Korduyena
Korduyena və ya Gorduyena (kürd. Kardox; türk. Karduya; erm. Կորճայք, translit. Korçayk; yun. Κορδυηνή translit. Kordyini; ivr. קרטיגיני translit. Kartigini) — Orta Şərqdə, Yuxarı Mesopatamiyada, Türkiyə ilə Suriya sərhədləri arasında qədim tarixi region.
1911-ci il Britannika Ensiklopediyasına görə, Korduyena Bohtan regionunun (indiki Şırnak ili) qədim adıdır. Region Suriyadilli mənbələrdə Bet Kardu adlanır və Ermənistan ilə İran arasında, Van gölünün cənubundakı dağlıq ərazidə yerləşən kiçik bir vassal dövləti olduğu qeyd edilir. Korduyena krallığının Dəclə çayının qərb sahillərində də torpaqları var idi.
Krallığın yerli əhalisi karduçilər olmuşdur. Korduyena krallığının əsası Selevkilər imperiyasının süqutundan sonra qoyulmuşdur. Korduyena krallığı e.ə. 66-cı ildə Roma Respublikasının vassalına çevrildi və romalılar ilə b.e. 384-cü ilinə müttəfiq qaldı. Karduçilər hürri göy tanrısı olan Teşuba sitayiş edirdilər.
Mənşə
Arşak Safrastyana görə, əntiq yunan ədəbiyyatında adları çəkilən midiyalılar və saklar qərəzli şəkildə təsvir edilmişdir. Safrastyan karduçiləri kutilər ilə bərabərləşdirir.
Kürdlər ilə əlaqəsi
Corc Roulinson kimi XIX əsr alimləri Korduyena krallığını müasir kürdlər ilə əlaqələndirir, onun qədim "Kürdüstan" olduğunu irəli sürürdülər. Bu nöqteyi-nəzər Korduyenanı protokürd və ya müasir Kürdüstanın qədim adı kimi görən yeni akademik mənbələr tərəfindən dəstəklənmişdir. Əlavə olaraq, Kolumbiya Ensiklopediyasında bu iddianın həqiqətə uyğun olduğu qəbul edilmişdir.
T. A. Sinkler bu təyinetmənin həqiqətə uyğun olmadığını bildirmişdir.
Bu adın tarix boyu çoxlu formaları olub. Buna əsas səbəb x səsinin latın dilində təmsil edilməsinin çətin olmasıdır. Karduçoy sözü özü yəqin ki, erməni dilindən alınıb, çünki -çoy şəkilçisi erməni dilindəki -x cəm şəkilçisi ilə bağlantılıdır.
İnanılır ki, karduçilər hansısa bir qədim İran dilində danışırdılar.
İstinadlar
- Efraim Elimelech Urbach, I. Abrahams, The Sages, 1089 pp., Magnes Press, 1979, ISBN 965-223-319-6, p.552
- ↑ Kisholm, Hyu, ed. (1911). "Persia". Britannika Ensiklopediyası. 21 (XI). Cambridge University Press. 211–216.
- "Dictionary of Greek and Roman Geography (1854), CA´BALEIS, CARAMBIS, CARDU´CHI". www.perseus.tufts.edu. İstifadə tarixi: 2017-03-03.
- "Kurds". The Columbia Encyclopedia (ingilis) (Sixth Edition). Columbia University Press. 2001–07.
- Mommsen, Teodor. History of Rome – The Establishment of the Military Monarchy (ingilis). Modern Library. səh. 24. ISBN 0394604024.
- Gibbon, Edvard. (ingilis). (#parameter_ignored_suggest); (#parameter_ignored_suggest)
- A. Toffteen, Olaf (1907). "Notes on Assyrian and Babylonian Geography". The American Journal of Semitic Languages and Literatures (ingilis). The University of Chicago Press. səh. 323–357.
- Safrastyan, Arşak (1948,). Kurds and Kurdistan (ingilis). London: The Harvill Press. səh. 29. ISBN 1127520245.
- Raulinson, Corc (1871). The Seven Great Monarchies Of The Ancient Eastern World (ingilis). Vol 7, The History, Georaphy, and Antiquities of Chaldaea, Assyria, Babylon, Media, Persian, Parthia, and Sassanian, or New Persian Empire. University of Oxford Press.
- Qriss, İ. G. T. (1909) [1861]. "Gordyene". Orbis latinus; oder, Verzeichnis der wichtigsten lateinischen orts- und ländernamen (alman) (2nd). Berlin: Schmidt. OCLC 1301238 http://www.columbia.edu/acis/ets/Graesse/orblatg.html#Gordyene (#bare_url_missing_title) – Columbia University vasitəsilə.
- Hyusen, R. H. (1988–1989). "Introduction to Armenian Historical Geography IV: The Vitaxates of Arsacid Armenia. A Reexamination of the Territorial Aspects of the Institution (Part One)". Revue des études arméniennes (fransız). vol. 21. Société des études armeniennes, Fundação Calouste Gulbenkian. səh. 281. doi:10.2143/REA.21.0.2017201.
- Di, A. D. (1991). The Role of Hostages in Roman Diplomacy with Sasanian Persia (ingilis). 40, . Historia: Zeitschrift für Alte Geschichte. səh. 366–374.
- "Kurds". The Columbia Encyclopedia (ingilis) (Sixth Edition). 2001.
- Sinkler, T. A. (1987). Eastern Turkey, an Architectural and Archaeological Survey (ingilis). volume 3. Pindar Press. səh. 360.
- Houtsma, M. T. E.J. Brill's first encyclopaedia of Islam, 1913-1936 (ingilis). BRILL. səh. 1133. ISBN 90-04-08265-4.
- L. Harvi, Skott; Slokam, Conatan. "Old Iranian Online" (ingilis). December 20, 2018 tarixində .
- Çahin, M. (1996). Before the Greeks (ingilis). səh. 109. ISBN 0-7188-2950-6. (#parameter_ignored)
Xarici keçidlər
- Corduene or Gordyene 2011-07-08 at the Wayback Machine, Classical Dictionary of Biography, Mythology and Geography.
- Geography, Strabo, Book XVI, Chapter 1, Section 24.
- Map of Corduene
- Map of Gordyene between Assyria and Lake Van
- Theodor Mommsen History of Rome, The Establishment of the Military Monarchy, Page 53
- Roman History, by Cassius Dio, Book XXX
- , Vol. 2, Chapter XXIV, Part IV, The Retreat and Death of Julian], by Edward Gibbon.
- History of Rome, The Establishment of the Military Monarchy, by Theodor Mommsen, page 24.
- History of the Later Roman Empire, by J. B. Bury, Chapter IV.
- The Seven Great Monarchies Of The Ancient Eastern World, Vol 7: The Sassanian or New Persian Empire, 1871, by George Rawlinson.