Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidə (Sumqayıt)
September 27, 2021
Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş monument (şəhər sakinləri arasında: "41-45-in abidəsi") — Sumqayıt şəhərində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə qoyulmuş monumental abidə.
Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidə
1985-ci ildə V. Nəzirov tərəfindən hazırlanmışdır. Yerli əhəmiyyətli abidədir. Abidə Sumqayıt şəhəri 45-ci məhəllə ilə 4-cü mikrorayonları arasında, Heydər Əliyev prospektində yerləşən parkda qoyulmuşdur. Abidənin ətrafında abadlaşdırılmış kiçik xiyaban mövcuddur.