Əbu İmran Abdullah ibn Amir ibn Yezid əl-Yəhsubi (ərəb. ابن عامر; v. 736) — yeddi qaridən biri. Rəmzi ərəb əlifbasındakı "ك" hərfidir.Tabiin nəslinə mənsubdur. O, şamlıların qiraət imamı olmuşdur.
| İbn Amir əd-Dəməşqi | |
|---|---|
| ərəb. ابن عامر | |
| |
| Vəfat tarixi | 736 |
| Vəfat yeri | Dəməşq |
| Elm sahəsi | qiraət |
Bioqrafiyası
İndiki İordaniyanın Rühab kəndində anadan olub. Doğum tarixi haqqında müxtəlif rəvayətlər vardır. 9 yaşı olanda Dəməşqə köçmüş və ömrünün sonuna kimi Dəməşqdə yaşamışdır.
Quran və qiraət sahələrindəki əsas müəllimi Muğirə ibn Əbu Şihab əl-Məhzumidir. Tələbəsi Xalid ibn Yezidə görə Muaz ibn Cəbəl və Əbüd-Dərdadan da Quran dərsləri almışdır. Zəhəbi Əbüd-Dərdanı uzaq ehtimal hesab etmişdir. Həmçinin onun Fədalə ibn Ubeyddən təhsil aldığı da rəvayət edilmişdir. Onun şəxsən Osmandan Quran dinlədiyi rəvayət edilmişdir. Zəhəbi bunun mümkünlüyünə diqqəti cəlb etmişdir.
Vəlid ibn Əbdülməlik tərəfindən Dəməşq qazısı təyin edilmiş, Əməvi məscidinin tikintisi işinə nəzarət də ona həvalə edilmişdir. Məscidin idarəsi də ona tapşırılmışdır. O, bu üstün mövqeyini Ömər ibn Əbdüləzizin xəlifəlik illərinə qədər qorumuş, Ömərin dövründə isə öz mövqeyini itirmişdir. İbn Amir hicri 118-ci (736) ildə Dəməşqdə vəfat etmişdir.
Qiraət və Hədis elmlərindəki yeri
İbn Amirin qiraətinin istinadı belədir:
O, Muğirə ibn Əbu Şihabdan, o da Osmandan; bundan başqa o, Əbüd-Dərdadan; Əbüd-Dərda ilə Osman da Məhəmməd peyğəmbərdən öyrənmişdir.
İbn Amir qiraətlə yanaşı hədis elmi ilə də məşğul olmuş, Osman, Muaviyə, Əbüd-Dərda, Zeyd ibn Sabit, Vasilə ibn Əsqa, Fədalə ibn Ubeyd, Əbu Ümamə əl-Bahili, Əbu İdris əl-Həvlani, Numan ibn Bəşir kimi şəxsiyyətlərdən hədis rəvayət etmişdir. İbn Amirdən də Yəhya ibn Haris əz-Zimari, Əbdürrəhman ibn Amir əl-Yəhsubi (öz qardaşı), Rəbia ibn Yezid əl-Kasir, Cəfər ibn Rəbia, İsmayıl ibn Ubeydullah ibn Əbül-Mühacir və Səid ibn Əbdüləziz kimi şəxslər qiraət öyrənmişdir. Qiraətdə ən qabaqcıl tələbəsi Yəhya ibn Haris əz-Zimari olmuşdur. Rəbia ibn Yezid əl-Kasir, Cəfər ibn Yezid, Yəhya ibn Haris əz-Zimari, Əbdürrəhman ibn Amir əl-Yəhsubi və digərləri ondan hədis rəvayət etmiş şəxslərdir.
İbn Amirin qiraətinin həm istinadı, həm də bəzi dil vəchləri (ixtilafları) müzakirə mövzusu olmuşdur. Lakin Zəhəbi, bu müzakirələrin (xüsusi ilə) istinad ilə bağlı tərəflərini qeyd etdikdən sonra bu qiraətin leqal olduğunu, məlumatsız bəzi şəxslərin sözlərinə rəğmən bunun məqbul bir qiraət olduğunu demişdir. İbn Amirin qiraətinin raviləri İbn Zəvkan və Hişam ibn Əmmardır.
Qiraətinin xüsusiyyətləri
İbn Amirin qiraətinin bəzi xüsusiyyətləri bunlardır:
- İstisnalar olmaqla (İbn Zəkvanın rəvayətinə görə) aşağıdakı on feildə imalə edilir:
- خاب
- طاب
- ضاق
- زاغ
- ران
- زاد
- شاء
- جاء
- حاق
- خاف
- حيل سيق، سيئت، سىء، قيل، غيض، جىء kəlmələri işmamla oxunur.
- هزوا kəlməsi hər yərdə "هزءا" şəklində həmzə ilə oxunur.
- Bəzi istisnalar olmaqla "إبراهيم" kəlməsi "إبراهام" formasında qiraət olunur.
- "لبثت" və "لبثتم" kəlmələrindəki "sə" (ث) "tə"yə (ت) idğam olunur.
- أخذتم، أخذت، اتخذتم، اتخذت kəlmələrindəki "zəl" (ذ) "tə"yə (ت) idğam edilir.
Əsərləri
Mənbələrdə onun "İxtilafu Məsahifiş-Şam vəl-Hicaz vəl-İraq" və "Kitabu fi Məqtuil-Quran və Məvsulihi" adlı iki əsərin müəllifi olduğu nəql olunur.
İstinadlar
- "Kıraat İmamlarinin Ve Ravilerinin Rumuzları". Sahih Kur'ân'ı Kerim Tilâveti. 26.04.2014. 31.08.2025 tarixində arxivləşdirilib.
- Mirniyaz Mürsəlov, BDU İlahiyyat fakültəsinin elmi məcmuəsi. On qiraət imamı və onların raviləri (PDF) (az.). 2010. 135.
- Zəhəbi. Aləmün-nübəla (ərəb). V. 292.
- İbn Haləveyh. İrabul-Qiraətis-Səbi və İləluhə (ərəb). I. 17–18.
- Zəhəbi. Mərifətül-qurra (ərəb). I. 195.
- Zəhəbi. Mizanül-itidəl (ərəb). II. 449.
- Dr. Öztürk. Kırklareli Üniversitesi İlahiyat Fakültesi Kıraat İlminin Öncüleri Sergisi (PDF) (türk).
- İbn əl-Cəzəri. Qayətun-Nihayə fi Təbəqatül-Qurra (ərəb). I. 423–425.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ebu Imran Abdullah ibn Amir ibn Yezid el Yehsubi ereb ابن عامر v 736 yeddi qariden biri Remzi ereb elifbasindaki ك herfidir Tabiin nesline mensubdur O samlilarin qiraet imami olmusdur Ibn Amir ed Demesqiereb ابن عامر Vefat tarixi 736 0736 Vefat yeri DemesqElm sahesi qiraetBioqrafiyasiIndiki Iordaniyanin Ruhab kendinde anadan olub Dogum tarixi haqqinda muxtelif revayetler vardir 9 yasi olanda Demesqe kocmus ve omrunun sonuna kimi Demesqde yasamisdir Quran ve qiraet sahelerindeki esas muellimi Mugire ibn Ebu Sihab el Mehzumidir Telebesi Xalid ibn Yezide gore Muaz ibn Cebel ve Ebud Derdadan da Quran dersleri almisdir Zehebi Ebud Derdani uzaq ehtimal hesab etmisdir Hemcinin onun Fedale ibn Ubeydden tehsil aldigi da revayet edilmisdir Onun sexsen Osmandan Quran dinlediyi revayet edilmisdir Zehebi bunun mumkunluyune diqqeti celb etmisdir Velid ibn Ebdulmelik terefinden Demesq qazisi teyin edilmis Emevi mescidinin tikintisi isine nezaret de ona hevale edilmisdir Mescidin idaresi de ona tapsirilmisdir O bu ustun movqeyini Omer ibn Ebdulezizin xelifelik illerine qeder qorumus Omerin dovrunde ise oz movqeyini itirmisdir Ibn Amir hicri 118 ci 736 ilde Demesqde vefat etmisdir Qiraet ve Hedis elmlerindeki yeriIbn Amirin qiraetinin istinadi beledir O Mugire ibn Ebu Sihabdan o da Osmandan bundan basqa o Ebud Derdadan Ebud Derda ile Osman da Mehemmed peygemberden oyrenmisdir Ibn Amir qiraetle yanasi hedis elmi ile de mesgul olmus Osman Muaviye Ebud Derda Zeyd ibn Sabit Vasile ibn Esqa Fedale ibn Ubeyd Ebu Umame el Bahili Ebu Idris el Hevlani Numan ibn Besir kimi sexsiyyetlerden hedis revayet etmisdir Ibn Amirden de Yehya ibn Haris ez Zimari Ebdurrehman ibn Amir el Yehsubi oz qardasi Rebia ibn Yezid el Kasir Cefer ibn Rebia Ismayil ibn Ubeydullah ibn Ebul Muhacir ve Seid ibn Ebduleziz kimi sexsler qiraet oyrenmisdir Qiraetde en qabaqcil telebesi Yehya ibn Haris ez Zimari olmusdur Rebia ibn Yezid el Kasir Cefer ibn Yezid Yehya ibn Haris ez Zimari Ebdurrehman ibn Amir el Yehsubi ve digerleri ondan hedis revayet etmis sexslerdir Ibn Amirin qiraetinin hem istinadi hem de bezi dil vechleri ixtilaflari muzakire movzusu olmusdur Lakin Zehebi bu muzakirelerin xususi ile istinad ile bagli tereflerini qeyd etdikden sonra bu qiraetin leqal oldugunu melumatsiz bezi sexslerin sozlerine regmen bunun meqbul bir qiraet oldugunu demisdir Ibn Amirin qiraetinin ravileri Ibn Zevkan ve Hisam ibn Emmardir Qiraetinin xususiyyetleriIbn Amirin qiraetinin bezi xususiyyetleri bunlardir Istisnalar olmaqla Ibn Zekvanin revayetine gore asagidaki on feilde imale edilir خاب طاب ضاق زاغ ران زاد شاء جاء حاق خافحيل سيق سيئت سىء قيل غيض جىء kelmeleri ismamla oxunur هزوا kelmesi her yerde هزءا seklinde hemze ile oxunur Bezi istisnalar olmaqla إبراهيم kelmesi إبراهام formasinda qiraet olunur لبثت ve لبثتم kelmelerindeki se ث te ye ت idgam olunur أخذتم أخذت اتخذتم اتخذت kelmelerindeki zel ذ te ye ت idgam edilir EserleriMenbelerde onun Ixtilafu Mesahifis Sam vel Hicaz vel Iraq ve Kitabu fi Meqtuil Quran ve Mevsulihi adli iki eserin muellifi oldugu neql olunur Istinadlar Kiraat Imamlarinin Ve Ravilerinin Rumuzlari Sahih Kur an i Kerim Tilaveti 26 04 2014 31 08 2025 tarixinde arxivlesdirilib Mirniyaz Murselov BDU Ilahiyyat fakultesinin elmi mecmuesi On qiraet imami ve onlarin ravileri PDF az 2010 135 Zehebi Alemun nubela ereb V 292 Ibn Haleveyh Irabul Qiraetis Sebi ve Ileluhe ereb I 17 18 Zehebi Merifetul qurra ereb I 195 Zehebi Mizanul itidel ereb II 449 Dr Ozturk Kirklareli Universitesi Ilahiyat Fakultesi Kiraat Ilminin Onculeri Sergisi PDF turk Ibn el Cezeri Qayetun Nihaye fi Tebeqatul Qurra ereb I 423 425 Hemcinin baxQiraet
