Corc Tabori
Corc Tabori (mac. Tábori György; 24 may 1914[…], Budapeşt – 23 iyul 2007[…], Berlin) — macar teatr rejissoru, yazıçısı və ssenaristi.
Corc Tabori | |
---|---|
mac. Tábori György | |
| |
Doğum tarixi | |
Doğum yeri | Budapeşt, Avstriya-Macarıstan |
Vəfat tarixi | (93 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | Macarıstan |
Milliyyəti | Macar |
Həyat yoldaşı |
|
Atası | Kornel Tabori[d] |
Təhsili |
|
Fəaliyyəti | Yazıçı Tərcüməçi Dramaturq |
Fəaliyyət illəri | 1950-ci ildən |
Əsərlərinin dili | Macar dili İngilis dili |
İlk əsəri | “ Beneath The Stone” |
Tanınmış əsərləri | “ Beneath The Stone” “ The Cannibals ” “Pinkville” |
Mükafatları | Mülheimer Dramatikerpreis Mülheimer Dramatiker Kassel Literary Prize' |
tabori.de/index.htm | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Corc Tabori 1914-cü ildə Budapeştdə yəhudi əsilli ailədə anadan olmuşdur. Atası Auşvitz həbs düşərgəsində öldürülən, anası və qardaşı Nasist idarəçiliyindən qaçan Corc Tabori 1935-ci ildə Hitler Almaniyasını tərk edərək Londona köçmüşdür.
İkinci Dünya müharibəsi zamanı İngiltərə ordusunda müharibə müxbirliyi etmiş və BBC-də işləmişdir.
Yaradıcılığı
Onun ilk romanı Beneath The Stone adlanır. 1945-ci ildə bitirdiyi roman ABŞ-da çap edilmişdir. Taborinin ingiliscə yazdığı iki romanı - The Cannibals və Pinkville Vinn Həndman tərəfindən Nyu-York şəhərindəki Amerikan Teatr Sarayında 1968-ci ildən 1970-ci ilə qədər səhnələşdirilmişdir.
1970-ci ildə onun The Prince əsəri əsasında Con Boorman tərəfindən Leo the Last adlı film çəkilmişdir. Bu filmdə o dövrün məşhur aktyor və aktrisalarından Marçello Mastroyanni və Billi Uaytlou da çəkilmişdir. Bu film elə həmin il Kann kinofestivalında Ən yaxşı rejissor işi mükafatına layiq görülmüşdür.
1969-cu ildə Avropaya geri dönən Corc Tabori Vyanadakı Burgtheaterdə və Berlində bir Brecht teatrı olan Berliner Ensembledə rejissorluqla məşğul olmuşdur.
Mükafatları
Əsərləri
- Weisman ilə Qızılüz
- Bir casusa ağı
- Yamyamlar
- Brext qovluğu
- Anamın cəsarəti
- Qoldberq çeşidləmələri
- Mübarizəm (oyun)
- Berlin konserti
Ölümü
2006-cı ilə qədər fəaliyyətdə olan Corc Tabori bu ildə 93 yaşında vəfat etmişdir.
Həmçinin bax
İstinadlar
- ↑ Almaniya Milli Kitabxanası, Berlin Dövlət Kitabxanası, Bavariya Dövlət Kitabxanası, Avstriya Milli Kitabxanası Record #118620444 // Ümumi tənzimləmə nəzarəti (GND) — 2012—2016.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması — 2011.
- ↑ George Tabori // Internet Broadway Database (ing.) — 2000.
- ↑ George Tabori // Discogs (ing.) — 2000.
- ↑ http://www.washingtonpost.com/wp-dyn/content/article/2007/07/24/AR2007072401066.html?nav=rss_artsandliving/entertainmentnews
- Feinberg, Anat (1999). Embodied Memory: The Theatre of George Tabori. Iowa City: University of Iowa Press.
- abc.net.au (25 iyul 2007). "Playwright George Tabori dies" (İngilis dili). İstifadə tarixi: 2018-12-18.
- ↑ "Die Goldberg-Variationen" (Alman dili). İstifadə tarixi: 2018-12-18.
Xarici keçidlər
- The Times qəzetində onun haqqında yazılmış nekroloq, 2 oktyabr 2007
- İngiliscə əsərlərinin siyahısı (ing.)
- Tərcümeyi-halı (alm.)
- Corc Tabori (ing.) Internet Movie Database saytında
- George Tabori