Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Arifə Kadriyə Sultan 24 mart 1895 Konstantinopol 5 aprel 1933 Osmanlı sülaləsinin üzvü Osmanlı xanım sultanı Arifə Kadri

Arifə Kadriyə Sultan

Arifə Kadriyə Sultan
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Arifə Kadriyə Sultan (24 mart 1895, Konstantinopol – 5 aprel 1933) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.

Arifə Kadriyə Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 24 mart 1895
Doğum yeri Ulduz sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 5 aprel 1933 (38 yaşında)
Vəfat yeri Nitsa, Fransa
Atası İbrahim Tofiq Əfəndi
Anası Fövziyə xanım
Həyat yoldaşı Fənarizadə Mehmed Rəşid bəy
Uşaqları Məleykə xanım Sultan
Əmirə xanım Sultan
Ailəsi Osmanlı xanədanı

Həyatı

Kadriyə Sultan 24 mart 1895-ci ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin nəvəsi Tofiq Əfəndi, anası isə onun abxaz əsilli ilk xanımı Fövziyə xanımdır. Babası Burhanəddin Əfəndinin gənc yaşda vəfatı səbəbilə atası, Sultan Əbdülhəmidin himayəsində böyümüş, onun digər oğullarıyla birlikdə Ulduz sarayında yaşamışdır. Bu səbəblə Ulduz sarayında dünyaya gələn Kadriyə Sultan da burada mükəmməl şəkildə təlim-tərbiyə edilmişdir. 3 yaşında anasının vəfat etməsinin ardından, atasının ikinci xanımı Təsrid xanımın himayəsinə verilən Kadriyə Sultan, Sultan Əbdülhəmidin taxtdan endirilməsinin ardından digər ailə üzvləriylə birlikdə Nişantaşı köşkünə köçürüldü. 13 dekabr 1914-cü ildə Fənarizadə Mehmed Rəşid bəylə də məhz burada evləndi və bu nigahdan 2 qızı dünyaya gəldi.

3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Kadriyə Sultan da ailəsiylə birlikdə sürgün edildi. Ancaq qərar çıxarılan əsnada ağır xəstə idi və bu səbəblə, bir müddət səhhətinin düzəlməsi üçün o və ailəsinin paytaxtda qalmasına icazə verildi. Ancaq aprel ayının əvvəlində ailə ölkəni tərk etməyə məcbur oldu. İlk öncə Avstriyaya gedən ailə daha sonra Nitsaya köçdü. Burada piano müəlliməsi olaraq çalışan Kadriyə Sultanın əri Mehmed Rəşid bəy isə küçədə kibrit sataraq pul qazandı. Burada ikinci övladını dünyaya gətirdi. O illərdə tanış olduğu isveç əsilli Roza Keller ilə yaxın münasibət saxladı. Hətta vəsiyyətində vəfatından sonra Roza Kellerin əriylə evlənməsini və qızlarına analıq etməsini istəmişdir.

Tutulduğu vərəm xəstəliyi səbəbilə Kadriyə Sultan gənc yaşda 5 aprel 1933-cü ildə Nitsada vəfat etdi və cənazəsi burada dəfn olundu. Ölümündən sonra vəsiyyətinə uyğun olaraq, Roza Kellerlə evlənən əri Mehmed Rəşid bəy qızlarıyla birlikdə İsveçrəyə köçdü.

Övladları

  • Məleykə xanım Sultan (d. 6 fevral 1923 - ö. 2007) — Alfred Giraudy (d. 1914, Nitsa - ö. 1998) ilə evləndi və 1 övladı oldu.
    • Pierre Erol Giraudy Osman (d. 14 dekabr 1949) — İlk evliliyi 3 yanvar 1980-ci ildə Mariya-Kristina Mehouas ilə baş tutdu. Bu nigahdan 2 övladı oldu. İkinci evliliyi isə 23 oktyabr 1999-cu ildə Martina Robert ilə baş tutdu.
      • Julyen Cem Giraudy (d. 11 noyabr 1980, Paris - ö. 8 may 2019, Nitsa)
      • Magali Məlikə Girady (d. 10 oktyabr 1982, Fransa)
  • Əmirə xanım Sultan (d. 7 dekabr 1927, Nitsa - ö. 23 may 2004, Nitsa) — 17 dekabr 1957-ci ildə Jozef-Rene Chauvel (d. 1935) ilə evləndi və 3 övladı oldu.
    • Jean-Marc Vely Chauvel (d. 16 oktyabr 1957, Nitsa) — 21 sentyabr 1983-cü ildə Alina Kovalski ilə evləndi və 2 övladı oldu.
      • Delfina Mariya-Klark Roksana Chauvel (d. 2 aprel 1984, Nitsa)
      • Koralya Estella Əmirə Chauvel (d. 2 may 1988, Nitsa)
    • Annick Kadriyə Chauvel (d. 4 may 1959, Nitsa) — 28 noyabr 1987-ci ildə Jean-Pierre Ghiringhelli ilə evləndi və 2 övladı oldu.
      • Roland Ghiringhelli (d. 6 may 1998, Nitsa)
      • Gaetan Ghiringhelli (d. 13 noyabr 1990, Nitsa)
    • Frank Erol Chauvel (d. 21 noyabr 1961, Nitsa)
      • Antoni Daniel Giovanni Chauvel (d. 1 mart 1998, Nitsa)

Mənbə

  • Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
  • Bardakçı, Murat (2017). Neslishah: The Last Ottoman Princess. Oxford University Press.
  • Kırpık, Cevdet (2011). "Şehzade Evliliklerinde Değişim". OTAM (in Turkish)

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Arife Kadriye Sultan 24 mart 1895 Konstantinopol 5 aprel 1933 Osmanli sulalesinin uzvu Osmanli xanim sultani Arife Kadriye SultanSexsi melumatlarDogum tarixi 24 mart 1895Dogum yeri Ulduz sarayi Istanbul Osmanli imperiyasiVefat tarixi 5 aprel 1933 38 yasinda Vefat yeri Nitsa FransaAtasi Ibrahim Tofiq EfendiAnasi Fovziye xanimHeyat yoldasi Fenarizade Mehmed Resid beyUsaqlari Meleyke xanim Sultan Emire xanim SultanAilesi Osmanli xanedaniHeyatiKadriye Sultan 24 mart 1895 ci ilde Ulduz sarayinda dunyaya geldi Atasi Sultan Ebdulmecidin nevesi Tofiq Efendi anasi ise onun abxaz esilli ilk xanimi Fovziye xanimdir Babasi Burhaneddin Efendinin genc yasda vefati sebebile atasi Sultan Ebdulhemidin himayesinde boyumus onun diger ogullariyla birlikde Ulduz sarayinda yasamisdir Bu sebeble Ulduz sarayinda dunyaya gelen Kadriye Sultan da burada mukemmel sekilde telim terbiye edilmisdir 3 yasinda anasinin vefat etmesinin ardindan atasinin ikinci xanimi Tesrid xanimin himayesine verilen Kadriye Sultan Sultan Ebdulhemidin taxtdan endirilmesinin ardindan diger aile uzvleriyle birlikde Nisantasi koskune kocuruldu 13 dekabr 1914 cu ilde Fenarizade Mehmed Resid beyle de mehz burada evlendi ve bu nigahdan 2 qizi dunyaya geldi 3 mart 1924 tarixli TBMM qerari ile diger Osmanli sulalesi uzvleri kimi Kadriye Sultan da ailesiyle birlikde surgun edildi Ancaq qerar cixarilan esnada agir xeste idi ve bu sebeble bir muddet sehhetinin duzelmesi ucun o ve ailesinin paytaxtda qalmasina icaze verildi Ancaq aprel ayinin evvelinde aile olkeni terk etmeye mecbur oldu Ilk once Avstriyaya geden aile daha sonra Nitsaya kocdu Burada piano muellimesi olaraq calisan Kadriye Sultanin eri Mehmed Resid bey ise kucede kibrit sataraq pul qazandi Burada ikinci ovladini dunyaya getirdi O illerde tanis oldugu isvec esilli Roza Keller ile yaxin munasibet saxladi Hetta vesiyyetinde vefatindan sonra Roza Kellerin eriyle evlenmesini ve qizlarina analiq etmesini istemisdir Tutuldugu verem xesteliyi sebebile Kadriye Sultan genc yasda 5 aprel 1933 cu ilde Nitsada vefat etdi ve cenazesi burada defn olundu Olumunden sonra vesiyyetine uygun olaraq Roza Kellerle evlenen eri Mehmed Resid bey qizlariyla birlikde Isvecreye kocdu OvladlariMeleyke xanim Sultan d 6 fevral 1923 o 2007 Alfred Giraudy d 1914 Nitsa o 1998 ile evlendi ve 1 ovladi oldu Pierre Erol Giraudy Osman d 14 dekabr 1949 Ilk evliliyi 3 yanvar 1980 ci ilde Mariya Kristina Mehouas ile bas tutdu Bu nigahdan 2 ovladi oldu Ikinci evliliyi ise 23 oktyabr 1999 cu ilde Martina Robert ile bas tutdu Julyen Cem Giraudy d 11 noyabr 1980 Paris o 8 may 2019 Nitsa Magali Melike Girady d 10 oktyabr 1982 Fransa Emire xanim Sultan d 7 dekabr 1927 Nitsa o 23 may 2004 Nitsa 17 dekabr 1957 ci ilde Jozef Rene Chauvel d 1935 ile evlendi ve 3 ovladi oldu Jean Marc Vely Chauvel d 16 oktyabr 1957 Nitsa 21 sentyabr 1983 cu ilde Alina Kovalski ile evlendi ve 2 ovladi oldu Delfina Mariya Klark Roksana Chauvel d 2 aprel 1984 Nitsa Koralya Estella Emire Chauvel d 2 may 1988 Nitsa Annick Kadriye Chauvel d 4 may 1959 Nitsa 28 noyabr 1987 ci ilde Jean Pierre Ghiringhelli ile evlendi ve 2 ovladi oldu Roland Ghiringhelli d 6 may 1998 Nitsa Gaetan Ghiringhelli d 13 noyabr 1990 Nitsa Frank Erol Chauvel d 21 noyabr 1961 Nitsa Antoni Daniel Giovanni Chauvel d 1 mart 1998 Nitsa MenbeAdra Jamil 2005 Genealogy of the Imperial Ottoman Family 2005 p 32 Bardakci Murat 2017 Neslishah The Last Ottoman Princess Oxford University Press ISBN 978 9 774 16837 6 Kirpik Cevdet 2011 Sehzade Evliliklerinde Degisim OTAM in Turkish

Nəşr tarixi: İyun 20, 2024, 01:17 am
Ən çox oxunan
  • Aprel 02, 2025

    Biogeokimyəvi tarazlıq

  • Yanvar 26, 2025

    Bint Cubeyl

  • Mart 29, 2025

    Biliran

  • May 22, 2025

    Bilbaoda Quggenheim muzeyi

  • Mart 15, 2025

    Bilal Səidov

Gündəlik
  • Çərkəzlər

  • İsrailin İrana zərbələri (2025)

  • The Beach Boys

  • Sudanda vətəndaş müharibəsi (2023–hal-hazırda)

  • Ramiz Duyğun

  • Kuappi

  • Hanzala

  • Berlin (İspaniya teleserialı)

  • Fransa

  • Azərbaycan–Beliz münasibətləri

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı