fbpx
Wikipedia

Əlinin qətli

Əlinin qətli və ya Əlinin öldürülməsixarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsişiə islamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra,:308 hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. O, ÖmərOsmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir.

Əlinin qətli
"İmam Əlinin şəhadəti" əsəri. Müəllif, Yusif Əbdinicat
Hücum yeri Böyük Kufə məscidi, Kufə, Raşidi xilafəti (indiki İraq)
32°01′43″ şm. e. 44°24′03″ ş. u.
Hücum hədəfi Əli ibn Əbu Talib
Vaxt 26 yanvar 661 (661-01-26)
Hücum üsulu siyasi sui-qəsd
Silah zəhərli qılınc
Həlak olanlar Əli
Qatil sayı 1
Qatillər Əbdürrəhman ibn Mülcəm
Əli

Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir. Bu hadisələr xəlifə Osman ibn Əffanın sui-qəsd yolu ilə öldürülməsindən sonra başlamış və Əlinin dörd illik hakimiyyət dövrü boyunca davam etmişdir. 657-ci ildə baş vermiş Siffeyn döyüşündən sonra Əli I Muaviyə ilə arbitraja razılaşdıqdan sonra onun ordusunun içərisindən daha sonra xarici (mənası – "çıxıb gedənlər") adlandırılan bir qrup ortaya çıxdı.:390 Üsyan qaldıran xaricilər tərəfindən Əlinin bəzi tərəfdaşları öldürüdü. Buna baxmayaraq, Əlinin başçılıq etdiyi ordu onları 658-ci ilin iyul ayında baş verən Nəhrəvan döyüşündə darmadağın etdi.:260–261

İbn Mülcəmin Məkkədə xaricilərdən olan əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi ilə görüşündən sonra onlar razılaşırlar ki, müsəlmanların o vaxtkı vəziyyəti Əlinin, I Muaviyənin və Misir valisi Əmr ibn əl-Asın günahıdır. Onlar dövrün "acınacaqlı vəziyyəti"ni dəyişdirmək və Nəhrəvanda öldürülən yoldaşlarının intiqamını almaq üçün bu üç nəfəri öldürmək qərarına gəlirlər. Əlini öldürmək üçün yola düşən ibn Mülcəm Kufə şəhərinə doğru gedir. O, orada qardaşı və atası Nəhrəvanda ölən bir qadına aşiq olur. Qadın onunla evlənməyə razı olur, ancaq bir şərtlə ki, o, Əlini öldürsün. Çox keçməmiş, Əli Böyük Kufə məscidində namaz qılarkən ibn Mülcəm tərəfindən qılınc zərbəsi alır. İbn Mülcəm Əlinin ölümündən sonra Həsən ibn Əli tərəfindən islamın qisas institutuna uyğun olaraq edam edilir.

Zəmin

Əlinin öldürülməsinə gətirib çıxaran hadisələr islam peyğəmbəri Məhəmmədin ölümünə qədər gedib çıxır. Məhəmməd öldükdən sonra müsəlman icması ümmətin rəhbərliyinin varisinin kim olması ilə bağlı mübahisə edir. Səqifə Banu Səidədəki məclis Əbu Bəkri xəlifə seçir.:30–32 Sünni müsəlmanlar Məhəmmədin davamçı seçmədiyinə inanır, ancaq şiə müsəlmanlar inanır ki, Allah Qədiri-Xum hadisəsində Əlini Məhəmmədin varisi təyin edir.:43–48:193–194 Əbu Bəkrin ardınca hakimiyyətə 644-cü ildə öldürülən Ömər gəlir. Ömərin ölümündən sonra Məhəmmədin əmisi oğlu və kürəkəni Əli ilə Osman ibn Əffan xəlifəliyə namizəd oldular. Osman seçki şurası tərəfindən xəlifə seçilir. Onun 656-cı ildə ölümündən sonra isə Əli xəlifə seçilir.:203–204

Əlinin xilafəti İlk fitnə ilə üst-üstə düşmüşdü. O, Osmanın ölümündən beş gün sonra dördüncü Raşidi (mənası – "doğru idarə edilən") xəlifə seçilsə də, hakimiyyəti dövründə müqavimətlə qarşılaşdı. Əlinin hakimiyyəti dövründə Aişə, TəlhəZübeyr Məkkə şəhərində ona qarşı üsyan qaldırır, digər tərəfdən isə Levant valisi I Muaviyə yeni xəlifə kimi ona sədaqət andı verməkdən imtina edir. Beləliklə, xəlifə məqamının varisliyi uğrunda xilafət daxilində vətandaş müharibəsi baş verdi. Əli ilk qələbəsini 656-cı ildə baş vermiş Cəməl döyüşündə Məhəmmədin xanımı Aişə və digər səhabələrə qarşı qazanmışdır. O, daha sonra 657-ci ildə Siffeyn döyüşündə Muaviyə və onun ordusu ilə vuruşur. Döyüşün nəticəsi olmadığına görə Əli Muaviyə ilə arbitraja razılıq verdi. Lakin arbitrajın da heçbir nəticəsi olmur və döyüş sona yetir.:203–204

Əlinin Siffeyndə I Muaviyə ilə arbitraja razılaşmasından sonra onun ordusunun içərisindən daha sonra xaricilər adlandırılan bir qrup ortaya çıxdı. Onlar din mövzusunda insanın mühakiməsinə qarşı çıxır və "mühakimə sadəcə Allaha məxsusdur" şüarından istifadə edirdilər.:390 Xaricilər 658-ci ildə sədaqət andlarını pozaraq üsyan qaldırdılar və onlara qoşulmayan hər müsəlmanı öldürəcəklərini bəyan etdilər. Əli onları Nəhrəvan döyüşündə məğlub etdi. Xaricilərin öldürülməsi Əlinin xilafəti dövründəki "ən problemli hadisə" idi, çünki onlar Əlinin Muaviyə ilə olan müharibəsində onun ən güclü müttəfiqləri idilər.:261

Bu dövrdə xaricilərdən ibn Mülcəm, əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi Məkkə şəhərində görüşürlər. Hər üçü Həcc ziyarətindən sonra uzun müzakirələr apararaq qərara gəlirlər ki, müsəlmanların o dövrdəki vəziyyətinin səbəbkarı "xətalı hesab etdikləri" Əli, MuaviyəƏmr ibn Asdır. Onlar həmçinin "Nəhrəvanda öldürülmüş yoldaşlarının intiqamını almaq üçün" bu hər üç şəxsi öldürməyə and içirlər. Onlar sui-qəsd tarixi təyin edirlər və sui-qəsdçilər hər biri öz qurbanını seçir.

Əlinin öz taleyi ilə bağlı proqnozu

Əlinin sui-qəsdə uğramasından uzun müddət əvvəl öz taleyindən xəbərdar olması ilə bağlı rəvayətlər iki növdür. Bu öncədəngörmə onun öz "intuisiyası" və ya Məhəmməd vasitəsilə baş vermişdir. Əlinin "başından axan qanına" bulaşmış saqqalı haqqında Məhəmməddən və ya Əlinin özündən nəql edilən çox sayda hədis mövcuddur. Belə ki, qatil zəhərli qılıncla Əlinin başına zərbə endirmişdir. Başqa bir hədisə görə isə Məhəmməd, "qədimlərin ən zalımı Saleh peyğəmbərin dəvəsini öldürən, indiki insanların ən zalımı isə Əlini öldürəndir" demişdir. Həmçinin hədislərdə sui-qəsd gecəsi Əlinin onu gözləyən taleyin nəhayət gerçəkləşəcəyini söyləməsi və evinin həyətindəki ördəklərin Əlinin paltarının ətəyindən tutub, məscidə getməsinə mane olmaları haqqında məlumatlar mövcuddur.

Sui-qəsd

 
Əli sui-qəsdə uğrayarkən Böyük Kufə məscidində sübh namazına rəhbərlik edirdi

Əli ibn Əbu Talib əslən Misirdən və xaricilərdən olan Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən qətlə yetirilmişdir. İbn Mülcəm atası tərəfdən əslən Himyardan idi, ancaq anası tərəfdən olan qohumluq əlaqələrinə görə Muradilərdən sayılırdı. Həmçinin Kindədən olan Bəni Cəbalə ilə də qohumluq əlaqələrinə malik idi. O, Kufəyə Nəhrəvanda öldürülən xarici liderlərinin intiqamını almaq üçün Əlini öldürmək məqsədilə getmişdir.:308

İbn Mülcəm Kufədə Tayn əl-Ribab qəbiləsindən olan bir qrup insana rast gəldi. Onlar Əlinin ordusu tərəfindən Nəhrəvanda öldürümüş qohumları üçün yas tuturdular. Onların arasında Qutam adlı bir qadın da var idi. Din xadimi Əli əs-Sallabiyə görə, ibn Mülcəm Qutamı gördüyü an "ağlını itirir" və şəhərə gəlmək səbəbi olan "vəzifəsini yaddan çıxarır". O, Qutama evlilik təklifi edir. Qutam ondan "ağrılarının sağalması" üçün mehriyyə kimi "üç min dinar pul, bir kəniz, bir qulam və Əli ibn Əbu-Talibin ölümünü" istədi. Qutam da Əlidən intiqam almaq istəyirdi, çünki onun atası və qardaşı Nəhrəvan döyüşündə Əlinin qoşunları tərəfindən öldürülmüşdü.:79 İbn Mülcəm Şəbib ibn Bücra adlı şəxsi Əlini öldürməkdə kömək etməsi üçün razı saldı. Şəbib ibn Bücradan başqa Vərdan ibn Məcalid adlı şəxs də ibn Mülcəm ilə ortaq idi.:308 Sui-qəsdçilər Əlinin daxil olacağı məscid qapısının qarşısında dayandılar.

Əli ramazan ayının 19-da (və ya 17-də:308), cümə günündə sübh namazı qılmaq üçün Kufə məscidinə daxil olur. Əli ibadət zamanı Ənbiyə surəsinin ayələrini oxuyarkən:54 və ya məscidə daxil olandan sonra ibn Mülcəm zəhərli qılınc ilə onu "başının tac hissəsindən" yaralayır. Şəbib qılıncı ilə Əliyə zərbə yetirə bilmir, onun zərbəsi "qapının taxtadan olan çərçivəsinə və ya tağa" dəyir. O, məsciddən dərhal qaçır. Şəbib nəhayət Üvəymir tərəfindən Kində darvazasında yaxalansa da, izdiham arasından qaça bilir. Vərdan isə evinə qaçır. O, Əlinin qətlində iştirak etdiyini qohumu Abdullah ibn Nəcabə ibn Übeydə etiraf etdikdən sonra Abdullah tərəfindən öldürülür. İbn Mülcəm isə haşimi əl-Muğira ibn Nəvfal ibn əl-Hərit tərəfindən tutulur.:309

Əli əmr verir ki, əgər o, aldığı yaralardan vəfat etsə, qarşılığında ibn Mülcəm də edam edilməlidir (bax: islamda qisas). Əli iki gün sonra – hicri təqvim ilə 21 ramazan 40-cı ildə (və ya 19 ramazan 40-cı ildə), miladi təqvimi ilə isə 30 yanvar 661-ci ildə (və ya 28 yanvar 661-ci ildə), 62 və ya 63 yaşında vəfat etdi. İbn Mülcəm isə Həsən ibn Əlinin əmri ilə edam edildi.:309

Əşəs ibn Qeysin rolu

Əşəs ibn Qeys Kufədəki Kində qəbiləsinin başçısı idi.:83 Vilferd Madelunqa görə, Əşəs ibn Qeys Əlinin hakimiyyətinin son illərində Muaviyəyə meylli idi. Vilferd qeyd edir ki, Müaviyə Əşəs ibn Qeysə Əlinin ona qarşı yürüşünə könülsüzlük göstərsin deyə içərisində pul təklifi də daxil olan məktub göndərmişdi.:276 İbn Qeys bəzi mənbələrdə Əliyə qarşı sui-qəsddən xəbərdar olmaqda da ittiham olunur. Əl-Yaqubiyə görə, ibn Mülcəm qılıncını hazırlayarkən bir ay boyunca Əşəs ibn Qeys tərəfindən qonaq edilmişdi. İbn Sad qeyd edir ki, Əşəs ibn Qeys sui-qəsd gecəsi ibn Mülcəm ilə oturub məsləhətləşmiş, hətta o, Əliyə zərbə endirməsi üçün ibn Mülcəmə "sübh gülümsədi" deyərək siqnal vermişdir. Mənbələrin əksəriyyəti Əşəs ibn Qeysin bu birmənalı olmayan ifadəsini sitat gətirirlər: "şəfəq sizin üçün açılıb". Şiəliyə meylli mənbələr isə bu ifadəni açıq bir təşviq olaraq sayırlar və bu cür qeyd edirlər: "Qurtuluş, qurtuluş! Şəfəq sizin üçün açılıb". Hucr ibn Adi sui-qəsddən sonra Əşəs ibn Qeysi Əlinin qətlində iştirak etməklə ittiham etmişdi. Hətta Əşəs ibn Qeysin Əlini ibn Mülcəm haqqında əvvəlcədən xəbərdar etməsi haqqında da məlumat mövcuddur. Laura Veççiya Valyeriyə görə, mənbələr Əşəs ibn Qeysin haqqında Əliyə sadiq qalması, birbaşa sui-qəsddə iştirak etməsi və ya cinayətə şərik olması kimi fərqli-fərqli məlumatlar qeyd edirlər.

Buna baxmayaraq, əl-Səllabi irəli sürür ki, bu ittihamlar əsassızdır, çünki Əşəs ibn Qeys Əliyə sadiq, xaricilərə isə ilk vaxtlardan bəri qarşı idi və Nəhrəvan döyüşündə onlarla vuruşmuşdur. O həmçinin, Siffeyn döyüşündə suriyalılara qarşı vuruşan ilk adamlardan idi. Əlavə olaraq, əl-Səllabi inanır ki, Əlinin ailəsindən kimdənsə bu ittihamları dəstəkləyən rəvayət yoxdur və onun ailəsi bu ittihamlar barədə Əşəs ibn Qeysin ailəsinin hərhansı bir üzvü ilə müzakirə aparmayıb. O, ibn Mülcəm Əlini yaraladıqdan sonra öz oğlunu Əlinin vəziyyətini öyrənsin deyə göndərmişdi.

Dəfn

Əlinin cəsədi oğulları – Həsən, Hüseyn, Məhəmməd ibn əl-Hənəfiyyə və qardaşı oğlu Abdulla ibn Cəfər tərəfindən yuyulmuşdur. Onlar Übeydulla ibn Abbas ilə birlikdə Əlini gizlin şəkildə dəfn etdilər. Çünki, onlar qorxurdular ki, Əlinin cəsədi öz qəbrindən "çıxarılacaq və təhqir olunacaq".:309 Bəzi mənbələrdə qeyd olunur ki, Əli indiki İraqın Nəcəf şəhərindəki İmam Əli məscidində dəfn olunub.:37 Buna baxmayaraq, başqa mənbələr, əsasən əfqanlar iddia edirlər ki, Əli Əfqanıstanın Məzari-Şərif şəhərindəki Göy məsciddə dəfn olunmuşdur. Əlinin ölümü şiə müsəlmanlar tərəfindən hər il yad edilir.

Nəticə

Vilferd Madelunqa görə, kiçik bir azlıq Əlinin "peyğəmbərdən sonrakı ən yaxşı müsəlman və onlara idarə etmək hüququ olan tək şəxs" olduğuna inanırdı. Əlinin ölümündən sonra insanların ona olan baxışları bölündü. "Muaviyəyə və onun suriyalı müttəfiqlərinə qarşı olan inamsızlıq və müxalifət" insanların əksəriyyətini eyni bayraq altında birləşdirmişdi. Əlinin pərəstişkarları daha sonra əksəriyyətə çevrilmişdir. Buna səbəb Əməvi hakimiyyətini təşkil edən "dərəbəylik, yanlış idarəetmə və repressiya" idi.:309

Əlinin ölümündən sonra İraq şiələri onun ən böyük oğlu Həsəni Əlinin xələfi və beləliklə növbəti xəlifə elan etdilər. Bu dövrdə baş vermiş hadisələr Həsən ibn Əlinin daha çox qan tökülməsinin qarşısını almaq üçün Həsən-Müaviyə müqaviləsini imzalamasına və xəlifəlikdən imtina etməsinə gətirib çıxardı. Beləliklə, Muaviyə Əməvilər xilafətinin birinci xəlifəsi olur. Muaviyə 680-ci ildə, 45 yaşında Mədinə şəhərində vəfat edir. Onun xələfi hicri təqvim ilə 61-ci ildə, miladi təqvim ilə 680-ci ildə hakimiyyətə gələn I Yezid olur, ancaq Həsənin qardaşı Hüseyn Yezidin hakimiyyətini qəbul etmir. İraqdakı Kufə şəhərinin əhalisi həmin il onu şəhərə dəvət etdikdən sonra Hüseyn İraqa doğru yürüşə başlayır. Onun ailəsi və özü məhərrəm ayında baş vermiş Kərbəla hadisələrində I Yezidin ordusu tərəfindən qətlə yetirilir. Kərbala hadisələri şiələr tərəfindən hər il yad edilir. Eyni zamanda, demək olar ki, bütün müsəlmanlar məhərrəm ayında Hüseynin və ailəsinin vəhşicəsinə qətlə yetirilməsini yad edirlər.

İncəsənətdə

Bu hadisə Yusif Əbdinicat, Fərhad Sadiqi və Mansurə Hüseynin rəsm əsərlərində, Bəhram Beyzainin teatr tamaşasında təsvir edilmişdir.

Əbdinicat rəsmində rənglərdən istifadə edərək "ikilik" göstərmə təsvir etmişdir. Əlinin rənglənməsində istifadə olunan firuzəyi rəng ilə "uyğunlaşan" mavi spektrının rəngləri və İmam Əlinin bədənindən və bədənin bucaqlarından yaranan işıq şüaları rəssamın bir növ mənəviyyata ilham vermək üçün istifadə etdiyi elementlərdəndir. Digər tərəfdən, göy rəng ilə əhatə olunan sui-qəsdçi qəhvəyi rəngdə təsvir olunub və onun ayaq hissəsində şərli məxluqlar görmək mümkündür. İbn Mülcəmin bədənindən alov yüksəlir, yəni cəhənnəm atəşi. Bu, sui-qəsdçinin taleyini təsvir etmək üçün istifadə edilmişdir. Həmçinin sui-qəsdçinin alnında möhür izi görünür.

Həmçinin bax

Qeydlər

  1. Bu şəxslərin ikisinin də Kində tayfasından olduğu güman edilir.
  2. Əməvilər nəzərdə tutulur.

İstinadlar

  1. Madelunq, Vilferd (1997). The Succession to Muhammad: A Study of the Early Caliphate (ingilis). Cambridge University Press. ISBN 978-0-521-64696-3.
  2. Veççiya Valyeri, Laura. "ʿAlī b. Abī Ṭālib.". İslam Ensiklopediyası (ingilis) (II buraxılış). Brill Online. doi:10.1163/1573-3912_islam_COM_0046.
  3. Haynds, Martin. . İslam Ensiklopediyası (ingilis) (II buraxılış). Brill. 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  4. Higins, Enni C. (2004). "Kharijites, Khawarij". In Martin, Riçard C. (ed.). Encyclopedia of Islam and the Muslim World v.1 (ingilis). Macmillan.
  5. Veççiya Valyeri, Laura. "Ibn Muld̲j̲am.". Encyclopædia of Islam, Second Edition (ingilis). Brill Online.
  6. Dakeyk, Mariya Massi (2008). The charismatic community : Shiʻite identity in early Islam (ingilis). Albany: State University of New York Press. ISBN 978-0-7914-7034-3.
  7. Robinson, Çeys F. (2011). The New Cambridge History of Islam (ingilis). Cambridge University Press.
  8. Qulami, Mənuçöhrü; Metyu, Melvin-Kuşki; Şah-Kazımi, Rza; Bəhramiyan, Əli; Pakatçi, Əhməd; Məhəmməd İsa, Uoli; Dəryuş, Məhəmməd; Tarə, Məsud; Braun, Keven; Cuzi, Məhəmməd Rza; Səccadi, Sadıq; Bulukbaşi, Əli A.; Nəgahban, Fərzin; Əlizadə, Məhbanu; Qulami, Yədulla. "ʿAlī b. Abī Ṭālib.". Encyclopaedia Islamica (ingilis). Brill. (#redundant_parameters); (#first_missing_last)
  9. ahlibeyt.az (15 May, 2020). "Bu gün Həzrət Əli(ə)nin şəhadət günüdür" (azərb.). 20 avqust 2020 tarixində . İstifadə tarixi: 20 avqust 2020.
  10. ahlibeyt.az (4 İyun, 2018). "Bu gün Həzrət Əlinin (ə) zərbətləndiyi gündür" (azərb.). 20 avqust 2020 tarixində . İstifadə tarixi: 20 avqust 2020.
  11. əl-Səlləbi, Əli. Biography of Ali ibn Abi Talib (ingilis). Darussalam Publishers.
  12. Nəsr, Seyid Hüseun (2007). "Ali". Encyclopædia Britannica Online (ingilis).
  13. Punavala, İ. K. (1985). "ʿAli B. Abi Ṭaleb". Encyclopædia Iranica (ingilis).
  14. Kuk, Devid (2007). Martyrdom in Islam (ingilis). Cambridge University Press. ISBN 978-0-521-61551-8.
  15. Qliv, Robert M. (2014). . İslam Ensiklopediyası (ingilis) (III buraxılış). Brill Online. 2016-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  16. Kelsi, 1993. səh. 92
  17. Abbas, Əli. "The Life of the Commander of the Faithful Ali Ibn Abu Talib (as)" (ingilis). December 28, 2019 tarixində . İstifadə tarixi: 30 iyul 2020.
  18. Şah-Kazımi, Rza. "Ali ibn Abu Talib". Medieval Islamic Civilization: An Encyclopedia (ingilis). Taylor & Francis. ISBN 978-0-415-96691-7.
  19. Harold, Frank. "BALKH AND MAZAR-e-SHARIF" (ingilis). UW Departments Web Server. December 21, 2019 tarixində . İstifadə tarixi: 30 iyul 2020.
  20. Cons, C. Qordon Melton; A. Beverli, Ceyms; Bak, Kristofer; A., Konstans (2011 publisher=ABC-CLIO). Religious celebrations : an encyclopedia of holidays, festivals, solemn observances, and spiritual commemorations (ingilis). Santa-Barbara, Kaliforniya. ISBN 978-1-59884-205-0. (#missing_pipe)
  21. Musa, Matti (1987). Extremist Shiites: The Ghulat Sects (ingilis). Syracuse University Press. ISBN 978-0-8156-2411-0.
  22. Kampo, Xuan E. (2009). Encyclopedia of Islam (ingilis). Nyu-York: Facts On File. ISBN 978-0-8160-5454-1.
  23. "An analysis on 'The Assault on Ali' painting". khabaronline (ingilis). 24 dekabr 2017 tarixində . İstifadə tarixi: 30 iyul 2020.
  24. "'The Assault on Ali' painting gets featured in Sa'd Abad artifacts museum on the night of Qadr". Saadabad mədəni tarixi kompleksi (ingilis). December 24, 2017 tarixində . İstifadə tarixi: 30 iyul 2020.
  25. "A painting on 'The Assault on Ali' is unveiled". International Quran News Agency (ingilis). December 25, 2017 tarixində . İstifadə tarixi: 30 iyul 2020.
  26. "The 'Assault on Ali' stageplay by Bahram Beizayi is on". www.islamicartz.com (fars). December 25, 2017 tarixində . İstifadə tarixi: 30 iyul 2020.

Xarici keçidlər

  • "Xüsusi biblioqrafiya". (fars.)

əlinin, qətli, əlinin, öldürülməsi, xarici, əbdürrəhman, mülcəm, muradi, tərəfindən, yanvar, tarixində, indiki, iraqın, kufə, şəhərində, yerləşən, böyük, kufə, məscidində, rəşidi, xəlifəsi, şiə, islamın, birinci, imamı, əli, əbu, talibə, qarşı, törədilmiş, qəs. Elinin qetli ve ya Elinin oldurulmesi xarici Ebdurrehman ibn Mulcem el Muradi terefinden 26 yanvar 661 ci il tarixinde indiki Iraqin Kufe seherinde yerlesen Boyuk Kufe mescidinde Residi xelifesi ve sie islamin birinci imami Eli ibn Ebu Talibe qarsi toredilmis sui qesd hadisesi Eli basina zeherli qilincla zerbe endirilmesinden iki gun sonra 1 308 hicri teqvim ile 40 ci ilin ramazan ayinin 21 de ve ya 19 da miladi teqvim ile yanvar ayinin 28 de 661 ci ilde aldigi yaralardan vefat etmisdir 2 O Omer ve Osmandan sonra sui qesde ugramis ardicil ucuncu xelifedir Elinin qetli Imam Elinin sehadeti eseri Muellif Yusif EbdinicatHucum yeri Boyuk Kufe mescidi Kufe Rasidi xilafeti indiki Iraq 32 01 43 sm e 44 24 03 s u Hucum hedefi Eli ibn Ebu TalibVaxt 26 yanvar 661 661 01 26 Hucum usulu siyasi sui qesdSilah zeherli qilincHelak olanlar EliQatil sayi 1Qatiller Ebdurrehman ibn MulcemElibaxmuzakireredakteEli Osmanin 656 ci il tarixinde sui qesd ile oldurulmesinden sonra xelife olmusdur Buna baxmayaraq o Levant valisi I Muaviye de daxil olmaqla muxtelif fraksiyalarin muxalifeti ile qarsilasdi Erken Islam dovletinde Ilk fitne adlanan vetendas muharibesi bas verdi ki bu da Emeviler sulalesinin hakimiyyete gelmesi ile neticelenmisdir Bu hadiseler xelife Osman ibn Effanin sui qesd yolu ile oldurulmesinden sonra baslamis ve Elinin dord illik hakimiyyet dovru boyunca davam etmisdir 657 ci ilde bas vermis Siffeyn doyusunden sonra Eli I Muaviye ile arbitraja razilasdiqdan sonra 3 onun ordusunun icerisinden daha sonra xarici menasi cixib gedenler adlandirilan bir qrup ortaya cixdi 4 390 Usyan qaldiran xariciler terefinden Elinin bezi terefdaslari oldurudu Buna baxmayaraq Elinin basciliq etdiyi ordu onlari 658 ci ilin iyul ayinda bas veren Nehrevan doyusunde darmadagin etdi 1 260 261Ibn Mulcemin Mekkede xaricilerden olan el Berak ibn Abdullah ve Emr ibn Bekr el Temimi ile gorusunden sonra onlar razilasirlar ki muselmanlarin o vaxtki veziyyeti Elinin I Muaviyenin ve Misir valisi Emr ibn el Asin gunahidir Onlar dovrun acinacaqli veziyyeti ni deyisdirmek ve Nehrevanda oldurulen yoldaslarinin intiqamini almaq ucun bu uc neferi oldurmek qerarina gelirler Elini oldurmek ucun yola dusen ibn Mulcem Kufe seherine dogru gedir O orada qardasi ve atasi Nehrevanda olen bir qadina asiq olur Qadin onunla evlenmeye razi olur ancaq bir sertle ki o Elini oldursun Cox kecmemis Eli Boyuk Kufe mescidinde namaz qilarken ibn Mulcem terefinden qilinc zerbesi alir Ibn Mulcem Elinin olumunden sonra Hesen ibn Eli terefinden islamin qisas institutuna uygun olaraq edam edilir 5 Mundericat 1 Zemin 1 1 Elinin oz taleyi ile bagli proqnozu 2 Sui qesd 2 1 Eses ibn Qeysin rolu 3 Defn 4 Netice 5 Incesenetde 6 Hemcinin bax 7 Qeydler 8 Istinadlar 9 Xarici kecidlerZemin RedakteElinin oldurulmesine getirib cixaran hadiseler islam peygemberi Mehemmedin olumune qeder gedib cixir Mehemmed oldukden sonra muselman icmasi ummetin rehberliyinin varisinin kim olmasi ile bagli mubahise edir Seqife Banu Seidedeki meclis Ebu Bekri xelife secir 1 30 32 Sunni muselmanlar Mehemmedin davamci secmediyine inanir ancaq sie muselmanlar inanir ki Allah Qediri Xum hadisesinde Elini Mehemmedin varisi teyin edir 6 43 48 7 193 194 Ebu Bekrin ardinca hakimiyyete 644 cu ilde oldurulen Omer gelir Omerin olumunden sonra Mehemmedin emisi oglu ve kurekeni Eli ile Osman ibn Effan xelifeliye namized oldular Osman secki surasi terefinden xelife secilir Onun 656 ci ilde olumunden sonra ise Eli xelife secilir 7 203 204Elinin xilafeti Ilk fitne ile ust uste dusmusdu 3 O Osmanin olumunden bes gun sonra dorduncu Rasidi menasi dogru idare edilen xelife secilse de hakimiyyeti dovrunde muqavimetle qarsilasdi Elinin hakimiyyeti dovrunde Aise Telhe ve Zubeyr Mekke seherinde ona qarsi usyan qaldirir diger terefden ise Levant valisi I Muaviye yeni xelife kimi ona sedaqet andi vermekden imtina edir Belelikle xelife meqaminin varisliyi ugrunda xilafet daxilinde vetandas muharibesi bas verdi Eli ilk qelebesini 656 ci ilde bas vermis Cemel doyusunde Mehemmedin xanimi Aise ve diger sehabelere qarsi qazanmisdir O daha sonra 657 ci ilde Siffeyn doyusunde Muaviye ve onun ordusu ile vurusur Doyusun neticesi olmadigina gore Eli Muaviye ile arbitraja raziliq verdi Lakin arbitrajin da hecbir neticesi olmur ve doyus sona yetir 7 203 204Elinin Siffeynde I Muaviye ile arbitraja razilasmasindan sonra onun ordusunun icerisinden daha sonra xariciler adlandirilan bir qrup ortaya cixdi Onlar din movzusunda insanin muhakimesine qarsi cixir ve muhakime sadece Allaha mexsusdur suarindan istifade edirdiler 4 390 Xariciler 658 ci ilde sedaqet andlarini pozaraq usyan qaldirdilar ve onlara qosulmayan her muselmani oldureceklerini beyan etdiler Eli onlari Nehrevan doyusunde meglub etdi Xaricilerin oldurulmesi Elinin xilafeti dovrundeki en problemli hadise idi cunki onlar Elinin Muaviye ile olan muharibesinde onun en guclu muttefiqleri idiler 1 261Bu dovrde xaricilerden ibn Mulcem el Berak ibn Abdullah ve Emr ibn Bekr el Temimi a Mekke seherinde gorusurler Her ucu Hecc ziyaretinden sonra uzun muzakireler apararaq qerara gelirler ki muselmanlarin o dovrdeki veziyyetinin sebebkari xetali hesab etdikleri Eli Muaviye ve Emr ibn Asdir Onlar hemcinin Nehrevanda oldurulmus yoldaslarinin intiqamini almaq ucun bu her uc sexsi oldurmeye and icirler Onlar sui qesd tarixi teyin edirler ve sui qesdciler her biri oz qurbanini secir 8 Elinin oz taleyi ile bagli proqnozu Redakte Elinin sui qesde ugramasindan uzun muddet evvel oz taleyinden xeberdar olmasi ile bagli revayetler iki novdur Bu oncedengorme onun oz intuisiyasi ve ya Mehemmed vasitesile bas vermisdir Elinin basindan axan qanina bulasmis saqqali haqqinda Mehemmedden ve ya Elinin ozunden neql edilen cox sayda hedis movcuddur Bele ki qatil zeherli qilincla Elinin basina zerbe endirmisdir Basqa bir hedise gore ise Mehemmed qedimlerin en zalimi Saleh peygemberin devesini olduren indiki insanlarin en zalimi ise Elini oldurendir demisdir Hemcinin hedislerde sui qesd gecesi Elinin onu gozleyen taleyin nehayet gercekleseceyini soylemesi 5 ve evinin heyetindeki ordeklerin Elinin paltarinin eteyinden tutub mescide getmesine mane olmalari haqqinda melumatlar movcuddur 9 Sui qesd Redakte Eli sui qesde ugrayarken Boyuk Kufe mescidinde subh namazina rehberlik edirdi Eli ibn Ebu Talib eslen Misirden ve xaricilerden olan Ebdurrehman ibn Mulcem el Muradi terefinden qetle yetirilmisdir Ibn Mulcem atasi terefden eslen Himyardan idi ancaq anasi terefden olan qohumluq elaqelerine gore Muradilerden sayilirdi Hemcinin Kindeden olan Beni Cebale ile de qohumluq elaqelerine malik idi O Kufeye Nehrevanda oldurulen xarici liderlerinin intiqamini almaq ucun Elini oldurmek meqsedile getmisdir 1 308Ibn Mulcem Kufede Tayn el Ribab qebilesinden olan bir qrup insana rast geldi Onlar Elinin ordusu terefinden Nehrevanda oldurumus qohumlari ucun yas tuturdular Onlarin arasinda Qutam adli bir qadin da var idi 5 Din xadimi Eli es Sallabiye gore ibn Mulcem Qutami gorduyu an aglini itirir ve sehere gelmek sebebi olan vezifesini yaddan cixarir O Qutama evlilik teklifi edir Qutam ondan agrilarinin sagalmasi ucun mehriyye kimi 10 uc min dinar pul bir keniz bir qulam ve Eli ibn Ebu Talibin olumunu istedi Qutam da Eliden intiqam almaq isteyirdi cunki onun atasi ve qardasi Nehrevan doyusunde Elinin qosunlari terefinden oldurulmusdu 11 79 Ibn Mulcem Sebib ibn Bucra adli sexsi Elini oldurmekde komek etmesi ucun razi saldi Sebib ibn Bucradan basqa Verdan ibn Mecalid adli sexs de ibn Mulcem ile ortaq idi 1 308 Sui qesdciler Elinin daxil olacagi mescid qapisinin qarsisinda dayandilar 5 Eli ramazan ayinin 19 da ve ya 17 de 1 308 cume gununde subh namazi qilmaq ucun Kufe mescidine daxil olur 12 13 Eli ibadet zamani Enbiye suresinin ayelerini oxuyarken 14 54 ve ya mescide daxil olandan 2 15 sonra ibn Mulcem zeherli qilinc ile onu basinin tac hissesinden yaralayir 5 Sebib qilinci ile Eliye zerbe yetire bilmir onun zerbesi qapinin taxtadan olan cercivesine ve ya taga deyir O mescidden derhal qacir Sebib nehayet Uveymir terefinden Kinde darvazasinda yaxalansa da izdiham arasindan qaca bilir Verdan ise evine qacir O Elinin qetlinde istirak etdiyini qohumu Abdullah ibn Necabe ibn Ubeyde etiraf etdikden sonra Abdullah terefinden oldurulur Ibn Mulcem ise hasimi el Mugira ibn Nevfal ibn el Herit terefinden tutulur 1 309Eli emr verir ki eger o aldigi yaralardan vefat etse qarsiliginda ibn Mulcem de edam edilmelidir bax islamda qisas 16 Eli iki gun sonra hicri teqvim ile 21 ramazan 40 ci ilde ve ya 19 ramazan 40 ci ilde miladi teqvimi ile ise 30 yanvar 661 ci ilde ve ya 28 yanvar 661 ci ilde 62 ve ya 63 yasinda vefat etdi 2 Ibn Mulcem ise Hesen ibn Elinin emri ile edam edildi 1 309 17 Eses ibn Qeysin rolu Redakte Eses ibn Qeys Kufedeki Kinde qebilesinin bascisi idi 1 83 Vilferd Madelunqa gore Eses ibn Qeys Elinin hakimiyyetinin son illerinde Muaviyeye meylli idi Vilferd qeyd edir ki Muaviye Eses ibn Qeyse Elinin ona qarsi yurusune konulsuzluk gostersin deye icerisinde pul teklifi de daxil olan mektub gondermisdi 1 276 Ibn Qeys bezi menbelerde Eliye qarsi sui qesdden xeberdar olmaqda da ittiham olunur 5 El Yaqubiye gore ibn Mulcem qilincini hazirlayarken bir ay boyunca Eses ibn Qeys terefinden qonaq edilmisdi Ibn Sad qeyd edir ki Eses ibn Qeys sui qesd gecesi ibn Mulcem ile oturub meslehetlesmis hetta o Eliye zerbe endirmesi ucun ibn Mulceme subh gulumsedi deyerek siqnal vermisdir Menbelerin ekseriyyeti Eses ibn Qeysin bu birmenali olmayan ifadesini sitat getirirler sefeq sizin ucun acilib Sieliye meylli menbeler ise bu ifadeni aciq bir tesviq olaraq sayirlar ve bu cur qeyd edirler Qurtulus qurtulus Sefeq sizin ucun acilib Hucr ibn Adi sui qesdden sonra Eses ibn Qeysi Elinin qetlinde istirak etmekle ittiham etmisdi Hetta Eses ibn Qeysin Elini ibn Mulcem haqqinda evvelceden xeberdar etmesi haqqinda da melumat movcuddur Laura Vecciya Valyeriye gore menbeler Eses ibn Qeysin haqqinda Eliye sadiq qalmasi birbasa sui qesdde istirak etmesi ve ya cinayete serik olmasi kimi ferqli ferqli melumatlar qeyd edirler 5 Buna baxmayaraq el Sellabi ireli surur ki bu ittihamlar esassizdir cunki Eses ibn Qeys Eliye sadiq xaricilere ise ilk vaxtlardan beri qarsi idi ve Nehrevan doyusunde onlarla vurusmusdur O hemcinin Siffeyn doyusunde suriyalilara b qarsi vurusan ilk adamlardan idi Elave olaraq el Sellabi inanir ki Elinin ailesinden kimdense bu ittihamlari destekleyen revayet yoxdur ve onun ailesi bu ittihamlar barede Eses ibn Qeysin ailesinin herhansi bir uzvu ile muzakire aparmayib 11 O ibn Mulcem Elini yaraladiqdan sonra oz oglunu Elinin veziyyetini oyrensin deye gondermisdi 8 Defn RedakteElinin cesedi ogullari Hesen Huseyn Mehemmed ibn el Henefiyye ve qardasi oglu Abdulla ibn Cefer terefinden yuyulmusdur Onlar Ubeydulla ibn Abbas ile birlikde Elini gizlin sekilde defn etdiler Cunki onlar qorxurdular ki Elinin cesedi oz qebrinden cixarilacaq ve tehqir olunacaq 1 309 2 Bezi menbelerde qeyd olunur ki Eli indiki Iraqin Necef seherindeki Imam Eli mescidinde defn olunub 18 37 Buna baxmayaraq basqa menbeler esasen efqanlar iddia edirler ki Eli Efqanistanin Mezari Serif seherindeki Goy mescidde defn olunmusdur 19 Elinin olumu sie muselmanlar terefinden her il yad edilir 20 Netice RedakteVilferd Madelunqa gore kicik bir azliq Elinin peygemberden sonraki en yaxsi muselman ve onlara idare etmek huququ olan tek sexs olduguna inanirdi Elinin olumunden sonra insanlarin ona olan baxislari bolundu Muaviyeye ve onun suriyali muttefiqlerine qarsi olan inamsizliq ve muxalifet insanlarin ekseriyyetini eyni bayraq altinda birlesdirmisdi Elinin perestiskarlari daha sonra ekseriyyete cevrilmisdir Buna sebeb Emevi hakimiyyetini teskil eden derebeylik yanlis idareetme ve repressiya idi 1 309Elinin olumunden sonra Iraq sieleri onun en boyuk oglu Heseni Elinin xelefi ve belelikle novbeti xelife elan etdiler Bu dovrde bas vermis hadiseler Hesen ibn Elinin daha cox qan tokulmesinin qarsisini almaq ucun Hesen Muaviye muqavilesini imzalamasina ve xelifelikden imtina etmesine getirib cixardi Belelikle Muaviye Emeviler xilafetinin birinci xelifesi olur Muaviye 680 ci ilde 45 yasinda Medine seherinde vefat edir Onun xelefi hicri teqvim ile 61 ci ilde miladi teqvim ile 680 ci ilde hakimiyyete gelen I Yezid olur ancaq Hesenin qardasi Huseyn Yezidin hakimiyyetini qebul etmir Iraqdaki Kufe seherinin ehalisi hemin il onu sehere devet etdikden sonra Huseyn Iraqa dogru yuruse baslayir Onun ailesi ve ozu meherrem ayinda bas vermis Kerbela hadiselerinde I Yezidin ordusu terefinden qetle yetirilir 21 Kerbala hadiseleri sieler terefinden her il yad edilir Eyni zamanda demek olar ki butun muselmanlar meherrem ayinda Huseynin ve ailesinin vehsicesine qetle yetirilmesini yad edirler 22 Incesenetde RedakteBu hadise Yusif Ebdinicat 23 Ferhad Sadiqi 24 ve Mansure Huseynin 25 resm eserlerinde Behram Beyzainin teatr tamasasinda 26 tesvir edilmisdir Ebdinicat resminde renglerden istifade ederek ikilik gosterme tesvir etmisdir Elinin renglenmesinde istifade olunan firuzeyi reng ile uygunlasan mavi spektrinin rengleri ve Imam Elinin bedeninden ve bedenin bucaqlarindan yaranan isiq sualari ressamin bir nov meneviyyata ilham vermek ucun istifade etdiyi elementlerdendir Diger terefden goy reng ile ehate olunan sui qesdci qehveyi rengde tesvir olunub ve onun ayaq hissesinde serli mexluqlar gormek mumkundur Ibn Mulcemin bedeninden alov yukselir yeni cehennem atesi Bu sui qesdcinin taleyini tesvir etmek ucun istifade edilmisdir Hemcinin sui qesdcinin alninda mohur izi gorunur 23 Hemcinin bax Redakte Islam portaliQedr gecesi Leyletul mebitQeydler Redakte Bu sexslerin ikisinin de Kinde tayfasindan oldugu guman edilir Emeviler nezerde tutulur Istinadlar Redakte 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Madelunq Vilferd 1997 The Succession to Muhammad A Study of the Early Caliphate ingilis Cambridge University Press ISBN 978 0 521 64696 3 1 2 3 4 Vecciya Valyeri Laura ʿAli b Abi Ṭalib Islam Ensiklopediyasi ingilis II buraxilis Brill Online doi 10 1163 1573 3912 islam COM 0046 1 2 Haynds Martin Muʿawiya I Islam Ensiklopediyasi ingilis II buraxilis Brill 2014 10 06 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 07 30 1 2 Higins Enni C 2004 Kharijites Khawarij In Martin Ricard C ed Encyclopedia of Islam and the Muslim World v 1 ingilis Macmillan 1 2 3 4 5 6 7 Vecciya Valyeri Laura Ibn Muld j am Encyclopaedia of Islam Second Edition ingilis Brill Online Dakeyk Mariya Massi 2008 The charismatic community Shiʻite identity in early Islam ingilis Albany State University of New York Press ISBN 978 0 7914 7034 3 1 2 3 Robinson Ceys F 2011 The New Cambridge History of Islam ingilis Cambridge University Press 1 2 Qulami Menucohru Metyu Melvin Kuski Sah Kazimi Rza Behramiyan Eli Pakatci Ehmed Mehemmed Isa Uoli Deryus Mehemmed Tare Mesud Braun Keven Cuzi Mehemmed Rza Seccadi Sadiq Bulukbasi Eli A Negahban Ferzin Elizade Mehbanu Qulami Yedulla ʿAli b Abi Ṭalib Encyclopaedia Islamica ingilis Brill redundant parameters first missing last ahlibeyt az 15 May 2020 Bu gun Hezret Eli e nin sehadet gunudur azerb 20 avqust 2020 tarixinde arxivlesdirilib Istifade tarixi 20 avqust 2020 ahlibeyt az 4 Iyun 2018 Bu gun Hezret Elinin e zerbetlendiyi gundur azerb 20 avqust 2020 tarixinde arxivlesdirilib Istifade tarixi 20 avqust 2020 1 2 el Sellebi Eli Biography of Ali ibn Abi Talib ingilis Darussalam Publishers Nesr Seyid Huseun 2007 Ali Encyclopaedia Britannica Online ingilis Punavala I K 1985 ʿAli B Abi Ṭaleb Encyclopaedia Iranica ingilis Kuk Devid 2007 Martyrdom in Islam ingilis Cambridge University Press ISBN 978 0 521 61551 8 Qliv Robert M 2014 ʿAli b Abi Ṭalib Islam Ensiklopediyasi ingilis III buraxilis Brill Online 2016 04 12 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 07 30 Kelsi 1993 seh 92 Abbas Eli The Life of the Commander of the Faithful Ali Ibn Abu Talib as ingilis December 28 2019 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyul 2020 Sah Kazimi Rza Ali ibn Abu Talib Medieval Islamic Civilization An Encyclopedia ingilis Taylor amp Francis ISBN 978 0 415 96691 7 Harold Frank BALKH AND MAZAR e SHARIF ingilis UW Departments Web Server December 21 2019 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyul 2020 Cons C Qordon Melton A Beverli Ceyms Bak Kristofer A Konstans 2011 publisher ABC CLIO Religious celebrations an encyclopedia of holidays festivals solemn observances and spiritual commemorations ingilis Santa Barbara Kaliforniya ISBN 978 1 59884 205 0 missing pipe Musa Matti 1987 Extremist Shiites The Ghulat Sects ingilis Syracuse University Press ISBN 978 0 8156 2411 0 Kampo Xuan E 2009 Encyclopedia of Islam ingilis Nyu York Facts On File ISBN 978 0 8160 5454 1 1 2 An analysis on The Assault on Ali painting khabaronline ingilis 24 dekabr 2017 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyul 2020 The Assault on Ali painting gets featured in Sa d Abad artifacts museum on the night of Qadr Saadabad medeni tarixi kompleksi ingilis December 24 2017 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyul 2020 A painting on The Assault on Ali is unveiled International Quran News Agency ingilis December 25 2017 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyul 2020 The Assault on Ali stageplay by Bahram Beizayi is on www islamicartz com fars December 25 2017 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyul 2020 Xarici kecidler Redakte Xususi biblioqrafiya fars Menbe https az wikipedia org w index php title Elinin qetli amp oldid 5959337, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.