Qəhrəman Qəhrəmanov
Qəhrəman Mehdi oğlu Qəhrəmanov (26 dekabr 1925, Qafan rayonu – 5 fevral 2006, Bakı) — Azərbaycanlı alim, neyro-fizioloq, professor.
Qəhrəman Qəhrəmanov | |
---|---|
Qəhrəman Mehdi oğlu Qəhrəmanov | |
Doğum tarixi | 26 dekabr 1925 |
Doğum yeri | Qafan rayonu, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | 5 fevral 2006 (80 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | fiziologiya, tibb |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Təhsili | Azərbaycan Tibb Universiteti |
kagramanov.az/biography.… |
Həyatı
Qəhrəmanov Qəhrəman 26 dekabr 1925-ci ildə Zəngəzur mahalının Qafan rayonununda anadan olmuşdur.
Təhsili
1952-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş. İnstitutu bitirdikdən sonra normal fiziologiya kafedrasında aspiranturaya daxil olmuşdur. 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının akademiki, professor A.Qarayevin elmi rəhbərliyi altında interoseptiv refleks reaksiyalarının mediator mexanizminin problemləri ilə bağlı dissertasiya müdafiə etmişdir.
Elmi fəaliyyəti
1960-1966-cı illərdə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Normal və Patoloji Fiziologiya İnstitutunda çalışmışdır. SSRİ Tibb Elmləri Akademiyasının akademiki, Lenin mükafatı laureatı P.K. Anoxinin (rus.) rəhbərliyi ilə 10 fevral 1966-cı ildə "Beyinin fəaliyyətinin xolinergik və adrenerjik mexanizmləri haqqında" doktorluq dissertasiyasını müdafiə etmişdir.
Dissertasiyasını müdafiə etdikdən sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Tibb İnstitutunda işə başlamış və burada 1970-1991-ci illərdə normal fiziologiya kafedrasına rəhbərlik etmişdir.
1966-cı ildə Qəhrəman Qəhrəmanov tərəfindən SSRİ-də funksional neyrokimyanın inkişafında böyük rol oynayan ilk neyrofiziologiya və funksional neyrokimya laboratoriyasını yaradılmışdı. Qəhrəman Qəhrəmanov SSRİ Böyük Sovet Tibbi Ensiklopediyasının “Fiziologiya” bölməsinin redaktorlardan biri idi. "Fizioloji kibernetika" beynəlxalq almanaxlarının (London, Eynbric) və "Fizioloji elmlərin uğurları" jurnalının (SSRİ Elmlər Akademiyası) redaksiya heyətində işləmişdir.
Qəhrəman Qəhrəmanov 150-dən çox elmi nəşrin, 3 dərsliyin və bir çox monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 29 namizədlik və doktorluq dissertasiyası müdafiə edilmişdir.
Vəfatı
Qəhrəman Mehdi oğlu Qəhrəmanov 5 fevral 2006-cı ildə Bakıda vəfat etmişdir.
İstinadlar
- ↑ "Каграман Мехтиевич Каграманов" (rus dili). www.kagramanov.az. 14 okt.2013 tarixində . (rus.)
- Акад. П. К. Анохин, 1972 г.; «Физиологические науки в СССР», книга, изд. АН СССР, 1986 г., Москва