| Əbu Mansur Maturidi | |
|---|---|
| ərəb. أبو منصور محمد بن محمد بن محمود الماتريدي السمرقندي | |
| |
| Doğum tarixi | təq. 852 |
| Vəfat tarixi | 944[…](91–92 yaşında) |
| Vəfat yeri | |
| Elm sahələri | islam etiqad məzhəbləri[d], kəlam, təfsir, Əsli dəlillər |
Əbu Mənsur Məhəmməd ibn Məhəmməd ibn Mahmud Əbu Mənsur əl-Səmərqəndi əl-Maturidi əl-Hənəfi (ərəb. ابو منصور الماتريدي; təq. 852 – 944[…], Səmərqənd, Mavəraünnəhr, Abbasilər xilafəti) — Hənəfi fiqhi məzhəbindən olanların əksəriyyətinin etiqad (inanc) imamı, tanınmış alim, türk, islam filosofu, Maturidiyyə (maturidilik) etiqadi məzhəbin banisi.
Bioqrafiyası
| ]Əbu Mənsur əl-Maturidinin doğum tarixi haqda mənbələrdə heç bir məlumata rast gəlinmir, lakin onun doğum tarixini təxmini də olsa müəyyən etmək mümkündür. Belə ki, onun müəllimlərindən olan Nuseyr ibn Yəhya əl-Bəlxi hicri 268-ci ildə (təq. 899) vəfat etmişdir. Bu da onu göstərir ki, əl-Maturidi hicri 250-ci ildən (təq. 864) öncə dünyaya gəlib. Digər şeyxi Məhəmməd ibn Muqatil ər-Razinin hicri 248-ci ildə (təq. 862) vəfat etdiyini nəzərə alsaq əl-Maturidinin təxminən 230–235-ci illər (təq. 845–850) ətrafında dünyaya gəldiyini demək olar ki, bu da vəfat etdiyi zaman yaşının yüzə yaxın və ya yüzdən çox olduğunu təxmin etməyə imkan verər.

Əbu Mənsur əl-Maturidi, Abbasilərin parçalanma və zəifləmə dövründə yaşamışdır. Bu dövr, türklərin Abbasi dövlətinin idarə sistemində çoxluq təşkil etdikləri dövr olduğundan bu dövrə "Türk Mühafizləri dövrü" mənasına gələn "Əsrul-Hərasit Turki" deyilir. Bu dövrdə daxili çəkişmələr artmış, xəlifə formallaşmış, xilafət içində müstəqil dövlətlər qurulmuşdur. Əbu Mənsur əl-Maturidinin yetişdiyi Səmərqənd şəhəri də bu formada Samanilərin hakimiyyəti altında idi. Bu dövrdə etiqadi məzhəb olaraq meydanda Əhlis-Sünnədən əlavə, Hənəbilə, Kərramiyyə, Rəvafid və Mötəzilə məzhəbləri var idi. Xüsusən Mötəzilə məzhəbi bu dövrdə olduqca fəal idi. Əbu Mənsur əl-Maturidi, Səmərqənddə ənənəvi Hənəfi mühitində yetişmişdir. Hənəfi dəsti-xəttinə sadiq müəllimlərdən dərslər almış, onların yanında yetişmiş və onlar vasitəsilə həm etiqadi, həm də fiqhi hənəfiliyi mənimsəmişdir. Əbu Mənsur əl-Maturidinin hənəfi olmayan bir şeyxdən dərs alıb-almadığı haqda dəqiq məlumat yoxdur, lakin kitablarda adı çəkilən müəllimləri, eləcə də tələbələri hamısı Hənəfi məzhəbinə mənsubdur.

Əbu Mənsur əl-Maturidi, müxtəlif məzhəblərin yayıldığı və kəlam mübarizəsinin yüksək həddə çatdığı bir dövrdə, Səmərqənddə, ənənəvi Hənəfilər arasında yetişmişdir. Ən çox faydalandığı və yanında yetişdiyi şeyxi, Əhli Rəy imamlarından Əbu Nasr Əhməd ibn əl-Abbas ibn əl-Hüseyn əl-İyadidir. Əbu Mənsur əl-Maturidinin bu şeyxi, həm də onunla birgə Əbu Bəkr əl-Cüzcanidən elm almışdır. Dərs aldığı müəllimlərdən bir digəri, Əhməd ibn İshaq əl-Cüzcanidir. Əbu Mənsur əl-Maturidi, Əbu Hənifənin "əl Alim vəl-Mutəallim" kitabını məhz bu şeyx vasitəsilə rəvayət etmişdir. Nuseyr ibn Yəhya əl-Bəlxi də onun müəllimlərindən biridir. O, həmçinin görkəmli alim Məhəmməd ibn Muqatil ər-Razidən də elm almışdır.
Ondan Əbu Hənifənin kitablarını rəvayət etmişdir. Əbu Mənsur əl-Maturidiyə də Əli ibn Səid ər-Rustuğfəni, İshaq ibn Məhəmməd əs-Səmərqəndi, Əbu Əhməd əl-İyadi və Əbdülkərim ibn Musa əl-Bəzdəvi kimi alimlər tələbəlik etmişdir.
Əbu Mənsur əl-Maturidi hicri 333-cü ildə (təq. 945) vəfat etmişdir. Vəfat etdiyi zaman yaşı yüzdən çox idi. Qəbri Səmərqənd şəhərindədir. Məzarı üstündə məşhur bir türbə var.
Əhli-Rəydəki yeri
| ]Əbu Mənsur əl-Maturidinin Əhli-Rəydəki yeri olduqca mötəbərdir. Bu istər etiqad və kəlam, istər fiqh, istərsə də üsul elmlərində belədir. Əbu Mənsur əl-Maturidinin, Əhli Rəy kitablarında, hidayət imamı mənasına gələn "İməmul-Hudə" adlandırılmışdır.
Əbu Mənsur əl-Maturidi, Əbu Hənifənin etiqadi görüşlərini heç kəsin edə bilməyəcəyi şəkildə təhrir etmiş, onları əsaslandırmış və müxaliflərə rəddiyə vermişdir. Bu haqda Bəyadizadə belə deyir:
"Əbu Hənifənin o kitablarını imam Əbu Mənsur Məhəmməd ibn Məhəmməd ibn Mahmud əl-Maturidi əl-Ənsari Əbu Bəkr Əhməd ibn İshaq əl-Cüzcani və Əbu Nasr Əhməd əl-İyadi — Əbu Süleyman əl-Cüzcani — Əbu Yusif və Məhəmməd sənədi ilə rəvayət etmişdir. Həmçinin Nuseyr ibn Yəhya və Məhəmməd ibn Muqatil ər-Razi — Əbu Muti əl-Həkəm ibn Abdullah və Əbu Muqatil Hafs ibn Sələm əs-Səmərqəndi — İmamlar imamı Əbu Hənifə sənədi ilə rəvayət etmişdir. Bu kitablarda keçən üsulları öz kitablarında qəti dəlillərlə təhqiq etmiş, onlardan çıxan məsələləri yəqini bürhanlarla gözəl şəkildə qeyd etmişdir."
Əhli-Rəyin etiqadi və kəlami görüşlərini təhqiq və təhrir edən digər məşhur alim Əbül-Muin ən-Nəsəfi, məhz bu üzdən Əbu Mənsur əl-Maturidi haqda:
"Əbu Hənifənin (etiqadi) məzhəbini ən dərin biləndir."
- demişdir.
Fiqhə və fiqh üsuluna gəlincə, Əhli-Rəyin Səmərqənd mədrəsəsinin şeyxi, məhz imam Əbu Mənsur əl-Maturididir. Əhli-Rəyin fiqh və fiqh üsulu kitablarında, Əbu Mənsur əl-Maturididən gətirilən nəqllər olduqca çoxdur.
Əbu Mənsur əl-Maturidinin Əhli-Rəyin kəlam və əqidə sahəsində imaməti, onun fiqh üsulu sahəsində imaməti deməkdir. Şübhə yoxdur ki, fiqh üsulu elmi, elə kəlam elminin uzantısıdır. Bu üzdən imam Aləuddin əs-Səmərqəndi, özünün "Mizənul-Usul fi Nətəicil-Uqul" kitabını "Şəkk yoxdur ki, fiqh və əhkam üsulu elmi, kəlam üsulu elminin bir şaxəsidir" sözü ilə başlayır.
Əhli-Rəy üsulçularından Əbüs-Səna əl-Lamişi də Əbu Mənsur əl-Maturidinin, Səmərqənd şeyxlərinin ən böyüyü olduğunu açıq şəkildə ifadə etmişdir.
Kəlamla bağlı fikirləri
| ]Kəlam tarixi ilə bağlı mənbələr Sünni kəlamının banisi olaraq Əbül-Həsən əl-Əşarini göstərsələr də, günümüzə qədər gəlib çatan əsərlər əsasında bu qurucunun əslində Əbu Mənsur əl-Maturidi olduğunu demək daha doğru olar.
əl-Əşarinin bizə qədər gəlib çatan və birbaşa öz görüşlərini əks etdirən əsas əsəri "əl-Lumə" adlı risalədir. Bu kiçik həcmli əsərdə yalnız ilahiyyat mövzularına, onun daxilində də qədər məsələsinə və təxminən beş səhifədə imanın tərifi və sərhədlərinə, üç səhifədə isə imamət məsələsinə yer verilmişdir. Lakin bu əsərdə epistemologiya (məlumatın əldə olunması yolları), nübüvvət (peyğəmbərlik) mövzuları, axirətə dair məsələlər, digər kəlam mövzuları, İslam firqələri və digər dinlərə, axınlara dair inanc və baxışlara kifayət qədər toxunulmamışdır.
əl-Maturididən təxminən yetmiş il sonra yaşamış İbn Furək tərəfindən yazılmış bir əsərdə əl-Əşarinin görüşlərinə yer verilmişdir. Lakin bu əsərdə də çox vaxt əl-Əşarinin əsərlərinə istinad edilmədən və hər hansı bir rəvayət zənciri göstərilmədən, "belə deyirdi, bunu qəbul edirdi" şəklində fikirlər sıralanmışdır. "əl-Lumə"dan fərqli olaraq burada epistemologiya ilə bağlı bəzi izahlar verilmiş, on səhifədən çox həcmdə bəzi nübüvvət və axirət məsələlərinə toxunulmuşdur.
Əbu Mənsur əl-Maturidinin "Kitabut-Təvhid" adlı əsəri isə daha sonra Sünni kəlam əsərlərinin əsas quruluş planını təşkil edəcək olan üç əsas sütunu — ilahiyyat, nübüvvət və axirət mövzularını ehtiva edir. Hərçənd ki, bu plana bənzər bir quruluşu Əbu Hənifənin əqaid risalələrinin birləşdirildiyi əsərlərdə də görmək mümkündür. Lakin həmin risalələrdə mövzular sistematik şəkildə deyil, daha çox dağınıq şəkildə və qismən işlənmişdir.
əl-Maturidinin kəlamla bağlı fikirləri yalnız "Kitabut-Təvhid"lə məhdudlaşmır. Onun "Təvilatul-Quran" əsərinin müxtəlif hissələrində də bu fikirlərə yer verilmişdir.
Əsas görüşləri:
| ]- Əqlin rolu: əl-Maturidi, insanın ağlının Allahı tanımaqda əsas vasitə olduğunu qəbul edirdi.
- İman və əməl: Ona görə iman qəlbin təsdiqidir, əməl isə onun tərkib hissəsi deyil, tamamlayıcısıdır.
- Qəza və qədər: Maturidi iradə azadlığına inanırdı. Allah hər şeyi bilir və yaradandır, lakin insanın seçim etmək azadlığı vardır.
- Vəhy və ağıl tarazlığı: Vəhy ağlı inkar etməz, ağıl da vəhyə uyğun işlədilməlidir.
- Təvil və zahir: Quran ayələrini zahiri mənadan başqa bir mənaya yönəldərkən ehtiyatlı davranılmalı, təvil yalnız zəruri hallarda edilməlidir.
Haqqındakı fikirlər
| ]Əbu Mənsur əl-Maturidi haqqında bir çox alimlər və mütəfəkkirlər müsbət fikirlər söyləmişlər. Onun elm, əqidə və məntiq sahəsindəki dərinliyi, İslam düşüncəsinə verdiyi töhfələr səbəbilə yüksək qiymətləndirilmişdir. Bəzi tanınmış alimlər və tədqiqatçılar onun barəsində aşağıdakı fikirləri söyləyiblər:
Müəllimi Əbu Nasr əl-İyadi, əl-Maturidi məclisə gəlmədən öncə dərsə başlamazdı. Onu uzaqdan gördüyü zaman təəccüblə ona baxar və "Rəbbin dilədiyini yaradar və seçər" ayəsini oxuyardı.
Tələbəsi Əbül-Qasım əl-Həkim əs-Səmərqəndi, əl-Maturidi vəfat edərkən qəbrinin üzərinə bu cür yazılmasını söyləmişdir:
"Bu qəbir, nəfəsi ilə elm saçan, elmi yaymaq və öyrətmək yolunda bütün gücü ilə çalışan, dində saldığı izləri sevilən və ömrü bərəkətli keçmiş birisinin məzarıdır."
Əhli Rəy mütəkəllimlərindən Əbul-Yusr Pəzdəvi deyir:
"Zahid imam, şeyx Əbu Mənsur əl-Maturidi əs-Səmərqəndinin Əhlis-Sünnə vəl-Camaat yolu üzərə Tövhid elmində qələmə aldığı kitabları var. O, Əhli Sünnə vəl Camaatın rəislərindən idi və kəramətlərə sahib birisi idi. Atam şeyx imam mənə babası zahid imam şeyx Əbdülkərim ibn Musadan onun (Əbu Mənsur əl-Maturidinin) kəramətlərini nəql etmişdir."
Əhli Rəy alimlərindən Kəfəvi, imam Əbu Mənsur əl-Maturidi haqda deyir:
"Hidayət imamı, Əhli Sünnənin öndəri, hidayət rəhbəri, Əhlis-Sünnət vəl-Camaatın bayrağını yüksəldən, fitnə və bidətin kökünü qazıyan, şeyx, imam Əbu Mənsur Məhəmməd bin Məhəmməd bin Mahmud əl Maturidi. Mütəkəllimlərin imamı, müsəlmanların etiqadını təshih edib düzəldən bir zatdır. İslamı müdafiə uğrunda Allah onu doğru yolla dəstəkləmişdir. Dəyərli kitablar yazmış və batil etiqad sahilərinin rəylərini dəf etmişdir."
Hafiz Murtəda əz-Zəbidi belə deyir:
"O, doğru etiqadın yardımçısı və bidəti kökündən söküb atan birisidir. Şəriəti dirildən bir zatdır. Necə ki, künyəsi ("Mənsur" sözünü qəsd edir. Mənsur, ərəbcə yardım edilmiş deməkdir) də buna dəlalət edir".
Şərqşünasların fikirləri
| ]"Maturidi, İslam teologiyasını əqli əsaslarla sistemləşdirən mühüm fiqurlardandır. Onun əsərləri, Hənəfi məzhəbinin əqidəvi baxışlarını müdafiə edən intellektual cəhdin nümunəsidir."
"Əl-Maturidi, əqli və nəqli tarazlaşdırmağa çalışan rasionalist kəlamçıdır. O, insanın ağıl gücünü əsas tutaraq, əqidə məsələlərini dərin təhlilə çəkmişdir."
"Maturidi, Hənəfi hüquq sistemini müdafiə etməklə yanaşı, bu məzhəbin əqidə əsaslarını da rasional əsaslara söykənərək izah etmişdir. Bu, onu həm hüquqçu, həm də kəlamçı kimi ön plana çıxarır."
Danyel Jimare:
"əl-Maturidinin "Kitab ət-Təvhid"i, İslam kəlam tarixində rasional yanaşmanın ən dəyərli nümunələrindən biridir. O, xüsusilə Allahın sifətləri və insanın azad iradəsi məsələlərində Əşaridən fərqli olaraq daha əqli mövqedə dayanır."
Rudolf Ştrotman:
"Maturidilik, əqli və nəqli birlikdə dəyərləndirən bir məktəb olaraq İslam düşüncəsində mühüm bir mövqeyə sahibdir. Bu məktəb, xüsusilə Mərkəzi Asiyada və Osmanlı coğrafiyasında uzun əsrlər hakim olmuşdur."
Əsərləri
| ]əl-Maturidiyə aid olduğu dəqiq bilinən on üç əsərdən on ikisinin adını (başqa əsərlərinin də olduğunu qeyd edərək) Əbül-Muin ən-Nəsəfi qeyd etmişdir. "Şərhul-Cəmiis-sağir" adlı əsərin mövcudluğu isə etibarlı klassik mənbələrdə verilmiş sitatlardan öyrənilir. əl-Maturidi təfsir, fiqh və kəlamla bağlı əsərlər qələmə almışdır. Ərsəyə gətirdiyi əsərlər müxtəlif tarixlərdə alman, ingilis və türk dillərinə tərcümə edilmişdir. Onun qələmə almış olduğu əsərlər aşağıdakılardır:
Təfsirlə bağlı əsərləri:
- Təvilatul-Quran. "Əhlis-Sünnənin təvilləri", "Təvilatul-Maturidiyyə" adları ilə də tanınan bu əsər təfsir baxımından olduqca mühüm bir iş olmaqla yanaşı, kəlam, fiqh və fiqh üsulu sahələrində də zəngin məlumat və əhəmiyyətli fikirlər ehtiva edir. Əsər İslam firqələri və İslam xarici axımların, dinlərin inanc və baxışlarının tənqidi baxımından da qiymətli bir qaynaqdır. əl-Maturidi bu əsəri tələbələrinə verdiyi dərslərin yazılı forması şəklində təqdim etmişdir. Müxtəlif kitabxanalarda bu əsərin təxminən qırx nüsxəsi mövcuddur. Osmanlı alimlərindən Laləzari, Fatiha surəsinin 5-ci ayəsi ilə bağlı izahlar əsasında "əl-Yaqutətul-xəmra" adlı bir şərh yazmışdır. "Təvilatul-Quran" əsəri müxtəlif müəlliflər tərəfindən qismən nəşr edilmiş və üzərində kitab, məqalə, konfrans şəklində araşdırmalar aparılmışdır.
Kəlamla bağlı əsərləri:
- Kitabüt-Tövhid. əl-Maturidinin tam halda çap olunmuş yeganə əsəridir və kəlam elminin əsas mövzularını əhatə edir. İlk nəşrində bir çox səhvlər olan bu əsəri daha sonra Bəkir Topaloğlu və Məhəmməd Aruçi tərəfindən yenidən nəşr edilmiş, türk dilinə də tərcümə olunmuşdur.
- Kitabul-Məqalat. Bu əsərə istinad edən və ondan sitat gətirən mənbələr mövcuddur. Ancaq Karl Brokkelman tərəfindən bəzi kitabxanalarda bu əsərə aid olduğunu göstərdiyi nüsxələrin əslində əl-Maturidiyə aid olmadığı müəyyən edilmişdir.
- Rəddu Əvailil-ədillə lil-Kəbi.
- Rəddu Təhzibil-cədəl lil-Kəbi.
- Bəyanu vəhmil-Mutəzilə.
- Rəddu Vaidil-fussaq lil-Kəbi.
- Rəddul-Usulil-xəmsə li-Əbi Ömər əl-Bəhili. Bu əsərdə tənqid edilən alim, Bəsrə Mötəziləsinin tanınmış siması Əbu Ömər əl-Bəhilidir.
- Rəddu Kitabil-İmamə li-bazir-Rəvafiz.
- ər-Rədd aləl-Qaramita (fil-usul).
Fiqhlə bağlı əsərləri:
- Məaxizuş-şərai fi usulil-fiqh. Bu əsərə istinad edən klassik fiqh mənbələrindən sitatlar mövcuddur.
- Kitabul-Cədəl fi usulil-fiqh.
- ər-Rədd aləl-Qaramita (fil-furu).
- Şərhul-Cəmiis-sağir. Əbu Hənifənin tələbəsi Məhammed əş-Şeybaniyə aid olan "əl-Cəmius-sağir" adlı əsərin şərhidir.
əl-Maturidiyə məxsus olduğu düşünülən əsərlər:
| ]- Şərhul-Fiqhil-Əkbər. Əslində Əbu Leys Səmərqəndi tərəfindən şərh edilmiş bir əsərin səhvən əl-Maturidiyə aid edildiyi düşünülür.
- Risalə fil-Əqaid (əl-Əqidətul-Maturidiyyə). Ehtimal ki, əl-Maturidi məktəbinin bir davamçısı tərəfindən yazılmışdır.
- Kitabut-Təvhid. əl-Maturidinin eyniadlı əsas əsəri ilə qarışdırılmamalıdır; bu, daha kiçik bir risalədir.
- Kitabul-Usul (Usulud-Din). Sezgin, bu əsərin səhvən Karl Brokkelman tərəfindən əl-Maturidiyə aid edildiyini qeyd edir.
- Risalə fimə lə yecuzul-vəqf aleyhi fil-Quran.
- Pendnamə-i Maturidi (Vəsayə və Munacət, Fəvaid). Farsca yazılmış bu risalənin iki nüsxəsi mövcuddur.
- Risaləi-Şeyx Əbu Mansur Maturidi (İrşad).
- İrşadul-Mübtədiin fi Təcvidi Kəlami Rabbil-Aləmin.
- Risalə-i Canıvar Dari.
Həmçinin bax
| ]İstinadlar
| ]- Persée. 2005.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- "Maturidi kimdir?". Archived from the original on 2 fevral 2023. İstifadə tarixi: 9 aprel 2025.
- Zəbidi. İthəfus Sədətil Muttəqin, ll (ərəb). 5.
- Bəyadizadə. İşəratul Məram (ərəb). 23.
- Qureyşi. əl-Cəvahirul-Mudiyyə (ərəb). II. 570.
- Nəsəfi. Təbsiratul Ədillə (ərəb). I. 472.
- Nəsəfi. Təbsiratul-Ədillə (ərəb). I. 472.
- Qureyşi. əl-Cəvahirul-Mudiyyə (ərəb). II. 458.
- İşəratul-Məram (ərəb). 23.
- Təbsiratul-Ədillə (ərəb). I. 210.
- Mizənul-Usul (ərəb). I. 1.
- Mucərrədul-Məqalət (ərəb). 10–33, 167–180.
- Bəyazizadə. əl-Usulul-Munifə (ərəb).
- "Maturidi". Archived from the original on 15 may 2025. İstifadə tarixi: 9 aprel 2025.
- əl-Maturidi, təhqiq: Fəthallah Xəlif. Kitabut-Təvhid (ərəb). Beyrut: Dar əl-Məşriq. 1970.
- Quran. Qasas surəsi. 68.
- Nəsəfi. Təbsiratul-Ədillə (ərəb). I. 473.
- Nəsəfi. Təbsiratul-Ədillə (ərəb). I. 471–472.
- Usulud-din (ərəb). 14.
- Əlamul-Əxyar, Əlyazma (ərəb). I. 345.
- İthəfus-Sədətil-Muttəqin (ərəb). II. 5.
- Goldziher, Ignaz. Introduction to Islamic Theology and Law (ingilis). Princeton University Press. 1981. 104-106.
- Watt, W. Montgomery. Islamic Philosophy and Theology (ingilis). Edinburgh University Press. 1985. 85.
- Schacht, Joseph. An Introduction to Islamic Law (ingilis). Oxford University Press. 1964. 38.
- Gimaret, Daniel. La Doctrine d'al-Ash‘ari (fransız). Paris: Cerf. 1990. 302.
- Strothmann, Rudolph. Encyclopaedia of Islam, “Māturīdīya” məqaləsi. VI (2). Leyden: Brill. 831–833.
- Sezgin. GAS (ərəb). Riyad. 1982-88.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Ebu Mansur Maturidiereb أبو منصور محمد بن محمد بن محمود الماتريدي السمرقندي Dogum tarixi teq 852 0852 Vefat tarixi 944 0944 91 92 yasinda Vefat yeri Semerqend Maveraunnehr Abbasiler xilafetiElm saheleri islam etiqad mezhebleri d kelam tefsir Esli deliller Vikianbarda elaqeli mediafayllar Ebu Mensur Mehemmed ibn Mehemmed ibn Mahmud Ebu Mensur el Semerqendi el Maturidi el Henefi ereb ابو منصور الماتريدي teq 852 944 Semerqend Maveraunnehr Abbasiler xilafeti Henefi fiqhi mezhebinden olanlarin ekseriyyetinin etiqad inanc imami taninmis alim turk islam filosofu Maturidiyye maturidilik etiqadi mezhebin banisi Bioqrafiyasi span Ebu Mensur el Maturidinin dogum tarixi haqda menbelerde hec bir melumata rast gelinmir lakin onun dogum tarixini texmini de olsa mueyyen etmek mumkundur Bele ki onun muellimlerinden olan Nuseyr ibn Yehya el Belxi hicri 268 ci ilde teq 899 vefat etmisdir Bu da onu gosterir ki el Maturidi hicri 250 ci ilden teq 864 once dunyaya gelib Diger seyxi Mehemmed ibn Muqatil er Razinin hicri 248 ci ilde teq 862 vefat etdiyini nezere alsaq el Maturidinin texminen 230 235 ci iller teq 845 850 etrafinda dunyaya geldiyini demek olar ki bu da vefat etdiyi zaman yasinin yuze yaxin ve ya yuzden cox oldugunu texmin etmeye imkan verer el Maturidinin mezari Ebu Mensur el Maturidi Abbasilerin parcalanma ve zeifleme dovrunde yasamisdir Bu dovr turklerin Abbasi dovletinin idare sisteminde coxluq teskil etdikleri dovr oldugundan bu dovre Turk Muhafizleri dovru menasina gelen Esrul Herasit Turki deyilir Bu dovrde daxili cekismeler artmis xelife formallasmis xilafet icinde musteqil dovletler qurulmusdur Ebu Mensur el Maturidinin yetisdiyi Semerqend seheri de bu formada Samanilerin hakimiyyeti altinda idi Bu dovrde etiqadi mezheb olaraq meydanda Ehlis Sunneden elave Henebile Kerramiyye Revafid ve Motezile mezhebleri var idi Xususen Motezile mezhebi bu dovrde olduqca feal idi Ebu Mensur el Maturidi Semerqendde enenevi Henefi muhitinde yetismisdir Henefi desti xettine sadiq muellimlerden dersler almis onlarin yaninda yetismis ve onlar vasitesile hem etiqadi hem de fiqhi henefiliyi menimsemisdir Ebu Mensur el Maturidinin henefi olmayan bir seyxden ders alib almadigi haqda deqiq melumat yoxdur lakin kitablarda adi cekilen muellimleri elece de telebeleri hamisi Henefi mezhebine mensubdur el Maturidinin Semerqenddeki turbesi Ebu Mensur el Maturidi muxtelif mezheblerin yayildigi ve kelam mubarizesinin yuksek hedde catdigi bir dovrde Semerqendde enenevi Henefiler arasinda yetismisdir En cox faydalandigi ve yaninda yetisdiyi seyxi Ehli Rey imamlarindan Ebu Nasr Ehmed ibn el Abbas ibn el Huseyn el Iyadidir Ebu Mensur el Maturidinin bu seyxi hem de onunla birge Ebu Bekr el Cuzcaniden elm almisdir Ders aldigi muellimlerden bir digeri Ehmed ibn Ishaq el Cuzcanidir Ebu Mensur el Maturidi Ebu Henifenin el Alim vel Muteallim kitabini mehz bu seyx vasitesile revayet etmisdir Nuseyr ibn Yehya el Belxi de onun muellimlerinden biridir O hemcinin gorkemli alim Mehemmed ibn Muqatil er Raziden de elm almisdir Ondan Ebu Henifenin kitablarini revayet etmisdir Ebu Mensur el Maturidiye de Eli ibn Seid er Rustugfeni Ishaq ibn Mehemmed es Semerqendi Ebu Ehmed el Iyadi ve Ebdulkerim ibn Musa el Bezdevi kimi alimler telebelik etmisdir Ebu Mensur el Maturidi hicri 333 cu ilde teq 945 vefat etmisdir Vefat etdiyi zaman yasi yuzden cox idi Qebri Semerqend seherindedir Mezari ustunde meshur bir turbe var Ehli Reydeki yeri span Ebu Mensur el Maturidinin Ehli Reydeki yeri olduqca moteberdir Bu ister etiqad ve kelam ister fiqh isterse de usul elmlerinde beledir Ebu Mensur el Maturidinin Ehli Rey kitablarinda hidayet imami menasina gelen Imemul Hude adlandirilmisdir Ebu Mensur el Maturidi Ebu Henifenin etiqadi goruslerini hec kesin ede bilmeyeceyi sekilde tehrir etmis onlari esaslandirmis ve muxaliflere reddiye vermisdir Bu haqda Beyadizade bele deyir Ebu Henifenin o kitablarini imam Ebu Mensur Mehemmed ibn Mehemmed ibn Mahmud el Maturidi el Ensari Ebu Bekr Ehmed ibn Ishaq el Cuzcani ve Ebu Nasr Ehmed el Iyadi Ebu Suleyman el Cuzcani Ebu Yusif ve Mehemmed senedi ile revayet etmisdir Hemcinin Nuseyr ibn Yehya ve Mehemmed ibn Muqatil er Razi Ebu Muti el Hekem ibn Abdullah ve Ebu Muqatil Hafs ibn Selem es Semerqendi Imamlar imami Ebu Henife senedi ile revayet etmisdir Bu kitablarda kecen usullari oz kitablarinda qeti delillerle tehqiq etmis onlardan cixan meseleleri yeqini burhanlarla gozel sekilde qeyd etmisdir Ehli Reyin etiqadi ve kelami goruslerini tehqiq ve tehrir eden diger meshur alim Ebul Muin en Nesefi mehz bu uzden Ebu Mensur el Maturidi haqda Ebu Henifenin etiqadi mezhebini en derin bilendir demisdir Fiqhe ve fiqh usuluna gelince Ehli Reyin Semerqend medresesinin seyxi mehz imam Ebu Mensur el Maturididir Ehli Reyin fiqh ve fiqh usulu kitablarinda Ebu Mensur el Maturididen getirilen neqller olduqca coxdur Ebu Mensur el Maturidinin Ehli Reyin kelam ve eqide sahesinde imameti onun fiqh usulu sahesinde imameti demekdir Subhe yoxdur ki fiqh usulu elmi ele kelam elminin uzantisidir Bu uzden imam Aleuddin es Semerqendi ozunun Mizenul Usul fi Neteicil Uqul kitabini Sekk yoxdur ki fiqh ve ehkam usulu elmi kelam usulu elminin bir saxesidir sozu ile baslayir Ehli Rey usulcularindan Ebus Sena el Lamisi de Ebu Mensur el Maturidinin Semerqend seyxlerinin en boyuyu oldugunu aciq sekilde ifade etmisdir Kelamla bagli fikirleri span Kelam tarixi ile bagli menbeler Sunni kelaminin banisi olaraq Ebul Hesen el Esarini gosterseler de gunumuze qeder gelib catan eserler esasinda bu qurucunun eslinde Ebu Mensur el Maturidi oldugunu demek daha dogru olar el Esarinin bize qeder gelib catan ve birbasa oz goruslerini eks etdiren esas eseri el Lume adli risaledir Bu kicik hecmli eserde yalniz ilahiyyat movzularina onun daxilinde de qeder meselesine ve texminen bes sehifede imanin terifi ve serhedlerine uc sehifede ise imamet meselesine yer verilmisdir Lakin bu eserde epistemologiya melumatin elde olunmasi yollari nubuvvet peygemberlik movzulari axirete dair meseleler diger kelam movzulari Islam firqeleri ve diger dinlere axinlara dair inanc ve baxislara kifayet qeder toxunulmamisdir el Maturididen texminen yetmis il sonra yasamis Ibn Furek terefinden yazilmis bir eserde el Esarinin goruslerine yer verilmisdir Lakin bu eserde de cox vaxt el Esarinin eserlerine istinad edilmeden ve her hansi bir revayet zenciri gosterilmeden bele deyirdi bunu qebul edirdi seklinde fikirler siralanmisdir el Lume dan ferqli olaraq burada epistemologiya ile bagli bezi izahlar verilmis on sehifeden cox hecmde bezi nubuvvet ve axiret meselelerine toxunulmusdur Ebu Mensur el Maturidinin Kitabut Tevhid adli eseri ise daha sonra Sunni kelam eserlerinin esas qurulus planini teskil edecek olan uc esas sutunu ilahiyyat nubuvvet ve axiret movzularini ehtiva edir Hercend ki bu plana benzer bir qurulusu Ebu Henifenin eqaid risalelerinin birlesdirildiyi eserlerde de gormek mumkundur Lakin hemin risalelerde movzular sistematik sekilde deyil daha cox daginiq sekilde ve qismen islenmisdir el Maturidinin kelamla bagli fikirleri yalniz Kitabut Tevhid le mehdudlasmir Onun Tevilatul Quran eserinin muxtelif hisselerinde de bu fikirlere yer verilmisdir Esas gorusleri span Eqlin rolu el Maturidi insanin aglinin Allahi tanimaqda esas vasite oldugunu qebul edirdi Iman ve emel Ona gore iman qelbin tesdiqidir emel ise onun terkib hissesi deyil tamamlayicisidir Qeza ve qeder Maturidi irade azadligina inanirdi Allah her seyi bilir ve yaradandir lakin insanin secim etmek azadligi vardir Vehy ve agil tarazligi Vehy agli inkar etmez agil da vehye uygun isledilmelidir Tevil ve zahir Quran ayelerini zahiri menadan basqa bir menaya yonelderken ehtiyatli davranilmali tevil yalniz zeruri hallarda edilmelidir Haqqindaki fikirler span Ebu Mensur el Maturidi haqqinda bir cox alimler ve mutefekkirler musbet fikirler soylemisler Onun elm eqide ve mentiq sahesindeki derinliyi Islam dusuncesine verdiyi tohfeler sebebile yuksek qiymetlendirilmisdir Bezi taninmis alimler ve tedqiqatcilar onun baresinde asagidaki fikirleri soyleyibler Muellimi Ebu Nasr el Iyadi el Maturidi meclise gelmeden once derse baslamazdi Onu uzaqdan gorduyu zaman teeccuble ona baxar ve Rebbin dilediyini yaradar ve secer ayesini oxuyardi Telebesi Ebul Qasim el Hekim es Semerqendi el Maturidi vefat ederken qebrinin uzerine bu cur yazilmasini soylemisdir Bu qebir nefesi ile elm sacan elmi yaymaq ve oyretmek yolunda butun gucu ile calisan dinde saldigi izleri sevilen ve omru bereketli kecmis birisinin mezaridir Ehli Rey mutekellimlerinden Ebul Yusr Pezdevi deyir Zahid imam seyx Ebu Mensur el Maturidi es Semerqendinin Ehlis Sunne vel Camaat yolu uzere Tovhid elminde qeleme aldigi kitablari var O Ehli Sunne vel Camaatin reislerinden idi ve kerametlere sahib birisi idi Atam seyx imam mene babasi zahid imam seyx Ebdulkerim ibn Musadan onun Ebu Mensur el Maturidinin kerametlerini neql etmisdir Ehli Rey alimlerinden Kefevi imam Ebu Mensur el Maturidi haqda deyir Hidayet imami Ehli Sunnenin onderi hidayet rehberi Ehlis Sunnet vel Camaatin bayragini yukselden fitne ve bidetin kokunu qaziyan seyx imam Ebu Mensur Mehemmed bin Mehemmed bin Mahmud el Maturidi Mutekellimlerin imami muselmanlarin etiqadini teshih edib duzelden bir zatdir Islami mudafie ugrunda Allah onu dogru yolla desteklemisdir Deyerli kitablar yazmis ve batil etiqad sahilerinin reylerini def etmisdir Hafiz Murteda ez Zebidi bele deyir O dogru etiqadin yardimcisi ve bideti kokunden sokub atan birisidir Serieti dirilden bir zatdir Nece ki kunyesi Mensur sozunu qesd edir Mensur erebce yardim edilmis demekdir de buna delalet edir Serqsunaslarin fikirleri span Iqnas Qoldziher Maturidi Islam teologiyasini eqli esaslarla sistemlesdiren muhum fiqurlardandir Onun eserleri Henefi mezhebinin eqidevi baxislarini mudafie eden intellektual cehdin numunesidir Montqomeri Vott El Maturidi eqli ve neqli tarazlasdirmaga calisan rasionalist kelamcidir O insanin agil gucunu esas tutaraq eqide meselelerini derin tehlile cekmisdir Yozef Saxt Maturidi Henefi huquq sistemini mudafie etmekle yanasi bu mezhebin eqide esaslarini da rasional esaslara soykenerek izah etmisdir Bu onu hem huquqcu hem de kelamci kimi on plana cixarir Danyel Jimare el Maturidinin Kitab et Tevhid i Islam kelam tarixinde rasional yanasmanin en deyerli numunelerinden biridir O xususile Allahin sifetleri ve insanin azad iradesi meselelerinde Esariden ferqli olaraq daha eqli movqede dayanir Rudolf Strotman Maturidilik eqli ve neqli birlikde deyerlendiren bir mekteb olaraq Islam dusuncesinde muhum bir movqeye sahibdir Bu mekteb xususile Merkezi Asiyada ve Osmanli cografiyasinda uzun esrler hakim olmusdur Eserleri span el Maturidiye aid oldugu deqiq bilinen on uc eserden on ikisinin adini basqa eserlerinin de oldugunu qeyd ederek Ebul Muin en Nesefi qeyd etmisdir Serhul Cemiis sagir adli eserin movcudlugu ise etibarli klassik menbelerde verilmis sitatlardan oyrenilir el Maturidi tefsir fiqh ve kelamla bagli eserler qeleme almisdir Erseye getirdiyi eserler muxtelif tarixlerde alman ingilis ve turk dillerine tercume edilmisdir Onun qeleme almis oldugu eserler asagidakilardir Tefsirle bagli eserleri Tevilatul Quran Ehlis Sunnenin tevilleri Tevilatul Maturidiyye adlari ile de taninan bu eser tefsir baximindan olduqca muhum bir is olmaqla yanasi kelam fiqh ve fiqh usulu sahelerinde de zengin melumat ve ehemiyyetli fikirler ehtiva edir Eser Islam firqeleri ve Islam xarici aximlarin dinlerin inanc ve baxislarinin tenqidi baximindan da qiymetli bir qaynaqdir el Maturidi bu eseri telebelerine verdiyi derslerin yazili formasi seklinde teqdim etmisdir Muxtelif kitabxanalarda bu eserin texminen qirx nusxesi movcuddur Osmanli alimlerinden Lalezari Fatiha suresinin 5 ci ayesi ile bagli izahlar esasinda el Yaqutetul xemra adli bir serh yazmisdir Tevilatul Quran eseri muxtelif muellifler terefinden qismen nesr edilmis ve uzerinde kitab meqale konfrans seklinde arasdirmalar aparilmisdir Kelamla bagli eserleri Kitabut Tovhid el Maturidinin tam halda cap olunmus yegane eseridir ve kelam elminin esas movzularini ehate edir Ilk nesrinde bir cox sehvler olan bu eseri daha sonra Bekir Topaloglu ve Mehemmed Aruci terefinden yeniden nesr edilmis turk diline de tercume olunmusdur Kitabul Meqalat Bu esere istinad eden ve ondan sitat getiren menbeler movcuddur Ancaq Karl Brokkelman terefinden bezi kitabxanalarda bu esere aid oldugunu gosterdiyi nusxelerin eslinde el Maturidiye aid olmadigi mueyyen edilmisdir Reddu Evailil edille lil Kebi Reddu Tehzibil cedel lil Kebi Beyanu vehmil Mutezile Reddu Vaidil fussaq lil Kebi Reddul Usulil xemse li Ebi Omer el Behili Bu eserde tenqid edilen alim Besre Motezilesinin taninmis simasi Ebu Omer el Behilidir Reddu Kitabil Imame li bazir Revafiz er Redd alel Qaramita fil usul Fiqhle bagli eserleri Meaxizus serai fi usulil fiqh Bu esere istinad eden klassik fiqh menbelerinden sitatlar movcuddur Kitabul Cedel fi usulil fiqh er Redd alel Qaramita fil furu Serhul Cemiis sagir Ebu Henifenin telebesi Mehammed es Seybaniye aid olan el Cemius sagir adli eserin serhidir el Maturidiye mexsus oldugu dusunulen eserler span Serhul Fiqhil Ekber Eslinde Ebu Leys Semerqendi terefinden serh edilmis bir eserin sehven el Maturidiye aid edildiyi dusunulur Risale fil Eqaid el Eqidetul Maturidiyye Ehtimal ki el Maturidi mektebinin bir davamcisi terefinden yazilmisdir Kitabut Tevhid el Maturidinin eyniadli esas eseri ile qarisdirilmamalidir bu daha kicik bir risaledir Kitabul Usul Usulud Din Sezgin bu eserin sehven Karl Brokkelman terefinden el Maturidiye aid edildiyini qeyd edir Risale fime le yecuzul veqf aleyhi fil Quran Pendname i Maturidi Vesaye ve Munacet Fevaid Farsca yazilmis bu risalenin iki nusxesi movcuddur Risalei Seyx Ebu Mansur Maturidi Irsad Irsadul Mubtediin fi Tecvidi Kelami Rabbil Alemin Risale i Canivar Dari Hemcinin bax span Maturidilik HenefilikIstinadlar span Persee 2005 Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Maturidi kimdir Archived from the original on 2 fevral 2023 Istifade tarixi 9 aprel 2025 Zebidi Ithefus Sedetil Mutteqin ll ereb 5 Beyadizade Iseratul Meram ereb 23 Qureysi el Cevahirul Mudiyye ereb II 570 Nesefi Tebsiratul Edille ereb I 472 Nesefi Tebsiratul Edille ereb I 472 Qureysi el Cevahirul Mudiyye ereb II 458 Iseratul Meram ereb 23 Tebsiratul Edille ereb I 210 Mizenul Usul ereb I 1 Mucerredul Meqalet ereb 10 33 167 180 Beyazizade el Usulul Munife ereb Maturidi Archived from the original on 15 may 2025 Istifade tarixi 9 aprel 2025 el Maturidi tehqiq Fethallah Xelif Kitabut Tevhid ereb Beyrut Dar el Mesriq 1970 Quran Qasas suresi 68 Nesefi Tebsiratul Edille ereb I 473 Nesefi Tebsiratul Edille ereb I 471 472 Usulud din ereb 14 Elamul Exyar Elyazma ereb I 345 Ithefus Sedetil Mutteqin ereb II 5 Goldziher Ignaz Introduction to Islamic Theology and Law ingilis Princeton University Press 1981 104 106 Watt W Montgomery Islamic Philosophy and Theology ingilis Edinburgh University Press 1985 85 Schacht Joseph An Introduction to Islamic Law ingilis Oxford University Press 1964 38 Gimaret Daniel La Doctrine d al Ash ari fransiz Paris Cerf 1990 302 Strothmann Rudolph Encyclopaedia of Islam Maturidiya meqalesi VI 2 Leyden Brill 831 833 Sezgin GAS ereb Riyad 1982 88 Kateqoriyalar 852 ci ilde dogulanlar944 cu ilde vefat edenlerSemerqendde vefat edenlerElifba sirasina gore alimlerIslam filosoflariTurk filosoflarOzbekistan filosoflariEbu Eyyub el EnsariGizli kateqoriya Vikipediya Vikidatada menbeleri olan meqaleler
