Ələkbər Süleymanov
Ələkbər Bağır oğlu Süleymanov (31 dekabr 1916, Qafan – 2000, Bakı) — Azərbaycan alimi, texnika elmləri doktoru (1964), professor (1965), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1954), Azərbaycan SSR əməkdar mühəndisi (1969), Azərbaycan SSR neft ustası (1940).
Ələkbər Süleymanov | |
---|---|
Doğum tarixi | 31 dekabr 1916 |
Doğum yeri | |
Vəfat tarixi | 2000 |
Vəfat yeri | |
Vətəndaşlığı | Rusiya İmperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Təhsili | SSRİ Neft Sənayesi Akademiyasında və Akademik Qubkin adma Moskva Neft İnstitutu |
Mükafatları |
Həyatı
Ələkbər Süleymanov 1916-cı il dekabrın 31-də Zəngəzur mahalının Qafan əyalətinin Qatar kəndində, şaxtaçı ailəsində anadan olmuşdur. 1923-cü ildə ailələri ilə birlikdə Bakıya köçmüşdür. 1933-cü ildə orta məktəbin 7-ci sinfini, 1937-ci ildə isə Balaxanı Neft Texnikumunu bitirib.1937–1940-cı illərdə "Kaqanoviçneft" (indiki "Suraxanmeft" NQÇİ) trestində operator, usta köməkçisi, usta və mədən müdiri, 1940–1944-cü illərdə "Korgözneft" və "Orcenikidzeneft" (indiki "Suraxanmeft" NQÇİ) trestində mədən müdiri,, 1944–1950-ci illərdə "Kirovneft" (indiki "Binəqədineft> NQÇİ) trestinin baş mühəndisi vəzifələrində işləyib. 1950–1953-cü illərdə SSRİ Neft Sənayesi Akademiyasında və Akademik Qubkin adma Moskva Neft İnstitutunda təhsil alaraq onları müvəffəqiyyətlə bitirmişdir. O, 1953–1959-cu illərdə "Orcenikidze" Neft Mədənlər İdarəsinin rəisi, 1959–1962-ci illərdə "Azneft" Birliyinin baş mühəndisi, 1962–1965-ci illərdə AzneftBirliyinin rəisi, 1965–1970-ci illərdə Azərbaycan SSR-in Neft Sənayesi nazirinin birinci müavini, 1970–1972-ci illərdə "Azneft" Birliyinin rəisi, 1972–1978-ci illərdə "Xəzərdənizneft" Birliyinin, 1978–1980-ci illərdə "Xəzərdənizneftqaz" Ümumittifaq Sənaye Birliyinin rəisi, 1980-ci ildən ömrünün axırına kimi "Dənizneftqazlayihə" DETLİ-nin direktorunun elmi işlər üzrə müavini vəzifələrində çalışmışdır.
"Azərneft" Birliyinin baş mühəndisi və rəisi (1959–1965), Azərbaycan Neftçıxarma Sənayesi Nazirinin müavini (1965–1968), "Azərneft" Birliyinin rəisi (1968–1972), Ümumittifaq "Xəzərdənizneftqaz" Sənaye Birliyinin rəisi (1972–1980) vəzifələrində işləmişdir. 1980-cı ildən ömrünün sonuna qədər "Dənizneftqazlayihə" DETİ-də direktor müavini işləmişdir.
Əmək fəaliyyəti
Ələkbər Süleymanov daxilən zəngin və emosional, impulsivlikdən uzaq, ən gərgin çağlarda belə özünü səfərbər etməyi bacaran, iradəli və qorxmayan, çəkinməyən, özünə inanan, öz böyük imkanlarını qiymətləndirməyi bacaran bir şəxsiyyət olubdur.
Dövlətçilik, vətəndaşlıq, iqtisadiyyatımızın inkişafı, ümumi mənafelərimizin qorunması prinsipləri Ələkbər müəllimin həyat proqramının əsasım təşkil etmişdir. O, mənəviyyatı zəngin, peşəkarlığı qibtə doğuran, əqidəsi pak, nüfuzu geniş, qəlbi böyük və ülvi hisslərlə dolu insan, neft-qaz sənayesinin tərəqqisində xüsusi xidmətləri olan şəxsiyyət olubdur.
Ələkbər Süleymanov hələ sağlığında ikən özünə neftçilərin, onu yaxından tanıyanların qəlbində əbədi abidə ucaltmışdır. O, həyatda öz müasirlərinə nəinki zirvələrə qalxmaq, bu zirvədə dayanmaq nümunəsini də göstərə bilmişdir.
Ələkbər Süleymanovun rəhbərliyi və bilavasitə iştirakı ilə respublikamızın və keçmiş SSRİ-nin neft rayonlarında bir sıra qiymətli elmi-texniki və praktiki tədbirlər hazırlanıb neft yataqlarında müvəffəqiyyətlə həyata keçirilmişdir ki, bunların nəticəsi olaraq quyuların optimal rejimdə işləməsinə, neft hasilatının və quyularm təmirarası müddətinin artırılmasına nail olunmuşdur.
Ələkbər müəllim Xəzər dənizində kəşf üçün hidrotexniki qurğuların və quyu avadanlığının yaradılmasını təşkil edən və bu istiqamətdə bir Çox elmi və praktiki təkliflərin müəllifi idi. 1976-cı ildə "Günəşli" strukturunda inşa olunmuş 1 sayh platformanın layihələndirilməsi və inşası, həmçinin üzmə qabiliyyətli tərəfləri olan platformaların tikintisi üçün bazanın yaradılması onun əməyinin bəhrəsidir.
Bu işlər "Günəşli" yatağının kəşfinə, onun abadlaşdırlmasına və dənizdə hasilatın səviyyəsinin artırılmasına imkan yaratmışdır. "Günəşli" yatağının kəşfinin köməkliyi ilə dənizin böyük dərinlikli akvatoriyalarının mənimsənilməsini intensivləşdirmək üçün güclü elmi-istehsalat bazası yaradıldı. Bütün bunlar dənizin 100–300 m dərinliklərindəki "Çıraq", "Azəri" və "Kəpəz" kimi böyük neft-qaz yataqlarının axtarışının və kəşfinin sonrakı sürətləndirilməsi faktoru oldu.
Ələkbər Süleymanovun rəhbərliyi və iştirakı ilə Xəzərin dərin akvatoriyalarında aşkar edilmiş neft və qaz yataqlarının mənimsənilməsi üçün hidrotexniki qurğular və quyu avadanlığı yaradılmışdır ki, bunlar da müstəqil Azərbaycanda neftçıxarmanın uzunmüddətli inkişafına təkan vermişdir. Bu işə görə 1990-cı ildə bir qrup neftçi mütəxəssislərlə birlikdə Ələkbər Bağır oğlu Süleymanov Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.
Ömrünün son illərində Ələkbər Süleymanov Xəzər dənizinin neft, qaz və qaz-kon¬densat yataqlarının işlənməsi nəzəriyyəsinə və praktikasına böyük qatqılar etmişdir. Onun elmi yaradıcılığı və böyük mühəndis təcrübəsi sayəsində böyük dərinliyi (150 m və daha dərin) olan akvatoriyaları mənimsəmək üçün hidrotexniki qurğular kompleksi və quyu texnikası yaradılmışdır ki, onların köməkliyi ilə bir çox yataqlarının ayrı-ayrı tektonik sahələri və blokları aşkar edilmişdir.
Xalqımızın, qəlbi daim vətən və xalq üçün döyünən böyük vətənpərvər, millətsevər oğlu Ələkbər Süleymanov özünün elmi və əməli fəaliyyətinin bütün dövrlərində respublikamızın bir sıra institutları ilə sıx əməkdaşlıq şəraitində işləmişdir. Onun rəhbərliyi altında bir neçə qonşu elmlərin, xüsusən neftçıxarma və neft emalı, neft kimyası, neftləri emala hazırlamada neft-kimya sintezi məhsullarından istifadə, kompleksli kimyəvi və fiziki emal və s. təmas sahələrində ölkənin xalq təsərrüfatında böyük əhəmiyyəti olan aktual məsələlər və problemlər həll olunurdu ki, bu da müasir mərhələdə elmin inkişafi üçün xüsusilə vacib idi.
Ələkbər Süleymanovun yaradıcılığının müxtəlif dövrlərində elmi və eməli fəaliyyətinə baxarkən, qeyd etmək lazımdır ki, hələ 1945–1950-ci illərdə o, bir qrup konstruktor, elmi işçi və istehsalätçılarla birlikdə quyuların ştanqlı nasoslar vasitəsilə istismarının texnika və texnologiyasının əsaslı şəkildə yenidən təşkilində, yerli avadanlığın yaradılmasında və tətbiqində fəal iştirak etdiyinə görə 1950-ci ildə SSRİ Dövlət (Stalin) mükafatına layiq görülmüşdür.
1952-ci ildə Ələkbər Süleymanov bir qrup neftçi mühəndislə birgə neft yataqlarının çox- sıralı quyularla işlədilməsinin kompleksli üsulunun işlənməsinə və mənimsənilməsinə görə ikinci dəfə SSRİ Dövlət mükafatı almışdır. Bu işdə Ələkbər müəllim kiçik diametrli quyuların normal istismarı və təmiri üçün kompleks tədbirlər işləmişdir ki, bu da belə quyularm Sovet İttifaqında geniş tətbiqinə imkan vermişdir.
Ələkbər Süleymanov neftçıxarma proseslərinin kompleksli avtomatlaşdırılması texnolo¬giyasını işləyib hazırlamışdır. Bu iş Azərbaycanda, Türkmənistanda, Saxalində və digər neftçıxarma rayonlarında geniş tətbiq edilmişdir. Bu işin yüksək texniki-iqtisadi göstəricilərinə görə, o, 1969-cu ildə üçüncü dəfə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Onun bilavasitə və foal iştirakı ilə quruda və dənizdə bir sıra neft və qaz-kondensat yatağı kəşf edilmişdir. Bunlardan "Zirə", "Mişov dağ", "Qarabağlı", "Kürsəngi", "Muradxanlı", "Qum-dəniz", "Bahar", "Palçıq pilpiləsi", "Səngəçal-dəniz", "Duvannı-dəniz", "Xərə- Zırə" adası, "Cənub-l", "Cənub-2", "Bulla- dəniz", "Günəşli", Xəzərin Türkmənistan sek-torunda isə "Lam", "Livanov" və s. yataqlarını göstərmək olar.
Ələkbər Süleymanov Azərbaycan neft sənayesinin inkişafi üçün çox iş görüb. Xəzər dənizinin Azərbaycan sektorunda suyun dərinliyi 60–350 metr olan sahədə "Günəşli" yatağının aşkar edilib istismara verilməsi isə Ələkbər müəllimin şah əsəridir.
Xəzər dənizinin neft-qaz yataqlarının işlənməsinin nəzəri əsaslandırılmasında Ə.Süleymanovun rəhbərliyi ilə fundamental elmi-texniki tədqiqatlar aparılmış, onların təcrübi tətbiqi nəticəsində dəniz neft-qazçıxarması sahəsində neft hasilatının sabitləşdirilməsinin kompleks əsası qoyulmuşdur.
Ələkbər Süleymanov 1960-cı ildə namizədlik, 1964-cü ildə doktorluq dissertasiyalarım müdafiə etmiş və texnika elmləri doktoru adma, 1965-ci ildən professor elmi dərəcəsinə layiq görülmüşdür. O, 350-dan çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, 155 ixtiranın və Azərbaycan Respublikasının 12 patentinin müəllifidir.
Ələkbər müəllim tanınmış elm xadimi kimi uzun illər neft sənayesi üçün yüksək səviyyəli kadrların hazırlanmasında da səmərəli iş görmüş və bu yolda öz bilik və intellektual səviyyəsini onlara aşılamışdır. Onun rəhbərliyi altında 5 elmlər doktoru və 15 elmlər namizədi hazırlanmışdır. O, Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Respublikası Elm və Texnika Komitəsinin yanacaq-enerji problemləri şurasının sədri və "Azərbaycan Neft Təsərrüfatı" jurnalının redaksiya heyətinin üzvü olmuş, bir çox səlahiyyətli forumlarda Azərbaycan Respublikasım lazımi səviyyədə təmsil etmişdir.
Mükafatları
Xalqımız Ələkbər müəllimə yüksək etimad göstərərək onu 1967–1971-ci illərdə Respublika Ali Sovetinə, 1974–1979-cu illərdə SSRİ Ali Sovetinə deputat seçmişdir.
Süleymanov neft sənayesinin inkişafında xidmətlərinə görə Stalin mükafatına, Azərbaycan SSR Dövlət mükafatına (1991), Azərbaycan SSR neft ustası (1940), Azərbaycan SSR əməkdar mühəndisi (1969), Azərbaycan SSR elm və texnika xadimi (1954), SSRİ Qaz sənayesinin fəxri işçisi, SSRİ neftçıxarma sənayesinin əlaçısı, SSRİ-nin fəxri neftçisi adlarına layiq görülmüşdür. "Lenin", "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı" ordenləri və bir sıra medal və fəxri fərmanlarla təltif olunmuşdur.
İstinadlar
- . 2013-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.