Məhərrəm Məmmədyarov
Məhərrəm Əli oğlu Məmmədyarov (17 oktyabr 1924, Yayıcı, Naxçıvan MSSR) — azərbaycanlı alim, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2001), əməkdar elm xadimi (2009).
Məhərrəm Məmmədyarov | |
---|---|
Məhərrəm Əli oğlu Məmmədyarov | |
Doğum tarixi | |
Doğum yeri | Yaycı, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşağı | oğlu: Elmar Məmmədyarov |
Elm sahəsi | neft Kimyası |
Elmi dərəcəsi | kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2001). |
Elmi adı | akademik AMEA-nın həqiqi üzvü |
İş yeri | Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları | |
Həyatı
Məhərrəm Məmmədyarov 17 oktyabr 1924-cü ildə Azərbaycan SSR Naxçıvan MSSR Culfa rayonu Yaycı kəndində anadan olmuşdur. 1941-ci ildə Naxçıvan Pedagoji Texnikumu bitirmişdir. 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində iştrak etmişdir, 12 medal və ordenlərlə mükafatlanmışdır. 1949-cu ildə Azərbaycan Dövlət Universitetini, 1953-cü ildə isə Leninqrad Texniki Universitetinin aspiranturasını bitirmişdi. 1953-1955-ci illərdə Azərbaycan SSR-nin EA-nın Kimya İnstitutunda elmi katib, 1955-1959-cu illərdə SSRİ EA-nın N. D. Zelinski adına Üzvi Kimya İnstitutunda baş elmi işçi, 1959-1969-cu illərdə Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu işləmişdir. 1973-1979-cu illərdə isə Azərbaycan MEA Naxçıvan regional elmi mərkəzinin rəhbəri idi. 1980-ci ildə Naxçıvan termal məmbələrinin karbon gazının sənayədə istifadə texnologiyasının işlənib hazırladığına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. 1975–1978-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Üniversiteti) dərs demişdir. 1981-ci ildən 1994-cü ilə qədər şöbə müdiri, 1994-cü ildən 2002-ci ilə qədər isə Azərbaycan EA Mikrobiologiya İnstitutunun direktoru işləmişdir. 1969-cu ildən Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir.
Ailəsi
Atası Əli Məmmədyarov, anası isə Cəvahir xanım Kəlbalıxanovadır. Fuad İbrahimbəyovun qızı İzida xanım İbrahimbəyova ilə evlidir. Elmar Məmmədyarovun atasıdır.
Elmi fəaliyyəti
Tədqiqat apadığı üzvi kimya, neft kimyası, neft kimyavi biotexnologiyalar sahələri alimin fəaliyyətində xüsusi yer tutur. Vinilxloridin toplu miqyasda qaynar katolizatorun layında etilenin xlorlaşdırılması üsulu ilə alınması onun rəhbərliyi altında həyata keçirilmişdir. Həmçinin hərbi spesifikasiyasının tələblərinə uyğun – neft karbohidrogenlərin mikrobioloji çevrilmələri – sintetik efir yağlarının yeni növlərinin sintezi həyata keçirilmişdi. Bundan əlavə, nefti oksidləşdirən mikroorganizmlərin fizioloji fəaliyyətinin istifadəsi əsasında layların hasilatının artırılması üçun biotexnologiya işlənib hazırlanmışdı. Bu üsul Abşeronun bir sıra neft yatağlarında tətbiq edilmişdir.
M.Ə.Məmmədyarov dəfələrlə elmi məruzələrlə beynəlxalq, ümumittifaq və respublika səviyyəli konfranslarda çıxış edərək, elmin müxtəlif sahələrinə - ümumi və tətbiqi kimya, neft kimyası, kataliz, polimerlər, epoksid birləşmələri, ümumi biotexnologiya, kimya və neftkimya biotexnologiyasına aid maraqlı məlumatlar vermiş, ölkəmizi müxtəlif yığıncaqlarda, simpoziumlarda, qurultaylarda, şəhərlərdə - Moskva, Leninqrad, Kiyev, Minsk, Riqa, Tbilisi, Alma-Ata, Düşənbə, Daşkənd və s. layiqincə təmsil etmişdir.
M.Məmmədyarov elmi-tədqiqat işləri ilə tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə bir sıra xarici ölkələrdə (Rusiya, Misir, Çexoslovakiya, Rumıniya, Meksika, Türkiyə, Fransa) elmi ezamiyyətdə olmuşdur.
Alimin elmi tədqiqatlarının nəticələri 5 monoqrafıyada, 39 patent və müəlliflik şəhadətnəmələrinin, 500-ə qədər elmi məqalədə və 60-dan artıq ixtirada öz əksini tapmışdır. M.Məmmədyarov 6 elmlər doktoru və 21 elmlər namizədi yetişdirmişdir.
Elmi-təşkilati fəaliyyəti
Akademik M.Məmmədyarovun yaradıcılığında elmi-təşkilatçılıq fəaliyyəti əhəmiyyətli yer tutur.
- 1975-1980-ci illərdə zərif üzvi sintez üzrə SSRİ MEA-nın Elmi Şurasının üzvü,
- 1975-1980-ci illərdə Naxçıvan MR üzrə «Bilik» cəmiyyətinin sədri,
- ümumittifaq «Bilik» cəmiyyətinin təftiş komissiyasının üzvü,
- Respublika «Bilik» cəmiyyətinin kimya və biologiya elmlərinin təbliği şöbəsinin sədr müavini,
- 1992-1993-cü illərdə «Neft kimyası» ixtisası üzrə namizədlik və doktorluq elmi dərəcələrinin verilməsi üzrə Y.H.Məmmədəliyev adına NKPİ-də İxtisaslaşmış Şuranın sədri (hazırda İxtisaslaşmış Şuranın üzvüdür)
Təltif və mükafatları
- I dərəcəli Vətən Müharibəsi ordeni
- 1980-ci ildə Azərbaycan SSR dövlət mükafatı Laureatı
- 1985 – SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə faşist-alman işğalçıları ilə mübarizədə göstərdikləri cəsarət, möhkəmlik, şücaətə görə və 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinin 40 illiyi şərəfinə “I dərəcəli Vətən Müharibəsi” ordeni;
- 1987 – Ətraf mühitin qorunması və təbiətdən istifadə problemləri sahəsində keçirilmiş baxış-müsabiqənin ən yaxşı işinin qalibi kimi * Respublika elmi-iqtisadi cəmiyyətinin İdarə Heyətinin Fəxri Fərmanı;
- 1988 – “SSRİ-nın Silahlı Qüvvələrinin 70 ili” medalı;
- 1995-ci ildə Y.H.Məmmədəliyev adına medal
- 2005-ci ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni
- 2006-cı ildə elm və texnika sahəsində əldə etdiyi nailiyyətlərə görə İslam Ölkələri İqtisadi İnkişaf təşkilatının «OGS» qızıl medalı və diplomu
- 2009-cu ildə Əməkdar elm xadimi fəxri adı
- 2014-cü ildə Y.H.Məmmədəliyev adına mükafat
- 2014-cü ildə "Şərəf" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2019)
Bəzi elmi işləri
- М.А. Мамедъяров Химия синтетических масел[ölü keçid] — Ленинград: Химия, 1989. — С. 240.
- М.А. Мамедъяров, Ф. Х. Алиева Химическая структура и вязкостно-температурные свойства эфиров алкенилянтарных кислот.mht (рус.) // Химия и технология топлив и масел. — ООО "ТУМА ГРУПП", 2009. — С. 24—27. — ISSN 0023-1169.
- М.А. Мамедъяров, Г. Н. Гурбанов, Ф. А. Кули-заде Влияние химической структуры на вязкостно-температурные и термоокислительные свойства эфиров циклических полиолов (рус.) // Нефтехимия. — 2008. — Т. 48. — С. 395—400.
- М.А. Мамедъяров, Ф. Х. Алиева Влияние химической структуры на смазывающую способность эфиров гексенилянтарной кислоты (рус.) // Нефтехимия. — 2008. — Т. 48. — С. 278—280.
- М.А. Мамедъяров, Гурбанов Г.Н., Кулизаде Ф.А. Термоокислительная стабильность эфиров циклических многоатомных спиртов (рус.) // Химия и технология топлив и масел. — 2009. — С. 36—39.
- M.A. Mamedyarov, F. Kh. Alieva Study of the interrelation between the chemical structure and stability of synthetic oils based on alkenylsuccinic acid esters[ölü keçid] (ingl.) // Petroleum chemistry. — Springer. — V. 48. — P. 238—240.
- M.A. Mamedyarov New ester base stocs for synthetic oils (ingl.) // Chemistry and Technology of Fuels and Oils. — 1992. — P. 26—28.
- M.A. Mamedyarov, G. N. Gurbanov, V. A. Kuli-Zade Thermooxidative stability of cyclic polyhydric alcohol esters (ingl.) // Chemistry and Technology of Fuels and Oils. — 2008. — V. 44. — P. 858—860.
İstinadlar
- http://www.science.gov.az/forms/deystvitelnyie-chlenyi/57
- . 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
- http://www.nkpi.az/?page=addread&id=493[ölü keçid]
- http://www.nkpi.az/?page=directorate&id=3[ölü keçid]
Mənbə
- Магеррам Али оглы Мамедъяров
- [Neft-Kimya Prosesləri İnstitutu]