Azərbaycanca AzərbaycancaDeutsch Deutsch日本語 日本語Lietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська УкраїнськаUnited State United State
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

əbül Xeyr şəmsəddin Məhəmməd ibn Məhəmməd ibn Məhəmməd ibn əli ibn Yusif əl Cəzəri ərəb ابن الجزري 1350 Dəməşq 1429 şira

İbn əl-Cəzəri

İbn əl-Cəzəri
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Əbül-Xeyr Şəmsəddin Məhəmməd ibn Məhəmməd ibn Məhəmməd ibn Əli ibn Yusif əl-Cəzəri (ərəb. ابن الجزري‎; 1350[…], Dəməşq – 1429[…], Şiraz) — qiraət və hədis alimi. İbn əl-Cəzəri adlandırılmasının səbəbi Cəzirəti-İbn Ömər (bugünkü Cizrə) məntəqəsinə nisbətlədir.

İbn əl-Cəzəri
ərəb. ابن الجزري‎
image
Doğum tarixi 1350(1350)[…]
Doğum yeri
  • Dəməşq
Vəfat tarixi 1429(1429)[…](78–79 yaşında)
Vəfat yeri
  • Şiraz, Mərkəzi bəxşi[d], Şiraz şəhristanı, Fars ostanı, İran
Elm sahəsi qiraət
Tanınmış yetirmələri Sidi Bushaqi
image Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

Hicri 751-ci (noyabr1350) ildə Dəməşqdə anadan olub. Quranı əzbərlədikdən sonra İbn əl-Buxarinin tələbələrindən hədis dinləyib, qiraət təhsili aldı. İbnüs-Səllar Əbdülvəhhab ibn Yusifdən Əbu Əmr ibn Əlanın qiraəti ilə Quranı xətm etdi. Daha sonra Həmzə ibn Həbib əz-Zəyyatın qiraəti ilə də Quranı xətm edib, ardınca Nafi ibn Əbdürrəhman və Abdullah ibn Kəsirin qiraətlərini cəmləyərək Rad surəsinin sonlarına qədər oxudu. İfrad metodu ilə Əhməd ibn İbrahim ət-Təhhan və Əhməd ibn Rəcəbdən qiraət öyrənməyə davam etdi, ancaq bu metod uzun vaxt tələb etdiyindən, bu metodu yarımçıq qoyaraq İbrahim əl-Həməvidən cəm metodu ilə yeddi qiraət təhsili aldı. Bunlardan başqa Əbül-Məali İbnül-Ləbbandan da qiraət təhsili aldı. Atası ilə birlikdə həccə getdi. Sonrakı illərdə də cəm metodu ilə qiraət təhsili almağa davam etdi.

Əbu Abdullah Məhəmməd ibn Saleh, Əbu Bəkr İbnül-Cündi, İbnüs-Səiğ Məhəmməd ibn Əbdürrəhman ibn Əli, Əbu Məhəmməd Əbdürrəhman ibn Bağdadi, Əbu Yusif Əhməd ibn Hüseyn əl-Kəfri və başqaları onun qiraət dərsləri aldığı müəllimləridir. Şafii fəqihi Əbdürrəhman ibn Həsən əl-İsnəvidən fiqh təhsili, (1372–73) İbn Kəsirdən, (1376) Ziyəddin Sadullah əl-Qəzvinidən, (1383) Şeyxül-islam Ömər ibn Rəslan əl-Bulqinidən fətva icazəsi aldı. Təhsil almaq məqsədilə Misirə 3 dəfə səfər etdi: Ziyəddin Sadullah əl-Qəzvini kimi alimlərdən üsul, məani, bəyan dərsləri aldı. İskəndəriyyədə bəzi alimlərdən hədis dinlədi. Təhsilini başa vurduqdan sonra müxtəlif yerlərdə və vəzifələrdə çalışdı. Əndəlüs, Yəmən, Hindistan və dünyanın başqa yerlərindən olan tələbələrə müəllimlik etdi. Məmlük dövlət adamları ilə arasında mübasihələr səbəbi ilə məhkəməyə verildi. Məhkəmə qərarı ilə əmlakı müsadirə olundu. Həm mühakiməni, həm də qərarı zülm adlandıran İbn əl-Cəzəri, hicri 798-ci (mart 1396) ildə əvvəl İskəndəriyyəyə, oradan da Antakiyaya qaçdı. O, burada bir müddət qalaraq qiraət dərsləri verdi. Buradan Bursaya getdi. Burada Sultan İldirım Bəyaziddən böyük rəğbət gördü. Ona maaş verildi və dərs deməsinə şərait yaradıldı. Sultanın təklifi ilə (1396) Konstantinopol yürüşündə iştirak etdi. Bu yürüşdən sonra baş tutan Niqbolu döyüşündə Sultanla birlikdə iştirak etdi. Döyüşdən sonra Bursaya gedərək "ən-Nəşr fil-qiraətil-əşr" adlı əsərini yazdı, dərs dedi. Sultanın oğlanları Mehmed, Mustafa və Musa da ona tələbəlik etdilər. İbn əl-Cəzəri 7 il sonra baş verən Ankara döyüşündə Sultanla birlikdə əsir düşdü. Əmir Teymur onun şöhrətinə bələd olduğundan onunla xoş rəftar etdi. Ona Keşdəki mədrəsədə vəzifə verdi. Teymurun sağlığında Mavəraünnəhir çıxıb gedə bilməyin İbn əl-Cəzəri, onun ölümündən sonra fürsətdən istifadə edərək nəvəsi Sultan Xəlildən icazə alaraq Buxaraya gedi. Burada bir müddət dərs dedi. Buxaradan Herata, oradan Yezdə, Yezddən də İsfahana getdi. Getdiyi şəhərlərdə hədis və qiraət dərsləri verməyə davam etdi. Hicri 808-ci (mart 1406) ildə Şiraza çatdı. Burada Sultan Pir Məhəmməddən tərəfindən zorla saxlanıldı. Burada çoxlu tələbə yetişdirdi. Daha sonra sultan tərəfindən qazı təyin edildi. İbn əl-Cəzəri, ilk vaxtlar Şirazda qalmaq istəməsə də sonradan buranı mənimsədi; Dəməşqdəki kimi bir darül-quran tikdirdi.

Üçüncü dəfə həccə yollandı, lakin yolda soyğunçuların hücumuna məruz qalıb, Uneyzə məntəqəsinə sığındı. Burada "əd-Dürrə fi qiraətis-səlasətil-mütəmmimə lil-əşərə" adlı əsərini yazdı. Həmin il həccə çata bilmədi. Bir müddət Yənbuda qaldıqdan sonra əvvəlcə Mədinəyə, sonra isə Məkkə getdi. Orada bir müddət yaşayıb, növbəti həcc mövsümündə həcc ziyarətini edərək Şiraza qayıtdı. Burada bir müddət dərs dedikdən sonra yedindən Mədinə, Dəməşq və Qahirə şəhərlərinə gedərək qiraət və hədis dərsləri dedi. Məkkəyə gedərək dördüncü dəfə həcc ziyarəti etdi. Ticarət üçün Yəmənə getdi. Yəmən əmiri Mənsur Abdullah ibn Əhməd ər-Rəsuli onadan hədis dinlədi. Daha sonra Məkkəyə qayıdaraq hicri 828-ci (1425) ildə beşinci həcc ziyarəti etdi. Hicri 829-cu (1426) ilin əvvəllərində Qahirəyə getdi; buradan da Dəməşq və Bəsrə vasitəsilə Şiraza qayıtdı. 5 Rəbiül-əvvəl 833-cü (dekabr 1429) ildə Şirazda, Sükul-iskafiyyindəki evində vəfat etdi və özünün tikdirdiyi Darül-Quranda dəfn olundu.

Qiraət elimdəki yeri

Qiraət sahəsi İbn əl-Cəzərinin ən qabaqcıl olduğu sahədir. İlk vaxtlar müxtəlif sahələrdə özünü inkişaf etdirməyə çalışsa da bu sahə ilə əlaqəsini kəsməmiş, Dəməşq, Misir və Mədinədə yeddi və on qiraət ilə Əməş, Həsən əl-Bəsri və İbn Muheysin kimi alimlərin qiraətlərini fərqli müəllimlərdən təkrar-təkrar öyrənərək öz biliyini möhkəmlətmiş, qiraət vəchlərini mələkə halına salacaq miqdarda əzbərləmişdir. Qiraət öyrəndiyi müəllimlərinin sayısının 40-dan artıq olması, onun bu elmə olan həvəsinin sübutudur. Müəllimlik etdiyi dövrlərdə də tədris etdiyi müxtəlif dərslər arasında qiraəti həmişə ön planda tutmuşdur. Bir neçə günlüyünə qonaq kimi getdiyi yerlərdə belə bu mövzuda onun elmindən faydalanmaq istəyən izdiham və növbələr yaranmışdır. Hətta uzaq səfərlərdə də boş vaxtlar onun elmindən istifadə edilərək dəyərləndilmişdir.

Onu əvəzolunmaz edən amil, onun qiraət elminin müxtəlif sahələrində yetkin olması və çoxsaylı əsərlər yazmasıdır. Bu sahələr isnadlar, səhih qiraətlər, qiraəti-əşərə, vəqf-ibtida, qiraətlərin mütəvatirliyi, qiraət tarixi, təbəqatül-qurra, əsarül-qiraət və b. sahələrdir. Bu sahələrdə araşdırma aparmaq istəyən bir tədqiqatçı onun əsərlərindən kənarda qala bilməz. Onun özü qədər əsərlərinin də bu qədər önəmli olması, onun qiraət biliklərini müəyyən mənbələrlə məhdudlaşdırmaması, özündən əvvəlki dövrlərdə yazılmış qiraət ədəbiyyatının böyük bir hissəsinə çatması və bunları dərin elmi ilə süzərək, bir növ ələyib təhlil edərək zamanının fövqündə təqdim etməsi ilə əlaqələndirilə bilər. O, yalnız bu elmin mühüm təməl daşlarından birini formalaşdırmaqla kifayətlənməmiş, həm ölkəmizdə, həm də dünyada bu gün Qurani-Kərimin vəhy sahibi olan Allaha qədər uzanan qiraət silsilələrinin bəlkə də ən mühüm halqası olmuşdur.

İsnad mövzusu yalnız hədis sahəsində deyil, həmçinin qiraət sahəsində də önəmli olduğundan, İbn əl-Cəzəri digər mövzularla yanaşı isnad mövzusunu da işləyərək "Cəmiül-əsanid" adlı bir əsər yazmışdır. Onun isnadı dini bir zərurət kimi görməsi bu mövzuda diqqətli olmasına səbəb olsa da, yalnız bununla kifayətlənməyərək, isnadını verdiyi qiraətləri ustadlarından həm yol (təriq), həm də mətn olaraq düzgün şəkildə alaraq nəql etməyi üstün tutmuşdur. Bu sayədə onun əsərləri sonrakı dövr qiraət araşdırmalarına böyük təsir göstərmişdir.

İbn əl-Cəzərinin əsərlərinin qiraət sahəsinə təsirləri olduqca böyük olmuşdur. Bunlardan bəziləri "çox istifadə edilən", "əvəzolunmaz", "bu günə qədər də son dərəcə dəyərli qəbul edilən", "üzərlərində həm mənbələr, həm də məzmun baxımından araşdırmalar aparılan", "xüsusi sahə işlərinə mövzu olan" və "təhirat" adlanan və nizam-intizam mənbəyi sayılan əsərlər kimi sadalana bilər. Sonrakı dövrdə İbn əl-Cəzərinin əsərləri üzərində ciddi bir məcmuənin formalaşması və bu məcmuənin ətrafında müxtəlif məktəblərin yaranması onun bu əsərlərini daha da önəmli etmişdir.

Əsərləri

Məhəmməd Muti əl-Hafiz onun 87 əsərindən ibarət bir siyahı hazırlamışdır. Əli Osman Yüksəl isə 100 kitab və risalədən ibarət başqa bir siyahı hazırlamışdır. Həmin əsərlərdən bəziləri bunlardır:

  • Qiraətlə bağlı: ən-Nəşr fil-qiraətil-əşr, Tayyibətün-Nəşr fil-qiraətil-əşr, Təqribün-Nəşr fil-qiraətil-əşr (ət-Təqrib fi muxtəsərin-Nəşr) və s.
  • Hədislə bağlı: el-Hisnül-həsin min kəlami seyyidil-mürsəlin, Miftəhul-Hisnil-həsin, Uddətül-Hisnil-həsin min kəlami Seyyidil-mürsəlin və s.
  • Siyərlə bağlı: Qitə min məvlidiş-şərif, Məvlidün-nəbi və s.
  • Tarix, təbəqat və tərcümə ilə bağlı: Qayətün-Nihayə fi təbəqatil-qurru, Nihayətüd-dirəyət fi əsmai-ricalil-qiraət (Təbəqatül-qurrail-kəbir) və s.
  • Digər sahələrlə bağlı: Mənzumə fil-fələk (Berlin, Staatsbibliothek, 8159/3), Təbəqatüş-şuəra (Qahirə 1352), əl-İsabə fi ləvazimil-kitabə (Berlin) və s.

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Muḥammad ibn Muḥammad Ibn al-Jazarī // Faceted Application of Subject Terminology.
  3. "İbnül-Cezeri". TDV İslam Ansiklopedisi. Archived from the original on 2025-06-16. İstifadə tarixi: 2025-06-11.
  4. Prof. Dr. Qara, Ömər. İbn əl-Cəzəri: Həyatı və Əsərləri (PDF) (türk). 2022-07-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-06-14.
  5. İbn əl-Cəzəri. Cəmiul-əsanid əlyazması (ərəb). 69b.
  6. İbn Həcər. İnbəül-qumr (ərəb). V. Heydərabad → Beyrut; Məkkə. 1967-76 → 1967; 1986. 64.
  7. İbn əl-Furat. Tarix (ərəb). IX. Beyrut. 1936. 260–261.
  8. Qayətün-Nihayə (ərəb). II. Qahirə. hicri 1351. 250.
  9. Özbək, Ömər. İBN ƏL-CƏZƏRİNİN QİRAƏTLƏRİN MÜTƏVATİRLİYİ MƏSƏLƏSİNƏ BAXIŞI (türk). 2018. 2024-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-06-14.
  10. əl-İmam Şəmsəddin İbnül-Cəzəri (ərəb). Dubay. 1994. 7–51.
  11. İbn Cəzəri və Tayyibətün-Nəşr (türk). İstanbul. 1996. 201–203.

Həmçinin bax

  • Qiraət

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Ebul Xeyr Semseddin Mehemmed ibn Mehemmed ibn Mehemmed ibn Eli ibn Yusif el Cezeri ereb ابن الجزري 1350 Demesq 1429 Siraz qiraet ve hedis alimi Ibn el Cezeri adlandirilmasinin sebebi Cezireti Ibn Omer bugunku Cizre menteqesine nisbetledir Ibn el Cezeriereb ابن الجزري Dogum tarixi 1350 1350 Dogum yeri DemesqVefat tarixi 1429 1429 78 79 yasinda Vefat yeri Siraz Merkezi bexsi d Siraz sehristani Fars ostani IranElm sahesi qiraetTaninmis yetirmeleri Sidi Bushaqi Vikianbarda elaqeli mediafayllarBioqrafiyasiHicri 751 ci noyabr1350 ilde Demesqde anadan olub Qurani ezberledikden sonra Ibn el Buxarinin telebelerinden hedis dinleyib qiraet tehsili aldi Ibnus Sellar Ebdulvehhab ibn Yusifden Ebu Emr ibn Elanin qiraeti ile Qurani xetm etdi Daha sonra Hemze ibn Hebib ez Zeyyatin qiraeti ile de Qurani xetm edib ardinca Nafi ibn Ebdurrehman ve Abdullah ibn Kesirin qiraetlerini cemleyerek Rad suresinin sonlarina qeder oxudu Ifrad metodu ile Ehmed ibn Ibrahim et Tehhan ve Ehmed ibn Recebden qiraet oyrenmeye davam etdi ancaq bu metod uzun vaxt teleb etdiyinden bu metodu yarimciq qoyaraq Ibrahim el Hemeviden cem metodu ile yeddi qiraet tehsili aldi Bunlardan basqa Ebul Meali Ibnul Lebbandan da qiraet tehsili aldi Atasi ile birlikde hecce getdi Sonraki illerde de cem metodu ile qiraet tehsili almaga davam etdi Ebu Abdullah Mehemmed ibn Saleh Ebu Bekr Ibnul Cundi Ibnus Seig Mehemmed ibn Ebdurrehman ibn Eli Ebu Mehemmed Ebdurrehman ibn Bagdadi Ebu Yusif Ehmed ibn Huseyn el Kefri ve basqalari onun qiraet dersleri aldigi muellimleridir Safii feqihi Ebdurrehman ibn Hesen el Isneviden fiqh tehsili 1372 73 Ibn Kesirden 1376 Ziyeddin Sadullah el Qezviniden 1383 Seyxul islam Omer ibn Reslan el Bulqiniden fetva icazesi aldi Tehsil almaq meqsedile Misire 3 defe sefer etdi Ziyeddin Sadullah el Qezvini kimi alimlerden usul meani beyan dersleri aldi Iskenderiyyede bezi alimlerden hedis dinledi Tehsilini basa vurduqdan sonra muxtelif yerlerde ve vezifelerde calisdi Endelus Yemen Hindistan ve dunyanin basqa yerlerinden olan telebelere muellimlik etdi Memluk dovlet adamlari ile arasinda mubasiheler sebebi ile mehkemeye verildi Mehkeme qerari ile emlaki musadire olundu Hem muhakimeni hem de qerari zulm adlandiran Ibn el Cezeri hicri 798 ci mart 1396 ilde evvel Iskenderiyyeye oradan da Antakiyaya qacdi O burada bir muddet qalaraq qiraet dersleri verdi Buradan Bursaya getdi Burada Sultan Ildirim Beyazidden boyuk regbet gordu Ona maas verildi ve ders demesine serait yaradildi Sultanin teklifi ile 1396 Konstantinopol yurusunde istirak etdi Bu yurusden sonra bas tutan Niqbolu doyusunde Sultanla birlikde istirak etdi Doyusden sonra Bursaya gederek en Nesr fil qiraetil esr adli eserini yazdi ders dedi Sultanin oglanlari Mehmed Mustafa ve Musa da ona telebelik etdiler Ibn el Cezeri 7 il sonra bas veren Ankara doyusunde Sultanla birlikde esir dusdu Emir Teymur onun sohretine beled oldugundan onunla xos reftar etdi Ona Kesdeki medresede vezife verdi Teymurun sagliginda Maveraunnehir cixib gede bilmeyin Ibn el Cezeri onun olumunden sonra fursetden istifade ederek nevesi Sultan Xelilden icaze alaraq Buxaraya gedi Burada bir muddet ders dedi Buxaradan Herata oradan Yezde Yezdden de Isfahana getdi Getdiyi seherlerde hedis ve qiraet dersleri vermeye davam etdi Hicri 808 ci mart 1406 ilde Siraza catdi Burada Sultan Pir Mehemmedden terefinden zorla saxlanildi Burada coxlu telebe yetisdirdi Daha sonra sultan terefinden qazi teyin edildi Ibn el Cezeri ilk vaxtlar Sirazda qalmaq istemese de sonradan burani menimsedi Demesqdeki kimi bir darul quran tikdirdi Ucuncu defe hecce yollandi lakin yolda soyguncularin hucumuna meruz qalib Uneyze menteqesine sigindi Burada ed Durre fi qiraetis selasetil mutemmime lil esere adli eserini yazdi Hemin il hecce cata bilmedi Bir muddet Yenbuda qaldiqdan sonra evvelce Medineye sonra ise Mekke getdi Orada bir muddet yasayib novbeti hecc movsumunde hecc ziyaretini ederek Siraza qayitdi Burada bir muddet ders dedikden sonra yedinden Medine Demesq ve Qahire seherlerine gederek qiraet ve hedis dersleri dedi Mekkeye gederek dorduncu defe hecc ziyareti etdi Ticaret ucun Yemene getdi Yemen emiri Mensur Abdullah ibn Ehmed er Resuli onadan hedis dinledi Daha sonra Mekkeye qayidaraq hicri 828 ci 1425 ilde besinci hecc ziyareti etdi Hicri 829 cu 1426 ilin evvellerinde Qahireye getdi buradan da Demesq ve Besre vasitesile Siraza qayitdi 5 Rebiul evvel 833 cu dekabr 1429 ilde Sirazda Sukul iskafiyyindeki evinde vefat etdi ve ozunun tikdirdiyi Darul Quranda defn olundu Qiraet elimdeki yeriQiraet sahesi Ibn el Cezerinin en qabaqcil oldugu sahedir Ilk vaxtlar muxtelif sahelerde ozunu inkisaf etdirmeye calissa da bu sahe ile elaqesini kesmemis Demesq Misir ve Medinede yeddi ve on qiraet ile Emes Hesen el Besri ve Ibn Muheysin kimi alimlerin qiraetlerini ferqli muellimlerden tekrar tekrar oyrenerek oz biliyini mohkemletmis qiraet vechlerini meleke halina salacaq miqdarda ezberlemisdir Qiraet oyrendiyi muellimlerinin sayisinin 40 dan artiq olmasi onun bu elme olan hevesinin subutudur Muellimlik etdiyi dovrlerde de tedris etdiyi muxtelif dersler arasinda qiraeti hemise on planda tutmusdur Bir nece gunluyune qonaq kimi getdiyi yerlerde bele bu movzuda onun elminden faydalanmaq isteyen izdiham ve novbeler yaranmisdir Hetta uzaq seferlerde de bos vaxtlar onun elminden istifade edilerek deyerlendilmisdir Onu evezolunmaz eden amil onun qiraet elminin muxtelif sahelerinde yetkin olmasi ve coxsayli eserler yazmasidir Bu saheler isnadlar sehih qiraetler qiraeti esere veqf ibtida qiraetlerin mutevatirliyi qiraet tarixi tebeqatul qurra esarul qiraet ve b sahelerdir Bu sahelerde arasdirma aparmaq isteyen bir tedqiqatci onun eserlerinden kenarda qala bilmez Onun ozu qeder eserlerinin de bu qeder onemli olmasi onun qiraet biliklerini mueyyen menbelerle mehdudlasdirmamasi ozunden evvelki dovrlerde yazilmis qiraet edebiyyatinin boyuk bir hissesine catmasi ve bunlari derin elmi ile suzerek bir nov eleyib tehlil ederek zamaninin fovqunde teqdim etmesi ile elaqelendirile biler O yalniz bu elmin muhum temel daslarindan birini formalasdirmaqla kifayetlenmemis hem olkemizde hem de dunyada bu gun Qurani Kerimin vehy sahibi olan Allaha qeder uzanan qiraet silsilelerinin belke de en muhum halqasi olmusdur Isnad movzusu yalniz hedis sahesinde deyil hemcinin qiraet sahesinde de onemli oldugundan Ibn el Cezeri diger movzularla yanasi isnad movzusunu da isleyerek Cemiul esanid adli bir eser yazmisdir Onun isnadi dini bir zeruret kimi gormesi bu movzuda diqqetli olmasina sebeb olsa da yalniz bununla kifayetlenmeyerek isnadini verdiyi qiraetleri ustadlarindan hem yol teriq hem de metn olaraq duzgun sekilde alaraq neql etmeyi ustun tutmusdur Bu sayede onun eserleri sonraki dovr qiraet arasdirmalarina boyuk tesir gostermisdir Ibn el Cezerinin eserlerinin qiraet sahesine tesirleri olduqca boyuk olmusdur Bunlardan bezileri cox istifade edilen evezolunmaz bu gune qeder de son derece deyerli qebul edilen uzerlerinde hem menbeler hem de mezmun baximindan arasdirmalar aparilan xususi sahe islerine movzu olan ve tehirat adlanan ve nizam intizam menbeyi sayilan eserler kimi sadalana biler Sonraki dovrde Ibn el Cezerinin eserleri uzerinde ciddi bir mecmuenin formalasmasi ve bu mecmuenin etrafinda muxtelif mekteblerin yaranmasi onun bu eserlerini daha da onemli etmisdir EserleriMehemmed Muti el Hafiz onun 87 eserinden ibaret bir siyahi hazirlamisdir Eli Osman Yuksel ise 100 kitab ve risaleden ibaret basqa bir siyahi hazirlamisdir Hemin eserlerden bezileri bunlardir Qiraetle bagli en Nesr fil qiraetil esr Tayyibetun Nesr fil qiraetil esr Teqribun Nesr fil qiraetil esr et Teqrib fi muxteserin Nesr ve s Hedisle bagli el Hisnul hesin min kelami seyyidil murselin Miftehul Hisnil hesin Uddetul Hisnil hesin min kelami Seyyidil murselin ve s Siyerle bagli Qite min mevlidis serif Mevlidun nebi ve s Tarix tebeqat ve tercume ile bagli Qayetun Nihaye fi tebeqatil qurru Nihayetud direyet fi esmai ricalil qiraet Tebeqatul qurrail kebir ve s Diger sahelerle bagli Menzume fil felek Berlin Staatsbibliothek 8159 3 Tebeqatus suera Qahire 1352 el Isabe fi levazimil kitabe Berlin ve s IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Muḥammad ibn Muḥammad Ibn al Jazari Faceted Application of Subject Terminology Ibnul Cezeri TDV Islam Ansiklopedisi Archived from the original on 2025 06 16 Istifade tarixi 2025 06 11 Prof Dr Qara Omer Ibn el Cezeri Heyati ve Eserleri PDF turk 2022 07 26 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 2025 06 14 Ibn el Cezeri Cemiul esanid elyazmasi ereb 69b Ibn Hecer Inbeul qumr ereb V Heyderabad Beyrut Mekke 1967 76 1967 1986 64 Ibn el Furat Tarix ereb IX Beyrut 1936 260 261 Qayetun Nihaye ereb II Qahire hicri 1351 250 Ozbek Omer IBN EL CEZERININ QIRAETLERIN MUTEVATIRLIYI MESELESINE BAXISI turk 2018 2024 09 04 tarixinde arxivlesdirilib Istifade tarixi 2025 06 14 el Imam Semseddin Ibnul Cezeri ereb Dubay 1994 7 51 Ibn Cezeri ve Tayyibetun Nesr turk Istanbul 1996 201 203 Hemcinin baxQiraet

Nəşr tarixi: Oktyabr 05, 2025, 18:10 pm
Ən çox oxunan
  • Avqust 30, 2025

    Qaralama:Ülvi Məmmədov

  • Avqust 28, 2025

    Qaralama:Qabil Sayadov

  • Avqust 03, 2025

    Qaralama:Pəncəli Teymurov

  • September 09, 2025

    Qaralama:Mansur Piriyev

  • Oktyabr 03, 2025

    Qaralama:Osmanlının Cənubi İran torpaqlarını işğalı (1821)

Gündəlik
  • Qədim Afina

  • Asiya ölkələrinin siyahısı

  • Primatalogiya

  • ABŞ federal hökuməti

  • 2025 MDB Oyunları

  • Rusiya–Ukrayna müharibəsi (2022–hal-hazırda)

  • Klaudiya Kardinale

  • Sianid turşusu

  • Şimali Koreya

  • Amerika Birləşmiş Ştatları

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı