi terrorun iştirakçısı. O, Sosialist İnqilab Partiyasının və onun döyüş qanadının üzvü olub.

Revekka Fialka
Doğum tarixi 2 mart 1888(1888-03-02)
Doğum yeri
  • Timkoviçi[d], Slutsk qəzası[d], Minsk quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 1975
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Vətəndaşlığı image Rusiya imperiyası
image SSRİ
Milliyyəti yəhudi
Dini ateist
Fəaliyyəti inqilabi hərəkatın iştirakçısı

Həyatı

image
Mariya Spiridonova, Mariya Şkolnik, Anastasiya Bitsenko, Aleksandra İzmailoviç Revekka Fialka və Lidiya Yezerskayanın 30 iyun 1906-cı ildə Nerçinsk katorqasına etap edilən zamanı Omsk dəmir yolu stansiyasında təntənəli qarşılanması

Revekka Fialka 1888-ci ildə Minsk quberniyasının Timkoviçi şəhərində (hazırda Belarus, Minsk vilayətinin Kopıl rayonu) ivrit dili müəllimi Moişe-Qirş Noximoviç Fialko (1852-?) və onun həyat yoldaşı Xaya (1855-1900) ailəsində anadan olub. Ailə sonradan Kişinyova köçəndə onun hələ bir yaşı yox idi. Kiçik qardaşı Şloma artıq 1889-cu ilin iyulunda Kişinyovda anadan olub. O, Kişinyov Yəhudi Qızlar üçün Peşəkar Məktəbində təhsil alıb, burada təlim rus və yəhudi dillərində aparılıb və məktəb fənlərinə əlavə olaraq sənətkarlıq təcrübəsi də var idi. Onun anası 1900-cü il yanvarın 18-də Kişinyovda qızı 11 yaşında olarkən vəfat etdi və elə həmin il atası orada ikinci dəfə Raxla Mixelevna Dikşteynlə (həmçinin Lyaxoviçdən dul qalmış, 1847-?) rəsmi nigaha daxil oldu.

Revekka Fialka 1903-cü ildə məktəbi şəhər hökuməti imtahanından keçərək tikişçi şagirdi adı ilə bitirib. Bir müddət tikiş emalatxanasında işləyib. Hələ məktəbin son kursunda oxuyarkən o, inqilabi hərəkatın ideyaları ilə bəhrələnib. Əvvəlcə onun fəaliyyəti dərnəkləri ziyarət etmək, görüşlər keçirmək və qeyri-qanuni ədəbiyyat oxumaqdan ibarət olub. 1904-cü ildə Fialka Sosialist İnqilabçılar Partiyasının gizli təşkilatına qoşulub və onun adından təbliğat işi aparıb.

1905-ci ilin əvvəlində Revekka Fialka partiya adından mərmi istehsalına kömək etmək üçün Odessaya yola düşüb. Burdan bir neçə dəfə dinamit əldə etmək üçün Kişinyova gedib. Oradan dinamiti Odessadakı təhlükəsiz bir evə gətirirdi. Bu evdə həmçinin gizli mətbəədə nəşr olunmuş qadağan edilmiş ədəbiyyat və şriftlər də saxlanılırdı. Onları da Revekka Fialka Kişinyovdan gətirmişdi. 1905-ci ilin yayında Fialka və onun yoldaşı Aleksandr Lappe Odessadakı təhlükəsiz evdə həbs edildilər.

Nerçinsk katorqasında sürgündə

Revekka Fialka və digər inqilabçılar hərbi dairə məhkəməsi tərəfindən mühakimə olunub. İki təqsirləndirilən inqilabçıya məhkəmənin gedişində Pavel Qalperin də qoşulub. Hər üç gənc inqilabçı 20 il ağır işlərə məhkum edilib. Lakin Fialka azyaşlı olduğu üçün cəzasının üçdə biri azaldıldı və son cəza 13 il bir neçə ay təyin olundu. 1906-cı ilin yanvarında Fialka katorqaya ağır işlərə göndərildi. İyul ayına qədər qaldığı Butırka tranzit həbsxanasında Fialka edam cəzasına məhkum edilmiş, sonradan ömürlük həbs cəzası ilə əvəzlənmiş beş məşhur qadın inqilabçı-terrorçu ilə tanış oldu. Belə ki, o zaman Aleksandra İzmailoviç, Mariya Spiridonova, Anastasiya Bitsenko, İrina Kaxovskaya və Mariya Şkolnikdə Buturkada həbsdə yatırdılar.

image
Anastasiya Bitsenko (sağdan üçüncü) Sibirdə sürgündə olarkən

Nerçinsk katorqasında sürgünə göndəriləndə qatar hər bir stansiyadan keçəndə məhbus qatarında “Sosialist İnqilabçılığın Anası”nın olduğunu eşidən izdiham onu salamlayır təntənəli yığıncaqlar və mitinqlər təşkil edirdi. İzmailoviç sonradan xatirələrində bu hadisəni belə xatırlayırdı: "Gündüzlər, axşamlar, gecələr hər dayanacaqda (pəncərələri döyüb bizi oyandırırdılar) – camaat özünü unudacaq dərəcədə sevinirdi. Bizi görməyin sevinci, qadınlara olan məhəbbət insanı vəcdə gətirirdi. Bizi salamlamaq üçün stansiyaya on-yüz minlərlə insan axışıb gəlirdi. Onlar sevinc göz yaşları, bəzən də dəli hönkürtü ilə ağlayırdılar ki, bu da bizə heyrətamiz təsir bağışlayırdı. İçlərindəki alovu, sevinci necə ifadə edəcəklərini bilmədən ona çiçəklər yağdırırdılar. Cırıq və nimdaş paltar geyinən fəhlələr həyəcandan titrəyərək əllərində olan mis sikkələri vaqonun pəncərələrinə uzadırdılar. Stansiyalarda süd satan qadınlar qarovulçulara süd qabları verirdilər - "onları bizim qadınlar üçün götürün" qışqırırdılar. Xanımlar üzüklərini, hörmətli bəylər saatlarını çıxarıb verirdilər. Yadımdadır, bir ayağı qoltuqağa söykənən bir dənizçi, müharibədən qayıdarkən ondan bir neçə siqaret və bir mis sikkə götürmək üçün sədəqə istədi <…> Həmişə olduğu kimi, pəncərələrə sonsuz sayda konfet qutuları, portağal, peçenye (bütün yol boyu şirniyyat atəşinə tutlmuşduq), qəzetlər, sayı bilinməyən çiçəklər və mis, gümüş pullar (bəzən iki-beş qəpiyə qədər) atırdılar. Neçə dəfə bütün stansiyalarda qarşımıza çıxanlara pula ehtiyacımız olmadığını, altı nəfərin heç nəyə ehtiyacı olmadığını söylədik. Xeyli sayda xəz papaqlar əldən-ələ sürətlə dolaşmağa davam etdi və qarovul rəisi polkovnikimizə təhvil verildi" - O.V.Budnitskinin müəllifi olduğu "Rusiyanın qadın terrorçuları. Fədakar qatillər" əsərindən bir parça.

1906-cı ilin avqustunda terrorçular Akatuyev cəzaçəkmə müəssisəsinə gəldilər. Əvvəlcə siyasi məhbusların saxlanması rejimi kifayət qədər yumşaq idi, lakin 1907-ci ilin qışında bir neçə qaçışdan sonra 6 terrorçunun əsasən cinayət törətməkdə günahlandırılan qadınların saxlandığı Maltsevskaya həbsxanasına köçürülməsinə qərar verildi. Həbsxana rəhbərliyinin Fialka və onun yoldaşlarına münasibəti sərt idi, bu da inqilabçıları öz hüquqları uğrunda mübarizəyə sövq edirdi (kitab oxumaq, qohumlarla yazışmaq və s.).

1910-cu ilin sonunda Fialka Barguzinski rayonunun Çitkanskaya volostunda daimi məskunlaşmaya göndərildi. 1915-ci ilin sonuna qədər hətta bölgə ətrafında hərəkət etmək hüququ olmadan Barguzində qaldı. Sürgündə olarkən Fialka yoldaşlarına qaçışların hazırlanmasında köməklik edirdi və qeyri-qanuni qarşılıqlı yardım fondunun üzvü idi.

Fevral inqilabından sonra

image
Mariya Şkolnik, Revekka Fialka və Mariya Spiridonova gözətçilər ilə Akatuyev həbsxanasında, 1906-cı il

1916-cı ilin əvvəlində Fialka Amurun Svobodnı şəhərinə (1917-ci ilə qədər - Alekseyevsk) köçüb və 1923-cü ilə qədər orada yaşayıb. 1917-ci ildə Revekka Fialka Fəhlə və Əsgər Deputatları Sovetinə üzv seçilib. 1919-cu ildə Fialka Semyonovçular tərəfindən həbs olunub, lakin Yaponiya kəşfiyyatı tərəfindən sorğu-sual edildikdən və qısa müddətə həbsdən sonra sərbəst buraxılıb.

1923-cü ilin sonunda Fialka ailəsi ilə birlikdə Xabarovska köçüb. O, 1926-1931-ci illərdə Vladivostokda yaşayıb. Həm Xabarovskda, həm də Vladivostokda müxtəlif komissiyalarda Xabarovsk və Vladivostok xüsusi siyasi məhbuslar idarəsi Şurasının üzvü kimi çalışıb. 1931-ci ilin ortalarında Moskvaya köçüb və o vaxtdan 1935-ci ilə qədər Siyasi Məhbuslar Cəmiyyətinin uşaq komissiyasında çalışıb. 1935-ci ildən sonra daimi bir mənzil aldıqdan sonra Fialka 1946-cı ilə qədər mənzil idarəsində mədəniyyət komissiyasında çalışıb.

Revekka Fialka 1975-ci ildə Moskvada vəfat edib.

Ailəsi

  • Həyat yoldaşı - Sigizmund Qustavoviç Raçinski (1882-1938) Ximkraska artelinin baş mühasib müavini olub. Böyük təmizləmə zamanı o, əksinqilabi Sosialist İnqilabçılar təşkilatına mənsub olmaqda ittiham edilərək həbs edilib və NKVD üçlüyünün qərarı ilə 1938-ci il iyunun 4-də Butovo poliqonunda güllələnib. 1956-cı il mayın 14-də reabilitasiya olunub. Arvadına ərinin taleyindən xəbər verilməyib. 1956-cı ilin iyulunda Revekka Fialka ərinin taleyi barədə ona məlumat vermək xahişi ilə DTK ilə əlaqə saxlayıb, lakin o zaman da ona Raçinskinin guya 1941-ci ildə beyin qanamasından öldüyü bildirilib.

Böyük Vətən müharibəsi illərində Revekka Moiseyevna təxliyə edilib. Evakuasiyadan qayıtdıqdan sonra o, Kuybışev regional sosial təminat idarəsinin aktiv şöbəsində işləyib, pensiyaçıların müayinəsi və onlara xidmət göstərilməsi üçün müxtəlif tapşırıqlar yerinə yetirib. Sonrakı illərdə Fialka qeyri-müntəzəm işləyib, lakin Sovetlərə seçkilər və zaymlar üçün kampaniyalarda iştirak edib.

  • Uşaqları: Çarna Sigizmundovna Raçinska (1913-2001) və Zbiqnev Ziqmuntoviç Raçinski (1921-2018), tərcüməçi kimi çalışıblar.
    • Nəvələri: 2022-ci ildə təqdimetmə mərasimində “Memorial”ı təmsil edən Beynəlxalq “Memorial” Cəmiyyətinin İdarə Heyətinin sədri Yan Raçinski (22 mart 2018-ci ildən); Andrey Raçinski (1956-2016), bioloq, “Katında öldürüldü” və “Kalində öldürüldü, Mednoyedə basdırıldı” cildlərinin tərtibçisi; Memorial cəmiyyətinin fəalı Stanislav Raçinski.
  • Qardaşı - Nathan Moiseyeviç Fialko (1881-1960) - Amerika psixiatrı və yazıçısı, digərləri arasında "Yeni Şəhər" distopiyasının müəllifi (1925); 1903-cü ildə ABŞ-a mühacirət edib.

İstinadlar

  1. Записи о браках и разводах в Кишинёве Arxiv surəti 11 dekabr 2022 tarixindən (Wayback Machine) saytında
  2. Sally A. Boniece. "The Spiridonova Case, 1906: Terror, Myth and Martyrdom,". Evanston: Northwestern University Press. Anthony Anemone. 2010. 127–151. ISBN .
  3. Будницкий О. В. . Женщины-террористки России. Бескорыстные убийцы. Феникс. 1999. 224. ISBN .
  4. Maxwell, 1990. səh. 310
  5. Maxwell, 1990. səh. 304; Rabinowitch, 1995. səh. 430.
  6. Сергеева Л. Г. Конец прекрасной эпохи // Журнал «Знамя». № 7. 2016. 2019-03-26 tarixində arxivləşdirilib.

Xarici keçidlər

  • Р. Фиалка. Черновик автобиографии
  • Р. Фиалка. Воспоминания об Акатуе
  • Биографическая заметка о Фиалке
  • Личные данные Р. Фиалки
  • Девушки и смерть
  • Политическая каторга и ссылка : Биографический справочник членов общества политкаторжан и ссыльно-поселенцев. — М., 1934. C. 663

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Lidiya Moiseyovna Yezerskaya rus Revekka Moiseevna Fialka 2 mart 1888 Timkovici d Minsk quberniyasi d 1975 Moskva Rusiya inqilabcisi XX esrin evvellerinde Rusiya imperiyasinda inqilabi terrorun istirakcisi O Sosialist Inqilab Partiyasinin ve onun doyus qanadinin uzvu olub Revekka FialkaDogum tarixi 2 mart 1888 1888 03 02 Dogum yeri Timkovici d Slutsk qezasi d Minsk quberniyasi d Rusiya imperiyasiVefat tarixi 1975Vefat yeri Moskva RSFSR SSRIVetendasligi Rusiya imperiyasi SSRIMilliyyeti yehudiDini ateistFealiyyeti inqilabi herekatin istirakcisiHeyatiMariya Spiridonova Mariya Skolnik Anastasiya Bitsenko Aleksandra Izmailovic Revekka Fialka ve Lidiya Yezerskayanin 30 iyun 1906 ci ilde Nercinsk katorqasina etap edilen zamani Omsk demir yolu stansiyasinda tenteneli qarsilanmasi Revekka Fialka 1888 ci ilde Minsk quberniyasinin Timkovici seherinde hazirda Belarus Minsk vilayetinin Kopil rayonu ivrit dili muellimi Moise Qirs Noximovic Fialko 1852 ve onun heyat yoldasi Xaya 1855 1900 ailesinde anadan olub Aile sonradan Kisinyova kocende onun hele bir yasi yox idi Kicik qardasi Sloma artiq 1889 cu ilin iyulunda Kisinyovda anadan olub O Kisinyov Yehudi Qizlar ucun Pesekar Mektebinde tehsil alib burada telim rus ve yehudi dillerinde aparilib ve mekteb fenlerine elave olaraq senetkarliq tecrubesi de var idi Onun anasi 1900 cu il yanvarin 18 de Kisinyovda qizi 11 yasinda olarken vefat etdi ve ele hemin il atasi orada ikinci defe Raxla Mixelevna Diksteynle hemcinin Lyaxovicden dul qalmis 1847 resmi nigaha daxil oldu Revekka Fialka 1903 cu ilde mektebi seher hokumeti imtahanindan kecerek tikisci sagirdi adi ile bitirib Bir muddet tikis emalatxanasinda isleyib Hele mektebin son kursunda oxuyarken o inqilabi herekatin ideyalari ile behrelenib Evvelce onun fealiyyeti dernekleri ziyaret etmek gorusler kecirmek ve qeyri qanuni edebiyyat oxumaqdan ibaret olub 1904 cu ilde Fialka Sosialist Inqilabcilar Partiyasinin gizli teskilatina qosulub ve onun adindan tebligat isi aparib 1905 ci ilin evvelinde Revekka Fialka partiya adindan mermi istehsalina komek etmek ucun Odessaya yola dusub Burdan bir nece defe dinamit elde etmek ucun Kisinyova gedib Oradan dinamiti Odessadaki tehlukesiz bir eve getirirdi Bu evde hemcinin gizli metbeede nesr olunmus qadagan edilmis edebiyyat ve sriftler de saxlanilirdi Onlari da Revekka Fialka Kisinyovdan getirmisdi 1905 ci ilin yayinda Fialka ve onun yoldasi Aleksandr Lappe Odessadaki tehlukesiz evde hebs edildiler Nercinsk katorqasinda surgunde Revekka Fialka ve diger inqilabcilar herbi daire mehkemesi terefinden muhakime olunub Iki teqsirlendirilen inqilabciya mehkemenin gedisinde Pavel Qalperin de qosulub Her uc genc inqilabci 20 il agir islere mehkum edilib Lakin Fialka azyasli oldugu ucun cezasinin ucde biri azaldildi ve son ceza 13 il bir nece ay teyin olundu 1906 ci ilin yanvarinda Fialka katorqaya agir islere gonderildi Iyul ayina qeder qaldigi Butirka tranzit hebsxanasinda Fialka edam cezasina mehkum edilmis sonradan omurluk hebs cezasi ile evezlenmis bes meshur qadin inqilabci terrorcu ile tanis oldu Bele ki o zaman Aleksandra Izmailovic Mariya Spiridonova Anastasiya Bitsenko Irina Kaxovskaya ve Mariya Skolnikde Buturkada hebsde yatirdilar Anastasiya Bitsenko sagdan ucuncu Sibirde surgunde olarken Nercinsk katorqasinda surgune gonderilende qatar her bir stansiyadan kecende mehbus qatarinda Sosialist Inqilabciligin Anasi nin oldugunu esiden izdiham onu salamlayir tenteneli yigincaqlar ve mitinqler teskil edirdi Izmailovic sonradan xatirelerinde bu hadiseni bele xatirlayirdi Gunduzler axsamlar geceler her dayanacaqda pencereleri doyub bizi oyandirirdilar camaat ozunu unudacaq derecede sevinirdi Bizi gormeyin sevinci qadinlara olan mehebbet insani vecde getirirdi Bizi salamlamaq ucun stansiyaya on yuz minlerle insan axisib gelirdi Onlar sevinc goz yaslari bezen de deli honkurtu ile aglayirdilar ki bu da bize heyretamiz tesir bagislayirdi Iclerindeki alovu sevinci nece ifade edeceklerini bilmeden ona cicekler yagdirirdilar Ciriq ve nimdas paltar geyinen fehleler heyecandan titreyerek ellerinde olan mis sikkeleri vaqonun pencerelerine uzadirdilar Stansiyalarda sud satan qadinlar qarovulculara sud qablari verirdiler onlari bizim qadinlar ucun goturun qisqirirdilar Xanimlar uzuklerini hormetli beyler saatlarini cixarib verirdiler Yadimdadir bir ayagi qoltuqaga soykenen bir denizci muharibeden qayidarken ondan bir nece siqaret ve bir mis sikke goturmek ucun sedeqe istedi lt gt Hemise oldugu kimi pencerelere sonsuz sayda konfet qutulari portagal pecenye butun yol boyu sirniyyat atesine tutlmusduq qezetler sayi bilinmeyen cicekler ve mis gumus pullar bezen iki bes qepiye qeder atirdilar Nece defe butun stansiyalarda qarsimiza cixanlara pula ehtiyacimiz olmadigini alti neferin hec neye ehtiyaci olmadigini soyledik Xeyli sayda xez papaqlar elden ele suretle dolasmaga davam etdi ve qarovul reisi polkovnikimize tehvil verildi O V Budnitskinin muellifi oldugu Rusiyanin qadin terrorculari Fedakar qatiller eserinden bir parca 1906 ci ilin avqustunda terrorcular Akatuyev cezacekme muessisesine geldiler Evvelce siyasi mehbuslarin saxlanmasi rejimi kifayet qeder yumsaq idi lakin 1907 ci ilin qisinda bir nece qacisdan sonra 6 terrorcunun esasen cinayet toretmekde gunahlandirilan qadinlarin saxlandigi Maltsevskaya hebsxanasina kocurulmesine qerar verildi Hebsxana rehberliyinin Fialka ve onun yoldaslarina munasibeti sert idi bu da inqilabcilari oz huquqlari ugrunda mubarizeye sovq edirdi kitab oxumaq qohumlarla yazismaq ve s 1910 cu ilin sonunda Fialka Barguzinski rayonunun Citkanskaya volostunda daimi meskunlasmaya gonderildi 1915 ci ilin sonuna qeder hetta bolge etrafinda hereket etmek huququ olmadan Barguzinde qaldi Surgunde olarken Fialka yoldaslarina qacislarin hazirlanmasinda komeklik edirdi ve qeyri qanuni qarsiliqli yardim fondunun uzvu idi Fevral inqilabindan sonra Mariya Skolnik Revekka Fialka ve Mariya Spiridonova gozetciler ile Akatuyev hebsxanasinda 1906 ci il 1916 ci ilin evvelinde Fialka Amurun Svobodni seherine 1917 ci ile qeder Alekseyevsk kocub ve 1923 cu ile qeder orada yasayib 1917 ci ilde Revekka Fialka Fehle ve Esger Deputatlari Sovetine uzv secilib 1919 cu ilde Fialka Semyonovcular terefinden hebs olunub lakin Yaponiya kesfiyyati terefinden sorgu sual edildikden ve qisa muddete hebsden sonra serbest buraxilib 1923 cu ilin sonunda Fialka ailesi ile birlikde Xabarovska kocub O 1926 1931 ci illerde Vladivostokda yasayib Hem Xabarovskda hem de Vladivostokda muxtelif komissiyalarda Xabarovsk ve Vladivostok xususi siyasi mehbuslar idaresi Surasinin uzvu kimi calisib 1931 ci ilin ortalarinda Moskvaya kocub ve o vaxtdan 1935 ci ile qeder Siyasi Mehbuslar Cemiyyetinin usaq komissiyasinda calisib 1935 ci ilden sonra daimi bir menzil aldiqdan sonra Fialka 1946 ci ile qeder menzil idaresinde medeniyyet komissiyasinda calisib Revekka Fialka 1975 ci ilde Moskvada vefat edib AilesiHeyat yoldasi Sigizmund Qustavovic Racinski 1882 1938 Ximkraska artelinin bas muhasib muavini olub Boyuk temizleme zamani o eksinqilabi Sosialist Inqilabcilar teskilatina mensub olmaqda ittiham edilerek hebs edilib ve NKVD ucluyunun qerari ile 1938 ci il iyunun 4 de Butovo poliqonunda gullelenib 1956 ci il mayin 14 de reabilitasiya olunub Arvadina erinin taleyinden xeber verilmeyib 1956 ci ilin iyulunda Revekka Fialka erinin taleyi barede ona melumat vermek xahisi ile DTK ile elaqe saxlayib lakin o zaman da ona Racinskinin guya 1941 ci ilde beyin qanamasindan olduyu bildirilib Boyuk Veten muharibesi illerinde Revekka Moiseyevna texliye edilib Evakuasiyadan qayitdiqdan sonra o Kuybisev regional sosial teminat idaresinin aktiv sobesinde isleyib pensiyacilarin muayinesi ve onlara xidmet gosterilmesi ucun muxtelif tapsiriqlar yerine yetirib Sonraki illerde Fialka qeyri muntezem isleyib lakin Sovetlere seckiler ve zaymlar ucun kampaniyalarda istirak edib Usaqlari Carna Sigizmundovna Racinska 1913 2001 ve Zbiqnev Ziqmuntovic Racinski 1921 2018 tercumeci kimi calisiblar Neveleri 2022 ci ilde Nobel sulh mukafatinin teqdimetme merasiminde Memorial i temsil eden Beynelxalq Memorial Cemiyyetinin Idare Heyetinin sedri Yan Racinski 22 mart 2018 ci ilden Andrey Racinski 1956 2016 bioloq Katinda olduruldu ve Kalinde olduruldu Mednoyede basdirildi cildlerinin tertibcisi Memorial cemiyyetinin feali Stanislav Racinski Qardasi Nathan Moiseyevic Fialko 1881 1960 Amerika psixiatri ve yazicisi digerleri arasinda Yeni Seher distopiyasinin muellifi 1925 1903 cu ilde ABS a muhaciret edib IstinadlarZapisi o brakah i razvodah v Kishinyove Arxiv sureti 11 dekabr 2022 tarixinden Wayback Machine saytinda Sally A Boniece The Spiridonova Case 1906 Terror Myth and Martyrdom Evanston Northwestern University Press Anthony Anemone 2010 127 151 ISBN 978 0810126923 Budnickij O V Zhenshiny terroristki Rossii Beskorystnye ubijcy Feniks 1999 224 ISBN 999 00 1401858 0 Maxwell 1990 seh 310 Maxwell 1990 seh 304 Rabinowitch 1995 seh 430 Sergeeva L G Konec prekrasnoj epohi Zhurnal Znamya 7 2016 2019 03 26 tarixinde arxivlesdirilib Xarici kecidlerR Fialka Chernovik avtobiografii R Fialka Vospominaniya ob Akatue Biograficheskaya zametka o Fialke Lichnye dannye R Fialki Devushki i smert Politicheskaya katorga i ssylka Biograficheskij spravochnik chlenov obshestva politkatorzhan i ssylno poselencev M 1934 C 663

Nəşr tarixi: May 17, 2025, 14:42 pm
Ən çox oxunan
  • May 15, 2025

    Prunus americana

  • May 15, 2025

    Prunus occidentalis

  • May 15, 2025

    Prunus microcarpa

  • May 15, 2025

    Prunus mandshurica

  • May 15, 2025

    Prunus mahaleb

Gündəlik
  • SSRİ

  • Daşıyıcı raket

  • Birinci Dünya müharibəsi

  • Böyük Moğol İmperiyası hökmdarlarının siyahısı

  • Babur

  • Böyük Moğol İmperiyası hökmdarlarının siyahısı

  • 17 may

  • 17 may

  • 1877

  • 18 may

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı