fbpx
Wikipedia

Ağdam uğrunda döyüş

Ağdam uğrunda döyüş (12 iyun-23 iyul 1993) — Qarabağ müharibəsinin gedişində baş vermiş döyüş. Döyüş 23 iyul 1993-ci ildə Ağdam şəhərinin erməni qüvvələri tərəfindən işğalı ilə bitmişdir.

Ağdam uğrunda döyüş
Əsas münaqişə: Qarabağ müharibəsi
Tarix 12 iyun-23 iyul 1993
Yeri Azərbaycan Respublikası
Nəticəsi Ermənilərin qalibiyyəti, Ağdam şəhərinin ermənilərin nəzarətinə keçməsi
Münaqişə tərəfləri

Azərbaycan Azərbaycan

Ermənistan Ermənistan

Komandan(lar)
Tərəflərin qüvvəsi

11.000 nəfər, çoxsaylı tank və Mi-24 helikopterləri

6000 nəfər (4 piyada taboru)
45-60 tank
120 top
Mi-24 (8-10 helikopter)
Qrad qurğusu

Ölənlər və yaralananlar

Azı 200 hərbçi (şəhər uğrunda)
Azı 200 mülki şəxs
5000 nəfər öldürüldü (rayon uğrunda)

1500 nəfər öldürüldü (rayon uğrunda)

Şəhərin əhəmiyyəti

SSRİ dağıldıqdan sonra Ağdamda yerləşən nəhəng hərbi anbar Azərbaycan ordusuna dövr edilir. Qarabağ müharibəsi zamanı hərbi baza Azərbaycan Ordusu tərəfindən hərbi istinadgah kimi istifadə edilmişdir.

Xankəndində Ağdamın əhəmiyyətini anlayır və onu "düşmən yuvası" adlandırırdılar.

Zəmin

Ermənistan ordusu aprel ayında Kəlbəcəri aldıqdan sonra yay hücum kampaniyasına hazırlaşmağa başladı. Bu məqsədlə qoşunların yenidən qruplaşdırılması üçün Ermənistandan Dağlıq Qarabağa böyük həcmdə silah-sursat və canlı qüvvə gətirildi. Hücum əməliyyatına hazırlıq diplomatik danışıqların müşayiəti ilə həyata keçirilirdi. 15 may 1993-cü ildə Ermənistanın Moskvadakı səfirliyində Azərbaycan Baş naziri Pənah Hüseynov və Azərbaycanın Rusiyadakı səfiri Hikmət Hacızadə ilə Ermənistan rəhbərliyi arasında danışıqlar aparıldı. Bu danışıqlarda tərəflər Qarabağ münaqişəsinin tam həllinə dair razılığa gəldilər. 22 may 1993-cü ildə Azərbaycan və Ermənistanın Baş nazirləri Pənah Hüseynov və Qrant Baqratyan erməni qoşunlarının Qarabağdan çıxarılması və Dağlıq Qarabağın erməni icmasının Azərbaycan daxilində respublika statusu alması barədə müqavilə imzaladılar.

Ancaq bu müqavilə Gəncədə baş verən qiyam səbəbi ilə baş tutmadı. Bu müqaviləyə görə Ermənistan ordusu könüllü olaraq Kəlbəcəri tərk edir, bunun əvəzində Azərbaycan Dağlıq Qarabağa yüksək statuslu muxtariyyət təklif edirdi. 1993-cü ilin fevral-mart aylarında Ağdərədəki məğlubiyyət və 1993-cü il aprelin əvvəlində Kəlbəcərin işğalından sonra AXCP hökuməti artıq müharibə aparmaq istəmirdi. Azərbaycan prezidenti Əbülfəz Elçibəy sülh müqaviləsinin imzalanması ilə müharibəni bitirəcəyinə inanırdı. Ermənistan tərəfdə isə tamamilə başqa fikirlər hakim idi. Robert Köçəryan bu barədə belə yazır:

Biz ölüm və qalım mübarizəsi aparırdıq. Kəlbəcərin qaytarılması bizim üçün intihar ola bilərdi. Bir sözlə biz Kəlbəcəri ona görə götürməmişdik ki, sonra da Azərbaycana təhvil verək. BMT-də əleyhimizə çıxarılan qətnamədən sonra Ermənistana heç bir sanksiyanın tətbiq olunmayacağına əmin idim. SSRİ-nin dağılması o qədər sürətlə baş verdi ki, dünyanın aparıcı dövlətləri Cənubi Qafqazdakı maraqlarını müəyyənləşdirməyi bacarmamışdı. Vaxtımız az idi. Buna görə də SSRİ-nin dağılmasının geosiyasi cəhətdən hamı tərəfindən həzm ediləcəyi vaxta qədər hərbi uğurları möhkəmləndirməyə və maksimum üstünlük əldə etməyə tələsirdik. Samvel Babayan və mən artıq növbəti addımımız olan “Ağdam əməliyyatı”nı müzakirə edirdik. Ağdamdan daimi olaraq şəhərlərimiz və kəndlərimiz atəşə tutulurdu. Bu səbəblə Ağdamın ələ keçirilməsi Qarabağ ətrafında təhlükəsizlik sahəsi yaratmaq planımızın bir hissəsi idi. Bundan başqa Ağdamın götürüləcəyi təqdirdə vasitəçilərin dərhal diqqətinin ona yönəldəcəyini və Kəlbəcəri unudacağını ümid edirdik.

1993-cü ilin yayında hərbi əməliyyatların gedişatına təsir göstərən ən ciddi amil Azərbaycanda baş verən ciddi daxili siyasi böhran və xaos idi. 4 iyun 1993-cü ildə Gəncədə Surət Hüseynova sadiq sayılan hərbi hissələrə qarşı cəza əməliyyatı uğursuzluqla başa çatdı. Hökumət qüvvələrinin bir hissəsi keçmiş korpus komandirinə təslim oldu, bir hissəsi Gəncədən qaçdı. Hüseynov əlində olan ordu ilə Bakı istiqamətində hərəkət etməyə başladı. Ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranırdı. AXCP hökuməti dərhal 15 iyun 1993-cü ildə Ali Sovetin Sədri seçilən Heydər Əliyevə kömək üçün müraciət etdi. 17 iyun 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Komandanı Əbülfəz Elçibəy Bakıdan Kələki kəndinə gedir. Hakimiyyət Heydər Əliyevə keçir. Ermənilərin Ağdama hücumu Əliyevin hakimiyyətdə qarşılaşdığı ilk böyük problem idi.

Heydər Əliyev hakimiyyətə gəldiyi zaman Azərbaycanda xaos hökm sürürdü. Ölkənin şimalında və cənubunda separatçı hərəkatlar yaranmışdı. Demək olar ki, hər siyasi qrupun özünə aid silahlı dəstəsi var idi. Orduda özbaşınalıq hökm sürürdü. Baş Qərargah rəisi, general-mayor Nurəddin Sadıqov 5 iyun 1993-cü ildə, Müdafiə naziri Dadaş Rzayev isə 16 iyun 1993-cü ildə istefa verdi. Cəbhə bölgələrinin müdafiəsini təşkil etmək üçün kifayət qədər qüvvə və vasitə yox idi. Yeni hakimiyyətə gələn Heydər Əliyevə ölkədə özbaşınalığın aradan qaldırılması və orduda disiplin yaratmaq üçün vaxt lazım idi. Bu səbəblə ölkənin müdafiəsini gücləndirmək və cəbhə üçün lazımi ehtiyatları hazırlamaq üçün vaxt qazanmaq üçün Heydər Əliyev atəşkəs təklif etdi. 1-2 gün davam edən atəşkəs Ermənistan qoşunları tərəfindən pozulurdu. Erməni komandanlığı uğurlu bir hücum üçün fürsət tapdığını, Azərbaycandakı qarışıqlığın gec-tez sona çatacağını və daha mütəşəkkil bir düşmənlə qarşılaşacaqlarını başa düşürdü. Buna görə də fürsətdən istifadə edib mümkün qədər çox ərazini ələ keçirmək istəyirdilər. Robert Köçəryan bu barədə belə deyirdi:

Vəziyyət bizim üçün işləsə də, bunun əbədi olmayacağını başa düşürdük. Bu səbəbdən üstünlüyə sahib olduğumuz andan istifadə etməli və irəliləməyə davam etməliydik.

Hazırlıq

Bakıdakı AXCP hökuməti yaxın vaxtlarda Kəlbəcərin erməni qoşunları tərəfindən könüllü şəkildə azad olunacağını gözləyərkən Ermənistan rəhbərliyi artıq Ağdamı ələ keçirmək üçün planlar hazırlayırdı. 1993-cü ilin iyun ayında Ağdam istiqamətində erməni hücumu başladıqdan sonra da AXCP hökuməti erməni qoşunlarının atəşkəs razılığını pozduğuna inanmadı. 708-ci briqadasının 2-ci motoatıcı taborunun komandiri Xətai Baxışov bu barədə belə deyir“:

O günlərdə Ağdam istiqamətində aktiv döyüş əməliyyatları yox idi, lakin tezliklə bizə Əsgərandan ermənilərin hücuma keçdikləri bildirildi. Briqadamız hücumun qarşısını almaq üçün tədbirlər gördü. Tezliklə bu hücumun manevredici bir həmlə olduğunu anladıq. Ermənilər böyük qüvvələrlə Novruzlu-Mərzili istiqamətində hücuma başladılar. Bu istiqamətdə əsgər sayımız az idi, bu səbəblə canlı qüvvəni evaukasiya etdik. Hər iki kənd ermənilər tərəfindən tutuldu. 708-ci briqadanın komandiri Talıb Məmmədov prezident Elçibəyə zəng edərək ermənilərin atəşkəs razılığını pozduqlarını və geniş miqyaslı hücuma keçdiklərini söylədi. Elçibəy dərhal Ter-Petrosyanla əlaqə saxladı. Petrosyan hücum barədə məlumatların həqiqətə uyğun olmadığını bildirdi. Elçibəy Petrosyanın sözlərini briqada komandirinə çatdıranda Talıb Məmmədov qəzəblə ermənilərə aid tankın gözünün qarşısında yandığını söylədi və dəstəyi asdı.

Azərbaycan tərəfi 1993-cü ilin yayında cəbhədə komandanlığı yenidən təşkil edildi. 1-ci və 2-ci ordu korpusları əvəzinə Qarabağ cəbhəsinin komandanlığı yaradıldı. Müdafiə nazirinin müavini olan general-mayor Zadir Rzayevə bu cəbhənin komandiri, general-mayor Nəcməddin Sadıqov isə cəbhənin qərargah rəisi təyin edildi.

1993-cü il iyun ayının əvvəlində cəbhədə olan Azərbaycan qoşunlarının təşkilati quruluşu belə idi:

  • Murovdağ silsiləsi boyunca komandanı İlqar Əliyev olan 701-ci motoatıcı briqada və komandiri Rasim Əkbərov olan 157-ci motoaatıcı polk;
  • Tərtər rayonu , komandiri Altay Mehdiyev olan 703-cü motoatıcı briqada;
  • Ağdam rayonu, komandiri Talıb Məmmədov olan 708-ci briqada;
  • Xocavənd rayonu, komandiri Mikayıl Hacıyev olan 704-cü motoatıcı briqada;
  • Füzuli rayonu, komandiri Heydər Piriyev olan 702-ci motoatıcı briqada;
  • Cəbrayıl rayonu, komandiri Mahir Həsənov olan 896-cı motoaatıcı polk;
  • Qubadlı rayonu və Laçın rayonunun cənubu, komandiri Rasim Muxtarov olan 706-cı motoatıcı briqada;
  • Zəngilan rayonu, komandiri Firudin Şabanov olan 865-ci motoaatıcı polk.

Cəbhədə olan erməni qoşunları isə aşağıdakı regionlarda yerləşirdi:

  • Ağdərə müdafiə sahəsi, komandir Norayr Danielyan;
  • Şuşa müdafiə sahəsi , komandir Vaçaqan İşxanyan;
  • Mərkəzi müdafiə sahəsi, komandir Samvel Karapetyan;
  • Xocavənd müdafiə sahəsi, komandir Monte Melkonyan;
  • Hadrut müdafiə sahəsi, komandir Artur Ağabekyan;
  • Şaumyan müdafiə sahəsi, komandir Sergey Çalyan.

Erməni qoşunlarının Dağlıq Qarabağdakı ümumi komandanlığını Samvel Babayan həyata keçirirdi. Seyran Ohanyan isə Qərargah rəisi idi.

Döyüşün gedişi

Erməni birlikləri şəhəri dörd dəfə götürmək üçün hücum təşkil etmişlər: 12 iyun, 15-18 iyun, 3 iyul və 15-23 iyul. Şəhərin kifayət qədər iri olması və eytiyatlarının böyüklüyü ilə əlaqədar şəhərin qorunmasını mümkün edir.

12 iyun 1993-cü ildə erməni silahlı birləşmələri Ağdam və Ağdərə regional mərkəzi istiqamətində şiddətli bir hücuma başladı. Əməliyyatda 6000-dən çox hərbçi, haubitsa və özüyeriyən artilleriya, Mi-24 döyüş helikopterləri iştirak edirdi. Ordunun əsas vəzifəsi Azərbaycan bölmələrinin müdafiə xəttini yarmaq, ardından Ağdamın mühasirəyə alınması və orada cəmləşmiş qüvvələrin, silah-sursat anbarının, zirehli texnika təmir bazasının məhv edilməsi idi. İlk hücum zamanı erməni tərəfinin uğursuzluğu ilə nəticələnir. Sonradan hücumun aldadıcı manevr olduğu aydınlaşır. Erməni ordusuna qarşı sayca 11 min nəfərdən ibarət olan 708-ci briqada və ona daxil olan DİN qoşunları müqavimət göstərməli idi. Ümumi komandanlığı Talıb Məmmədov həyata keçirirdi. Lakin prezident Elçibəy 1-2 iyun 1993-cü ildə Gəncədə Surət Hüseynova sadiq qoşunlara qarşı döyüşmək üçün Ağdamdan 12 ədəd D-30 haubitsası və 21 ədəd “Qrad”, həmçinin canlı qüvvənin bir hissəsini çıxarmışdı. Ağdam istiqamətində hücumda Ermənistan tərəfdən Əsgəran, Martuni və Mardakert müdafiə bölgələrinin qoşunları iştirak edirdi. Ağdama əsas zərbə cənubdan Mərzili – Yusifcanlı kəndləri istiqamətində, mərkəzdən Əhmədavar – Şelli kəndləri istiqamətində və şimaldan Əlimədədli – Qalayçılar kəndləri istiqamətində endirildi. Hücumun ilk 3 günü erməni qoşunları Ağdam cəbhəsinin şimal və cənub istiqamətində müdafiə xəttini yardılar. Cənub istiqamətindən hücumda Mərzili, Novruzlu, YusifcanlıQiyaməddinli, şimal istiqamətindən isə Qalayçılar, Əliağalı, Əlimədədli, Kürdlər kəndi ələ keçirildi. Mərkəzdə isə erməni ordusunun bütün hucumları dəf edildi.

Erməni qoşunlarının ilk uğurlarına baxmayaraq Azərbaycan ordusu inadkar müqavimət göstərdi. Əsas mövqelər qorunub saxlanıldı, düşmən xeyli itki verdi. İlk hücumu dəf edən Azərbaycan ordusu əks hücuma keçərək bölgənin şimalındakı Kürdlər, Mollalar və Əlimədədli kəndlərini geri aldı, cənubda isə ermənilər tərəfindən ələ keçirilmiş bütün kəndlər – Mərzili, Novruzlu, Yusifcanlı və Qiyaməddinli geri alındı. 12 iyun 1993-cü ildə Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlər zamanı Xocavənd müdafiə bölgəsinin komandiri Monte Melkonyan və kəşfiyyat rəisi Saribek Martirosyan öldürüldü. Xətai Baxışov Melkonyanın ölümünü belə təsvir edir:

Top atışından sonra Mərzilidəki erməni mövqelərinə hücuma başladıq, əsgərlərimiz böyük şücaət göstərirdi. Briqada artilleriya divizonunun komandiri baş leytenant Vüqar Qurbanov bu döyüşlərdə xüsusilə fərqləndi. Piyada döyüş maşınlarımızdan biri düşmən piyadaların döyüş maşınlarını və canlı qüvvə ilə dolu olan Kamazını vurdu. Təzyiqimizə dözə bilməyən düşmən Mərzilini tərk etməyə başladı. BMP-1 heyəti Şaiq Kəlbiyev, Asif Mütəllimov və Əhliman Muxtarov (Monte Melkonyanı öldürən bu əsgərin adı daha sonra dəyişdirildi. Bu şəxs hələ də Azərbaycan Silahlı Qüvvələrində xidmət edir) geri çəkilən düşmən qüvvələrini atəşə tutmağa davam etdi. Bu anda atəş xəttində bir UAZ avtomobili peyda oldu. BMP həmin maşını nişan aldı, bu zaman avtomobildə və onun yanındakı ermənilər səpələnərək qaçdılar. İkinci atəşdən sonra altı erməni başını qaldırmadı. Bu anda Şaiq və Asif düşmənin tərk etdiyi BMP-ni ələ keçirərək kənara çəkməyə başladı. Bunu görən ermənilər öz BMP-lərini tankla vurdular. Şaiq və Asif yerindəcə həlak oldu. BMP-də tək qalan Əhliman UAZ istiqamətində intensiv atəşi davam etdirdi. Ermənilərin onu susdurmaq cəhdləri isə baş tutmadı.

İyunun 18-dək Azərbaycan qoşunları düşməni praktik olaraq Ağdam bölgəsinin bütün ətrafı boyunca əvvəlki mövqelərinə geri çəkilməyə məcbur edir. Erməni ordusu Ağdərə şəhərinə də bir neçə dəfə uğursuz hücumlar təşkil edirlər. Ermənilər Dəmirli, Nerkin Oratağ, Canyataq və Gülyataq kəndlərini ələ keçirməyi bacarsalar da Ağdərəni ələ keçirə bilmirlər. Azərbaycan ordusunun müdafiə xəttinin cəbhə boyu qırılmanın qarşısını alınır. Ağdamda uğur qazana bilməyən erməni komandanlığı əməliyyat istiqamətini Ağdərə yönünə çevirir. Ağdərəni şimaldan Akop–Kamari istiqamətində və cənubdan Papravənd–Boyəhmədli istiqamətində iki hücumla mühasirəyə almaq üçün əməliyyat başladılır. 20 iyunda erməni qoşunları Ağdam istiqamətində yeni bir hücuma başladılar, Ağdam bölgəsinin mərkəzi və cənub hissəsində olan Azərbaycan qüvvələrini sıxışdırmaq üçün Ağdam istiqamətinin mərkəzinə manevredici hücum edilir. Əsas zərbə isə Ağdam və Ağdərə rayonlarının Papravənd və Boyəhmədli kəndləri qovşağına endirildi. Mühüm yüksəkliklərə qalxan ermənilər Qalayçılar kəndi yaxınlığında cəbhəni yararaq 25 iyunda Kürdlər, Mollalar, Papravənd, Boyəhmədli, Qarapirimli, Sofulu kəndlərini tuturlar. Bununla da Ağdam-Ağdərə yolu kəsilir. Bundan sonra Ağdam şəhərinin təhcizatında axsamalar başlayır. Bu kəndləri aldıqdan sonra erməni ordusu Ağdərəyə müdafiə olunmayan cənub istiqamətdən çata və şəhəri mühasirəyə ala bilərdi. 24 iyun 1993-cü ildə erməni qoşunları Akop Kamari kəndini tutaraq Çiləbürt kəndinə doğru irəliləməyi bacardılar. Bu Ağdərənin şimaldan və cənubdan mühasirəyə alınması təhlükəsini yaratdı. Azərbaycan komandanlığı Ağdərədən geri çəkilməyə və Tərtər kanalı boyunca müdafiə mövqeləri qurmağa başladı. 27 iyunda Ağdərənin itirilməsi Ağdamın müdafiəsini cətinləşdirir. Ağdərə işğal edilən ərəfədə Ermənistan ordusunun “Səlibçilər” batalyonunun komandiri Karo Kaxkedjyan öldürüldü. 1993-cü il iyun ayında Ağdərə bölgəsindəki cəbhə xətti Suqovuşan-Levonarx xətti və Tərtər kanalı boyunca sabitləşdi. Ağdərəni ələ keçirərək Ağdam bölgəsinin şimalında möhkəmlənən erməni komandanlığı yenidən qüvvələrini topladı. 1993-cü il iyul ayının əvvəllərinə qədər erməni komandanlığı Ağdam istiqamətində böyük qüvvələr cəmləşdirdi: dörd piyada alayı (6000-ə qədər hərbçi), iki tank batalyonu (60 tank), beş top diviziyası (120 top), 10 Mi-24 helikopteri.

Erməni komandanlığı şəhərə birbaşa hücumdan imtina edərək Ağdərədə olduğu kimi mühasirəyə almağı düşünürdü. Erməni bölmələri ərazi şəraitindən istifadə edərək şimaldan və cənubdan Ağdamı mühasirəyə almağa başladı. Azərbaycan tərəfdə istehkamların olmaması ermənilərin lehinə idi. Erməni bölmələrindən biri Ağdama suvarma kanalı istiqamətindən yaxınlaşdı, lakin şəhər istiqamətində mühasirəni tamamlaya bilmədi. Bunun üçün ermənilərdə kifayət gücü çatışmırdı. Lakin ermənilər əhalidə şəhərin mühasirəyə alındığı təəssüratı yaratmağa nail oldular. Ermənilərin planı buna hesablanmışdı və bu da alındı. Əhali tələm-tələsik şəhəri tərk etməyə başladı. Bu da şəhərin müdafiəçilərində ciddi ruh düşkünlüyü yaratdı və müqavimətlərini zəiflətdi. Azərbaycan komandanlığının diqqətini Ağdamdan yayındırmaq üçün 2 iyul 1993-cü ildə erməni qoşunları FüzuliCəbrayıl istiqamətlərində hücuma başladılar. İki gün davam edən döyüşlər zamanı Azərbaycan qoşunlarının müdafiə xətti yarılsa da tezliklə əks hücumla ermənilər əvvəlki mövqelərinə geri atıldılar. 3 iyul 1993-cü ildə mövcud qüvvələrdən istifadə edən erməni qoşunları Ağdamı mühasirəyə almaq məqsədi ilə üçüncü dəfə güclü bir hücuma başladılar. Əsas zərbə Ağdam rayonunun şimalından Qızıl Kəngərli, Maqsudlu kəndləri istiqamətində və cənubdan Muğanlı, Saybalı, Novruzlu istiqamətində vuruldu. Məqsəd Ağdam-Bərdə yolunu kəsərək Azərbaycan ordusunu mühasirəyə almaq idi. Erməni qoşunları ağır döyüşlərdən sonra şimal istiqamətdən Qızıl Kəngərli, Salahlı Kəngərli, Maqsudlu, Muğanlı, Şıxbabalı, Saybalı, Bağbanlar, İsmayılbəyli, Novruzlu, Mərzili, Yusifcanlı kəndlərini ələ keçirməyi bacardılar. 4 iyul 1993-cü ildə erməni qoşunları eyni zamanda cənubdan hücuma keçərək Ağdam-Bərdə yoluna yaxınlaşdı. Ağdam uğrunda gedən ağır müdafiə döyüşləri ilə eyni vaxtda Azərbaycan komandanlığı polkovnik leytenant Eldar Əliyevin rəhbərliyi altındakı 709-cu motoatıcı briqadasının bölmələrinin Ağdama köçürülməsinə başladı. Bu bölmələrə şəhərin şimalında Xıdırlı kəndi yaxınlığında və şəhərin cənubunda Muradbəyli kəndi yaxınlığında irəliləyən düşmən qruplaşmalarına qarşı əks hücuma keçərək məhv etmək tapşırığı verilmişdi. 709-cu motoatıcı briqadanın üç batalyonu Ağdama yerləşdirildi. Bu qoşunlara Dostəli Hacıyevin komandanlığı altında 1-ci motoatıcı batalyon, Tacir Adıgözəlovun komandiri olduğu 3-cü batalyon, Bahadur Zeynalovun komandanlığı altında 4-cü tabor, Altay Bayramovun komandiri olduğu tank batalyonu daxil idi. 709-cu motoatıcı briqadanın bölmələri şəhərə çatdıqdan dərhal Xıdırlı kəndini və Yeddixırman yüksəkliyini nəzarətə götürdülər. 5 iyul 1993-cü ildə 709-cu briqada bölmələri ilə birlikdə 708-ci briqadanın bölmələri erməni qüvvələrinin hücumunu dəf etməyə müvəffəq oldular və əks-hücuma başladılar.

5-7 iyul 1993-cü il tarixində başlayan əks hücum zamanı Azərbaycan qoşunları şəhərin şimalındakı Qızıl Kəngərli, Maqsudlu kəndlərini və şəhərin cənubundakı Muğanlı, Şıxbabalı, Saybalı, Bağbanlar, Novruzlu kəndlərini azad etməyi bacardı. Ciddi itkilərə məruz qalan erməni qoşunları şəhərin cənubundakı mövqelərinə çəkilmək məcburiyyətində qaldılar. 3-4 iyul tarixlərində Ermənistan qoşunlarının Ağdama hücumunun dəf edilməsi və 5-7 iyul 1993-cü il tarixlərində həyata keçirilmiş uğurlu əks-hücumlar Azərbaycan komandanlığında erməni qoşunlarına ciddi ziyan dəydiyinə və bundan sonra hücuma keçə bilməyəcəkləri barədə inam yaratdı. Bu düşüncə daha sonra komandanlığa baha başa gələcəkdi. 8 iyul 1993-cü ildən sonra Ağdam istiqamətində sakitlik hökm sürürdü, aktiv döyüş əməliyyatları dayandırılmışdı. 12 iyul 1993-cü ildə Mario Rafaellinin rəhbərlik etdiyi ATƏT-in Minsk Qrupunun bir komissiyası vəziyyəti yoxlamaq və qiymətləndirmək üçün bölgəyə gəldi. Şəhərin özünü və ətraf kəndləri araşdırdıqdan sonra Mario Rafaellinin rəhbərlik etdiyi komissiya geri qayıtdı. Şəhərin taleyinin həll edildiyi ərəfədə Ağdamda hakimiyyət uğrunda mübarizə başladı. 15 iyul 1993-cü ildə Ağdam tikinti materialları kombinatının direktoru Qasım Kərimovun rəhbərlik etdiyi bir qrup silahlı şəxs Ağdam rayon icra hakimiyyətinin başçısı Nadir İsmayılovu devirdi və rayon rəhbərliyinin binasını ələ keçirərək Qasım Kərimovu Ağdam rayon icra hakimiyyətinin başçısı elan etdi. Bu hadisədə 709-cu motoatıcı briqadasının hərbçiləri də daxil olmaqla, Azərbaycan ordusunun bəzi zabitlərinin iştirak etməsi ordudakı hərc-mərcliyi göstərirdi.

15-16 iyul 1993-cü il tarixlərində ATƏT-in Minsk qrupunun komissiyasının getməsindən sonra qüvvələrini yenidən toplayan erməni ordusu dördüncü dəfə hücuma keçdi və Ağdamın şimalında tutulan mövqelərini geri ala bildi. Hücum zamanı ermənilər Qızıl Kəngərli, Maqsudlu, Şahbulaq, Tarnöyüt kəndlərini, habelə Çobandağ, Yeddixırman və Bozdağ yüksəkliklərini ələ keçirməyi bacardılar. Beləcə Azərbaycan qoşunları şəhər yaxınlığında əsas mövqeləri əlində saxlasa da şəhər ətrafında olan bütün yüksəkliklər erməni qoşunlarının əlində idi. Erməni ordusu Azərbaycan ordusunun əməliyyat sahəsini maksimum daraltmışdı. Bu, faktiki mühasirə idi. Erməniləri şəhərin ətrafında olan yüksəkliklərdən atmadan Ağdamın müdafiəsi təşkil oluna bilməzdi. Vəziyyəti yalnız əks hücum xilas edə bilərdi, lakin bu əməliyyat üçün qüvvələr artıq yox idi. İyulun 21-də güclü artilleriya zərbələrindən sonra erməni qoşunları Şahbulaq, Əsgəran və Martuni istiqamətindən Ağdama yeni bir hücuma başladılar. Hücumun ilk günü düşmən şəhərin cənubundakı Muğanlı və Saybalını tutmağı bacardı. 22 iyul 1993-cü ildə erməni ordusu şəhərin şimalındakı Qiyaslı kəndini, şəhərin qərbindəki Xıdırlı, Qasımlı və Şelli kəndlərini və şəhərin cənubundakı Sarıcalı, Muradbəyli, Novruzlu və Yusifcanlı kəndlərini də ələ keçirməyi bacardı. Şəhər faktiki mühasirəyə alındığı üçün 23 iyul 1993-cü ildə Azərbaycan qoşunları şəhəri tərk etməyə başladı. 23 iyul 1993-cü il tarixdə saat 17 radələrində Ağdam və ona bitişik kəndlər düşmən tərəfindən atəşə tutulmağa başladı. Azərbaycan ordusunun hissələri Göytəpə–Eyvazxanbəyli və Zəngişalı–Afətli kəndləri istiqamətində geri çəkildi.

43 günlük şiddətli döyüşlərdən sonra erməni qoşunları Ağdamı və şəhərə yaxın kəndləri işğal etməyə müvəffəq oldular. Şəhərin işğalı zamanı beynəlxalq qanunlar kobud şəkildə pozulur. Şəhər talandıqdan sonra tamamən yandırılır.

Nəticə

Ermənilərin şəhəri zəbt etməsi və iyun-iyul ayındakı uğurlu əməliyyatlar keçirməsi Gəncə qiyamı ilə əlaqədar olmuşdur. Belə ki Sürət HüseynovAXC arasında baş vermiş konflik vətəndaş müharibəsi həddinə çatmışdı. Ağdamın itirilməsi ilə Azərbaycan ordusu DQMV-nin mərkəzi Xankəndiyə yaxın olan strateji baxımdan ən əhəmiyyətli şəhərini itirdi. Ağdam uğrunda müharibədə erməni tərəfi 1500, Azərbaycan isə 5000-ə yaxın itki verdi. Azərbaycan ordusunun şəhər müharibələrində ən çox itki verdiyi ərazi də Ağdam oldu. Ağdamı qaytarmaq üçün bir neçə dəfə şəhərə hücum edilsə də bütün cəhdlər uğursuzluqla nəticələndi. Əvəzində erməni ordusu əks hücuma keçərək Azərbaycan ordusunu Ağdamdan 6 km məsafəyə qədər uzaqlaşdırdı. Ağdamın işğalı ölkədə baş verən xaosun gətirdiyi nəticə idi. Ağdamın itirilməsindən sonra o dövrdə Azərbaycanın Müdafiə naziri vəzifəsini icra edən Səfər Əbiyev Kazimirov vasitəsi ilə hərbi əməliyyatların dayandırılması üçün ordu komandiri Samvel Babayana müraciət etdi. İlk dəfə Rusiyanın vasitəçiliyi ilə iyulun 25-dən 28-dək Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılaşma imzalandı. Lakin bu razılaşma da çox qısa sürdü. Ermənistan ordusu Köçəryanın da qeyd etdiyi kimi Azərbaycanda siyasi qarışıqlıqdan maksimum istifadə etməyə çalışırdı. Bu dəfəki hədəf cənub rayonları idi.

Reaksiyalar

Minsk qrupunun məruzəçisi Mario Rafaellinin məlumatında erməni tərəfinin Ağdamın işğal etməyəcəklərinə təminat verməsi ilə bağlı vədlərin və konfliktin sülh yolu ilə həll ediləsinin tərəfdarı olması fikirlərinə tamamən zidd olduğu vurğulanır.

Həmçinin Mario Rafaellinin iyulun 6-da regiona olan səfərini təxirə salması Heydər Əliyevi qəzəbləndirmişdi. Əliyev ümid edirdi ki, Raffaellinin səfəri Ermənistanın hücumunu dayandıracaq və səfərin təxirə salınması xəbərinə məyus olduğunu bildirərək deyib: "Minsk qrupu sədrinin münaqişənin həlli planlarının həyata keçirilməsindən çəkinməsi sübut edir ki, ATƏT münaqişəni sülh yolu ilə həll etmək əvəzinə Azərbaycanı güc üsullarına üstünlük verən Ermənistanla üz-üzə qoyaraq kənara çəkilir".

İstinadlar

  1. Seven Years of Conflict in Nagorno-Karabakh. HRW/Helsinki Report — page 19
  2. Armenian Research Center // FACT SHEET: NAGORNO-KARABAGH 2010-08-18 at the Wayback Machine // The University of Michigan-Dearborn; April 3, 1996
  3. Некоторые добровольческие формирования 1991-1994гг.
  4. Ağdam uğrunda döyüşlər (1993)
  5. Məlumata görə, Ağdam uğrunda gedən döyüşdə ən azı 200 dinc sakin və 200 hərbçi həlak olub
  6. . 2010-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-05.
  7. Robert Parsons «Tug-of-war for Nagorno-Karabakh»
  8. Vəliməmmədov, Məmməd (2019). Qarabağ müharibəsi haqda oçerklər. Moskva. ISBN 978-5-532-10200-2. (#accessdate_missing_url)
  9. http://www.miacum.ru/docs/xronica/ Qarabağ müharibəsi 1988—2006]
  10. Доклад Председателя Минской группы СБСЕ по Нагорному Карабаху от 27 июля 1993 года. документ S/26184
  11. 2 Qafqaz regionu vətəndaş müharibəsini dərinləşdirir

Xarici keçidlər

  • Məmməd Vəliməmmədov: Ağdamın müdafiəsi

ağdam, uğrunda, döyüş, iyun, iyul, 1993, qarabağ, müharibəsinin, gedişində, baş, vermiş, döyüş, döyüş, iyul, 1993, ildə, ağdam, şəhərinin, erməni, qüvvələri, tərəfindən, işğalı, ilə, bitmişdir, əsas, münaqişə, qarabağ, müharibəsitarix, iyun, iyul, 1993yeri, az. Agdam ugrunda doyus 12 iyun 23 iyul 1993 Qarabag muharibesinin gedisinde bas vermis doyus Doyus 23 iyul 1993 ci ilde Agdam seherinin ermeni quvveleri terefinden isgali ile bitmisdir Agdam ugrunda doyusEsas munaqise Qarabag muharibesiTarix 12 iyun 23 iyul 1993Yeri Azerbaycan RespublikasiNeticesi Ermenilerin qalibiyyeti Agdam seherinin ermenilerin nezaretine kecmesiMunaqise terefleriAzerbaycan Azerbaycan Ermenistan Ermenistan 1 2 Komandan lar Ebulfez Eliyev Suret Huseynov Talib Memmedov Monte Melkonyan Movses AkopyanVitali Balasanyan 3 Tereflerin quvvesi11 000 nefer coxsayli tank ve Mi 24 helikopterleri 4 6000 nefer 4 piyada taboru 45 60 tank 120 top Mi 24 8 10 helikopter Qrad qurgusu 4 Olenler ve yaralananlarAzi 200 herbci seher ugrunda Azi 200 mulki sexs 5 5000 nefer olduruldu rayon ugrunda 4 1500 nefer olduruldu rayon ugrunda 4 Mundericat 1 Seherin ehemiyyeti 2 Zemin 3 Hazirliq 4 Doyusun gedisi 5 Netice 6 Reaksiyalar 7 Istinadlar 8 Xarici kecidlerSeherin ehemiyyeti RedakteSSRI dagildiqdan sonra Agdamda yerlesen neheng herbi anbar Azerbaycan ordusuna dovr edilir 6 Qarabag muharibesi zamani herbi baza Azerbaycan Ordusu terefinden herbi istinadgah kimi istifade edilmisdir 7 Xankendinde Agdamin ehemiyyetini anlayir ve onu dusmen yuvasi adlandirirdilar Zemin RedakteErmenistan ordusu aprel ayinda Kelbeceri aldiqdan sonra yay hucum kampaniyasina hazirlasmaga basladi Bu meqsedle qosunlarin yeniden qruplasdirilmasi ucun Ermenistandan Dagliq Qarabaga boyuk hecmde silah sursat ve canli quvve getirildi Hucum emeliyyatina hazirliq diplomatik danisiqlarin musayieti ile heyata kecirilirdi 15 may 1993 cu ilde Ermenistanin Moskvadaki sefirliyinde Azerbaycan Bas naziri Penah Huseynov ve Azerbaycanin Rusiyadaki sefiri Hikmet Hacizade ile Ermenistan rehberliyi arasinda danisiqlar aparildi Bu danisiqlarda terefler Qarabag munaqisesinin tam helline dair raziliga geldiler 22 may 1993 cu ilde Azerbaycan ve Ermenistanin Bas nazirleri Penah Huseynov ve Qrant Baqratyan ermeni qosunlarinin Qarabagdan cixarilmasi ve Dagliq Qarabagin ermeni icmasinin Azerbaycan daxilinde respublika statusu almasi barede muqavile imzaladilar 8 Ancaq bu muqavile Gencede bas veren qiyam sebebi ile bas tutmadi Bu muqavileye gore Ermenistan ordusu konullu olaraq Kelbeceri terk edir bunun evezinde Azerbaycan Dagliq Qarabaga yuksek statuslu muxtariyyet teklif edirdi 1993 cu ilin fevral mart aylarinda Agderedeki meglubiyyet ve 1993 cu il aprelin evvelinde Kelbecerin isgalindan sonra AXCP hokumeti artiq muharibe aparmaq istemirdi Azerbaycan prezidenti Ebulfez Elcibey sulh muqavilesinin imzalanmasi ile muharibeni bitireceyine inanirdi Ermenistan terefde ise tamamile basqa fikirler hakim idi Robert Koceryan bu barede bele yazir 4 Biz olum ve qalim mubarizesi aparirdiq Kelbecerin qaytarilmasi bizim ucun intihar ola bilerdi Bir sozle biz Kelbeceri ona gore goturmemisdik ki sonra da Azerbaycana tehvil verek BMT de eleyhimize cixarilan qetnameden sonra Ermenistana hec bir sanksiyanin tetbiq olunmayacagina emin idim SSRI nin dagilmasi o qeder suretle bas verdi ki dunyanin aparici dovletleri Cenubi Qafqazdaki maraqlarini mueyyenlesdirmeyi bacarmamisdi Vaxtimiz az idi Buna gore de SSRI nin dagilmasinin geosiyasi cehetden hami terefinden hezm edileceyi vaxta qeder herbi ugurlari mohkemlendirmeye ve maksimum ustunluk elde etmeye telesirdik Samvel Babayan ve men artiq novbeti addimimiz olan Agdam emeliyyati ni muzakire edirdik Agdamdan daimi olaraq seherlerimiz ve kendlerimiz atese tutulurdu Bu sebeble Agdamin ele kecirilmesi Qarabag etrafinda tehlukesizlik sahesi yaratmaq planimizin bir hissesi idi Bundan basqa Agdamin goturuleceyi teqdirde vasitecilerin derhal diqqetinin ona yoneldeceyini ve Kelbeceri unudacagini umid edirdik 1993 cu ilin yayinda herbi emeliyyatlarin gedisatina tesir gosteren en ciddi amil Azerbaycanda bas veren ciddi daxili siyasi bohran ve xaos idi 4 iyun 1993 cu ilde Gencede Suret Huseynova sadiq sayilan herbi hisselere qarsi ceza emeliyyati ugursuzluqla basa catdi Hokumet quvvelerinin bir hissesi kecmis korpus komandirine teslim oldu bir hissesi Genceden qacdi Huseynov elinde olan ordu ile Baki istiqametinde hereket etmeye basladi Olkede vetendas muharibesi tehlukesi yaranirdi AXCP hokumeti derhal 15 iyun 1993 cu ilde Ali Sovetin Sedri secilen Heyder Eliyeve komek ucun muraciet etdi 17 iyun 1993 cu ilde Azerbaycan Silahli Quvvelerinin Ali Komandani Ebulfez Elcibey Bakidan Keleki kendine gedir Hakimiyyet Heyder Eliyeve kecir Ermenilerin Agdama hucumu Eliyevin hakimiyyetde qarsilasdigi ilk boyuk problem idi Heyder Eliyev hakimiyyete geldiyi zaman Azerbaycanda xaos hokm sururdu Olkenin simalinda ve cenubunda separatci herekatlar yaranmisdi Demek olar ki her siyasi qrupun ozune aid silahli destesi var idi Orduda ozbasinaliq hokm sururdu Bas Qerargah reisi general mayor Nureddin Sadiqov 5 iyun 1993 cu ilde Mudafie naziri Dadas Rzayev ise 16 iyun 1993 cu ilde istefa verdi Cebhe bolgelerinin mudafiesini teskil etmek ucun kifayet qeder quvve ve vasite yox idi Yeni hakimiyyete gelen Heyder Eliyeve olkede ozbasinaligin aradan qaldirilmasi ve orduda disiplin yaratmaq ucun vaxt lazim idi Bu sebeble olkenin mudafiesini guclendirmek ve cebhe ucun lazimi ehtiyatlari hazirlamaq ucun vaxt qazanmaq ucun Heyder Eliyev ateskes teklif etdi 1 2 gun davam eden ateskes Ermenistan qosunlari terefinden pozulurdu Ermeni komandanligi ugurlu bir hucum ucun furset tapdigini Azerbaycandaki qarisiqligin gec tez sona catacagini ve daha mutesekkil bir dusmenle qarsilasacaqlarini basa dusurdu Buna gore de fursetden istifade edib mumkun qeder cox erazini ele kecirmek isteyirdiler Robert Koceryan bu barede bele deyirdi 4 Veziyyet bizim ucun islese de bunun ebedi olmayacagini basa dusurduk Bu sebebden ustunluye sahib oldugumuz andan istifade etmeli ve irelilemeye davam etmeliydik Hazirliq RedakteBakidaki AXCP hokumeti yaxin vaxtlarda Kelbecerin ermeni qosunlari terefinden konullu sekilde azad olunacagini gozleyerken Ermenistan rehberliyi artiq Agdami ele kecirmek ucun planlar hazirlayirdi 1993 cu ilin iyun ayinda Agdam istiqametinde ermeni hucumu basladiqdan sonra da AXCP hokumeti ermeni qosunlarinin ateskes raziligini pozduguna inanmadi 708 ci briqadasinin 2 ci motoatici taborunun komandiri Xetai Baxisov bu barede bele deyir 8 O gunlerde Agdam istiqametinde aktiv doyus emeliyyatlari yox idi lakin tezlikle bize Esgerandan ermenilerin hucuma kecdikleri bildirildi Briqadamiz hucumun qarsisini almaq ucun tedbirler gordu Tezlikle bu hucumun manevredici bir hemle oldugunu anladiq Ermeniler boyuk quvvelerle Novruzlu Merzili istiqametinde hucuma basladilar Bu istiqametde esger sayimiz az idi bu sebeble canli quvveni evaukasiya etdik Her iki kend ermeniler terefinden tutuldu 708 ci briqadanin komandiri Talib Memmedov prezident Elcibeye zeng ederek ermenilerin ateskes raziligini pozduqlarini ve genis miqyasli hucuma kecdiklerini soyledi Elcibey derhal Ter Petrosyanla elaqe saxladi Petrosyan hucum barede melumatlarin heqiqete uygun olmadigini bildirdi Elcibey Petrosyanin sozlerini briqada komandirine catdiranda Talib Memmedov qezeble ermenilere aid tankin gozunun qarsisinda yandigini soyledi ve desteyi asdi Azerbaycan terefi 1993 cu ilin yayinda cebhede komandanligi yeniden teskil edildi 1 ci ve 2 ci ordu korpuslari evezine Qarabag cebhesinin komandanligi yaradildi Mudafie nazirinin muavini olan general mayor Zadir Rzayeve bu cebhenin komandiri general mayor Necmeddin Sadiqov ise cebhenin qerargah reisi teyin edildi 1993 cu il iyun ayinin evvelinde cebhede olan Azerbaycan qosunlarinin teskilati qurulusu bele idi 8 Murovdag silsilesi boyunca komandani Ilqar Eliyev olan 701 ci motoatici briqada ve komandiri Rasim Ekberov olan 157 ci motoaatici polk Terter rayonu komandiri Altay Mehdiyev olan 703 cu motoatici briqada Agdam rayonu komandiri Talib Memmedov olan 708 ci briqada Xocavend rayonu komandiri Mikayil Haciyev olan 704 cu motoatici briqada Fuzuli rayonu komandiri Heyder Piriyev olan 702 ci motoatici briqada Cebrayil rayonu komandiri Mahir Hesenov olan 896 ci motoaatici polk Qubadli rayonu ve Lacin rayonunun cenubu komandiri Rasim Muxtarov olan 706 ci motoatici briqada Zengilan rayonu komandiri Firudin Sabanov olan 865 ci motoaatici polk Cebhede olan ermeni qosunlari ise asagidaki regionlarda yerlesirdi Agdere mudafie sahesi komandir Norayr Danielyan Susa mudafie sahesi komandir Vacaqan Isxanyan Merkezi mudafie sahesi komandir Samvel Karapetyan Xocavend mudafie sahesi komandir Monte Melkonyan Hadrut mudafie sahesi komandir Artur Agabekyan Saumyan mudafie sahesi komandir Sergey Calyan Ermeni qosunlarinin Dagliq Qarabagdaki umumi komandanligini Samvel Babayan heyata kecirirdi Seyran Ohanyan ise Qerargah reisi idi Doyusun gedisi RedakteErmeni birlikleri seheri dord defe goturmek ucun hucum teskil etmisler 12 iyun 15 18 iyun 3 iyul ve 15 23 iyul Seherin kifayet qeder iri olmasi ve eytiyatlarinin boyukluyu ile elaqedar seherin qorunmasini mumkun edir 12 iyun 1993 cu ilde ermeni silahli birlesmeleri Agdam ve Agdere regional merkezi istiqametinde siddetli bir hucuma basladi Emeliyyatda 6000 den cox herbci haubitsa ve ozuyeriyen artilleriya Mi 24 doyus helikopterleri istirak edirdi Ordunun esas vezifesi Azerbaycan bolmelerinin mudafie xettini yarmaq ardindan Agdamin muhasireye alinmasi ve orada cemlesmis quvvelerin silah sursat anbarinin zirehli texnika temir bazasinin mehv edilmesi idi Ilk hucum zamani ermeni terefinin ugursuzlugu ile neticelenir Sonradan hucumun aldadici manevr oldugu aydinlasir 9 Ermeni ordusuna qarsi sayca 11 min neferden ibaret olan 708 ci briqada ve ona daxil olan DIN qosunlari muqavimet gostermeli idi Umumi komandanligi Talib Memmedov heyata kecirirdi Lakin prezident Elcibey 1 2 iyun 1993 cu ilde Gencede Suret Huseynova sadiq qosunlara qarsi doyusmek ucun Agdamdan 12 eded D 30 haubitsasi ve 21 eded Qrad hemcinin canli quvvenin bir hissesini cixarmisdi Agdam istiqametinde hucumda Ermenistan terefden Esgeran Martuni ve Mardakert mudafie bolgelerinin qosunlari istirak edirdi Agdama esas zerbe cenubdan Merzili Yusifcanli kendleri istiqametinde merkezden Ehmedavar Selli kendleri istiqametinde ve simaldan Elimededli Qalaycilar kendleri istiqametinde endirildi Hucumun ilk 3 gunu ermeni qosunlari Agdam cebhesinin simal ve cenub istiqametinde mudafie xettini yardilar Cenub istiqametinden hucumda Merzili Novruzlu Yusifcanli ve Qiyameddinli simal istiqametinden ise Qalaycilar Eliagali Elimededli Kurdler kendi ele kecirildi Merkezde ise ermeni ordusunun butun hucumlari def edildi Ermeni qosunlarinin ilk ugurlarina baxmayaraq Azerbaycan ordusu inadkar muqavimet gosterdi Esas movqeler qorunub saxlanildi dusmen xeyli itki verdi Ilk hucumu def eden Azerbaycan ordusu eks hucuma kecerek bolgenin simalindaki Kurdler Mollalar ve Elimededli kendlerini geri aldi cenubda ise ermeniler terefinden ele kecirilmis butun kendler Merzili Novruzlu Yusifcanli ve Qiyameddinli geri alindi 12 iyun 1993 cu ilde Agdam rayonunun Merzili kendi ugrunda doyusler zamani Xocavend mudafie bolgesinin komandiri Monte Melkonyan ve kesfiyyat reisi Saribek Martirosyan olduruldu Xetai Baxisov Melkonyanin olumunu bele tesvir edir 8 Top atisindan sonra Merzilideki ermeni movqelerine hucuma basladiq esgerlerimiz boyuk sucaet gosterirdi Briqada artilleriya divizonunun komandiri bas leytenant Vuqar Qurbanov bu doyuslerde xususile ferqlendi Piyada doyus masinlarimizdan biri dusmen piyadalarin doyus masinlarini ve canli quvve ile dolu olan Kamazini vurdu Tezyiqimize doze bilmeyen dusmen Merzilini terk etmeye basladi BMP 1 heyeti Saiq Kelbiyev Asif Mutellimov ve Ehliman Muxtarov Monte Melkonyani olduren bu esgerin adi daha sonra deyisdirildi Bu sexs hele de Azerbaycan Silahli Quvvelerinde xidmet edir geri cekilen dusmen quvvelerini atese tutmaga davam etdi Bu anda ates xettinde bir UAZ avtomobili peyda oldu BMP hemin masini nisan aldi bu zaman avtomobilde ve onun yanindaki ermeniler sepelenerek qacdilar Ikinci atesden sonra alti ermeni basini qaldirmadi Bu anda Saiq ve Asif dusmenin terk etdiyi BMP ni ele kecirerek kenara cekmeye basladi Bunu goren ermeniler oz BMP lerini tankla vurdular Saiq ve Asif yerindece helak oldu BMP de tek qalan Ehliman UAZ istiqametinde intensiv atesi davam etdirdi Ermenilerin onu susdurmaq cehdleri ise bas tutmadi Iyunun 18 dek Azerbaycan qosunlari dusmeni praktik olaraq Agdam bolgesinin butun etrafi boyunca evvelki movqelerine geri cekilmeye mecbur edir Ermeni ordusu Agdere seherine de bir nece defe ugursuz hucumlar teskil edirler Ermeniler Demirli Nerkin Oratag Canyataq ve Gulyataq kendlerini ele kecirmeyi bacarsalar da Agdereni ele kecire bilmirler Azerbaycan ordusunun mudafie xettinin cebhe boyu qirilmanin qarsisini alinir Agdamda ugur qazana bilmeyen ermeni komandanligi emeliyyat istiqametini Agdere yonune cevirir Agdereni simaldan Akop Kamari istiqametinde ve cenubdan Papravend Boyehmedli istiqametinde iki hucumla muhasireye almaq ucun emeliyyat basladilir 20 iyunda ermeni qosunlari Agdam istiqametinde yeni bir hucuma basladilar Agdam bolgesinin merkezi ve cenub hissesinde olan Azerbaycan quvvelerini sixisdirmaq ucun Agdam istiqametinin merkezine manevredici hucum edilir Esas zerbe ise Agdam ve Agdere rayonlarinin Papravend ve Boyehmedli kendleri qovsagina endirildi Muhum yuksekliklere qalxan ermeniler Qalaycilar kendi yaxinliginda cebheni yararaq 25 iyunda Kurdler Mollalar Papravend Boyehmedli Qarapirimli Sofulu kendlerini tuturlar Bununla da Agdam Agdere yolu kesilir Bundan sonra Agdam seherinin tehcizatinda axsamalar baslayir Bu kendleri aldiqdan sonra ermeni ordusu Agdereye mudafie olunmayan cenub istiqametden cata ve seheri muhasireye ala bilerdi 24 iyun 1993 cu ilde ermeni qosunlari Akop Kamari kendini tutaraq Cileburt kendine dogru irelilemeyi bacardilar Bu Agderenin simaldan ve cenubdan muhasireye alinmasi tehlukesini yaratdi Azerbaycan komandanligi Agdereden geri cekilmeye ve Terter kanali boyunca mudafie movqeleri qurmaga basladi 27 iyunda Agderenin itirilmesi Agdamin mudafiesini cetinlesdirir Agdere isgal edilen erefede Ermenistan ordusunun Selibciler batalyonunun komandiri Karo Kaxkedjyan olduruldu 1993 cu il iyun ayinda Agdere bolgesindeki cebhe xetti Suqovusan Levonarx xetti ve Terter kanali boyunca sabitlesdi Agdereni ele kecirerek Agdam bolgesinin simalinda mohkemlenen ermeni komandanligi yeniden quvvelerini topladi 1993 cu il iyul ayinin evvellerine qeder ermeni komandanligi Agdam istiqametinde boyuk quvveler cemlesdirdi dord piyada alayi 6000 e qeder herbci iki tank batalyonu 60 tank bes top diviziyasi 120 top 10 Mi 24 helikopteri 4 Ermeni komandanligi sehere birbasa hucumdan imtina ederek Agderede oldugu kimi muhasireye almagi dusunurdu Ermeni bolmeleri erazi seraitinden istifade ederek simaldan ve cenubdan Agdami muhasireye almaga basladi Azerbaycan terefde istehkamlarin olmamasi ermenilerin lehine idi Ermeni bolmelerinden biri Agdama suvarma kanali istiqametinden yaxinlasdi lakin seher istiqametinde muhasireni tamamlaya bilmedi Bunun ucun ermenilerde kifayet gucu catismirdi Lakin ermeniler ehalide seherin muhasireye alindigi teessurati yaratmaga nail oldular Ermenilerin plani buna hesablanmisdi ve bu da alindi Ehali telem telesik seheri terk etmeye basladi Bu da seherin mudafiecilerinde ciddi ruh duskunluyu yaratdi ve muqavimetlerini zeifletdi Azerbaycan komandanliginin diqqetini Agdamdan yayindirmaq ucun 2 iyul 1993 cu ilde ermeni qosunlari Fuzuli ve Cebrayil istiqametlerinde hucuma basladilar Iki gun davam eden doyusler zamani Azerbaycan qosunlarinin mudafie xetti yarilsa da tezlikle eks hucumla ermeniler evvelki movqelerine geri atildilar 3 iyul 1993 cu ilde movcud quvvelerden istifade eden ermeni qosunlari Agdami muhasireye almaq meqsedi ile ucuncu defe guclu bir hucuma basladilar Esas zerbe Agdam rayonunun simalindan Qizil Kengerli Maqsudlu kendleri istiqametinde ve cenubdan Muganli Saybali Novruzlu istiqametinde vuruldu Meqsed Agdam Berde yolunu keserek Azerbaycan ordusunu muhasireye almaq idi Ermeni qosunlari agir doyuslerden sonra simal istiqametden Qizil Kengerli Salahli Kengerli Maqsudlu Muganli Sixbabali Saybali Bagbanlar Ismayilbeyli Novruzlu Merzili Yusifcanli kendlerini ele kecirmeyi bacardilar 4 iyul 1993 cu ilde ermeni qosunlari eyni zamanda cenubdan hucuma kecerek Agdam Berde yoluna yaxinlasdi Agdam ugrunda geden agir mudafie doyusleri ile eyni vaxtda Azerbaycan komandanligi polkovnik leytenant Eldar Eliyevin rehberliyi altindaki 709 cu motoatici briqadasinin bolmelerinin Agdama kocurulmesine basladi Bu bolmelere seherin simalinda Xidirli kendi yaxinliginda ve seherin cenubunda Muradbeyli kendi yaxinliginda irelileyen dusmen qruplasmalarina qarsi eks hucuma kecerek mehv etmek tapsirigi verilmisdi 709 cu motoatici briqadanin uc batalyonu Agdama yerlesdirildi Bu qosunlara Dosteli Haciyevin komandanligi altinda 1 ci motoatici batalyon Tacir Adigozelovun komandiri oldugu 3 cu batalyon Bahadur Zeynalovun komandanligi altinda 4 cu tabor Altay Bayramovun komandiri oldugu tank batalyonu daxil idi 709 cu motoatici briqadanin bolmeleri sehere catdiqdan derhal Xidirli kendini ve Yeddixirman yuksekliyini nezarete goturduler 5 iyul 1993 cu ilde 709 cu briqada bolmeleri ile birlikde 708 ci briqadanin bolmeleri ermeni quvvelerinin hucumunu def etmeye muveffeq oldular ve eks hucuma basladilar 5 7 iyul 1993 cu il tarixinde baslayan eks hucum zamani Azerbaycan qosunlari seherin simalindaki Qizil Kengerli Maqsudlu kendlerini ve seherin cenubundaki Muganli Sixbabali Saybali Bagbanlar Novruzlu kendlerini azad etmeyi bacardi Ciddi itkilere meruz qalan ermeni qosunlari seherin cenubundaki movqelerine cekilmek mecburiyyetinde qaldilar 3 4 iyul tarixlerinde Ermenistan qosunlarinin Agdama hucumunun def edilmesi ve 5 7 iyul 1993 cu il tarixlerinde heyata kecirilmis ugurlu eks hucumlar Azerbaycan komandanliginda ermeni qosunlarina ciddi ziyan deydiyine ve bundan sonra hucuma kece bilmeyecekleri barede inam yaratdi Bu dusunce daha sonra komandanliga baha basa gelecekdi 8 iyul 1993 cu ilden sonra Agdam istiqametinde sakitlik hokm sururdu aktiv doyus emeliyyatlari dayandirilmisdi 12 iyul 1993 cu ilde Mario Rafaellinin rehberlik etdiyi ATET in Minsk Qrupunun bir komissiyasi veziyyeti yoxlamaq ve qiymetlendirmek ucun bolgeye geldi Seherin ozunu ve etraf kendleri arasdirdiqdan sonra Mario Rafaellinin rehberlik etdiyi komissiya geri qayitdi Seherin taleyinin hell edildiyi erefede Agdamda hakimiyyet ugrunda mubarize basladi 15 iyul 1993 cu ilde Agdam tikinti materiallari kombinatinin direktoru Qasim Kerimovun rehberlik etdiyi bir qrup silahli sexs Agdam rayon icra hakimiyyetinin bascisi Nadir Ismayilovu devirdi ve rayon rehberliyinin binasini ele kecirerek Qasim Kerimovu Agdam rayon icra hakimiyyetinin bascisi elan etdi Bu hadisede 709 cu motoatici briqadasinin herbcileri de daxil olmaqla Azerbaycan ordusunun bezi zabitlerinin istirak etmesi ordudaki herc mercliyi gosterirdi 8 15 16 iyul 1993 cu il tarixlerinde ATET in Minsk qrupunun komissiyasinin getmesinden sonra quvvelerini yeniden toplayan ermeni ordusu dorduncu defe hucuma kecdi ve Agdamin simalinda tutulan movqelerini geri ala bildi Hucum zamani ermeniler Qizil Kengerli Maqsudlu Sahbulaq Tarnoyut kendlerini habele Cobandag Yeddixirman ve Bozdag yuksekliklerini ele kecirmeyi bacardilar Belece Azerbaycan qosunlari seher yaxinliginda esas movqeleri elinde saxlasa da seher etrafinda olan butun yukseklikler ermeni qosunlarinin elinde idi Ermeni ordusu Azerbaycan ordusunun emeliyyat sahesini maksimum daraltmisdi Bu faktiki muhasire idi Ermenileri seherin etrafinda olan yuksekliklerden atmadan Agdamin mudafiesi teskil oluna bilmezdi Veziyyeti yalniz eks hucum xilas ede bilerdi lakin bu emeliyyat ucun quvveler artiq yox idi Iyulun 21 de guclu artilleriya zerbelerinden sonra ermeni qosunlari Sahbulaq Esgeran ve Martuni istiqametinden Agdama yeni bir hucuma basladilar Hucumun ilk gunu dusmen seherin cenubundaki Muganli ve Saybalini tutmagi bacardi 22 iyul 1993 cu ilde ermeni ordusu seherin simalindaki Qiyasli kendini seherin qerbindeki Xidirli Qasimli ve Selli kendlerini ve seherin cenubundaki Saricali Muradbeyli Novruzlu ve Yusifcanli kendlerini de ele kecirmeyi bacardi Seher faktiki muhasireye alindigi ucun 23 iyul 1993 cu ilde Azerbaycan qosunlari seheri terk etmeye basladi 23 iyul 1993 cu il tarixde saat 17 radelerinde Agdam ve ona bitisik kendler dusmen terefinden atese tutulmaga basladi Azerbaycan ordusunun hisseleri Goytepe Eyvazxanbeyli ve Zengisali Afetli kendleri istiqametinde geri cekildi 43 gunluk siddetli doyuslerden sonra ermeni qosunlari Agdami ve sehere yaxin kendleri isgal etmeye muveffeq oldular Seherin isgali zamani beynelxalq qanunlar kobud sekilde pozulur Seher talandiqdan sonra tamamen yandirilir 1 Netice RedakteErmenilerin seheri zebt etmesi ve iyun iyul ayindaki ugurlu emeliyyatlar kecirmesi Gence qiyami ile elaqedar olmusdur Bele ki Suret Huseynov ve AXC arasinda bas vermis konflik vetendas muharibesi heddine catmisdi Agdamin itirilmesi ile Azerbaycan ordusu DQMV nin merkezi Xankendiye yaxin olan strateji baximdan en ehemiyyetli seherini itirdi Agdam ugrunda muharibede ermeni terefi 1500 Azerbaycan ise 5000 e yaxin itki verdi Azerbaycan ordusunun seher muharibelerinde en cox itki verdiyi erazi de Agdam oldu Agdami qaytarmaq ucun bir nece defe sehere hucum edilse de butun cehdler ugursuzluqla neticelendi Evezinde ermeni ordusu eks hucuma kecerek Azerbaycan ordusunu Agdamdan 6 km mesafeye qeder uzaqlasdirdi Agdamin isgali olkede bas veren xaosun getirdiyi netice idi Agdamin itirilmesinden sonra o dovrde Azerbaycanin Mudafie naziri vezifesini icra eden Sefer Ebiyev Kazimirov vasitesi ile herbi emeliyyatlarin dayandirilmasi ucun ordu komandiri Samvel Babayana muraciet etdi Ilk defe Rusiyanin vasiteciliyi ile iyulun 25 den 28 dek Azerbaycan ve Ermenistan arasinda ateskes haqqinda razilasma imzalandi Lakin bu razilasma da cox qisa surdu Ermenistan ordusu Koceryanin da qeyd etdiyi kimi Azerbaycanda siyasi qarisiqliqdan maksimum istifade etmeye calisirdi Bu defeki hedef cenub rayonlari idi 4 Reaksiyalar RedakteMinsk qrupunun meruzecisi Mario Rafaellinin melumatinda ermeni terefinin Agdamin isgal etmeyeceklerine teminat vermesi ile bagli vedlerin ve konfliktin sulh yolu ile hell edilesinin terefdari olmasi fikirlerine tamamen zidd oldugu vurgulanir 10 Hemcinin Mario Rafaellinin iyulun 6 da regiona olan seferini texire salmasi Heyder Eliyevi qezeblendirmisdi Eliyev umid edirdi ki Raffaellinin seferi Ermenistanin hucumunu dayandiracaq ve seferin texire salinmasi xeberine meyus oldugunu bildirerek deyib Minsk qrupu sedrinin munaqisenin helli planlarinin heyata kecirilmesinden cekinmesi subut edir ki ATET munaqiseni sulh yolu ile hell etmek evezine Azerbaycani guc usullarina ustunluk veren Ermenistanla uz uze qoyaraq kenara cekilir 11 Istinadlar Redakte 1 2 Seven Years of Conflict in Nagorno Karabakh HRW Helsinki Report page 19 Armenian Research Center FACT SHEET NAGORNO KARABAGH Arxivlesdirilib 2010 08 18 at the Wayback Machine The University of Michigan Dearborn April 3 1996 Nekotorye dobrovolcheskie formirovaniya 1991 1994gg 1 2 3 4 5 6 7 8 Agdam ugrunda doyusler 1993 Melumata gore Agdam ugrunda geden doyusde en azi 200 dinc sakin ve 200 herbci helak olub Gruppa Rossijskih Vojsk v Zakavkaze GRVZ 2010 06 13 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2016 07 05 Robert Parsons Tug of war for Nagorno Karabakh 1 2 3 4 5 Velimemmedov Memmed 2019 Qarabag muharibesi haqda ocerkler Moskva ISBN 978 5 532 10200 2 accessdate missing url http www miacum ru docs xronica Qarabag muharibesi 1988 2006 Doklad Predsedatelya Minskoj gruppy SBSE po Nagornomu Karabahu ot 27 iyulya 1993 goda dokument S 26184 2 Qafqaz regionu vetendas muharibesini derinlesdirirXarici kecidler RedakteMemmed Velimemmedov Agdamin mudafiesiMenbe https az wikipedia org w index php title Agdam ugrunda doyus amp oldid 6025892, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.