Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Nadir xanın Qərbi irana və Azərbaycana yürüşü Nadirin komananlığı altındakı Səfəvi ordusunun əfqanlar üzərində qələbə qa

Nadir xanın Qərbi İrana və Azərbaycana yürüşü

Nadir xanın Qərbi İrana və Azərbaycana yürüşü
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Nadir xanın Qərbi İrana və Azərbaycana yürüşü — Nadirin komananlığı altındakı Səfəvi ordusunun əfqanlar üzərində qələbə qazanmasından sonra özünün ən güclü rəqibinə qarşı - Osmanlı imperiyasına qarşı ilk böyük yürüşüdür. Yürüş nəticəsində Nadir özünün fəth qabiliyyətini sübut etdi, onun uğuru altında öz nüfuzunu yüksəltməyə çalışan II Təhmasibin 1731-ci ildə məğlub olması Nadirin şərqdən qəzəblə geri dönməsinə və onu kiçik oğlu Abbas Mirzənin xeyrinə taxtdan imtina etməyə məcbur etməsinə yol açdı.

Nadir xanın Qərbi İrana və Azərbaycana yürüşü
Səfəvi-Osmanlı müharibəsi (1730-1736) və Nadirin yürüşləri
image
Təbrizdəki Ərk qalası
Tarix 1730 mart-avqust
Yeri Nəhavənd, Həmədan, Kirmanşah, Marağa və Təbriz
Səbəbi Səfəvi imperiyasının ərazilərini bərpa etmə cəhdləri
Nəticəsi Mütləq Səfəvi zəfəri.
Ərazi dəyişikliyi Qərbi İran və Cənubi Azərbaycan Səfəvi imperiyasına yenidən birləşdirildi.
Münaqişə tərəfləri

image Səfəvilər İmperiyası

image Osmanlı İmperiyası

Komandan(lar)

image Nadir xan Əfşar

image Osman paşa
Teymur paşa
Süleyman paşa
Mustafa paşa
Fərrux paşa
Məmiş paşa

Tərəflərin qüvvəsi

30 min
* 25 min ən əvəvldən, 5 min sonradan Qəzvindən qatılır

45 min min
* 15 min Nəhavənddə
* 30 min Malayerdə

İtkilər

Bilinmir

Ağır
* Bütün top və cəbhəxana itirildi.

Osmanlı işğalı

1722-ci ildə əfqanların üsyan qaldıraraq Gülnabad döyüşündə qələbə qazanaraq Səfəvi imperiyasının paytaxtı İsfahanı 6 aylıq mühasirədən sonra ələ keçirməsi dövlətin daxilində böyük çaxnaçmalara səbəb oldu. Bundan istifadə edən Osmanlı imperiyası Səfəvi imperiyasının qərb torpaqlarına müdaxilə etdilər. Osmanlı imperiyası ilə birlikdə, Çar Rusiyası da Səfəvi imperiyasının şimal torpaqlarına hərbi müdaxiləyə başladılar. Nəticədə imperiyanın qərb torpaqlarını ələ keçirən Osmanlı imperiyası İstanbul müqaviləsi ilə Qafqazı Rusiya ilə öz arasında paylaşdırmağa razı oldu.

İsfahanda Səfəvi taxtına əyləşən Hotaki əfqanlarının hökmdarı Mir Mahmud Hotaki çevrilişlə öz əmisinin oğlu Əşrəflə əvəzləndi. Osmanlının qərbə doğru daha çox genişlənməsini dayandırmaq üçün Əşrəf onların üzərinə yürüşə çıxdı və bir çoxlarının təəccübünə səbəb olacaq şəkildə onları məğlub etməyi bacardı. Daha sonrakı diplomatik münasibətlər nəticəsində Osmanlı imperiyasının Əşrəfi yeni şah kimi tanıması müqabilində, Əşrəf də onların Qərbi İranda və Qafqazda ələ keçirdiyi bölgələrin Osmanlı mülkü kimi tanıdı.

Nadir və Əşrəf arasında qızışan mübarizənin sonunda ölkənin taleyinə aydınlıq gətiriləcəkdi. II Təhmasib hələ İsfahanın mühasirəsi zamanı qaçıb özünü şah elan etsə də, əsl hakimiyyət onun baş sərkərdəsi Nadir xanın əlində cəmləşmişdi. Nadirlə Əşrəf arasındakı mübarizədə Osmanlı imperiyası ağıllı taktika seçərək Əşrəfi dəstəkləyirdi. Çünki məlum idi ki, istedadlı sərkərdə olan Nadir qələbə qazanacağı halda dövlətin qərb torpaqlaının Osmanlı tərəfindən işğal edilməsi faktı ilə barışmayacaqdı. Osmanlının geniş dəstəyinə baxmayaraq Nadir əfqan qüvvələrini darmadağın etməyi bacardı və II Təhmasibin nominal hökmdarlığı altında İsfahanda Səfəvi taxt-tacı yenidən bərqərar edildi. İstanbulun qorxuları reallaşmağa başaldı və Nadir itirilmiş torpaqların azad edilməsinə başladı. Təxminən 10 ilə yaxındır ki imperiyanın qərb torpaqlarını ələ keçirmiş Osmanlı imperiyası bu bölgələrdə xeyli dərəcədə möhkəmlənmiş və yeni yaxınlaşan müharibəyə hazırlaşmışdı.

Nadirin Nəhavənd yürüşü

Şiraz şəhəri əfqanların işğalından azad ediləndən sonra Nadir bir müddət orada qaldı və Novruz bayramını da orada qarşıladı. Bir tərəfdən havaların hələ soyuq olması, bir tərəfdən də qoşunların yorğunluğu Nadiri məcbur etdi ki, osmanlılara qarşı müharibəni təxirə salsın. Bu müddət ərzində isə o, qoşunların sıralarının bərpası, təchizat məsələlərinin həll edilməsi ilə məşğul oldu. Əşrəf üzərində əldə edilmiş qələbədən sonra yaranan fürsətdən Nadir istifadə etdi və qoşunlara da istirahət verdi. “Aləm Ara-ye Naderi”nin məlumatına görə, Nadir Şirazda olarkən Azərbaycan və Həmədan əhalisinin nümayəndələri onun yanına gəldilər və Osmanlı qoşunlarının nəzarəti altında olmalarından əziyyət çəkdiklərini söylədilər. Nümayəndələr bildirdilər ki, Nadirin zəfərlərindən xəbər tutan yerli əhali həsrətlə onun gəlməsini gözləyirlər. Mənbədə o da göstərilir ki, Nadir bu xəbəri eşidəndən sonra öz sərkərdələrinə, minbaşılarına hərbi yürüşə hazırlıq başlamaq haqqında göstəriş verdi.

9 mart 1730-cu ildə Səfəvi ordusu Şirazdan çıxaraq Novruz bayramını təmtəraqlı şəkildə qeyd etdilər. Bayram şənlikləri zamanı Nadir qərbdə işğal edilmiş torpaqları azad etmək üçün yürüşə başlayacağını elan etdi.

Yol boyunca Həmədandakı Osmanlı elçisi iıə yazışan Nadir onlardan geri çəkilmələrini və bölgəni qanuni hökmdara təhvil vermələrini tələb edir, əks halda əmudla Osmanlı ordusunu dız çökdürəcəyini bildirirdi. Onun təklifləri rədd edildi və Osman paşa Fərrux paşaya 14 minlik qoşunla Nəhavəndə getməsini əmr etdi. Verilən tapşırığa əsasən Fərrux paşa Nəhavəndə üz tutmalı və orada Nadirin qoşunlarının irəliləməsinin qarşısını saxlamalı idi. Nadirin qoşununun üstün olacağı təqdirdə Fərrux paşa müdafiəyə çəkilib Osmanlı qoşunlarının əlavə yardımını gözləməli idi. Mənbələrdə verilən məlumata görə Nadirin ordusu güclü olardısa geri çəkilmə əmri alan Fərrux paşa bunu özünə qarşı hörmətsizlik kimi qiymətləndirmişdi. Onun fikrincə, Nadirin ordusunu məğlub etmək onun üçün çox asan olacaqdı. “Aləm Ara-ye Naderi”yə görə, Osman paşa ilə Fərrux paşa arasında olan söhbətdən Nadir çox qəzəbləndi və böyük bir qətiyyətlə osmanlılarla döyüşməyə üz tutdu. Onun düşərgəsi Borucərddə qaldı və adlı-sanlı sərkərdələri olan , Həsən xanı, Hacı Seyfəddin xan Bayatı və başqalarını düşərgənin mühafizəsinə təyin etdi. Osmanlı qoşunları yaxınlaşanda Nadir onu əhatə etməyi tapşırdı. Osmanlı qoşunları qısa zaman ərzində əhatəyə alındı. Cəzayirçilərin və tüfəngdarların atəşi osmanlılara ilk itkiləri yetirdi. Onların ardınca isə süvarilər sürətli hücuma qoşuldular və osmanlılara vurulan itkiləri daha da artırdılar. Mənbədə mövcud olan məlumata görə, osmanlıların laqeydliyi və sayıqlığı itirmələri onların məğlubiyyətinə gətirdi. Sonra bildirilir ki, bu sayıqlığı əldən vermiş Fərrux paşa isə əsir götürüldü. Amma Nadir onu öldürmədi. Bir neçə gündən sonra Osman paşaya yazdığı məktubla onu Həmədana yola saldı.

Beləliklə, Osmanlının əlində olan Nahavəndə Luristan bölgəsi vasitəsiylə çatan və Osmanlı ordusunu məğlub edən Nadirin qarşısından onlar Həmədana doğru geri çəkildi. Onların məqsədi burada yenidən qruplaşaraq Həmədanın Nadirin əlinə keçməsinə icazə verməmək idi. Buna görə də, onlar qızılbaş hücumunu durdurmaq ümidi ilə Malayer adlanan bölgədə döyüşə atıldılar.

Malayer döyüşü və nəticəsi

Osman paşa daha bir döyüşə hazırlıq əmri verdi. Eyni zamanda ətrafdakı Osmanlı qarnizonlarına da əmr göndərdi ki, yaxın günlərdə öz qüvvələri ilə Həmədan ətrafında toplaşsınlar və Nadir üzərinə birgə hücumda iştirak etsinlər. Hücumun uğurla başa çatdırılması üçün Osman paşa çoxlu sayda topun da döyüşə hazırlaşdırılmasını tapşırdı. Çox tezliklə Osman paşaya kömək yetişdi. Teymur paşa və digərlərinin rəhbərliyi altında daha 30 min qoşunun Osman paşaya birləşdiyi göstərilir. Nadir də öz gücləndirilmiş qoşunları ilə Malayer düzünə gəldi və burada döyüşqabağı mövqe tutdu.

Orduların düzülüşü

İndi Nadir həm say, həm də bölmələrin taktiki-texniki xüsusiyyətləri baxımından öz ordusuna bənzəyən bir rəqiblə qarşılaşmışdı.

Hər iki tərəfin qoşunu üç böyük dəstədə qruplaşdırıldı: Mərkəz, sağ və sol cinahlar. Osman paşa qoşunların cinahlarını təcrübəli sərkərdələrinə tapşırdı: Teymur paşa, Cəlal paşa və Həsənoğlu qoşun dəstələrinin rəhbərləri təyin edildilər. Onun özü isə mərkəzdə qərar tutdu. Toplar da mərkəzdə yerləşdirildi. Bundan başqa, Osman paşa əmr etdi ki, yük daşıyan bütün dəvələri qoşunların arxasına toplasınlar, onların hamısını kəndir və zəncirlərlə bir-birinə bağlasınlar ki, Osmanlı döyüşçüləri qorxub geri qaçmaq istəsə dəvələrin sırası ilə üzləşib yenidən döyüş meydanına qayıtsınlar. Nadir sağ və sol cinahları Təhmasib xan Cəlayirə, Rzaqulu bəy Çeşmgəzəkə və Hacı Seyfəddin xan Bayata tapşırdı, mərkəzə rəhbərliyi isə öz üzərinə götürdü.

Döyüş

30 minlik Osmanlı ordusu qarşısında 25 minlik qızılbaş ordusu var idi. Osmanlı ordusu bu vaxta qədər Nadirin ordusunun qarşılaşdığı bütün rəqiblərdən fərqli xüsusiyyətlrəə sahib idi. Nadirin bu zaman qədər qarşılaşdığı bütün rəqiblər piyada və artilleriya qüvvələrində yoxsun idi, bunun qarşılığında isə onlar əla dağ süvari döyüşçüləri idilər. Bircə Murçexort döyüşündə əfqanlarda bu qoşun növləri mövcud idi.

Osmanlılar özlərini vadi boyunca uzanan dərəyə paralel olaraq düzmüşdülər. Bir-birinə doğru irəliləyən iki ordu tüfəng atışı məsafəsi qədər yaxınlaşdıqda tüfənglərin və topların atışından hər tərəf tüstüyə qərq oldu. Tüstü tədricən Nadirin ordusunu görünməz etdiyi zaman o, risk alaraq öz sağ cinahını daha da gücləndirdi və təhlükəli bir planı həyata keçirməyə başladı. Həmçinin döyüş zaman ordusunda ruh düşkünlüyünün yarandığını hiss edən Nadir 3 minlik seçmə dəstəsi ilə əlində əmud döyüşün ən sərt keçdiyi yerə girmiş və döyüşçülərinin geri çəkilməsinin qarşısını ala bilmişdir.

Nadir anidən öz sağ cinahna Osmanlının sol cinahına doğru hücuma keçmə əmri verdi. Tüstü dumanın altından qəflətən Səfəvi ordusunun üstlərinə hücuma keçdiyini görən Osmanlı ordusunun sol cinahı arasında çaxnaşma yarandı. Osmanlının bir neçə saat ərzində öz sol cinahını qurtarmaq üçün etdiyi cəhdlər fayda vermədi. Bu əsnada Osmanlı ordusunun baş sancaqdarının öldürülməsi Osmanlı ordusunun döyüş əzminin daha da qırılmasına səbəb oldu.

Osman paşa, Teymur paşa və digər sərkərdələr nə qədər cəhd göstərsələr də irəliləməyin mümkünsüz olduğunu və getdikcə daha ciddi itkilərin verildiyinin şahidi oldular. Döyüşün məğlubiyyətə apardığını görən Osman paşa döyüşdən çıxmağı qərara aldı. Onun ardınca Teymur paşa da döyüş meydanından geri çəkildi. Sərkərdələrin bu qərarı qoşunlar arasında bir vahimə yaratdı. Az sonra Osmanlı qoşunları kütləvi şəkildə döyüş meydanını tərk etmək yolunu tutdu. Amma arxada bir-birinə zəncirlənmiş dəvələr sırasına ilişəndə onları təqib edən Nadir döyüşçüləri tərəfindən daha ağır zərbə aldılar. Bu da osmanlıların itkilərini xeyli artırdı.

Geri dönüb qaçmağa başlayan Osmanlı ordusunun bir çox döyüşçüsü onları təqib edən süvarilər tərəfindən ya qətlə yetirildi, ya da əsir götürüldülər. Bu böyük qələbə Nadirin ordusu üçün Həmədana gedən yolun açılmasına səbəb oldu.

Həmədanın azad edilməsi

Həmədanı orada əsir olaraq saxlanılan 10 min qızılbaş döyüşçüylə birlikdə azad edildi.. 1730-cu il iyun ayının ortalarında Həmədana daxil olan Nadir Osmanlı ordusundan orada qalmış olan toplar, döyüş təchizatı və müxtəlif əşyalar qənimət olaraq ələ keçirdi.

Kirmanşahın azad edilməsi

Nadirin qoşunları ilə Həmədana daxil olması xəbərini eşidən Sənəndəcdəki Osmanlı qarnizonunun rəhbəri də oranı tərk etməyi qərara aldı. Bununla, Sənəndəc də döyüşsüz və müqavimətsiz Osmanlı qüvvələri tərəfindən tərk edildi. Belə olanda, Nadir diqqətini Kirmanşaha çevirdi. Yaxınlıqdakı böyük məntəqələr arasında Kirmanşah hələ də Osmanlı qüvvələrinin nəzarəti altında qalmaqda idi. Bu şəhərin geri qaytarılması məqsədilə Nadir, Hüseynqulu xan Zəngənəyə müvafiq tapşırıq verdi. Hüseynqulu xan dəstəsi ilə Kirmanşaha yollandı. Kirmanşah hakimi təyin edilmiş Həsən paşa şəhərin iki fəsəngliyində, dağlıq ərazidə əlverişli müdafiə mövqeləri tutaraq Hüseynqulu xanın dəstəsinin qarşısını kəsdi. Hüseynqulu xan rastlaşdığı müqaviməti nəinki qıra bilmədi, hətta ağır zərbə alaraq geri çəkilmək məcburiyyətində qaldı. Xəbər Nadirə çatan kimi Kermanşaha doğru hərəkət etmək əmri verdi. O, qüvvələrinin bir hissəsini öncədən yola saldı, özü isə sonradan onların arxasınca hərəkətə başladı. Həsən paşa eşidəndə ki, Nadir qüvvələri ilə Hüseynqulu xanın köməyinə gəlir, bütün topları, hərbi təchizatı Kirmanşahda tərk edib Bağdada çəkildi. Bununla da, ikinci cəhddə Kirmanşah da Osmanlı qoşunlarından təmizləndi.

Cənubi Azərbaycanın azad edilməsi

Marağanın azad edilməsi

Osmanlı sarayında da növbəti hədəfin Azərbaycan əraziləri olduğu bəlli idi və bu istiqamətdə hazırlıq işləri həyata keçirilirdi. Marağa, Ərdəlan, Ərumi və Sulduz ətrafında kifayət qədər böyük sayda Osmanlı qoşunları toplanmışdı. Teymur paşa onların vəziyyətini yoxladı, qoşunların parkını və yüklərini Marağanın Qavdul qəsəbəsində cəmlədi və sonra 12 min nəfərlik süvari dəstəsini ayırıb Ərdəlana gəldi. Həmin dəstə Nadirin hücumunun qarşısını kəsməli idi. Teymur paşa dəstəsinin gücləndirilməsi üçün Ərdəlanda da döyüşçülərin toplanmasını, hərbi təchizatın yaxşılaşdırılmasını davam etdirdi. “Aləm Ara-ye Naderi”yə görə, Nadir 7 min nəfərlik qoşun dəstəsi ilə osmanlılara qarşı yürüşə başladı. Qoşun dəstəsinin əsas hissəsini Təhmasib xan Cəlayirin rəhbərliyi altına verdi. Qoşunun parkı və yükləri də Təhmasib xanın dəstəsində idi. Özü isə kiçik bir dəstə ilə Miyanduaba doğru istiqamət götürdü. Nadirin ona qarşı yaxınlaşması xəbərini eşidən Teymur paşa Marağaya doğru geri çəkildi. Nadir öz dəstəsi ilə Teymur paşanın dəstəsini təqib etməyə başladı və niyyətinə nail oldu. Elə təqib zamanı da Nadir osmanlılara zərbə endirə bildi. Nəticədə, qaçıb Marağaya sığınmaq ümidində olan osmanlılara xeyli itki yetirildi, osmanlılar hətta Marağada da duruş gətirə bilmədilər və oradan da uzaqlaşdılar. Onların tərk edib qaçdığı çoxlu sayda top, silah və digər döyüş təchizatı qənimət kimi Nadirin əlinə keçdi.

Teymur paşa ilə növbəti döyüş

Teymur paşa Marağanın on fərsəngliyində olan Dehxarqanda yenidən öz qüvvələrini cəmləşdirməyə başladı.Nadirlə yeni döyüşə hazırlaşmağın zəruriliyini onların diqqətinə çatdırdı. Teymur paşa Təbriz valisinə də məktub göndərdi və ondan da hərbi yardım göndərilməsini xahiş etdi. Eyni zamanda ona da hazır olmağı tövsiyə etdi. Təbriz hakimi Teymur paşanın yardımına beş minlik bir dəstə göndərdi. Bu dəstənin gəlməsi Teymur paşanın qüvvələrini kifayət qədər gücləndirdi və bununla da o özünü Nadirlə yeni döyüşə hazır hesab etdi. Nadir bir neçə gün Marağada qaldı və Təhmasib xan Cəlayirə də əmr göndərdi ki, qoşunların düşərgəsini ora köçürsün. Elə burada istirahətdə olarkən Urmiyada yaşayan əfşarlara məktub göndərdi. Nadir bu məktubunda özünün də əfşarlara mənsubluğunu xatırlamaqla bölgəyə gəlməsi barədə onlara məlumat verdi. Lakin Bisütun xan onun Nadirlə əlaqədə olmasının Osmanlı tərəfindən bilinməsinin əhalisi üçün ağır nəticələnəciyini güman edərək bu məlumatı əhalidən gizli saxladı. Əyanlarla məsləhətləşmədən belə qərar verildi ki, bir qədər səbir edilsin və əgər döyüşdə Nadir qələbə qazanarsa əfşarlar onun ordusuna qatılsın.

“Aləm Ara-ye Naderi”yə görə, Teymur paşanın qüvvələri Nadirlə növbəti döyüşə girmək üçün Qavdul məntəqəsində, Cığatay çayının (Zərinrud) kənarında düşərgə saldı və iki tərəf arasında ilk döyüşlər qarovul dəstələrinin üzləşməsi ilə baş verdi. Əldə edilən məlumatlardan sonra hər iki tərəf döyüş mövqelərini, döyüş tapşırıqlarını, həm də qüvvələrin qruplaşdırılmasını bir daha dəqiqləşdirdilər. Teymur paşa mövqelərini elə seçdi ki, onun bir cinahını yaxınlıqda axan çay mühafizə etsin. Nadir də qüvvələrinə hərəkət əmri verib döyüşqabağı mövqelərə doğru üz tutdu. Nadir qoşunlarının sağ cinahına Rzaqulu xanla Əliqulu bəy Sərvərli rəhbərlik edirdilər. Sol cinahdakı qüvvələrə rəhbərlik isə Təhmasib xan Cəlayirə, Şahqulu bəy Mərviyə və Hacı Seyfəddin xan Bayata tapşırıldı. Tanınmış və təcrübəli əmirlərdən təşkil olunmuş bir alay sol cinahda dayanmalı idi. Həmin dəstələrin ətrafında isə Mir Abutalıb xanın və İsmayıl xan Xəzimənin cəzayirçiləri və tüfəngdarları mövqe tutmalı idilər.

Osmanlılar əsas döyüşə top hazırlığı ilə başladılar. Teymur paşanın əmri ilə bütün böyük və kiçik toplar işə salındı və onların vasitəsilə Nadir qoşunlarına ilk zərbənin vurulmasına cəhd göstərdi. Bunun ardınca isə nizələrlə silahlanmış böyük bir süvari dəstəsi döyüşə buraxıldı ki, top hazırlığının ardınca qarşı tərəfə vurulan zərbə daha da gücləndirilsin. Osmanlı qüvvələrinin böyük əzmkarlıqla döyüşdüyünü Nadir də müşahidə edirdi. Nadir onu da hiss edirdi ki, özü döyüşün gedişinə müdaxilə etməsə qələbəni əldən verə bilər. Ona görə əvvəlcə cinahlarda döyüşən dəstələrin rəhbərlərinə xəbər göndərdi ki, tutduqları mövqelərdən geri çəkilməsinlər. Bundan sonra isə özü şəxsən döyüşə girdi və döyüşçülərini ruhlandırdı.

Mustafa paşa Çələbinin ölümü Osmanlı qüvvələri arasında bir çaşqınlıq yaratdı. Onlar istədilər ki, bir qədər geri çəkilib artilleriyanın mövqelərində özlərinə yer etsinlər. Teymur paşa da ehtiyat qüvvələri ilə həmin mövqedə idi.Bu geriləmə osmanlılara yenidən topların atəşindən istifadə etməyə, ehtiyat qüvvələr tərəfindən möhkəmlənməyə imkan verdi. Nadir osmanlıların bu niyyətini anladı və Təhmasib xan Cəlayirə xəbər göndərdi ki, rəhbərliyi altında olan əfşar, cəlayir və Mərv qüvvələri ilə Osmanlı qüvvələrinin Teymur paşa ilə birləşməsinə imkan verməsin. Belə olanda, döyüşün gərginliyi daha da artdı. Teymur paşa vəziyyətin onnu əleyhinə dəyişdiyini hiss edərək Nadirlə şəxsən döyüşə girdi. İki sərkərdənin şəxsi döyüşlərinin nəticəsi çox gümanki orduların döyüşünün nəticəsini də müəyyən edəcəkdi. Nadir Teymur paşanı yaralasa da, özünü yetirən Osmanlı döyüşçüləri onun canını xilas edə bildilər. Bundan sonra döyüşün davam etdirilməsini mənasız bilən osmanlılar geri çəkildilər və məntəqədə dayanmağın təhlükəli olduğundan Təbrizə doğru üz tutdular. Osmanlı paşaları növbəti dəfə Nadirlə döyüşdə uğursuzluğa düçar oldular.

Təbrizin azad edilməsi

Bu qələbədən sonra Urmiya əfşarları da Bisütun xanın rəhbərliyi altında Nadirin ordusu ilə birləşdilər. Nadir Təbrizə doğru yürüşü elan etdi. Təbrizdəki Mustafa paşa komandanlığındakı Osmanlı ordusuna Misir və Hələbdən 16 minlik yardım göndərildi. Bu dəstələr xüsusi seçmə dəstələr hesab olunurdu.

Məmiş paşa rəhbərlik edirdi. Məmiş paşa öz dəstəsi ilə Dehxarqan məntəqəsinə gəldi və burada döyüşqabağı mövqe tutdu. Nadirin qoşunları da yetişib burada döyüşqabağı mövqelərə paylandılar. Nadir öz qüvvələrini dörd dəstədə qruplaşdırdı və onlara dörd istiqamətdən Osmanlı qoşunları üzərinə hücum etməyi tapşırdı. Osmanlı qüvvələri böyük əzmkarlıqla dörd tərəfdən hücuma keçən Nadir qüvvələrinə müqavimət göstərməyə çalışdılar. Nadir özü də döyüşə qoşuldu və özünü Məmiş paşanın dayandığı mövqeyə yetirdi. Osmanlı qüvvələri daxilinə bir çaxnaşma salmaq üçün Nadir Məmiş paşanı aradan götürməyi planlaşdırırdı. Bunu üçün o, münasib məqam seçib əlindəki əmudla Məmiş paşaya güclü zərbə endirdi. Məmiş paşa bu zərbədən yerindəcə keçindi. Onun ölməsi isə doğrudan da Osmanlı qüvvələri daxilində çaxnaşma saldı.Osmanlı döyüşçüləri geriyə qaçıb Mustafa paşanın mövqelərinə üz tutdular. Mustafa paşa da vəziyyətin yaxşı olmadığını görüb Təbrizə tərəf geri çəkildi. Təbriz hakimi Mustafa paşa və Teymur paşa Osmanlı qüvvələrinin Nadirə qarşı döyüşdə növbəti uğursuzluğa düçar olmasından xeyli pərişan oldular və Təbrizi tərk etməyi qərarlaşdırdılar. Onlar əmlaklarını və var-yoxlarını bir yerə yığışdırıb Nadirin qüvvələri yerişməzdən əvvəl Sərxabdağ yolu ilə Naxçıvan və İrəvana doğru istiqamət götürdülər. Onların Təbrizi tərk etməsindən az sonra Nadir qoşunları ilə Təbrizə daxil oldu. Burada da Nadir yerli əhali tərəfindən böyük təntənə ilə qarşılandı.

Təbriz azad edildikdən sonra Təbrizdəki Osmanlı qarnizonuna yardım üçün göndərilmiş və lakin artıq gecikmiş bir Osmanlı ordusu da məğlub edildi. Beləliklə, Nadirin Osmanlı qüvvələrinə qarşı başladığı döyüşlərin birinci mərhələsi Azərbaycanda yerləşən Osmanlı qüvvələrinin geri çəkilməsi ilə başa çatdı. Nadir 1730-cu il avqustun 12-də Təbrizə daxil oldu. Təbriz tutulandan sonra Nadir, Bisütün xan Əfşarı Təbrizin hakimi təyin etdi və Osmanlı qoşunlarından qalmış olan böyük miqdarda qəniməti də ona verdi.

Nəticə

Beləliklə, bu yürüş nəticəsində Səfəvi imperiyasının keçmiş qərb sərhədləri demək olar ki, bərpa edildi. Yalnız Şimali Azərbaycan və Cənubi Qafqazın bir sıra bölgələri Osmanlı hakimiyyəti altında qalmaqda idi. Nadir bu döyüşlərdə ələ keçirilmiş Osmanlı əsirləri ilə mərhəmətlə davrandı, bir çox paşanı azad edərək İstanbula sülh təklifi ilə göndərdi.

Həmçinin bax

  • II Təhmasibin yürüşü (1731) ‎
  • Nadirin yürüşləri

İstinadlar

  1. Maykl Eksvorti. Iran: Empire of the Mind Penguin. Penguin Books. 2007. səh. 156.
  2. Axworthy, 2009. səh. 180
  3. Moghtader, 2001. səh. 56
  4. Malleson, George Bruce. History of Afghanistan, from the Earliest Period to the Outbreak of the War of 1878. London: Elibron.com. 1878. səh. 246. ISBN . 2022-07-06 tarixində . İstifadə tarixi: 2010-09-27.
  5. "The Fall of Isfahan | History Today". www.historytoday.com. 2022-03-11 tarixində . İstifadə tarixi: 2022-05-17.
  6. Manouchehr Moshtagh Khorasani. "a stratégie militaire, les campagnes et les batailles de Nâder Shâh". 25 iyul 2019 tarixində .
  7. Süleymanov, 2001. səh. 175
  8. Süleymanov, 2001. səh. 177
  9. Süleymanov, 2001. səh. 178-179
  10. Süleymanov, 2001. səh. 179
  11. Süleymanov, 2001. səh. 180
  12. Süleymanov, 2001. səh. 181
  13. Süleymanov, 2001. səh. 182
  14. Süleymanov, 2001. səh. 183
  15. Süleymanov, 2001. səh. 184
  16. Süleymanov, 2001. səh. 185
  17. Süleymanov, 2001. səh. 186-188
  18. Süleymanov, 2001. səh. 189

Mənbə

  • Mehman Süleymanov. Nadir şah (PDF). Pərvin Darabadi (elmi redaktor). 741.
  • Maykl Eksvorti. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. səh. 180.

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Nadir xanin Qerbi Irana ve Azerbaycana yurusu Nadirin komananligi altindaki Sefevi ordusunun efqanlar uzerinde qelebe qazanmasindan sonra ozunun en guclu reqibine qarsi Osmanli imperiyasina qarsi ilk boyuk yurusudur Yurus neticesinde Nadir ozunun feth qabiliyyetini subut etdi onun uguru altinda oz nufuzunu yukseltmeye calisan II Tehmasibin 1731 ci ilde meglub olmasi Nadirin serqden qezeble geri donmesine ve onu kicik oglu Abbas Mirzenin xeyrine taxtdan imtina etmeye mecbur etmesine yol acdi Nadir xanin Qerbi Irana ve Azerbaycana yurusuSefevi Osmanli muharibesi 1730 1736 ve Nadirin yurusleriTebrizdeki Erk qalasiTarix 1730 mart avqustYeri Nehavend Hemedan Kirmansah Maraga ve TebrizSebebi Sefevi imperiyasinin erazilerini berpa etme cehdleriNeticesi Mutleq Sefevi zeferi Erazi deyisikliyi Qerbi Iran ve Cenubi Azerbaycan Sefevi imperiyasina yeniden birlesdirildi Munaqise terefleriSefeviler Imperiyasi Osmanli ImperiyasiKomandan lar Nadir xan Efsar Osman pasa Teymur pasa Suleyman pasa Mustafa pasa Ferrux pasa Memis pasaTereflerin quvvesi30 min 25 min en evevlden 5 min sonradan Qezvinden qatilir 45 min min 15 min Nehavendde 30 min MalayerdeItkilerBilinmir Agir Butun top ve cebhexana itirildi Osmanli isgali1722 ci ilde efqanlarin usyan qaldiraraq Gulnabad doyusunde qelebe qazanaraq Sefevi imperiyasinin paytaxti Isfahani 6 ayliq muhasireden sonra ele kecirmesi dovletin daxilinde boyuk caxnacmalara sebeb oldu Bundan istifade eden Osmanli imperiyasi Sefevi imperiyasinin qerb torpaqlarina mudaxile etdiler Osmanli imperiyasi ile birlikde Car Rusiyasi da Sefevi imperiyasinin simal torpaqlarina herbi mudaxileye basladilar Neticede imperiyanin qerb torpaqlarini ele keciren Osmanli imperiyasi Istanbul muqavilesi ile Qafqazi Rusiya ile oz arasinda paylasdirmaga razi oldu Isfahanda Sefevi taxtina eylesen Hotaki efqanlarinin hokmdari Mir Mahmud Hotaki cevrilisle oz emisinin oglu Esrefle evezlendi Osmanlinin qerbe dogru daha cox genislenmesini dayandirmaq ucun Esref onlarin uzerine yuruse cixdi ve bir coxlarinin teeccubune sebeb olacaq sekilde onlari meglub etmeyi bacardi Daha sonraki diplomatik munasibetler neticesinde Osmanli imperiyasinin Esrefi yeni sah kimi tanimasi muqabilinde Esref de onlarin Qerbi Iranda ve Qafqazda ele kecirdiyi bolgelerin Osmanli mulku kimi tanidi Nadir ve Esref arasinda qizisan mubarizenin sonunda olkenin taleyine aydinliq getirilecekdi II Tehmasib hele Isfahanin muhasiresi zamani qacib ozunu sah elan etse de esl hakimiyyet onun bas serkerdesi Nadir xanin elinde cemlesmisdi Nadirle Esref arasindaki mubarizede Osmanli imperiyasi agilli taktika secerek Esrefi destekleyirdi Cunki melum idi ki istedadli serkerde olan Nadir qelebe qazanacagi halda dovletin qerb torpaqlainin Osmanli terefinden isgal edilmesi fakti ile barismayacaqdi Osmanlinin genis desteyine baxmayaraq Nadir efqan quvvelerini darmadagin etmeyi bacardi ve II Tehmasibin nominal hokmdarligi altinda Isfahanda Sefevi taxt taci yeniden berqerar edildi Istanbulun qorxulari reallasmaga basaldi ve Nadir itirilmis torpaqlarin azad edilmesine basladi Texminen 10 ile yaxindir ki imperiyanin qerb torpaqlarini ele kecirmis Osmanli imperiyasi bu bolgelerde xeyli derecede mohkemlenmis ve yeni yaxinlasan muharibeye hazirlasmisdi Nadirin Nehavend yurusuSiraz seheri efqanlarin isgalindan azad edilenden sonra Nadir bir muddet orada qaldi ve Novruz bayramini da orada qarsiladi Bir terefden havalarin hele soyuq olmasi bir terefden de qosunlarin yorgunlugu Nadiri mecbur etdi ki osmanlilara qarsi muharibeni texire salsin Bu muddet erzinde ise o qosunlarin siralarinin berpasi techizat meselelerinin hell edilmesi ile mesgul oldu Esref uzerinde elde edilmis qelebeden sonra yaranan fursetden Nadir istifade etdi ve qosunlara da istirahet verdi Alem Ara ye Naderi nin melumatina gore Nadir Sirazda olarken Azerbaycan ve Hemedan ehalisinin numayendeleri onun yanina geldiler ve Osmanli qosunlarinin nezareti altinda olmalarindan eziyyet cekdiklerini soylediler Numayendeler bildirdiler ki Nadirin zeferlerinden xeber tutan yerli ehali hesretle onun gelmesini gozleyirler Menbede o da gosterilir ki Nadir bu xeberi esidenden sonra oz serkerdelerine minbasilarina herbi yuruse hazirliq baslamaq haqqinda gosteris verdi 9 mart 1730 cu ilde Sefevi ordusu Sirazdan cixaraq Novruz bayramini temteraqli sekilde qeyd etdiler Bayram senlikleri zamani Nadir qerbde isgal edilmis torpaqlari azad etmek ucun yuruse baslayacagini elan etdi Yol boyunca Hemedandaki Osmanli elcisi iie yazisan Nadir onlardan geri cekilmelerini ve bolgeni qanuni hokmdara tehvil vermelerini teleb edir eks halda emudla Osmanli ordusunu diz cokdureceyini bildirirdi Onun teklifleri redd edildi ve Osman pasa Ferrux pasaya 14 minlik qosunla Nehavende getmesini emr etdi Verilen tapsiriga esasen Ferrux pasa Nehavende uz tutmali ve orada Nadirin qosunlarinin irelilemesinin qarsisini saxlamali idi Nadirin qosununun ustun olacagi teqdirde Ferrux pasa mudafieye cekilib Osmanli qosunlarinin elave yardimini gozlemeli idi Menbelerde verilen melumata gore Nadirin ordusu guclu olardisa geri cekilme emri alan Ferrux pasa bunu ozune qarsi hormetsizlik kimi qiymetlendirmisdi Onun fikrince Nadirin ordusunu meglub etmek onun ucun cox asan olacaqdi Alem Ara ye Naderi ye gore Osman pasa ile Ferrux pasa arasinda olan sohbetden Nadir cox qezeblendi ve boyuk bir qetiyyetle osmanlilarla doyusmeye uz tutdu Onun dusergesi Borucerdde qaldi ve adli sanli serkerdeleri olan Hesen xani Haci Seyfeddin xan Bayati ve basqalarini dusergenin muhafizesine teyin etdi Osmanli qosunlari yaxinlasanda Nadir onu ehate etmeyi tapsirdi Osmanli qosunlari qisa zaman erzinde ehateye alindi Cezayircilerin ve tufengdarlarin atesi osmanlilara ilk itkileri yetirdi Onlarin ardinca ise suvariler suretli hucuma qosuldular ve osmanlilara vurulan itkileri daha da artirdilar Menbede movcud olan melumata gore osmanlilarin laqeydliyi ve sayiqligi itirmeleri onlarin meglubiyyetine getirdi Sonra bildirilir ki bu sayiqligi elden vermis Ferrux pasa ise esir goturuldu Amma Nadir onu oldurmedi Bir nece gunden sonra Osman pasaya yazdigi mektubla onu Hemedana yola saldi Belelikle Osmanlinin elinde olan Nahavende Luristan bolgesi vasitesiyle catan ve Osmanli ordusunu meglub eden Nadirin qarsisindan onlar Hemedana dogru geri cekildi Onlarin meqsedi burada yeniden qruplasaraq Hemedanin Nadirin eline kecmesine icaze vermemek idi Buna gore de onlar qizilbas hucumunu durdurmaq umidi ile Malayer adlanan bolgede doyuse atildilar Malayer doyusu ve neticesiOsman pasa daha bir doyuse hazirliq emri verdi Eyni zamanda etrafdaki Osmanli qarnizonlarina da emr gonderdi ki yaxin gunlerde oz quvveleri ile Hemedan etrafinda toplassinlar ve Nadir uzerine birge hucumda istirak etsinler Hucumun ugurla basa catdirilmasi ucun Osman pasa coxlu sayda topun da doyuse hazirlasdirilmasini tapsirdi Cox tezlikle Osman pasaya komek yetisdi Teymur pasa ve digerlerinin rehberliyi altinda daha 30 min qosunun Osman pasaya birlesdiyi gosterilir Nadir de oz guclendirilmis qosunlari ile Malayer duzune geldi ve burada doyusqabagi movqe tutdu Ordularin duzulusu Indi Nadir hem say hem de bolmelerin taktiki texniki xususiyyetleri baximindan oz ordusuna benzeyen bir reqible qarsilasmisdi Her iki terefin qosunu uc boyuk destede qruplasdirildi Merkez sag ve sol cinahlar Osman pasa qosunlarin cinahlarini tecrubeli serkerdelerine tapsirdi Teymur pasa Celal pasa ve Hesenoglu qosun destelerinin rehberleri teyin edildiler Onun ozu ise merkezde qerar tutdu Toplar da merkezde yerlesdirildi Bundan basqa Osman pasa emr etdi ki yuk dasiyan butun develeri qosunlarin arxasina toplasinlar onlarin hamisini kendir ve zencirlerle bir birine baglasinlar ki Osmanli doyusculeri qorxub geri qacmaq istese develerin sirasi ile uzlesib yeniden doyus meydanina qayitsinlar Nadir sag ve sol cinahlari Tehmasib xan Celayire Rzaqulu bey Cesmgezeke ve Haci Seyfeddin xan Bayata tapsirdi merkeze rehberliyi ise oz uzerine goturdu Doyus 30 minlik Osmanli ordusu qarsisinda 25 minlik qizilbas ordusu var idi Osmanli ordusu bu vaxta qeder Nadirin ordusunun qarsilasdigi butun reqiblerden ferqli xususiyyetlree sahib idi Nadirin bu zaman qeder qarsilasdigi butun reqibler piyada ve artilleriya quvvelerinde yoxsun idi bunun qarsiliginda ise onlar ela dag suvari doyusculeri idiler Birce Murcexort doyusunde efqanlarda bu qosun novleri movcud idi Osmanlilar ozlerini vadi boyunca uzanan dereye paralel olaraq duzmusduler Bir birine dogru irelileyen iki ordu tufeng atisi mesafesi qeder yaxinlasdiqda tufenglerin ve toplarin atisindan her teref tustuye qerq oldu Tustu tedricen Nadirin ordusunu gorunmez etdiyi zaman o risk alaraq oz sag cinahini daha da guclendirdi ve tehlukeli bir plani heyata kecirmeye basladi Hemcinin doyus zaman ordusunda ruh duskunluyunun yarandigini hiss eden Nadir 3 minlik secme destesi ile elinde emud doyusun en sert kecdiyi yere girmis ve doyusculerinin geri cekilmesinin qarsisini ala bilmisdir Nadir aniden oz sag cinahna Osmanlinin sol cinahina dogru hucuma kecme emri verdi Tustu dumanin altindan qefleten Sefevi ordusunun ustlerine hucuma kecdiyini goren Osmanli ordusunun sol cinahi arasinda caxnasma yarandi Osmanlinin bir nece saat erzinde oz sol cinahini qurtarmaq ucun etdiyi cehdler fayda vermedi Bu esnada Osmanli ordusunun bas sancaqdarinin oldurulmesi Osmanli ordusunun doyus ezminin daha da qirilmasina sebeb oldu Osman pasa Teymur pasa ve diger serkerdeler ne qeder cehd gosterseler de irelilemeyin mumkunsuz oldugunu ve getdikce daha ciddi itkilerin verildiyinin sahidi oldular Doyusun meglubiyyete apardigini goren Osman pasa doyusden cixmagi qerara aldi Onun ardinca Teymur pasa da doyus meydanindan geri cekildi Serkerdelerin bu qerari qosunlar arasinda bir vahime yaratdi Az sonra Osmanli qosunlari kutlevi sekilde doyus meydanini terk etmek yolunu tutdu Amma arxada bir birine zencirlenmis develer sirasina ilisende onlari teqib eden Nadir doyusculeri terefinden daha agir zerbe aldilar Bu da osmanlilarin itkilerini xeyli artirdi Geri donub qacmaga baslayan Osmanli ordusunun bir cox doyuscusu onlari teqib eden suvariler terefinden ya qetle yetirildi ya da esir goturulduler Bu boyuk qelebe Nadirin ordusu ucun Hemedana geden yolun acilmasina sebeb oldu Hemedanin azad edilmesi Hemedani orada esir olaraq saxlanilan 10 min qizilbas doyuscuyle birlikde azad edildi 1730 cu il iyun ayinin ortalarinda Hemedana daxil olan Nadir Osmanli ordusundan orada qalmis olan toplar doyus techizati ve muxtelif esyalar qenimet olaraq ele kecirdi Kirmansahin azad edilmesiNadirin qosunlari ile Hemedana daxil olmasi xeberini esiden Senendecdeki Osmanli qarnizonunun rehberi de orani terk etmeyi qerara aldi Bununla Senendec de doyussuz ve muqavimetsiz Osmanli quvveleri terefinden terk edildi Bele olanda Nadir diqqetini Kirmansaha cevirdi Yaxinliqdaki boyuk menteqeler arasinda Kirmansah hele de Osmanli quvvelerinin nezareti altinda qalmaqda idi Bu seherin geri qaytarilmasi meqsedile Nadir Huseynqulu xan Zengeneye muvafiq tapsiriq verdi Huseynqulu xan destesi ile Kirmansaha yollandi Kirmansah hakimi teyin edilmis Hesen pasa seherin iki fesengliyinde dagliq erazide elverisli mudafie movqeleri tutaraq Huseynqulu xanin destesinin qarsisini kesdi Huseynqulu xan rastlasdigi muqavimeti neinki qira bilmedi hetta agir zerbe alaraq geri cekilmek mecburiyyetinde qaldi Xeber Nadire catan kimi Kermansaha dogru hereket etmek emri verdi O quvvelerinin bir hissesini onceden yola saldi ozu ise sonradan onlarin arxasinca herekete basladi Hesen pasa esidende ki Nadir quvveleri ile Huseynqulu xanin komeyine gelir butun toplari herbi techizati Kirmansahda terk edib Bagdada cekildi Bununla da ikinci cehdde Kirmansah da Osmanli qosunlarindan temizlendi Cenubi Azerbaycanin azad edilmesiMaraganin azad edilmesi Osmanli sarayinda da novbeti hedefin Azerbaycan erazileri oldugu belli idi ve bu istiqametde hazirliq isleri heyata kecirilirdi Maraga Erdelan Erumi ve Sulduz etrafinda kifayet qeder boyuk sayda Osmanli qosunlari toplanmisdi Teymur pasa onlarin veziyyetini yoxladi qosunlarin parkini ve yuklerini Maraganin Qavdul qesebesinde cemledi ve sonra 12 min neferlik suvari destesini ayirib Erdelana geldi Hemin deste Nadirin hucumunun qarsisini kesmeli idi Teymur pasa destesinin guclendirilmesi ucun Erdelanda da doyusculerin toplanmasini herbi techizatin yaxsilasdirilmasini davam etdirdi Alem Ara ye Naderi ye gore Nadir 7 min neferlik qosun destesi ile osmanlilara qarsi yuruse basladi Qosun destesinin esas hissesini Tehmasib xan Celayirin rehberliyi altina verdi Qosunun parki ve yukleri de Tehmasib xanin destesinde idi Ozu ise kicik bir deste ile Miyanduaba dogru istiqamet goturdu Nadirin ona qarsi yaxinlasmasi xeberini esiden Teymur pasa Maragaya dogru geri cekildi Nadir oz destesi ile Teymur pasanin destesini teqib etmeye basladi ve niyyetine nail oldu Ele teqib zamani da Nadir osmanlilara zerbe endire bildi Neticede qacib Maragaya siginmaq umidinde olan osmanlilara xeyli itki yetirildi osmanlilar hetta Maragada da durus getire bilmediler ve oradan da uzaqlasdilar Onlarin terk edib qacdigi coxlu sayda top silah ve diger doyus techizati qenimet kimi Nadirin eline kecdi Teymur pasa ile novbeti doyus Teymur pasa Maraganin on fersengliyinde olan Dehxarqanda yeniden oz quvvelerini cemlesdirmeye basladi Nadirle yeni doyuse hazirlasmagin zeruriliyini onlarin diqqetine catdirdi Teymur pasa Tebriz valisine de mektub gonderdi ve ondan da herbi yardim gonderilmesini xahis etdi Eyni zamanda ona da hazir olmagi tovsiye etdi Tebriz hakimi Teymur pasanin yardimina bes minlik bir deste gonderdi Bu destenin gelmesi Teymur pasanin quvvelerini kifayet qeder guclendirdi ve bununla da o ozunu Nadirle yeni doyuse hazir hesab etdi Nadir bir nece gun Maragada qaldi ve Tehmasib xan Celayire de emr gonderdi ki qosunlarin dusergesini ora kocursun Ele burada istirahetde olarken Urmiyada yasayan efsarlara mektub gonderdi Nadir bu mektubunda ozunun de efsarlara mensublugunu xatirlamaqla bolgeye gelmesi barede onlara melumat verdi Lakin Bisutun xan onun Nadirle elaqede olmasinin Osmanli terefinden bilinmesinin ehalisi ucun agir neticeleneciyini guman ederek bu melumati ehaliden gizli saxladi Eyanlarla meslehetlesmeden bele qerar verildi ki bir qeder sebir edilsin ve eger doyusde Nadir qelebe qazanarsa efsarlar onun ordusuna qatilsin Alem Ara ye Naderi ye gore Teymur pasanin quvveleri Nadirle novbeti doyuse girmek ucun Qavdul menteqesinde Cigatay cayinin Zerinrud kenarinda duserge saldi ve iki teref arasinda ilk doyusler qarovul destelerinin uzlesmesi ile bas verdi Elde edilen melumatlardan sonra her iki teref doyus movqelerini doyus tapsiriqlarini hem de quvvelerin qruplasdirilmasini bir daha deqiqlesdirdiler Teymur pasa movqelerini ele secdi ki onun bir cinahini yaxinliqda axan cay muhafize etsin Nadir de quvvelerine hereket emri verib doyusqabagi movqelere dogru uz tutdu Nadir qosunlarinin sag cinahina Rzaqulu xanla Eliqulu bey Serverli rehberlik edirdiler Sol cinahdaki quvvelere rehberlik ise Tehmasib xan Celayire Sahqulu bey Merviye ve Haci Seyfeddin xan Bayata tapsirildi Taninmis ve tecrubeli emirlerden teskil olunmus bir alay sol cinahda dayanmali idi Hemin destelerin etrafinda ise Mir Abutalib xanin ve Ismayil xan Xezimenin cezayircileri ve tufengdarlari movqe tutmali idiler Osmanlilar esas doyuse top hazirligi ile basladilar Teymur pasanin emri ile butun boyuk ve kicik toplar ise salindi ve onlarin vasitesile Nadir qosunlarina ilk zerbenin vurulmasina cehd gosterdi Bunun ardinca ise nizelerle silahlanmis boyuk bir suvari destesi doyuse buraxildi ki top hazirliginin ardinca qarsi terefe vurulan zerbe daha da guclendirilsin Osmanli quvvelerinin boyuk ezmkarliqla doyusduyunu Nadir de musahide edirdi Nadir onu da hiss edirdi ki ozu doyusun gedisine mudaxile etmese qelebeni elden vere biler Ona gore evvelce cinahlarda doyusen destelerin rehberlerine xeber gonderdi ki tutduqlari movqelerden geri cekilmesinler Bundan sonra ise ozu sexsen doyuse girdi ve doyusculerini ruhlandirdi Mustafa pasa Celebinin olumu Osmanli quvveleri arasinda bir casqinliq yaratdi Onlar istediler ki bir qeder geri cekilib artilleriyanin movqelerinde ozlerine yer etsinler Teymur pasa da ehtiyat quvveleri ile hemin movqede idi Bu gerileme osmanlilara yeniden toplarin atesinden istifade etmeye ehtiyat quvveler terefinden mohkemlenmeye imkan verdi Nadir osmanlilarin bu niyyetini anladi ve Tehmasib xan Celayire xeber gonderdi ki rehberliyi altinda olan efsar celayir ve Merv quvveleri ile Osmanli quvvelerinin Teymur pasa ile birlesmesine imkan vermesin Bele olanda doyusun gerginliyi daha da artdi Teymur pasa veziyyetin onnu eleyhine deyisdiyini hiss ederek Nadirle sexsen doyuse girdi Iki serkerdenin sexsi doyuslerinin neticesi cox gumanki ordularin doyusunun neticesini de mueyyen edecekdi Nadir Teymur pasani yaralasa da ozunu yetiren Osmanli doyusculeri onun canini xilas ede bildiler Bundan sonra doyusun davam etdirilmesini menasiz bilen osmanlilar geri cekildiler ve menteqede dayanmagin tehlukeli oldugundan Tebrize dogru uz tutdular Osmanli pasalari novbeti defe Nadirle doyusde ugursuzluga ducar oldular Tebrizin azad edilmesi Bu qelebeden sonra Urmiya efsarlari da Bisutun xanin rehberliyi altinda Nadirin ordusu ile birlesdiler Nadir Tebrize dogru yurusu elan etdi Tebrizdeki Mustafa pasa komandanligindaki Osmanli ordusuna Misir ve Helebden 16 minlik yardim gonderildi Bu desteler xususi secme desteler hesab olunurdu Memis pasa rehberlik edirdi Memis pasa oz destesi ile Dehxarqan menteqesine geldi ve burada doyusqabagi movqe tutdu Nadirin qosunlari da yetisib burada doyusqabagi movqelere paylandilar Nadir oz quvvelerini dord destede qruplasdirdi ve onlara dord istiqametden Osmanli qosunlari uzerine hucum etmeyi tapsirdi Osmanli quvveleri boyuk ezmkarliqla dord terefden hucuma kecen Nadir quvvelerine muqavimet gostermeye calisdilar Nadir ozu de doyuse qosuldu ve ozunu Memis pasanin dayandigi movqeye yetirdi Osmanli quvveleri daxiline bir caxnasma salmaq ucun Nadir Memis pasani aradan goturmeyi planlasdirirdi Bunu ucun o munasib meqam secib elindeki emudla Memis pasaya guclu zerbe endirdi Memis pasa bu zerbeden yerindece kecindi Onun olmesi ise dogrudan da Osmanli quvveleri daxilinde caxnasma saldi Osmanli doyusculeri geriye qacib Mustafa pasanin movqelerine uz tutdular Mustafa pasa da veziyyetin yaxsi olmadigini gorub Tebrize teref geri cekildi Tebriz hakimi Mustafa pasa ve Teymur pasa Osmanli quvvelerinin Nadire qarsi doyusde novbeti ugursuzluga ducar olmasindan xeyli perisan oldular ve Tebrizi terk etmeyi qerarlasdirdilar Onlar emlaklarini ve var yoxlarini bir yere yigisdirib Nadirin quvveleri yerismezden evvel Serxabdag yolu ile Naxcivan ve Irevana dogru istiqamet goturduler Onlarin Tebrizi terk etmesinden az sonra Nadir qosunlari ile Tebrize daxil oldu Burada da Nadir yerli ehali terefinden boyuk tentene ile qarsilandi Tebriz azad edildikden sonra Tebrizdeki Osmanli qarnizonuna yardim ucun gonderilmis ve lakin artiq gecikmis bir Osmanli ordusu da meglub edildi Belelikle Nadirin Osmanli quvvelerine qarsi basladigi doyuslerin birinci merhelesi Azerbaycanda yerlesen Osmanli quvvelerinin geri cekilmesi ile basa catdi Nadir 1730 cu il avqustun 12 de Tebrize daxil oldu Tebriz tutulandan sonra Nadir Bisutun xan Efsari Tebrizin hakimi teyin etdi ve Osmanli qosunlarindan qalmis olan boyuk miqdarda qenimeti de ona verdi NeticeBelelikle bu yurus neticesinde Sefevi imperiyasinin kecmis qerb serhedleri demek olar ki berpa edildi Yalniz Simali Azerbaycan ve Cenubi Qafqazin bir sira bolgeleri Osmanli hakimiyyeti altinda qalmaqda idi Nadir bu doyuslerde ele kecirilmis Osmanli esirleri ile merhemetle davrandi bir cox pasani azad ederek Istanbula sulh teklifi ile gonderdi Hemcinin baxII Tehmasibin yurusu 1731 Nadirin yurusleriIstinadlarMaykl Eksvorti Iran Empire of the Mind Penguin Penguin Books 2007 seh 156 Axworthy 2009 seh 180 Moghtader 2001 seh 56 Malleson George Bruce History of Afghanistan from the Earliest Period to the Outbreak of the War of 1878 London Elibron com 1878 seh 246 ISBN 1 4021 7278 8 2022 07 06 tarixinde Istifade tarixi 2010 09 27 The Fall of Isfahan History Today www historytoday com 2022 03 11 tarixinde Istifade tarixi 2022 05 17 Manouchehr Moshtagh Khorasani a strategie militaire les campagnes et les batailles de Nader Shah 25 iyul 2019 tarixinde Suleymanov 2001 seh 175 Suleymanov 2001 seh 177 Suleymanov 2001 seh 178 179 Suleymanov 2001 seh 179 Suleymanov 2001 seh 180 Suleymanov 2001 seh 181 Suleymanov 2001 seh 182 Suleymanov 2001 seh 183 Suleymanov 2001 seh 184 Suleymanov 2001 seh 185 Suleymanov 2001 seh 186 188 Suleymanov 2001 seh 189MenbeMehman Suleymanov Nadir sah PDF Pervin Darabadi elmi redaktor 741 Maykl Eksvorti The Sword of Persia Nader Shah from tribal warrior to conquering tyrant I B Tauris seh 180

Nəşr tarixi: İyun 24, 2024, 14:51 pm
Ən çox oxunan
  • Mart 16, 2025

    Heydər Əliyev (İlham Əliyevin oğlu)

  • Mart 21, 2025

    Heydər Əliyev parkı (Kiyev)

  • Mart 21, 2025

    Heydər Əliyev küçəsi (Astana)

  • Yanvar 30, 2025

    Heteromorpha

  • İyul 03, 2025

    Haşima (Naqasaki)

Gündəlik
  • Azərbaycan dili

  • Azərbaycanca Vikipediya

  • Müstəqil Dövlətlər Birliyi

  • UNESCO

  • Ümumdünya İrsi

  • Əhmədabadda Boeing 787 qəzası

  • UNESCO

  • Nəbi Xəzri

  • 1985

  • 11 iyul

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı