Azərbaycanda tatarlar
Azərbaycan Respublikasında tatarlar — Azərbaycan Respublikasında yaşayan, bu ölkənin vətəndaşı olan tatar əsilli əhali. Azərbaycan Respublikasında 2009-cu il siyahıya alınmasına görə 25 882 nəfər tatar yaşayır. Bu isə ümumi əhalinin 0,29 % təşkil edir.
İcma
1926 | 1939 | 1959 | 1970 | 1979 | 1989 | 1999 | 2009 |
---|---|---|---|---|---|---|---|
9 948 | ▲27 591 | ▲29 552 | ▲31 353 | ▼31 204 | ▼28 019 | ▲30 011 | ▼25 882 |
Tatarlar əsasən Azərbaycanın iri şəhərlərində cəmləşmişlər:Bakı, Sumqayıt, Gəncə, Xaçmaz, Quba, Qəbələ və s. Bakı şəhərində tatar icmasının 90%-dən çoxu yerləşir. Burada 25171 nəfər tatar yaşayır. Onlar Bakı əhalisinin azərbaycan türkləri və ruslardan sonra üçüncü böyük etnik qrupdur. Azərbaycanda yaşayan tatarların bölgələr üzrə yerləşməsi:
Din və dil
Tatarlar əsasən müsəlmandırlar. İslam dininin hənəfi məzhəbində etiqat edirlər.
Cəmiyyət
Azərbaycan Respublikasında tatarlara aid icmalar:
- Azərbaycan Respublikasında tatarların "Tuqan Tel" cəmiyyəti (Bakı)
- Azərbaycan Respublikasında tatarların "Yaşlek" cəmiyyəti (Bakı)
Bayramlar
Azərbaycanda yaşayan tatarlar azərbaycanlılarla birgə Novruz, Yeni il, Qurban, Ramazan bayramı ilə yanaşı özlərinin milli bayramı olan Sabantuy bayramını da qeyd edirlər.
Tanınmış şəxslər
- Tacuddin Mustafin — Qafqaz müsəlmanlarının həmçinin Azərbaycanın ilk müftisi (1832–1840).
- Süleyman bəy Sulkeviç — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş qərargah rəisi.
- Eldar Qasımov — Azərbaycan müğənnisi və musiqiçisi. Ulu nənəsi vaxtilə Həştərxan Tatar Dram Teatrının səhnəsində oynayan Mərziyyə Davudovadır.
- Mərziyyə Davudova — tatar əsilli Azərbaycan və Sovet teatr və kino aktrisası, SSRİ və Azərbaycan xalq artisti
- Firəngiz Şərifova — Azərbaycan Respublikasının xalq artisti
- Aliyə Qarayeva — Tatar əsilli azərbaycanlı bədii gimnast.
- Zemfira Meftahətdinova — Müstəqil Azərbaycanın birinci Olimpiya çempionu (atıcılıq).
- Dinarə Gimatova — Tatar əsilli azərbaycanlı bədii gimnast.
- Ramis Alimov — 20 yanvar şəhidi, "Azadlıq uğrunda mübariz" (1992) və "20 Yanvar Şəhidi" (1998) fəxri ad
- Fərqət Tuxtamışev — 20 yanvar şəhidi, "Azadlıq uğrunda mübariz" (1992) və "20 Yanvar Şəhidi" (1998) fəxri ad.
- Xədicə Qayıbova — Azərbaycanın ilk qadın pianoçularından biri.
- Fərid Xayrulin — Azərbaycan fotojurnalisti.
- Hənəfi Terequlov — Azərbaycan opera müğənnisi, bariton, teatr xadimi və ictimai xadim, Azərbaycanda opera xorunun banilərindən biri.
- Əziz Qubaydullin — professor, yazıçı, tarixçi, repressiya qurbanı
İstinadlar
- Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1926 года. Национальный состав населения по регионам республик СССР :Закавказская СФСР/Азербайджанская ССР---Источник: Всесоюзная перепись населения 1926 года.М.: Издание ЦСУ Союза ССР, 1928–29. Том 10–16. Таблица VI. Население по полу, народности.---А также Excel файл
- Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1926 г. Распределение постоянного населения на местных и неместных уроженцев :Закавказская СФСР: Азербайджанская ССР (с Нахичеванской АССР)---Источник: Источник: Всесоюзная перепись населения 1926 года. Т.LI. М. 1930. Табл.V. Уроженцы СССР, постоянно проживающие — по месту рождения. С.174–193
- Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1939 года. Национальный состав населения по республикам СССР :Азербайджанская ССР---Источник:РГАЭ РФ (быв. ЦГАНХ СССР), фонд 1562, опись 336, ед.хр. 966–1001 (Разработочная таблица ф. 15А. Национальный состав населения по СССР, республикам, областям, районам)
- Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1959 года. Национальный состав населения по республикам СССР: Азербайджанская ССР---Источник: РГАЭ РФ (быв. ЦГАНХ СССР), фонд 1562, опись 336, ед.хр. 1566а −1566д (Таблица 3,4 Распределение населения по национальности и родному языку)
- Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1970 года. Национальный состав населения по республикам СССР: Азербайджанская ССР---Источник: РГАЭ РФ , фонд 1562, опись 336, ед.хр.3998–4185 (Таблица 7с. Распределение населения по национальности, родному и второму языку.)
- Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1979 года. Национальный состав населения по республикам СССР: Азербайджанская ССР---Источник: РГАЭ РФ (быв. ЦГАНХ СССР), фонд 1562, опись 336, ед.хр. 6174–6238 (Таблица 9с. Распределение населения по национальности и родному языку).
- "Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по республикам СССР: Азербайджанская ССР — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2011-08-26. İstifadə tarixi: 7 iyul 2015..Orijinal mətn (rus.)
Источник: Рабочий архив Госкомстата России.Таблица 9с. Распределение населения по национальности и родному языку.)
- "Population by ethnic groups (by population census) — The State Statistical Committee of the Republic of Azerbaijan". İstifadə tarixi: 20 mart 2015.
- United Nations Statistics Division :4. Population by national and/or ethnic group, sex and urban/rural residence: each census, 1985–2003 or Population selon le group national et/ourthnique, le sexe et la résidence urbaine/rurale: recensements de 1985 à 2003
- "Ethnic composition of Azerbaijan by 1999 census — Population statistics of Eastern Europe". İstifadə tarixi: 17 iyun 2015.
- Ethnic composition of Azerbaijan 2009
- . 2016-03-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
- BAKIDA SABANTUY TATAR MİLLİ BAYRAMI QEYD OLUNMUŞDUR
- "Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 1992-ci il tarixli, 556 nömrəli Fərmanı (az.)
- Görkəmli musiqi xadimləri – Xədicə Qayıbova